Azərbaycan⁹Respublikası⁹adından Qərardad Şəki⁹şəhəri İş⁹№⁹15(3-10)-65/2026 15.07.2026 ŞƏKI⁹APELLYASIYA⁹MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (məruzəçi), Musayev Vüqar Ələkbər oğlu⁹və⁹X1⁹ibarət⁹tərkibdə,⁹Sədiyev⁹Elvin⁹İlham⁹oğlunun⁹katibliyi, Azərbaycan Respublikası cavabdeh2 nümayəndəsi Nümayəndə İsgəndər oğlunun iştirakı⁹ilə, İddiaçı Ərizəçi cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “cavabdeh1 ##.##.2026-cı il tarixli, Azərbaycan Respublikası cavabdeh2 ##.##.2026-cı il tarixli qərarlarının ləğv edilməsi, DTSERA-nin üzərinə yekun tibbi şəhadətnaməyə dair “C” kateqoriyası üzrə qərarın qəbul edilməsi, cavabdeh2 üzərinə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi ilə bağlı Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə dair işə şifahi məhkəmə baxışı⁹iclasında⁹baxaraq⁹aşağıdakı⁹qərardadı⁹qəbul⁹etdi: İşin halları:
1. İş materiallarında olan müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron⁹informasiya⁹sistemindən⁹çıxarışdan⁹görünür⁹ki: - Yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli qərarına əsasən ərizəçi C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssisinin (terapevt) ##.##.2026-cı il tarixli rəyinə əsasən ərizəçi Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi Ç-sağlamlıq vəziyyətinə görə⁹həqiqi⁹hərbi⁹xidmətə⁹müvəqqəti⁹yararsız⁹hesab⁹olunmuşdur. - xxxxnin (DTSERA) ##.##.2026- cı il tarixli yekun rəyi ilə (Ç) "Heç bir kateqoriya təsdiqlənmir”⁹qeydləri⁹icra⁹edilmişdir. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli yekun qərarı ilə ərizəçi A-müddətli həqiqi⁹həqiqi⁹hərbi⁹xidmətə⁹yararlı⁹hesab⁹olunmuşdur.⁹ Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
2. İddiaçı Ərizəçi cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “cavabdeh1 ##.##.2026-cı il tarixli, Azərbaycan Respublikası cavabdeh2 ##.##.2026-cı il tarixli qərarlarının ləğv edilməsi, DTSERA-nin üzərinə yekun tibbi şəhadətnaməyə dair “C” kateqoriyası üzrə qərarın qəbul edilməsi, cavabdeh2 üzərinə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.⁹
3. Eyni zamanda ərizəçi Ərizəçi məhkəməyə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə müraciət edərək, “yekun məhkəmə aktı qəbul edilənədək, maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon idarəsinə və digər inzibati orqanlara onun müddətli hərbi xidmətə göndərilməyi qadağan edilməsini⁹xahiş⁹etmişdir.⁹
4. Ərizə onunla əsaslandırılmışdır ki, “Ərizəçi ## #### 1998-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. İllərdir ki, qan xəstəliyindən əziyyət çəkir (Qan azlığı “Anemiya"). Daima halsız olur. Dərman və xüsusi qulluqla özünü idarə edir. Xəstəliyi sağalmazdır. Bundan əvvəlki müayinələr zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon İdarəsinin Həkim Komissiyası tərəfindən yararsız kimi uzun illərdir ki, şəhadətləndirilmişdir. Müvafiq olaraq ona möhlət hüququ verilmişdir. Bu dəfə isə yenidən şəhadətləndirilən zaman Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5- Sosial Ekpert Komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararlı kimi şəhadətləndirilmişdir. Agentlikdə yenidən müayinə olunmağı üçün ərizə ilə müraciət etməyinə baxmayaraq bu günə qədər heç bir cavab verilməmişdir. Agentliyin yararlı hesab olunmağı ilə bağlı qərarı ona təqdim olunmamışdır. Xidmətin Zaqatala rayon idarəsi tərəfindən 2026-cı ilin iyul ayı hərbi xidmətə yollanacağı bildirilmişdir. Bildirir ki, yuxarıda qeyd etdiyi xəstəlikdən çox əziyyət çəkir. Çox hərəkət edə bilmir dözülməz ağrılar⁹olur.⁹Demək⁹olar⁹ki,⁹çox⁹hərəkət⁹edə⁹bilmir.”.
5. Əsas tələb üzrə cavabdeh cavabdeh1 X2 ərizəyə etirazda bildirmişdir ki, “Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023- cü il 6 sentyabr tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ## #### 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1. Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası) 2. Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası) 3. Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası) 4. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”yə (bundan sonra – Əsasnamə) uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Bu məqsədlə Agentliyin nəzdində ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi (bundan sonra – Mərkəz) yaradılmışdır. Mərkəzdə çağırışçıların yekun tibbi müayinəsi ixtisaslaşmış peşəkar həkimmütəxəssislər tərəfindən aparılır. Yekun tibbi müayinəyə dair qərarlar isə Tibbi Qiymətləndirmə Komissiyaları tərəfindən qəbul edilir. Yekun tibbi müayinənin aparılması üçün SHXÇDX tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir, hansı vaxtda Mərkəzə yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri barədə məlumat verilir. Çağırışçı təyin edilmiş müayinə günündə SHXÇDX-nin müvafiq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının nümayəndəsinin müşyiəti ilə Mərkəzə yaxınlaşır və avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkim mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olubolmadığı aydınlaşdırılır. Çağırışçının laborator və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə, müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün daxili göndəriş verilir. Mərkəzdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron formada tibb müəssislərinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində növbədənkənar müayinəsi aparılır. Tibbi müayinələrin nəticəsində çağırışçıda göndərişdə (forma 44) öz əksini tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə yönləndirilir. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq edərək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edir. Qəbul həkiminin rəyi altsistemə daxil edildikdən sonra çağırışçı barəsində yekun tibbi müayinənin həyata keçirilməsi üçün Tibbi Qiymətləndirmə Komissiyalarından biri altsistem tərəfindən avtomatlaşdırılmış qaydada seçilir. Seçilmiş müvafiq komissiya çağırışçının yekun tibbi müayinəsini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən həyata keçirilir və müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir: • yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; • yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir; • yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Qəbul edilən müvafiq qərar elektron sənəd formasında formalaşdırılır və Tibbi Qiymətləndirmə Komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla SHXÇDX-nin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərarın qəbul edilməsi üçün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə⁹daxil⁹edilir. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində xxxx müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin qərarı: ##.##.2026 Soyadı: Əfəndiyev adı: Ziya atasının adı: Amanullah oğlu ŞV seriyası və nömrəsi: AA******* FİN: ******* Doğum tarixi: 1998-06-18 Qeydiyyat ünvanı: ZAQATALA RAYONU, YUXARI ÇARDAXLAR Ə/D, YUXARI ÇARDAXLAR KƏNDİ Hərbi Həkim Komissiyasının rəyi Növü Əsas XBT kodu D64.9 Xəstəlik Dəqiqləşdirilməmiş anemiya Diaqnoz Dəqiqləşdirilməmiş anemiya Maddə 11 Bənd ç Qrafa 1 Kateqoriya Ç XBT-yə rəyin verilməsi Qərar Yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqlənmir Rəy Diaqnoz :Dəmir defisitli vəziyyət. Hematoloji maddə tətbiq edilmir Hərbi Həkim Komissiyasının rəyi Növü Yanaşı xəstəlik XBT kodu E61 Xəstəlik Digər qida elementlərinin çatmamazlığı Diaqnoz Digər qida elementlərinin çatmamazlığı Maddə 13 Bənd d Qrafa 1 Kateqoriya A XBT-yə rəyin verilməsi Qərar Yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqlənmir Rəy Diaqnoz təsdiqini tapmır Hərbi Həkim Komissiyasının rəyi Növü Yanaşı xəstəlik XBT kodu J34.2 Xəstəlik Burun arakəsməsinin yerdəyişməsi Diaqnoz Burun arakəsməsinin yerdəyişməsi Maddə 45 Bənd Ç Qrafa 1 Kateqoriya A XBTyə rəyin verilməsi Qərar Yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqlənmir Rəy Kateqoriya SHXÇDX tərəfindən müəyyən edilmişdir.Azərbaycan Respublikasının Prezidenti # ######## 2023-cü il 2317№li fərmanına (Müddətli həqiqi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı)əsasən DTSERA tərəfindən çağırışçının yararsızlığı və sıradan kənar yararlığı (B,Ç,C,D kateqoriyaları) barədə SHXÇDX-nın rəyində(Forma 44) göstərilən xəstəlik üzrə müayinəsi həyata keçirilir. Tibbi Qiymətləndirmə Komissiyasının yekun tibbi müayinə qərarı Səfərbərlik Ç DTSERA 0 Qərarın növü Heç bir kateqoriya təsdiqlənmir Status Heç bir⁹kateqoriya⁹üzrə⁹əksini⁹tapmadı. Cavabdeh “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 11-ci, 13-cü və 45-ci maddələrində qeyd olunan xəstəliklərə istinad edərək, bildirmişdir ki, Beləliklə, qeyd olunan məqamlar ona dəlalət edir ki, çağırışçıya təyin edilmiş diaqnoz üzrə ona dair qəbul edilmiş qərar tam qanunidir. Bundan başqa, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur - inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o, həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada - neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada - tədbirlər görülə bilər. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcilı tədbirlərin görülməsinə ehtiyac vardır. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi i məsələsinə qiymət verilməlidir. İPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən Respublikanın apellyasiya məhkəmələrinə və inzibati-iqtisadi məhkəmələrə ünvanlanmış 2- ***/** saylı icmal məktubda isə göstərilmişdir ki, bir sıra hallarda məhkəmələr İnzibati Prosessual Məcəllənin 41-42-ci maddələrinin tələblərinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılmasını həyata keçirməyərək iddianın böyük ehtimalla uğurlu olacağına münasibət bildirmir, müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbu edilməsi üçün qanunda nəzərdə tutulan konkret əsaslarla bağlı araşdırma aparmırlar. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməli olduğundan, iddia icraatının uğurluluq şansları müvəqqəti xarakterli müdafiə icraatının hər iki tərəfin maraqları baxımından dəyərləndirilməli, bunun üçün tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılmalıdır. Qeyd olunanlardan belə nəticə hasil olur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş iddiaçı iddiasının uğurlu olduğuna ilk öncə özü əmin olmalı və pozulması ehtimal edilən hüququnun müdafiəsi üçün, ilkin təcili tənzimləmənin həyata keçirilməsi məqsədilə məhkəmədən, müvafiq tədbirin tətbiq edilməsini xahiş etməlidir. İşə baxan məhkəmə də ilkin araşdırma zamanı iddiaçı ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə, onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. İddianın uğurluluq ehtimalına münasibətdə qeyd edək ki, hazırki halda iddianın uğurlu olub-olmamasını tam müəyyən etmək mümkün deyildir. Belə ki, qanunvericiliyin sadalanan normalarından göründüyü kimi şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi ixtisaslaşmış tibbi biliyə malik şəxslərin iştirakı ilə qiymətləndirilməli olan məsələdir. Odur ki, işə mahiyyəti üzrə baxıldığı müddət ərzində buna dair tibbi biliyə malik şəxslərdən şəxsin yararlılıq kateqoriyasına dair tibbi -sağlamlıq vəziyyəti barədə məlumatlar məhkəmədə mövcud deyildirsə, buna dair ekspertiza və mütəxəssis rəyləri alınmadan, gərək olacağı təqdirdə tibbi biliyə malik şəxslərin iştirakı icraata cəlb edilmədən bu növ iddianın uğurluluğun hazırkı mərhələdə aydın olmasından söhbət gedə bilməz. Göründüyü kimi, iddianın uğurluluq ehtimalı qeyd olunan icraat çərçivəsində yoxlanılma aparılmadan, ekspertiza və s cəlb edilmədən mümkün deyildir. Hesab edirik ki, hazırkı araşdırma mərhələsində iddianın uğurluluq ehtimalı aydın olmadığı kimi, ziddiyyətli maraqlar hərtərəfli qiymətləndirilməli və hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsas görülməməlidir. Belə ki, hazırkı halda iddiaçının fərdi marağına münasibətdə ictimai və dövlət marağının mövcudluğu halının olub-olmaması müzakirə olunmalıdır ki, fərdi marağa münasibətdə dövlətin və ictimai marağın üstün olması hazırkı növ iddialarda aşkar görünür. Belə ki, iddiaçı və cavabdeh arasında yaranmış inzibati mübahisə hərbi xidmətkeçmə barəsindədir ki, inzibati orqanın müharibə şəraitinin istisna edilmədiyi ölkə üzrə vəzifə və funksiyalarının⁹əsas⁹hissəsi⁹hərbi⁹xidmət⁹və⁹vəzifələrinin⁹icrası⁹ilə⁹bağlı⁹şəxslərin⁹hərbi xidmətə cəlb edilməsindən ibarətdir. Ölkənin suverenliyi, toxunulmazlığı və ərazi bütövlüyünün qorunması ilə bağlı ən zəruri publik funksiyalarından birini həyata keçirən inzibati orqanın uğurluluğu hazırkı mərhələdə aydın olmayan iddia tələbi üzrə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmini yuxarıda qeyd olunan səbəblərdəndir ki, dövlət və ictimai maraq baxımından qiymətləndirildikdə hazırkı mərhələdə təmin edilməməlidir. Belə ki, qeyd olunan növ işlər üzrə məhkəmə təcrübəsi ictimai və dövlət marağına, eləcə də yuxarıda göstərilən məqsəd və vəzifələrin icrasına ciddi təhlükə törədə bilər ki, uğurluluq ehtimalı aydın olmadan hazırkı növ ərizələr üzrə fərdi marağın dövlət və ictimai marağı üstələməsi yolverilməzdir. Ərizənin təmini istiqamətində mövqe isə hesab edirik ki, fərdi marağın üstün tutulması kimi qiymətləndirilməlidir. Beləliklə, hesab edirik ki, nə qədər ki, şəxsin hərbi xidmətə göndərilməsinə yönələn tədbirlərin həyata keçirilməsinin cavabdehə qadağan edilməsi müvəqqəti olaraq hazırkı ərizə ilə tələb edilirsə, yararlılıq kateqoriyası barədə inzibati orqanın mövqeyinin qanunsuz olmasına münasibətdə qanunsuzluğun real olaraq ən azından indiki mərhələdə mövcudluğu və iş üzrə iddianın uğurluluq ehtimalı və ilkin təcili tənzimlənmənin zərur iliyi hazırkı mərhələdə aydın deyil, belə olan halda da ərizənin təmini də istisna təşkil edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizənin təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi⁹xahiş⁹edirik.”.
6. Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı⁹ilə⁹(hakim⁹X3)⁹ərizə⁹təmin⁹edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Məhkəmə qeyd edir ki, Hərbihəkim ekspertizası haqqında X6 Qanın və qanyaradıcı orqanların xəstəliklərinə əsasən- İfadə olunma dərəcəsinə görə yüngül dərəcəli (hemoqlobin 120 q/l-dən 90 q/l-ə qədər), orta dərəcəli (hemoqlobin 90 q/l-dən 70q/l-ə qədər) və ağır dərəcəli (hemoqlobin 70 q/ldən az) anemiyalar ayırd edilir. Hemolitik anemiyalar zamanı şəhadətləndirilmə anemiyanın ağırlıq dərəcəsindən asılı olaraq “b” yarımbəndi (orta ağır dərəcəli anemiya, kompensasiya mərhələsində) və ya “c” yarımbəndi (yüngül dərəcəli anemiya, kompensasiya mərhələsində) üzrə keçirilir. İlk dəfə aşkar edilmiş və sağalma ilə nəticələnmiş hemolitik anemiyalarda şəhadətləndirilmə “ç” yarımbəndi üzrə keçirilir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı diaqnozunun müəyyən edilməsi üçün müvafiq tibbi ekspertizanın təyin edilməsi zəruridir. Müvafiq araşdırmalar nəticəsində yekun rəyin əsaslı olub-olmaması müəyyən edilə bilər. Hazırkı vəziyyətdə ərizəçinin hərbi xidmətə cəlb edilməsini istisna edən, yəni qərarın icrasının dayandırılmasını zəruri edən sübut məhkəıməyə təqdim edilməmişdir. Həmçinin, işin hazırkı mərhələsində iddiaçının mübahisələndirdiyi qərarların ləğv edilməsinin hansı dərəcədə uğurluluq ehtimalı olduğu müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Hərbi xidmətə çağırış Konstitusiya ilə müəyyən edilən vətəndaşlıq borcudur, lakin bu zaman fərdi hüquqlar və sağlamlıq vəziyyəti dövlətin hərbi hazırlıq sahəsində maraqları ilə balanslaşdırılmalı, mütənasiblik prinsipi nəzərə alınaraq, hərbi xidmətə möhlət verilmə yalnız zəruri hallarda tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mərhələdə iddiaya baxılmasının nəticəsi və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, mübahisənin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı bəlli deyildir. Bu səbəbdən İPM-in 41.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan hal, yəni iddianın uğurluluq ehtimalı aydın görünmür. İddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslılığını ziddiyyətli maraqlar baxımdan qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Məhkəmə hər iki tərəfin maraqları baxımından qiymətləndirmə apardıqda hazırkı halda müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini zəruri hesab etmir. Qeyd olunduğu kimi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqində məqsəd iddianın təmin ediləcəyi təqdirdə çıxarılacaq qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya⁹əhəmiyyətli⁹ziyan⁹hesabına⁹mümkün⁹olan⁹nəticələrin⁹qarşısını⁹əvvəlcədən⁹almaqdır.”.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini⁹xahiş⁹etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətinin dəlillərində maddi hüquq normalarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, “ Şəki İnzibati Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli Qərardadı ilə, ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı mərhələdə iddianın böyük ehtimalla uğurlu olacağı nəticəsinə gəlmək mümkün deyildir və buna görə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsaslar mövcud olmamışdır. Həmin qərardad qanunsuz və əsassız olmaqla işin faktiki hallarına, İnzibati Prosessual Məcəllənin 41 -ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” ## ####### 2023-cü il tarixli, ** nömrəli qərarında ifadə olunmuş hüquqi mövqelərə zidd olduğundan ləğv edilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi işin hallarını tam və obyektiv araşdırmamış, İnzibati Prosessual Məcəlləsinin 43-cü maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumu olan Zaqatala Rayon Şöbəsinin çağırış komissiyası iddiaçının müddətli həqiqi hərbi xidmətə çağırışı ilə bağlı çağırış vərəqəsini vermişdir. Bu da məhkəmədə işə baxılan müddətdə ərizəçinin müddətli həqiqi hərbi xidmətə çağırılmasına səbəb olacaqdır. Əgər mövcud vəziyyətin dəyişəcəyi, yəni ərizəçi müddətli həqiqi hərbi xidmətə çağırılacağı təqdirdə, onun hüquqlarının məhkəmədə müdafiəsinin əhəmiyyəti qalmayacaqdır. Ona görə də müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Nəzərə alınmalıdır ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin məqsədi iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ərizəçinin hərbi xidmətə göndərilməsinin qarşısını almaqdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 12.3-cü maddəsinə əsasən, vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Deməli, ərizəçi müddətli həqiqi hərbi xidmətə çağırıldığından, hüquqi təhlükə mövcuddur. Ərizəçinin hərbi xidmətə göndərilməsi halında isə sonradan əsas iddia təmin edilsə belə, pozulmuş hüquqların əvvəlki vəziyyətə qaytarılması faktiki olaraq mümkün olmayacaq və ya xeyli çətinləşəcəkdir. Bu isə İnzibati Prosessual Məcəlləsinin 43.1.1 -ci maddəsində nəzərdə tutulmuş əsasın mövcud olduğunu təsdiq edir. Digər tərəfdən, ərizəçi uzun müddət ərzində həm çağırış komissiyaları, həm də hərbi- həkim komissiyaları tərəfindən dəfələrlə hərbi xidmətə yararsız və ya müvəqqəti yararsız hesab edilmiş, instrumental müayinələr vasitəsilə müvafiq patologiyalar obyektiv qaydada təsdiq edilmişdir. Həmçinin, ərizəçinin hərbi xidmətə yararlı sayılması ilə bağlı nəticəyə DTSERA kifayət qədər əsaslandırma etmədən gəlsə də, yerli hərbi-həkim komissiyasının, MHHK-dakı terapevtin və MHHK-nın sədrinin rəyi ilə müəyyən edilmiş tibbi hallar göstərir ki, ərizəçinin hərbi xidmətə yararsız sayılması üçün kifayət qədər əsaslar vardır. Bu da ən azı ərizəçinin “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə”nin “C” (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) kateqoriyasına uyğun gəlməsinə dair ilkin və əsas iddianın uğurlu olma ehtimalının yüksək olduğunu göstərir. Bu isə İnzibati "Prosessual Məcəlləsinin 43.1.2-ci⁹maddəsində⁹nəzərdə⁹tutulmuş⁹şərtin⁹də⁹mövcudluğunu⁹təsdiqləyir.”. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: 10.⁹Apellyasiya⁹şikayətinə⁹qarşı⁹etiraz⁹təqdim⁹edilməmişdir. tərəflərin izahatları:
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi Nümayəndə İsgəndər oğlu şikayətin təmin edilməməsini xahiş edərək bildirmişdir ki, onlar sadəcə verilən qərarı icra edərək vətəndaşı həqiqi hərbi xidmətə⁹cəlb⁹edirlər.⁹ Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi və cavabdeh cavabdeh1 nümayəndəsi məhkəmə prosesinə gəlməmişdir. Ərizəçinin nümayəndəsi elektron informasiya sisteminə gəlməməsi barədə məlumat yerləşdirərək məhkəmə prosesinin təxirə⁹salınmasını⁹xahiş⁹etmişdir. Məhkəmə kollegiyası ərizəçi və cavabdehin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikasının İnzibati Prosessual⁹Məcəlləsinin⁹62.3-cü⁹maddəsi). Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh xxxx public hüquqi⁹şəxsi⁹əsl⁹cavabdeh⁹“xxxx”⁹X2⁹ilə⁹əvəz⁹edilmişdir. Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə⁹ərizə⁹ilə⁹müraciət⁹edə⁹bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud⁹məhkəmə⁹icraatının⁹gedişində⁹verilə⁹bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda⁹məhkəmə⁹üçüncü⁹şəxslərin⁹də⁹üzərinə⁹belə⁹vəzifələr⁹qoya⁹bilər. Maddə 40.4. Maraqlı şəxs inzibati aktdan şikayət instansiyasına inzibati şikayət etdiyi hallarda müvəqqəti xarakterli müdafiə barədə vəsatətlə həmin orqana müraciət etməlidir. Şikayət instansiyası 15 gün müddətində maraqlı şəxsin vəsatətini təmin etmədikdə, o, bu barədə ərizə ilə bu Məcəllənin 40.1-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş⁹qaydada⁹məhkəməyə⁹müraciət⁹edə⁹bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın⁹qəbul⁹edilməsi⁹üçün⁹aşağıdakılar⁹əsas⁹sayılır: Maddə 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli⁹dərəcədə⁹çətinləşəcəyi⁹səbəbindən⁹ilkin⁹təcili⁹tənzimləmənin⁹zəruri⁹olması; Maddə 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud⁹olması⁹ehtimalının⁹müəyyən⁹edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş⁹əsasları⁹yazılı⁹formada,⁹aydın⁹və⁹əsaslandırılmış⁹şəkildə⁹təqdim⁹etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə⁹vasitələrini)⁹və⁹faktları⁹(faktiki⁹halları)⁹da⁹nəzərə⁹alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə⁹vasitəsilə⁹verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası⁹məhkəməsinə⁹verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə⁹şikayət⁹üçün⁹əsas⁹olan⁹faktlar⁹və⁹sübutlar⁹göstərilməlidir. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi⁹şikayəti⁹qəbul⁹etməkdən⁹imtina⁹edir.⁹ Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə⁹icraatı⁹iştirakçılarının⁹dinlənilmə⁹hüququ⁹təmin⁹edilməlidir.⁹ Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi⁹həddində⁹dəyişdirilə⁹bilər.
13. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30dək çağırılırlar. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müvafiq icra⁹hakimiyyəti⁹orqanının⁹müəyyən⁹etdiyi⁹orqan⁹(qurum)⁹tərəfindən⁹müəyyən⁹olunur. Maddə 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. Maddə 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri⁹yerinə⁹yetirirlər:⁹ 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində⁹nəzərdə⁹tutulmuş⁹qərarlardan⁹birini⁹qəbul⁹etmək;⁹ 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək;⁹ 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və⁹başqa⁹göstəricilərə⁹görə⁹səmərəli⁹bölüşdürmək;⁹ 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi⁹hərbi⁹xidmətin⁹keçirilməsi⁹yerinə⁹göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa⁹möhlət⁹vermək⁹və⁹ya⁹çağırışdan⁹azad⁹etmək.
14. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə: 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin⁹vəzifələri⁹aşağıdakılardır: 3.0.9. hərbi vəzifəlilərin səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədilə qanunvericiliklə⁹müəyyən⁹olunmuş⁹qaydada⁹çağırış⁹komissiyaları⁹yaratmaq;
15. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli, 2317№ -li Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun⁹olaraq⁹qərara⁹alıram:
1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra - yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilsin:⁹ 1.1.⁹sıradankənar⁹həqiqi⁹hərbi⁹xidmətə⁹yararlılıq⁹haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə⁹çağırışa⁹möhlət⁹verilməsi⁹haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq⁹haqqında;⁹ 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 2.⁹Müəyyən⁹edilsin⁹ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində xxxx (bundan sonra - Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə⁹çağırılan⁹vətəndaşların⁹əyani⁹tibbi⁹müayinəsi⁹əsasında⁹aparılır;⁹ 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra - altsistem) üzərindən⁹həyata⁹keçirilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında⁹aşağıdakı⁹kateqoriyalar⁹üzrə⁹rəy⁹verirlər: A⁹-⁹hərbi⁹xidmətə⁹yararlıdır; B⁹-⁹sıradankənar⁹hərbi⁹xidmətə⁹yararlıdır; C⁹-⁹dinc⁹dövrdə⁹hərbi⁹xidmətə⁹yararsız,⁹müharibə⁹dövründə⁹məhdud⁹yararlıdır; Ç⁹-⁹hərbi⁹xidmətə⁹müvəqqəti⁹yararsızdır; D⁹-⁹həm⁹dinc⁹dövrdə,⁹həm⁹də⁹müharibə⁹dövründə⁹hərbi⁹xidmətə⁹yararsızdır. 2.18. barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15- ci bəndində qeyd olunan "B”, "C”, "Ç” və "D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən⁹bu⁹Əsasnamənin⁹II-1-ci⁹hissəsinə⁹uyğun⁹olaraq⁹həyata⁹keçirilir. 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2-15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə⁹nəticələri⁹əsasında⁹qəbul⁹edilir. II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı⁹yekun⁹tibbi⁹müayinənin⁹aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra - yekun tibbi müayinə) aparılması məqsədilə VEİS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə⁹(bundan⁹sonra⁹-⁹MEİS)⁹inteqrasiya⁹edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEİS-nin "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra - altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında⁹həyata⁹keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında "B”, "C”, "Ç” və "D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VeİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq⁹yekun⁹tibbi⁹müayinənin⁹aparılması⁹üçün⁹altsistemə⁹ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEİS-nin "Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə⁹həkim⁹qəbuluna⁹elektron⁹növbə⁹təyin⁹edilir. 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb⁹olunduğu⁹hallarda⁹bu⁹müddət⁹Agentlik⁹tərəfindən⁹10⁹(on)⁹günədək⁹uzadıla⁹bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq⁹müayinə⁹nəticələrini⁹qeyd⁹etməklə,⁹aşağıdakı⁹qərarlardan⁹birini⁹qəbul⁹edir: - həmin⁹göndərişdə⁹göstərilən⁹yararsızlıq⁹səbəbi⁹eyni⁹kateqoriya⁹üzrə⁹təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu⁹halda⁹müvafiq⁹əsaslandırıcı⁹tibbi⁹izah⁹da⁹qərara⁹əlavə⁹olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEİS- də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi⁹üzrə⁹qərarın⁹qəbul⁹edilməsi⁹üçün⁹altsistemə⁹daxil⁹edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun⁹elektron⁹kabineti⁹vasitəsilə⁹məlumatlandırır.⁹ 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra - Şura)⁹və⁹ya⁹məhkəmə⁹qaydasında⁹şikayət⁹verilə⁹bilər. 17.“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur - inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının⁹qorunmasına)⁹yönəlmiş⁹digər⁹təminat⁹tədbirləri⁹(İPM-in 43-cü⁹maddəsi). 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri⁹baxımından⁹yolverilən⁹olduğuna⁹əmin⁹olmalıdır. 7.1 İPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu⁹hallarda⁹məhkəmə⁹üçüncü⁹şəxslərin⁹də⁹üzərinə⁹belə⁹vəzifələr⁹qoya⁹bilər. 7.3.Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları⁹İPM-in 80.2-ci⁹maddəsinin⁹tələbinə⁹əsasən⁹mütləq⁹əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2ci⁹maddəsinin⁹tələbinə⁹uyğun⁹olaraq⁹əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb⁹edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan⁹müəyyən⁹obyektiv⁹hallara⁹əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı⁹aparılan⁹araşdırma⁹olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin⁹qiymətləndirilməsinə⁹əsaslanan⁹yoxlama⁹aparılmalıdır. 11.23. İşin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi⁹hallar⁹və⁹iş⁹materiallarındakı⁹digər⁹sənədlər⁹əsasında⁹gəlinən⁹nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla⁹əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-⁹görünməməsi⁹məsələsini⁹həll⁹etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız "ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən⁹bəhs⁹edilir. 12.1. İPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi⁹üçün⁹aşağıdakı⁹şərtlərin⁹məcmu⁹halda⁹birgə⁹mövcudluğu⁹müəyyən⁹olunmalıdır:⁹ 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi⁹səbəbindən⁹ilkin⁹təcili⁹tənzimləmənin⁹zəruri⁹olması;⁹ 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması⁹ehtimalının⁹müəyyən⁹edilməsi.⁹ 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə,⁹əsaslandırılmamış⁹ərizəsi⁹əsasında⁹belə⁹tədbirlər⁹tətbiq⁹edilə⁹bilməz.⁹ 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini⁹konkret⁹işin⁹faktiki⁹halları⁹ilə⁹əlaqələndirməklə⁹əsaslandırmalıdır.⁹ 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac⁹vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.⁹ 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının⁹yoxlanılması⁹aiddir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün⁹hesab⁹edilmişdir.
19. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
21. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən⁹ibarətdir.
22. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti⁹qorumağa⁹çalışmaqda⁹haqlıdır.
23. İş materiallarından görünür ki, “Yerli çağırış komissiyasının qərarı” ilə iddiaçının sağlamlıq vəziyyəti “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nın 11-ci maddəsinin⁹(Qan⁹və⁹qanyaradıcı⁹orqanların⁹xəstəlikləri,⁹immunçatışmazlığı⁹halları:) “c)” bəndinə (qanyaradıcı sistemin funksiyalarının mülayim dərəcədə pozulması və nadir kəskinləşmələrlə tədricən proqressivləşən) və 45-ci maddəsinin (Burun boşluğunun, burunətrafı ciblərin, udlağın xəstəlikləri:) “ç)” (burun tənəffüsünün davamlı çətinləşməsi və (və ya) burun-ətrafı ciblərin barofunksiyasının davamlı pozulması ilə burun boşluğunun, burun-udlağın xəstəlikləri) bəndinə uyğun qiymətləndirilərək “C” kateqoriyası üzrə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. MHHK sədrinin rəyi ilə iddiaçı qeyd olunan maddələrdən əlavə Əsasnamənin 13-cü maddəsinin (Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları:) d) bəndinə uyğun (zəif qidalanma, II dərəcəli alimentar piylənmə) qiymətləndirilərək yekun olaraq “Ç” kateqoriyası üzrə sağlamlıq vəziyyətinə görə⁹həqiqi⁹hərbi⁹xidmətə⁹müvəqqəti⁹yararsız⁹hesab⁹olunmuşdur. DTSERA-nın yekun rəyi ilə qeyd olunan yaralıq dərəcəsi heç bir kateqoriya üzrə⁹əksini⁹tapmamışdır.
24. Hazırda ərizəçinin hüquqi marağı əsas iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək SHXÇÜDX-nin Zaqatala rayon şöbəsi tərəfindən⁹hərbi⁹xidmətə⁹çağırılmamasına⁹nail⁹olmaqdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.
26. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı⁹şəxsə⁹təsiri⁹və⁹s.⁹qiymətləndirilir.
27. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəlikləri ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliklərinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat⁹tətbirinin⁹tətbiqi⁹üzrə⁹təcililik⁹şərti⁹mövcuddur.
28. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nın 11-ci maddəsinin “c)” bəndinin (qanyaradıcı sistemin funksiyalarının mülayim dərəcədə pozulması və nadir kəskinləşmələrlə tədricən proqressivləşən) II qrafasında hərbi xidmətə yararlılıq kateqoriyası “C” — dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı⁹olması⁹müəyyən⁹edilmişdir.
29. İş materiallarında olan “Forma 44” sənədində iddiaçıya Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “dəqiqləşdirilməmiş anemiya”, “Digər qida elementlərinin çatmamazlığı”⁹və⁹“Burun⁹arakəsməsinin⁹yerdəyişməsi”⁹diaqnozları⁹təsdiq⁹edilmişdir.
30. Məhkəmə kollegiyası tərəfindən ərizəçi barəsində tibbi göndərişdə əks olunmuş məlumatlar "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin "Xəstəliklər cədvəli”nin⁹müvafiq⁹maddələri⁹ilə⁹müqayisəli⁹yoxlanılmışdır.
31. "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin "Xəstəliklər cədvəli”nin 11-ci maddəsinin “ç) qanın qeyri-sistem xəstəliklərindən sonrakı müvəqqəti funksional pozulmalar”ı⁹tənzimləyir.
32. Həmin maddənin açıqlamasında qeyd olunmuşdur ki, “6. infeksion fəsadlaşmaların tez-tez residivləri ilə müşayiət olunan qazanılmış və ya anadangəlmə davamlı immunçatışmazlığı hallarında (insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəlikdən başqa) şəhadətləndirilmə “a” bəndi üzrə keçirilir. İfadə olunma dərəcəsinə görə yüngül dərəcəli (hemoqlobin 120 q/l-dən 90 q/l-ə qədər), orta dərəcəli (hemoqlobin 90 q/l-dən 70q/l-ə qədər) və ağır dərəcəli (hemoqlobin 70 q/l-dən az) anemiyalar ayırd edilir. Hemolitik anemiyalar zamanı şəhadətləndirilmə anemiyanın ağırlıq dərəcəsindən asılı olaraq “b” yarımbəndi (orta ağır dərəcəli anemiya, kompensasiya mərhələsində) və ya “c” yarımbəndi (yüngül dərəcəli anemiya, kompensasiya mərhələsində) üzrə keçirilir. İlk dəfə aşkar edilmiş və sağalma ilə nəticələnmiş hemolitik anemiyalarda şəhadətləndirilmə⁹“ç”⁹yarımbəndi⁹üzrə⁹keçirilir.”. Göründüyü kimi çağırışçının qeyd olunan maddə ilə yararlılığının müəyyən edilməsi⁹üçün⁹“hemolitik⁹anemiyanın”⁹müvafiq⁹dərəcəsi⁹olmalıdır.
33. İş materiallarında olan Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-in ##.##.2026-cı il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda iddiaçının hematoloq müayinəsinin nəticəsi “D64.9 Naməlum mənşəli anemiya. Hb 128 q/l,⁹leyk⁹8.23,⁹tromb⁹285”⁹qeyd⁹olunmuşdur. Hb (Hemoqlobin) — 128 q/l: tam norma, göstəricidir. Leykositlər (Leyk) — 8.23 × 10⁹/l: Referens intervalındadır (norma adətən 4.0 – 10.0 arasıdır). Trombositlər (Tromb) —⁹285⁹×⁹10⁹/l:⁹orta⁹göstəricidir⁹(norma⁹150⁹–⁹400⁹arasıdır).⁹
34. "Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin (Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları) d) zəif qidalanma, II dərəcəli alimentar piylənmə kimi qiymətləndirilir və “Hərbi xidmətə yararlılıq kateqoriyası”nın İ qrafası⁹üzrə⁹“A-3”⁹kateqoriyasına⁹aiddir.
35. "Xəstəliklər cədvəli”nin 45-ci maddəsinin (Burun boşluğunun, burunətrafı ciblərin, udlağın xəstəlikləri:) “ç) burun tənəffüsünün davamlı çətinləşməsi və (və ya) burun-ətrafı ciblərin barofunksiyasının davamlı pozulması ilə burun boşluğunun, burunudlağın xəstəlikləri kimi qiymətləndirilir və “Hərbi xidmətə yararlılıq kateqoriyası”nın İ qrafası⁹üzrə⁹“A-3”⁹kateqoriyasına⁹aiddir.
36. Beləliklə, təqdim edilmiş tibbi sənədlərin ilkin qiymətləndirilməsi və ərizəçinin sağlamlıq vəziyyətinə dair bir sıra məlumatlar (stasionar və ambulator müalicə almaması) onu göstərir ki, ərizəçidə “dəqiqləşdirilməmiş anemiya” diaqnozu "Xəstəliklər cədvəli”nin 11-ci,13-cü və 45-ci maddələrinin tələbləri baxımından hərbi xidmətə tam və ya⁹müvəqqəti⁹yararsızlıq⁹əsası⁹yaratmır.
37. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, yuxarıda qeyd edilmiş əsaslanma məhkəmənin tibbi qiymətləndirmə aparması kimi başa düşülə bilməz. Kollegiya yalnız tibbi sənədlərdə artıq əks olunmuş göstəriciləri "Xəstəliklər cədvəli”nin müvafiq maddələri ilə müqayisəli təhlil edərək uyğunluğun (hazırkı mərhələdə hərbi xidmətə yararsızlıq əsasının) olub-olmamasını yoxlayır və bununla da, ilkin təcili ilkin təcili tənzimləmənin zəruri olub olmamasına hüquqi qiymət verir. Təhlil edilən tibbi sənədlər əsasında ərizəçinin "Xəstəliklər cədvəli”nin sadalanan maddələri üzrə hərbi xidmətə müvəqqəti⁹çağırılmamasına⁹əsas⁹vermir.⁹
41. Məhkəmə kollegiyası qeyd edir ki, "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 11.24-11.27-ci bəndlərinin tələbləri baxımından ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız ilkin - iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə - sübutların təqdim olunmasıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini yalnız "ilk baxışda” (prima facie) hüquqa uyğunluq meyarı⁹əsasında⁹müəyyən⁹etməlidir.
42. Hazırkı iş üzrə ərizəçinin təqdim etməli olduğu ilkin sübutlar - onun hərbi xidmətə daimi və ya müvəqqəti yararsızlığını əsaslandıra biləcək tibbi sənədlərdən ibarət olmalıdır. Məhz belə sübutlar əsas iddianın böyük ehtimalla uğurlu və ya uğursuz olacağına dair ilkin proqnozun formalaşdırılması üçün əsas təşkil edəcəkdir. Faktiki olaraq ərizəçi tərəfindən onun sağlamlıq vəziyyətinin hərbi xidmətə yararsızlığına və ya məhdud yararlılığına səbəb ola biləcək halları təsdiq edən ilkin sübutlar məhkəməyə təqdim edilməmiş, mövcud sübutlar isə Xəstəliklər Cədvəlinin 11, 13 və 45-ci maddələrinin⁹tətbiqinə⁹hüquqi⁹əsas⁹yaratmamışdır.
43. İnzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olub-olmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşibçətinləşməyəcəyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə⁹bağlıdır.
44. İşdə mövcud olan tibbi sənədlər əsas iddianın uğurlu olub-olmayacağı ilə bağlı ilkin proqnozun verilməsi üçün kifayət edən həcmdədir. Lakin, bu sənədlərdə qeyd edilmiş diaqnozlar "Xəstəliklər cədvəli”nin yuxarıda istinad olunan bəndləri baxımından ərizəçinin hərbi xidmətə daimi və ay müvəqqəti yarasız hesab edilməsinə əsas yaratmır. Bu isə o deməkdir ki, hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaət formalaşmır. Əksinə, bu qənaət daha çox əsas iddianın böyük ehtimalla uğursuz⁹olacağı⁹istiqamətindədir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, ərizəçinin uzun müddət ərzində hərbi xidmətə çağırılmaması və əvvəlki dövrlərdə ona eyni və ya oxşar əsaslarla möhlət verilməsi onun gələcəkdə də, hərbi⁹xidmətə⁹çağırılmayacağına⁹dair⁹qanunla⁹qorunan⁹legitim⁹gözlənti⁹yaratmır.
46. Hərbi xidmətə yararlılıq şəxsin əvvəlki illərdəki deyil, şəhadətləndirilmə anında mövcud olan sağlamlıq vəziyyətinə və "Xəstəliklər cədvəli”nin müvafiq meyarlarına əsasən müəyyən edilir. Odur ki, ərizəçinin əvvəllər hərbi xidmətə yararsız hesab edilməsi və ya ona möhlət verilməsi cavabdeh orqanın onun hazırkı tibbi vəziyyətini yenidən qiymətləndirməsinə mane olmur və hazırkı qiymətləndirmənin qanunsuzluğu⁹barədə⁹müstəqil⁹əsas⁹kimi⁹çıxış⁹edə⁹bilməz.
47. Eyni zamanda ərizəçinin fəaliyyət sahəsi üzrə öhdəliklərinin olması, hərbi xidmətə çağırılacağı halda şəxsi həyatında və səhhətində çətinliklər yarana biləcəyi barədə ümumi xarakterli dəlilləri də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün yetərli əsas hesab edilə bilməz. Ərizəçinin yanaşı xəstəliklərinə gəldikdə isə, həmin hallar təqdim edilmiş tibbi sənədlər üzrə "Xəstəliklər cədvəli”nin müvafiq maddələri ilə müqayisəli şəkildə qiymətləndirilmiş və onların hazırkı mərhələdə hərbi xidmətə yararsızlıq (daimi və ya müvəqqəti) nəticəsi doğuran bəndlərin tətbiqinə əsas yaratmamışdır.
48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən⁹qüvvədə⁹saxlanılmalıdır. 49.⁹Yuxarıda⁹göstərilənlərə⁹əsasən,⁹məhkəmə⁹kollegiyası
QƏRARA ALDI: Ərizəçi⁹tərəfindən⁹verilmiş⁹apellyasiya⁹şikayəti⁹təmin⁹edilmir. Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı⁹dəyişdirilmədən⁹qüvvədə⁹saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin⁹İnzibati⁹Kollegiyasına⁹kassasiya⁹şikayəti⁹verilə⁹bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10⁹gün⁹keçdikdən⁹sonra⁹qanuni⁹qüvvəyə⁹minir.