Məhkəmə qərarları › İş №15(3-10)-55/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-10)-55/2026

04.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-55/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, ərizəçi Ərizəçi və onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi Ərizəçi cavabdeh cavabdeh1 qarşı “iddiaçının hərbi xidmətə çağırılması barədə müvafiq qərarın icrasının dayandırılması və mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmaması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadından ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. Iş materiallarında olan müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki: - Yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli qərarına əsasən ərizəçi C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssisinin (cərrah) ##.##.2026-cı il tarixli rəyinə əsasən ərizəçi C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssisinin (nevropatoloq) ##.##.2026-cı il tarixli rəyinə əsasən ərizəçi Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müqvəqqəti yararsız hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssisinin (psixiatr) ##.##.2026-cı il tarixli rəyinə əsasən ərizəçi A-müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunmuşdur. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) ##.##.2026-cı il tarixli yekun rəyi ilə (A-3) “daha yüngül qiymətləndirilir, fərqli kateqoriya üzrə təsdiqini tapmışdır” qeydləri icra edilmişdir. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli yekun qərarı ilə ərizəçi A-müddətli həqiqi həqiqi hərbi xidmətə yararlı hesab olunmuşdur.

2. DTSERA-nın ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi daha yüngül qiymətləndirilərək fərqli kateqoriya üzrə təsdiqlənmiş (A-3), SHXÇÜDX-nin Oğuz rayon bölməsinin ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi hərbi xidmətə məhdud yararlı hesab edilmişdir (A-3). birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı Ərizəçi cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 müvafiq qərarının, cavabdeh1 qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 müvafiq qərarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Bölməsinin müvafiq qərarının ləğv edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 üzərinə yekun tibbi şəhadətnaməyə dair C kateqoriyası üzrə qərarın qəbul edilməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Bölməsinin üzərinə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi barədə öhdəliyin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Eyni zamanda iddiaçı, Şəki Inzibati Məhkəməsinin icraatında olan cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinə qarşı “hərbi xidmətə çağırılması barədə müvafiq qərarın icrasının dayandırılması və mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmaması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. “Müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə onunla əsaslandırılmışdır ki, “ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Bölməsinə qarşı "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 qərarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Bölməsinin müvafiq qərarının ləğv edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 üzərinə yekun tibbi şəhadətnaməyə dair C kateqoriyası üzrə qərarın qəbul edilməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Bölməsinin üzərinə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi barədə öhdəliyin cavabdehlərin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd edilir ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Bölməsi tərəfindən aprel ayının 22-nə hərbi xidmətə çağırılmışdır. Belə olan halda iddiaçının hüququ pozulmuş olar və iddiaçıya bu vaxta qədər verilmiş möhlət hüququ şübhə altına alına bilər. Ona görə də hazırki iş üzrə yekun məhkəmə aktının icrasına qədər müvəqqəti xarakterli müdafiə tədbiri kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Bölməsi tərəfindən iddiaçının hərbi xidmətə çağırılmağı barədə qərarın icrasının dayandırılmasını və hərbi xidmətə çağrılmamağı barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmək qərarına gəlmişdir. Qeyd edilənləri, habelə işin digər hallarını nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh iddiaya qarşı etiraz məktubunda bildirmişdir ki, ərizəçi Ərizəçi (FIN: *******) barəsində Q66 XBT kodu, “Pəncənin anadangəlmə deformasiyaları” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin “C” bəndinin 1-ci qrafasının 61-ci maddəsi üzrə “C” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra ərizəçi yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün ##.##.2026-cı il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Onun müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Çağırışçının statusu həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin MHHK rəyində qeyd edilmiş diaqnozdan Agentliyin rəyində “Fərqli kateqoriya üzrə təsdiqlənir” barədə qərar qəbul edilmişdir. DTSERA tərəfindən çağırışçının səhhətinə barəsində A-3 kateqoriyası uyğun olduğu barədə rəy verilərək, fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməməsi barədə müvafiq qərardad qəbul etməyinizi xahiş etmişdirlər”.

7. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə (hakim Etibar Mustafayev) ərizə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ərizəçi əsas iddia tələbi üzrə “xxxx” publik hüquqi şəxsin ##.##.2026-ci il tarixli qərarını mübahisələndirir və hazırkı ərizədə onun hüquqi marağı müvəqqəti olaraq hərbi xidmətə çağırılmamasında ifadə olunur. Qeyd olunmalıdır ki, qanunvericilik normaları inzibati məhkəmə icraatında inzibati aktın mübahisələndirilməsi barədə iddialar üzrə müvəqqəti xarakterli müdafiə tədbiri qismində aktın icrasının dayandırılmasını ilk növbədə iddianın uğurluluq ehtimalı ilə şərtləndirir, bu xüsusat aydın olmadıqda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra mümkün sayır. Mövcud qanunvericilik normaları 18 yaşına çatmış kişi cinsindən olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün SHXÇD Xidmətinin yerli qurumlarında yaradılmış çağırış komissiyaları tərəfindən onların sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edildiyi hallarda çağırışına möhlət verilməsi haqqında qərar qəbul etməsini nəzərdə tutur. Vətəndaşların hərbi xidmətə yararlı və ya yararsız hesab edilməsi isə DTSER Agentliyi tərəfindən müəyyən edilir və həmin qurum bu barədə qərar (rəy) qəbul edir. xxxx” publik hüquqi şəxsi iddiaya etirazında qeyd etmişdir ki, ərizəçi barədə sonuncu dəfə “DTSERA” tərəfindən onun hərbi xidmətə yararlı hesab olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb görünməməsi məsələsini həll etməlidir.” Hazırkı məhkəmə icraatında, istər iddia ərizəsində və iddia qaldırılarkən təqdim olunmuş sənədlərdə, istərsə də məhkəmə iclasında iddiaçı tərəf tələbinə dair tutarlı əsaslar və dəlillər bildirməmiş, yalnız əvvəlki müayinələrə istinad etmişdir ki, onların da düzgün olub olmaması əsas iddia tələbi üzrə araşdırma predmetini təşkil edir. Yəni hazırkı ərizədə ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması şərtlərinin məcmu halda birgə mövcudluğu müəyyən olunmur. Hazırkı halda ##.##.2026-cı il tarixində ərizəçi barəsində aparılmış müayinələrin nəticəsinin əsassız olması qənaətinə gəlmək üçün yetərli sübutlar mövcud deyil. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı iddiasında mahiyyətcə DTSERA-nın müvafiq qərarını (rəyini) mübahisələndirir və hazırkı halda həmin qərarın mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükə kimi qiymətləndirilərək onun dayandırılması üçün yetərli əsaslar mövcud deyil. Beləkliklə, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməməlidir.

9. Ərizəçinin nümayəndəsi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

10. Ərizəçinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində maddi hüquq normalarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, ərizəçinin səhhəti, sağlamlığı, ailə vəziyyəti və digər hallar onun hərbi xidmətə çağırılması üçün müəyyən edilmiş tələblərə cavab vermir. Eyni zamanda ərizəçinin ötən 12 il ərzində gözlənti hüququ yaranmış, fəaliyyət sahəsi üzrə çox sayda öhdəlikləri var. Əgər o, hərbi xidmətə aparılsa, səhhətində və şəxsi həyatında ciddi çətinliklər yarana bilər və bu vəziyyətin bərpası mümkünsüz ola bilər. Belə ki, ərizəçiyə hərbi xidmətdən möhlət verilməli, ekspertiza keçirilərək onun sağlamlığı tam yoxlanılmalı və həmin müddətdə o, hərbi xidmətə çağırılmamalıdır. SHXÇÜDX-nın Oğuz rayon bölməsinin qərarının icrası müvəqqəti olaraq dayandırılmalıdır. Ərizəçinin 12 il ərzində eyni əsaslarla hərbi xidmətdən möhlət verilmiş ərizəçinin yanaşı xəstəlikləri də olmasına məhkəmə tərəfindən qiymət verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğv edilərək, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizənin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə ... 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. ... Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.

14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. ... 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə) gəlməlidirlər. 14.1.2. Çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifəsi olaraq müəyyən edilmişdir.

15. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə: 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.9. hərbi vəzifəlilərin səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada çağırış komissiyaları yaratmaq;

16. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli, 2317№ -li Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. ... 2.18. barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEIS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEIS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEIS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEIS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEIS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. ... 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEIS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 2-1.20. Şura 7 (yeddi) üzvdən – sədr nümayəndələrindən biri olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 (iki), Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1 (bir), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 (bir), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 (bir), Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1 (bir) və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin 1 (bir) məsul şəxsindən ibarətdir. ... Şuraya verilmiş şikayətlərə 5 (beş) gün müddətində baxılır və qəbul edilən qərarlar 5 (beş) gün ərzində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün Agentliyin Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla altsistemə daxil edilir.

18. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunu Maddə 3. Silahlı Qüvvələrin təyinatı Silahlı Qüvvələr Azərbaycan Respublikasının silahlı müdafiəsi, təcavüzün dəf edilməsi, Azərbaycan Respublikasının Hərbi doktrinasında nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması, habelə Azərbaycan Respublikasının təhlükəsizliyinin və milli maraqlarının təmin edilməsi, konstitusiya quruluşunun, suverenliyinin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, dövlət sərhədinin mühafizəsi, səfərbərlik və hərbi xidmətə çağırış, mülki müdafiənin təşkili, müvafiq icra hakimiyyəti orqanlarının əsasnamələrində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və strateji obyektlərin təhlükəsizliyinin, xüsusi rabitənin və informasiya təhlükəsizliyinin təmin edilməsi, məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi üzrə xüsusi vəzifələrin yerinə yetirilməsi üçün dövlət tərəfindən yaradılır. Maddə 4. Silahlı Qüvvələrin əsas vəzifələri 4.1. Dinc dövrdə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır: 4.1.1. Azərbaycan Respublikasına qarşı təcavüzün qarşısını almağa və onu dəf etməyə hazır olmaq; 4.1.2. əməliyyat şəraitini, onun təhlükəli dəyişməsini izləmək və Azərbaycan Respublikasına qarşı təcavüzə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq; 4.1.3. hərbi idarəetmə orqanlarının, qoşunların (qüvvələrin) döyüşə və səfərbərliyə hazırlığını təcavüzün qarşısının alınmasını təmin edəcək səviyyədə saxlamaq; 4.1.4. konstitusiya quruluşunun, suverenliyin, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək; 4.1.5. Azərbaycan Respublikasının dövlət sərhədini mühafizə etmək; 4.1.6. əhalinin və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə mülki müdafiəni təşkil etmək; 4.1.7. fövqəladə halların aradan qaldırılmasında iştirak etmək; 4.1.8. Azərbaycan Respublikasının mühüm inzibati-siyasi mərkəzlərini, enerji və nəqliyyat infrastrukturunu, kommunikasiya qurğularını, xüsusi yükləri, hərbi obyektləri və digər mühüm dövlət obyektlərini mühafizə etmək; 4.1.9. azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, habelə barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin mühafizəsi və müşayiət olunmasını, həmçinin penitensiar müəssisələrin mühafizəsini həyata keçirmək; 4.1.10. hərbi idarəetmə orqanlarının və qoşunların (qüvvələrin) əməliyyat, döyüş, səfərbərlik və mənəvi-psixoloji hazırlıq plan və proqramlarını daim təkmilləşdirmək; 4.1.11. hərbi texnikanı, silah, sursat və avadanlıqları modernləşdirmək, yeniləmək və döyüşə hazır vəziyyətdə saxlamaq, onunla rəftaretmə bacarığını təkmilləşdirmək; 4.1.12. səfərbərlik və hərbi xidmətə çağırış üzrə tədbirlər kompleksini təkmilləşdirmək; 4.1.13. peşəkar hərbi kadrlar hazırlamaq, hərbi təhsili daim təkmilləşdirmək, hərbielmi potensialı artırmaq; 4.1.14. beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq; 4.1.15. beynəlxalq hərbi əməkdaşlığı həyata keçirmək; 4.1.16. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə əsasən sülhün və təhlükəsizliyin dəstəklənməsi (bərpa edilməsi) üzrə əməliyyatlarda iştirak etmək və həmin öhdəliklərdən irəli gələn digər vəzifələri yerinə yetirmək; 4.1.17. ölkə ərazisinin müdafiəsi üzrə tədbirlərin və mülki müdafiə planı layihəsinin hazırlanmasında iştirak etmək. Maddə 5. Silahlı Qüvvələrin hərbi quruculuq və fəaliyyət prinsipləri 5.0. Silahlı Qüvvələrin hərbi quruculuq və fəaliyyət prinsipləri aşağıdakılardır: ... 5.0.4. döyüşə və səfərbərliyə daimi hazırlıq; 5.0.5. döyüş potensialının müasir hərbi elmin və texnikanın ən yeni nailiyyətləri səviyyəsində saxlanılması, texniki bazanın daima yenilənməsi; 5.0.6. təşkilati strukturun, döyüş hazırlığının və say tərkibinin yerinə yetirilən vəzifələrə, beynəlxalq öhdəliklərə və Azərbaycan Respublikasının iqtisadi imkanlarına uyğunluğu; 5.0.7. Silahlı Qüvvələrin şəxsi heyətinin müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırışçılarla və həqiqi hərbi xidmətə könüllü daxilolma əsasında komplektləşməsi; ...

19. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... 7.3. Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları IPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. ... 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.

24. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.

25. Iş materiallarından görünür ki, ərizəçi DTSERA-nın ##.##.2026-cı il tarixli qərarı ilə daha yüngül qiymətləndirilərək fərqli kateqoriya üzrə təsdiqlənmiş (A-3), SHXÇÜDX-nin Oğuz rayon bölməsinin ##.##.2026-cı il tarixli qərarı ilə hərbi xidmətə məhdud yararlı hesab edilmişdir (A-3).

26. Ərizəçi, əsas iddia tələbində DTSERA-nın onun hərbi xidmətə yararlılığı ilə bağlı qəbul etdiyi qərarı, həmçinin SHXÇÜDX-nin Oğuz rayon bölməsinin müvafiq qərarını mübahisələndirmiş, həmin qərarların ləğv edilməsini, DTSERA-nın üzərinə iddiaçı barəsində “C” kateqoriyasına uyğun qərar qəbul edilməsi, SHXÇÜDX-nin Oğuz rayon bölməsinin üzərinə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

27. Hazırda ərizəçinin hüquqi marağı əsas iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək SHXÇÜDX-nin Oğuz rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmamasına nail olmaqdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.

29. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.

30. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəlikləri ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliklərinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur.

31. Iş materiallarından görünür ki, ərizəçinin tibbi sənədlərində (bel-oma nahiyəsinin MRT müayinəsinə dair rəydə) lumbar fizioloji lordozun saxlanılması, lumbar fəqərələrdə sağa baxan skoliozun izlənməsi, Th11-Th12, L1-L2, L3-L4 fəqərə limblərində Şmorl tipli düyünlərin olduğu, Th12 fəqərə korpusunda 4 mm ölçülü hemangioma, L1-L2- L3 fəqərə korpuslarının terminal lövhələrinin künclərində ön osteofitlərin izlənilməsi qeyd edilmişdir. Həmin rəydə, həmçinin L1-L2 səviyyəsində sağ nevral forameni daraldan 4,3 mm ölçülü sağ foraminal disk yırtığı, L3-L4 səviyyəsində diskin diffuz qabarması, L4-L5 səviyyəsində 2 mm ölçülü arxa-mərkəzi sol foraminal protruziya, vertebral kanalın stenozunun aşkar edilməməsi, cauda equina strukturunda patoloji siqnalın olmaması, L3- L4, L4-L5 və L5-S1 səviyyələrində sağ və sol nevral kökcüklərin kompressiyasının nəzərə çarpmaması qeyd olunmuşdur.

32. Eyni zamanda ərizəçinin 5 ildir ki, şikayətinin bel nahiyəsində ağrıdan ibarət olması, lakin onun stasionar və ambulator müalicə almaması, hazırda dərman qəbul etməməsi göstərilmişdir. Qeyd olunmuşdur ki, ərizəçinin nevroloji statusu üzrə kəllə-beyin sinirləri tərəfindən patologiya müəyyən olunmur, yuxarı və aşağı ətraflarda tonus normal, əzələ gücü 5 bal, vətər və sümüküstü reflekslər orta canlı, diz və Axill refleksləri simmetrik olmuş, hipoatrofiya və ya atrofik əlamətlər müəyyən edilməmişdir. Paravertebral nöqtələr ağrısız, Laseq dartınma simptomu iki tərəfli mənfi olmuş, lumbar fleksiya, ekstenziya, lateral fleksiya və rotasiya ağrısız icra edilmişdir. Çöməlmə-qalxma hərəkətinin ağrısız olması, daban və barmaq ucu üzərində gəzmənin mümkün olması, yerişin sərbəst olması, hissiyyat və çanaq funksiyalarının pozulmaması qeyd edilmişdir.

33. Ayaqlar üzrə rentgenoqrafik müayinədə sağ pəncənin uzunlamasına qövsünün bucağı təxminən 155 dərəcə, qövs hündürlüyü 17,1 mm, sol pəncənin uzunlamasına qövsünün bucağı təxminən 152 dərəcə, qövs hündürlüyü 20,7 mm göstərilmiş, sümüklərdə nəzərəçarpan destruktiv dəyişikliklər qeyd edilməmişdir. Həmçinin ərizəçiyə İ dərəcəli alimentar piylənmə diaqnozu qoyulmuşdur.

34. Məhkəmə kollegiyası tərəfindən ərizəçi barəsində tibbi göndərişdə əks olunmuş məlumatlar “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddələri ilə müqayisəli yoxlanılmışdır.

35. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 59-cu maddəsi onurğanın xəstəlikləri və onların nəticələrini tənzimləyir. Həmin maddədə funksiyaların mühüm, mülayim və cüzi dərəcədə pozulması hallarına uyğun olaraq müvafiq yararlılıq kateqoriyaları nəzərdə tutulmuşdur.

36. Ərizəçi barəsində tərtib edilmiş tibbi sənədlərdə onurğa üzrə MRT-də müəyyən edilmiş dəyişikliklərin 59-cu maddənin “a”, “b” və ya “c” bəndlərində uyğun olması müəyyən edilmir. Belə ki, ərizəçidə paraparez və ya tetraparez, sfinkter pozuntusu, əzələ gücünün azalması, reflekslərin zəifləməsi, hissiyyat və çanaq funksiyalarının pozulması, hərəkət məhdudluğu və ya statodinamik pozuntu müəyyən edilməmiş, son nevroloji müayinə məlumatlarında əzələ gücü 5 bal, reflekslər orta canlı və simmetrik, hissiyyat və çanaq funksiyaları pozulmamış, Laseq simptomu mənfi, lumbar hərəkətlər ağrısız, yeriş sərbəst kimi qeyd edilmişdir.

37. Ərizəçidə mövcud olan skolioza münasibətdə isə 59-cu maddənin “c” və ya “b” bəndlərinin tətbiqi üçün zəruri olan mərhələ müəyyən edilməmişdir. “Xəstəliklər cədvəli”nə əsasən skoliozun mərhələsi rentgenoqramlar üzrə rentgenoloq tərəfindən skolioz bucaqlarının V.D.Çaklinin müəyyən etdiyi üsulla ölçülməsi əsasında təyin edilir. Deformasiyanın ölçüsündən asılı olaraq skoliozların 4 mərhələsi ayırd edilir və ərizəçinin skalioz diaqnozuna görə hərbi xidmətə yarasız sayılması üçün onda ən azı II mərhələ 11–25 dərəcə, əyilmə bucağı müəyyən olunmalıdır. Ərizəçinin təqdim etdiyi ##.##.2026cı il tarixli bel fəqərələri rentgenoqrafiyasında ona onurğanın belə şöbəsinin 2-ci dərəcəli skaliozu diaqnozu qoyulmuşdur ki, qeyd olunan skalioz dərəcəsi onun hərbi xidmətə yarasız hesab edilməsinə əsas ola bilməz.

38. “Xəstəliklər cədvəli”nin 59-cu maddəsinin “ç” bəndi əsasında qiymətləndirmə aparılmasına lüzum yoxdur. Belə ki, həmin bənd hərbi xidmətə yararsızlıq əsası yaratmır (A- 3). ”D” bəndi isə ərizəçiyə münasibətdə yəni, hərbi xidmətə çağırılan vətəndaşlara tətbiq edilmir.

39. Kollegiya qeyd edir ki, ərizəçinin pəncələrinə dair rentgen göstəriciləri “Xəstəliklər cədvəli”nin 61-ci maddəsi - yastıayaqlılıq və ayağın digər deformasiyaları üzrə də, hərbi xidmətə yararsızlıq əsası yaratmır.

40. Belə ki, tibbi sənədlərdə ərizəçinin sağlamlıq vəziyyətinin sözügedən maddənin “a” bəndinə (qəbul edilmiş hərbi nümunəli ayaqqabıdan istifadə edilməsi mümkün olmayan at, daban, varus, çalovabənzər, yastı-valqus, ekvino-varus ayaqlar və ayaqların digər travma və ya xəstəlik nəticəsində qazanılmış kəskin ifadə olunmuş dönməz əyrilikləri) uyğun qiymətləndirilməsi baxımından zəruri olan hər hansı tibbi məlumat mövcud deyildir.

41. 61-ci maddənin “b” bəndində mühüm ağrı sindromu, ekzostozlar, barmaqların kontrakturası və ayağın orta hissəsinin oynaqlarında artrozla müşayiət olunan III dərəcəli boylama və ya III–IV dərəcəli köndələn yastıayaqlılıq, “c” bəndində isə, o cümlədən II dərəcəli yastıayaqlılığın ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu ilə müşayiəti göstərilmişdir.

42. “Xəstəliklər cədvəli”nə əsasən II dərəcəli boylama yastıayaqlılıqda tağ bucağı 141–155 dərəcə, tağ hündürlüyü 24–17 mm, III dərəcədə isə bucaq 155 dərəcədən çox, hündürlük 17 mm-dən az olmalıdır.

43. Ərizəçinin sağ pəncəsində bucaq 155 dərəcə, hündürlük 17,1 mm, sol pəncəsində isə bucaq 152 dərəcə, hündürlük 20,7 mm göstərilmişdir. Bu göstəricilər III dərəcəli boylama və ya III–IV dərəcəli köndələn yastıayaqlılıq əlamətləri müəyyən etmədiyindən, həmçinin tibbi sənədlərdə barmaq kontrakturası, ekzostoz, ayağın orta hissəsi oynaqlarında İ və ya II mərhələ deformasiyaedici osteoartroz, hərbi ayaqqabı geyinməni mümkünsüz edən deformasiya və ya statikanın pozulması ilə bağlı məlumatlar olmadığından hərbi xidmətə yararsızlıq əlamətləri müəyyən edilmir.

44. Əsasnamənin 61-ci maddəsinin açıqlamasında xüsusi olaraq göstərilmişdir ki, ayağın orta hissəsinin oynaqlarında artroz, barmaqların kontrakturaları və ekzostozları olmayan İ və ya II dərəcəli boylama yastıayaqlılıq bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmət keçməyə mane olmur.

45. Odur ki, ərizəçinin pəncəsi ilə bağlı tibbi məlumatlar 61-ci maddənin “a”, “b”, “c” və “d” bəndləri üzrə hərbi xidmətə yararsızlıq və ya məhdud yararlılıq yaratmır. Xəstəliklər cədvəli”nin 61-ci maddəsinin “ç” bəndi əsasında qiymətləndirmə aparılmasına isə lüzum yoxdur. Belə ki, həmin bənd hərbi xidmətə yararsızlıq əsası yaratmır (A- 3).

46. “Xəstəliklər cədvəli”nin 26-cı maddəsinə münasibətdə kollegiya qeyd edir ki, həmin maddə kranial (II və VIII cüt kəllə sinirlərindən başqa), spinal sinirlərin, kökcük və qanqlionların xəstəlik və zədələnmələrini (birincili və ikincili) nəzərdə tutur.

47. Ərizəçinin tibbi sənədlərində 26-cı maddənin “a”, “b” və “c” bəndləri üçün tələb olunan hərəki, hissi və trofik pozulmaların səviyyəsi, residivləşən gediş, uzunmüddətli fasiləsiz stasionar və ya ambulator müalicə, davamlı kökcük ağrı sindromu, əzələ gücünün zəifləməsi, refleks pozuntusu, atrofiya və ya ətraf funksiyasının cüzi, mülayim, mühüm dərəcədə pozulması öz əksini tapmamışdır. Əksinə, son nevroloji statusda əzələ gücü normal, reflekslər orta canlı və simmetrik, hipoatrofiya və atrofik əlamətlər yoxdur, Laseq simptomu mənfi, hissiyyat və çanaq funksiyalarının pozulmaması qeyd olunmuşdur.

48. Odur ki, tibbi sənədlərdə göstərilmiş radikulopatiya və radikulyar ağrı sindromu diaqnozları son nevroloji status məlumatları ilə birlikdə qiymətləndirildikdə, 26-cı maddənin “a”, “b” və “c” bəndlərinin tətbiq edilə bilməz. 26-cı maddənin “d” bəndinin tətbiqi üçün periferik sinir sisteminin kəskin xəstəliyindən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonrakı müvəqqəti funksional pozulma müəyyən edilməlidir ki, ərizəçidə qeyd olunan hallar baş verməmişdir.

49. “Xəstəliklər cədvəli”nin 26-ci maddəsinin “ç” bəndi əsasında qiymətləndirmə aparılmasına isə lüzum yoxdur. Belə ki, həmin bənd hərbi xidmətə yararsızlıq əsası yaratmır (A- 4).

50. Tibbi sənədlərdən görünür ki, ərizəçiyə İ dərəcəli alimentar piylənmə diaqnozu qoyulmuşdur. “Xəstəliklər cədvəli”nin 13-cü maddəsi endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmalarını tənzimləyir. Həmin maddənin “e” bəndində İ dərəcəli alimentar piylənmə üzrə İ qrafa üçün A-2 kateqoriyası nəzərdə tutulmuşdur. Göründüyü kimi İ dərəcəli alimentar piylənmə diaqnozu “Xəstəliklər cədvəli”ndə ayrıca nəzərdə tutulsa da, bu hal hərbi xidmətə yararsızlıq əsası yaratmır.

51. Beləliklə, təqdim edilmiş tibbi sənədlərin ilkin qiymətləndirilməsi və ərizəçinin son nevroloji statusunda qeyd edilmiş bir sıra məlumatlar (hərəkətlərin ağrısız və sərbəst qiymətləndirilməsi, stasionar və ambulator müalicə almaması, hazırda dərman qəbul etməməsi, daban və barmaq ucu üzərində gəzmənin mümkün olması, yerişin sərbəst olması) onu göstərir ki, ərizəçidə onurğa üzrə MRT dəyişiklikləri, radikulopatiya, pəncələr üzrə II dərəcəyə yaxın yastıayaqlılıq və İ dərəcəli alimentar piylənmə diaqnozları mövcud olsa da, bu diaqnozlar “Xəstəliklər cədvəli”nin 59, 61, 26 və 13-cü maddələrinin tələbləri baxımından hərbi xidmətə tam və ya müvəqqəti yararsızlıq əsası yaratmır.

52. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, yuxarıda qeyd edilmiş əsaslanma məhkəmənin tibbi qiymətləndirmə aparması kimi başa düşülə bilməz. Kollegiya yalnız tibbi sənədlərdə artıq əks olunmuş göstəriciləri “Xəstəliklər cədvəli”nin müvafiq maddələri ilə müqayisəli təhlil edərək uyğunluğun (hərbi xidmətə yararsızlıq əsasının) olubolmamasını yoxlayır və bununla da, mübahisəyə hüquqi qiymət verir. Təhlil edilən tibbi sənədlər əsasında ərizəçi “Xəstəliklər cədvəli”nin sadalanan maddələri üzrə hərbi xidmətə yararsız hesab edilə bilməz.

53. Məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 11.24-11.27-ci bəndlərinin tələbləri baxımından ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız ilkin - iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə - sübutların təqdim olunmasıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluq meyarı əsasında müəyyən etməlidir.

54. Hazırkı iş üzrə ərizəçinin təqdim etməli olduğu ilkin sübutlar - onun hərbi xidmətə daimi və ya müvəqqəti yararsızlığını əsaslandıra biləcək tibbi sənədlərdən ibarət olmalıdır. Məhz belə sübutlar əsas iddianın böyük ehtimalla uğurlu və ya uğursuz olacağına dair ilkin proqnozun formalaşdırılması üçün əsas təşkil edəcəkdir. Faktiki olaraq ərizəçi tərəfindən onun sağlamlıq vəziyyətinin hərbi xidmətə yararsızlığına və ya məhdud yararlılığına səbəb ola biləcək halları təsdiq edən ilkin sübutlar məhkəməyə təqdim edilməmiş, mövcud sübutlar isə Xəstəliklər Cədvəlinin 59, 61, 26 və 13-cü maddələrinin tətbiqinə hüquqi əsas yaratmamışdır.

55. Inzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olub-olmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşibçətinləşməyəcəyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır.

56. Işdə mövcud olan tibbi sənədlər əsas iddianın uğurlu olub-olmayacağı ilə bağlı ilkin proqnozun verilməsi üçün kifayət edən həcmdədir. Lakin, bu sənədlərdə qeyd edilmiş diaqnozlar “Xəstəliklər cədvəli”nin yuxarıda istinad olunan bəndi baxımından ərizəçinin hərbi xidmətə daimi və ay müvəqqəti yarasız hesab edilməsinə əsas yaratmır. Bu isə o deməkdir ki, hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaət formalaşmır. Əksinə, bu qənaət daha çox əsas iddianın böyük ehtimalla uğursuz olacağı istiqamətindədir.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, ərizəçinin uzun müddət ərzində hərbi xidmətə çağırılmaması və əvvəlki dövrlərdə ona eyni və ya oxşar əsaslarla möhlət verilməsi onun gələcəkdə də, hərbi xidmətə çağırılmayacağına dair qanunla qorunan legitim gözlənti yaratmır.

58. Hərbi xidmətə yararlılıq şəxsin əvvəlki illərdəki deyil, şəhadətləndirilmə anında mövcud olan sağlamlıq vəziyyətinə və “Xəstəliklər cədvəli”nin müvafiq meyarlarına əsasən müəyyən edilir. Odur ki, ərizəçinin əvvəllər hərbi xidmətə yararsız hesab edilməsi və ya ona möhlət verilməsi cavabdeh orqanın onun hazırkı tibbi vəziyyətini yenidən qiymətləndirməsinə mane olmur və hazırkı qiymətləndirmənin qanunsuzluğu barədə müstəqil əsas kimi çıxış edə bilməz.

59. Eyni zamanda ərizəçinin fəaliyyət sahəsi üzrə öhdəliklərinin olması, hərbi xidmətə çağırılacağı halda şəxsi həyatında və səhhətində çətinliklər yarana biləcəyi barədə ümumi xarakterli dəlilləri də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün yetərli əsas hesab edilə bilməz. Ərizəçinin yanaşı xəstəliklərinə gəldikdə isə, həmin hallar təqdim edilmiş tibbi sənədlər üzrə “Xəstəliklər cədvəli”nin müvafiq maddələri ilə müqayisəli şəkildə qiymətləndirilmiş və onların hazırkı mərhələdə hərbi xidmətə yararsızlıq (daimi və ya müvəqqəti) nəticəsi doğuran bəndlərin tətbiqinə əsas yaratmamışdır.

60. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar