Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-66/2026 09.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, ərizəçi Ərizəçi Arçaviroviçin və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Ərizəçi Arçaviroviçin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə qarşı "əsas iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək onun hərbi xidmətə yararlı sayılması barədə qərarın icrasının dayandırılması və cavabdehin üzərinə onun hərbi xidmətə çağırılmamsı vəzifəsinin qoyulması” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Iş materiallarında olan müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki: - Yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli qərarına əsasən ərizəçi C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssisinin (cərrah) ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi Çsağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. - DTSERA-nın ##.##.2026-cı il tarixli yekun rəyi ilə “heç bir kateqoriya üzrə əksini tapmadı, heç bir kateqoriya təsdiqlənmir” qeydləri icra edilmişdir. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi A-müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir.
2. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinə dair ##.##.2026-cı il tarixli qərarından görünür ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmişdir (heç bir kateqoriya təsdiqlənmir).
3. SHXÇÜDX-nin Qəbələ rayon şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə ərizəçi müddətli həqiqi hərbi xidmətə yararlı sayılmışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. Iddiaçı Ərizəçi Arçaviroviç cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək “cavabdehlərin onun barəsində verdiyi qərarların ləğv edilməsi onun dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövrdə məhdud yararlı olması barədə qərarın qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddiaçı ## #### 2026-cı il tarixdə ərizə göndərərək Maraqlı şəxs ##.##.2026-cı il tarixli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon şöbəsinin ##.##.2026-cı il tarixli qərarlarının ləğv edilməsini, DTSERA-nin üzərinə yekun tibbi şəhadətnaməyə dair “C” kateqoriyası üzrə qərarın qəbul edilməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin üzərinə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-**)-****/**** nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul olunmuşdur.
7. Eyni zamanda ərizəçi Ərizəçi Arçaviroviç məhkəməyə “müvəqqəti xarakterli müdafiə tədbirləri barədə” ərizə ilə müraciət edərək “iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon şöbəsinin onun barəsində hərbi xidmətə çağırış haqqında inzibati aktın icrasının dayandırılması və mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmaması vəzifəsinin qoyulması” barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Ərizədə qeyd edilir ki, o, ## ###### 2001-cı il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuşdur. Onun 14-15 yaşı olarkən səhhətində müəyyən problemlər (bel nahiyyəsində və aşağı ətraflarında güclü ağrılar) yaranmağa başlamışdır. Həmin ağrılar onda ciddi hərəkət məhdudiyyəti yaratmışdır. Belə ki, uzun müddət hərəkət etdikdə, uzandıqda, fiziki iş gördükdə kəskin ağrıları olmağa başlamışdır. Ilk vaxtlar o və valideynləri bunun adi bir hal olduğunu, bir müddət keçdikdən sonra ağrılarının kəsiləcəyini düşünmüşlər. Ancaq ağrılar uzun müddət davam etdiyindən o, həkimə müraciət etmişdir. Aparılmış müayinə və müalicələrin nəticəsində onda olan ağrıların ilkin səbəbi kimi ikitərəfli varikosele olduğu göstərilmişdir. Həmin vaxt ona xəstəliyinə uyğun müalicə kursu təyin edilmişdir. Ancaq aparılan müalicələr heç bir effekt verməmişdir. Həmçinin daha sonra onda əlavə xəstəlik kimi skalioz formalaşmış onunla bağlı da, əlavə müayinə və müalicələr qəbul etmişdir. Həmin tarixdən sonra o, həyatını bu formada davam etdirmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirir ki, o, 18 yaşı bitdikdən sonra 2019-cu ilin sonunda cavabdeh orqan tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Aparılan ilkin yoxlamalar zamanı onun səhhətində olan problemlər səbəbli, onun barəsində ## ###### 2020-cı ildə xəstəliklər cədvəlinə uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağı barədə qərar qəbul edilmişdir. 2023-cü ildə yenidən cavabdeh tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Aparılan yoxlamalar zamanı onun səhhətində olan problemlər səbəbli təkrarən cavabdeh tərəfindən xəstəliklər cədvəlinə uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə qərar qəbul edilmişdir. Daha sonra sonuncu dəfə o, 2026-ci ilin mart ayında cavabdeh tərəfindən komissiyaya dəvət edilmişdir. Keçirilən yoxlamaların nəticəsində yerli çağırış komissiyasının qərarına əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Daha sonra Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. Bütün yoxlamaların nəticəsində onun səhhətində olan xəstəliklər təsdiqini tapmasına baxmayaraq hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun xəstəliyinin guya fərqli kateqoriya üzrə təsdiq edilməsi, daha yüngül qiymətləndirilməsi barədə yekun qərar qəbul edilmişdir. Bunun əsasında da, Mərkəzi Hərbi Həkim Komissiyasının Sədrinin yekun rəyinə əsasən müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Həmin qərar barədə ona məlumat verilməmiş, həmçinin bu günə kimi barəsində qəbul edilmiş əsaslandırılmış qərar ona təqdim edilməmişdir. cavabdeh tərəfindən dəvət edilərək hərbi xidmətə yararlı hesab edildiyi və iyul ayında həqiqi hərbi xidmətə çağırılacağı bildirilmişdir. Həmin vaxt o, cavabdeh tərəfindən barəsində qəbul edilmiş qərarların ona verilməsini xahiş etsə də, onun xahişi təmin edilməmiş və heç bir sənəd təqdim edilməmişdir. Artıq həmin məlumatı aldıqdan sonra ona bəlli olmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən, həmçinin yekunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən onun hərbi xidmətə yararlı olmağı barədə qərar qəbul edilmişdir. O, xəstəlikləri barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinə olunan zaman həkimlərin diqqətinə çatdırsa da, heç bir nəticəsi olmamış, həmin xəstəlikləri istiqamətində heç bir yoxlama aparılmamışdır. Göstərilən səbəblərdən hazırki müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Cavabdeh orqan “müvəqqəti xarakterli müdafiə tədbirləri barədə” ərizəyə münasibətində qeyd etmişdir ki, ərizəçi barəsində I86.1 XBT kodu,“Xayalıq venalarının varikoz genəlməsi” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin “D” bəndinin 1-ci qrafasının 42-ci maddəsi üzrə “Ç” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra əriəçi yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün ##.##.2026-cı il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Onun müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında heç bir kateqoriya təsdiqlənmir barədə qərar qəbul edilmişdir.
10. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə (hakim X4) ərizə təmin edilmiş, *-*(*-**)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və onun üzərinə mübahisə yekunlaşanadək Ərizəçi Arçaviroviçin hərbi xidmətə çağırılmaması vəzifəsinin qoyulması qərara və qərardadın dərhal icra edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, Ərizəçi Arçaviroviç SHÇXDX-nin Qəbələ rayon şöbəsinin ##.##.2026-cı il tarixli göndərişi ilə Qəbələ RMXda müayinə olunmuşdur. Şikayətləri: hər iki xaya nahiyəsində olan ağrı, ümumi zəiflik. Anamnezi: bir neçə ildir xəstə hesab edir. Daha öncə müalicə aldığını söyləyir. Obyektiv: müayinənin məlumatları: ümumi vəziyyəti kafidir. Xüsusi müayinələrin nəticələri: aparılan skrotel USM-də sol tərəfdə II dərəcə, sağ tərəfdə II dərəcə varikosele görüldü. Diaqnoz: Bilateral varikosele. Iş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin ##.##.2026- cı il tarixli qərarından görünür ki, I86.1. XBT koduna əsasən (diaqnoz: Xayalıq venalarının varikoz genəlməsi) müayinə olunmuş, qərar: Yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqlənmir, rəy: DZ: DZ: Funksiya pozulması olmayan sol tərəfəfli II dərəcəli varikosele. Maddə tətbiqinə əsas yoxdur. M41 XBT koduna əsasən (diaqnoz: Skolioz) müayinə olunmuş, Qərar Yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqlənmir Rəy DZ: Funksiya pozulması olmayan onurğanın birinci mərhələ skoliozu. Maddə tətbiqinə əsas yoxdur. Iş materiallarında olan X1 Mərkəzinin ##.##.2026-cı il tarixli skrotal Doppler USM müayinəsindən görünür ki, iddiaçı barəsində Sağ tərəfli varikoselle grade II, Sol tərəfli varikoselle grade III nəticəsinə gəlinmişdir. Iddiaçı həqiqi hərbi xidmətə çağırılmasına əsas olan hərbi xidmətə yararlı olmasına dair qərarı mübahisələndirir. Hazırda həmin iş üzrə iddia ərizəsi məhkəmənin icraatındadır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının həqiqi hərbi xidmətə cəlb edilməsinin qanunauyğunluğunun yoxlanılması əsas iddia çərçivəsində aydınlaşdırılmalıdır. Həmçinin, məhkəmə icraatının gedişində iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi ilə bağlı müvafiq məhkəmə-tibbi ekspertizasının keçirilməsi zərurəti istisna edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin sağlamlığını qorumaq hüquq var, eyni zamanda hərbi xidmətə çağırış Konstitusiya ilə müəyyən edilən vətəndaşlıq borcudur. Fərdi hüquqlar və sağlamlıq vəziyyəti dövlətin hərbi hazırlıq sahəsində maraqları ilə balanslaşdırılmalı, mütənasiblik prinsipi nəzərə alınmalıdır. Iddiaçının hərbi xidmət yerinə getdikdən sonra xidməti vəzifələrinin icrası zamanı fərdi sağlamlıq vəziyyətinin nəzərə alınaraq onun sağlamlıq vəziyyətinin qorunmasına (hərbi xidmət zamanı qarşılaşacağı potensial sağlamlıq risklərinin nəzərə alınmasına) dair ona hər hansı bir güzəştlərin tətbiq ediləcəyi mümkün görünmür. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün əsasdır. Eyni zamanda məhkəmə qeyd edir ki, sağlam əsgər güclü ordu deməkdir. Ordu sağlam insanlarla komplektləşdirilməlidir. Peşəkar hazırlığın möhkəmləndirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması və döyüş ruhunun yüksəldilməsi sağlam insanlarla komplektləşdirilmiş Silahlı qüvvələrdə mümkündür. Xəstə insanların orduya cəlb edilməsi isə bir sıra çətinliklər yaradır. Ordunun normal iş ahəngini pozur. Iş materiallarından görünür ki, ərizəçi, bir sıra xəstəliklərdən əziyyət çəkir. Hazırkı işin halları üzrə ziddiyyətli məqamlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, məhkəmə icraatının gedişində onun sülh dövründə hərbi xidmətə yararlı sayılması ilə bağlı sübutlar mövcud olduğu və iddianın bu əsasla rədd olunduğu halda, tətbiq olunacaq müvəqqəti xarakterli tədbirin, yəni hərbi xidmətə aparılmasına qoyulmuş qadağanın məhkəmə icraatında götürülməsi mümkündür (iddianın rədd edilməsi barədə qərar qanuni qüvvəyə mindikdə müvəqqəti xarakterli müdafiə barədə qərardad qüvvəsini itirir, eləcə də müvafiq əsaslar yarandıqda məhkəmə icraatında tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv edilə bilər) və 30 yaşı tamam olanadək ərizəçi hərbi xidmətə çağırıla bilər. Lakin hazırkı durumda sağlamlıq vəziyyətində aşkarlanmış qüsurlar və çatışmazlıqlar gələcəkdə də təsdiqini taparsa hərbi xidmətə aparıldığı təqdirdə belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər. Məhkəmə qeyd edir ki, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə çağırılması və aparılması, həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığının qorunması və onların sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı ictimai marağın, həmin şəxslərin hərbi xidmətə cəlb olunması ilə bağlı ictimai maraqdan daha üstün olduğu qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, insan həyatı və sağlamlığı konstitusiyanın qoruma sferası ilə əhatə olunan daha üstün dəyərdir.
12. Cavabdeh SHXÇÜDX-nin Qəbələ rayon şöbəsi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh orqan apellyasiya şikayətini maddi hüquq normalarını sadalamaqla əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim eləməmişdir.
tərəflərin izahatları:
15. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, yerli çağırış komissiyası tərəfindən ərizəçiyə “Xəstəliklər Cədvəli”nin 59Ç və 42C maddələri müəyyən edilmişdir. DTSERA-nın qərarı ilə ərizəçi Amüddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmiş və qeyd edilən qərar əsasında ərizəçi hərbi xidmətə göndərilmişdir. Ərizəçinin skoliozu İ dərəcə müəyyən edilmişdir ki, bu da onun sağlamlığına ciddi dərəcədə maneə yaratmır. Ərizəçidə müəyyən edilmiş “xayalıq venalarının varikoz genəlməsi” xəstəliyi III-IV mərhələdə olmuşdur. Yerli çağırış komissiyası tərəfindən qeyd edilən “varikosele” xəstələyinin ərizəçinin hərbi xidmət keçməsinə mane olacağı bildirilsə də, DTSERA-da qeyd edilən xəstəliyin funksiyaların pozulmasına heç bir əsas yaratmadığı bildirilərək, hərbi xidmətə tam yararlı hesab edilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ərizəçi apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Ərizəçi eyni zamanda qeyd etmişdir ki, ona hər hansı cərrahi müdaxilə olmamış, lakin qeyd edilən “varikosele” xəstələyindən 2016-cı ildən bəri əziyyət çəkir.
tətbiq edilən hüquq:
16. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanun: 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 15.2. bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: (15.2.1) müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; (15.2.2) sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; (15.2.3) sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; (15.2.4) dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; (15.2.5) həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 15.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. ... 2.18. barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEIS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEIS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEIS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEIS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEIS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. ... 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEIS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 2-1.20. Şura 7 (yeddi) üzvdən – sədr nümayəndələrindən biri olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 (iki), Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1 (bir), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 (bir), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 (bir), Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1 (bir) və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin 1 (bir) məsul şəxsindən ibarətdir. ... Şuraya verilmiş şikayətlərə 5 (beş) gün müddətində baxılır və qəbul edilən qərarlar 5 (beş) gün ərzində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün Agentliyin Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla altsistemə daxil edilir.
18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
19. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... 7.3. Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları IPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. ... 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə ərizənin təmin edilib-edilməməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və ərizə təmin edilməməlidir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.
25. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.
26. Iş materiallarından görünür ki, ərizəçi DTSERA-nın ##.##.2026-cı il, SHXÇÜDX-nin Qəbələ rayon şöbəsi tərəfindən isə ##.##.2026-cı il tarixdə müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir.
27. Ərizəçi, əsas iddia tələbində DTSERA-nın və SHXÇÜDX-nin Qəbələ rayon şöbəsi onun hərbi xidmətə yararlılığı ilə bağlı qəbul etdiyi qərarları mübahisələndirmiş, həmin qərarların ləğv edilməsini və cavabdehlərin üzərinə onun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.
28. Hazırda ərizəçinin hüquqi marağı əsas iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək SHXÇÜDX-nin Qəbələ rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmamasına nail olmaqdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.
30. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.
31. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəlikləri ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliklərinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur.
32. Iş materiallarında olan tibbi sənədlərdən görünür ki, ərizəçi ilə bağlı müxtəlif tarixlərdə aparılmış skrotal USM və Doppler müayinələrində əsasən sol tərəfli, bir müayinədə isə ikitərəfli varikosele qeyd edilmişdir. Belə ki, ##.##.2026-cı il tarixli müayinədə sol toxum ciyəsi venalarının sakit halda 4.8 mm, Valsalva sınağından sonra 5 mm olduğu, sınaqlar zamanı davamlı reflüks izlənildiyi və nəticə olaraq sol tərəfli III dərəcəli varikosele göstərilmişdir. Həmin sənəddə sağ tərəfdə reflüks qeydə alınmamış, hər iki xayanın strukturu, exogenliyi və vaskulyarizasiyası normal göstərilmişdir.
33. ##.##.2026-cı il tarixli müayinədə sol plexus pampiniformis venalarının 4.2–4.7 mm genişləndiyi, uzunmüddətli retroqrad venoz axın izlənildiyi və nəticə olaraq sol tərəfli Grade III varikosele qeyd edilmişdir. Həmin sənəddə sol xaya həcminin 10.0 sm³ olduğu göstərilsə də, xaya atrofiyası ayrıca diaqnoz kimi müəyyən edilməmiş, xayanın strukturu və vaskulyarizasiyası normal təsvir edilmişdir.
34. ##.##.2026-cı il tarixli müayinədə sol plexus pampiniformis venasının 5.6 mm olması, Valsalva sınağının müsbət olması və nəticə olaraq sol tərəfli III–IV dərəcəli varikosele qeyd edilmişdir. Həmin sənəddə sağ plexus pampiniformis üzrə ölçü normal, Valsalva sınağı mənfi göstərilmiş, hər iki xayanın damar şəkli adi kimi qeyd edilmişdir.
35. ##.##.2026-cı il tarixli müayinədə isə plexus pampiniformis venalarının sağda 3.3–3.5 mm, solda 4.2–5.3 mm olması, Valsalva zamanı retroqrad axın izlənilməsi və nəticə olaraq ikitərəfli varikosele — sağda II–III, solda III–IV dərəcə qeyd edilmişdir. Həmin müayinədə də hər iki xaya və xaya artımının qan təchizatı adi, exostrukturu homogen, ocaqlı dəyişiklik olmaması göstərilmişdir.
36. Göründüyü kimi, qeyd edilən sənədlər ərizəçidə varikosele xəstəliyinin mövcudluğunu və Doppler göstəriciləri üzrə əsasən sol tərəfdə yüksək dərəcədə ifadə olunduğunu təsdiq edir. Lakin Xəstəliklər cədvəlinin 42-ci maddəsi baxımından həlledici olan məsələ yalnız Doppler müayinəsində “III” və ya “III–IV” dərəcənin müəyyən edilməsi yox, həmin vəziyyətin maddədə nəzərdə tutulan ağır tibbi əlamətlərlə müşayiət olunubolunmamasıdır.
37. Xəstəliklər cədvəlinin 42-ci maddəsində toxum ciyəsi venalarının III dərəcəli varikoz genişlənməsi hərbi xidmətə yararsızlıq əsası kimi yalnız o halda müəyyən edilmişdir ki, həmin vəziyyət ciyə venalarının atrofiya olunmuş xayanın aşağı qütbündən aşağı sallanması, daimi ağrı sindromu, spermatogenezin pozulması, proteinuriya və hematuriya kimi əlamətlərlə müşayiət olunsun.
38. Hazırkı işdə isə həmin əlamətlər tədqiq edilmiş tibbi sənədlərdə öz təsdiqini tapmır. Belə ki, tibbi sənədlərdə xaya atrofiyası diaqnozu qoyulmamış, ciyə venalarının atrofiya olunmuş xayanın aşağı qütbündən aşağı sallanması qeyd edilməmiş, spermatogenez pozuntusunun, proteinuriya və ya hematuriyanın mövcudluğuna dair hər hansı məlumat qeyd olunmamışdır. Əksinə, iş materiallarında olan obyektiv baxış məlumatlarında xaya venalarının xayanın yuxarı qütbündən aşağı sallanması, xayaların palpasiyada ağrısız olması və xayaların ölçülərində kəskin fərq izlənilmədiyi göstərilmişdir.
39. Ərizəçinin qasıq nahiyəsində ağrıdan şikayət etməsi də, özlüyündə 42-ci maddənin “b” bəndində nəzərdə tutulan daimi ağrı sindromunun mövcudluğunu təsdiq etmir. Daimi ağrı sindromu ardıcıl müayinə və müalicələrlə təsdiq edilməlidir.
40. Odur ki, ərizəçinin təqdim etdiyi tibbi sənədlər onda varikosele xəstəliyinin mövcud olmasını təsdiq etsə də, həmin sənədlər hazırkı mərhələdə ərizəçinin vəziyyətinin Xəstəliklər cədvəlinin 42-ci maddəsinin hərbi xidmətə yararsızlığa səbəb olan bəndləri baxımından qiymətləndirilməsinə əsas vermir.
41. Ərizəçi mövcud olan - funksiyaların pozulması olmadan İ mərhələ skalioz diaqnozuna münasibətdə kollegiya qeyd edir ki, hərbi xidmətə yararsızlıq və ya məhdud yararlılıq nəticəsi üçün skolioz diaqnozunun Xəstəliklər cədvəlində nəzərdə tutulan dərəcə meyarlarına (II mərhələ skolioz (11-25 dərəcə arasında) uyğunluğu ərizəçidə müəyyən olunmur.
42. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, yuxarıda qeyd edilmiş əsaslanma məhkəmənin tibbi qiymətləndirmə aparması kimi başa düşülə bilməz. Məhkəmə yalnız tibbi sənədlərdə artıq əks olunmuş göstəricilərin Xəstəliklər cədvəlinin müvafiq maddələrinə uyğun olub-olmamasını müqayisəli şəkildə yoxlamaqla mübahisəyə hüquqi qiymət verir. Təhlil edilən tibbi sənədlər isə “Xəstəliklər cədvəli”nin 42 və 59-cu maddələri üzrə hərbi xidmətə yararsızlıq üçün hüquqi əsas yaratmır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 11.24-11.27-ci bəndlərinin tələbləri baxımından ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız ilkin - iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə - sübutların təqdim olunmasıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluq meyarı əsasında müəyyən etməlidir.
44. Hazırkı iş üzrə ərizəçinin təqdim etməli olduğu ilkin sübutlar - onun hərbi xidmətə daimi və ya müvəqqəti yararsızlığını əsaslandıra biləcək tibbi sənədlərdən ibarət olmalıdır. Məhz belə sübutlar əsas iddianın böyük ehtimalla uğurlu və ya uğursuz olacağına dair ilkin proqnozun formalaşdırılması üçün əsas təşkil edəcəkdir.
45. Işdə mövcud olan tibbi sənədlər əsas iddianın uğurlu olub-olmayacağı ilə bağlı ilkin proqnozun verilməsi üçün kifayət edən həcmdədir. Lakin, bu sənədlərdə qeyd edilmiş diaqnozlar “Xəstəliklər cədvəli”nin yuxarıda istinad olunan bəndləri baxımından ərizəçinin hərbi xidmətə daimi və ay müvəqqəti yarasız hesab edilməsinə əsas yaratmır. Bu isə o deməkdir ki, hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaət formalaşmır. Əksinə, bu qənaət daha çox əsas iddianın böyük ehtimalla uğursuz olacağı istiqamətindədir.
46. Kollegiya həmçinin nəzərə alır ki, ərizəçi varikosele diaqnozunun onda 2016-cı ildən mövcud olduğunu bildirir. Əgər həmin diaqnoz ötən dövr ərzində Xəstəliklər cədvəlinin 42-ci maddəsində nəzərdə tutulan səviyyədə ağır tibbi nəticələr doğurmuş olsaydı, bu halın davamlı müayinə və müalicəyə dair tibbi sənədlərlə, habelə cərrahi müdaxilə zərurəti ilə təsdiqlənməsi gözlənilən olardı.
47. Digər tərəfdən hərbi xidmətə yararlılıq şəxsin əvvəlki illərdəki deyil, şəhadətləndirilmə anında mövcud olan sağlamlıq vəziyyətinə və “Xəstəliklər cədvəli”nin müvafiq meyarlarına əsasən müəyyən edilir. Odur ki, ərizəçinin əvvəllər hərbi xidmətə yararsız hesab edilməsi və ya ona möhlət verilməsi cavabdeh orqanın onun cari tibbi vəziyyətini yenidən qiymətləndirməsinə mane olmur və hazırkı qiymətləndirmənin qanunsuzluğu barədə müstəqil əsas kimi çıxış edə bilməz.
48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin hərbi xidmətə yararsızlığına və ya məhdud yararlılığına səbəb ola biləcək ilkin sübutlar mövcud olmadığından birinci instansiya məhkəməsi “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizənin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Inzibati Məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək ərizə təmin edilməməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ləğv edilir. Ərizəçi Ərizəçi Arçaviroviçin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə qarşı "əsas iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək onun hərbi xidmətə yararlı sayılması barədə qərarın icrasının dayandırılması və cavabdehin üzərinə onun hərbi xidmətə çağırılmamsı vəzifəsinin qoyulması” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.