Məhkəmə qərarları › İş №15(3-10)-72/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-10)-72/2026

23.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-72/2026 23.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X1 və cavabdeh SHXÇÜDX-nın Ağsu rayon şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “cavabdehin ##.##.2026-cı il tarixli qərarının icrasının iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. Iş materiallarında olan müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki: - Yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli qərarına əsasən ərizəçi Çsağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssislərinin (cərrah) ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi A-müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssislərinin (nevropatoloq) ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssislərinin (terapevt) ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi B-sıradankənar həqiqi hərbi xidmətə yararlı hesab olunmuşdur. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) ##.##.2026-cı il tarixli yekun rəyi ilə ərizəçi barəsində daha yüngül qiymətləndirilir (fərqli kateqoriya üzrə təsdiq edilir) barədə qərar qəbul edilmişdir. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi A-müddətli həqiqi hərbi xidmətə yararlı (məhdudiyyət dərəcəsi – 3) hesab olunmuşdur.

2. SHXÇÜDX-nin Ağsu rayon şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə ərizəçinin hərbi xidmətə yola düşməsi üçün çağırış vərəqəsi verilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı Ərizəçi cavabdehlər “xxxx” publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Maraqlı şəxs qarşı “cavabdeh Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsi və onun üzərinə iddiaçının yekun tibbi şəhadətləndirilməyinə dair “Ç” kateqoriya ilə qiymətləndirilərək “müvəqqəti hərbi xidmətə yararsız” qərarının qəbul edilməsi və cavabdeh Azərbaycan Respublikası Maraqlı şəxs tərəfindən hərbi xidmətə çağırılması barədə qərarının ləğv edilməsi və hərbi xidmətə çağırılmama öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Eyni zamanda iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehin ##.##.2026-cı il tarixli qərarının icrasının iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırmışdır ki, “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təşkil edilmiş yekun tibbi müayinənin nəticələrinə əsasən Ağsu rayon (şəhər) çağırış komissiyası tərəfindən ##.##.2026-cı il tarixdə onun barəsində “hərbi xidmətə yararlıdır” qərarı qəbul edilmişdir. Həmin qərar barədə ərizəçiyə ##.##.2026-cı il tarixdə elektron bildiriş göndərilmiş və bildirişdə 2026-cı ilin aprel çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndəriləcəyi qeyd olunmuşdur. Eyni zamanda bildirişdə qəbul edilmiş qərardan Mərkəzi Çağırış Komissiyasına və ya məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu göstərilmişdir. Yekun tibbi müayinə nəticəsində qəbul edilmiş qərardan narazı qaldığına görə əvvəlcə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbərliyinə, daha sonra isə Agentliyin Apellyasiya Şurasına yazılı qaydada müraciət etmişdir. Həmin müraciətlərdə onurğa sütununda mövcud olan skolioz, yastıpəncəlik və digər sağlamlıq problemləri ilə bağlı etirazlarını bildirərək tibbi vəziyyətinin tam və obyektiv araşdırılmasını xahiş etmişdir. Lakin müraciətlərinə baxılmasına baxmayaraq qəbul edilmiş qərar dəyişdirilməmiş və barəsində “hərbi xidmətə yararlıdır” nəticəsi qüvvədə saxlanılmışdır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli *-**-*/*-Q*****/**** nömrəli məktubu ilə ona bildirilmişdir ki, yekun tibbi müayinə zamanı əvvəllər "Vegetativ (avtonom) sinir sisteminin dəqiqləşdirilməmiş pozğunluğu" diaqnozu əsasında müəyyən edilmiş "Ç" kateqoriyası dəyişdirilərək "B" kateqoriyası ilə şəhadətləndirilməsi barədə qərar qəbul edilmişdir. Bu nəticə obyektiv, instrumental və laborator müayinələrin nəticələrinə əsasən verilmişdir. Lakin məktubda əvvəllər müəyyən edilmiş yararsızlıq səbəblərinin hansı əsaslarla aradan qalxmış hesab edildiyi və əvvəlki tibbi rəylərdən fərqli nəticəyə gəlinməsinin səbəbləri kifayət qədər əsaslandırılmamışdır. Bununla da, iddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəyi əsasında qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğunu hesab edir. Belə ki, həmin qərar iddiaçının əvvəlki illərdə keçirilmiş tibbi müayinələrin nəticələri, mövcud tibbi sənədləri və sağlamlıq vəziyyəti ilə bağlı təqdim etdiyi etirazlarla uzlaşmır. Ağsu rayon (şəhər) çağırış komissiyası tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş “hərbi xidmətə yararlıdır” qərarının qanunsuz hesab edilərək ləğv olunması tələbi ilə iddiaçı tərəfindən Şəki inzibati Məhkəməsinə iddia ərizəsi verilmiş və həmin iddia məhkəmənin icraatına qəbul edilmişdir. Hazırda mübahisələndirilən inzibati aktın icrasına başlanılmış, iddiaçıya ##.##.2026-cı il tarixdə hərbi xidmətə yola salınmaq üçün çağırış vərəqəsi təqdim edilmişdir. Bu səbəbdən iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hərbi xidmətə göndərilməsi ehtimalı realdır. Belə olan halda hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi və gələcək məhkəmə qərarının icrasının mümkünsüz hala düşməsinin qarşısının alınması məqsədilə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsini zəruri hesab edir. Ərizəçi hesab edir ki, mövcud tibbi sənədlər və sağlamlıq vəziyyəti ilə bağlı məlumatlar onun hərbi xidmətə yararlılığının yenidən və müstəqil qaydada qiymətləndirilməsini zəruri edir. Mübahisələndirilən qərarın icrasının davam etdirilməsi isə hüquqlarının pozulmasına səbəb olmaqla yanaşı sonradan onların bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

6. Cavabdeh “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə münasibət bildirməmişdir.

7. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Kamran Musayev) “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi təmin edilmiş, *-*-(*-**)-****/**** nömrəli inzibati işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər iddiaçı Ərizəçi həqiqi hərbi xidmətə çağırılması Azərbaycan Respublikası Maraqlı şəxs qadağan edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ərizəçi əsas iddia tələbi üzrə “xxxx” publik hüquqi şəxsin ##.##.2026-ci il tarixli qərarını mübahisələndirir və hazırkı ərizədə onun hüquqi marağı müvəqqəti olaraq hərbi xidmətə çağırılmamasının dayandırılmasında ifadə olunur. Göründüyü kimi, mövcud qanunvericilik normaları 18 yaşına çatmış kişi cinsindən olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün SHXÇD Xidmətinin yerli qurumlarında yaradılmış çağırış komissiyaları tərəfindən onların sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edildiyi hallarda çağırışına möhlət verilməsi haqqında qərar qəbul etməsini nəzərdə tutur. Vətəndaşların hərbi xidmətə yararlı və ya yararsız hesab edilməsi isə DTSER Agentliyi tərəfindən müəyyən edilir və həmin qurum bu barədə qərar (rəy) qəbul edir. Iş materiallarınndan belə müəyyən olunur ki, iddiaçı Ərizəçi DTSERA tərəfindən A kateqoriyası üzrə həqiqi hərbi xidmətə yararlı hesab olunmuşdur. Lakin yerli çağırış komissiyasının və Mərkəzi Həkim Komissiyasının qərarları ilə iddiaçı “C kateqoriyası üzrə dinc dövrdə həqiqi hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı” hesab olunmuşdur. Real Hospitalın ##.##.2026-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”ında Onurğanın frontal səth üzrə çəkilmiş R-qrammasında fəqərələrdə yerdəyişmə, travmatik, destruktik dəyişiklik qeyd olunmadı. Intervertebral sahələr qorunub. Osteogenez fizioloji duruma uyğundur. Bütün fəqərə cisimləri tərəfindən tamamlayıcı lövhələr strukturlu, xətvaridir. Fəqərələrin forma və strukturunda xüsusi patoloji dəyişiklik qeyd edilmədi. Qalça daraqları asimmetrikdir. Onurğanın torako-lümbal S-vari II dərəcəli skoliozu diaqnozu qeyd edilmişdir. Işin halları ilə bağlı məhkəmə iddiaçının arzuladığı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini məqbul qiymətləndirir. Bu qənaət ondan irəli gəlir ki, iddiaçının hərbi xidmətə yararlığı ilə bağlı verilmiş rəylər arasında ziddiyətləri məqamların mövcudluğu aşkardır. Bu isə əlavə məhkəmə araşdırılmasının predmetini təşkil edir. Hazırkı halda isə ərizəçi müddətli həqiqi hərbi xidmətə çağırılaraq hərbi xidmətə aparıldıqdan sonra mövcud vəziyyət dəyişməklə, onun hüquqlarının qorunması mümkün olmayacaq. Çünki onun həqiqi hərbi xidmətdə olması artıq hüquqi marağının qorunmasını lüzumsuz etməklə yanaşı, cavabdehin qərarının da mübahisələndirilməsi nəticəsiz qalacaq. Belə olan halda məhkəmə hesab edir ki, təcili tənzimləməyə ehtiyac zərurəti olduğundan ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı iddiasında mahiyyətcə DTSERA-nın müvafiq qərarını (rəyini) mübahisələndirir və həmin qərar əsasında onun müddətli həqiqi hərbi xidmətə aparılması mövcud vəziyyətdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı ilə nəticələnəcəyindən, habelə ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edildiyindən, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməlidir.

9. Cavabdeh SHXÇÜDX-nın Ağsu rayon şöbəsinin nümayəndəsi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh SHXÇÜDX-nın Ağsu rayon şöbəsi apellyasiya şikayətində maddi hüquq normalarını sadalamış, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdeh SHXÇÜDX-nın Ağsu rayon şöbəsinin nümayəndəsi qeyd etmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən hazırkı məhkəmə icraatı çərçivəsində ərizəçinin 30 yaşı tamam olduğundan onun hərbi xidmətə aparılması qeyri-mümkündür. Tərəflər məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh DTSERA-nın nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdeh DTSERA-nın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

tətbiq edilən hüquq:

13. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları. ... 23.1. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər: 23.1.3. 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar.

14. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli, 2317№ -li Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.

15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: HYPERLINK "https://e-qanun.az/framework/46956" \l "_edn82" \o "" [82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

16. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

17. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “4” oktyabr 2023-cü il tarixli, ** №-li qərarı: 2.2. IPM-in 41 və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 2.3. Inzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır.

21. Belə ki, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə mahiyyəti üzrə baxılması üçün ərizəyə baxılan anda müvafiq şərtlər – o cümlədən, ərizəçinin hüquqi müdafiə ehtiyacı mövcud olmalıdır.

22. Nəzərə alınmalıdır ki, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə icraat prosessual hüququn həyata keçirilməsi üçün bir vasitədir və əsas iddianın baxılmasından əvvəl və ya onun gedişində tərəfin subyektiv hüquqlarının qorunmasını təmin etmək məqsədini güdür. Lakin bu vasitə yalnız müvafiq əsaslar mövcud olduqda tətbiq edilə bilər. Prosessual hüquqların həyata keçirilməsi hüquqi müdafiə marağı ilə birbaşa bağlıdır.

23. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Insan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır.

24. Inzibati Prosessual Məcəllənin 43.1.1-ci maddəsində də müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması əsas şərtlərdən biri kimi müəyyən edilmişdir.

25. Buna görə hüquqi müdafiə ehtiyacı inzibati aktın icra olunacağına və bunun nəticəsində ərizəçinin hüquqlarına təsir göstərəcək vəziyyətin yaranacağına dair real təhlükənin mövcudluğu ilə bağlıdır. Belə təhlükə aradan qalxdıqda müvəqqəti müdafiə tədbirinin tətbiq edilməsinin məqsədi də aradan qalxır.

26. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.8-ci maddəsinə əsasən çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan, müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır.

27. Iş materiallarından görünür ki, ərizəçi ##.##.1996-cı il tarixdə anadan olmuş və hazırkı məhkəmə icraatının gedişində, ##.##.2026-cı il tarixdə onun 30 yaşı tamam olmuşdur.

28. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 18.2-ci maddəsinin məzmunundan görünür ki, qanunverici müvafiq şəxslərin müddətli həqiqi hərbi xidmətə çağırılmasını onların 30 yaşına çatanadək mümkün hesab etmişdir. Buna görə ərizəçinin 30 yaşının tamam olması ilə onun müddətli həqiqi hərbi xidmətə çağırılması üçün qanunda müəyyən edilmiş yaş həddi başa çatmış və müvəqqəti müdafiə tədbiri ilə qarşısının alınması istənilən təhlükə aradan qalxmışdır.

29. Azərbaycan Respublikası Prezidentinin ## ### 2026-cı il tarixli, **** nömrəli Sərəncamının 1-ci bəndinə əsasən, 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan və qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il ####un #-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmuşdur.

30. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh DTSERA tərəfindən ##.##.2026-cı il tarixdə ərizəçi barəsində “daha yüngül qiymətləndirilir” (fərqli kateqoriya üzrə təsdiq edilir) barədə qərar qəbul edilmiş, digər cavabdeh SHXÇÜDX-nin Ağsu rayon şöbəsi tərəfindən ərizəçiyə göndərilmiş ##.##.2026-cı il tarixli SMS bildirişdə isə yerli çağırış komissiyası tərəfindən onun “hərbi xidmətə yararlı” olması barədə qərar qəbul edildiyi göstərilmişdir. Həmin hallar və ərizəçiyə hərbi xidmətə yola salınmaq üçün çağırış vərəqəsinin təqdim edilməsi ərizənin verildiyi vaxt hərbi xidmətə göndərilmə təhlükəsinin mövcud olmasını göstərsə də, ərizəçinin sonradan 30 yaşının tamam olması ilə həmin təhlükə öz aktuallığını itirmişdir.

31. Odur ki, ərizəçinin “hərbi xidmətə yararlı” olması barədə qərarın icrasının dayandırılması və cavabdehin üzərinə onun hərbi xidmətə çağırılmaması ilə bağlı öhdəliyin qoyulması barədə tələbin müvəqqəti müdafiə vasitəsi ilə təmin edilməsinə artıq ehtiyac qalmamışdır.

32. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, icrasının dayandırılması tələbi irəli sürülmüş inzibati akt artıq öz əhəmiyyətini itirdiyindən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizə mümkün sayılmamalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh SHXÇÜDX-nın Ağsu rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ləğv edilir. Ərizəçi Ərizəçi cavabdeh SHXÇÜDX-nin Ağsu rayon şöbəsinə qarşı “cavabdehin ##.##.2026-cı il tarixli qərarının icrasının iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün sayılmır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar