Məhkəmə qərarları › İş №15(3-10)-56/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-10)-56/2026

10.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-56/2026 10.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), X2 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi, Iddiaçı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “sərəncamların qoyulmasının qadağan edilməsi” tələbinə dair “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi ilə bağlı Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı cavabdehə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehin “vergilərin, cari ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə ##.##.2026-cı il tarixli *-**-*-*/*- ******/**** nömrəli qərarı”nın həmin inzibati aktın icrasının dayandırılması barədə, eyni zamanda həmin inzibati aktın icrasının dayandırılması barədə, eyni zamanda həmin qərar ilə hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən banklardakı hesabına, həmçinin ƏDV depozit hesabından alınmalı və dondurulmalı sərəncamların qoyulmasının qadağan edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, “iddiaçı cavadehə qarşı məhkəmədə iddia qaldıraraq Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin-üzərinə Idarənin Rəisi (rəis müavini) Zaur Əkbərli tərəfindən qəbul olunmuş vergilərin, vergilərin cari ödəmələrini məcburi dövlət sosial sığorta, işsizlik sığorta və icbari sığorta haqlarının hesablanması barədə ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli Qərarın ləğv olunması və həmin qərarla yazılmış 39430,59 manat vergi borcunun silinməsi, eyni zamanda hesabından sildiyi məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, cavabdeh iddiaçıya ## #### 2026-cı il tarixdə **************** saylı AVIS-tən kənar uyğunsuzluq məktubu göndərmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, kameral vergi yoxlaması üçün zəruri olan məlumatlar təqdim olunsun. Daha sonra məktubun məzmununda isə qeyd olunmuşdur: 2025-ci il mənfəət (gəlir) vergisi tədiyyəsi üzrə bəyannamənin araşdırılması zamanı aşağıdakı risklər müəyyən olunmuşdur: Tərəfinizdən təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin gəlirlər hissəsində göstərilən dövriyyə elektron qaimə faktura, kassa və ixrac əməliyyatlar arasında qismən təsdiqini tapmadığı üçün kənarlaşma yaranmışdır. Müəyyən olunmuş risklərlə bağlı 5 iş günü ərzində ətraflı izahat məktubu, müvafiq təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilməsi sizə bildirilir. Hörmətli məhkəmə, həmin bu uyğunsuzluq məktubundan dərhal sonra dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir və vergi orqanından əməliyyatların əsasında “qismən təsdiqini tapmayan” nəyin olduğu, kənarlaşma harda, hansı bənddə olduğu göstərilməsi tələb edilmişdir. Bundan başqa 10 martda göndərilmiş uyğunsuzluq məktubuna 11 martda cavab olaraq dəqiqləşdirilmiş bəyannamə verilmiş və həmin bəyannamə təsdiq edilmişdir. Lakin buna baxmayaraq cavabdeh orqan ## #### 2026-cı il tarixdə 3-21-2- */*-******/**** saylı qərarla iddiaçıya 39430,59 manat əlavə vergi məbləği və ya sığorta haqqı hesablamışdır. Eyni zamanda cavabdeh rayonda fəaliyyət göstərən bütün banklara 25523,18 manat pulun büdcəyə olan qalıq və faiz adı altında iddiaçının hesabından silinməsi üçün sərəncam vermişdir. Bundan başqa qanunsuz hesabladığı 39430,59 manat vergi borcunun ödənilməsi məqsədi ilə iddiaçının hesabında olan 14000 manat pulu qanunsuz olaraq öz hesabına silmişdir. Bütün bunlara baxmayaraq cavabdehin nə uyğunsuzluq məktubunda, nə də qərarında kənarlaşmanın nədən ibarət olması qeyd olunmamışdır. Iddiaçı hesab edir ki, cavabdeh orqan ona verilmiş səlahiyyətlərdən istifadə edərək, eyni zamanda hazırda qüvvədə olmayan Vergi Məcəlləsinin maddələrinə istinad edərək və verginin hesablanması qaydalarına dair hazırda mövcud olan qaydalara əməl etməyərək qanunsuz hərəkətlərlə iddiaçıya əsassız vergi borcları yaratmışdır. Eyni zamanda banklara sərəncam verərək iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə məhdudiyyətlər yaratmışdır. Şikayətini etdiyi qərar qəbul olunan gündən 30 gün keçməmişdir. Iddiaçı qeyd edir ki, həmin qərar əsaslı hesab edilə bilməz. Ona görə də məhkəməyə müraciət edir. Iddiaçı qeyd edir ki, cavabdeh orqan yuxarıda adı çəkilən uyğunsuzluq məktubunda qeyd etdiyi cümləyə, yəni “Tərəfinizdən təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin gəlirlər hissəsində göstərilən dövriyyə elektron qaimə faktura, kassa və ixrac əməliyyatlar arasında qismən təsdiqini tapmadığı üçün kənarlaşma yaranmışdır.” Bu cümlədə götərilənləri məhkəməyə izah etməlidir. Daha sonra cavabdeh iddiaçıya hesabladığı 39430,59 manat vergi borcununhansı qayda və hansı maddə ilə hesabladığını məhkəməyə təqdim etməlidir. Iddiaçı qeyd edir ki, Vergi Məcəlləsində qismən kənarlaşma adlı termin yoxdur. Bundan sonra iddiaçı qeyd edir ki, cavabdehin ona hesabladığı 39430,59 manat vergi borcunun- hesablama düsturu Vergi Məcəlləsinə əsasən 2025-ci ilin yanvar ayının 01-dək qüvvədə olmuşdur. Cavabdeh qüvvədən düşmüş maddəyə istinadən vergi borcu hesablayır, vergi borcunun hesablanma Qaydalarına isə əməl etməyərək iddiaçıya şişirdilmiş borc yaradır. Cavabdehin bu hərəkətləri qəsdən edilmişdir. Buna görə məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının hesabına yazdığı borcun açıqlamasını verməyə borcludur. Məhkəmə araşdırması uzun bir müddət davam edə bilər. Lakin cavabdeh orqanın ## #### 2026-cı il tarixli qərarı əsasında iddiaçıya yazılmış 39430,59 manat vergi borcu tutulmasına dair qərarın icra olunması və həmin qərarda göstərilən məbləğin üzərinə müvafiq faizlərin gəlməsi, eyni zamanda həmin borc adı altında banklara təqdim edilmiş iddiaçının hesabında olan pulun silinməsi iddiaçını bir sahibkar kimi əlverişsiz bir vəziyyətə gətirib çıxara bilər. Iddianın mahiyyətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinə bilər. Lakin iddianın uğurlu olması ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda ziddiyyətli maraqlar hər tərəfli qiymətləndirilməlidir. Qeyd edilir ki, cavabdeh təşkilat sözügedən qərar əsasında bank hesablarından silinmələri dayandırmalı və dondurulmalı sərəncamların qoyulmasına vergi orqanına qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** saylı inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında qərarında qeyd olunmuşdur ki, məhkəmələr IPM-nin 1.2 və MPM-nin 159-cu maddələrini nəzərə almaqla belə ərizələrə təxirə salınmadan baxmalıdırlar. Həmin qərarda qeyd olunur ki, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək barədə vəzifə qoya bilər. Müəyyən hərəkətləri etmək öhdəliyi cavabdehin üzərinə qoyulması zamanı o, ərizəçinin lehinə konkret aktiv hərəkətlər etməyə məcbur edilir.”

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki Inzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilmişdir.

5. Maraqlı şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2025-ci il gəlir vergisi bəyannaməsinin gəlirlər hissəsində göstərilən dövriyyə elektron qaimə faktura, kassa və ixrac əməliyyatları əsasında qismən təsdiqini tapmadığı üçün kənarlaşma yaranmışdır. Yaranmış uyğunsuzluqlar ilə əlaqədar ##.##.2026-cı il tarixli **************** nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub vergi ödəyicisinə göndərilmişdir. Müəyyən olunmuş risklərlə bağlı 5 iş günü ərzində ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi lakin, müəyyən olunmuş risklərlə bağlı tələb olunan ətraflı izahat məktubu, müvafiq təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Nəticədə vergi orqanı tərəfindən edilmiş "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmiş və yoxlama başa çatdırılmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən 2025-ci ilin gəlir vergisi üzrə təqdim etdiyi sonuncu bəyannamə ##.##.2026-cı il tarixdə olmuşdur və həmin bəyannamə vergi orqanı tərəfindən təsdiq edilməmişdir. Vergi orqanının ##.##.2026-cı il tarixli kameral vergi yoxlaması üçün zəruri olan məlumatlar təqdim olunması ilə bağlı uyğunsuzluq məktubundan sonra vergi ödəyicisi tərəfindən dəqiqləşmiş bəyannamə və digər zəruri sənədlər təqdim edilməmişdir. Göründüyü kimi, məhkəmənin əsaslandırması mövcud olmayan faktlara əsaslanmışdır. Bu səbəbdən, qeyd olunan hallar iddianın "büyük ehtimalla uğurlu" olacağını sübut etmir. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələr üzrə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının ərizəsi əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Yəni inzibati işin ilkin araşdırılmasına sənədlər vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmişdir. Bu sənədlər uyğunsuzluq məktubları, kameral qərarlar və hesabat-axtarış sistemindən götürülmüş məlumatlardan ibarət olmuşdur ki, həmin sənədlər üzrə vergi orqanı tərəfindən heç bir prosessual pozuntulara yol verilməmişdir. Işin mahiyyətinə gəldikdə isə bu barədə məhkəmə araşdırması hələdə davam edir. Ona görə də yekun məhkəmə qərarı olmadan ümumi işin mahiyyətini ehtimallar üzərindən araşdırmaqla müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunması barədə qərardadın qəbul edilməsini əsassız hesab edirəm. Vergi orqanı yaranmış uyğunsuzluqlar ilə əlaqədar ##.##.2026-cı il tarixli **************** nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub vergi ödəyicisinə göndərilmişdir. Məktubda 2025-ci il gəlir vergisi bəyannaməsinin gəlirlər hissəsində göstərilən dövriyyənin elektron qaimə faktura, kassa və ixrac əməliyyatları əsasında qismən təsdiqini tapmadığı, yəni real dövriyyənin azaldıldığı qeyd olunmuşdur. Əlavə olaraq, məktubda müəyyən olunmuş risklərlə bağlı konkret olaraq hansı sənədlərin tələb olunduğu qeyd edilmişdir. Yaranacaq sualların cavablandırılması üçün çağrı mərkəzinin əlaqə nömrəsi və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət hüququ da izah olunmuşdur. Həmçinin, iddiaçı məhkəməyə təqdim etdiyi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə müvafiq əsaslandırma aparmamış, yalnızca işin ümumi mahiyyətinə dair ehtimallara əsaslanmışdır. Hazırkı iş üzrə məhkəmənin mövcud olmayan faktlara əsaslandığı və işin uğurluluq ehtimalının düzgün qiymətləndirilmədiyi müəyyən olunur; Ali Məhkəmənin ##.##.2023-cü il tarixli ** nömrəli Plenum Qərarı (və ona ##.##.2025-ci il tarixli ** nömrəli Qərarla edilmiş dəyişikliklər) müvəqqəti müdafiə tədbirlərinin tətbiqi üçün "təcililik" və "iddianın uğurluluq ehtimalı" şərtlərinin məcmu şəkildə mövcudluğunu tələb edir. Ərizəçi tərəf öz ərizəsində əsas diqqəti iddianın mahiyyətinə yönəltsə də, müvəqqəti tədbir üçün ilkin və sarsılmaz şərt olan təcililik faktını obyektiv sübutlarla (maliyyə hesabatları, bank çıxarışları, kritik ödəniş tapşırıqları və s.) əsaslandırmamışdır; Inzibati hüquq doktrinasına və Plenum Qərarının 4.1-4-cü bəndinə görə, pul vəsaitlərinin hərəkəti ilə bağlı aktlar mahiyyəti etibarilə geri qaytarıla biləndir (restitutio in integrum). Gələcəkdə iddia təmin olunacağı təqdirdə, həmin vəsaitlərin faizləri ilə birgə qaytarılması qanunvericiliklə təmin olunduğundan, burada "bərpası mümkün olmayan" və ya "fiziki məhv olma" təhlükəsi mövcud deyil; Ali Məhkəmənin Inzibati Kollegiyasının 2025-ci il üzrə çoxsaylı qərarları (o cümlədən 15 (102)-58/2025, **(***)-**/**** nömrəli qərarlar) təsdiq edir ki, təcililik şərti konkret faktlarla sübut olunmadıqda və zərər geri qaytarıla bilən xarakter daşıdıqda müvəqqəti müdafiə tədbiri tətbiq edilə bilməz. Ona görə də Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. TƏRƏFLƏRIN IZAHATLARI

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ərizəçi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Inzibati Məhkəməsinin ## ##### 2026cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının IPM və ya IPM) 62.3-cü mаddəsi).

TƏTBIQ EDILƏN HÜQUQ

10. Azərbаycаn Respublikаsının Inzibati Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər; 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.

82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı:

12. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı : 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra – IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 2.2. IPM-in 41 və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 2.3. Inzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər 11.1. Iddiaçı özünün hüquq və mənafelərinə toxunduğunu güman etdiyi inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini mübahisələndirmə haqqında iddia qaldırmaqla tələb edə bilər. 11.2. Məhkəmə mübahisələndirmə haqqında iddiaya baxarkən inzibati aktın səlahiyyət, forma, səbəb, məzmun və məqsəd ünsürləri baxımından hüquqa uyğunluğunu yoxlamalıdır (bax. – “Vergi ödəyicilərinin 2017-ci ilin # ###### tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il ## ###### tarixli ***VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2020-ci il ## ###### tarixli * nömrəli Qərarının 26-31-ci bəndləri). 11.3. Həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindən mübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir. Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, IPM-in 41.1-ci maddəsində təsbit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir. 11.4. Mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa zidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır. 11.5. Qanunsuz əlverişsiz inzibati aktlar bu və ya digər formada insan hüquqları və azadlıqları ilə bağlı olur, icra olunması zamanı onlara müəyyən məhdudiyyət gətirir. Bu səbəbdən də inzibati aktın icrasının dayandırılması institutu hüquqların müdafiəsində olduqca əhəmiyyətli təminat vasitəsi və prosessual imkan kimi çıxış edir. Onun tətbiqi nəticəsində qanunsuzluğu güman olunan əlverişsiz inzibati aktların icrası təxirə salınmış olur. Bununla da mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı əsaslı şübhələrin mövcudluğu halında həmin aktın icrası dayandırılmaqla bərpası mümkün ola bilməyəcək və ya xeyli dərəcədə çətin olacaq zərərin vurulmasının qarşısı alınmış olur. 11.6. Inzibati aktın icrasının dayandırılması mübahisə üzrə məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icrasının (tətbiqinin) təxirə salınmasını nəzərdə tutan müvəqqəti tədbirdir. 11.7. IPM-in 41.4-cü maddəsində müəyyən olunmuş ümumi qaydaya görə inzibati aktın icrası iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Lakin işin xüsusi hallarından çıxış etməklə məhkəmə inzibati aktın icrasını konkret bir müddət üçün də dayandıra bilər. 11.8. Inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələ üzrə qərar qəbul edə bilmək üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmadığı ilə bağlı aparılan araşdırma nəticəsində məhkəmənin gəldiyi qənaət işə mahiyyəti üzrə baxılmasının sonunda gəlinən yekun və qəti qənaət deyildir. 11.9. Bu zaman məhkəmənin qənaəti yalnız icraatın həmin mərhələsinədək mövcud olan işin hallarının araşdırılması nəticəsində yaranır, gəlinən həmin qənaət müvəqqəti olur, proqnoz və ehtimala əsaslanmaqla formalaşır. 11.14. Inzibati aktın icrasının dayandırılması növündə təminat tədbirinin tətbiqi nəticəsində mübahisələndirilən inzibati aktın icrası dayandırılır, bununla da inzibati aktın çıxarıldığı tarixdən əvvəlki hüquqi vəziyyətin davam etməsi təmin edilmiş olur. Ona görə də, inzibati aktın icrasının dayandırılmasına dair qərardad çıxarıldıqdan sonra inzibati orqan mübahisələndirilən inzibati akt qəbul edilənədək mövcud olan hüquqi və faktiki vəziyyətin tələb etdiyi qaydada davranmaqda davam etməlidir. 11.15. IPM-in 41.2-ci maddəsinə görə məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.19. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda təcili tənzimləməyə ehtiyac məsələsi həll olunur və yalnız müvəqqəti müəyyən edilən qaydadan bəhs edilir. Ona görə də məhkəmə belə tədbirin tətbiqi ilə bağlı ərizə üzrə qərar verərkən, iddia ərizəsinin özünə dair mahiyyəti üzrə yekun qərar çıxarılarkən tələb olunan inam və əminliklə hərəkət etmir. Çünki ərizə ilə prosesin konkret mərhələsində müəyyən məsələnin həlli tələb olunur. Müvafiq olaraq ərizənin taleyi də həmin konkret mərhələdə mövcud olan işin faktiki və hüquqi hallarına görə məhkəmədə yaranmış təsəvvür və proqnoz (onların daha sonra haqlı çıxıb-çıxmamasından asılı olmayaraq) əsasında həll edilməlidir. Iddia ərizəsinə mahiyyəti üzrə baxılarkən işin hallarının hərtərəfli araşdırılması nəticəsində başqa nəticə hasil olarsa, söhbət ehtimalın özünü doğrultmadığından gedəcəkdir. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.21. Bundan başqa, həmin araşdırma yalnız ilkin araşdırmanın qayda və şərtlərinə uyğun aparılmalıdır. Bununla bağlı olaraq məhkəmələrə izah olunur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda iddia icraatı ilə müqayisədə yoxlamanın həcminin azaldılması qaydası qüvvədədir. Ona görə ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraat təcili xarakter daşıyır, eləcə də iddia icraatının sonunda məhkəmə yekun qənaətə gələrkən onda işin faktiki və hüquqi halları ilə bağlı tam qənaət formalaşmış olur, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda isə bu mənada tam qənaət yaranmır, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz mövcud olur. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı qismən, hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən banklardakı hesabına, həmçinin ƏDV depozit hesabından alınmalı və dondurulmalı sərəncamların qoyulmasının qadağan edilməsi hissədə ləğv edilməli, həmin hissədə ərizə mümkün sayılmamalıdır.

15. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya # #### 2026-cı il tarixdə **************** saylı AVIStən kameral vergi yoxlaması üçün zəruri olan məlumatlar təqdim olunması ilə bağlı uyğunsuzluq məktubu göndərmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, “2025-ci il mənfəət (gəlir) vergisi tədiyyəsi üzrə bəyannamənin araşdırılması zamanı aşağıdakı risklər müəyyən olunmuşdur: Tərəfinizdən təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin gəlirlər hissəsində göstərilən dövriyyə elektron qaimə faktura, kassa və ixrac əməliyyatlar arasında qismən təsdiqini tapmadığı üçün kənarlaşma yaranmışdır. Müəyyən olunmuş risklərlə bağlı 5 iş günü ərzində ətraflı izahat məktubu, müvafiq təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilməsi sizə bildirilir.”. Iddiaçı bununla bağlı dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, vergi orqanından əməliyyatların əsasında “qismən təsdiqini tapmayan” nəyin olduğu, kənarlaşma harda, hansı bənddə olduğu göstərilməsi tələb etmiş, daha sonra dəqiqləşdirilmiş bəyannamə verilmiş və həmin bəyannamə təsdiq edilmişdir. Lakin buna baxmayaraq cavabdeh orqan ## #### 2026-cı il tarixdə *-**-*-*/*-******/**** saylı qərarla iddiaçıya 39430,59 manat əlavə vergi məbləği və ya sığorta haqqı hesablamışdır.

16. Maraqlı şəxs isə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2025-ci il gəlir vergisi bəyannaməsinin gəlirlər hissəsində göstərilən dövriyyə elektron qaimə faktura, kassa və ixrac əməliyyatları əsasında qismən təsdiqini tapmadığı üçün kənarlaşma yaranmışdır. Yaranmış uyğunsuzluqlar ilə əlaqədar ##.##.2026-cı il tarixli **************** nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub vergi ödəyicisinə göndərilmişdir. Müəyyən olunmuş risklərlə bağlı 5 iş günü ərzində ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi lakin, müəyyən olunmuş risklərlə bağlı tələb olunan ətraflı izahat məktubu, müvafiq təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Nəticədə vergi orqanı tərəfindən edilmiş "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmiş və yoxlama başa çatdırılmışdır.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2025-ci il üzrə gəlir vergisi bəyannaməsinin gəlirlər hissəsində göstərilən dövriyyə elektron qaimə faktura, kassa və ixrac əməliyyatları əsasında qismən təsdiqini tapmadığı üçün kənarlaşma yaranmış, yaranmış uyğunsuzluqlar ilə əlaqədar vergi orqanı tərəfindən ##.##.2026-cı il tarixli **************** nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub vergi ödəyicisinə göndərilmişdir. Həmin məktubda müəyyən olunmuş risklərlə bağlı 5 iş günü ərzində ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi göstərilmişdir. Iddiaçı tərəfindən də iş materiallarına əlavə edilmiş 2024 və 2025-ci illərə dair gəlir vergisinin bəyannamələri onların cavabdeh inzibati orqana müəyyən edilmiş müddətdə təqdim edildiyini təsdiq edir.

18. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanının iddiaçı tərəfindən dəqiqləşdirilmiş vergi bəyannamələrinin müəyyən edilmiş müddətdə təqdim edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.

19. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, vergi orqanı tərəfindən ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarla vergi borcunun, faizlərinin və maliyyə sanksiyasının hesablanması məsələləri həll edilmiş və yoxlama bununla da başa çatdırılmışdır.

20. Belə ki, ərizəçi birinci instansiya məhkəməsinə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehin “vergilərin, cari ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarı”nın həmin inzibati aktın icrasının dayandırılması barədə, eyni zamanda həmin inzibati aktın icrasının dayandırılması barədə, eyni zamanda həmin qərar ilə hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən banklardakı hesabına, həmçinin ƏDV depozit hesabından alınmalı və dondurulmalı sərəncamların qoyulmasının qadağan edilməsini xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsi isə həm mübahisəli qərarın icrasının dayandırılması həm də hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən banklardakı hesabına, həmçinin ƏDV depozit hesabından alınmalı və dondurulmalı sərəncamların qoyulmasının qadağan edilməsi tələbinə qiymət vermişdir.

22. Lakin vergi orqanı tərəfindən ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarla vergi borcu, faizlər və maliyyə sanksiyası hesablanmışdırsa, o zaman bank hesablarına və ƏDV depozit hesabına sərəncam qoyulmasının qadağan edilməsinə dair müdafiə tədbiri faktiki olaraq həmin qərarın icrasının dayandırılması tələbinin tərkib hissəsidir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı bank hesablarına və ƏDV depozit hesabına alınmalı və dondurulmalı sərəncamların qoyulmasının qadağan edilməsi ayrıca müdafiə tədbiri kimi göstərilsə də, həmin tədbirlər ##.##.2026-cı il tarixli qərarın icrasından irəli gələn hüquqi nəticələrdir.

24. Göründüyü kimi mübahisələndirilən qərarın icrasının dayandırılması məsələsinə birinci instansiya məhkəməsi tərəfindən qiymət verildiyindən və həmin tədbir sərəncamların qoyulmasının qadağan edilməsinə ayrıca qiymət verilməsinə zərurət qalmamışdır.

25. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli Qərarına əsasən, "Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).

26. Bundan əlavə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

27. Bununla yanaşı iddiaçı tərəfindən məhkəmə kollegiyasına onunla X5, X4, X3 və X1 arasında həmin şəxslərin “Gəncə şərab evi” və “Körpü” marketə satıcı kimi işə qəbul edilmələrinə dair əmək müqaviləsi bağlanmışdır.

28. Göründüyü kimi iddiaçı həmin işçilərlə əmək münasibətindədir və onların əməkhaqqının ödənilməsi öhdəliyini daşıyır. Mübahisələndirilən qərarın icrası nəticəsində iddiaçının bank hesabları üzrə sərəncamların tətbiq edilməsi və ya pul vəsaitləri üzərində məhdudiyyətlərin qoyulması onun sahibkarlıq fəaliyyətinin normal həyata keçirilməsini çətinləşdirə, nəticədə işçilərə əməkhaqlarının vaxtında ödənilməsinə mane ola bilər. Bu isə öz növbəsində işçilərin əmək hüquqlarına və sosial təminat maraqlarına mənfi təsir göstərə bilər.

29. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 6.1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub - pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənddə qeyd edilir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

30. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə ərizəyə hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən banklardakı hesabına, həmçinin ƏDV depozit hesabından alınmalı və dondurulmalı sərəncamların qoyulmasının qadağan edilməsi hissədə baxılmasına zərurət olmadığından müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi həmin hissədə mümkün sayıla bilməz.

31. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı qismən, hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən banklardakı hesabına, həmçinin ƏDV depozit hesabından alınmalı və dondurulmalı sərəncamların qoyulmasının qadağan edilməsi hissədə ləğv edilməli, həmin hissədə ərizə mümkün sayılmamalı, birinci instansiya məhkəməsinin qərardadı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Maraqlı şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı qismən, hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən banklardakı hesabına, həmçinin ƏDV depozit hesabından alınmalı və dondurulmalı sərəncamların qoyulmasının qadağan edilməsi hissədə ləğv edilsin, həmin hissədə ərizə mümkün sayılmasın. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar