Məhkəmə qərarları › İş №15(3-10)-67/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-10)-67/2026

09.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-67/2026 09.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, ərizəçi Ərizəçi və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Maraqlı şəxs qarşı “hərbi xidmətə çağırılması barədə müvafiq qərarın icrasının dayandırılması və onun üzərinə mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmaması vəzifəsinin qoyulması” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. Iş materiallarında olan müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki: - Yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli qərarına əsasən ərizəçi C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssisinin (cərrah) ##.##.2026-cı il tarixli rəyinə əsasən ərizəçi Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müqvəqqəti yararsız hesab olunmuşdur. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müqvəqqəti yararsız hesab olunmuşdur. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) ##.##.2026-cı il tarixli yekun rəyi ilə (A-3) “daha yüngül qiymətləndirilir, fərqli kateqoriya üzrə təsdiqini tapmışdır” qeydləri icra edilmişdir. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli yekun qərarı ilə ərizəçi A-müddətli həqiqi həqiqi hərbi xidmətə yararlı (məhdudiyyət dərəsi – üçüncü dərəcə) hesab olunmuşdur.

2. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinə dair ##.##.2026-cı il tarixli qərarından görünür ki, ərizəçi ərizəçi A-müddətli həqiqi həqiqi hərbi xidmətə yararlı (məhdudiyyət dərəsi –A3, daya yüngül qiymətləndirilir) hesab olunmuşdur.

3. Hərbi mükəlləfiyyətlilərin tibbi komissiyadan keçirilməsinin protokol kitabından ##.##.2026-cı il tarixli, **-*/*** nömrəli çıxarışdan görünür ki, 1996-cı il təvəllüdlü Ərizəçi rayon çağırış komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim Ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin İ qrafası 58ç, 13e maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. Iddiaçı Ərizəçi cavabdehlər cavabdeh2 və Maraqlı şəxs qarşı «cavabdeh2 ##.##.2026-cı il tarixli və Azərbaycan Respublikası Maraqlı şəxs ##.##.2026-cı il tarixli qərarlarının ləğv edilməsini, DTSERA-nin üzərinə iddiaçı barəsində yekun tibbi şəhadətnaməyə dair “C” kateqoriyası üzrə qərarın qəbul edilməsi, Azərbaycan Respublikası Maraqlı şəxs üzərinə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir.

5. Eyni zamanda ərizəçi Ərizəçi məhkəməyə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə müraciət edərək, “iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılaraq, qəbul edilmiş qərar qanuni qüvvəsini alanadək onun “hərbi xidmətə yararlı sayılaraq, həqiqi hərbi xidmətə çağırış bölməsinə təhvil verilməyi" barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən Rayon Bölməsinin qərarının icrasının dayandırılması və mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmaması vəzifəsinin Azərbaycan Respublikası Maraqlı şəxs üzərinə qoyulmasını xahiş etmişdir.

6. Ərizədə qeyd edilir ki, o, ## ###### 1996-cı il tarixdə Balakən rayonun Yeni Şərif kəndində anadan olmuşdur. Onun 5-6 yaşı olarkən yıxılma nəticəsində sol qolu qırılmış, həkimə müraciət etdikdən sonra müvafiq müayinə və müalicə olunduqdan sonra qolu sarğıya qoyulmuş, ancaq bitişmə və bərpası əyri formada olmuşdur. Həmin tarixdən sonra həyatını bu formada davam etdirmək məcburiyyətində qalmışdır. Həmçinin aldığı xəsarət nəticəsində sinirləri də zədələndiyindən həmin qolunda hərəkət məhdudiyyəti yaranmışdır. O, 18 yaşı bitdikdən sonra ali təhsil almaq üçün X6 qəbul olmuşdur. Ancaq səhhətində olan narahatçılıq təhsilini davam etdirməyə imkan vermədiyindən təhsilini dondurmaq məcburiyyətində qalmışdır. Daha sonra o, 2015-ci ilin sonunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Balakən rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Aparılan ilkin yoxlamalar zamanı onun səhhətində olan problemlər səbəbli, barəsində ## ####### 2016-cı ildə tərəfindən xəstəliklər cədvəlinə uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağı barədə qərar qəbul edilmişdir. 2019-cu ildə yenidən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Balakən rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Aparılan yoxlamalar zamanı onun səhhətində olan problemlər səbəbli təkrarən ## ###### 2019-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Balakən rayon şöbəsi tərəfindən xəstəliklər cədvəlinə uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağı barədə qərar qəbul edilmişdir. Analoji olaraq 2022-ci ilin çağırış dövründə də, onun barəsində oxşar qərar qəbul edilmişdir. Daha sonra sonuncu dəfə o, 2026-ci ilin fevral ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Balakən rayon şöbəsi tərəfindən komissiyaya dəvət edilmişdir. Keçirilən yoxlamaların nəticəsində yerli çağırış komissiyasının ## #### 2026-cı il tarixli qərarına əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Daha sonra Mərkəzi Hərbi Həkim Komissiyasının ## #### 2026-cı il tarixli qərarına əsasən sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. Bütün yoxlamaların nəticəsində onun səhhətində olan xəstəliklər təsdiqini tapmasına baxmayaraq hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ## ##### 2026-cı ildə xəstəliyinin guya fərqli kateqoriya üzrə təsdiq edilməsi, daha yüngül qiymətləndirilməsi barədə yekun qərar qəbul edilmişdir. Bunun əsasında da, Mərkəzi Hərbi Həkim Komissiyasının Sədrinin ## ##### 2026-cı il tarixli yekun rəyinə əsasən 3-cü dərəcə məhdudiyyət dərəcəsi ilə müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Həmin qərar barədə ona məlumat verilməmiş, həmçinin bu günə kimi barəsində qəbul edilmiş əsaslandırılmış qərar təqdim edilməmişdir. Daha sonra isə ona Azərbaycan Respublikası Maraqlı şəxs tərəfindən dəvət edilərək hərbi xidmətə yararlı hesab edildiyi və aprel ayında həqiqi hərbi xidmətə çağırılacağı bildirilmişdir. Həmçinin elektron kabinetinə (my-gov) yerləşdirilmiş məlumatda Balakən rayon çağırış komissiyası tərəfindən ## ##### 2026-cı ildə barəsində hərbi xidmətə yararlı olmağına dair qərar qəbul edilməsi və aprel ayında hərbi xidmətə yola salınacağı barədə bildiriş gəlmişdir. Artıq həmin məlumatı aldıqdan sonra bəlli olmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən, həmçinin yekunda Maraqlı şəxs tərəfindən hərbi xidmətə yararlı olmağı barədə qərar qəbul edilmişdir. O, həmin məlumatı aldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq şikayətlə müraciət etmişdir və bu səbəbdən də aprel çağırışı üzrə hərbi xidmətə aparılmamışdır. Daha sonra isə ## ##### 2026-cı ildə ona bildiriş göndərilərək ## #### 2026-cı ildə hərbi xidmətə yola düşməli olduğu bildirilmişdir. O, xəstəlikləri barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinə olunan zaman həkimlərin diqqətinə çatdırsa da, heç bir nəticəsi olmamış, həmin xəstəlikləri istiqamətində heç bir yoxlama aparılmamışdır. Bu səbəbdən o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun hərbi xidmətə yararlı olmağı barədə verdiyi ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi, onun dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağı haqqında (C) qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən Rayon Bölməsinin onun “hərbi xidmətə yararlı sayılaraq, həqiqi hərbi xidmətə çağırış bölməsinə təhvil verilməyi” barədə ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi, dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağı haqqında (C) qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən Rayon Bölməsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin göstərilən səbəblərdən hazırki müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirir ki, onun səhhətində olan problemlər onda ciddi məhdudiyyətlər yaradır. Belə ki, o, qaça bilmir, ağır hərəkətlər edə bilmir. Halbuki məlum olduğu kimi, hərbi xidmət keçmək öz-özlüyündə ciddi fiziki və idman hazırlığı tələb etməkdədir.

7. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə etirazında “Xəstəliklər Cədvəli”-nin bəndlərini sadalamış, hazırkı vəziyyətdə əsas iddianın uğurlu olub-olmamasının müəyyənləşdirilməsinin mümkün olmamasını bildirərək ərizənin təmin edilməməsini xahiş etmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Maraqlı şəxs “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə münasibət bildirməmişdir.

9. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim X2) ərizə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan sağlamlıq vəziyyətinin müayinə aktından görünür ki, ##.##.1996-cı il təvəllüdlü Ərizəçi Şahinoviç SHXÇDX-nin ##.##.2026-cı il tarixli *********** nömrəli göndərişi ilə X3 ##.##.2026-cı ildə ambulator müayinədə olmuşdur. Şikayətləri: sol dirsək oynağında olan deformasiya və ağrılardandır. Anamnez: Deməsinə görə illər öncə yıxılaraq sol bazunun aşağı 1/3 hissəsindən sınıq zədəsi almışdır. Cərrahi əməliyyat olmayıb. Gipsə qoyulub. Obyektiv müayinənin məlumatları: Müayinə zamanı sol dirsək oynağının posttravmatik varus deformasiya və bükücü kontrakturası izlənilir. Xüsusi müayinələrin (laborator, rentgenolji, instrumental və s.) nəticələri: “Bazu sümüyü rentgenoqrafiyası (sol; iki proyeksiyalı)”, “Dirsək oynağı rentgenoqrafiyası (sol; iki proyeksiyalı)”. XBT-10 kodu: M21.1-digər rubrikalarda təsnif olunmayan varus deformasiya-Sol dirsək oynağının posttravmatik varus deformasiya, M24.5- Oynaqların kontrakturası- Sol dirsək oynağının posttravmatik bükücü kontrakturası. Iş materiallarında olan Tibbi Şəhadətləndirmə vərəqindən görünür ki, 1996-cı il tarixli Ərizəçi, şikayətləri: sol dirsək oynağında deformasiya və ağrı olmasındandır. Anamnez: deməsinə görə illər öncə yıxılaraq sol bazunun aşağı 1/3-dən sınıq zədəsi alıb. Əməliyyat olmayıb. Obyektiv müayinənin məlumatları: müayinə zamanı sol dirsək oynağı posttravmatik varus deformasiya izlənilir. Xüsusi müayinələrin nəticələri: Bazu sümüyü və dirsək oynağı rentgeni. Diaqnoz: Sol dirsək oynağı posttravmatik varus deformasiya sol dirsək oynağı posttravmatik bükücü kontrakturası (M21.1-M24.5). Həkimmütəxəssisin rəyi: “Xəstəliklər cədvəli”nin 58c maddəsinin II qrafası və ƏTC-nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim Ekspertizası haqqında Əsasnamə”yə qoşmaya əsasən dinc dövrdə hərbi xidmətə yararsızdı. Müharibə dövründə də məhdud yararlıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı diaqnozunun müəyyən edilməsi üçün müvafiq tibbi ekspertizanın təyin edilməsi zəruridir. Müvafiq araşdırmalar nəticəsində yekun rəyin əsaslı olub-olmaması müəyyən edilə bilər. Hazırkı vəziyyətdə ərizəçinin hərbi xidmətə cəlb edilməsini istisna edən, yəni qərarın icrasının dayandırılmasını zəruri edən sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, işin hazırkı mərhələsində iddiaçının mübahisələndirdiyi qərarların ləğv edilməsinin hansı dərəcədə uğurluluq ehtimalı olduğu müəyyən edilmir. Məhkəmə Ərizəçi qoyulmuş diaqnoza münasibətdə qeyd edir ki, o, məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı hesab edilmişdir. Bu, onun digər çağırışçılarla müqayisədə hərbi xidmətinin yüngül keçəcəyini və inzibati orqan tərəfindən onun sağlamlığının faktiki vəziyyətinin nəzərə alınmasını göstərir. Məhkəmə qeyd edir ki, Hərbi xidmətə çağırış Konstitusiya ilə müəyyən edilən vətəndaşlıq borcudur, lakin bu zaman fərdi hüquqlar və sağlamlıq vəziyyəti dövlətin hərbi hazırlıq sahəsində maraqları ilə balanslaşdırılmalı, mütənasiblik prinsipi nəzərə alınaraq, hərbi xidmətə möhlət verilmə yalnız zəruri hallarda tətbiq edilməlidir.

11. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

12. Ərizəçi apellyasiya şikayətinin dəlillərini maddi hüquq normalarını sadalamaqla əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ərizəçi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğv edilərək, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizənin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, yıxılma nəticəsində sol qolu qırılmış, həkimə müraciət etdikdən sonra müvafiq müayinə və müalicə olunduqdan sonra qolu sarğıya qoyulmuş, ancaq bitişmə və bərpası əyri formada olmuşdur. Ilk dəfə 2016-cı ildə hərbi xidmətə yararsız hesab edilmişdir. Sonradan 3 ildən bir yoxlanışdan keçmiş və sağlamlığında olan problem davam etdiyindən hərbi xidmətə yararsız hesab edilmişdir. Sonuncu dəfə DTSERA tərəfindən ##.##.2026-cı il tarixdə onun hərbi xidmətə yararlı olması barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Maraqlı şəxs nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Eyni zamanda qeyd etmişdir ki, yerli çağırış komissiyası tərəfindən “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 58-ci maddəsinin Ç bəndi ilə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

15. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyyasının ##.##.2026-cı il tarixli iclas protokolunun Qərardadı ilə cavabdeh cavabdeh2 PHŞ onun hüquqi varisi “Dövlət Tibbi Sığorta Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ ilə əvəz edilmişdir.

tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə ... 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. ... Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.

17. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. ... 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə) gəlməlidirlər. 14.1.2. Çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifəsi olaraq müəyyən edilmişdir.

18. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli, 2317№ -li Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. ... 2.18. barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEIS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEIS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEIS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEIS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEIS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. ... 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEIS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 2-1.20. Şura 7 (yeddi) üzvdən – sədr nümayəndələrindən biri olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 (iki), Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1 (bir), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 (bir), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 (bir), Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1 (bir) və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin 1 (bir) məsul şəxsindən ibarətdir. ... Şuraya verilmiş şikayətlərə 5 (beş) gün müddətində baxılır və qəbul edilən qərarlar 5 (beş) gün ərzində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün Agentliyin Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla altsistemə daxil edilir.

20. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... 7.3. Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları IPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. ... 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.

25. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.

26. Iş materiallarından görünür ki, ərizəçi DTSERA-nın ##.##.2026-cı il tarixli qərarı ilə daha yüngül qiymətləndirilərək fərqli kateqoriya üzrə təsdiqlənmiş (A-3), SHXÇÜDX-nin Balakən rayon bölməsinin ##.##.2026-cı il tarixli qərarı ilə hərbi xidmətə yararlı hesab edilmişdir (A-3).

27. Ərizəçi, əsas iddia tələbində DTSERA-nın onun hərbi xidmətə yararlılığı ilə bağlı qəbul etdiyi qərarı, həmçinin SHXÇÜDX-nin Balakən rayon şöbəsinin müvafiq qərarını mübahisələndirmiş, həmin qərarların ləğv edilməsini, DTSERA-nın üzərinə iddiaçı barəsində “C” kateqoriyasına uyğun qərar qəbul edilməsi, SHXÇÜDX-nin Balakən rayon şöbəsinin üzərinə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

28. Hazırda ərizəçinin hüquqi marağı əsas iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək SHXÇÜDX-nin Balakən rayon şöbəsinin onun hərbi xidmətə çağrılması barədə müvafiq qərarın icrasının dayandırılması və mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmamasına nail olmaqdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.

30. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.

31. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəlikləri ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliklərinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur.

32. Iş materiallarından görünür ki, ərizəçi barəsində aparılmış tibbi müayinələrdə sol dirsək oynağının posttravmatik varus deformasiyası və sol dirsək oynağının posttravmatik bükücü kontrakturası diaqnozları qeyd edilmişdir. Həmçinin sol bazu sümüyünün rentgenoqrafiyasında deformasiya əlamətlərinin izlənildiyi göstərilmiş, sol dirsək oynağının rentgenoqrafiyasında isə sümüklərdə nəzərə çarpan destruktiv dəyişikliklər və sümük tamlığının pozulması əlamətləri qeyd edilməmişdir. Obyektiv müayinədə sol dirsək oynağında təxminən 15 dərəcə deformasiya izlənildiyi, sol dirsək oynağında aktiv hərəkətlərin tam olmadığı, passiv hərəkətlərin isə tam olduğu göstərilmişdir.

33. Tam abdomen USM-də qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq, sağ və sol böyrək, sidik kisəsi üzrə patologiya izlənilməmiş, flüoroqrafiyada ağciyər sahələrində patoloji kölgəlik müşahidə olunmamış, plevra-diafraqmal sinusların sərbəst, ürək və aortanın norma daxilində olduğu qeyd edilmişdir. Qalxanabənzər vəzi USM-də isə qalxanabənzər vəzin hüdudlarının düz və aydın, exogenliyinin adi, strukturunun həmcins olduğu, nəzərəçarpacaq patologiyanın olmadığı göstərilmişdir.

34. Ərizəçinin tibbi şəhadətləndirilməsində Xəstəliklər cədvəlinin 13-cü maddəsinin “e” bəndinə istinad olunması ayrıca qiymətləndirildikdə, həmin bəndin “İ dərəcəli alimentar piylənmə” halını əhatə etdiyi və İ qrafa üzrə nəticəsinin A-2, yəni hərbi xidmətə yararlı kateqoriyasına aid olması nəzərə alınmalıdır. Tibbi müayinə sənədlərində 13-cü maddənin “a”, “b”, “c” və ya “ç” bəndlərinin tətbiqini şərtləndirə biləcək endokrin sistem xəstəliyi, qalxanabənzər vəzin funksional pozuntusu, şəkərli diabet, hipofiz, böyrəküstü və ya digər endokrin vəz xəstəliyi, maddələr mübadiləsi pozuntusu, qidalanma çatışmazlığı və ya müvəqqəti endokrin funksional pozuntu barədə tibbi göstərici mövcud deyildir. Əksinə, qalxanabənzər vəzi USM-də nəzərəçarpacaq patologiyanın olmadığı göstərilmişdir. Bu səbəbdən 13-cü maddə üzrə mövcud sənədlər hərbi xidmətə yararsızlıq əsası yaratmır.

35. Sol dirsək oynağı ilə bağlı tibbi göstəricilər Xəstəliklər cədvəlinin 58-ci maddəsi baxımından yoxlanıldıqda kollegiya nəzərə alır ki, həmin maddə iri oynaqların, sümüklərin və qığırdaqların cərrahi xəstəlikləri və zədələnmələri, osteopatiya və xondropatiyalarla bağlı halları tənzimləyir. Ərizəçidə göstərilən posttravmatik varus deformasiya və bükücü kontraktura bu maddənin predmetinə aid ola bilən haldır.

36. Odur ki, kollegiya, ərizəçinin sol dirsək oynağı ilə bağlı tibbi göstəriciləri “Xəstəliklər cədvəli”nin 58-ci maddəsi ilə müqayisəli şəkildə yoxlayaraq qeyd edir ki, həmin maddənin “a”, “b” və “c” bəndlərinin tətbiqi üçün oynağın funksiyasının mühüm, mülayim və ya cüzi dərəcədə pozulması normativ hədlərlə təsdiq olunmalıdır.

37. 58-ci maddənin “a” bəndi funksiyaların mühüm dərəcədə pozulması hallarına aiddir. Həmin bəndin tətbiqi üçün, o cümlədən iri oynağın qüsurlu vəziyyətdə ankilozu, fibrozlu ankilozu, süni oynaq, oynağın patoloji hərəkətliliyi və ya hərəkətlərin mühüm dərəcədə məhdudlaşması ilə davamlı kontraktura kimi hallar müəyyən edilməlidir.

38. Iş materiallarında ərizəçidə sol dirsək oynağının ankilozu, fibrozlu ankilozu, süni oynaq, patoloji hərəkətlilik və ya dayanıqsız oynaq müəyyən edilməmişdir. Eyni zamanda, * nömrəli cədvələ görə dirsək oynağında mühüm hərəkət məhdudlaşması üçün bükmə hərəkətinin 100°, açma hərəkətinin 120°, içəriyə və bayıra hərlənmənin isə 60° göstəricilərinə uyğun məhdudlaşması müəyyən edilməlidir. Təqdim edilmiş tibbi sənədlərdə ərizəçinin sol dirsək oynağında bükmə, açma, içəriyə və bayıra hərlənmə hərəkətlərinin həmin normativ hədlərə uyğun məhdudlaşma dərəcəsi qeyd edilməmişdir. Buna görə 58-ci maddənin “a” bəndi üzrə uyğunluq müəyyən olunmur.

39. 58-ci maddənin “b” bəndi funksiyaların mülayim dərəcədə pozulması hallarına, o cümlədən hərəkətlərin həcminin mülayim dərəcədə pozulması ilə müşayiət olunan iri oynaqlardan birinin davamlı kontrakturasına aiddir. * nömrəli cədvələ əsasən dirsək oynağında mülayim hərəkət məhdudlaşması üçün bükmə hərəkəti 90°, açma hərəkəti 140°, içəriyə və bayıra hərlənmə isə 90° səviyyəsində müəyyən olunmalıdır. Lakin iş materiallarında ərizəçinin sol dirsək oynağının hərəkət həcminin bu göstəricilərə uyğun olması müəyyən edilmir. Tibbi sənədlərdə yalnız aktiv hərəkətlərin tam olmaması, passiv hərəkətlərin isə tam olması qeyd edildiyindən 58-ci maddənin “b” bəndinin də, ərizəçiyə tətbiqi mümkün deyildir.

40. 58-ci maddənin “c” bəndi funksiyaların cüzi dərəcədə pozulması hallarına, o cümlədən hərəkətlərin həcminin cüzi pozulması ilə iri oynaqlardan birinin davamlı kontrakturasına aiddir. * nömrəli cədvələ görə dirsək oynağında cüzi hərəkət məhdudlaşması üçün bükmə hərəkəti 80°, açma hərəkəti 150°, içəriyə və bayıra hərlənmə isə 135° göstəricilərinə uyğun müəyyən olunmalıdır. Iş materiallarında ərizəçinin sol dirsək oynağı üzrə həmin göstəricilərdən hər hansı birinə uyğun hərəkət məhdudlaşması qeyd edilməmişdir.

41. Nəzərə alınmalıdır ki, normativ tələb hərəkət həcminin konkret dərəcə ilə ölçülməsini və həmin ölçünün cədvəldəki cüzi, mülayim və ya mühüm məhdudlaşma həddinə uyğun olmasını tələb edir. Sol dirsək oynağında 15° varus deformasiyası isə * nömrəli cədvəldə nəzərdə tutulmuş hərəkət həcminin göstəricisini ifadə etmir.

42. Beləliklə, ərizəçidə sol dirsək oynağının posttravmatik varus deformasiyası və posttravmatik bükücü kontrakturası diaqnozları qeyd edilsə də, mövcud tibbi sənədlərdə dirsək oynağının bükmə, açma, içəriyə və bayıra hərlənmə hərəkətləri * nömrəli cədvəldə göstərilən cüzi, mülayim və ya mühüm məhdudlaşma hədləri ilə ifadə olunmamış, əksinə, sol dirsək oynağının rentgenoqrafiyasında sümüklərdə destruktiv dəyişikliklər və sümük tamlığının pozulması əlamətləri qeyd edilməmiş, passiv hərəkətlərin tam olması göstərilmişdir. Odur ki, ərizəçiyə qoyulmuş diaqnozların 58-ci maddənin “a”, “b” və ya “c” bəndləri üzrə hərbi xidmətə daimi və ya müvəqqəti yararsızlıq əsası yaratması müəyyən edilmir.

43. Kollegiya qeyd edir ki, hazırkı tibbi məlumatlar cavabdeh inzibati orqanın təşəbbüsü ilə aparılmış müayinələrin nəticələrində öz əksini tapmışdır. Ərizəçi həmin tibbi göstəricilərlə razılaşmadığı halda, öz mövqeyini təsdiq edən alternativ tibbi sənədləri, hərəkət həcminin dərəcə ilə ölçülməsinə dair müayinə nəticələrini və ya başqa sübutları təqdim etməlidir. Müvəqqəti xarakterli müdafiə tədbiri üzrə icraatda məhkəmənin vəzifəsi mövcud sənədlərin ərizəçinin tələb etdiyi müvəqqəti müdafiə tədbirini zəruri edibetməməsini yoxlamaqdır.

44. Kollegiya tərəfindən ərizəçinin 1996-cı il təvəllüdlü olması, 2014-cü ildən hərbi xidmətə çağırış yaşına çatması və həmin dövrdən etibarən onun barəsində hərbi xidmətə yararlılıq vəziyyəti üzrə tibbi sənədlərin toplanması nəzərə alınaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli qurumundan ərizəçinin 2014-cü ildən hazırkı vaxtadək hərbi xidmətə yararlılığı ilə bağlı toplanmış tibbi şəhadətləndirmə materialları tələb edilmişdir. Həmin sənədlər araşdırılarkən ərizəçinin mövcud tibbi vəziyyətinə dair əvvəlki sənədlərdə göstərilənlərdən fərqli yeni hal müəyyən edilməmişdir.

45. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, yuxarıda qeyd edilmiş əsaslanma məhkəmənin tibbi qiymətləndirmə aparması kimi başa düşülə bilməz. Məhkəmə yalnız tibbi sənədlərdə artıq əks olunmuş göstəricilərin Xəstəliklər cədvəlinin müvafiq maddələrinə uyğun olub-olmamasını müqayisəli şəkildə yoxlamaqla mübahisəyə hüquqi qiymət verir. Təhlil edilən tibbi sənədlər isə “Xəstəliklər cədvəli”nin 58 və 13-cü maddələri üzrə hərbi xidmətə yararsızlıq üçün hüquqi əsas yaratmır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 11.24-11.27-ci bəndlərinin tələbləri baxımından ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız ilkin - iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə - sübutların təqdim olunmasıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluq meyarı əsasında müəyyən etməlidir.

47. Hazırkı iş üzrə ərizəçinin təqdim etməli olduğu ilkin sübutlar - onun hərbi xidmətə daimi və ya müvəqqəti yararsızlığını əsaslandıra biləcək tibbi sənədlərdən ibarət olmalıdır. Məhz belə sübutlar əsas iddianın böyük ehtimalla uğurlu və ya uğursuz olacağına dair ilkin proqnozun formalaşdırılması üçün əsas təşkil edəcəkdir. Faktiki olaraq ərizəçi tərəfindən onun sağlamlıq vəziyyətinin hərbi xidmətə yararsızlığına və ya məhdud yararlılığına səbəb ola biləcək halları təsdiq edən ilkin sübutlar məhkəməyə təqdim edilməmiş, mövcud sübutlar isə Xəstəliklər Cədvəlinin 58 və 13-cü maddələrinin tətbiqinə hüquqi əsas yaratmamışdır.

48. Inzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olub-olmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşibçətinləşməyəcəyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır.

49. Işdə mövcud olan tibbi sənədlər əsas iddianın uğurlu olub-olmayacağı ilə bağlı ilkin proqnozun verilməsi üçün kifayət edən həcmdədir. Lakin, bu sənədlərdə qeyd edilmiş diaqnozlar “Xəstəliklər cədvəli”nin yuxarıda istinad olunan bəndi baxımından ərizəçinin hərbi xidmətə daimi və ya müvəqqəti yarasız hesab edilməsinə əsas yaratmır. Bu isə o deməkdir ki, hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaət formalaşmır. Əksinə, bu qənaət daha çox əsas iddianın böyük ehtimalla uğursuz olacağı istiqamətindədir.

50. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, ərizəçinin uzun müddət ərzində hərbi xidmətə çağırılmaması və əvvəlki dövrlərdə ona eyni və ya oxşar əsaslarla möhlət verilməsi onun gələcəkdə də, hərbi xidmətə çağırılmayacağına dair qanunla qorunan legitim gözlənti yaratmır.

51. Hərbi xidmətə yararlılıq şəxsin əvvəlki illərdəki deyil, şəhadətləndirilmə anında mövcud olan sağlamlıq vəziyyətinə və “Xəstəliklər cədvəli”nin müvafiq meyarlarına əsasən müəyyən edilir. Odur ki, ərizəçinin əvvəllər hərbi xidmətə yararsız hesab edilməsi və ya ona möhlət verilməsi cavabdeh orqanın onun hazırkı tibbi vəziyyətini yenidən qiymətləndirməsinə mane olmur və hazırkı qiymətləndirmənin qanunsuzluğu barədə müstəqil əsas kimi çıxış edə bilməz.

52. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:

Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar