Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-69/2026 03.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, ərizəçi Ərizəçi və onun nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “əsas iş üzrə məhkəmə qərarı qəbul edilib qanuni qüvvəsini alanadək cavabdehin ##.##.2026-cı il tarixli, *-**-*-*/*-*******/**** saylı qərarının icrasının dayandırılması” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Ərizəçi aidiyyəti vergi orqanında ## #### 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və 4300343842 VÖEN almışdır.
2. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən iddiaçı barəsində # ### 2026-cı il tarixli, 3-21- *-*/*-*******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və 2026-cı ilin mart ayının ƏDV-si üzrə 39056,10 manat əlavə vergi məbləği hesablanmışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı Ərizəçi cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı Şəki Inzibati Məhkəməsinə müraciət edərək “# ### 2026-cı il tarixli 3-21- 2-3/2- *******/**** nömrəli qərarın ləğv edilməsi və vergi borcunun silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Həmçinin iddiaçı məhkəməyə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə təqdim edərək bildirmişdir ki, o, 2013-cü ildən Qax şəhərində yerləşən 34 kv.m sahəsi olan təsərrüfat subyektində (mağazada) sahibkar kimi fəaliyyət göstərir. Fəaliyyəti dövründə qanunamüvafiq olaraq öhdəliklərini yerinə yetirmişdir. 2022-ci ildə Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin əməkdaşı obyektə yaxınlaşaraq, vergi ödəyicisi kimi təqdim etdiyi hesabatlarda uyğunsuzluq olduğunu bildirmiş və ona köməklik göstərəcəyini vəd etmişdir. Həmin şəxs 2025-ci ildə onun 4.000 manat borcunun yarandığını bildirmiş və VÖEN dəyişdirilməsini, yaxud ƏDV ödəyicisi qismində uçota alınmağı tələb etmişdir. Iddiaçı məcbur qalıb ƏDV ödəyicisi kimi uçota dayanmışdır. Bundan sonra iddiaçı 2026-cı ilin fevral ayında vergi orqanına çağırılmış və onun diqqətinə çatdırılmışdır ki, Natiq Bakı Topdan Satış Mağazasına 35.000 manat dəyərində mal satmışdır. Iddiaçı həmin vaxt bunu inkar etmişdir. Məlum olmuşdur ki, vergi orqanı tərəfindən # ### 2026-cı il tarixdə *-**-*-*/*-*******/**** nömrəli qərarla 40.597,71 manat əlavə vergi məbləği hesablanmışdır. Bu məbləğ 123.034,15 manat mal dəyərini əhatə edən 29 ədəd qaimə üzrədir. Hansı ki, həmin mallar iddiaçı tərəfindən alınmamışdır. Odur ki, bank hesablarında olan ƏDV məbləğinin, habelə digər cari hesablarda olan məbləğlərin sərbəst hərəkəti ilə bağlı cavabdeh tərəfindən # ### 2026-cı il tarixli *-**-*- */*-*******/**** nömrəli və # ### 2026-cı il tarixli *-**-*-*/*-*****/**** nömrəli qərarlarla qoyulmuş məhdudiyyətinm götürülməsi və iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək belə məhdudiyyətin tətbiq olunmasının cavabdehə qadağan edilməsi məhkəmədən xahiş olunmuşdur.
5. Ərizəçi daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və qeyd etmişdir ki, mübahisələndirilən qərarda bəyənnamə dövrü 2026-cı ilin mart ayı olaraq qeyd edilsə də, mart ayı ərzində o, heç bir əməliyyat aparmamış, elektron qaimə tərtib olunmamış və hesabına pul köçürülməmişdir. Göstərilənlər nəzərə alınaraq «əsas iş üzrə məhkəmə qərarı qəbul edilib qanuni qüvvəsini alanadək cavabdehin ##.##.2026-cı il tarixli, *-**-*-*/*-*******/**** saylı qərarının icrasının dayandırılması” barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
6. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
7. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, uçotbaza məlumatlarına əsasən ərizəçinin ##.##.2013-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ##.##.2023-cü il tarixdən ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət”indən ibarət olduğu müəyyən edilmişdir.
1. Əlavə dəyər vergisi üzrə: “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli *-**-*-*/*-*******/**** nömrəli qərarla 2026-cı ilin mart ayının əlavə dəyər vergisi üzrə 390 56,10 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablamanın əsası 390 56,10 manat ƏDV məbləği üzrə yaranmış kənarlaşma olmuşdur. Belə ki, ərizəçi könüllü olaraq ##.##.2025-ci il tarixdən ƏDV qeydiyyatına alınmış, lakin vergi orqanı tərəfindən aparılan təhlillər nəticəsində ƏDV qeydiyyatının qüvvəyə minmə tarixi ##.##.2023-cü il tarixinə dəyişdirilmişdir. Ərizəçinin dövriyyəsi ##.##.2023-cü il tarixdən- ##.##.2026-cı il tarixədək onlayn kassa məlumatlarına əsasən 332 372,87 (ƏDV-li) manat olmuş və depozit hesaba mədaxil 2000 manat olmasına baxmayaraq ,ƏDV bəyannamələrinin 305-ci sətrində isə cəmi 89 449,53 (ƏDV-li) manat olaraq göstərilmişdir. Qeyd olunanlarla əlaqədar, 390 56,10 manat ƏDV məbləği üzrə kənarlaşma yaranmışdır. Müəyyən olunmuş risklərlə bağlı kənarlaşmaların aradan qaldırılması üçün ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi üçün “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" ##.##.2026-cı il tarixli **************** nömrəli məktub ərizəçiyə gödərilmişdir. Lakin, ərizəçi tərəfindən yaranmış uyğunsuzluqlar aradan qaldırılmamış və müfaviq təsdiqedici sənədlər təqdim edilməmişdir. Nəticədə, “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli 3- **-*-*/*-*******/**** nömrəli qərar qəbul edilərək ərizəçiyə göndərilmişdir.
2. “Pul vəsaitinin ƏDV sub-uçot hesabında dondurulması barədə” Qərar haqqında: Ərizə “Pul vəsaitinin ƏDV sub-uçot hesabında dondurulması barədə” ##.##.2026-ci il tarixli 3- **-*-*/*-*****/**** nömrəli qərarla bağlı hissədə mümkünsüz hesab edilməlidir. Çünki, sözügedən qərar ƏDV depozit hesabına məhdudiyyət qoyulması ilə bağlı deyil, mövcud olan borcun tutulması məqsədilə 30 gün müddətində vəsaitin dondurulması ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsinin 65.2.3-1-ci maddəsinə əsasən, bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. Həmin Məcəllənin 65.2.3-2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. Həmin Məcəllənin 65.2.3-3-cü maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə, bu Məcəllənin 65.2.3-1-ci maddəsinə uyğun olaraq dondurulmuş ƏDV depozit hesabından ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcların alınması məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş qərara uyğun həyata keçirilir. Göründüyü kimi, sözügedən qərar ayrıca inzibati akt deyildir, hesablanmış və mövcud olan vergi öhdəliyi həcmində pul vəsaitinin ƏDV sub-uçot hesabı üzrə dondurulmasına xidmət edir. Bildiririk ki, eyni məzmunlu qərarların ləğvi üzrə daha öncə bəzi vergi ödəyiciləri tərəfindən də məhkəməyə müraciət edilmiş, lakin həmin qərarlar inzibati akt hesab olunmadığından iddia mümkün sayılmamışdır.
1. Ərizəçinin dəlili: Ərizəçi bildirir ki, onun tərəfindən 2026-cı ilin mart ayında heç bir əməliyyat aparılmadığı halda həmin qaimlərin mart ayında vurulması ilə məsuliyyət müəyyən edilməsi tamamilə absurddur və bu hal birbaşa sözügedən qərarın etibarsızlığına dəlalət edir. Maraqlı şəxsin münasibəti Ərizəçinin dövriyyəsi ##.##.2023-cü il tarixdən- ##.##.2026-cı il tarixədək onlayn kassa məlumatlarına əsasən 332 372,87 (ƏDV-li) manat olmuş və depozit hesaba mədaxil 2000 manat olmasına baxmayaraq, ƏDV bəyannamələrinin 305-ci sətrində isə cəmi 89 449,53 (ƏDV-li) manat olaraq göstərilmişdir ki, 390 56,10 manat ƏDV məbləği üzrə yaranmış kənarlaşma əlavə vergi məbləğinin hesablanmasına səbəb olmuşdur.
2. Ərizəçinin dəlili: Ərizəçi bildirir ki, pul vəsaitinin dondurulması və bank hesabına sərəncamların getməsi onun sahibkarlıq fəaliyyətini aşkar surətdə iflic vəziyyətə salır. Kommunal və digər xərclərin ödənilməməsinə və s. nəticələrə səbəb olur. Nəticədə sahibkarlıq fəaliyyətinin dayandırılması baş verəcəkdir. Maraqlı şəxsin münasibəti Ərizəçinin MXMT barədə ərizəsi mülahizələri ümumi və bəyan xarakterli olmuş, məhkəməyə qərarın icrasının dayandırılmasının təxirəsalınmaz zərurəti ilə əlaqədar iş üzrə heç bir əlavə sənəd təqdim etməmişdir. Yekun Əsaslanma:
1. Ali Məhkəmənin ##.##.2023-cü il tarixli ** nömrəli Plenum Qərarı (və ona ##.##.2025-ci il tarixli ** nömrəli Qərarla edilmiş dəyişikliklər) müvəqqəti müdafiə tədbirlərinin tətbiqi üçün "təcililik" və "iddianın uğurluluq ehtimalı" şərtlərinin məcmu şəkildə mövcudluğunu tələb edir. Ərizəçi tərəf öz ərizəsində əsas diqqəti iddianın mahiyyətinə yönəltsə də, müvəqqəti tədbir üçün ilkin və sarsılmaz şərt olan təcililik faktını obyektiv sübutlarla (maliyyə hesabatları, bank çıxarışları, kritik ödəniş tapşırıqları və s.) əsaslandırmamışdır;
2. Inzibati hüquq doktrinasına və Plenum Qərarının 4.1-4-cü bəndinə görə, pul vəsaitlərinin hərəkəti ilə bağlı aktlar mahiyyəti etibarilə geri qaytarıla biləndir (restitutio in integrum). Gələcəkdə iddia təmin olunacağı təqdirdə, həmin vəsaitlərin faizləri ilə birgə qaytarılması qanunvericiliklə təmin olunduğundan, burada "bərpası mümkün olmayan" və ya "fiziki məhv olma" təhlükəsi mövcud deyil;
3. Vergi daxilolmaları ictimai maraqların (büdcə intizamı, sosial layihələr) təmin olunması üçün suveren resursdur. Ərizəçinın ümumi xarakterli "fəaliyyətin iflic olması" iddiası dövlətin legitim fiskal maraqlarından üstün tutula bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 965-ci maddəsinə əsasən, bank hesabındakı sərəncam işçilərin əmək haqlarının, alimentlərin və sağlamlığa vurulmuş zərərin ödənilməsinə maneə yaratmır. Bu da ərizəçinın sosial öhdəliklərini icra edə bilməməsi barədə dəlillərini hüquqi əsasdan məhrum edir;
4. Ali Məhkəmənin Inzibati Kollegiyasının 2025-ci il üzrə çoxsaylı qərarları (o cümlədən 15 (102)-58/2025, **(***)-**/**** nömrəli qərarlar) təsdiq edir ki, təcililik şərti konkret faktlarla sübut olunmadıqda və zərər geri qaytarıla bilən xarakter daşıdıqda müvəqqəti müdafiə tədbiri tətbiq edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli *-**-*-*/*-*******/**** nömrəli qərarla bağlı hissədə təmin edilməməsi, “Pul vəsaitinin ƏDV sub-uçot hesabında dondurulması barədə” ##.##.2026-ci il tarixli *-**-*- */*-*****/**** nömrəli qərarla bağlı hissədə isə mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
8. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsi, iddiaçı Ərizəçi cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı «qərarın ləğv edilməsi, qərar əsasında hesablanmış borcun şəxsi hesab vərəqəsindən silinməsi» barədə iddia tələbinə dair iş üzrə məhkəmə qərarı qəbul edilib qanuni qüvvəyə minənədək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin # ### 2026-cı il tarixli *-**-*-*/*- *******/**** nömrəli qərarının icrası dayandırılması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə həvalə edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəyə mahiyyəti üzrə baxılmasına gəldikdə isə məhkəmə iddianın böyük ehtimalla uğurlu olması qənaətinə gəlir. Bu qənaətin əsası ondan ibarətdir ki, iddiaçının dəlili 2026-cı ilin mart ayında əməliyyat aparılmamasıdır və bu halda həmin dövrə görə ona ƏDV hesablanması qanunsuz sayıla bilər. Iddianın növünə görə sübutetmə yükü daşıyan inzibati orqan isə, bu xüsusatın təkzibi üzrə heç bir tutarlı dəlil bildirmir, hər hansı sübut təqdim etmir. Belə olan halda məhkəmə iddianı böyük ehtimalla uğurlu qiymətləndirir. Bundan başqa, mübahisə predmeti olan # ### 2026-cı il tarixli qərarın icrası istiqamətində iddiaçının hesablarında müvafiq əməliyyatlar üzrə vəsaitlərin dondurulması və digər hərəkətlərin aparılması istisna olunmur ki, bu da təsərrüfat subyekti kimi iddiaçının fəaliyyətinə cidd təsir göstərə bilər. Odur ki, iddiaçının ərizəsi üzrə ilkin təcili tənzimləmə zəruridir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq, hesab edir ki, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsindəki dəlilləri əsaslı olduğundan, ərizə təmin edilməli və mübahisəyə baxılıb qurtaranadək mübahisə predmeti olan # ### 2026-cı il tarixli *-**-*-*/*-*******/**** nömrəli qərarın icrası dayandırılmalıdır.
10. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh orqan apellyasiya şikayətində maddi hüquq normalarını sadalamış və qeyd etmişdir ki, Uçot-baza məlumatlarına əsasən ərizəçinin ##.##.2013-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ##.##.2023-cü il tarixdən ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət”indən ibarət olduğu müəyyən edilmişdir. Əlavə dəyər vergisi üzrə: “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli *-**-*-*/*-*******/**** nömrəli qərarla 2026-cı ilin mart ayının əlavə dəyər vergisi üzrə 390 56,10 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablamanın əsası 390 56,10 manat ƏDV məbləği üzrə yaranmış kənarlaşma olmuşdur. Belə ki, ərizəçi könüllü olaraq ##.##.2025-ci il tarixdən ƏDV qeydiyyatına alınmış, lakin vergi orqanı tərəfindən aparılan təhlillər nəticəsində ƏDV qeydiyyatının qüvvəyə minmə tarixi ##.##.2023-cü il tarixinə dəyişdirilmişdir. Ərizəçinin dövriyyəsi ##.##.2023-cü il tarixdən- ##.##.2026-cı il tarixədək onlayn kassa məlumatlarına əsasən 332 372,87 (ƏDV-li) manat olmuş və depozit hesaba mədaxil 2000 manat olmasına baxmayaraq, ƏDV bəyannamələrinin 305-ci sətrində isə cəmi 89 449,53 (ƏDV-li) manat olaraq göstərilmişdir. Qeyd olunanlarla əlaqədar, 390 56,10 manat ƏDV məbləği üzrə kənarlaşma yaranmışdır. Müəyyən olunmuş risklərlə bağlı kənarlaşmaların aradan qaldırılması üçün ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi üçün ##.##.2026-cı il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” ərizəçiyə gödərilmişdir. Lakin, ərizəçi tərəfindən yaranmış uyğunsuzluqlar aradan qaldırılmamış və müfaviq təsdiqedici sənədlər təqdim edilməmişdir. Nəticədə, “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli *-**-*-*/*- *******/**** nömrəli qərar qəbul edilərək ərizəçiyə göndərilmişdir. Müvəqqəti xarakterli müdafiə tədbirləri barədə ərizəsi ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı ciddi əsaslandırma və sübut təqdim edilmədən verildiyi üçün təmin edilməməlidir. Ali Məhkəmənin ##.##.2023-cü il tarixli ** nömrəli Plenum Qərarı (və ona ##.##.2025-ci il tarixli ** nömrəli Qərarla edilmiş dəyişikliklər) müvəqqəti müdafiə tədbirlərinin tətbiqi üçün "təcililik" və "iddianın uğurluluq ehtimalı" şərtlərinin məcmu şəkildə mövcudluğunu tələb edir. Ərizəçi tərəf öz ərizəsində əsas diqqəti iddianın mahiyyətinə yönəltsə də, müvəqqəti tədbir üçün ilkin və sarsılmaz şərt olan təcililik faktını obyektiv sübutlarla (maliyyə hesabatları, bank çıxarışları, kritik ödəniş tapşırıqları və s.) əsaslandırmamışdır. Inzibati hüquq doktrinasına və Plenum Qərarının 4.1-4-cü bəndinə görə, pul vəsaitlərinin hərəkəti ilə bağlı aktlar mahiyyəti etibarilə geri qaytarıla biləndir (restitutio in integrum). Gələcəkdə iddia təmin olunacağı təqdirdə, həmin vəsaitlərin faizləri ilə birgə qaytarılması qanunvericiliklə təmin olunduğundan, burada "bərpası mümkün olmayan" və ya "fiziki məhv olma" təhlükəsi mövcud deyil. Vergi daxilolmaları ictimai maraqların (büdcə intizamı, sosial layihələr) təmin olunması üçün suveren resursdur. Ərizəçinın ümumi xarakterli "fəaliyyətin iflic olması" iddiası dövlətin legitim fiskal maraqlarından üstün tutula bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 965-ci maddəsinə əsasən, bank hesabındakı sərəncam işçilərin əmək haqlarının, alimentlərin və sağlamlığa vurulmuş zərərin ödənilməsinə maneə yaratmır. Bu da ərizəçinın sosial öhdəliklərini icra edə bilməməsi barədə dəlillərini hüquqi əsasdan məhrum edir. Ali Məhkəmənin Inzibati Kollegiyasının 2025-ci il üzrə çoxsaylı qərarları (o cümlədən 15 (102)-58/2025, **(***)-**/**** nömrəli qərarlar) təsdiq edir ki, təcililik şərti konkret faktlarla sübut olunmadıqda və zərər geri qaytarıla bilən xarakter daşıdıqda müvəqqəti müdafiə tədbiri tətbiq edilə bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi apellyasiya apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi əlavə olaraq bildirdi ki, dövriyyənin iki yüz min məbləğinə keçməsinə səbəb saxta elektron qaimə fakturaların olmasıdır. Eyni zamanda vergi orqanının əməkdaşı olmuş Şamil adlı şəxs ona telefonla zəng edərək kassaya müvafiq satışın vurulması ilə bağlı göstəriş vermiş, o da fəaliyyətinə müdaxilə yaradılacağından çəkindiyi üçün faktiki olaraq aparılmayan satış əməliyyatlarını kassaya vurmuşdur. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir.
tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. 157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il ######ın #-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli (xarici mənşəli balıq məhsulları istisna olmaqla)) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. 161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur.
15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
16. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... 7.3. Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları IPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. ... 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın icrasını dayandırarkən hesablanmış vergi borcunun mənbəyini, elektron qaimələrlə NKA dövriyyəsi arasındakı fərqi və ərizəçinin dəlillərinin həmin hesablamaya təsir edib-etməməsini qiymətləndirməmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.
21. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.
22. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı qeyd edir ki, ərizəçinin ƏDV üzrə vergi, faiz, və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması məqsədilə cavabdeh orqan tərəfindən ##.##.2026-cı il tarixdə *-**-*-*/*-*****/**** saylı qərar qəbul edilmişdir. Qeyd olunan hallar onu göstərir ki, ərizəçinin ƏDV sub-uçot hesabında olan pul vəsaitinə məhdudlaşdırıcı icra tədbirləri həyata keçirilir. Odur ki, ərizəçinin hüquqlarına müdaxilə ilə bağlı real təhlükə mövcuddur.
23. Məhkəmə kollegiyası ərizəçinin fərdi vəziyyətini nəzərə alaraq qeyd edir ki, ƏDV sub-uçot hesabında vəsaitin dondurulması ərizəçinin ƏDV üzrə hesablaşmalarına və cari maliyyə dövriyyəsinə təsir göstərə bilər. Qeyd edilən məsələyə münasibətdə təminat tədbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur. Elektron qaimə-faktura məlumatları ilə NKA məlumatlarında əks olunan satış dövriyyəsinin fərqləndirilməsi:
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən həmin Qaydalar Vergi Məcəlləsinin 71-1.2ci maddəsinə uyğun olaraq hazırlanmış və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən etmişdir. Qaydaların 1.2-ci bəndinə görə elektron qaiməfaktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
25. Vergi Məcəlləsinin 13.2.24 və 16.1.8-ci maddələrinə əsasən nəzarət-kassa aparatı malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik və vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş elektron avadanlıq və ya kompüter sistemidir. Buna görə onlayn kassa dövriyyəsi dedikdə həmin aparat vasitəsilə rəsmiləşdirilmiş hesablaşmaların, yəni kassa çeki ilə təsdiqlənən satış əməliyyatlarının pul ifadəsi başa düşülür.
26. Göründüyü kimi elektron qaimə-faktura təqdimetmə və ya mal hərəkəti üzrə ilkin uçot sənədi, NKA məlumatı isə kassa çeki ilə rəsmiləşdirilmiş satış əməliyyatına dair fiskal məlumatdır. Buna görə konkret elektron qaimədəki əməliyyatın NKA məlumatlarında əks olunması müəyyən edilmədən həmin sənədlər üzrə məbləğlərin eyni satış dövriyyəsinə aid olması qəbul edilə bilməz. Ərizəçinin dəlilləri:
27. Hazırkı işdə ərizəçi elektron qaimə-fakturaların onun xəbəri olmadan tərtib edilməsini, həmin qaimələrin saxta olmasını və buna görə də, vergi borcunun yaranmasını bildirir. Halbuki cavabdeh orqan mübahisələndirilən qərar üzrə əlavə ƏDV məbləğini həmin elektron qaimələr əsasında yox, ##.##.2023–##.##.2026 dövrü üzrə NKA məlumatlarında əks olunmuş 332.372,87 manat ƏDV-li satış dövriyyəsi ilə ƏDV bəyannamələrinin 305-ci sətrində göstərilmiş 89.449,53 manat dövriyyə arasındakı fərq əsasında hesablamışdır.
28. Buna görə ərizəçinin elektron qaimələrin saxta olması barədə dəlilləri yalnız həmin qaimələrin mübahisələndirilən qərarda əsas götürülmüş 332.372,87 manat NKA dövriyyəsinin tərkibinə daxil edilməsi və ya həmin dövriyyəni artırması müəyyən olunduğu halda hesablamaya təsir edə bilərdi. Alış qaimələrinin saxta olması ərizəçinin NKA ilə rəsmiləşdirilmiş satış dövriyyəsinin artmasına və ya 305-ci sətr üzrə ƏDV-nin yaranmasına səbəb olmur.
29. Ərizəçinin satmadığını bildirdiyi satış və qaytarma qaimələrinə gəldikdə isə, bu qaimələr də yalnız onların NKA dövriyyəsinə daxil edildiyi sübut olunduğu halda mübahisələndirilən qərarın qanuniliyinə təsir edə bilərdi. Lakin cavabdeh tərəfindən təqdim edilmiş Excel faylları ilə həmin qaimələrin tarix və məbləğləri müqayisə edildikdə istinad olunan qaimələrin eyni tarixlərdə NKA dövriyyəsində əks olunması müəyyən edilmir. Elektron qaimə-fakturalarla onlayn kassa dövriyyəsinin müqayisəsi:
30. Tədqiq edilmiş sənədlərdən görünür ki, ərizəçinin saxta hesab etdiyi qaimələrin məbləğləri eyni tarixlər üzrə NKA dövriyyəsi ilə üst-üstə düşmür. Məsələn, X1 ilə bağlı ##.##.2025-ci il tarixli 15.705,80 manatlıq qaimə göstərilsə də, həmin tarix üzrə NKA satış dövriyyəsi 250 manat, çek sayı isə 8 qeyd edilmişdir. ##.##.2025-ci il tarixli 13.098 manatlıq qaimə üzrə isə həmin tarixdə NKA satış dövriyyəsi 76,65 manat, çek sayı 3 qeyd edilmişdir. Ərizəçi satıcı kimi göstərildiyi ##.##.2025-ci il tarixli 13.205,38 manatlıq qaimə də həmin gün NKA dövriyyəsində satış olaraq öz əksini tapmamışdır. Həmin tarix üzrə NKA dövriyyəsi 250 manatdır. Ramazan Yunusovla bağlı ##.##.2024-cü il tarixli 3.371,85 manatlıq qaimə olduğu halda, həmin tarix üzrə NKA dövriyyəsi 485 manat olmuşdur. Soltan Orucov və Tural Teymurovla bağlı ##.##.2025-ci il tarixli 8.695,71 manat və 7.567,93 manat məbləğli qaimələr üzrə isə həmin tarixdə NKA satış sətri yoxdur (Eyni hal ##.##.2025-ci il tarixə aid 6792,08 və 2596 manat məbləğində tərtib edilmiş qaimələrə də aiddir).
31. X2 tərəfindən Ərizəçi adına yazıldığı göstərilən qaimələrin bir qismi ##.##.2023, ##.##.2023 və sonrakı tarixlərə aiddir. ##.##.2025-ci il tarixli 414,65 manatlıq qaimə olduğu halda həmin tarix üzrə NKA dövriyyəsi 250 manat, ##.##.2025-ci il tarixli 707,31 manatlıq qaimə olduğu halda həmin tarix üzrə NKA dövriyyəsi 250 manat, ##.##.2025-ci il tarixli 656,08 manatlıq qaimə olduğu halda həmin tarix üzrə NKA dövriyyəsi 474,40 manat, ##.##.2025-ci il tarixli 268,04 manatlıq qaimə olduğu halda həmin tarix üzrə NKA dövriyyəsi 100,70 manat kimi müəyyən edilir. Qeyd olunan müqayisədən görünür ki, həmin qaimələr üzrə məbləğlər eyni tarixlərdə NKA məlumatlarında satış dövriyyəsi kimi əks olunmamışdır. Buna görə həmin qaimələrin 332.372,87 manatlıq NKA dövriyyəsinin tərkibinə daxil edilməsi sübut olunmur.
32. Ərizəçinin təqdim etdiyi ##.##.2025-ci il tarixli malların geri qaytarılması ilə bağlı elektron qaimə məlumatları NKA satış dövriyyəsinə aid deyil. ##.##.2026-cı il tarixli qaytarma qaiməsi isə ümumiyyətlə mübahisəli hesablamanın aid olduğu ##.##.2023- ##.##.2026-cı ildən sonrakı dövrə aiddir.
33. Beləliklə, təqdim edilmiş qaimələrin 332.372,87 manatlıq NKA dövriyyəsinin tərkibinə daxil olması müəyyən edilmir. Cavabdeh orqanın əlavə vergini hesablama metodu:
34. Vergi Məcəlləsinin 155.1-ci maddəsinin məzmununa görə vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrdə 200.000 manatdan artıq olduqda şəxsin ƏDV qeydiyyatı öhdəliyi yaranır. Məcəllənin 157.3.1 və 157.5-ci maddələri isə belə halda ƏDV qeydiyyatının qüvvəyə minmə tarixinin müəyyən edilməsini və vergi orqanının şəxsi öz təşəbbüsü ilə qeydiyyata almasını tənzimləyir.
35. Iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh orqan ərizəçinin ƏDV qeydiyyatının ##.##.2023-cü il tarixdən qüvvəyə minməsini ##.##.2022–##.##.2023 dövrü üzrə ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların həcminin 200.000 manatdan artıq olması ilə əsaslandırmışdır. Təqdim edilmiş Excel fayllarında həmin dövr üzrə onlayn kassa dövriyyəsinin 214.421,05 manat olması müəyyən edilir.
36. Cavabdeh orqan ##.##.2023–##.##.2026 dövrü üzrə 332.372,87 manat onlayn kassa dövriyyəsi müəyyən etmiş, daha sonra həmin dövr üzrə ƏDV bəyannamələrinin 305-ci sətrində göstərilmiş dövriyyə 89.449,53 manat olduğundan, fərq 242.923,34 manat (332.372,87 - 89.449,53) hesablanmışdır.
37. Vergi Məcəlləsinin 173.1, 174.1 və 175-ci maddələrinə əsasən büdcəyə ödənilməli ƏDV vergi tutulan dövriyyə üzrə hesablanmış ƏDV ilə əvəzləşdirilən ƏDV arasındakı fərq əsasında müəyyən edilir.
38. Cavabdeh orqan 242.923,34 manat fərqi ƏDV-li məbləğ kimi qiymətləndirdiyindən həmin fərqin tərkibindəki ƏDV-ni ayıraraq 37.056,10 manat (242.923,34x18/118) hesablamışdır. ƏDV depozit hesabına daxil olmuş, lakin bəyannamədə əks etdirilməyən 2.000 manat məbləğ də nəzərə alınmaqla yekun kənarlaşma 39.056,10 manat müəyyən edilmişdir.
39. 2026-cı ilin mart ayı üzrə kameral ƏDV bəyannaməsində də həmin hesablamaya uyğun 305-ci sətr üzrə dövriyyə 228.581,29 manat, həmin dövriyyədən hesablanan ƏDV isə 41.144,63 manat göstərilmişdir. Həmin bəyannamədə 308-ci sətr üzrə 546,92 manat əvəzləşdirilən ƏDV nəzərə alınmış, nəticədə 40.597,71 manat ƏDV hesablanmış, əvvəlki bəyannamə üzrə hesablanmış 1.541,61 manat çıxılaraq mübahisələndirilən qərarda göstərilmiş 39.056,10 manat əlavə ƏDV məbləği müəyyən edilmişdir.
40. Beləliklə, mübahisələndirilən 39.056,10 manat əlavə ƏDV elektron qaimələrə deyil, NKA satış dövriyyəsi ilə bəyannamədə göstərilmiş dövriyyə arasındakı fərqə əsasən hesablanmışdır. Əsas iddianın uğurluluq ehtimalının qiymətləndirilməsi:
41. Ərizəçi 29 elektron qaimə üzrə 123.034,15 manat məbləğində əməliyyatlardan xəbərsiz olduğunu bildirmişdir (daha sonra 34 saxta qaimə üzrə 130422,27 manat məbləğində əməliyyatlar aparılması qeyd olunur). Ərizəçi hesab edir ki, Şamil adlı şəxs saxta elektron qaimələr tərtib etdiyinə görə onun dövriyyəsi süni şəkildə artmış və nəticədə ƏDV borcu yaranmışdır. Işdə olan DVX-nin ##.##.2026-cı il tarixdə ərizəçiyə ünvanlanmış məktubunda Xidmətin ##.##.2026-cı il tarixli əmri ilə X5 yol verdiyi nöqsanlara görə vergi orqanlarında xidmətinə xitam verilməsi və toplanmış materialların aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qeyd edilmişdir. Qeyd olunan hal ərizəçinin əsas dəlili olan saxta elektron qaimə-fakturların tərtib edilməsi ilə bağlı şübhələrin mövcud olduğunu göstərir. Lakin bu hal mübahisələndirilən vergi qərarında hesablanmış 39.056,10 manat əlavə ƏDV borcunun məhz həmin qaimələrdən yaranması nəticəsinə gəlmək üçün əsas yaratmır. Belə ki, hazırkı mübahisədə vergi hesablamasının mənbəyi elektron qaimələr yox, onlayn kassa məlumatları olmuşdur.
42. Birinci instansiya məhkəməsi ərizəçinin 2026-cı ilin mart ayında hər hansı əməliyyat aparmaması və cavabdeh inzibati orqanın bu halı təkzib edən tutarlı sübut təqdim etməməsindən çıxış edərək əsas iddianın böyük ehtimalla uğurlu olması qənaətinə gəlmişdir.
43. Lakin məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır. Birinci instansiya məhkəməsinin 2026-cı ilin mart ayında əməliyyat aparılmamasına əsaslanması mübahisəli hesablamanın mahiyyətinə uyğun deyildir. Əlavə ƏDV yalnız həmin aya deyil, ##.##.2023–##.##.2026-cı illər üzrə NKA satış dövriyyəsi ilə ƏDV bəyannamələrində göstərilmiş dövriyyə arasındakı fərqə görə hesablanmışdır. Buna görə 2026-cı ilin mart ayında əməliyyat aparılmaması həmin fərqi aradan qaldırmır.
44. Ərizəçinin istinad etdiyi alış qaimələri 305-ci sətr üzrə hesablanan ƏDV-nin mənbəyi hesab edilə bilməz. Satış və qaytarma qaimələrinin isə NKA dövriyyəsinə daxil edilməsi hazırkı mərhələdə müəyyən edilmir. Həmin dövr üzrə ərizəçinin satıcı kimi elektron qaimə dövriyyəsinin olmaması onu göstərir ki, ##.##.2023-cü il tarixdən ƏDV qeydiyyatına alınma elektron qaimələrə deyil, məhz ##.##.2022–##.##.2023 dövrü üzrə NKA məlumatlarında əks olunmuş 214.421,05 manat dövriyyəyə əsaslanmışdır.
45. Hazırkı mərhələdə NKA məlumatlarında əks olunmuş satış dövriyyəsinin düzgün olmaması müəyyən edilmir. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi bildirmişdir ki, “Şamil adlı şəxs telefonla ona zəng edərək kassaya hansı məbləğin vurulmasını bildirsə həmin məbləği də, kassaya daxil etmişdir”. Ona görə də, faktiki etmədiyi satış əməliyyatları onun dövriyyəsində görünür.
46. Kollegiya qeyd edir ki, satış əməliyyatlarının faktiki baş vermədiyi halda vergi əməkdaşının telefonla göstərişi əsasında NKA-ya daxil edilməsi ərizəçinin izahatından başqa sübutla təsdiqlənmir. Bununla yanaşı, faktiki mövcud olmayan satış əməliyyatlarının NKA-da rəsmiləşdirilməsi vergi əməkdaşının şifahi göstərişi ilə əsaslandırıla bilməz. Ərizəçinin vergi yoxlamasından çəkinməsi belə bu əməliyyatların kassaya daxil edilməsinə haqq qazandıra bilməz.
47. Əgər ərizəçi sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə ediləcəyini düşünürdüsə bu barədə aidiyyəti orqanlara müraciət etmək hüququ olmuşdur. Iş materiallarında ərizəçinin DVX-nə müraciət etməsi və həmin müraciət əsasında Şamil Əsədullayev barəsində tədbir görülməsi də onu göstərir ki, ərizəçinin səmərəli hüquq müdafiə vasitəsindən istifadə etmək imkanı mövcud olmuşdur. Buna görə də, yalnız ərizəçinin öz izahatına əsaslanan həmin dəlili əsas iddianın böyük ehtimalla uğurlu olması qənaətini yaratmır.
48. Nəzərə alınmalıdır ki, məhkəmə hazırkı mərhələdə vergi ödəyicisinin yekun vergi öhdəliyini müəyyən etmir. Məhkəmə yalnız müvəqqəti xarakterli müdafiə tədbiri baxımından inzibati aktın ilk baxışda əsaslı olub-olmamasını, əsas iddianın uğurluluq ehtimalını və ərizəçinin təcili müdafiəyə ehtiyacının olub-olmamasını qiymətləndirir. Bu qiymətləndirmə isə mübahisələndirilən qərarın normativ əsaslandırılması, hesablamanın aydın və yoxlanıla bilən olması ilə birbaşa bağlıdır.
49. Işdə mövcud olan sənədlər əsas iddianın uğurlu olub-olmayacağı ilə bağlı ilkin proqnozun verilməsi üçün kifayət edən həcmdədir. Ərizəçinin elektron qaimələrlə bağlı dəlilləri ilə mübahisələndirilən qərarda hesablanmış əlavə ƏDV arasında əlaqə müəyyən edilmədiyindən, əsas iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlmək mümkün deyildir. Əksinə, hazırkı mərhələdə bu qənaət daha çox əsas iddianın böyük ehtimalla uğursuz olacağı istiqamətindədir. Odur ki, ziddiyyətli maraqların qiymətləndirilməsinə lüzum yoxdur.
50. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Şəki Inzibati Məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ləğv edilir. Iş üzrə yeni qərardad qəbul edilməklə ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “əsas iş üzrə məhkəmə qərarı qəbul edilib qanuni qüvvəsini alanadək cavabdehin ##.##.2026-cı il tarixli, *-**-*-*/*-*******/**** saylı qərarının icrasının dayandırılması” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.