Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-63/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mustafayev Etibar Mustafa ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, Ərizəçinin nümayəndəsi X3 və cavabdeh cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Ərizəçi cavabdehlər cavabdeh1 və cavabdeh2 phş-ya qarşı “hərbi xidmətə çağırılması barədə müvafiq qərarın icrasının dayandırılması və onun üzərinə mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmaması vəzifəsinin qoyulması” tələbinə dair “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi ilə bağlı Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Ərizəçi cavabdeh2 PHŞ-nə qarşı “iddiaçının hərbi xidmətə yararlı olmasına dair cavabdehlərin qərarlarının ləğv edilməsi və hərbi xidmətə yararsız hesab olunması barədə qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Eyni zamanda ərizəçi Ərizəçi məhkəməyə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə müraciət edərək, “cavabdehin üzrəinə mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmaması vəzifəsinin qoyulması xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən barəsində çıxarılmış "hərbi xidmətə yararlı olması" barədə qərarların ləğv edilməsi və hərbi xidmətə yararsız hesab olunma barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair **(*-**)-**/**** nömrəli inzibati iş baxılmaqdadır. Məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadı ilə iddia üzrə müvəqqəti müdafiə tədbiri qismində həqiqi hərbi xidmətə çağırılmağı aprelin 1-dən 30-dək olan dövr üçün qismən dayandırılmışdır. Həmin qərardaddan verilmiş şikayətə baxan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (iş nömrəsi: 15(3-10)-54/2026) müəyyən etmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi bu işə mütləq şəkildə üçüncü şəxs qismində cəlb edilməli və proses onun iştirakı ilə aparılmalıdır. Apellyasiya məhkəməsi işi bu əsasla yenidən baxılması üçün birinci instansiya məhkəməsinə (icraatına) geri göndərmişdir. Məhkəmə tərəfindən əvvəl aprel ayı üçün müəyyən edilmiş ilkin müvəqqəti müdafiə tədbirinin müddəti artıq tamamilə başa çatmışdır. Hazırda rəsmi olaraq iyul çağırışı dönəminin yaxınlaşması ilə əlaqədar olaraq, hərbi xidmətə yararlılıq barədə mübahisəli rəydən iddia qaldırdığı bu əsas iş üzrə yekun məhkəmə araşdırması bitənədək hərbi xidmətə çağırılmağı, hüquqlarının gələcəkdə bərpaolunmaz dərəcədə pozulması riskini yenidən tam real fəsad kimi ortaya qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, iddiaçının hüquqlarının müvəqqəti qorunması məhkəmə tərəfindən təmin edilməlidir, işə üçüncü şəxs qismində cəlb olunmuş SHXÇDX-nin Yevlax rayon şöbəsi ilə məhkəmə çəkişməsi faktiki davam etdiyi müddətdə çağırış (atprafqa) prosesinin icra olunması qanunla ziddiyyət təşkil edir.
4. Cavabdeh cavabdeh2 phş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçı Ərizəçi barəsində R04.) XBT kodu, “Burun qanaxması. Burundan qanaxma. Epistaxis” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin “E” bəndinin 1-ci qrafasının 45-ci maddəsi üzrə “Ç” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra, iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün ##.##.2026-cı il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Onun müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında heç bir kateqoriya təsdiqlənmir barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
5. Cavabdeh cavabdeh1 “müvəqqəti xarakterli müdafiə tədbirləri barədə” ərizəyə münasibət bildirməmişdir.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Günel Şirinova-Əsədova) ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi tərəfindən verilmiş “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, ərizə təmin edilməməlidir. Məhkəmə hazırkı iş üzrə ərizəçinin “hərbi xidmətə cəlb edilməsinin dayandırılması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunması barədə ərizəsinə baxarkən nəzərə alır ki, hazırkı iş üzrə ərizəçi tərəfindən irəli sürülmüş iddiasının qiymətləndirilməsi zamanı ilk olaraq bu iddianın hüquqi və faktiki əsasları diqqətlə araşdırılmalıdır. Çünki müvəqqəti xarakterli müdafiə tədbiri təbiətcə istisna hal sayıldığından, yalnız o halda tətbiq edilə bilər ki, iddiaçının hüquqlarına dərhal və geri dönməz şəkildə təhlükə yaransın və bu təhlükənin qarşısını almaq üçün təcili müdaxilə zəruri hesab edilsin. Bu cür tədbirin məqsədi yalnız iddiaçının hüquqlarının sonrakı mərhələdə bərpasının mümkün olmayacağı ehtimalı olduqda müvəqqəti müdafiə ilə həmin hüququn qorunmasını təmin etməkdir. - Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı diaqnozunun müəyyən edilməsi üçün müvafiq tibbi ekspertizanın təyin edilməsi zəruridir. Müvafiq araşdırmalar nəticəsində yekun rəyin əsaslı olub-olmaması müəyyən edilə bilər. Hazırkı vəziyyətdə ərizəçinin hərbi xidmətə cəlb edilməsini istisna edən, yəni qərarın icrasının dayandırılmasını zəruri edən sübut məhkəməyə təqdim edilməmişdir. - Belə ki, iş materiallarında olan tibbi sənədlərə əsasən ərizəçidə burun endoskopiyası zamanı burun çəpərində əyrilik, balıqqulaqlarının hipertrofiyası, burun tənəffüsünün çətinliyi və kapilyaropatiya qeyd edilmiş, burun boşluğunda polip kütləsi aşkar olunmamışdır. Əsas XBT kodu kimi R04.0 — burun qanaxması/epistaxis, əlavə olaraq J32.8 — digər xroniki sinusitlər göstərilmişdir. Alın-burun boşluqları rentgenoqrafiyasında sağ maksilyar sinusun yuxarı divarında 10.2 x 8.8 mm ölçüdə retenziya kistası, sol maksilyar sinusun havalanmasının hissəvi pozulması, frontal sinusların hər iki yarısının havalanmasının təbii olması və burun çəpərində sola doğru cüzi deviasiya izlənilmişdir. - Məhkəmə qeyd etmişdir ki, bu tibbi məlumatlar əsasında ərizəçi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 45-ci maddəsi üzrə hərbi xidmətə yararsız hesab edilə bilməz. - Belə ki, Xəstəliklər cədvəlinin 45-ci maddəsi “Burun boşluğunun, burunətrafı ciblərin, udlağın xəstəlikləri”ni tənzimləyir. Həmin maddənin “a” bəndi mühüm dərəcədə ifadə olunmuş üfunətli zökəmi, “b” bəndi burun tənəffüsünün davamlı çətinləşməsi ilə müşayiət olunan polipoz sinusitləri, “c” bəndi burun tənəffüsünün davamsız çətinləşməsi ilə polipoz sinusitləri, nadir kəskinləşmələrlə irinli sinusitləri, irinsiz sinusitləri və tez-tez kəskinləşmələrlə irinli sinusitləri, “ç” bəndi burun tənəffüsünün davamlı çətinləşməsi və ya burunətrafı ciblərin barofunksiyasının davamlı pozulması ilə burun boşluğunun və burunudlağın xəstəliklərini, “e” bəndi isə kəskin xəstəliklərdən, xroniki xəstəliklərin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra tənəffüs orqanlarının müvəqqəti funksional pozulmalarını nəzərdə tutur. - Hazırkı işdə 45-ci maddənin “a” bəndinin tətbiqi üçün heç bir əsas yoxdur. Tibbi sənədlərdə mühüm dərəcədə ifadə olunmuş üfunətli zökəm — özena barədə məlumat mövcud deyil. - 45-ci maddənin “b” bəndi də ərizəçiyə tətbiq edilə bilməz. Həmin bənd burun tənəffüsünün davamlı çətinləşməsi ilə müşayiət olunan polipoz sinusitləri nəzərdə tutur və İ qrafa üzrə “C” kateqoriyası müəyyən edir. Lakin ərizəçiyə dair burun endoskopiyası nəticəsində burun boşluğunda polip kütləsinin aşkar olunmaması qeyd edilmişdir. Yəni, “b” bəndinin əsas tələbi olan - polipoz sinusitin mövcudluğu təsdiqlənmir. - 45-ci maddənin “c”, “ç” və “d” bəndləri ilə müqayisədə isə qeyd edilməlidir ki, həmin bəndlər İ qrafa üzrə “A-3” kateqoriyasını nəzərdə tutur. Başqa sözlə, ərizəçinin sağlamlıq vəziyyəti bu bəndlərə uyğun hesab ediləcəyi halda o, hərbi xidmətə yararlı sayılacaqdır. - Xəstəliklər Cədvəlinin 45-ci maddənin “e” bəndinə gəldikdə, həmin bəndin tətbiqi üçün yalnız R04.0 — burun qanaxması/epistaxis kodunun göstərilməsi kifayət etmir. “e” bəndi kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra tənəffüs orqanlarının müvəqqəti funksional pozulmasının mövcudluğunu tələb edir. Təqdim olunmuş tibbi sənədlərdə isə ərizəçinin hər hansı cərrahi müalicədən sonrakı vəziyyətdə olması, kəskin xəstəlik keçirməsi, xroniki xəstəliyin hazırda kəskinləşmə mərhələsində olması və bu səbəbdən hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətinin müvəqqəti pozulması barədə tibbi məlumatlar yoxdur. - Hazırkı iş üzrə ərizəçinin təqdim etməli olduğu ilkin sübutlar - onun hərbi xidmətə daimi və ya müvəqqəti yararsızlığını əsaslandıra biləcək tibbi sənədlərdən ibarət olmalıdır. Məhz belə sübutlar əsas iddianın böyük ehtimalla uğurlu və ya uğursuz olacağına dair ilkin proqnozun formalaşdırılması üçün əsas təşkil edəcəkdir. Faktiki olaraq ərizəçi tərəfindən onun sağlamlıq vəziyyətinin hərbi xidmətə yararsızlığına və ya məhdud yararlılığına səbəb ola biləcək halları təsdiq edən ilkin sübutlar məhkəməyə təqdim edilməmiş, mövcud sübutlar isə Xəstəliklər Cədvəlinin 45-ci maddəsinin “a”, “b” və “e” bəndlərinin tətbqiqinə hüquqi əsas yaratmamışdır.
8. Ərizəçi Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini və iyul çağırışı üzrə barəsində olan hərbi xidmətə çağırış/göndəriş tədbirlərinin əsas məhkəmə işi bitənədək dayandırılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş "yararlı" rəyindən Şəki İnzibati Məhkəməsində qaldırdığı əsas öhdəlik davası (mahiyyəti üzrə iş) hazırda davam edir və yekunlaşmamışdır. Sağlamlıq vəziyyəti ilə bağlı ciddi problemlərin olmasına, həmçinin əvvəlki may çağırışı dövründə məhkəmə tərəfindən analoji çağırış tədbirlərinin dayandırılması barədə xeyrinə qərar verilməsi faktına baxmayaraq, iyul çağırışı üzrə müvəqqəti təminat tədbirinin rədd edilməsi hüquqlarının bərpası qeyri-mümkün dərəcədə pozulmasına və səhhətində ağır fəsadların yaranmasına rəvac verir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahat verərək şikayətin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh cavabdeh2 phş-nin nümayəndəsi kollegiyanın iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası da onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsi: 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər; 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.
82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı:
16. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarı:
Apellyasiya şikayətinin mümkünlüyü
17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadı ləğv edilməli, ərizəçi Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi mümkün sayılmamalıdır.
19. Belə ki, hazırda ərizəçinin hüquqi marağı mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmasının qadağan olunması öhdəliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin üzərinə qoyulmasından ibarətdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iş materiallarından göründüyü kimi, ərizəçi tərəfindən eyni məzmunlu müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə əvvəllər də məhkəmə baxışının predmeti olduğundan, məhkəmə ərizənin mahiyyəti üzrə qiymətləndirmə aparmazdan əvvəl onun prosessual mümkünlüyünü araşdırmalı idi.
21. Belə ki, Şəki İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə həmin ərizə qismən təmin edilmiş, ərizəçinin 2026-cı il # ##### tarixindən 30 aprel tarixinədək müddətli həqiqi hərbi xidmətə çağırılmasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə qadağan edilməsi qərara alınmışdır.
22. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
23. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş üzrə yeni qərardad qəbul edilərək ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
24. Bundan sonra, ərizəçi yenidən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmasının qadağan olunması öhdəliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
25. Kollegiya qeyd edir ki, iş materiallarının məzmunundan və əvvəlki məhkəmə icraatında qəbul edilmiş məhkəmə aktlarından aydın görünür ki, həm əvvəlki, həm də hazırkı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələr üzrə tərəflər eyni, mübahisənin predmeti eyni, irəli sürülən tələbin hüquqi mahiyyəti və əsaslandığı faktiki hallar isə mahiyyət etibarilə dəyişməz qalmışdır.
26. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə müəyyən edilmiş hallardan görünür ki, birinci instansiya məhkəməsi ərizəni qismən təmin edərkən ərizəçinin tələb etmədiyi tarix aralığını müəyyən etməkdə səhvə yol vermişdir. Ərizəçi konkret olaraq ##.##.2026–##.##.2026 tarixləri üzrə qadağa tətbiq edilməsini deyil, mübahisə yekunlaşanadək hərbi xidmətə aparılmasının qadağan edilməsini xahiş etmişdir.
27. Mübahisələndirilən qərardad ##.##.2026-cı il tarixdə qəbul edildiyi halda, qadağanın ##.##.2026-cı ildən tətbiq edilməsi müvəqqəti xarakterli müdafiə tədbirinin mahiyyətinə uyğun deyil. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbiri mövcud hüquqi və faktiki vəziyyətə müdaxilənin qarşısını almağa yönəlir. Artıq başa çatmış dövr üzrə cavabdehin müəyyən hərəkəti etməkdən çəkinməsinə dair öhdəliyin müəyyən edilməsi icrası mümkün olmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnir. Odur ki, ##.##.2026cı il tarixdə qəbul edilmiş qərardadla ##.##.2026–##.##.2026-cı il tarixlərini əhatə edən qadağa müəyyən edilə bilməzdi.
28. Bundan başqa birinci instansiya məhkəməsi mübahisənin obyektiv həlli üçün inzibati orqanın istinad etdiyi normativ əsasın mövcud tibbi məlumatlara uyğun olubolmamasını düzgün qiymətləndirməmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, bu tibbi məlumatlar əsasında ərizəçi “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 45-ci maddəsi üzrə hərbi xidmətə yararsız hesab edilə bilməz.
30. Göründüyü kimi, hazırkı ərizə ilə əvvəllər məhkəmə tərəfindən həll edilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin yenidən baxılması tələb olunur.
31. Belə ki, tərəflər arasında həmin hüquqi mübahisə üzrə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi məsələsinə artıq məhkəmə tərəfindən baxılmış, bu məsələyə dair apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadı mövcuddur. Qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə həll edilmiş prosessual məsələnin eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə yenidən məhkəmə baxışına çıxarılması yolverilməzdir.
32. Kollegiya hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərardadının mövcudluğu həmin prosessual məsələnin hüquqi cəhətdən artıq həll edildiyini ifadə edir və bu hal eyni məsələnin yenidən məhkəmə baxışının predmeti olmasını istisna edir.
33. Bundan başqa, müvəqqəti xarakterli müdafiə tədbiri barədə əvvəlki məhkəmə aktı ilə həll edilmiş məsələnin, hər hansı yeni hüquqi və ya faktiki hallar göstərilmədən eyni əsaslarla yenidən irəli sürülməsi prosessual qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz. Belə müraciət mahiyyət etibarilə əvvəl qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarının nəticələrinin yenidən müzakirəyə çıxarılmasına yönəlmişdir.
34. Beləliklə, əvvəlki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu hazırkı ərizənin mahiyyəti üzrə araşdırılmasını istisna etdiyindən, birinci instansiya məhkəməsi ərizənin əsaslı olub-olmamasını qiymətləndirmək əvəzinə, ilk növbədə onun prosessual mümkünlüyünü araşdırmalı və eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğunu nəzərə alaraq ərizəni mümkün saymamalı idi.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hazırkı iş üzrə ərizəçi eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, Şəki Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə ərizə rədd edilmiş və həmin qərardad qanuni qüvvəyə minmişdir.
36. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd). İPMin 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd).
37. Beləliklə kollegiya hesab edir ki, hazırkı ərizənin mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
38. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadı ləğv edilməli, ərizəçi Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi mümkün sayılmamalıdır.
39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Ərizəçi Ərizəçi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.