Məhkəmə qərarları › İş №15(3-10)-58/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-10)-58/2026

14.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-58/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik edən və məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili İsayev Tural Fərhad oğlunun iştirakı ilə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehin “vergilərin, cari ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar”nın-həmin inzibati aktın icrasının dayandırılması barədə, eyni zamanda həmin qərar ilə hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən banklardakı hesabına, həmçinin ƏDV depozit hesabından alınmalı və dondurulmalı sərəncamların qoyulmasının qadağan edilməsi" tələbinə dair “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi ilə bağlı Şəki İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “vergilərin, cari ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar”nın ləğv olunması və həmin qərarla yazılmış 43.293,96 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Eyni zamanda, iddiaçı cavabdehə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehin “vergilərin, cari ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar”nın-həmin inzibati aktın icrasının dayandırılması barədə, eyni zamanda həmin qərar ilə hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən banklardakı hesabına, həmçinin ƏDV depozit hesabından alınmalı və dondurulmalı sərəncamların qoyulmasının qadağan edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, cavadehə qarşı məhkəmədə iddia qaldıraraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininüzərinə İdarənin Rəisi (rəis müavini) Zaur Əkbərli tərəfindən qəbul olunmuş, “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ## ##### 2026-cı il tarixli *-**-*-*/*-****** nömrəli Qərarın ləğv olunması və həmin qərarla yazılmış 43.293,96 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, 2025-ci il onlayn kassa məlumatlarına əsasən 602.377,54 manat ƏDV azad olunan dövriyyə olmuşdur ki, bunun da 283.816,01 manat hissəsi baza əsasında təsdiqini tapmır. Qeyd edilənləri nəzərə alaraq 43.293,96 manat ƏDV məbləği üzrə kənarlaşma yaranmışdır. Cavabdeh ## ##### 2026-cı il tarixdə, “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” *-**-*-*/*-****** nömrəli Qərar qəbul edərək ona əsassız olaraq 43.293,96 manat vergi borcu yazmışdır. Eyni zamanda, həmin qərarda göstərilən məbləği bank hesablarından silmək üçün banklara sərəncam vermişdir. Bundan başqa bildirir ki, cavabdeh məhkəmə iclasında ona əlavə olaraq hesabladığı vergi məbləğinin hesablanma düsturunu təqdim etməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh hal-hazırda qüvvədə olmayan qayda və qanunlar əsasında hesablama apararaq ona şişirdilmiş borc yaratmışdır. Daha sonra məhkəməyə bildirir ki, şikayətini etdiyi qərarın icrasının bu iddiaya baxılıb qutaranadək və iş üzrə qəbul olunmuş qərar qüvvəyə minənədək həmin vergi borcunun yaradılmasına dair qərarın icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə müraciət edir. Cavabdeh eyni zamanda bank hesablarına sərəncam verərək hesablarında olan pul məbləğini qanunsuz olaraq silməyə cəhd göstərib. Cavabdehin yuxarı təşkilatına müraciət olunmasına baxmayaraq şikayətinə baxılmır və qəbul olunmuş ##.##.2026-cı il tarixli qərar ilə onun hesabından 43.293,96 manat pulun silinməsi onu çətin vəziyyətə saldığını qeyd edir. Hazırda cavabdeh orqana qarşı “cavabdehin cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə ## ##### 2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli Qərarının ləğv olunması və həmin qərarla yazılmış 43.293,96 manat vergi borcunun silinməsi tələbinə dair" iddia ərizəsi məhkəmənin icraatındadır. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddələri ilə vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət vermək hüququna təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 15-ci bəndinə müvafiq olaraq, maliyyə fəaliyyətinin əsaslarına, vergilərə, rüsumlara və ödənişlərə dair ümumi qaydaları qanunverici müəyyən edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində deyilir ki, «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə, işinin ədalətli araşdırılması hüququna malikdir...».“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın Protokolunun (Protokol (qeyri-rəsmi olaraq) * saylı Protokol da adlandırılır) 1-ci maddəsində deyilir ki, «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamalanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.

4. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2024-cü il tarixdə təqdim etdiyi 2025-ci ilin dekabr ayı üzrə cari ƏDV bəyannaməsində hesabat dövrü üzrə ƏDV-yə 18 % dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin “təqdim edilmiş mal, iş və xidmətlərin dəyərin” sütununda 297 338,27 manat (ƏDV-siz), “daxil olmuş məbləğ” sütununda 298 445,37 manat (ƏDV-siz), “ƏDV məbləği” sütununda 53 720,17 manat göstərmişdir. - İddiaçının MXMT barədə ərizəsi mülahizələri ümumi və bəyan xarakterli olmuş, məhkəmə qərarının icrasının dayandırılmasının təxirəsalınmaz zərurəti ilə əlaqədar iş üzrə heç bir əlavə sənəd təqdim edilməmişdir. - Müvəqqəti xarakterli müdafiə tədbirləri barədə ərizəsi ilkin təcili tənzimləmənin zəruriliyinə dir hər hansı ciddi əsaslandırma və sübut təqdim edilmədən verildiyi üçün mümkün sayılmamalıdır. - Ali Məhkəmənin ##.##.2023-cü il tarixli ** nömrəli Plenum Qərarı (və ona ##.##.2025ci il tarixli ** nömrəli Qərarla edilmiş dəyişikliklər) müvəqqəti müdafiə tədbirlərinin tətbiqi üçün "təcililik" və "iddianın uğurluluq ehtimalı" şərtlərinin məcmu şəkildə mövcudluğunu tələb edir. Ərizəçi tərəf öz ərizəsində əsas diqqəti iddianın mahiyyətinə yönəltsə də, müvəqqəti tədbir üçün ilkin və sarsılmaz şərt olan təcililik faktını obyektiv sübutlarla (maliyyə hesabatları, bank çıxarışları, kritik ödəniş tapşırıqları və s.) əsaslandırmamışdır; - İnzibati hüquq doktrinasına və Plenum Qərarının 4.1-4-cü bəndinə görə, pul vəsaitlərinin hərəkəti ilə bağlı aktlar mahiyyəti etibarilə geri qaytarıla biləndir (restitutio in integrum). Gələcəkdə iddia təmin olunacağı təqdirdə, həmin vəsaitlərin faizləri ilə birgə qaytarılması qanunvericiliklə təmin olunduğundan, burada "bərpası mümkün olmayan" və ya "fiziki məhv olma" təhlükəsi mövcud deyil. - Vergi daxilolmaları ictimai maraqların (büdcə intizamı, sosial layihələr) təmin olunması üçün suveren resursdur. Ərizəçinın ümumi xarakterli "fəaliyyətin iflic olması" iddiası dövlətin legitim fiskal maraqlarından üstün tutula bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 965-ci maddəsinə əsasən, bank hesabındakı sərəncam işçilərin əmək haqlarının, alimentlərin və sağlamlığa vurulmuş zərərin ödənilməsinə maneə yaratmır. Bu da ərizəçinın sosial öhdəliklərini icra edə bilməməsi barədə dəlillərini hüquqi əsasdan məhrum edir; - Ali Məhkəmənin İnzibati Kollegiyasının 2025-ci il üzrə çoxsaylı qərarları (o cümlədən 15(102)-58/2025, **(***)-**/**** nömrəli qərarlar) təsdiq edir ki, təcililik şərti konkret faktlarla sübut olunmadıqda və zərər geri qaytarıla bilən xarakter daşıdıqda müvəqqəti müdafiə tədbiri tətbiq edilə bilməz. - Odur ki, Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ### 2026-cı il tarixli **(*- **)-**/**** nömrəli qərardadı ilə iddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilərək iddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “##.##.2026cı il tarixli 3-21- *-*/*-******/**** nömrəli qərarının icrasının dayandırılması, həmin inzibati aktın icrasının dayandırılması barədə, eyni zamanda həmin qərar ilə hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən banklardakı hesabına, həmçinin ƏDV depozit hesabından alınmalı və dondurulmalı sərəncamların qoyulmasının qadağan edilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, məhkəmə aşağıdakı hallara görə hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməlidir. - Hazırkı ərizədə ərizəçinin hüquqi marağı əsas iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehin vergilərin, cari ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar”nın icrasının dayandırılmasından ibarətdir. - Məhkəmə qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin və ya üçüncü şəxslərin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoyula bilməsi üçün məhkəmə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlmiş olmalıdır. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirməlidir. - Müvəqqəti xarakterli müdafiə ilə bağlı İPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına, eləcə də onların tətbiqi ilə bağlı Plenum qərarında verilmiş izahlara görə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır – ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. - İş materiallarından görünür ki, iddiaçı barəsində “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” *-**-*-*/*-****** nömrəli Qərar qəbul edilərək 43.293,96 manat vergi borcu yaranamışdır. Hazırda həmin qərar mübahisələndirilir. - İddianın böyük ehtimalla uğurlu olması ilə bağlı qeyd olunmalıdır ki, tərəflər arasında mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçı tərəfindən bəyan olunmuş 2025-ci il üzrə illik gəlir vergisi bəyannaməsi üzrə cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın qanuniliyi müəyyən edilməlidir. - İş materiallarının ilkin araşdırılması ilə müəyyən edilir ki, 2025-ci il onlayn kassa məlumatlarına əsasən 602.377,54 manat ƏDV azad olunan dövriyyə olmuşdur ki, bunun da 283.816,01 manat hissəsi baza əsasında təsdiqini tapmır. Qeyd edilənləri nəzərə alaraq 43.293,96 manat ƏDV məbləği üzrə kənarlaşma yaranmışdır. - Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə elektron göndərilən AVİSDƏN kənar uyğunsuzluq məktubunda 2025-ci il üzrə NKA məlumatlarına əsasən 602377.54 manat ƏDV azad olunan dövriyyəni satışın dəyəri olaraq və ilin əvvəlinə mal qalığının 126195.1 manat, alış aktı əsasında 49818 manat, eQF əsasında 142548.43 manat olduğu qeyd edilməklə cəmi 283816.01 manat ƏDV azad dövriyyənin alışının təsdiq olunmadığı bildirilmişdir. - Bundan sonra iddiaçı tərəfindən bildirilmişdir ki, 2025-ci il ərzində elektron qaimə faktura əsasında əldə olunan ƏDV-yə cəlb olunmayan və ƏDV azad məbləğlərin cəmi olan 322054.99 manat məbləğ müvafiq araşdırmaya daxil edilməmişdir. 322054.99 manat cəmi məbləğin 73608.99 manat ƏDV-yə cəlb olunmayan və 248446 manat ƏDV azad mallar üzrə (ƏDV-çi olan və olmayan ödəyicilərdən daxil olan) elektron qaimə fakturalar barədə məlumat DVX nin https://new.e-taxes.gov.az/ web sistemində öz əksini tapmışdır. Müvafiq cədvəldə cəmi ədv-yə cəlb olunmayan 73608.99 manat və ƏDV azad mallar üzrə 162486 manat ƏDVçi olmayan sahibkarlardan 85960 manat isə ƏDV-çi olan sahibkarlardan daxil olmuşdur. ƏDVyə cəlb olunmayan mallar "xxxx" MMC tərəfindən əldə olunmuşdur. ƏDV azad mallar isə bir sıra böyük və kiçik firmalar və eləcə də fərdi sahibkarlar tərəfindən təqdim olunmuşdur. - Hazırkı mərhələdə belə müəyyən olunur ki, vergi orqanı müəyyən etdiyi 602377.54 manat ƏDV azad olunan satışın dəyərindən ticarət əlavəsini çıxmadan malların alış dəyəri ilə müqayisə aparmışdır və əlavə olaraq müvafiq ildə elektron qaimə faktura əsasında əldə olunan cəmi 322054 manat ƏDV hesablanmadan alınmış malların dəyərini azaldaraq 142548.43 manat qeyd etməklə vergi hesablanması aparmışdır. - Göründüyü kimi, hazırkı mərhələdə işin ilkin araşdırılması və qiymətləndirilməsi ilə iddianın böyük ehtimalla uğurlu olacağını güman etmək olar. - ## ##### 2026-cı il tarixli qərarın icrası ilə bağlı görülməli olan tədbirlər nəticəsində cavabdeh iddiaçının hesablarından alınması və ya pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması üçün kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslərə icra (ödəniş) sənədi və ya icra sənədi olan sərəncamlar göndərir, qeyd edilən tədbir nəticə vermədikdə, aidiyyəti üzrə müvafiq icra qurumuna müraciət edir. Bu tədbirlərin isə hazırda icra edilməsi təsərrüfat subyekti olan iddiaçının sahibkarlıq fəaliyyətini müstəqil surətdə həyata keçirməsini mümkünsüz edir. - Belə ki, hazırkı vəziyyətdə yuxarıda qeyd olunan qərar icra olunacağı təqdirdə bu hal vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin normal düzəninin və əmtəə dövriyyəsinin pozulmasına, əmək haqqı və digər məcburi ödənişlərin dayandırılması ilə nəticələnəcəyinə, eləcə də digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi halda ona maddi ziyan dəyəcəyinə səbəb olacaqdır. - Mübahisələndirilən borc məbləğinin icrasının dayandırılması ilə bağlı məhkəmə qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə mübahisənin həlli əsas iddianın mahiyyəti üzrə həllini ehtiva etməsə də, əsas iddiaya bağlıdır və onun uğurluluq ehtimalından, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən asılıdır. - Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinin hazırkı işin hallarına tətbiq edilməsi nəticəsində mövcud olan işin faktiki və hüquqi hallarına görə onda yaranmış təsəvvür və proqnoz (daha sonra haqlı çıxıb-çıxmamasından asılı olmayaraq) əsasında, eyni zamanda mübahisəli vergi borcu məbləği ilə cavabdehin hər hansı sərəncam verməsi, qərar qəbul etməsi və ya hərəkətlər etməsi nəticəsində iddiaçının hüquq və azadlıqlarını bərpa oluna bilməyəcək şəkildə pozula bilməsi ehtimalını nəzərə alaraq hesab etmişdir ki, cavabdehin ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarının icrası dayandırılmalıdır.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadının ləğv edilməsi və müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmiş, qanunsuz və əsassız qərardad qəbul etmişdir. - Uçot-baza məlumatlarına əsasən ərizəçinin ##.##.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ##.##.2021 tarixdən ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “sair ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olduğu, AZ3400, Qax rayonu, Qax şəhəri, H.Əliyev ünvanında yerləşən əsas sahəsi 300 m2 olan (obyekt kodu: 4300711142-43003) “Mağaza” adlı və Qax rayonu, Qax şəhəri, H.Əliyev yerləşən əsas sahəsi 110 m2 olan (obyekt kodu: 4300711142- 43001) “Mağaza” adlı təsərrüfat subyektlərinin (obyektlərinin) uçotda olduğu müəyyən edilmişdir. - Mübahisələndirilən qərar barədə: - ##.##.2026-cı il tarixli 3-21-2-3/2-860994/2026 “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarla iddiaçıya 2025-ci ilin dekabr ayının əlavə dəyər vergisi üzrə 43 293,96 manat əlavə vergi məbləği hesablanmışdır. - Bəyannamənin faktiki göstəriciləri: - Ərizəçi ##.##.2024-cü il tarixdə təqdim etdiyi 2025-ci ilin dekabr ayı üzrə cari ƏDV bəyannaməsində hesabat dövrü üzrə ƏDV-yə 18 % dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin “təqdim edilmiş mal, iş və xidmətlərin dəyərin” sütununda 297 338,27 manat (ƏDVsiz), “daxil olmuş məbləğ” sütununda 298 445,37 manat (ƏDV-siz), “ƏDV məbləği” sütununda 53 720,17 manat göstərmişdir. - Müəyyən edilmiş kənarlaşmanın mahiyyəti: - Ərizəçinin 2025-ci ilin dekabr ayı üzrə ##.##.2026-cı il tarixdə təqdim etdiyi sonuncu dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmişdir. Araşdırma zamanı təqdim edilmiş bəyannamənin ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda 298 445,37 manat məbləğ göstərilsə də, hesabat dövründə ƏDV depozit hesabına 538 967,40 manat ƏDV mədaxil olmuş, həmçinin 2025-ci il ərzində onlayn kassa məlumatına əsasən 602 377,54 manat ƏDV azad olunan dövriyyə olmuşdur ki, bu dövriyyənin 283 816,01 manat hissəsi baza əsasında təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən 43 293,96 manat əlavə vergi məbləği hesablanmışdır. - Yayındırılmış dövriyyənin bərpa edilərək KVY-nin başa çatdırılması - Ərizəçi tərəfindən yazılı izahat, tələb olunan sənədlər təqdim edilmədiyindən və kənarlaşmalar aradan qaldırılmadığından aparılmış araşdırma nəticəsində hesabat dövrü üzrə yayındırılmış ƏDV dövriyyəsi bərpa edilmiş, nəticədə ƏDV bəyannaməsində 18 % dərəcə ilə cəlb olunan əməliyyatlar sətrində “təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinin” 537 860,3 manat (ƏDV-siz), “daxil olmuş məbləğ”in 538 967,40 manat (ƏDV-siz), “ƏDV məbləği”nin 97 014,13 manat, əvəzləşdirilən ƏDV-nin 198 792,4 manat, büdcəyə ödənilməli ƏDV-nin isə 61 231,5 manat hesablanmaqla ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” KVY qərarı qəbul edilərək ərizəçiyə göndərilmişdir. - Məhkəmənin qərardadını əsaslandırarkən qeyd etdiyi məsələlər işin faktiki hallarına uyğun gəlmir və əsassızdır. - Ərizəçinin 2025-ci ilin dekabr ayı üzrə ##.##.2026-cı il tarixdə təqdim etdiyi sonuncu dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda 298 445,37 manat məbləğ göstərilsə də, hesabat dövründə ƏDV depozit hesabına 538 967,40 manat ƏDV mədaxil olmuşdur. Həmçinin 2025-ci il ərzində onlayn kassa məlumatına əsasən 602 377,54 manat ƏDV azad olunan dövriyyə olmuşdur ki, bunun da 283 816,01 manat hissəsi baza əsasında təsdiqini tapmamışdır. Əvəzləşdirilən ƏDV-nin 198 792,4 manat, büdcəyə ödənilməli ƏDVnin isə 61 231,5 manat olduğunu nəzərə alaraq müvafiq qərar qəbul edilmişdir. - Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələr üzrə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının ərizəsi əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. - Yəni inzibati işin ilkin araşdırılmasına sənədlər vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmişdir. Bu sənədlər uyğunsuzluq məktubları, kameral qərarlar və hesabat-axtarış sistemindən götürülmüş məlumatlardan ibarət olmuşdur ki, həmin sənədlər üzrə vergi orqanı tərəfindən heç bir prosessual pozuntulara yol verilməmişdir. İşin mahiyyətinə gəldikdə isə bu barədə məhkəmə araşdırması hələ də davam edir. Ona görə də, yekun məhkəmə qərarı olmadan ümumi işin mahiyyətini ehtimallar üzərindən araşdırmaqla müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunması barədə qərardadın qəbul edilməsini əsassız hesab edir. - Həmçinin, iddiaçı məhkəməyə təqdim etdiyi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə müvafiq əsaslandırma aparmamış, yalnızca işin ümumi mahiyyətinə dair ehtimallara əsaslanmışdır. - İddiaçı həm iddia ərizəsində, həm də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizədə yalnız vergi orqanının hesablamaları barədə qeydləri göstərmiş, ərizədə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan, həmçinin tələbini əsaslandıracaq müvafiq təsdiqləyici sənədləri əlavə etməmişdir. - Göründüyü kimi ərizəçi yalnız vergi orqanının hesablamalarına dair subyektiv mülahizələrini göstərmiş, lakin təcililiyi və bərpası mümkün olmayan zərəri təsdiq edən heç bir auditi və ya maliyyə sənədini təqdim etməmişdir. - Yekun əsaslandırma: - Hazırkı iş üzrə məhkəmənin mövcud olmayan faktlara əsaslandığı və işin uğurluluq ehtimalının düzgün qiymətləndirilmədiyi müəyyən olunur; - Ali Məhkəmənin ##.##.2023-cü il tarixli ** nömrəli Plenum Qərarı (və ona ##.##.2025ci il tarixli ** nömrəli Qərarla edilmiş dəyişikliklər) müvəqqəti müdafiə tədbirlərinin tətbiqi üçün "təcililik" və "iddianın uğurluluq ehtimalı" şərtlərinin məcmu şəkildə mövcudluğunu tələb edir. Ərizəçi tərəf öz ərizəsində əsas diqqəti iddianın mahiyyətinə yönəltsə də, müvəqqəti tədbir üçün ilkin və sarsılmaz şərt olan təcililik faktını obyektiv sübutlarla (maliyyə hesabatları, bank çıxarışları, kritik ödəniş tapşırıqları və s.) əsaslandırmamışdır; - İnzibati hüquq doktrinasına və Plenum Qərarının 4.1-4-cü bəndinə görə, pul vəsaitlərinin hərəkəti ilə bağlı aktlar mahiyyəti etibarilə geri qaytarıla biləndir (restitutio in integrum). Gələcəkdə iddia təmin olunacağı təqdirdə, həmin vəsaitlərin faizləri ilə birgə qaytarılması qanunvericiliklə təmin olunduğundan, burada "bərpası mümkün olmayan" və ya "fiziki məhv olma" təhlükəsi mövcud deyil; - Vergi daxilolmaları ictimai maraqların (büdcə intizamı, sosial layihələr) təmin olunması üçün suveren resursdur. Ərizəçinın ümumi xarakterli "fəaliyyətin iflic olması" iddiası dövlətin legitim fiskal maraqlarından üstün tutula bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 965-ci maddəsinə əsasən, bank hesabındakı sərəncam işçilərin əmək haqlarının, alimentlərin və sağlamlığa vurulmuş zərərin ödənilməsinə maneə yaratmır. Bu da ərizəçinın sosial öhdəliklərini icra edə bilməməsi barədə dəlillərini hüquqi əsasdan məhrum edir; - Ali Məhkəmənin İnzibati Kollegiyasının 2025-ci il üzrə çoxsaylı qərarları (o cümlədən 15 (102)-58/2025, **(***)-**/**** nömrəli qərarlar) təsdiq edir ki, təcililik şərti konkret faktlarla sübut olunmadıqda və zərər geri qaytarıla bilən xarakter daşıdıqda müvəqqəti müdafiə tədbiri tətbiq edilə bilməz.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Ərizəçinin vəkili İsayev Tural Fərhad oğlu apellyasiya şikayətinə qarşı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti ilə razı deyillər. - Qeyd edir ki, Vergi orqanı tərəfindən təqdim olunan * nömrəli məlumatda kənarlaşmanın mahiyyətində qeyd olunan hesabat dövrü ərzində ƏDV depozit hesabına 538967,40 manat ƏDV mədaxil olunmuşdur məlumatı qəsdən təhrif edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün hesabat dövrü təqvim ayıdır və 2025-ci ilin dekabr ayında ƏDV depozit hesabına daxil olan məbləğin cəmi 2108.65 manat ƏDV olmuşdur. Əlavə olaraq ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək isə bu ƏDV məbləğ 21409.31 manat olmuşdur. Müvafiq ay üzrə sənəd vergi orqanının məlumat bazasından endirilməklə bu məktuba əlavə olunur. Həmin məlumatda 2025-ci il üzrə NKA məlumatlarına əsasən ƏDV azad olunan mallar üzrə dövriyyə 602377,54 manat göstərilmişdir ki, bu məlumat doğrudur, ancaq 283816.01 manat kənarlaşma məbləğinin hansı hesablamadan yaranması barədə məlumat qeyd olunmamışdır. X1 müvafiq il üzrə elektron qaimə faktura əsasında alınmış ƏDV azad olunan və ƏDV-yə cəlb olunmayan malların məbləğini təhlil edərkən məlumatları təhrif etmişdir. Belə ki, Vergi Orqanı tərəfindən göndərilən ##.##.2026-cı il tarixli məktuba əsasən aparılmiş kameral vergi yoxlaması zamanı dövrün əvvəlinə 126195.1 manat qalıq məbləğini, alış aktı əsasında 49818 manat, elektron qaimə faktura əsasında alınmış 142548.43 məbləğləri nəzərə almışdır, lakin ƏDV ödəyicisi olmayan və ƏDV azad mallar satışı edən şəxslərdən daxil olmuş (İlkin Səmədov Rasim Oğlu VÖEN **********, "ZAHİDOĞLU" VÖEN ********** və sair) və elektron qaimə fakturaların ƏDVsiz ümümi dəyər bölməsində əks olunan 162486.15 manat məbləği nəzərə alınmamışdır. Odur ki, Vergi Orqanı məlumatları təhrif etmişdir. Həmin nəzərə alınmayan qaimələri təqdim edir. - Yuxarıda qeyd olunanları nəzərə alaraq müəyyən etmək olar ki, Vergi Orqanı kameral vergi yoxlamasını apararkən səthi məlumatlara əsaslanmış, ətraflı araşdırma etməmiş və Vergi Məcəlləsinin 3.2, 3.11 ci maddələrini heçə saymış və əlavə vergi məbləği hesablanarkən müvafiq Məcəllənin 12-ci maddəsində qeyd olunan vergitutma obyekti düzgün müyyən edilməmişdir. Əlavə olaraq, Vergi Məcəlləsinin 161-ci maddəsinin müddəalarını kobud şəkildə pozmuşdur. Belə ki, Vergi Məcəlləsi müəyyən edilən vergitutma dövrü olan dekabr ayında ƏDV depozit hesabına daxil olmuş cəmi ƏDV 2108.65 manat və NKA dövriyyəsi üzrə cəmi ƏDV 18 faiz dövriyyə ƏDV daxil 298145.59 manat və ƏDV azad dövriyyə 69387.96 manat olmuşdur ki, tərəfindən hər biri bəyan olunmuşdur, elektron uyğunsuzluq aşkar edilməmişdir. X2 öz mülahizəsinə əsasən yaratdığı bir uydurma rəqəmlər əsasında əlavə vergi hesablanmasına səbəb olmuşdur. Müvafiq hesabat dövrü üzrə bəyan etməli olduqları məbləğin dəfələrlə şişirdilməsi faktı aşkar edilmişdir. - Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyası iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili İsayev Tural Fərhad oğlu izahat verərək apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası da onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3cü mаddəsi).

12. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində iştirak edən X3 qeyd etmişdir ki, bu işdə məsələ bir vergi əməkdaşının apardığı təhlillər zamanı sahibkarın elektron qaimə fakturanı əldə etdiyi malların dəyərini düzgün müəyyən edə bilməmə bacarığından və yaxud qəsdən bunu etmə bacarığından irəli gəlib. Qaimə fakturanın 2 cür tərtib olunma qaydası var: ƏDV ödəyiciləri tərəfindən tərtib olunan elektron qaimə, ƏDV ödəyiciləri olmayanlar tərtib olunan elektron qaimə. Bunların fərqi ondan ibarətdir ki, ƏDV ödəyiciləri tərəfindən tərtib olunan elektron qaimələrdə avtomatik olaraq 4 sütun yaranır. Göründüyü kimi orada sıfırlar var. ƏDV ödəyiciləri olmayanlar şəxslərdə bunlar aktiv olmur. Sadəcə olaraq vergi orqanının əməkdaşı bunları təhlil edərkən həmin sıfırlar olan sütunları götürüb. Hansı ki, onlar ƏDV ödəyiciləri tərəfindən tərtib olunan elektron qaiməyə aiddir. ƏDV ödəyiciləri olmayanlardan da dövriyyəsi 200000-i keçmədiyi üçün ordan gələn qaimələri müfəttiş nəzərə almayıb. Müfəttiş təhlil edərkən sırf bu sütünları təhlil edib və nəticədə sahibkarın cəmi 175 000 rəqəmini təhlil zamanı nəzərə almayıb. Müfəttiş onlara məktub göndərib və orada qeyd edir ki, onların 602377.54 manat dəyərində satışı olub (bu doğru rəqəmdir). 2025-ci ilin əvvəlindən mal qalığı 126195.10 olub (2024-cü ilin sonuna olan bəyannamə məlumatlarına əsasən bu doğru rəqəmdir). Alış aktı əsasında 49818 manat olub (bu da doğru rəqəmdir, çünki alış aktı həm verginin bazasında, həm də onların bazada görsənir). Səhvə yol verdiyi hissə buradır: qeyd edirlər ki, elektron qaimə faktura əsasında 142548.43 manat alışları olub. Sırf ƏDV alacaq sütunları onlar da cəmləyirlər və görürlər ki, həmin rəqəmi götürüb, ƏDV ödəyicisi olmayan şəxslərdən gələn rəqəmləri isə götürməyib. Onlar da bu məktubu eyni gündə cavablandırmışlar. Qeyd etmişlər ki, vergi orqanı 2 yerdə səhvə yol verib: Satışın dəyərini 602377.54 manat kimi qeyd edirlər. Ancaq satışın dəyərində ticarət əlavəsi var. Mühasibatlıq qaydalarında və Vergi Məcəlləsinin 13-cü maddəsində də göstərilir ki, satışın dəyəri ilə malın alış dəyəri müqayisə oluna bilməz. Çünki satışın içərisində ticarət əlavəsi də var. Yəni 602377.54 manatın içində onların 15 faiz ticarət əlavəsini çıxmadan müqayisə aparılmışdır. Bu böyük bir səhvdir. Elektron qaimə fakturaları çeşidləyərkən onun ƏDV ödəyicisi olmayan şəxslərdən gələn məhsulları (çörək) çeşidləyir və nəticədə də kənarlaşma kimi qeyd edir. Bununla bağlı izahatlar vermişlər, lakin baxmayıblar.

Tətbiq edilən hüquq

13. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər; 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.

82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbаycаn Respublikаsının Vergi Məcəlləsi: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.

15. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. 2.2. İPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 2.3. İnzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1. İPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 7.3. Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları İPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. İşin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. ... 12.1. İPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.

Apellyasiya şikayətlərinin mümkünlüyü

16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilməli, “mübahisələndirilən inzibati aktın icrası ilə bağlı sərəncamların qoyulmasının qadağan edilməsi” hissəsində ərizə mümkün sayılmamalı, qalan hissədə ərizə qismən təmin olunmalı, digər hissədə isə rədd edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

18. Mübahisələndirilən inzibati aktın icrasının dayandırılması ilə bağlı ərizənin əsaslılığı ilə bağlı məhkəmə kollegiyasının mövqeyi aşağıdakı kimidir.

19. İş materialları ilə müəyyən edilir ki, Uçot-baza məlumatlarına əsasən ərizəçinin ##.##.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ##.##.2021-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “sair ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olduğu, AZ3400, Qax rayonu, Qax şəhəri, H.Əliyev ünvanında yerləşən əsas sahəsi 300 m2 olan (obyekt kodu: 4300711142-43003) “Mağaza” adlı və Qax rayonu, Qax şəhəri, H.Əliyev yerləşən əsas sahəsi 110 m2 olan (obyekt kodu: 4300711142- 43001) “Mağaza” adlı təsərrüfat subyektlərinin (obyektlərinin) uçotda olduğu müəyyən edilmişdir.

20. Ərizəçi ##.##.2024-cü il tarixdə təqdim etdiyi 2025-ci ilin dekabr ayı üzrə cari ƏDV bəyannaməsində hesabat dövrü üzrə ƏDV-yə 18 % dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin “təqdim edilmiş mal, iş və xidmətlərin dəyərin” sütununda 297 338,27 manat (ƏDVsiz), “daxil olmuş məbləğ” sütununda 298 445,37 manat (ƏDV-siz), “ƏDV məbləği” sütununda 53 720,17 manat göstərmişdir.

21. Ərizəçinin 2025-ci ilin dekabr ayı üzrə ##.##.2026-cı il tarixdə təqdim etdiyi sonuncu dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmişdir. Araşdırma zamanı təqdim edilmiş bəyannamənin ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda 298 445,37 manat məbləğ göstərilsə də, hesabat dövründə ƏDV depozit hesabına 538 967,40 manat ƏDV mədaxil olmuş, həmçinin 2025-ci il ərzində onlayn kassa məlumatına əsasən 602 377,54 manat ƏDV azad olunan dövriyyə olmuşdur ki, bu dövriyyənin 283 816,01 manat hissəsi baza əsasında təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən 43 293,96 manat əlavə vergi məbləği hesablanmışdır.

22. Ərizəçi tərəfindən yazılı izahat, tələb olunan sənədlər təqdim edilmədiyindən və kənarlaşmalar aradan qaldırılmadığından aparılmış araşdırma nəticəsində hesabat dövrü üzrə yayındırılmış ƏDV dövriyyəsi bərpa edilmiş, nəticədə ƏDV bəyannaməsində 18 % dərəcə ilə cəlb olunan əməliyyatlar sətrində “təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinin” 537 860,3 manat (ƏDV-siz), “daxil olmuş məbləğ”in 538 967,40 manat (ƏDV-siz), “ƏDV məbləği”nin 97 014,13 manat, əvəzləşdirilən ƏDV-nin 198 792,4 manat, büdcəyə ödənilməli ƏDV-nin isə 61 231,5 manat hesablanmaqla ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” KVY qərarı qəbul edilərək ərizəçiyə göndərilmişdir.

23. Cavabdeh orqanın ##.##.2026-cı il tarixli 3-21-2-3/2-860994/2026 “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2025-ci ilin dekabr ayının əlavə dəyər vergisi üzrə 43 293,96 manat əlavə vergi məbləği hesablanmışdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.

25. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.

26. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı qeyd edir ki, mübahisələndirilən qərar ərizəçi üçün 43.293,96 manat məbləğində əlavə vergi öhdəliyi yaradır. Hazırda təcililik şərtinin mövcudluğu mübahisələndirilən qərarın icrasının bütövlükdə dayandırılmasına əsas vermir. Müvəqqəti müdafiə tədbiri yalnız əsas iddianın böyük ehtimalla uğurlu olması aydın görünən hissədə tətbiq edilməli, uğurluluq ehtimalı hazırkı mərhələdə aydın olmayan hissədə isə ziddiyyətli maraqların müqayisəsi əsasında qiymətləndirilmə aparılmalıdır.

27. İş materiallarından görünür ki, cavabdehin ##.##.2026-cı il tarixli 3-21-2-3/2- ******/**** nömrəli qərarı ilə ərizəçinin dekabr 2025-ci il üzrə ƏDV bəyannaməsinə münasibətdə kameral vergi yoxlaması aparılmış, təqdim edilmiş bəyannamə üzrə vergi məbləği 17937,52 manat, kameral vergi yoxlamasının nəticəsi kimi vergi məbləği 61231,48 manat müəyyən edilmiş, nəticədə ərizəçiyə 43293,96 manat əlavə gəlir vergisi hesablanmışdır.

28. İddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda 298 445,37 manat məbləğ göstərilsə də, hesabat dövründə ƏDV depozit hesabına 538 967,40 manat ƏDV mədaxil olmuş, həmçinin 2025-ci il ərzində onlayn kassa məlumatına əsasən 602 377,54 manat ƏDV azad olunan dövriyyə olmuşdur. Həmin göstəricilər arasındakı fərq 283 816,01 manat manat müəyyən edilmişdir.

29. Həmin fərqə münasibətdə ƏDV məbləği aşağıdakı qaydada hesablanmışdır: - 283816,01 / 1,18 x 18% = 43293,96 manat.

30. Ərizəçi hesab edir ki, cavabdeh orqan vergi borcunu hesablayarkən aparılmış kameral vergi yoxlaması zamanı dövrün əvvəlinə 126195.1 manat qalıq məbləğini, alış aktı əsasında 49818 manat, elektron qaimə faktura əsasında alınmış 142548.43 məbləğləri nəzərə almışdır, lakin ƏDV ödəyicisi olmayan və ƏDV azad mallar satışı edən şəxslərdən daxil olmuş (İlkin Səmədov Rasim Oğlu VÖEN **********, "ZAHİDOĞLU" VÖEN ********** və sair) və elektron qaimə fakturaların ƏDV-siz ümümi dəyər bölməsində əks olunan 162486.15 manat məbləği nəzərə alınmamışdır.

31. İş materiallarından görünür ki, cavabdeh orqan ərizəçiyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubda (kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında) ticarət əlavəsinin 15 faiz olmasını qeyd etmişdir. Hazırda ərizəçi də, onun tərəfindən məhkəməyə təqdim edilərək izahat vermiş mütəxəssis də müəyyən edilən həmin faiz göstəricisi ilə razılaşır. Yəni, ticarət əlavəsinin 15 faiz olmasını tərəflər mübahisələndirmir.

32. Vergi Məcəlləsinin 3.2-ci maddəsinə görə vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 13.2.64-cü maddəsinə əsasən ticarət əlavəsi malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir.

33. Kollegiya qeyd edir ki, satış qiymətinin alış qiymətindən yüksək olması ticarət fəaliyyətinin mahiyyətindən irəli gələn məsələdir. Bu fərq Vergi Məcəlləsinin 13.2.64-cü maddəsində ticarət əlavəsi kimi müəyyən edilmişdir. Ticarət əlavəsinin nəzərə alınmaması faktiki olaraq satış qiyməti ilə alış qiyməti arasındakı fərqin də, alış sənədi ilə təsdiq edilməli məbləğ kimi qiymətləndirilməsinə gətirib çıxarır. Halbuki həmin fərq əlavə mal alışı deyil, satış qiymətinin tərkibində formalaşan məbləğdir və yalnız alış sənədinin olmaması əsası ilə kənarlaşma kimi qəbul edilə bilməz.

34. İşin hallarından göründüyü kimi faktiki olaraq cavabdeh orqan 15 faiz ticarət əlavəsini müəyyən etdiyi halda, mübahisələndirilən qərarın qəbulunda satış məbləği ilə alış məbləği arasındakı fərqi həmin ticarət əlavəsi nəzərə alınmadan tam həcmdə kənarlaşma kimi qiymətləndirmişdir.

35. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə ticarət əlavəsi - 73976,19 manata bərabərdir və aşağıdakı qaydada hesablanır:

36. ƏDV-dən azad onlayn kassa dövriyyəsi - 602 377,54 manat. - 602 377,54:1,14=528401,35 manat, - 602 377,54-528401,35=73976,19 manat

37. Yuxarıda qeyd edildiyi kimi cavabdeh orqan 283 816,01 manat fərq üzrə ƏDV-ni - 283 816,01 / 1,18 x 18% düsturu ilə hesablamışdır. Yəni, cavabdeh orqan 283 816,01 manat fərqi ƏDV daxil ümumi məbləğ kimi qiymətləndirilmiş, daha sonra həmin məbləğin tərkibindəki ƏDV-ni müəyyən etmək üçün əvvəlcə məbləği 1,18-ə bölməklə ƏDV-siz bazanı müəyyən etmiş, həmin bazaya isə 18 faiz ƏDV dərəcəsi tətbiq etməklə mübahisələndirilən vergi borcunu hesablamışdır.

38. Odur ki, satış məbləğinin tərkibində olan ticarət əlavəsinin vergi borcuna təsiri də, eyni üsulla aşağıdakı qaydada hesablanmalıdır: - 73976,19 / 1,18 x 18% = 11284,59 manat.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin mübahisələndirdiyi 43293,96 manatın 11284,59 manat hissəsində onun dəlili hazırkı mərhələdə əsaslıdır və həmin hissədə əsas iddianın böyük ehtimalla uğurlu olması müəyyən edilir. Bu hissədə mübahisələndirilən qərarın icrasının davam etməsi ərizəçinin iqtisadi cəhətdən əsaslandırılmamış vergi yükünə məruz qalması ilə nəticələnə bilər.

40. Ərizəçinin razılaşmadığı 43293,96 manatlıq hissənin qalan hissəsinə münasibətdə isə hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olması müəyyən edilmir. Bu hissə üzrə ərizəçinin haqlı olub-olmaması əsas iş üzrə aparılacaq tam araşdırmanın nəticəsindən asılıdır.

41. Belə ki, ərizəçinin mal qalığı ilə bağlı dəlili ondan ibarətdir ki, 162486.15 manat ƏDVdən azad mal qalığı nəzərə alınmamış, nəticədə həmin hissəyə görə əlavə ƏDV hesablanmışdır.

42. Kollegiya hesab edir ki, həmin dəlil hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olması qənaəti yaratmır. Belə ki, mübahisələndirilən dövr üzrə bəyannamədə hesabat dövrünün əvvəlinə ümumi mal qalığının göstərilməsi yalnız həmin tarixə ümumi mal qalığının mövcudluğu barədə ilkin məlumat olmuşdur. Həmin ümumi qalığın 162486.15 manatlıq hissəsinin məhz ƏDV-dən azad və ya ƏDV-yə cəlb edilməyən mallardan ibarət olması sübuta yetirilməlidir.

43. Ərizəçi 162486.15 manatlıq mal qalığına dair mühasibatlıq sənədlərini və inventarizasiya aktını təqdim etsə də, sözügedən sənədlər vergi ödəyicisinin daxili uçot sənədləri olmaqla, həmin malların ƏDV statusunu, ilin son tarixinə faktiki qalıq olubolmamasını, sonrakı dövrdə məhz mübahisəli satışların tərkibində realizə edilib-edilməməsini hazırkı mərhələdə müəyyən etməyə imkan vermir.

44. Kollegiya xüsusi olaraq vurğulayır ki, hazırkı mərhələdə mübahisənin mal qalığı ilə bağlı hissəsi əsassız hesab edilmir. Lakin həmin hissə üzrə təqdim edilmiş sübutlar əsas iddianın böyük ehtimalla uğurlu olması barədə qənaətə gəlmək üçün yetərli deyil. Belə ki, 162486.15 manatlıq mal qalığının həqiqətən ƏDV-dən azad və ya ƏDV-yə cəlb edilməyən mallardan ibarət olub-olmaması, həmin malların konkret alış sənədləri ilə təsdiqlənibtəsdiqlənməməsi və mübahisəli dövr üzrə satışlarla əlaqəsi əsas iş üzrə əlavə araşdırma tələb edir.

45. İnzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olub-olmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olubolmayacağının və ya xeyli dərəcədə çətinləşib-çətinləşməyəcəyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır.

46. Nəzərə alınmalıdır ki, məhkəmə hazırkı mərhələdə vergi ödəyicisinin yekun vergi öhdəliyini müəyyən etmir. Məhkəmə yalnız müvəqqəti xarakterli müdafiə tədbiri baxımından inzibati aktın ilk baxışda əsaslı olub-olmamasını, əsas iddianın uğurluluq ehtimalını və ərizəçinin təcili müdafiəyə ehtiyacının olub-olmamasını qiymətləndirir. Bu qiymətləndirmə isə mübahisələndirilən qərarın normativ əsaslandırılması, hesablamanın aydın və yoxlanıla bilən olması ilə birbaşa bağlıdır.

47. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsində mübahisələndirilən inzibati aktın icrasının dayandırılmasını tələb etməklə yanaşı, həmin aktın icrası çərçivəsində həmin qərar ilə hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən banklardakı hesabına, həmçinin ƏDV depozit hesabından alınmalı və dondurulmalı sərəncamların qoyulmasının qadağan edilməsini xahiş etmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, ərizənin ikinci hissəsində göstərilən tədbirlər mübahisələndirilən inzibati akt üzrə hesablanmış vergi borcunun icrasına yönələn hərəkətlərdir (mübahisələndirilən qərarın icrasının hüquqi nəticələridir).

49. Mübahisələndirilən inzibati aktın icrasının dayandırılması barədə tələb təmin ediləcəyi halda, həmin aktın icrasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hüquqi baxımdan mümkün olmayacaqdır. Yəni, ərizəçi müvafiq sərəncamların qoyulmasının qadağan olunması ilə bağlı arzuladığı hüquqi nəticəyə birinci tələbin təmin edilməsi ilə nail olacaqdır.

50. Belə olan halda, müvafiq sərəncamlarının qoyulmasının qadağan edilməsi barədə tələb mübahisələndirilən qərarın icrasının dayandırılması tələbi ilə əhatə olunduğundan, ərizəçinin həmin hissədə ayrıca hüquqi müdafiə marağı yaranmır.

51. Yuxarıda qeyd olunanlara və işin hallarına qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2026-cı il tarixli *-**-*-*/*- ******/**** nömrəli qərarının icrası 11284,59 manat vergi borcuna aid hissədə əsas iddia tələbi üzrə inzibati işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalı, qərarın icrasının qalan məbləğə (43293,96 – 11284,59 = 32009,37 manat) aid hissədə dayandırılması hissəsində ərizə rədd edilməli, “mübahisələndirilən inzibati aktın icrası ilə bağlı sərəncamların qoyulmasının qadağan edilməsi” hissəsində ərizə mümkün sayılmamalıdır.

52. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı ləğv edilərək müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə qismən təmin edilməlidir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-**)-**/**** nömrəli qərardadı ləğv edilsin. İnzibati iş üzrə yeni qərardad qəbul edilərək ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qismən təmin edilsin. Əsas iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması” barədə ##.##.2026-cı il tarixli *-**-*- */*-******/**** nömrəli qərarının icrası 11284,59 manat vergi borcuna aid hissədə dayandırılsın. Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qalan hissədə (cavabdehin ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarının icrasının 32009,37 manat vergi borcuna aid hissədə dayandırılması) təmin edilməsin. Ərizəçi Ərizəçi ərizəsinin cavabdehin “vergilərin, cari ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarı ilə hesablanmış vergi, faiz və maliyyə sanksiyasının tutulması ilə bağlı vergi orqanı tərəfindən banklardakı hesabına, həmçinin ƏDV depozit hesabından alınmalı və dondurulmalı sərəncamların qoyulmasının qadağan edilməsi” hissəsi mümkün sayılmasın. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar