Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-64/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və X2 ibarət tərkibdə, Isayev Mikayil Qərib oğlunun katibliyi, ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinə qarşı “iddiaçının hərbi xidmətə çağırılması barədə müvafiq qərarın icrasının dayandırılması və mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmaması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Işin halları:
1. Iş materiallarında olan müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki: - Yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli qərarına əsasən ərizəçi Çsağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssisinin (nevropotoloq) ##.##.2026-cı il tarixli rəyinə əsasən ərizəçi Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssisinin (cərrah) ##.##.2026-cı il tarixli rəyinə əsasən ərizəçi Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müqvəqqəti yararsız hesab olunmuşdur. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. - xxxxnin (DTSERA) ##.##.2026- cı il tarixli yekun rəyi ilə (A-3) "daha yüngül qiymətləndirilir, fərqli kateqoriya üzrə təsdiqini tapmışdır” qeydləri icra edilmişdir. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli yekun qərarı ilə ərizəçi A-müddətli həqiqi həqiqi hərbi xidmətə yararlı hesab olunmuşdur. - DTSERA-nın ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi daha yüngül qiymətləndirilərək fərqli kateqoriya üzrə təsdiqlənmiş (A-3), SHXÇÜDX-nin Qax rayon bölməsinin ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi hərbi xidmətə yararlı hesab edilmişdir. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
2. Iddiaçı Ərizəçi cavabdehlər maraqlı şəxs1 və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax Rayon Şöbəsinə qarşı “DTSERA-nin ##.##.2026-cı il tarixli qərarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax Rayon Şöbəsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, DTSERA-nin üzərinə yekun tibbi şəhadətnaməyə dair “Ç” kateqoriyası üzrə qərarın qəbul edilməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax Rayon Şöbəsinin üzərinə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir.
3. Eyni zamanda iddiaçı, Şəki Inzibati Məhkəməsinin icraatında olan cavabdeh maraqlı şəxs2 qarşı "hərbi xidmətə çağırılması barədə müvafiq qərarın icrasının dayandırılması və mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmaması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, “o, ## ###### 1998-ci il tarixdə Qax rayonun Ləkit kəndində anadan olmuşdur. Onun 20 yaşı olarkən-2018-ci ildə atası xəstəlik səbəbli dünyasını dəyişmişdir. Atasının vaxtsız dünyasını dəyişməsi ona çox pis təsir etmiş, ciddi psixoloji sarsıntılar keçirmişdir. Atasının qəbrinin üzəri hazırlanarkən onun baş daşının qoyulması zamanı həddindən artıq fiziki güc tətbiq etdiyindən bel nahiyyəsində güclü ağrı yaranmışdır. Ağrılar dözülməz həddə çatdığından həkimə müraciət etmiş,aparılmış ilkin müayinələrin nəticəsində onda bel (disk yırtığı) olması müəyyən edilmişdir.Belə ki, qoyulmuş diaqnoza əsasən “L4-L5 diskdə sol subartikulyar, fokal disk səviyyəli ekstruzyası (7 mm) sol sinir kökcüyünün kompressiyası, disk hissəvi olaraq degenerasiyalıdır. L5-S1 diskdə arxa mərkəzi sağ paramedian-subartikluyar, geniş əsaslı, disk səviyyəli ekstruzyası (7,5 mm) ön epudural sahə, dural kisə və sinir kökcüklərinin komperssyası disk hissəvi olaraq degenerasiyalıdır” olmuşdur. Səhhətində olan problemlər aşkarlandıqdan sonra o, müvafiq olaraq fizioterapiya müalicəsinə başlamışdır. Ancaq aparılan müalicələr bu günə kimi demək olar ki, heç bir effekt vermədi. 2016-cı ildə 18 yaşı bitdiyi üçün cavabdeh orqan tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Ancaq həmin dövrdə o, X1 Universitetinin aqronomluq fakültəsində ali təhsil aldığı üçün ona həqiqi hərbi xidmətdən möhlət hüququ verilmişdir. 2019-cu ildə ali təhsilini başa vurduqdan sonra X1 Universitetinin aqronomluq fakültəsində magistr təhsili almaq üçün qəbul olunmuşdur. 2021-ci ildə təhsilini başa vurduqdan sonra cavabdeh tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Aparılan yoxlamalar zamanı onun səhhətində olan problemlər səbəbli ## #### 2021-ci ildə cavabdeh tərəfindən xəstəliklər cədvəlinə uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağı barədə qərar qəbul edilərək, ona 2024-ci ildə növbəti komissiya təyin edilmişdir. 2024-cü ildə aparılan yoxlamaların nəticəsi olaraq ##.##.2024-cü ildə yerli çağırış komissiyası tərəfindən dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağı barədə qərar qəbul edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixdə onun sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız olmağı barədə qərar qəbul edilmişdir. Həmçinin ##.##.2025-ci ildə DTSERA tərəfindən onun diaqnozu təsdiqlənərək sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız olmağı barədə qərar qəbul edilmişdir. Yekunda ona həqiqi hərbi xidmətdən möhlət hüququ verilmişdir. Daha sonra sonuncu dəfə o, 2026-cı ilin mart ayında cavabdeh tərəfindən komissiyaya dəvət edilmişdir. Keçirilən yoxlamaların nəticəsində yerli çağırış komissiyasının ## #### 2026-cı il tarixli qərarına əsasən sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının ## ##### 2026-cı il tarixli qərarına əsasən sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının Sədrinin rəyinə əsasən sağlamlıq vəziyyətinə görə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Bütün yoxlamaların nəticəsində onun səhhətində olan xəstəliklər təsdiqini tapmasına baxmayaraq hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx tərəfindən ## ### 2026-cı ildə onun xəstəliyinin guya fərqli kateqoriya üzrə təsdiq edilməsi, daha yüngül qiymətləndirilməsi barədə yekun qərar qəbul edilmişdir. Bunun əsasında da, Mərkəzi Hərbi Həkim Komissiyasının Sədrinin ## ### 2026-cı il tarixli yekun rəyinə əsasən 3-cü dərəcə məhdudiyyət dərəcəsi ilə müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Həmin qərar barədə ona məlumat verilməmiş, həmçinin bu günə kimi barəsində qəbul edilmiş əsaslandırılmış qərar ona təqdim edilməmişdir. Daha sonra isə ona cavabdeh tərəfindən dəvət edilərək hərbi xidmətə yararlı hesab edildiyi və iyul ayında həqiqi hərbi xidmətə çağırılacağı bildirilmişdir. Həmçinin onun elektron kabinetinə (my-gov) yerləşdirilmiş məlumatda Qax rayon çağırış komissiyası tərəfindən ## ### 2026-cı ildə onun barəsində hərbi xidmətə yararlı olmağına dair qərar qəbul edilməsi və aprel ayında hərbi xidmətə yola salınacağı barədə bildiriş gəlmişdir. Artıq həmin məlumatı aldıqdan sonra ona bəlli olmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx tərəfindən, həmçinin yekunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsi tərəfindən onun hərbi xidmətə yararlı olmağı barədə qərar qəbul edilmişdir. Bu səbəbdən o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin onun hərbi xidmətə yararlı olmağı barədə verdiyi ## ### 2026-cı il tarixli qərar ləğv edilsin, onun sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız olmağı haqqında (Ç) qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin üzərinə qoyulması, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax Rayon Bölməsinin onun “hərbi xidmətə yararlı sayılaraq, həqiqi hərbi xidmətə çağırış bölməsinə təhvil verilməyi” barədə ## ### 2026-cı il tarixli qərarı ləğv edilsin, onun sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız olmağı haqqında (Ç) qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon Bölməsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin göstərilən səbəblərdən hazırki müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirir ki, onun səhhətində olan problemlər onda ciddi məhdudiyyətlər yaradır. Belə ki, o, qaça bilmir, ağır hərəkətlər edə bilmir. Halbuki məlumdur ki, hərbi xidmət keçmək özözlüyündə ciddi fiziki və idman hazırlığı tələb etməkdədir. Üstəlik onun səhhətində əlavə olaraq skalioz da, vardır ki, bu da, onda ciddi hərəkət məhdudiyyəti yaratmaqdadır. Hazırki vəziyyətdə mübahisə ilə bağlı məhkəmə mübahisəsi davam etdiyi dövrdə həmin mübahisə yekunlaşanadək başqa şəxslərin hərbi xidmətə cəlb edilməsi cavabdeh orqan tərəfindən bir qayda olaraq dayandırıldığı halda, nədənsə digər şəxslərdən fərqli olaraq onun hərbi xidmətə cəlb edilməyi cavabdeh orqan tərəfindən dayandırılmamış, aşkar surətdə səhhətindəki problemi gördükləri halda onun həqiqi hərbi xidmətə çağırılacağı israrla bildirmişlər. Qeyd etdiklərimə əsasən hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri çərçivəsində ərizə ilə müraciət etməyinə hüquqi zərurət yaranmışdır.”.
5. Əsas tələb üzrə cavabdeh maraqlı şəxs1 X3 ərizəyə etirazda bildirmişdir ki, “icraatınızda olan ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinə qarşı “cavabdehin qərarının icrasının dayandırlması və cavabdehin üzərinə mübahisə yekunlaşandək hərbi xidmətə çağırılmama barədə qərar çıxarılması” tələbi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il # ######## tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ## #### 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1. Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası) 2. Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası) 3. Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası), 4. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə (bundan sonra – Əsasnamə) uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətitərəfindən elektron qaydada formalaşdırılan və “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Bu məqsədlə Agentliyin nəzdində ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi (bundan sonra – Mərkəz) yaradılmışdır. Mərkəzdə çağırışçıların yekun tibbi müayinəsi ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən aparılır. Yekun tibbi müayinəyə dair qərarlar isə Tibbi Qiymətləndirmə Komissiyaları tərəfindən qəbul edilir. Yekun tibbi müayinənin aparılması üçün SHXÇDX tərəfindənAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir, hansı vaxtda Mərkəzə yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri barədə məlumat verilir. Çağırışçı təyin edilmiş müayinə günündə SHXÇDX-nin müvafiq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının nümayəndəsinin müşyiəti ilə Mərkəzə yaxınlaşır və avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkim-mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olub-olmadığı aydınlaşdırılır. Çağırışçının laborator və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə, müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün daxili göndəriş verilir. Mərkəzdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron formada tibb müəssislərinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində növbədənkənar müayinəsi aparılır. Tibbi müayinələrin nəticəsində çağırışçıda göndərişdə (forma 44) öz əksini tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə yönləndirilir. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq edərək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edir. Qəbul həkiminin rəyi altsistemə daxil edildikdən sonra çağırışçı barəsində yekun tibbi müayinənin həyata keçirilməsi üçün Tibbi Qiymətləndirmə Komissiyalarından biri altsistem tərəfindən avtomatlaşdırılmış qaydada seçilir. Seçilmiş müvafiq komissiya çağırışçının yekun tibbi müayinəsini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən həyata keçirilir və müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir: · yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; · yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir; · yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Qəbul edilən müvafiq qərar elektron sənəd formasında formalaşdırılır və Tibbi Qiymətləndirmə Komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla SHXÇDX-nin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərarın qəbul edilməsi üçün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilir. Bildiririk ki, ərizəçi Ərizəçi (FIN: *******) barəsində M51.3 XBT kodu, “Fəqərəarası diskin digər dəqiqləşdirilmiş degenerasiyası” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin“D” bəndinin 1-ci qrafasının 26-cı maddəsi üzrə “Ç” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra ərizəçi yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün ##.##.2026-cı il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Onun müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Çağırışçının statusu həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin MHHK rəyində qeyd edilmiş diaqnozdan Agentliyin rəyində “Fərqli kateqoriya üzrə təsdiqlənir” barədə qərar qəbul edilmişdir. DTSERA tərəfindən çağırışçının səhhətinə barəsində A-3 kateqoriyası uyğun olduğu barədə rəy verilərək, fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməməsi barədə müvafiq qərardad qəbul etməyinizi xahiş edirik.”.
6. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə (hakim X5) ərizə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “iddiaçının hazırkı diaqnozunun müəyyən edilməsi üçün müvafiq tibbi ekspertizanın təyin edilməsi zəruridir. Müvafiq araşdırmalar nəticəsində yekun rəyin əsaslı olub-olmaması müəyyən edilə bilər. Hazırkı vəziyyətdə ərizəçinin hərbi xidmətə cəlb edilməsini istisna edən, yəni qərarın icrasının dayandırılmasını zəruri edən sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, işin hazırkı mərhələsində iddiaçının mübahisələndirdiyi qərarların ləğv edilməsinin hansı dərəcədə uğurluluq ehtimalı olduğu müəyyən edilmir. Məhkəmə Ərizəçi qoyulmuş periferik sinir sisteminin xəstəlikləri diaqnozuna münasibətdə qeyd edir ki, Ərizəçi məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı hesab edilmişdir. Bu, onun digər çağırışçılarla müqayisədə hərbi xidmətinin yüngül keçəcəyini və inzibati orqan tərəfindən onun sağlamlığının faktiki vəziyyətinin nəzərə alınmasını göstərir. Məhkəmə qeyd edir ki, Hərbi xidmətə çağırış Konstitusiya ilə müəyyən edilən vətəndaşlıq borcudur, lakin bu zaman fərdi hüquqlar və sağlamlıq vəziyyəti dövlətin hərbi hazırlıq sahəsində maraqları ilə balanslaşdırılmalı, mütənasiblik prinsipi nəzərə alınaraq, hərbi xidmətə möhlət verilmə yalnız zəruri hallarda tətbiq edilməlidir. Hazırkı vəziyyətdə iddiaçının fərdi sağlamlıq vəziyyəti nəzərə alınaraq yüngülləşdirilmiş xidmət rejimi tətbiq edildiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt həm onun sağlamlıq vəziyyətinin qorunmasına (hərbi xidmət zamanı qarşılaşacağı potensial sağlamlıq risklərinin nəzərə alınmasına), həm də dövlətin hərbi hazırlıq sahəsindəki qanuni maraqlarının balanslı şəkildə təmin olunmasına xidmət etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mərhələdə iddiaya baxılmasının nəticəsi və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, mübahisənin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı bəlli deyildir. Bu səbəbdən IPM-in 41.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan hal, yəni iddianın uğurluluq ehtimalı aydın görünmür. Iddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslılığını ziddiyyətli maraqlar baxımdan qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Məhkəmə hər iki tərəfin maraqları baxımından qiymətləndirmə apardıqda hazırkı halda müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini zəruri hesab etmir. Qeyd olunduğu kimi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqində məqsəd iddianın təmin ediləcəyi təqdirdə çıxarılacaq qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.”.
8. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: apellyasiya şikayətinin dəlilləri
9. Ərizəçi apellyasiya şikayətinin dəlillərində maddi hüquq normalarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, “ərizəçi sonuncu dəfə ## ### 2026-cı X4 Xəstəxanasında müayinə olunmuş, onurğa sütununun bel- oma hissəsinin MR görüntülənməsi zamanı aşkarlarnmışdır ki; “Lumber fizioloji lordoz təbiidir. Sota doğru minimal skolioz qeyd olunur. Fəqərə cisimlərinin hündürlüyü və siqnal intensivliyi təbiidir. L4-5 və L5-S1 səviyyəsində fəqərə cisimlərinin tamamiayıcı lövhələrində kiçik Şmorl düyünləri mövcuddur. Onurğa beyni istiqamətində və cauda equina strukturunda patoloji siqnallar nəzərə çarpmır. Lumbar disklərinin hündürlüyü normaldır. L4-5 və L5-S1 disklərin T2 MR siqnalında zəifləmə (dehidrasiya) izlənilir. Digər disklərin siqnal intensivliyi təbiidir. L4-5 diskində arxa mərkəzi yerləşimli geniş əsaslı kiçik anulyar fissura ilə birlikdə 7 mm ölçüsündə yırtıq qeyd edilir. Solda daha çox olmaqla hər iki latéral reses daralmışdır. Solda daha çox olmaqla hər iki L5 sinir köklərinə təmas-kompressiya qeyd edilir. Neyroforamenlər açıqdır. L4 sinirləri sərbəstdir. L5-S1 arxa mərkəzi yerləşimli geniş əsaslı ən qabarıq yerində 6mm ölçüsündə yırtıq qeyd edilir. Neyroforamenlər infəriordan daralmışdır. L5 sinirlərində təmas qeyd edilir. Hər iki latéral reses hissəvi daralmışdır. Solda daha çox olmaqla hər iki S1 sinirinə təmas-mülayim kompressiya qeyd edilir. Digər fəqərəarası disklərin protruziyası yaxud yırtığı müşahidə edilmir. Vertébral kanalın stenozu aşkarlanmır. Faset oynaqların səthi dəqiqdir. Paravertebral yumşaq toxumalarda patoloji dəyişikliklər nəzərə çarpmır.” Bütün bu sadaladıqlarını birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin diqqətinə çatdırmağına baxmayaraq məhkəmə onun ərizəsini təmin etməmişdir. Halbuki məhkəmə araşdırması zamanı məhkəmə özü göstərdiyi xüsusatları müəyyən etmişdir. Eyni zamanda o birinci instansiya məhkəməsində izahat verərkən çəkdiyi fiziki ağrını, ayaqlarıma iynə batması kimi hisslər olduğunu, uzun müddət oturarkən və ağır işlər görərkən bel nahiyyəmdə ağrılar, ayaqlarımda keyimə əmələ gəldiyini bildirmişdir. Hesab edir ki, qərardad apellyasiya qaydasında ləğv edilməlidir.”. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. tərəflərin izahatları:
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ərizəçi i apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğv edilərək, "müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizənin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 40.4. Maraqlı şəxs inzibati aktdan şikayət instansiyasına inzibati şikayət etdiyi hallarda müvəqqəti xarakterli müdafiə barədə vəsatətlə həmin orqana müraciət etməlidir. Şikayət instansiyası 15 gün müddətində maraqlı şəxsin vəsatətini təmin etmədikdə, o, bu barədə ərizə ilə bu Məcəllənin 40.1-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: Maddə 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; Maddə 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30dək çağırılırlar. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Maddə 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. Maddə 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək.
14. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə: 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.9. hərbi vəzifəlilərin səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada çağırış komissiyaları yaratmaq;
15. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli, 2317№ -li Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:
1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra - yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində xxxx (bundan sonra - Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra - altsistem) üzərindən həyata keçirilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. 2.18. barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15- ci bəndində qeyd olunan "B”, "C”, "Ç” və "D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2-15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra - yekun tibbi müayinə) aparılması məqsədilə VEIS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra - MEIS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEIS-nin "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra - altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında "B”, "C”, "Ç” və "D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VeIS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEIS-nin "Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEIS- də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən "Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra - Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 17.“Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur - inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1 IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 7.3.Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları IPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb- görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız "ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
21. Ilk növbədə məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.
22. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.
23. Iş materiallarından görünür ki, DTSERA-nın ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi daha yüngül qiymətləndirilərək fərqli kateqoriya üzrə təsdiqlənmiş (A-3), SHXÇÜDX-nin Qax rayon bölməsinin ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi hərbi xidmətə yararlı hesab edilmişdir.
24. Ərizəçi, əsas iddia tələbində DTSERA-nın onun hərbi xidmətə yararlılığı ilə bağlı qəbul etdiyi qərarı, həmçinin SHXÇÜDX-nin Qax rayon bölməsinin müvafiq qərarını mübahisələndirmiş, həmin qərarların ləğv edilməsini, DTSERA-nın üzərinə iddiaçı barəsində "Ç” kateqoriyasına uyğun qərar qəbul edilməsi, SHXÇÜDX-nin Qax rayon bölməsinin üzərinə hərbi xidmətə müvəqqəti yararsız olması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.
25. Hazırda ərizəçinin hüquqi marağı əsas iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək SHXÇÜDX-nin Qax rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmamasına nail olmaqdır. 26.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 27.Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 28.Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəlikləri ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliklərinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur.
29. Ərizəçinin təqdim etdiyi bel-oma nahiyəsinin MR müayinəsinə dair ##.##.2024 –cü il tarixli rəydən görünür ki, “Nəticə: Sola Grade 1 uyğun skolioz; Fəqərəarası faset oynaqlarda oynaq yarıqlarının bir qədər daralması qeyd edilir (spondiloartroz Weishaupt Grade 1 uyğun); L4-S1 səviyyədə intervertebral disk aralıqları azalmış olub, lumbar intervertebral disklərin siqnal intensivlikləri dehidratasiyaya bağlı azalmışdır (osteoxondroz Pfirrmanın Grade 4 uyğun); L4-L5 diskdə dural kisəyə təzyiq edən, sol lateral resessi və nevral forameni daraldan, 6 mm ölçüdə sol paramedian foramenal yırtıq qeyd edilir. Lokal spinal stenoz, sol sinir kökükünün kompresiyası təyin edilir; L5-S1 diskdə dural kisəyə təzyiq edən, hər iki lateral resessi daraldan, annular fissurla müşaiət olunan, 5 mm ölçüdə arxa mərkəzi protruziya qeyd edilir. Hər iki tərəfdə sinir köklərinə təzyiq təyin edilir.”.
30. Eyni zamanda ərizəçinin 8 ildir ki, şikayətinin bel nahiyəsində ağrıdan ibarət olması, lakin onun ixtisaslaşmış stasionar və ambulator müalicə alması, hazırda müvafiq dərman vasitələrinin qəbul etməsi iş üzrə müəyyən edilmir.
31. Məhkəmə kollegiyası tərəfindən ərizəçi barəsində tibbi göndərişdə əks olunmuş məlumatlar "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin "Xəstəliklər cədvəli”nin müvafiq maddələri ilə müqayisəli yoxlanılmışdır.
32. "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin "Xəstəliklər cədvəli”nin 26-cı maddəsi pereferik sinir sisteminin xəstəlikləri, 59-cu maddəsi onurğanın xəstəlikləri və onların nəticələrini tənzimləyir. Həmin maddələrdə funksiyaların mühüm, mülayim və cüzi dərəcədə pozulması hallarına uyğun olaraq müvafiq yararlılıq kateqoriyaları nəzərdə tutulmuşdur.
33. "Xəstəliklər cədvəli”nin 26-cı maddəsinə münasibətdə kollegiya qeyd edir ki, həmin maddə kranial (II və VIII cüt kəllə sinirlərindən başqa), spinal sinirlərin, kökcük və qanqlionların xəstəlik və zədələnmələrini (birincili və ikincili) nəzərdə tutur.
34. Ərizəçinin tibbi sənədlərində 26-cı maddənin "a”, "b” və "c” bəndləri üçün tələb olunan hərəki, hissi və trofik pozulmaların səviyyəsi, residivləşən gediş, uzunmüddətli fasiləsiz stasionar və ya ambulator müalicə, davamlı kökcük ağrı sindromu, əzələ gücünün zəifləməsi, refleks pozuntusu, atrofiya və ya ətraf funksiyasının cüzi, mülayim, mühüm dərəcədə pozulması öz əksini tapmamışdır.
35. Odur ki, tibbi sənədlərdə göstərilmiş radikulopatiya və radikulyar ağrı sindromu diaqnozları son nevroloji status məlumatları ilə birlikdə qiymətləndirildikdə, 26cı maddənin "a”, "b” və "c” bəndlərinin tətbiq edilə bilməz. 26-cı maddənin "d” bəndinin tətbiqi üçün periferik sinir sisteminin kəskin xəstəliyindən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonrakı müvəqqəti funksional pozulma müəyyən edilməlidir ki, ərizəçidə qeyd olunan hallar baş verməmişdir. 36."Xəstəliklər cədvəli”nin 26-ci maddəsinin "ç” bəndi əsasında qiymətləndirmə aparılmasına isə lüzum yoxdur. Belə ki, həmin bənd hərbi xidmətə yararsızlıq əsası yaratmır (A- 4).
37. Ərizəçidə mövcud olan skolioza münasibətdə 59-cu maddənin "c” və ya "b” bəndlərinin tətbiqi üçün zəruri olan mərhələ müəyyən edilməmişdir. "Xəstəliklər cədvəli”nə əsasən skoliozun mərhələsi rentgenoqramlar üzrə rentgenoloq tərəfindən skolioz bucaqlarının V.D.Çaklinin müəyyən etdiyi üsulla ölçülməsi əsasında təyin edilir. Deformasiyanın ölçüsündən asılı olaraq skoliozların 4 mərhələsi ayırd edilir və ərizəçinin skalioz diaqnozuna görə hərbi xidmətə yarasız sayılması üçün onda ən azı II mərhələ 11 -25 dərəcə, əyilmə bucağı müəyyən olunmalıdır. Ərizəçədi isə hazırda qeyd olunan skalioz dərəcəsi onun hərbi xidmətə yarasız hesab edilməsinə əsas ola bilməz.
38. "Xəstəliklər cədvəli”nin 59-cu maddəsinin "ç” bəndi əsasında qiymətləndirmə aparılmasına lüzum yoxdur. Belə ki, həmin bənd hərbi xidmətə yararsızlıq əsası yaratmır (A- 3). ”D” bəndi isə ərizəçiyə münasibətdə yəni, hərbi xidmətə çağırılan vətəndaşlara tətbiq edilmir.
39. Beləliklə, təqdim edilmiş tibbi sənədlərin ilkin qiymətləndirilməsi və ərizəçinin son nevroloji statusunda qeyd edilmiş bir sıra məlumatlar (stasionar və ambulator müalicə almaması, hazırda dərman qəbul etməməsi) onu göstərir ki, ərizəçidə onurğa üzrə MRT dəyişiklikləri, skolioz, L4-L5-fəqərəarası diskin arxa sol paramedian yırtığı (ölçüsü-5,0mm), dural kisənin və sol lateral sinir kökcüyünün sıxılması, L5-S1fəqərəarası diskin arxa median sağa meyilli yırtığı (ölçüsü-4,0mm), dural kisənin və sağ lateral sinir kökcüyünün minimal sıxılması ) diaqnozları mövcud olsa da, bu diaqnozlar "Xəstəliklər cədvəli”nin 59, 61, 26 və 13-cü maddələrinin tələbləri baxımından hərbi xidmətə tam və ya müvəqqəti yararsızlıq əsası yaratmır. 40 Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, yuxarıda qeyd edilmiş əsaslanma məhkəmənin tibbi qiymətləndirmə aparması kimi başa düşülə bilməz. Kollegiya yalnız tibbi sənədlərdə artıq əks olunmuş göstəriciləri "Xəstəliklər cədvəli”nin müvafiq maddələri ilə müqayisəli təhlil edərək uyğunluğun (hazırkı mərhələdə hərbi xidmətə yararsızlıq əsasının) olub-olmamasını yoxlayır və bununla da, ilkin təcili ilkin təcili tənzimləmənin zəruri olub olmamasına hüquqi qiymət verir. Təhlil edilən tibbi sənədlər əsasında ərizəçinin "Xəstəliklər cədvəli”nin sadalanan maddələri üzrə hərbi xidmətə müvəqqəti çağırılmamasına əsas vermir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 11.24-11.27-ci bəndlərinin tələbləri baxımından ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız ilkin - iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə - sübutların təqdim olunmasıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini yalnız "ilk baxışda” (prima facie) hüquqa uyğunluq meyarı əsasında müəyyən etməlidir.
42. Hazırkı iş üzrə ərizəçinin təqdim etməli olduğu ilkin sübutlar - onun hərbi xidmətə daimi və ya müvəqqəti yararsızlığını əsaslandıra biləcək tibbi sənədlərdən ibarət olmalıdır. Məhz belə sübutlar əsas iddianın böyük ehtimalla uğurlu və ya uğursuz olacağına dair ilkin proqnozun formalaşdırılması üçün əsas təşkil edəcəkdir. Faktiki olaraq ərizəçi tərəfindən onun sağlamlıq vəziyyətinin hərbi xidmətə yararsızlığına və ya məhdud yararlılığına səbəb ola biləcək halları təsdiq edən ilkin sübutlar məhkəməyə təqdim edilməmiş, mövcud sübutlar isə Xəstəliklər Cədvəlinin 59, 61, 26 və 13-cü maddələrinin tətbiqinə hüquqi əsas yaratmamışdır.
43. Inzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olub-olmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşibçətinləşməyəcəyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır.
44. Işdə mövcud olan tibbi sənədlər əsas iddianın uğurlu olub-olmayacağı ilə bağlı ilkin proqnozun verilməsi üçün kifayət edən həcmdədir. Lakin, bu sənədlərdə qeyd edilmiş diaqnozlar "Xəstəliklər cədvəli”nin yuxarıda istinad olunan bəndləri baxımından ərizəçinin hərbi xidmətə daimi və ay müvəqqəti yarasız hesab edilməsinə əsas yaratmır. Bu isə o deməkdir ki, hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaət formalaşmır. Əksinə, bu qənaət daha çox əsas iddianın böyük ehtimalla uğursuz olacağı istiqamətindədir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, ərizəçinin uzun müddət ərzində hərbi xidmətə çağırılmaması və əvvəlki dövrlərdə ona eyni və ya oxşar əsaslarla möhlət verilməsi onun gələcəkdə də, hərbi xidmətə çağırılmayacağına dair qanunla qorunan legitim gözlənti yaratmır.
46. Hərbi xidmətə yararlılıq şəxsin əvvəlki illərdəki deyil, şəhadətləndirilmə anında mövcud olan sağlamlıq vəziyyətinə və "Xəstəliklər cədvəli”nin müvafiq meyarlarına əsasən müəyyən edilir. Odur ki, ərizəçinin əvvəllər hərbi xidmətə yararsız hesab edilməsi və ya ona möhlət verilməsi cavabdeh orqanın onun hazırkı tibbi vəziyyətini yenidən qiymətləndirməsinə mane olmur və hazırkı qiymətləndirmənin qanunsuzluğu barədə müstəqil əsas kimi çıxış edə bilməz.
47. Eyni zamanda ərizəçinin fəaliyyət sahəsi üzrə öhdəliklərinin olması, hərbi xidmətə çağırılacağı halda şəxsi həyatında və səhhətində çətinliklər yarana biləcəyi barədə ümumi xarakterli dəlilləri də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün yetərli əsas hesab edilə bilməz. Ərizəçinin yanaşı xəstəliklərinə gəldikdə isə, həmin hallar təqdim edilmiş tibbi sənədlər üzrə "Xəstəliklər cədvəli”nin müvafiq maddələri ilə müqayisəli şəkildə qiymətləndirilmiş və onların hazırkı mərhələdə hərbi xidmətə yararsızlıq (daimi və ya müvəqqəti) nəticəsi doğuran bəndlərin tətbiqinə əsas yaratmamışdır.
48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.