Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-74/2026 27.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Ərizəçi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əsas iş üzrə qərar qanuni qüvvəsini alanadək SHXÇÜDX-nın Ucar rayon şöbəsinin qəbul etdiyi qərarın icrasının dayandırılması və hərbi xidmətə aparılmasının cavabdehə qadağan edilməsi” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Iş materiallarında olan müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki: - Yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli qərarına əsasən ərizəçi C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə yararlı hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssislərinin (psixiatr) ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi A-müddətli həqiqi hərbi xidmətə yararlı (məhdudiyyət dərəcəsi: 4-cü dərəcə) hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssislərinin (dermatoveneroloq) ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi A-müddətli həqiqi hərbi xidmətə yararlı (məhdudiyyət dərəcəsi: 3-cü dərəcə) hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssislərinin (cərrah) ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) ##.##.2026-cı il tarixli yekun rəyi ilə ərizəçi A-3 daha yüngül qiymətləndirilir qeydi ilə hərbi xidmətə yararlı hesab edilmişdir. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli yekun qərarı ilə ərizəçi A-müddətli həqiqi hərbi xidmətə yararlı (məhdudiyyət dərəcəsi: 4-cü dərəcə) hesab olunmuşdur.
2. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi fərqli kateqoriya (A-3) təsdiq edilərək daha yüngül qiymətləndirilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı Ərizəçi cavabdehlər “xxxx” publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinə qarşı “cavabdeh tibbi sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun hərbi xidmətə yararlı olmağı barədə qəbul olunmuş qərarın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin onun hərbi xidmətə aparılmağı ilə bağlı qərarın ləğv edilərək cavabdehin üzərinə “dinc dövrdə hərbi xidmətə yararsızlıq müharibə dövründə məhdud yararlılıq haqqında” qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Eyni zamanda ərizəçi əsas iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək onun həqiqi hərbi xidmətə çağırılması və hərbi xidmətə aparıması barədə cavabdehin qəbul etdiyi qərarın icrasının dayandırılması və iddiaçının hərbi xidmətə aparılmasının cavabdehə qadağan edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, dəri xəstəliyindən əziyyət çəkir. ##.##.1998-ci ildə Ucar rayonunun Qaradağlı kəndində anadan olmuşdur, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsində hərbi qeydiyyatdadır. Belə ki, SHXÇÜDX-nin Ucar rayon şöbəsi tərəfindən 01,07.2026-ci ildə hərbi xidmətə aparılması barədə iddiaçıya çağırış vərəqəsi verilmişdir. Ərizəçi hesab edir ki, həmin çağırış vərəqəsi qanunsuzdur. Hərbi xidmətə, çağırışa yararlı olub-olmaması barədə müayinədən keçirilmiş və müayinələri zamanı iddiaçının hərbi xidmətə aparılması barədə qərar qəbul edilmişdir. O, cavabdeh orqanların rəy və qərarı ilə razı deyil. Belə ki, ona qoyulan diaqnoz üzrə xəstəliyinin hərbi xidmətə yararlılıq ehtimalı yoxdur, buna baxmayaraq cavabdeh orqanlar tərəfindən onun hərbi xidmətə yararlı olması barədə rəy verilmiş, hərbi xidmətə aparılmasına dair qərar qəbul edilmişdir. Bu səbəbdən hüquqlarının və səhhətində gələcəkdə baş verə biləcək pozğunluqların qarşısının alınması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizəyə qarşı etiraz məktubunda bildirmişdir ki, ərizəçi Ərizəçi (FIN: *******) barəsində M23 XBT kodu,“Dizin oynaqdaxili zədələnməsi” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin “D” bəndinin 1-ci qrafasının 58-ci maddəsi üzrə “Ç” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra ərizəçi yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün ##.##.2026-cı il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Onun müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Çağırışçının statusu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin MHHK rəyində qeyd edilmiş diaqnozdan Agentliyin rəyində “Fərqli kateqoriya üzrə təsdiqlənir” barədə qərar qəbul edilmişdir. DTSERA tərəfindən çağırışçının səhhətinə barəsində A-3 kateqoriyası uyğun olduğu barədə rəy verilərək, fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir
6. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Kamran Musayev) “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ərizəçi əsas iddia tələbi üzrə “xxxx” publik hüquqi şəxsin ##.##.2026-ci il tarixli qərarını mübahisələndirir və hazırkı ərizədə onun hüquqi marağı müvəqqəti olaraq hərbi xidmətə çağırılmamasında ifadə olunur. Mövcud qanunvericilik normaları 18 yaşına çatmış kişi cinsindən olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün SHXÇD Xidmətinin yerli qurumlarında yaradılmış çağırış komissiyaları tərəfindən onların sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edildiyi hallarda çağırışına möhlət verilməsi haqqında qərar qəbul etməsini nəzərdə tutur. Vətəndaşların hərbi xidmətə yararlı və ya yararsız hesab edilməsi isə DTSER Agentliyi tərəfindən müəyyən edilir və həmin qurum bu barədə qərar (rəy) qəbul edir. xxxx” publik hüquqi şəxsi iddiaya etirazında qeyd etmişdir ki, ərizəçi barədə sonuncu dəfə “DTSERA” tərəfindən onun hərbi xidmətə yararlı hesab olunması barədə qərar qəbul edilmişdir. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb görünməməsi məsələsini həll etməlidir.” Hazırkı məhkəmə icraatında, istər iddia ərizəsində və iddia qaldırılarkən təqdim olunmuş sənədlərdə, istərsə də məhkəmə iclasında iddiaçı tərəf tələbinə dair tutarlı əsaslar və dəlillər bildirməmiş, yalnız əvvəlki müayinələrə istinad etmişdir ki, onların da düzgün olub olmaması əsas iddia tələbi üzrə araşdırma predmetini təşkil edir. Yəni hazırkı ərizədə ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması şərtlərinin məcmu halda birgə mövcudluğu müəyyən olunmur. Hazırkı halda ##.##.2026-cı il tarixində ərizəçi barəsində aparılmış müayinələrin nəticəsinin əsassız olması qənaətinə gəlmək üçün yetərli sübutlar mövcud deyil. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı iddiasında mahiyyətcə DTSERA-nın müvafiq qərarını (rəyini) mübahisələndirir və hazırkı halda həmin qərarın mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükə kimi qiymətləndirilərək onun dayandırılması üçün yetərli əsaslar mövcud deyil. Beləliklə, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməməlidir.
8. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
9. Ərizəçi, apellyasiya şikayətini ilkin ərizə ilə eyni məzmunda əsaslandırmış, maddi hüquq normalarını sadalamış, Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Cavabdeh orqan apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. tərəflərin izahatları:
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxs SHXÇÜDXnın Ucar rayon şöbəsinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, mübahisələndirilən qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin nümayəndlərinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
tətbiq edilən hüquq:
13. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. ... 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə) gəlməlidirlər. 14.1.2. Çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifəsi olaraq müəyyən edilmişdir.
14. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə: 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.9. hərbi vəzifəlilərin səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada çağırış komissiyaları yaratmaq;
15. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli, 2317№ -li Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:
1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. ... 2.18. barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEIS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEIS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEIS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEIS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEIS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. ... 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEIS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “ HYPERLINK "http://eqanun.az/framework/11254" \o "Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-IIQ nömrəli Qanunu" \t "_blank" Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 2-1.20. Şura 7 (yeddi) üzvdən – sədr nümayəndələrindən biri olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 (iki), Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1 (bir), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 (bir), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 (bir), Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1 (bir) və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin 1 (bir) məsul şəxsindən ibarətdir. ... Şuraya verilmiş şikayətlərə 5 (beş) gün müddətində baxılır və qəbul edilən qərarlar 5 (beş) gün ərzində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün Agentliyin Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla altsistemə daxil edilir.
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: HYPERLINK "https://e-qanun.az/framework/46956" \l "_edn82" \o "" [82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
18. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
19. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “4” oktyabr 2023-cü il tarixli, ** №-li qərarı: 2.2. IPM-in 41 və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 2.3. Inzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.
23. Belə ki, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə mahiyyəti üzrə baxılması üçün ərizəyə baxılan anda müvafiq şərtlər – o cümlədən, ərizəçinin hüquqi müdafiə ehtiyacı mövcud olmalıdır.
24. Nəzərə alınmalıdır ki, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə icraat prosessual hüququn həyata keçirilməsi üçün bir vasitədir və əsas iddianın baxılmasından əvvəl və ya onun gedişində tərəfin subyektiv hüquqlarının qorunmasını təmin etmək məqsədini güdür. Lakin bu vasitə yalnız müvafiq əsaslar mövcud olduqda tətbiq edilə bilər. Prosessual hüquqların həyata keçirilməsi hüquqi müdafiə marağı ilə birbaşa bağlıdır.
25. Iş materiallarından görünür ki, ərizəçi DTSERA-nın ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi daha yüngül qiymətləndirilərək fərqli kateqoriya üzrə təsdiqlənmiş (A-3), SHXÇÜDX-nin Ucar rayon şöbəsi tərəfindən ərizəçinin hərbi xidmətə yararlı sayılması ilə bağlı ayrıca qərar qəbul edilməmişdir.
26. Buna baxmayaraq, ərizəçi, əsas iddia tələbində DTSERA-nın onun hərbi xidmətə yararlılığı ilə bağlı qəbul etdiyi qərarı mübahisələndirməklə bərabər, SHXÇÜDXnin Ucar rayon şöbəsinin mövcud olmayan qərarının ləğvini xahiş etmişdir. Hazırda SHXÇÜDX-nin Ucar rayon şöbəsinin mövcud olmayan qərarının icrasının dayandırılması xahiş edilir. Birinci instansiya məhkəməsi ərizəni bütövlükdə rədd etməklə mövcud olmayan qərarın icrasının dayandırılması ilə bağlı tələbə mahiyyəti üzrə qiymət vermişdir.
28. Buna görə də, kollegiya hesab edir ki, icrası dayandırılması tələb edilən qərar üçüncü şəxs SHXÇÜDX-nin Ucar rayon şöbəsi tərəfindən qəbul edilmədiyindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə “qərarın icrasının dayandırılması” hissəsində mümkünlük şərtlərinə cavab verməmişdir.
29. Hazırda ərizəçinin hüquqi marağı əsas iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək SHXÇÜDX-nin Ucar rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmamasına nail olmaqdır. Həmin hissədə ərizə mümkünlük şərtlərinə cavab verir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.
31. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.
33. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.
34. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəlikləri ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliklərinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur.
35. Iş materiallarından görünür ki, ərizəçinin sağlamlıq vəziyyəti tibbi şəhadətləndirmə zamanı üç diaqnoz üzrə qiymətləndirilmişdir: dizin oynaqdaxili zədələnməsi, vitiliqo və nevrotik pozuntu ilə əlaqədar emosional simptomlar. Xəstəliklər cədvəlinin 58-ci maddəsi üzrə qiymətləndirmə:
36. Iş materiallarında olan tibbi sənədlərdə ərizəçinin diz oynaqları ilə bağlı onun hər iki dizdə ağrı və tutulmadan şikayət etməsi, 2021-ci ildə yol-nəqliyyat hadisəsi nəticəsində travma alması və əməliyyat olunmaması göstərilmişdir. Aparılmış müayinələrdə diz oynaqlarında zədələnmə əlamətləri, o cümlədən ön çarpaz bağda gərilmə və menisklərdə dəyişikliklər müəyyən edilmişdir. Lakin qeyd olunmuşdur ki, əyani müayinədə hər iki diz oynağında hərəkətlər tam olmuş, oynaqlarda qeyri-sabitlik aşkar edilməmişdir.
37. Xəstəliklər cədvəlinin 58-ci maddəsi iri oynaqların, sümüklərin və qığırdaqların cərrahi xəstəlikləri və zədələnmələri, osteopatiya və xondropatiyaları əhatə edir. Həmin maddə ilə yararsızlığın tətbiq edilməsi üçün mövcud tibbi göstəricilərin məhz maddənin müvafiq bəndlərində göstərilən ağırlaşmalara səbəb olması müəyyən edilməlidir.
38. 58-ci maddənin “a” bəndi oynaq funksiyasının mühüm dərəcədə pozulduğu halları, o cümlədən oynağın hərəkətsiz qalmasını, patoloji hərəkətliliyini, hərəkətlərin mühüm məhdudlaşmasını və ya davamlı ağır dəyişiklikləri əhatə edir. Ərizəçidə qeyd olunan hallar müəyyən edilməmiş, hər iki dizdə hərəkətlərin tam olması göstərilmişdir.
39. 58-ci maddənin “b” bəndinin tətbiqi üçün nəzərəçarpan qeyri-sabitlik, təkrarlanan çıxıqlar və ya sinovit, əzələ atrofiyası, hərəkətlərin mülayim dərəcədə məhdudlaşması ilə davamlı kontraktura kimi göstəricilər ərizəçidə müəyyən edilmir. Əksinə, əyani müayinə zamanı oynaqların stabil və hərəkətlərin tam olması müəyyən edilmişdir.
40. 58-ci maddənin “c” bəndi funksiyanın cüzi dərəcədə pozulmasını tələb edir. Həmin bənddə orta fiziki yük zamanı yaranan oynaq qeyri-sabitliyi və ya sinovit, yaxud hərəkətlərin həcminin cüzi pozulması ilə davamlı kontraktura nəzərdə tutulur. Yuxarıda qeyd edildiyi kimi ərizəçidə oynaqların stabil və hərəkətlərin tam olması bu bəndin də, tətbiqini istisna edir.
41. 58-ci maddənin “d” bəndi xəstəlik, yaralanma və ya travmanın nəticələrinin müalicəsindən sonra mövcud olan müvəqqəti funksional pozuntulara tətbiq edilir. Bu bəndin tətbiqi üçün hazırda davam edən müalicə və ya bərpa dövrünün, yaxud həmin dövrdə oynağın funksiyasının müvəqqəti məhdudlaşmasının müəyyən edilməsi tələb olunur. Ərizəçinin istinad etdiyi travma 2021-ci ildə baş vermiş, cərrahi əməliyyat aparılmamışdır.
42. Odur ki, tibbi sənədlərdə göstərilən zədələnmələr 58-ci maddənin hərbi xidmətə daimi və ya müvəqqəti yararsızlıq yaradan “a”, “b”, “c” və “d” bəndlərinin tətbiqinə əsas vermir.
43. Məhz bu göstəricilər nəzərə alınaraq Agentliyin yekun tibbi müayinəsində ərizəçinin vəziyyəti “funksiya pozulması olmayan sol diz oynağının ön çarpaz bağının gərilməsi” kimi qiymətləndirilmiş, Xəstəliklər cədvəlinin 58-ci maddəsinin “ç” bəndi və A-3 kateqoriyası tətbiq edilmişdir. Həmin bənd xəstəlik və ya zədələnmənin obyektiv əlamətləri mövcud olsa da, oynaq funksiyasının pozulmadığı halları əhatə edir. Ərizəçinin tibbi sənədlərində zədələnmə əlamətlərinin olması, eyni zamanda hərəkətlərin tam və oynağın stabil qalması məhz bu bəndə uyğunluq təşkil edir. Həmin bəndin tələbinə görə isə ərizəçinin hazırkı mərhələdə həqiqi hərbi xidmətə yararlı (A-3) olması müəyyən edilir. Xəstəliklər cədvəlinin 56-cı maddəsi üzrə qiymətləndirmə:
44. Ərizəçinin dəri xəstəliyi tibbi sənədlərdə L80 XBT kodu ilə “vitiliqo” kimi göstərilmişdir. Həkim-dermatoveneroloq xəstəliyi ## ####### 2025-ci il və ## ##### 2026-cı il tarixli rəylərdə Xəstəliklər cədvəlinin 56-cı maddəsinin “d” bəndində nəzərdə tutulan vitiliqonun məhdud forması kimi qiymətləndirmiş və İ qrafa üzrə A-3 kateqoriyası müəyyən etmişdir.
45. Xəstəliklər cədvəlinin 56-cı maddəsi vitiliqo diaqnozunun mövcudluğunu hərbi xidmətə yararsızlıq əsası kimi müəyyən etmir. Yararlılıq kateqoriyası xəstəliyin formasından, yayılma dərəcəsindən və yerləşdiyi nahiyədən asılı olaraq müəyyən edilir.
46. 56-cı maddənin “a” bəndində ağır dəri xəstəlikləri sadalanmış, vitiliqo həmin xəstəliklər sırasına daxil edilməmişdir. Buna görə də, həmin bənd üzrə hərbi xidmətə yararsızlıq əsası yaranmır.
47. Maddənin “b” bəndi üzrə vitiliqonun universal formada olması tələb edilir. Ərizəçinin xəstəliyi universal forma kimi yox, məhdud forma kimi qiymətləndirilmişdir. Buna görə 56-cı maddənin “b” bəndinin tətbiqi üçün tələb olunan tibbi göstərici mövcud deyil.
48. Maddənin “c” bəndi vitiliqonun yayılmış və ya total formasını nəzərdə tutur. Maddənin açıqlamasına əsasən yayılmış forma müxtəlif anatomik nahiyələrdə çoxsaylı ləkələrin olması və xəstəliyin üzün 50 faizindən və ya bədənin 30 faizindən çox hissəsini əhatə etməsi ilə müəyyən olunur. Ərizəçinin tibbi sənədlərində xəstəliyin bu həddə yayılması, total forma alması göstərilməmişdir. Mövcud diaqnoz məhdud forma olduğundan 56-cı maddənin “c” bəndi tətbiq edilmir.
49. 56-cı maddənin “ç” bəndi kosmetik qüsur kimi üzdə vitiliqo ocaqları olduqda tətbiq olunur. Ərizəçinin tibbi sənədlərində üzdə kosmetik qüsur yaradan ocaqların olması müəyyən edilməmişdir. Buna görə həmin bəndin tətbiqinə əsas yoxdur. Üz və bədənin görünən nahiyələrindən kənarda olan məhdud vitiliqo isə maddənin açıqlamasına görə hərbi xidmətə maneə sayılmır.
50. Maddənin “e” bəndi dəri xəstəliyinin kəskinləşməsindən və ya uzunmüddətli müalicəsindən sonra yaranmış müvəqqəti funksional pozuntunu tələb edir. Ərizəçinin vitiliqo xəstəliyinin kəskinləşməsi, ağır müalicə dövründə olması və ya xəstəliyin müvəqqəti pozuntu yaratması barədə tibbi sənəd təqdim edilməmişdir. Buna görə də, “e” bəndinin tətbiqi üçün də əsas yoxdur.
51. Yekun tibbi müayinə ilə bağlı qərarda ərizəçi 56-cı maddənin “d” bəndi üzrə qiymətləndirilmiş, ərizəçi tərəfindən onun 56-cı maddənin digər bəndlərinə aid olmasını təsdiq edən hər hansı tibbi sənəd təqdim edilməmişdir.
52. Beləliklə, ərizəçidə vitiliqo diaqnozu mövcud olsa da, xəstəlik universal, yayılmış və ya total forma kimi, yaxud üzdə kosmetik qüsur yaradan səviyyədə müəyyən edilməmiş, məhdud forma kimi qiymətləndirilmişdir. Buna görə Xəstəliklər cədvəlinin 56cı maddəsinin “a”, “b”, “c”, “ç” və “e” bəndlərinin tətbiqi üçün əsas yoxdur.
53. Mövcud diaqnoz 56-cı maddənin “d” bəndində nəzərdə tutulan məhdud forma və A-3 kateqoriyası ilə uyğunluq təşkil etdiyindən, hazırkı mərhələdə ərizəçi həmin diaqnoz üzrə həqiqi hərbi xidmətə yararlı hesab edilir. Xəstəliklər cədvəlinin 17-ci maddəsi üzrə qiymətləndirmə:
54. Ərizəçinin psixi sağlamlıq vəziyyəti ilə bağlı tibbi sənədlərdə F48 XBT kodu ilə “yüngül nevrotik reaksiyalar” diaqnozu göstərilmişdir. Həmin vəziyyət keçirilmiş orta dərəcəli nevrotik pozuntudan sonra yüngül qalıq simptomların qalması kimi Xəstəliklər cədvəlinin 17-ci maddəsinin “d” bəndinə aid edilmiş, ərizəçi üç ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuş və ixtisaslaşmış tibb müəssisəsində müayinə tövsiyə edilmişdir. Bu qiymətləndirmə əsasında Agentlik tərəfindən ## ###### 2026-cı ildə isə müvəqqəti yararsızlıq barədə yekun qərar qəbul edilmişdir.
55. Sonrakı şəhadətləndirmə zamanı ərizəçinin vəziyyəti R45.8 XBT kodu ilə “emosional hallara aid olan digər simptomlar və nişanələr” kimi göstərilmiş, əvvəlki nevrotik pozuntu sağalma ilə nəticələnmiş hal kimi 17-ci maddənin “ç” bəndinə aid edilmişdir. Psixiatrın ## ##### 2026-cı il tarixli rəyində ərizəçi həmin diaqnoz üzrə A-4 kateqoriyası ilə hərbi xidmətə yararlı hesab edilmişdir.
56. Xəstəliklər cədvəlinin 17-ci maddəsinin tətbiqi üçün nevrotik pozuntunun ifadə dərəcəsi, davamlılığı, təkrarlanması və şəhadətləndirmə zamanı qalıq simptomların olubolmaması müəyyən edilməlidir.
57. Maddənin “a” bəndinin tətbiqi üçün iki ildən artıq davam edən, ağır ifadə olunmuş və müalicəyə tabe olmayan nevrotik pozuntu, o cümlədən ciddi davranış nəticələri müəyyən edilməlidir. Ərizəçinin tibbi sənədlərində ağır və xroniki pozuntu və ya həmin bənddə nəzərdə tutulan digər ağır göstəricilər qeyd edilməmişdir. Buna görə 17-ci maddənin “a” bəndinin tətbiqi üçün əsas yoxdur.
58. Maddənin “b” bəndi üzrə orta dərəcədə ifadə olunmuş, uzunmüddətli və ya təkrarlanan, aparılmış müalicəyə baxmayaraq şəxsin hərbi xidmət vəzifələrini yerinə yetirməsini çətinləşdirəcək səviyyədə davam edən nevrotik pozuntu müəyyən olunmalıdır. Ərizəçidə belə davamlı və ya təkrarlanan xəstəlik təzahürləri, uzunmüddətli stasionar müalicə, müalicənin nəticəsiz qalması və ya pozuntunun gündəlik fəaliyyətə davamlı təsiri barədə iş materiallarında sübutlar yoxdur. Odur ki, “b” bəndinin tətbiqi də, istisna edilir.
59. Maddənin “c” bəndi orta dərəcədə ifadə olunmuş, lakin qısamüddətli nevrotik pozuntuları nəzərdə tutur və İ qrafa üzrə B kateqoriyası tətbiq edilir. Lakin, ərizəçinin son diaqnozu sağalma ilə nəticələnmiş nevrotik pozuntu kimi müəyyən edildiyindən həmin bəndin tətbiqinə də əsas yaranmır.
60. Ərizəçiyə əvvəl tətbiq edilmiş “d” bəndi keçirilmiş nevrotik pozuntudan sonra qalan yüngül simptomlara görə müvəqqəti yararsızlığı nəzərdə tutur. Bu bənd üzrə üç aylıq Ç kateqoriyası artıq tətbiq edilmiş və ərizəçi həmin müddətdə hərbi xidmətə çağırılmamışdır. Sonrakı şəhadətləndirmədə qalıq simptomların davam etməsi müəyyən edilməmişdir. Odur ki, əvvəllər ərizəçinin hərbi xidmətə yarasız sayılması hazırkı dövrdə yararsız hesab edilməsinə səbəb olmur.
61. Beləliklə, ərizəçidə əvvəl yüngül qalıq simptomlarla müşayiət olunan nevrotik pozuntu müəyyən edilsə də, son müayinə nəticələrinə görə pozuntu sağalma ilə nəticələndiyindən mövcud vəziyyət 17-ci maddənin “ç” bəndi və A-4 kateqoriyasına uyğun olmuşdur.
62. Kollegiya qeyd edir ki, məhkəmə nəzarətinin predmeti iş materiallarında əks olunmuş tibbi göstəricilərin Xəstəliklər cədvəlində müəyyən edilmiş normativ meyarlarla müqayisə edilməsi və həmin göstəricilərin ərizəçinin istinad etdiyi yararsızlıq kateqoriyasının tətbiqinə hüquqi əsas yaradıb-yaratmamasının müəyyən edilməsidir.
63. Odur ki, mövcud tibbi göstəricilərin “Xəstəliklər cədvəli”nin müvafiq maddələri ilə müqayisəsi məhkəmənin tibbi qiymətləndirmə aparması kimi başa düşülə bilməz. Məhkəmə yalnız tibbi sənədlərdə artıq əks olunmuş göstəricilərin Xəstəliklər cədvəlinin müvafiq maddələrinə uyğun olub-olmamasını müqayisəli şəkildə yoxlamaqla mübahisəyə hüquqi qiymət verir. Təhlil edilən tibbi sənədlər isə “Xəstəliklər cədvəli”nin 17, 56 və 58-ci maddələri üzrə hərbi xidmətə yararsızlıq üçün hüquqi əsas yaratmır.
64. Məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 11.24-11.27-ci bəndlərinin tələbləri baxımından ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız ilkin - iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə - sübutların təqdim olunmasıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluq meyarı əsasında müəyyən etməlidir.
65. Hazırkı iş üzrə ərizəçinin təqdim etməli olduğu ilkin sübutlar - onun hərbi xidmətə daimi və ya müvəqqəti yararsızlığını əsaslandıra biləcək tibbi sənədlərdən ibarət olmalıdır. Məhz belə sübutlar əsas iddianın böyük ehtimalla uğurlu və ya uğursuz olacağına dair ilkin proqnozun formalaşdırılması üçün əsas təşkil edəcəkdir. Faktiki olaraq ərizəçi tərəfindən onun sağlamlıq vəziyyətinin hərbi xidmətə yararsızlığına və ya məhdud yararlılığına səbəb ola biləcək halları təsdiq edən ilkin sübutlar məhkəməyə təqdim edilməmiş, mövcud sübutlar isə Xəstəliklər Cədvəlinin 17, 56 və 58-ci maddələrinin tətbiqinə hüquqi əsas yaratmamışdır.
66. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilmiş tibbi məlumatlar cavabdeh inzibati orqanın təşəbbüsü ilə aparılmış müayinələrin nəticələrində öz əksini tapmışdır. Ərizəçi həmin tibbi göstəricilərlə razılaşmadığı halda öz mövqeyini təsdiq edən alternativ tibbi sənədləri təqdim etməli idi. Müvəqqəti xarakterli müdafiə tədbiri üzrə icraatda məhkəmənin vəzifəsi mövcud sənədlərin ərizəçinin tələb etdiyi müvəqqəti müdafiə tədbirini zəruri edib-etməməsini yoxlamaqdır.
67. Inzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olub-olmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşibçətinləşməyəcəyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır.
68. Işdə mövcud olan tibbi sənədlər əsas iddianın uğurlu olub-olmayacağı ilə bağlı ilkin proqnozun verilməsi üçün kifayət edən həcmdədir. Lakin, bu sənədlərdə qeyd edilmiş diaqnozlar “Xəstəliklər cədvəli”nin yuxarıda istinad olunan bəndi baxımından ərizəçinin hərbi xidmətə daimi və ya müvəqqəti yarasız hesab edilməsinə əsas yaratmır. Bu isə o deməkdir ki, hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaət formalaşmır. Əksinə, bu qənaət daha çox əsas iddianın böyük ehtimalla uğursuz olacağı istiqamətindədir.
69. Izah olunur ki, ərizəçinin əvvəlki dövrlərdə ona eyni və ya oxşar əsaslarla möhlət verilməsi onun gələcəkdə də, hərbi xidmətə çağırılmayacağına dair qanunla qorunan legitim gözlənti yaratmır. Hərbi xidmətə yararlılıq şəxsin şəhadətləndirilmə anında mövcud olan sağlamlıq vəziyyətinə və “Xəstəliklər cədvəli”nin müvafiq meyarlarına əsasən müəyyən edilir. Odur ki, ərizəçinin əvvəllər hərbi xidmətə yararsız hesab edilməsi və ya ona möhlət verilməsi cavabdeh orqanın onun hazırkı tibbi vəziyyətini yenidən qiymətləndirməsinə mane olmur və hazırkı qiymətləndirmənin qanunsuzluğu barədə müstəqil əsas kimi çıxış edə bilməz.
70. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı inzibati aktın icrasının dayandırılmasi hissəsində ləğv edilərək həmin hissədə ərizə mümkün sayılmamalı, mübahisələndirilən qərardad qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı “üçüncü şəxs SHXÇÜDX-nın Ucar rayon şöbəsinin qəbul etdiyi qərarın icrasının dayandırılması” hissəsində ləğv edilir. Həmin hissədə müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizə mümkün sayılmır. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı qalan hissədə (ərizənin təmin olunmayan hissəsində - ”ərizəçinin hərbi xidmətə aparılmasının cavabdehə qadağan edilməsi”) dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.