Məhkəmə qərarları › İş №15(3-10)-62/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-10)-62/2026

02.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-62/2026 02.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi–Soial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əsas işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək cavabdehin ##.##.2026-cı il tarixli qərarının icrasının özünə aid hissədə dayandırılması və üçüncü şəxsin üzərinə ərizəçiyə sosial müavinətin ödənilməsinin davam etdirilməsi öhdəliyinin qoyulması” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)- **/**** nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. Ərizəçinin ##.##.2011-##.##.2013, ##.##.2015-##.##.2017, ##.##.2017- ##.##.2020 və ##.##.2020-##.##.2023-cü il tarixlərdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir.

2. Ərizəçiyə qoyulmuş diaqnozlar aşağıdakılar olmuşdur: - “hipoksik-toksik ensefalopatiya, intelektin ləngiməsi, autizm əlamətləri”, “Inkişaf mərhələlərinin ləngiməsi, Nitq və dilin inkişafının spesifik pozuntuları, Ekspressiv nitq pozuntusu, əqli gerilik və streotip hərəkətlərlə birgə rast gəlinən hiperaktiv pozuntu”, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül dərəcəli əqli gerilik, burun arakəsməsinin yerdəyişməsi”, “yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntusu, Reseptiv nitq pozuntusu”.

3. Cavabdeh orqan ##.##.2026-cı il tarixli əyani müayinə nəticəsinə əsasən ##.##.2026-cı il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edərək ərizəçinin əlilliyini ləğv etmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi–Soial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək “cavabdehin onun barəsində qəbul etdiyi ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranan hüquqi nəticələrin aradan qaldırılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Həmçinin ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialına qarşı məhkəməyə “müvəqqəti xarakterli müdafiə tədbirləri barədə” ərizə təqdim edərək, “cavabdeh tərəfindən qəbul edilən qərarın icrasının icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialına qadağan edilməsini xahiş etmişdir.

6. Daha sonra ərizəçinin nümayəndəsi tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Dövlət Tibbi– Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin, üçüncü şəxs qismində isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialını qeyd etmiş, e-*-*(*-**)-****/**** nömrəli inzibati işə baxılıb qurtaranadək cavabdehin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılmasını və 3-cü şəxsin üzərinə ərizəçiyə sosial müavinətin ödənilməsinin davam etdirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə tələbinin dəqiqləşməsi barədə təqdim edilmiş ərizə icraata qəbul edilmişdir.

8. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

9. “Müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə aşağıdakı kimi əsaslandırılmışdır: - ərizəçi ##.##.2005-ci il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. Anadan gəlmə lalkar əlillik dərəcəsi olub və uşaqlıqdan yüngül dərəcəli əqli gerilik qüsurları olub. Əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu nitq qüsurları ilə F- 70.1, yəni Şəki Rayon psixiotriya xəstəxanasında qeydiyyatdadır. Uşaqlıqdan pensiya ilə təmin olunmuşdur. 1-ci və ya 2-ci dərəcəli əlillik təyin olunmalı olduğu halda ##.##.2023 cü il tarixdən 3-cü dərəcəli müddətli əlillik təyin olunmuşdur. ## ##### 2026-cı il tarixindən pensiya əsassız olaraq dayandırılmışdır. Sistemdən çıxarış əldə etdikdə məlum olmuşdur ki, müddətsiz təyin edilən əlillik ##.##.2026-cı il tarixdən qüvvədən düşmüş, buna səbəb isə yeni müayinənin qüvvəyə minməsi göstərilmişdir. Iddiaçı, onun əlilliyinin ləğv edilməsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranan hüquqi nəticələrin aradan qaldırılması barədə məhkəməyə müraciət etmişdir. Lakin işə məhkəmədə baxılması uzun müddət çəkəcəyi halda əvvəlki məhkəmə qərarının icrası hazırda mübahisələndirdiyi qərardan asılı qalacaqdır. Bu isə onun hüquqlarının bərpasının xeyli çətinləşəcəyi ilə nəticələnəcəkdir. Ona görə də işə baxılıb qəbul edilən qərar qanuni qüvvəsini alanadək mübahisələndirilən qərarın icrasının dayandırılması zərurəti yaranmışdır.

10. Üçüncü şəxs “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə münasibətini aşağıdakı kimi bildirmişdir: - Iş materiallarına əsasən, ərizəçi Ərizəçi Mərkəzi Filial tərəfindən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi proaktiv qaydada 150 manat məbləğində əliliyə görə müavinət təyin edilmişdir. Belə ki, ərizəçi Ərizəçi təyin edilmiş əlillik ##.##.2026-cı il tarixində qüvvədən düşdüyü üçün ona təyin edilmiş əlilliyə görə sosial müavinət də sistem tərəfindən dayandırılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.1.3-cü maddəsinə əsasən, müavinətlərin növlərindən biri də əlilliyə görə müavinətdir. Həmin qanunun 7.0.3-cü maddəsinə əsasən, əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından da göründüyü kimi, əlilliyə görə müavinət şəxsin əlillik dərəcəsinin qüvvədə olduğu dövr ərzində ödənilir. Müvəqqəti xarakterli müdafiə tədbiri institutu qanunvericilikdə tərəflərin istənilən məsələ ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsini deyil, gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədini daşımaqla, müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməməli təzahür etdirir. Hazırda ərizəçi Ərizəçi məhkəməyə iddianın böyük ehtimalla uğurlu olması barədə hər hansı sübut təqdim etməmiş, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizədə isə ilkin təcili tənzimləmənin zəruri olması barədə hər hansı məlumat qeyd edilməmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması məhkəmədə iddianın böyük ehtimalla uğurlu olacağı, iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağı barədə hər hansı qənaət formalaşdırmamışdır. Yekun olaraq, müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında qərardadın qəbul edilməsi üçün əsaslar mövcud deyildir.

11. Cavabdeh orqan “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə münasibət bildirməmişdir.

12. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə (hakim X2) ərizənin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi–Soial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Ərizəçi barəsində qəbul etdiyi ##.##.2026-cı il tarixli qərarının icrası məhkəmənin icraatında olan e-*-*(*-**)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək dayandırılması, qərardadın dərhal icra edilməsi, e-*-*(*-**)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ərizəçiyə 3-cü dərəcə əlil kimi ödənilməli olan pensiya ödənişinin davam etdirilməsi öhdəliyi üçüncü şəxs DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmış, qərardadın icrası üçüncü şəxsə aid hissədə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizənin mümkünlüyü üçün zəruri şərtlərdən biri əlverişsiz inzibati aktın mövcudluğudur ki, hazırki iş üzrə “diaqnoz əlillik əlaməti təyin etməməsi” ##.##.2026-cı il tarixli qərarı iş üzrə əlverişsiz inzibati aktın mövcudluğunu və ərizəçinin istəyinin predmetinin mübahisələndirmə haqqında iddia növünə aid olmasını sübut edir. Beləliklə, ərizəçinin maddi tələbi mövcuddur və əsas iddia tələbi üzrə mümkünlük şərtləri ödənilir. Məhkəmə hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırki ərizə ilə müraciət etməkdə ərizəçinin hüquqi marağı cavabdehin ##.##.2026-cı il tarixli qərarının icrasının inzibati işə mahiyyəti üzrə baxılanadək dayandırılmasına nail olmaqdır. Icrası dayandırılması tələb edilən mübahisələndirilən inzibati akta əsasən Ərizəçi barəsində ##.##.2026-cı il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Iş materialları ilə müəyyən olunur ki, ərizəçiyə 2017-ci ildən 3-cü qrup əlilidir, onun əlillik vəziyyəti sonuncu dəfə ##.##.2023-cü il tarixdə ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və ona ##.##.2023-cü il tarixdən müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin edilmişdir. Lakin cavabdehin ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçinin diaqnoz əlillik əlaməti təyin etməməsi qənaətinə gəlinmişdir. Məhkəmə qeyd edir ki, ərizəçinin əsas iddiası cavabdehin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranan hüquqi nəticələrin aradan qaldırılması barədə olmaqla, hazırda tələbin uğurluluq ehtimalı aydın deyildir. Lakin, nəzərə almaq lazımdır ki, iddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu halda belə, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Bu vəziyyətdə müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilərkən hər iki tərəfin hüquqi mənafeyi nəzərə alınmalıdır. Bir qayda olaraq, fiziki və hüquqi şəxslərin fərdi halları nəzərə alınmaqla onların hüquqi statuslarına müdaxilə nə qədər böyük olarsa, inzibati aktın icrasının dayandırılmasına olan ehtiyacın da bir o qədər çox olduğu qəbul edilir. Bundan başqa, ziddiyyətli maraqların qiymətləndirilməsi inzibati aktın icra olunmasının (daha sonra iddia icraatında aktın qanunsuz olduğu müəyyən edilərsə) və ya olunmamasının (daha sonra iddia icraatında aktın qanuni olduğu müəyyən edilərsə) tərəflərə, eləcə də cəmiyyətin maraqlarına vuracağı ziyanın həcmi müqayisə edilməklə də aparıla bilər. Inzibati aktın icrasının dayandırılmasında maraqlı olan tərəfə xas olan fərdi hallar nəzərə alındığında onun hüquqlarının pozulması ilə müqayisədə digər tərəfə və ya ictimai maraqlara vurulacaq ziyan daha az əhəmiyyətli kimi qəbul edilə bilərsə, məhkəmə müvafiq əsaslandırmaya istinadla ziddiyyətli maraqların qiymətləndirilməsini ərizəçinin (iddiaçının) xeyrinə apara bilər. Məhkəmə nəzərə alır ki, cəmiyyətin həssas təbəqəsi kateqoriyasına aid - 2017-ci ildən 9 ildir ki, əlilliyi olan ərizəçiyə həmin tarixdən əlilliyə görə ödənilən sosial müavinətin dayandırılması onun sosial vəziyyətinə, hüquqlarının reallaşdırılmasına mənfi təsir göstərə bilər. Buna görə də, ziddiyyətli maraqların qiymətləndirilməsi nöqteyi nəzərindən ərizəçinin maraqlarının üstünlüyü qəbul edilməlidir. Müvəqqəti xarakterli müdafiə tədbiri qismində üçüncü şəxsin üzərinə ödənişlərin davam etdirilməsi ilə bağlı vəzifənin qoyulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın icrasının dayandırılması barədə mübahisənin ərizəçinin xeyrinə həll edilməsi DSMF PHŞ SÖTMF-nin öhdəliklərinə birbaşa təsir göstərəcəkdir. Sözügedən qurumun mövqeyi və konkret fəaliyyəti nəzərə alındıqda, mübahisələndirilən qərarın icrasının dayandırılması bilavasitə həmin qurumun üzərinə müvafiq ödənişləri həyata keçirmək öhdəliyinin qoyulması ilə nəticələnəcəkdir.

14. Üçüncü şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

15. Üçüncü şəxs apellyasiya şikayətini ilkin ərizəyə etirazın dəlillərini təkrarlamaqla əsaslandırmış və maddi hüquq normalarını sadalamaqla kifayətlənmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

17. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, üçüncü şəxs qərar əsasında ödəniş həyata keçirir. Mübahisələndirilən qərarın icrası dayandırıldığı halda ərizəçiyə veriləcək ödənişlər avtomatlaşdırılmış qaydada program təminatı vasitəsi ilə deyil, əməkdaşın xidməti məruzəsi əsasında Mərkəzi Filial tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası ərizəçinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

18. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

19. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ##### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamə: 1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra – Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” HYPERLINK "https://e-qanun.az/framework/39919" \o "Azərbaycan Respublikası Prezidentinin 2018-ci il # ######## tarixli *** nömrəli Fərmanı"2018-ci il # ######## tarixli *** nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra – MEIS) istifadənin, MEIS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. MEIS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir.

2. MEIS-in strukturu, daxil edilən informasiyanın tərkibi, növü və həmin informasiyadan istifadə qaydası 2.1. MEIS-in strukturuna aşağıdakı altsistemlər daxildir: 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; 2.3. MEIS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması;

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi” Qaydası: 8.1. Aşağıdakı hallarda sosial ödənişlərin ödənilməsi dayandırılır: 8.1.3.2. Aşağıdakı elektron informasiya sistemlərində və ya ehtiyatlarında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulan və aidiyyəti hüquqi aktlarla digər sosial ödənişlərin dayandırılmasına səbəb olan hallara dair təsdiqedici sənədlər və ya məlumatlar mövcud olduqda sosial ödənişlərin ödənilməsi MEIS-nin “Sosial ödənişlər” altsistemi tərəfindən avtomatik olaraq dayandırılır: 8.2.1. MEIS-də: 8.2.1.2. şəxsin əlillik müddətinin bitməsi barədə məlumat;

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

22. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... 7.3. Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları IPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. ... 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslılığı ilə bağlı düzgün nəticəyə gəlinsə də, icrası dayandırılması tələb olunan inzibati aktın tarixi düzgün qeyd edilməmişdir.

26. Belə ki, iş materiallarından görünür ki, cavabdeh orqan ##.##.2026-cı il tarixli, *- **-*/*-*-****/**** nömrəli qərarla ərizəçiyə münasibətdə ##.##.2026-cı il tarixdən “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir. Göründüyü kimi, “##.##.2026-cı il” mübahisələndirilən qərarın qəbul edildiyi tarix deyil, cavabdeh orqanın həmin qərarla ərizəçinin əvvəlki əlillik təyinatından irəli gələn hüquqi nəticələrin başa çatmasını müəyyən etdiyi tarixdir (geriyə şamil etməklə).

27. Cavabdeh orqan ərizəçini ##.##.2026-cı il tarixdə əyani müayinə etdiyi üçün məhz həmin tarixi əlilliyin ləğv edildiyi tarix olaraq qeyd etmişdir. Faktiki olaraq ərizəçinin hüquqlarına müdaxilə yaradan əlverişsiz inzibati akt ##.##.2026-cı il tarixdə qəbul edilmişdir.

28. Ərizəçi əsas iddia tələbində mübahisələndirilən inzibati aktın tarixini ##.##.2026-cı il qeyd etmişdir. Hazırkı iş üzrə üçüncü şəxs də, ərizəçinin əlilliyinin ##.##.2026-cı il tarixdən qüvvədən düşməsini bildirmişdir.

29. Kollegiya hesab edir ki, əsas iddia tələbində və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə mübahisələndirilən inzibati aktın tarixinin düzgün qeyd edilməməsi formal xəta olmaqla hazırkı mübahisəyə mahiyyəti üzrə baxılmasına mane olmur. Ərizəçi əsas iddia tələbində tələbin dəqiqləşdirilməsi imkanını itirməmişdir. Ərizəçinin əsas iddia tələbində hüquqi marağı aydın və aşkar olduğundan, faktiki hüquqi marağa uyğun olaraq qiymətləndirilmənin aparılması mümkün hesab edilmişdir.

30. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının tətbiqi ilə bağlı aparılmış monitorinqin nəticələrinə dair Arayışında qeyd edilmişdir ki, ... Belə ki, bəzən təcrübədə məhkəmələr tələbin yazılışına formal və hərfi mənada yanaşmaqla qeyrimüəyyən və ya aydın olmadığı nəticəsinə gəlirlər... Belə hallarda “iura novii curia” – “məhkəmə hüququ bilir” müddəasının tətbiqinin mümkünlüyü ilə şəxsin hüquqi marağının olduğu vəziyyətin mövcudluğu şərti ilə faktiki hüquqi marağa uyğun ərizənin qiymətləndirilməsinin aparılması ilə bağlı məsələnin Plenum qərarında əks olunması məqbul olar.

31. Digər tərəfdən birinci instansiya məhkəməsi mübahisələndirilən qərarının icrasının bütövlükdə dayandırılması ilə bağlı qənaətə gəlmişdir. Halbuki sözügedən qərar 13 nəfər barəsində qəbul edilmiş və ərizəçinin yalnız özünə aid hissədə qərarın icrasının dayandırılmasını tələb etmək üçün subyektiv hüququ olmuşdur.

32. Buna görə də kollegiya hesab edir ki, qeyd olunan hissələrdə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir.

33. Müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.

34. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.

36. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.

37. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı qeyd edir ki, mübahisələndirilən qərarla ərizəçinin uzun müddət mövcud olmuş və müddətsiz müəyyən edilmiş əlillik statusuna xitam verilmişdir. Həmin qərarın icrası ərizəçinin əlillik statusundan irəli gələn sosial ödənişlərdən, güzəştlərdən, pulsuz dərman təminatından və digər sosial müdafiə vasitələrindən məhrum olmasına səbəb olmaqla onun mövcud vəziyyətini ağırlaşdırır.

38. Ərizəçinin daimi ambulator müalicə alması və imtiyazlı qaydada dərman vasitələri ilə təmin olunması nəzərə alındıqda, əsas iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək bu təminatların dayandırılması onun sağlamlıq vəziyyətinə və gündəlik yaşayış imkanlarına əhəmiyyətli zərər vurulması təhlükəsi yaranır. Sonradan iddianın təmin edilməsi və ödənilməmiş məbləğlərin bərpa olunması belə, müalicədə fasilənin yaranmasından və zəruri ödənişlərin vaxtında verilməməsindən yarana biləcək mənfi nəticələri tam aradan qaldırmayacaqdır. Buna görə də mübahisə yekunlaşanadək ərizəçinin əvvəlki hüquqi vəziyyətinin qorunması üçün ilkin təcili tənzimləməyə ehtiyac vardır.

39. Mübahisələndirilən inzibati aktın icrasının dayandırılması ilə bağlı ərizənin əsaslılığı ilə bağlı məhkəmə kollegiyasının mövqeyi aşağıdakı kimidir.

40. Iş materiallarından görünür ki, ərizəçinin ##.##.2011-##.##.2013-cü il tarixlərdə “hipoksik-toksik ensefalopatiya, intelektin ləngiməsi, autizm əlamətləri” diaqnozu, ##.##.2015-##.##.2017 və ##.##.2017-##.##.2020-ci il tarixlərdə “Inkişaf mərhələlərinin ləngiməsi, Nitq və dilin inkişafının spesifik pozuntuları, Ekspressiv nitq pozuntusu, əqli gerilik və streotip hərəkətlərlə birgə rast gəlinən hiperaktiv pozuntu” diaqnozu, ##.##.2020 -##.##.2023-cü il tarixlərdə isə “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül dərəcəli əqli gerilik, burun arakəsməsinin yerdəyişməsi” diaqnozu ilə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir.

41. Cavabdeh orqan ##.##.2023-cü il tarixdə “yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntusu, Reseptiv nitq pozuntusu” diaqnozu ilə ərizəçinin OFP-nı müddətsiz 50% müəyyən etmiş, ##.##.2026-cı il tarixli müayinə nəticəsinə əsasən ##.##.2026-cı il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir.

42. Mübahisələndirilən qərar aşağıdakı kimi əsaslandırılmışdır: - Psixiatr müayinəsi - Bələdliyi saxlanılıb. Anamnestik məlumata əsasən anadangəlmə lal-kardır. Müayinəyə çətinliklə cəlb olundu. Sualları cavablandırmır. Müayinə yazı üzrə icra olundu. Yazılı şəkildə cavablar verir. Zahirən geyimi səliqəli, öz baxımı qaydasındadır. FRAP məlumatlarına əsasən aktiv əmək müqaviləsi var Göndərişdə qeyd edilən məlumatlar anamnestik məlumatlarla uyğunsuzluq təşkil edir. Terapevt müayinəsi- Vətəndaşın bibisi ağıreşitmə və nitq qüsuru olduğunu bildirir. DTSERA-da audiometriya və EEQ müayinəsinə göndərilsə də, müayinə etmək mümkün olmayıb. Vətəndaşın yaxınının bildirdiyinə görə evdə çoxsaylı Bera testi və EEQ müayinəsi var ona görə ixtisaslamış tibb mərkəzinə göndəriş verilmədi. Uzun müddət gözləməyimizə və dəfələrlə əlaqə saxlayib həmin tibbi sənədlərlə yaxınlaşmasını bildirməyimizə baxmayaraq vətəndaşın atası övladını gətiməkdən imtina edir. Qərarın əsaslandırılması DTSERA-da aparılmış əyani müayinə, ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən psixoproduktiv dəyişikliklər aşkar edilməmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin qüvvədə olan əlilliyinin ləğv edilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın əsaslılığı yoxlanılarkən ilkin əlillik təyinatı aparılan zaman (##.##.2023) mövcud olmuş tibbi göstəricilərin və ağırlaşmaların hazırda aradan qalxması müəyyən edilmiş olmalıdır. Belə ki, cavabdeh orqan məhz ##.##.2026cı il tarixdən ərizəçinin sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olmaması qənaətinə gəlmişdir.

44. Ərizəçinin ##.##.2023-cü il tarixdə əlilliyi F70.1 XBT kodu əsasında “Meyarlar”a Əlavənin 7.2.1-ci bəndinə uyğun müəyyən edildiyindən, həmin bənd əsasında ərizəçinin əlilliyinin olmaması normada sadalanmış tibbi göstəricilərlə əsaslandırılmalıdır.

45. “Meyarlar”a Əlavənin 7.2.1-ci bəndinə “Qeydlər”-də göstərilmişdir ki, əqli gerilik zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - anadangəlmə və ya erkən neyronal inkişafla əlaqəli olub əqli geriliyə səbəb olan (genetik xəstəliklər, hamiləlik və doğuş zamanı patologiyalar, infeksiyalar, intoksikasiyalar, prenatal və ya postnatal dövrdə beynin digər zədələnmələri, həmçinin digər səbəblər); - IQ qiymətləndirilməsi əsasında müəyyən edilən intellektual funksiyaların pozulması dərəcəsi; - əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi. - Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn, hiperaktivlik, impulsivlik, aqressiya).

46. Nəzərə alınmalıdır ki, “diaqnoz əlillik əlaməti təyin etmir” dedikdə diaqnozun mövcudluğunun qəbul olunması, lakin həmin diaqnozun səbəb olduğu funksional pozuntular və həyat fəaliyyətinə təsir səviyyəsinin əlilliyin müəyyən edilməsi üçün tələb olunan həddə olmaması başa düşülür. Yəni, şəxsə diaqnoz düzgün qoyulsa da, bu xəstəlik nəticəsində orqanizmin funksiyalarının əlilliyin müəyyən edilməsi üçün zəruri olan həcmdə pozulması müəyyən edilmirsə, hərəkət, ünsiyyət, özünə qulluq və s. sahələrdə daimi və əhəmiyyətli məhdudiyyətlər yaranmamışdırsa, o zaman bu diaqnoz əlillik əlaməti hesab edilmir.

47. Başqa sözlə, əgər cavabdeh orqan “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlilliyi ləğv edirsə, o zaman diaqnozu qəbul etdiyini, lakin həyat fəaliyyətinə təsirin əlillik səviyyəsində olmamasını bildirmiş olur. Bu halda isə funksional məhdudiyyətlərin normativ həddə çatmaması konkret meyarlarla əsaslandırılmalıdır.

48. Hazırkı iş üzrə cavabdeh orqanın “Meyarlar”a Əlavənin 7.2.1-ci bəndində və həmin bəndə dair “Qeydlər”də nəzərdə tutulmuş qaydada araşdırma aparması, o cümlədən həmin bənddə göstərilən tibbi göstəricilərin ərizəçidə mövcud olub-olmamasını müəyyənləşdirməsi iş materialları ilə təsdiq olunmur.

49. Iş materiallarından görünür ki, ərizəçinin ##.##.2023-cü il tarixdə əlilliyi müəyyən edilərkən onun əmək fəaliyyəti imkanları da qiymətləndirilmiş və kənar şəxsin nəzarəti altında, xüsusi məsuliyyət tələb etməyən peşələr üzrə işləyə biləcəyi qeyd olunmuşdur.

50. Həmçinin iş materialları ilə müəyyən olunur ki, ərizəçi “xxxx” MMC-də inşaat fəhləsi (fəhlə) kimi işləyir. Kollegiya hesab edir ki, ilkin əlillik təyinatında ərizəçinin kənar şəxsin nəzarəti altında, xüsusi məsuliyyət tələb etməyən peşələr üzrə işləyə biləcəyi müəyyən edildiyindən, onun ixtisassız fəhlə kimi əmək fəaliyyəti göstərməsi xüsusi məsuliyyət tələb edən əmək fəaliyyəti kimi qiymətləndirilə bilməz.

51. Belə olan halda cavabdeh orqanın sonrakı araşdırma zamanı ərizəçinin adına aktiv əmək müqaviləsi müəyyən etməsi ilkin əlillik təyinatı ilə ziddiyyət təşkil edən yeni hal kimi qiymətləndirilməməlidir. Aktiv əmək müqaviləsinin mövcudluğuna istinad edilməklə ərizəçinin sağlamlıq vəziyyətinin yaxşılaşması, əvvəlki funksional məhdudiyyətlərin aradan qalxması və ya onun artıq əlillik meyarlarına cavab verməməsi nəticəsinə gəlinməsi mümkün deyildir.

52. Mübahisələndirilən qərarda ərizəçinin bələdliyinin saxlanılması, geyiminin səliqəli və özünə qulluğunun qaydasında olması, yazılı şəkildə cavablar verməsi göstərilmişdir. Lakin sadalanan hallar “Meyarlar”a Əlavənin 7.2.1-ci bəndində nəzərdə tutulmuş tibbi göstəricilərin mövcud olmaması barədə qənaət yaratmır.

53. Kollegiya qeyd edir ki, mübahisələndirilən qərarda istinad edilən “psixoproduktiv dəyişikliklərin aşkar edilməməsi” halı da, “Meyarlar”a Əlavənin 7.2.1-ci bəndinin tətbiqini istisna edən göstərici kimi nəzərdə tutulmamışdır. Cavabdeh orqan həmin bənddə göstərilən tibbi əlamətlərin (yüngül dərəcəli əqli gerilik IQ 50-69, davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affektiv, psixopatik təzahürlər, nadir epileptiform paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri) ərizəçidə mövcud olub-olmamasını yoxlamalı idi. Cavabdeh orqan sadalanan göstəriciləri araşdırmadan, normada nəzərdə tutulmayan ümumi ifadəyə əsaslanmaqla ərizəçinin 7.2.1-ci bəndin tələblərinə cavab verməməsi nəticəsinə gəlmişdir.

54. Həmçinin qərardan görünür ki, ərizəçi şifahi müayinəyə çətinliklə cəlb olunmuş, sualları cavablandırmamış, müayinə yazılı ünsiyyət vasitəsilə aparılmış, eşitmə və nitq qüsuru aşkar edilmiş, audiometriya və EEQ müayinələri isə başa çatdırılmamışdır.

55. Beləliklə, cavabdeh orqan zəruri araşdırmanı başa çatdırmadan yekun qərar qəbul etmiş, ərizəçinin əvvəlki əlillik təyinatının əsasını təşkil etmiş tibbi göstəricilərin aradan qalxmasını yoxlanıla bilən və mötəbər sübutlarla əsaslandırmamış, tətbiq etdiyi 7.2.1-ci bəndin tələbləri ilə apardığı araşdırma arasında əlaqə olmamışdır.

56. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, yuxarıda qeyd edilmiş əsaslandırma məhkəmənin tibbi qiymətləndirmə aparması kimi başa düşülə bilməz. Kollegiya yalnız tibbi sənədlərdə artıq əks olunmuş göstəriciləri “Meyarlar”a Əlavənin 7.2.1-ci bəndinin tələbləri ilə müqayisəli təhlil edərək cavabdeh orqanın gəldiyi nəticənin həmin göstəricilərlə əsaslandırılıb-əsaslandırılmamasını yoxlayır və bununla da mübahisəyə hüquqi qiymət verir.

57. “Meyarlar”a Əlavənin 7.2.1-ci bəndinin məzmunu ilə cavabdeh orqanın apardığı araşdırma müqayisə edildikdə isə görünür ki, ərizəçinin sözügedən bəndin tələblərinə cavab verməməsi barədə qərar qəbul olunsa da, həmin göstəricilərin sonradan aradan qalxmasını təsdiq edən araşdırma və sübutlar inzibati aktın əsaslandırılmasında öz əksini tapmamış, habelə məhkəmə araşdırmasına təqdim edilməmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 11.24-11.27-ci bəndlərinin tələbləri baxımından ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız ilkin - iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə - sübutların təqdim olunmasıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluq meyarı əsasında müəyyən etməlidir.

59. Inzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olub-olmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşibçətinləşməyəcəyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır.

60. Hazırkı iş üzrə toplanmış ilkin sübutlar əsas iddianın uğurluluq ehtimalı barədə ilkin proqnozun verilməsi üçün kifayət edən həcmdədir. Işin yuxarıda tədqiq olunmuş hallarından görünür ki, cavabdeh orqan ərizəçinin sağlamlıq vəziyyətinin “Meyarlar”a Əlavənin 7.2.1-ci bəndində nəzərdə tutulmuş tələblərə uyğun olmamasını müəyyən edə bilməmiş, lakin onun əlilliyini ləğv etmişdir.

61. Iş materiallarında olan sənədlərlə ərizəçinin psixiatriya kabinetində “yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntusu, IQ əmsalı 54, reseptiv nitq pozuntusu” diaqnozları ilə qeydiyyatda olması, daimi ambulator müalicə alması, imtiyazlı qruplar üçün dövlət hesabına verilməsi nəzərdə tutulmuş dərman vasitələri ilə təmin edilməsi, habelə 10 ildən artıq müddətdə oxşar diaqnozlar əsasında sağlamlıq imkanlarının məhdudluğunun və əlilliyinin müəyyən edilməsi təsdiq olunur.

62. Qeyd olunan hallar ərizəçinin hazırda da əlillik meyarlarına cavab verməsi ilə bağlı qəti nəticə çıxarmağa əsas verməsə də, onun əvvəlki əlillik təyinatının əsasını təşkil etmiş tibbi göstəricilərin aradan qalxması barədə cavabdehin gəldiyi nəticəni ilkin mərhələdə şübhə altına alır. Cavabdeh orqan tərəfindən həmin tibbi göstəricilərin artıq mövcud olmaması, yaxud onların təzahür səviyyəsinin əlilliyin müəyyən edilməsi üçün nəzərdə tutulmuş normativ həddən aşağı düşməsini göstərən müqayisəli tibbi qiymətləndirmə, IQ göstəricisinin yenidən müəyyənləşdirilməsi və digər hallarla bağlı araşdırma aparmamışdır.

63. Odur ki, mübahisələndirilən inzibati akt kifayət qədər əsaslandırılmadığından hazırkı mərhələdə əsas iddianın uğurlu olma ehtimalının yüksək olduğu barədə ilkin qənaət yaranır.

64. Kollegiya üçüncü şəxsə münasibətdə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə hüquqi marağın mövcudluğu ilə bağlı qeyd edir ki, mübahisələndirilən qərarın icrasının dayandırılması nəticəsində ərizəçinin əvvəlki əlillik vəziyyətinin informasiya sistemində bərpa olunması sosial ödənişlərin avtomatik qaydada davam etdirilməsinə səbəb olmur.

65. Belə ki, üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, əlillik barədə məlumat sistemdə bərpa edildikdən sonra ödənişlərin davam etdirilməsi proqram təminatı vasitəsilə avtomatik həyata keçirilmir, bunun üçün müvafiq əməkdaş tərəfindən xidməti məruzə hazırlanır və həmin məruzə əsasında ödənişlər bərpa edilir.

66. Göründüyü kimi yalnız cavabdehin mübahisələndirilən qərarının icrasının dayandırılması ərizəçinin əvvəlki hüquqi vəziyyətinin real olaraq bərpasını, o cümlədən əlillik statusundan irəli gələn sosial ödənişlərin davam etdirilməsini təmin etmir. Ödənişlərin bərpası üçün üçüncü şəxsin ayrıca pozitiv hərəkət etməsi tələb olunduğundan, ərizəçinin üçüncü şəxsə münasibətdə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə müstəqil hüquqi marağı mövcuddur.

67. Odur ki, birinci instansiya məhkəməsi əsas iddia üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək əlillik qərarından irəli gələn sosial ödənişlərinin davam etdirilməsi öhdəliyinin üçüncü şəxsin üzərinə qoymaqda haqlı olmuşdur.

68. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir.

69. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin # ### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı “mübahisələndirilən qərarın tarixi və icrasının dayandırıldığı” hissədə dəyişdirilir. Həmin hissədə yeni qərardad qəbul edilməklə, əsas işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” PHŞ-nin ##.##.2026-cı il tarixli qərarının icrası ərizəçiyə aid hissədə dayandırılır. Şəki Inzibati Məhkəməsinin # ### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar