Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-48/2026 06.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı «qərarın ləğv edilməsi» barədə iddia tələbinə dair iş üzrə iddiaçının “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi ilə bağlı Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı Ərizəçi ## ###### 1999-cu il tarixdə doğulmuşdur, hazırda Ucar rayonunun Qazyan kəndində qeydiyyatda olmaqla yaşayır. O, Cavabdeh hərbi xidmətə çağırışçıdır.
2. SHXÇDX Ucar rayon şöbəsi iddiaçı Ərizəçi hərbi xidmətə çağırış vərəqəsi göndərmişdir.
3. Iddiaçı Ərizəçi cavabdeh SHXÇDX Ucar rayon şöbəsinə qarşı «qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir.
4. Iddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1999-cu il təvəllüdlüdür, SHXÇDX Ucar rayon şöbəsi tərəfindən # ##### 2026-cı il tarixə hərbi xidmətə çağırılmışdır. Ağrıları olduğundan, ## #### 2026-cı il tarixdə “sol xayanın varikoz genişlənmiş damarların vinkelman üsulu ilə çıxarılması, yırtığın plastikası” əməliyyatı olunmuşdur. Hazırda əməliyyatın tikişləri bədənindədir. Əməliyyatdan sonra o, AS Tibb Mərkəzi MMC-nin stasionar xəstənin tibb kartasından çıxarış epiqrizini cavabdeh SHXÇDX Ucar rayon şöbəsinə təqdim etmişdir. Epiqrizdə ona 3 ay ağır əməklə məşğul olmamaq və yaşayış yerində mütəmadi həkim nəzarətində olmaq məsləhət görülsə də, cavabdeh inzibati orqanın əməkdaşları şifahi olaraq ona ## ##### 2026-cı il tarixədək vaxt verildiyini və həmin tarixdən sonra hərbi xidmətə aparılacağını bildirmişlər. Yeni çağırış vərəqəsi verilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Göstərilənlərə əsaslanaraq, iddiaçının hərbi xidmətə çağırılması ilə bağlı cavabdeh SHXÇDX Ucar rayon şöbəsinin qərarının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.
5. Iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra IPM-in 45, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin # ##### 2026-cı il tarixli sərəncamı ilə iddia ərizəsinin surəti ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə cavabdeh SHXÇDX Ucar rayon şöbəsindən 20 gün müddətində iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Hal-hazıradək cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır.
6. Iddiaçı həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim etmişdir. Ərizədə iddia ərizəsindəki xüsusatlar təkrarlanmış və işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək cavabdeh SHXÇDX Ucar rayon şöbəsinin qərarının icrasının dayandırılması və onun (iddiaçının) hərbi xidmətə çağırılmaması vəzifəsinin cavabdeh SHXÇDX Ucar rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı Ərizəçi ərizəni müdafiə etmiş və onun təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki Inzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) ## ##### 2026-cı il tarixli **(*-**)- **/**** nömrəli qərardadı ilə ərizə təmin edilmişdir.
9. Cavabdeh Cavabdeh tərəfindən həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
10. Cavabdeh Cavabdeh Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)- **/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRIN IZAHATLARI
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBIQ EDILƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır (maddə 41.1). Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər (maddə 41.2). Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər (maddə 41.3). Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır (maddə 41.4). Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: (43.1.1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; (43.1.2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
14. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun: 3.2-ci maddəsinə görə Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 15.2-ci maddəsinə görə bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: (15.2.1) müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; (15.2.2) sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; (15.2.3) sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; (15.2.4) dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; (15.2.5) həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 15.3-cü maddəsinə görə rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15. «Inzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
17. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.
19. Qeyd edilməlidir ki, müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehlərin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoyula bilməsi üçün məhkəmə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlmiş olmalıdır. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirməlidir.
20. Mövcud qanunvericilik normaları 18 yaşına çatmış kişi cinsindən olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını həyata keçirmək üçün SHXÇDX-nin yerli qurumlarında (rayon (şəhər) idarə və şöbələrində) yaradılmış çağırış komissiyaları tərəfindən onların sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edildiyi hallarda çağırışına möhlət verilməsi haqqında qərar qəbul edilməsini nəzərdə tutur. Vətəndaşların hərbi xidmətə yararlı və ya yararsız hesab edilməsi barədə qərarı ilk növbədə SHXÇDX-nin yerli qurumu tərəfindən müəyyən edilir və həmin qurum bu barədə qərar qəbul edir.
21. Belə ki, işin hazırkı mərhələsində məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı Ərizəçi ## #### 2026-cı il tarixdə Kürdəmir AS Tibb Mərkəzi MMC-də “sol xayanın varikoz damarlarının genişlənməsi, sol tərəfli qasıq yırtığı” diaqnozundan cərrahiyyə əməliyyatı olunmuş, lakin SHXÇDX Ucar rayon şöbəsi # ##### 2026-cı il tarixə ona həqiqi hərbi xidmətə çağırılması barədə çağırış vərəqəsi vermiş və şöbənin rəsmisi iddiaçıya əməliyyat olunmasını nəzərə alaraq ## ##### 2026-cı il tarixdən sonra hərbi xidmətə aparılacağını bildirmişdir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 2.15-ci bəndinə görə ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A – hərbi xidmətə yararlıdır; B – sıradankənar hərbi xidmətə yararlıdır; C – dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç – hərbi xidmətə müvəqqəti yararsızdır; D – həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir.
23. Əsasnamənin “Xəstəliklər cədvəli”nin “Qan dövranı sistemi xəstəlikləri” bölməsinin 42-ci maddəsinin “d” bəndində nəzərdə tutulmuşdur ki, keçirilmiş kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra qan dövranı sisteminin müvəqqəti funksional pozulmaları üzrə İ qrafadakı şəxslər (yəni ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar) “Ç” hərbi xidmətə yararlılıq kateqoriyası ilə qiymətləndirilir.
24. Göründüyü kimi, Əsasnamənin tələblərinə görə İ qrafada nəzərdə tutulan şəxslər, yəni ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar “Xəstəliklər cədvəli”nin 42-ci maddəsinin “d” bəndi üzrə şəhadətləndirildiyi halda, hərbi xidmətə müvəqqəti yararsız sayılır.
25. Əsasnamənin 42-ci maddəsinin “açıqlama” hissəsində göstərilmişdir ki, cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən (varikoseleyə görə aparılmış cərrahiyyə əməliyyatlarından və s.) sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşlar “Xəstəliklər cədvəli”nin 42-ci maddəsinin “d” bəndi üzrə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar və 3 ay müddətinədək müvəqqəti yararsızlığı, hərbi qulluqçulara isə 15 gün müddətinə xəstəliyə görə məzuniyyət verilməsinin, varikoseleyə görə isə azad edilməsinin zəruriliyi barədə qərar çıxarılır. Operativ müdaxilələrdən sonra fəsadlaşmaların olduğu və hərbi xidmət vəzifələrini icraetmə qabiliyyətinin tam bərpası üçün bir aydan artıq müddət tələb olunduğu hallarda hərbi qulluqçulara 30 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır.
26. Hazırkı iş üzrə iddiaçıya aidiyyəti tibb müəssisəsi (Kürdəmir AS Tibb Mərkəzi MMC) tərəfindən “sol xayanın varikoz damarlarının genişlənməsi, sol tərəfli qasıq yırtığı” diaqnozu qoyulduğundan onun “Xəstəliklər cədvəli”nin 42-ci maddəsinin “d” bəndinin təsiri altına düşməsi ehtimalı böyükdür. Bu xüsusatların inkar edilməsi məhkəmə icraatında gələcəkdə alınacaq müvafiq ekspertiza rəyi ilə daha adekvatdır.
27. Hazırkı işin halları üzrə ziddiyyətli məqamlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, iddiaçı ## ###### 1999-cu il tarixdə doğulmuşdur, yəni onun 26 yaşı tamam olmuşdur. Məhkəmə icraatının gedişində onun sülh dövründə hərbi xidmətə yararlı sayılması ilə bağlı sübutlar mövcud olduğu və iddianın bu əsasla rədd olunduğu halda, tətbiq olunacaq müvəqqəti xarakterli tədbirin, yəni hərbi xidmətə aparılmasına qoyulmuş qadağanın məhkəmə icraatında götürülməsi mümkündür (iddianın rədd edilməsi barədə qərar qanuni qüvvəyə mindikdə müvəqqəti xarakterli müdafiə barədə qərardad qüvvəsini itirir, eləcə də müvafiq əsaslar yarandıqda məhkəmə icraatında tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv edilə bilər) və 30 yaşı tamam olanadək iddiaçı hərbi xidmətə çağırıla bilər. Lakin hazırkı durumda sağlamlıq vəziyyətində aşkarlanmış qüsurlar və çatışmazlıqlar gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər.
28. Bundan başqa, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya SHXÇDX Ucar rayon şöbəsi tərəfindən çağırış vərəqəsi verilmişdir. Bu çağırış da qanunvericiliyə görə hər ilin yanvar, aprel, iyul və oktyabr ayları üçün nəzərdə tutulduğundan, iddiaçının cari ilin aprel ayı ərzində hərbi xidmətə göndərilib-göndərilməməsi məsələsi öz həllini təcili tapmalıdır. Odur ki, iddiaçının ərizəsi üzrə ilkin təcili tənzimləmə zəruridir.
29. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin sağlamlığını qorumaq hüquq var, eyni zamanda hərbi xidmətə çağırış Konstitusiya ilə müəyyən edilən vətəndaşlıq borcudur. Kollegiya hesab edir ki, fərdi hüquqlar və sağlamlıq vəziyyəti dövlətin hərbi hazırlıq sahəsində maraqları ilə balanslaşdırılmalı, mütənasiblik prinsipi nəzərə alınmalıdır. Iddiaçının hərbi xidmət yerinə getdikdən sonra xidməti vəzifələrinin icrası zamanı fərdi sağlamlıq vəziyyətinin nəzərə alınaraq onun sağlamlıq vəziyyətinin qorunmasına (hərbi xidmət zamanı qarşılaşacağı potensial sağlamlıq risklərinin nəzərə alınmasına) dair ona hər hansı bir güzəştlərin tətbiq ediləcəyi mümkün görünmür.
30. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün əsasdır.
31. Məhkəmə kollegiyasının araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilmişdir. Belə ki, iddiaçının həqiqi hərbi xidmətə cəlb edilməsi onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalı mövcuddur.
32. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsassız olduğundan istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi müdafiə marağı mövcuddur.
33. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.