Məhkəmə qərarları › İş №15(3-10)-77/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-10)-77/2026

28.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-77/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi, CavabdehCavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı Ərizəçi cavabdehCavabdeh qarşı (xxxx inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) «hərbi xidmətə yararlılıq haqqında qərarın ləğv edilməsi, təkrar hərbi həkim komissiyasına göndərilməklə sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsi» barədə iddia tələbinə dair iş üzrə iddiaçının “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından cavabdehCavabdeh və üçüncü şəxs xxxx tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Işin halları:

1. Iş materiallarında olan müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki: - Yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli qərarına əsasən ərizəçi C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. - MHHK-nın həkim mütəxəssislərinin (cərrah) ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi Ç — hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. - MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli rəyi ilə ərizəçi Ç — hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuşdur. - xxxxnin (DTSERA) ##.##.2026-cı il tarixli yekun rəyi ilə ərizəçi barəsində “daha yüngül qiymətləndirilir” qeydi icra edilmişdir. - Həmin rəyə əsasən ərizəçinin A-hərbi xidmətə yararlı olması barədə ##.##.2026-cı il tarixdə SHXÇÜDX-nin MHHK-nın yekun qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2026-cı il tarixli, *** nömrəli Fərmanına əsasən iş üzrə üçüncü şəxs xxxx Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

2. Iddiaçı Ərizəçi cavabdehCavabdeh qarşı (xxxx inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdeh SHXÇDX Zaqatala rayon şöbəsinin həqiqi hərbi xidmətə yararlılıq haqqında ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsi, təkrar hərbi həkim komissiyasına göndərilməklə sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir.

3. Eyni zamanda iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılaraq, qəbul edilmiş qərar qanuni qüvvəsini alanadək iddiaçının müddətli həqiqi hərbi xidmətə aparılmasının cavabdeh SHXÇDX Zaqatala rayon şöbəsinə qadağan edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş etmişdir.

4. “Müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə onunla əsaslandırılmışdır ki, “Məlum edirəm ki, mən, Dövlət Xidmətinin (SHXÇDX) Zaqatala rayon şöbəsinə qarşı “hərbi xidmətə yararlı sayılmamaqla bağlı iddia tələbinə dair” məhkəmədə iddia qaldırmışam. Hal- hazırda məhkəmənin yekun qərarı çıxana qədər SHXÇDX-nin Zaqatala rayon şöbəsinin ## ##### 2026-cı il tarixli qərarının icrası ilə əlaəqdar (yəni məni iyulun 1-də hərbi xidmətə aparırlar.) Bu isə absdu qərardır. Çünki, mən 3 dəfə komissiyadan keçmişəm və hər üçündə əd yararsız kimi məni qeydə almışlar. Ona görə də məhkəmədə iddia qaldırmışam. Ona görə də hazırda mənim Dövlət Xidmətinin (SHXÇDX) Zaqatala rayon şöbəsinə qarşı “hərbi xidmətə yararlı sayılmamaqla bağlı iddia tələbinə dair” məhkəmənin yekun qərarı çıxana qədər Dövlət Xidmətinin (SHXÇDX) Zaqatala rayon şöbəsi tərəfindən mənim ## #### 2026-cı il tarixə təyin edilmiş hərbi xidmətə aparılmağımın dayandırılması barədə qərar qəbul edilməsi zəruridir.”.

5. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılanadək iddiaçı Ərizəçi həqiqi hərbi xidmətə aparılmasıCavabdeh qadağan edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Hazırkı işin halları ilə bağlı məhkəmə iddiaçının arzuladığı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini məqbul qiymətləndirir. Bu qənaət ondan irəli gəlir ki: 1) Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 2.15-ci bəndinə görə ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A – hərbi xidmətə yararlıdır; B – sıradankənar hərbi xidmətə yararlıdır; C – dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç – hərbi xidmətə müvəqqəti yararsızdır; D – həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Əsasnamənin “Xəstəliklər cədvəli”nin “Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin 60-cı maddəsinin “c” bəndində nəzərdə tutulmuşdur ki, (əlin və barmaqların olmaması, deformasiyaları, qüsurları) bu xəstəliklər funksiyaların cüzi dərəcədə pozulması ilə “C” hərbi xidmətə yararlılıq kateqoriyası ilə qiymətləndirilir. Göründüyü kimi, Əsasnamənin tələblərinə görə İ qrafada nəzərdə tutulan şəxslər, yəni ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar “Xəstəliklər cədvəli”nin 60-cı maddəsinin “c” bəndi üzrə şəhadətləndirildiyi halda, dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı sayılır. Agentliyin əyani müayinə olunduqdan sonra iddiaçı barədə verdiyi rəyində isə eyni XBT kod olmaqla 60-cı maddənin “ç” bəndinə (funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda) istinad edilmiş və bu, yanaşı xəstəlik kimi göstərilmişdir. Həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdə Ərizəçi sol əlində 3-4-cü barmaqlararası dəri sindaktiliyasının izlənildiyi, digər barmaqlarda aktiv və passiv hərəkət aktı zamanı hərəkət həcminin tam olması, falanqadaraq, falanqalararası oynaqlar səviyyəsində hərəkət həcminin saxlanıldığı, məhdudluğun müşahidə edilmədiyi qeyd olunmuşdur. Əsasnamənin Xəstəliklər cədvəlinin 60-cı maddəsinin əlavə hissəsində qeyd olunur ki, əldə iki və daha çox barmaqlararası sümük sindaktiliyası halı “c” bəndinə, yəni funksiyaların cüzi dərəcədə pozulmasına aiddir. Iddiaçı məhkəmə iclasında verdiyi izahatında sol əli ilə iş görə bilmədiyini, sol əlinin iki barmağının sümükləri daxil bitişik olmasını qeyd etsə də, eləcə də MHHK-nın rəyində funksiyaların cüzi dərəcədə pozulması halı göstərilməsinə baxmayaraq, Agentliyin rəyində funksiyaların pozulması halının olmadığı, sol əlində 3-4cü barmaqlararası dəri sindaktiliyasının izlənildiyi göstərilmişdir. Göründüyü kimi verilən rəylər arasında qeyri-müəyyənlik yaranır. Hazırkı iş üzrə iddiaçı Ərizəçi Əsasnamənin Xəstəliklər cədvəlinin 60-cı maddəsinin “c” bəndinin yoxsa “ç” bəndinin təsiri altına düşməsinin müəyyən edilməsi imkanı məhkəmə icraatında gələcəkdə alınacaq müvafiq ekspertiza rəyi ilə daha adekvatdır. Belə olan halda, məhkəmə işin hazırkı mərhələsində iddiaçının dəlilləri üzrə iddianın uğurluluq ehtimalını yuxarı həddə qiymətləndirmir. 2) Hazırkı işin halları üzrə ziddiyyətli məqamlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, iddiaçı # ####### 1997-ci il tarixdə doğulmuşdur, yəni onun 28 yaşı tamam olmuşdur. Məhkəmə icraatının gedişində onun sülh dövründə hərbi xidmətə yararlı sayılması ilə bağlı sübutlar mövcud olduğu və iddianın bu əsasla rədd olunduğu halda, tətbiq olunacaq müvəqqəti xarakterli tədbirin, yəni hərbi xidmətə aparılmasına qoyulmuş qadağanın məhkəmə icraatında götürülməsi mümkündür (iddianın rədd edilməsi barədə qərar qanuni qüvvəyə mindikdə müvəqqəti xarakterli müdafiə barədə qərardad qüvvəsini itirir, eləcə də müvafiq əsaslar yarandıqda məhkəmə icraatında tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv edilə bilər) və 30 yaşı tamam olanadək iddiaçı hərbi xidmətə çağırıla bilər. Lakin hazırkı durumda sağlamlıq vəziyyətində aşkarlanmış qüsurlar və çatışmazlıqlar gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər. 3) Bundan başqa, iddiaçı SHXÇDX Zaqatala rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırıldığından, bu çağırış isə qanunvericiliyə görə hər ilin yanvar, aprel, iyul və oktyabr ayları üçün nəzərdə tutulduğundan, iddiaçının cari ilin iyul ayı ərzində hərbi xidmətə göndərilib-göndərilməməsi məsələsi öz həllini təcili tapmalıdır. Odur ki, iddiaçının ərizəsi üzrə ilkin təcili tənzimləmə zəruridir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı iddiasında mahiyyətcə hərbi xidmətə yararlı sayılması barədə cavabdehin müvafiq qərarını mübahisələndirir və mübahisəyə baxılıb qurtaranadək onun müddətli həqiqi hərbi xidmətə çağırılmasının qadağan olunması məqsədəuyğundur. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməlidir”.

7. CavabdehCavabdeh və üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs publik hüquqi şəxsi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 8.Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, “Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin hərbi xidmətə yararlı olmasına dair ## #### 2026-ci il tarixli qərarının ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ərizəçi, həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək “Səfərbərlik və Hərbi XIdmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi tərəfindən hərbi xidmətə cəlb edilməsinin qadağan olunması " barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə Şəki Inzibati Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi XIdmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə qarşı “iddiaçı haqqında qəbul edilən ##.##.2026-ci il tarixli yekun qərarının ləğv edilməsi, dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair **(*-**)-***/**** nömrəli inzibati işə baxılıb qurtaranadək ərizəçinin həqiqi hərbi xidmətə cəlb edilməsi Səfərbərlik və Hərbi XIdmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə qadağan edilmişdir. Qərardad Azərbaycan Respublikası Səfərbərlik və Hərbi XIdmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin ünvanına ##.##.2026-ci il tarixdə daxil olmuşdur. Hesab edirik ki, qərardad apellyasiya qaydasında ləğv edilməlidir. Əsasnamənin 60-cı maddəsinin “ç” bəndinə aiddir: - Əlin və barmaqların olmaması, deformasiyaları, qüsurları: - ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda. Göstərilənlə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Bu səbəbdən hesab edirik ki, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 15(4-10)- ***/**** nömrəli qərardadı əsassız və qanunsuzdur, heç bir sübuta əsaslanmır və apellyasiya qaydasında ləğv edilməlidir.”.

9. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs publik hüquqi şəxsi apellyasiya şikayətində “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 60-cı maddəsinin D bəndinin 1-ci qrafasının Ç kateqoriyasına istinad edilərək Şəki Inzibati Məhkəməsinin **(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli Qərardadını ləğv edib ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur.

10. Iddiaçı verilmiş apellyasiya şikayətinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, “ Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardad ilə iddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə baxılanadək iddiaçı Ərizəçi həqiqi hərbi xidmətə aparılmasıCavabdeh qadağan edilməsi, qərardadın dərhal icra edilməsi və qərardadın icrasının cavabdehCavabdeh həvalə edilməsi qərara alınmışdır. Belə ki, bu xəstəliklər tibbi sənədlər, ambulator kart, epikrizlər, müayinə nəticələri və digər tibbi sübutlarla təsdiq olunur. Hesab edirəm ki, hərbi həkim komissiyası tibbi sənədləri tam və obyektiv qiymətləndirməmiş, nəticədə qanunvericiliyin tələblərinə uyğun olmayan qərar qəbul etmişdir. Bu hal tibbi sənədlər, epikrizlər, müayinə nəticələri və mütəxəssis həkim rəyləri ilə təsdiq olunur. Belə olan halda mənim hərbi xidmətə göndərilməm halında orada olan hərbi rejimlə əlaqədar mənim tibbi ekspert komissiyasından keçəməm absud olacaqdır. Çünki, əgər siravi vətəndaş olaraq işə baxılanadək öz evimdə olsam, onda tibbi komissiyadan keçmə ehtimalım olacaq və buna dair xüsusi bilik tələb etdiyindən həkim komissiyasında xəstəliyimə dair düzgün rəy əldə edə biləcəyəm. Yenidən aparılacaq tibbi müayinənin nəticələrinə uyğun olaraq mənim hərbi xidmətə yararsız (və ya məhdud yararlı) hesab edilməyim barədə qanuni qərarın qəbul edilməsinin təmin edilməsi zəruridir. Ona görə də məhkəmənin qərardadı qanunidir. II - Hüquq məsələləri: A) Appellyatorların şikayətlərinin hədləri və əsasları; Apellyator məhkəmə qərardadı iddia tələbinin təmin edilən hissəsində mübahisələndiribdir. Apellyatorun şikayəti qərardadın əsaslığı ilə bağlı olub. Belə ki, şikayəti əsasında bəlli olur ki, apellyator birinci instansiya məhkəməsi tərəfindən müəyyən edijmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi əsasına istinad edirlər. AR IPM- nin 59.2-ci maddəsinə əsasən proses iştirakçıları şahidlərə, ekspertlərə, mütəxəssislərə və inzibati orqanların nümayəndələrinə işə aid suallar verə bilərlər. Suala etiraz olunduğu hallarda sualın mümkünlüyü haqqında məsələ hakim və ya işə baxan məhkəmə kollegiyası tərəfindən həll edilir. Qərardadda müəyyən edilmiş sübutlar və onların inzibati-prosessual qiymətləndirilməsi: Qərardadda aşağıdakı sübutlar dairəsi müəyyən edilib: Belə ki, inzibari prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Beləliklə, yuxarıda sadalanlara maddələrinə əsasən məhkəmədən xahiş edirəm: Apeliyasiya şikayətin təmin edilməməsi və Şəki Inzibati Məhkəməsinin ##.##.2026- cı il tarixli, **(*-**)-***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edəsiniz.”. Tərəflərin izahatları:

12. Məhkəmə iclasında iştirak edən ərizəçi Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək Şəki Inzibati Məhkəməsinin ##.##.2026- cı il tarixli, **(*-**)-***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdehCavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qərardadın ləğv edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, xidmətin yerli şöbəsi tətəfindən ərizəçi barəsində qərar qəbul edilməyib, onlar yalnız Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını icra edirlər. Tətbiq edilən hüquq:

14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə) gəlməlidirlər. 14.1.2. Çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifəsi olaraq müəyyən edilmişdir.

15. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə: 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.9. hərbi vəzifəlilərin səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada çağırış komissiyaları yaratmaq;

16. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli, 2317№ -li Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. 2.18. barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEIS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEIS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEIS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra –altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEIS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEIS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEIS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər.

18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

19. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

20. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “4” oktyabr 2023-cü il tarixli, ** №-li qərarı: 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

21. Apellyasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə ərizənin mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və ərizə mümkün sayılmamalıdır.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə baxılarkən əsas iş üzrə iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

26. Məhkəmə kollegiyası edir ki, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə mahiyyəti üzrə baxılması üçün ərizəyə baxılan anda müvafiq şərtlər – o cümlədən, ərizəçinin hüquqi müdafiə ehtiyacı mövcud olmalıdır.

27. Nəzərə alınmalıdır ki, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə icraat prosessual hüququn həyata keçirilməsi üçün bir vasitədir və əsas iddianın baxılmasından əvvəl və ya onun gedişində tərəfin subyektiv hüquqlarının qorunmasını təmin etmək məqsədini güdür. Lakin bu vasitə yalnız müvafiq əsaslar mövcud olduqda tətbiq edilə bilər.

28. Prosessual hüquqların həyata keçirilməsi hüquqi müdafiə marağı ilə birbaşa bağlıdır.

29. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Insan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır.

30. Iş materiallarından göründüyü kimi, əsas iddia üzrə iddiaçının cavabdeh SHXÇDX Zaqatala rayon şöbəsinin həqiqi hərbi xidmətə yararlılıq haqqında ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsi, təkrar hərbi həkim komissiyasına göndərilməklə sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsi ilə bağlıdır.

31. Ilk növbədə qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətə yararlılığının müəyyən edilməsi barədə SHXÇDX Zaqatala rayon şöbəsinin deyil, SHXÇDX MHHK-nın ## ##### 2026-cı il tarixli yekun qərarıdır.

32. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən kollegiya tərəfindən iddiaçıya həm əsas tələbini həmdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin dəqiqləşdirilməsi təklif edilsədə, sonuncu tərəfindən yalnız müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə dəyişiklik edilərək, iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılaraq, qəbul edilmiş qərar qanuni qüvvəsini alanadək iddiaçının müddətli həqiqi hərbi xidmətə aparılmasının dayandırılması öhdəliyinin cavabdeh SHXÇDX Zaqatala rayon şöbəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir.

33. Göründüyü kimi hazırkı mübahisə ilə bağlı iddiaçının mübahisələndirdiyi qərar cavabdeh tərəfindən qəbul edilməmişdir.

34. Qanunvericiliyin tələbinə görə Səfərbərlik Xidmətinin yerli struktur bölməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsinin verdiyi yekun tibbi müayinəyə dair qərar əsasında icra mexanizmini həyata keçirən orqandır. Belə ki, çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinə qərarı sonda rayon (şəhər) çağırış komissiyalarına təqdim olunur. Yalnız bundan sonra SHXÇÜDX-nin yerli struktur bölmələri yekun tibbi müayinəyə dair qərarın hüquqi nəticələrindən irəli gələn inzibati fəaliyyətə başlayır.

36. Qeyd etmək lazımdır ki, Inzibati Prosessual Məcəlləsinin 27.3-cü maddəsinə görə iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflərdir. Mülki Prosessual Məcəllənin 50.2-ci maddəsinin tələbinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, iddiaçılar hesab edilirlər. Cavabdeh isə iddia tələbinin (hazırkı vəziyyətdə müvəqqəti xarakterli müdafiə tədbirinin) yönəldiyi fiziki və ya hüquqi şəxslərdir.

37. Hazırkı iş üzrə iddiaçı ilə bağlı hər hansı problem mövcud deyildir. Yəni ərizəçi iddia verməyə hüququ olan şəxsdir.

38. Mübahisəli məqam əsas tələbin yönəldiyi cavabdehlə bağlıdır. Ərizəçi iddia tələbini cavabdeh qismində SHXÇÜDX-nin Zaqatala rayon şöbəsini, xxxxni isə üçüncü şəxs qismində qoymuş, və Xidmətin rayon şöbəsinin mövcud olmayan qərarı mübahisələndirilmişdir.

39. Hazırda ərizəçinin hüquqi marağı əsas iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtarılanadək onun hərbi xidmətə çağırılmasının qarşısının alınmasına yönəldiyindən, ərizəçi, əsas iddia tələbini hazırkı qərardadın 30-38-ci bəndlərinin tələbləri nəzərə alınmaqla düzgün təqdim etməli, əsas iddia tələbi mümkünlük şərtlərini ödədikdən sonra “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəni mövcud hüquqi marağına uyğun şəkildə formalaşdıraraq məhkəməyə təqdim etməlidir.

40. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, hazırda əsas iddia tələbinin özü, o cümlədən müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizə mümkünlük şərtlərini ödəmədiyindən və əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxdığından, ərizəçinin təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş sayılmalıdır. Buna görə də, apellyasiya şikayəti təmin edilməli, Şəki Inzibati Məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək ərizə mümkün sayılmamalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

CavabdehCavabdeh və üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(***)-***/**** nömrəli qərardadı ləğv edilir. Ərizəçi Ərizəçi “iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılaraq, qəbul edilmiş qərar qanuni qüvvəsini alanadək ərizəçinin müddətli həqiqi hərbi xidmətə aparılmasının dayandırılması öhdəliyinin cavabdeh SHXÇDX Zaqatala rayon şöbəsinə həvalə edilməsi” barədə “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi mümkün sayılmır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar