Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-80/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Ərizəçi cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və cavabdeh1 qarşı “iddia tələbinə dair inzibati işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək qərarın icrasının dayandırılması” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Iş materiallarında olan müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki: - Yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. - Mərkəzi Hərbi Həkim Komissiyasının həkiminin (cərrah) ##.##.2026-cı il tarixli rəyinə əsasən C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. - Mərkəzi Hərbi Həkim Komissiyasının sədrinin ##.##.2026-cı il tarixli yekun rəyinə əsasən C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. - DTSERA-nın ##.##.2026-cı il tarixli rəyinə əsasən A-3 müddətli həqiqi hərbi xidmətə yararlı (Daha yüngül qiymətləndirilir) hesab olunmuşdur. - Mərkəzi Hərbi Həkim Komissiyasının sədrinin ##.##.2026-cı il tarixli yekun qərarına əsasən A-müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunmuşdur (Məhdudiyyət dərəcəsi – 3).
2. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin ##.##.2026-cı il tarixli qərarında qeyd edilmişdir ki, ərizəçinin yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir. S.53.4 XBT koduna əsasən diaqnoz: funksiyaların pozulması olmayan obyektiv əlamətlərlə iri oynaqlaırn, sümüklərin və qığırdaqların cərrahi xəstəlikləri və zədələnmələri, osteopatiya və xondropatiaylar diaqnozu ilə maddə 58, bənd ç, kateqoriya A-3 uyğundur.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı Ərizəçi cavabdehlər “xxxx” publik hüquqi şəxsinə və Azərbaycan Respublikası cavabdeh1 qarşı “cavabdeh TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarın və cavabdeh Azərbaycan Respublikası cavabdeh1 tərəfindən qəbul edilmiş A kateqoriyası üzrə yekun şəhadətləndirməyə dair qərarın ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Eyni zamanda iddiaçı, cavabdeh cavabdeh1 tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş qərarın icrasının dayandırılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir.
5. “Müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə onunla əsaslandırılmışdır ki, “icraatda iddiaçının Azərbaycan Respublikasının Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinə qarşı Şəki Inizbati Məhkəməsinin *-*(*-**)-****/**** saylı inzibati iş var. 2019-cu il tarixində Azərbaycan Respublikasının Yevlax Rayonu Hərbi Komissarlığına həqiqi hərbi xidmət keçmək üçün çağırılmışdır. Hərbi biletin tibbi müayinələr haqqında məlumat hissəsində ##.##.2019-cu ildə SHXÇDX- nin Yevlax HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 65-ci maddəsinə əsasən (AR NK-nın ##.##.2008-ci il tarixli 59№-li qərarı) dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Təkrar tibbi müayinənin vaxtı ##.##.2023-ci ildə müəyyən edilmişdir. Hərbi biletin tibbi müayinələr haqqında məlumat hissəsində ##.##.2023-cu ildə SHXÇDX-nin Yevlax HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 65-ci maddəsinə əsasən (AR NK-nın ##.##.2008-ci il tarixli ** №-li qərarı) dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Təkrar tibbi müayinənin vaxtı ##.##.2026-ci ildə müəyyən edilmişdir. Hərbi həkim komissiyasında sağlamlığında olan qüsurunu bildirmişdir. Yoxlanış zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiyinin (DTSERA) yekun rəyinə əsasən “Vətəndaş, cavabdeh1 hərbi qeydiyyatdadır və rayon çağırış komissiyasının qərarı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respubliaksı Qanunun 23.0.2-ci maddəsi ilə müddətli həqiqi hərbi xidmətə çağırışından azad edilmişdir”. Təkrar tibbi müayinənin vaxtı ##.##.2026-ci ildə müəyyən edilmişdir. Ərizəçi 2017-ci il tarixində yıxılaraq sağ dirsək nahiyədən qolunu qırmışdır. Bu səbəbdən Yevlax şəhər Poliklinikasında xəstə olaraq şikayəti ##.##.2017-ci ildən “sağ dirsək oynağında olan ağrıdan, deformasiya olunmuşdur. D-2 Sağ dirsək sümüyünün ucunun oynaqdaxili köhnə düzgün bitişməməsi əsasında travmatoloq qeydi mövcuddur. Ərizəçi hərbi xidmətə getməkdən boyun qaçırmır. Xəstəliyinin ağır olmasına baxmayaraq ona Azərbaycan Respublikasının Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsi tərəfindən ##.##.2026-ci il saat 09:00 tarixə çağırış vərəqəsi göndərilmişdir. Lakin o, bu qərardan razı olmadığı üçün məhkəməyə müraciət etmişdir”.
6. Cavabdeh cavabdeh1 iddiaya qarşı etiraz məktubunda bildirmişdir ki, “Yevlax rayon çağırış komissiyası tərəfindən Ərizəçi barəsində müddətli həqiqi hərbi xidmətə yararlılığı ilə bağlı A – kateqoriyası üzrə yekun şəhadətləndirmə qərarı qəbul edilməmişdir. ##.##.2026-cı il tarixli qərara münasibətdə qeyd etmişdirlər ki, ##.##.2000-ci il təvəllüdlü çağırışçı Ərizəçi Yevlax rayon çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş, “sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il # ######## tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar R.Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - Agentlik) təqdim edilmiş və yekun tibbi müayinə nəticəsində şəxs “müddətli həqiqi hərbi xidmətə yararlı” hesab edilmişdir. Daha sonra Agentlik tərəfindən sistem üzərindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra - Xidmət) təqdim edilmişdir. Agentlik tərəfindən müddətli hərbi xidmətə yararlı hesab edilmiş şəxslərin Xidmət tərəfindən yalnız təyin olunmuş hərbi hissələrə göndərilməsi təşkil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2-1.19-cu bəndində, çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına və ya məhkəmə qaydasında şikayət verilə bilməsinin mümkünlüyü qeyd olunduğundan adıçəkilən qərar şəxs barəsində hazırki vəziyyətdə Agentlik tərəfindən çıxarılmış yekun sayılır və Xidmət tərəfindən yalnız şəxsin müddətli hərbi xidmətə göndərilməsi prosedurunun təşkili ilə əlaqədar təsdiqlənməsi həyata keçirilir. Odur ki, Xidmətin Yevlax rayon şöbəsinin A kateqoriyası üzrə yekun şəhadətləndirmə qərarı mövcud deyildir və qeyd olunan proseslər bütünlükdə sistem üzərindən həyata keçirilir.
7. Cavabdeh DTSERA “müvəqqəti xarakterli müdafiə tədbirləri barədə” ərizəyə münasibət bildirməmişdir.
8. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Kamran Musayev) “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ərizəçi əsas iddia tələbi üzrə “xxxx” publik hüquqi şəxsin ##.##.2026-ci il tarixli qərarını mübahisələndirir və hazırkı ərizədə onun hüquqi marağı müvəqqəti olaraq hərbi xidmətə çağırılmamasında ifadə olunur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Mövcud qanunvericilik normaları 18 yaşına çatmış kişi cinsindən olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün SHXÇD Xidmətinin yerli qurumlarında yaradılmış çağırış komissiyaları tərəfindən onların sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edildiyi hallarda çağırışına möhlət verilməsi haqqında qərar qəbul etməsini nəzərdə tutur. Vətəndaşların hərbi xidmətə yararlı və ya yararsız hesab edilməsi isə DTSER Agentliyi tərəfindən müəyyən edilir və həmin qurum bu barədə qərar (rəy) qəbul edir. xxxx” publik hüquqi şəxsi iddiaya etirazında qeyd etmişdir ki, ərizəçi barədə sonuncu dəfə “DTSERA” tərəfindən onun hərbi xidmətə yararlı hesab olunması barədə qərar qəbul edilmişdir. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb görünməməsi məsələsini həll etməlidir.” Hazırkı məhkəmə icraatında, istər iddia ərizəsində və iddia qaldırılarkən təqdim olunmuş sənədlərdə, istərsə də məhkəmə iclasında iddiaçı tərəf tələbinə dair tutarlı əsaslar və dəlillər bildirməmiş, yalnız əvvəlki müayinələrə istinad etmişdir ki, onların da düzgün olub olmaması əsas iddia tələbi üzrə araşdırma predmetini təşkil edir. Yəni hazırkı ərizədə ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması şərtlərinin məcmu halda birgə mövcudluğu müəyyən olunmur.
10. Ərizəçinin nümayəndəsi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
11. Ərizəçi apellyasiya şikayətinin dəlillərini ilkin “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizənin dəlilləri ilə əsaslandırmış və maddi hüquq normalarını sadalamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, ərizəçi ##.##.2026-cı il tarixdə hərbi xidmətə yola salınmış və Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəyə təhvil verilmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi və digər cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər; 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
15. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
16. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “4” oktyabr 2023-cü il tarixli, ** №-li qərarı: 2.2. IPM-in 41 və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 2.3. Inzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi hissəsində əsaslıdır.
20. Belə ki, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə mahiyyəti üzrə baxılması üçün ərizəyə baxılan anda müvafiq şərtlər – o cümlədən, ərizəçinin hüquqi müdafiə ehtiyacı mövcud olmalıdır.
21. Nəzərə alınmalıdır ki, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə icraat prosessual hüququn həyata keçirilməsi üçün bir vasitədir və əsas iddianın baxılmasından əvvəl və ya onun gedişində tərəfin subyektiv hüquqlarının qorunmasını təmin etmək məqsədini güdür. Lakin bu vasitə yalnız müvafiq əsaslar mövcud olduqda tətbiq edilə bilər. Prosessual hüquqların həyata keçirilməsi hüquqi müdafiə marağı ilə birbaşa bağlıdır.
22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Insan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müdafiə ehtiyacı inzibati aktın icra olunacağına dair real gözləntidən yaranır. Ərizəçinin məqsədi həmin inzibati aktın icrası nəticəsində onun hüquqlarına yönəlmiş təhlükənin reallaşmasının qarşısını almaqdan ibarətdir.
24. Iş materiallarından görünür ki, ərizəçi, ##.##.2026-cı il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və Dövlət Sərhəd Xidmətinin müvafiq hərbi hissəsinə təhvil verilmişdir. Yəni, ərizəçinin “müvəqqəti xarakterli müdafiə tədbiri” ilə qorunmağa çalışdığı risk artıq reallaşmışdır.
25. Hazırkı iş üzrə icrası dayandırılması tələbi irəli sürülən SHXÇÜDX-nin Yevlax rayon bölməsinin qərarının mövcud olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilməmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, **-*/*** nömrəli “ehtiyyatda olan hərbi vəzifəlilərin təkrar tibbi müayinədən keçirilməsi protokol kitabından” Çıxarışdan görünür ki, ərizəçi cavabdeh1 hərbi həkim komissiyasının qərarı ilə xəstəlik cədvəlinin İ qrafasının 58 ç maddəsi ilə hərbi xidmətə yararlı hesab edilmiş, əsas kimi DTSERA-nın rəyi göstərilmişdir.
27. Hazırkı mərhələdə ərizəçinin hərbi hissəyə təhvil verilməsi nəticəsində mövcud vəziyyət dəyişdiyindən, icrası dayandırılması tələb edilən qərarla bağlı araşdırma aparılması zərurəti aradan qalxmış, eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə də, artıq hüquqi əhəmiyyətini itirmişdir.
28. Belə ki, inzibati aktın icrasının dayandırılması mübahisə üzrə məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icrasının təxirə salınmasını nəzərdə tutan müvəqqəti tədbirdir və məqsədi inzibati aktın çıxarıldığı tarixdən əvvəlki hüquqi vəziyyətin davam etməsini təmin etməkdir.
29. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, icrasının dayandırılması tələbi irəli sürülmüş inzibati akt icra olunduğundan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizə mümkün sayılmamalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli nömrəli qərardadı ləğv edilir. Ərizəçi Ərizəçi cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və cavabdeh1 qarşı “iddia tələbinə dair inzibati işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək qərarın icrasının dayandırılması” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün sayılmır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.