Məhkəmə qərarları › İş №15(3-10)-83/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-10)-83/2026

06.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-83/2026 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, ərizəçi Ərizəçi və cavabdeh SHXÇÜDX-nin Ağdaş rayon şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi Ərizəçi cavabdeh SHXÇÜDX-nin Ağdaş rayon şöbəsinə qarşı “cavabdehin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və onun üzərinə mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağırılmaması vəzifəsinin qoyulması” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. Iş materiallarında olan müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki: - Yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli, MHHK-nın həkim mütəxəssisinin (terapevt) ##.##.2026-cı il tarixli və MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli rəyləri ilə ərizəçi C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur.

2. DTSERA-nın ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi (A-3 daha yüngül qiymətləndirilir) hərbi xidmətə yararlı hesab edilmiş, daha sonra MHHK-nın sədri tərəfindən eyni məzmunlu rəy verilmişdir.

3. SHXÇÜDX-nın Ağdaş rayon şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə ərizəçi “Xəstəliklər Cədvəli”nin A-3 maddəsinin İ qrafasına əsasən müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. Iddiaçı Ərizəçi cavabdehlər SHXÇÜDX-nin Ağdaş rayon şöbəsinə və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şəki Inzibati məhkəməsinə müraciət edərək “DTSERA-nın ##.##.2026-cı il tarixli və SHXÇÜDX-nin Ağdaş rayon şöbəsinin ##.##.2026-cıil tarixli qərarlarının ləğv edilməsi, cavabdehlərin üzərinə dinc dövrdə həqiqi hərbi xidmətə yarasızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında” qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

5. Iddiaçı həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək “iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun qətnamə qəbul edilərək qanuni qüvvəsini alanadək, SHXÇÜDX-nin Ağdaş rayon şöbəsinin üzərinə ərizəçinin hərbi xidmətə çağırışının dayandırılması və hərbi xidmətə yola salınmaması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, SHXÇDX Ağdaş rayon şöbəsi tərəfindən ərizəçi hərbi çağırışla əlaqədar tibbi müayinələrə cəlb olunmuş, ona “Xəstəliklər cədvəli”nin 2C maddəsi (tənəffüs orqanlarının vərəmi) və 39D maddəsi (ürək-damar xəstəlikləri və qan dövranı sisteminin müvəqqəti funksional pozulmaları) diaqnozları qoyulmuş, bu diaqnozlara əsasən onun barəsində "C - dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" qərarı çıxarmışdır. Lakin # #### 2026-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən heç bir əlavə stasionar və ya təkrar əsaslı müayinə aparılmadan, subyektiv yanaşma ilə ilkin qərarlara zidd olaraq "Daha yüngül qiymətləndirilir - A-3 kateqoriyasına uyğun görülür" rəyi daxil edilmişdir. Bu rəyin ardınca, ## #### 2026-cı il tarixində MHHK tərəfindən ilkin qərarlar tamamilə dəyişdirilərək, diaqnoz maddəsi 2Ç (müalicə olunmuş vərəmdən sonra kiçik qalıq əlamətləri) olaraq modifikasiya edilmiş və barəsində “A - müddətli həqiqi hərbi xidmətə yararlı (3-cü dərəcə məhdudiyyətlə)" yekun qərarı verilmişdir. Bu qərara əsasən, SHXÇDX Ağdaş rayon şöbəsi tərəfindən ona ## #### 2026-cı il tarixində həqiqi hərbi xidmətə yola düşmək barədə çağırış vərəqəsi təqdim olunmuşdur. Hazırkı sağlamlıq vəziyyəti hərbi xidmət keçməyinə qətiyyən imkan vermir. Mübahisələndirilən inzibati aktın icrası məhkəmə prosesi yekunlaşanadək baş tutarsa, bu xəstəliyinin kəskinləşməsinə və onun üçün bərpası tamamilə qeyri-mümkün olan ağır, həyati təhlükələrə səbəb olacaqdır. Buna görə də, hüquqlarının qorunması üçün təxirəsalınmaz müvəqqəti müdafiə tədbirinin görülməsi zəruridir.

6. Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılanadək iddiaçı Ərizəçi həqiqi hərbi xidmətə aparılması SHXÇÜDX-nin Ağdaş rayon şöbəsinə qadağan edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik normaları 18 yaşına çatmış kişi cinsindən olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını həyata keçirmək üçün SHXÇDX-nin yerli qurumlarında (rayon (şəhər) idarə və şöbələrində) yaradılmış çağırış komissiyaları tərəfindən onların sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edildiyi hallarda çağırışına möhlət verilməsi haqqında qərar qəbul edilməsini nəzərdə tutur. Vətəndaşların hərbi xidmətə yararlı və ya yararsız hesab edilməsi barədə qərarı ilk növbədə SHXÇDX-nin yerli qurumu tərəfindən müəyyən edilir və həmin qurum bu barədə qərar qəbul edir. Hazırkı işin halları ilə bağlı məhkəmə iddiaçının arzuladığı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini məqbul qiymətləndirir. Bu qənaət ondan irəli gəlir ki: 1) Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 2.15-ci bəndinə görə ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A – hərbi xidmətə yararlıdır; B – sıradankənar hərbi xidmətə yararlıdır; C – dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç – hərbi xidmətə müvəqqəti yararsızdır; D – həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Əsasnamənin “Xəstəliklər cədvəli”nin “Yoluxucu və parazitar xəstəliklər” bölməsinin 2-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuşdur ki, (tənəffüs orqanlarının vərəmi (ağciyərin, bronxların, döş qəfəsidaxili limfa düyünlərinin, plevranın vərəmi) bu xəstəliklər kliniki müalicə olunmuş olduğu halda “C” hərbi xidmətə yararlılıq kateqoriyası ilə qiymətləndirilir. Əsasnamənin “Xəstəliklər cədvəli”nin “Qan dövranı sistemi xəstəlikləri” bölməsinin 39-cu maddəsinin “d” bəndində nəzərdə tutulmuşdur ki, (ürəyin revmatik və qeyrirevmatik xəstəlikləri) bu xəstəliklər keçirilmiş kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra qan dövranı sisteminin müvəqqəti funksional pozulmaları ilə “Ç” hərbi xidmətə yararlılıq kateqoriyası ilə qiymətləndirilir. Göründüyü kimi, Əsasnamənin tələblərinə görə İ qrafada nəzərdə tutulan şəxslər, yəni ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar “Xəstəliklər cədvəli”nin 2-ci maddəsinin “c” bəndi şəhadətləndirildiyi halda, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, 39-cu maddəsinin “d” bəndi üzrə şəhadətləndirildiyi halda, hərbi xidmətə müvəqqəti yararsız sayılır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əyani müayinə olunduqdan sonra iddiaçı barədə verdiyi rəyində isə onun sağlamlıq vəziyyəti daha yüngül qiymətləndirilmiş, həqiqi hərbi xidmətə yararlılığı “A-3” kateqoriyası üzrə təsdiq edilmişdir. Rəydə MHHK tərəfindən verilmiş, “Xəstəliklər cədvəli”nin 2-ci maddəsinin (tənəffüs orqanlarının vərəmi (ağciyərin, bronxların, döş qəfəsidaxili limfa düyünlərinin, plevranın vərəmi) “c” bəndi (kliniki müalicə olunmuş) ilə müəyyən olunmuş əsas diaqnoz həmin maddənin “ç” bəndinə (müalicə olunmuş vərəmdən sonra kiçik qalıq əlamətləri) dəyişdirilməklə təsdiq edilmiş, həmçinin ağırlaşma üzrə 39-cu maddənin (ürəyin revmatik və qeyri-revmatik xəstəlikləri) “d” bəndi (keçirilmiş kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra qan dövranı sisteminin müvəqqəti funksional pozulmaları) ilə MHHK tərəfindən verilmiş diaqnozun çağırışçıda olmadığı qeyd edilmişdir. Iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə əlavə etdiyi ElmiX5 Institutunun # #### 2026-cı il tarixli döş qəfəsi rentgenoqrafiyasının nəticə hissəsində qeyd edilir ki, sağ S6-da fibroz, bərk ocaq görünür. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, yerli çağırış komissiyasının, həmçinin MHHK-nın rəyinə əsasən iddiaçı Ərizəçi tənəffüs orqanlarının vərəmi diaqnozu (nəzərə alınmalıdır ki, MHHK-nın rəyində ağırlaşdırı xəstəlik kimi 39-cu maddə, yəni ürəyin revmatik və qeyri-revmatik xəstəlikləri ilə də “d” bəndi üzrə diaqnoz qeyd edilmişdir) müəyyən edilərək, “C” kateqoriyası üzrə şəhadətləndirmə aparılsa da, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən fərqli, “A-3” kateqoriyası ilə diaqnoz təsdiq edilmiş, müddətli həqiqi hərbi xidmətə yararlı sayılmışdır. Göründüyü kimi, iş materiallarında olan Forma 44 üzrə iddiaçının daşıdığı xəstəliklərin arasında hal-hazırda təhlükəli infeksion xəstəlik olan vərəm də var. Eyni zamanda, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı ciddi ziddiyyətlər mövcuddur. Belə ki, X2 Xəstəlikləri Institutu tərəfindən aparılmış müayinə zamanı iddiaçıda sağ S6-da fibroz, bərk ocaq göründüyü müəyyən edilsə də, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəyinə əsasən, iddiaçıda “ç” bəndi, yəni müalicə olunmuş vərəmdən sonra kiçik qalıq əlamətlər müşahidə edilmişdir. Məhkəmə hesab edir ki, mövcud vəziyyət iddiaçının sağlamlıq vəziyyətinin hərbi xidmətə uyğun olub-olmamasının araşdırılmasını tələb edir. X8 Institutunun tibbi sənədinə (döş qəfəsi rentgenoqrafiyası) əsasən, iddiaçıda sağ S6-da fibroz, bərk ocaq müşahidə edilmişdir. Bu, tənəffüs sistemində geridönməz dəyişikliklərə səbəb olmaqla yanaşı, fiziki və psixoloji dayanıqlığın ciddi şəkildə pozulmasına gətirib çıxara bilər. Belə bir şəxsin tam sağalmadan ekstremal və fiziki gərginliklə dolu hərbi mühitə cəlb edilməsi, onun sağlamlığı üçün geridönməz nəticələr doğura bilər. Hərbi şəraitdə ona nə lazımi səviyyədə tibbi nəzarət, nə də müalicə təmin edilə bilər. Məhkəmə onu da qeyd edir ki, vərəm təkcə fərdi xəstəlik deyil, eyni zamanda ictimai təhlükə daşıyan, yoluxucu bir infeksiyadır. Onun belə xüsusiyyətə malik olması ətrafdakı hərbi qulluqçular üçün də real təhlükə mənbəyi hesab olunmalıdır. Hazırkı iş üzrə iddiaçı Ərizəçi Əsasnamənin Xəstəliklər cədvəlinin 2-ci maddəsinin hansı bəndinin təsiri altına düşməsinin, həmçinin 39-cu maddəsində göstərilən diaqnozun onda mövcud olub-olmamasının, olarsa hansı bəndə aid edilməsinin, eləcə də onun müddətli həqiqi hərbi xidmətə yararlılığının müəyyən olunması imkanı məhkəmə icraatında gələcəkdə alınacaq müvafiq ekspertiza rəyi ilə daha adekvatdır. Belə olan halda, məhkəmə işin hazırkı mərhələsində iddiaçının dəlilləri üzrə iddianın uğurluluq ehtimalını yuxarı həddə qiymətləndirir. 2) Hazırkı işin halları üzrə ziddiyyətli məqamlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, iddiaçı # ##### 1998-ci il tarixdə doğulmuşdur, yəni onun 28 yaşı tamam olmuşdur. Məhkəmə icraatının gedişində onun sülh dövründə hərbi xidmətə yararlı sayılması ilə bağlı sübutlar mövcud olduğu və iddianın bu əsasla rədd olunduğu halda, tətbiq olunacaq müvəqqəti xarakterli tədbirin, yəni hərbi xidmətə aparılmasına qoyulmuş qadağanın məhkəmə icraatında götürülməsi mümkündür (iddianın rədd edilməsi barədə qərar qanuni qüvvəyə mindikdə müvəqqəti xarakterli müdafiə barədə qərardad qüvvəsini itirir, eləcə də müvafiq əsaslar yarandıqda məhkəmə icraatında tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv edilə bilər) və 30 yaşı tamam olanadək iddiaçı hərbi xidmətə çağırıla bilər. Lakin hazırkı durumda sağlamlıq vəziyyətində aşkarlanmış qüsurlar və çatışmazlıqlar gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər. 3) Bundan başqa, iddiaçı SHXÇDX Ağdaş rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırıldığından, bu çağırış isə qanunvericiliyə görə hər ilin yanvar, aprel, iyul və oktyabr ayları üçün nəzərdə tutulduğundan, iddiaçının cari ilin iyul ayı ərzində hərbi xidmətə göndərilib-göndərilməməsi məsələsi öz həllini təcili tapmalıdır. Odur ki, iddiaçının ərizəsi üzrə ilkin təcili tənzimləmə zəruridir. Nəzərə almaq lazımdır ki, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə çağırılması və aparılması, həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı marağın, onların hərbi xidmətə cəlb olunması ilə bağlı maraqdan daha üstün olduğu qəbul edilməlidir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı iddiasında mahiyyətcə hərbi xidmətə yararlı sayılması barədə cavabdehin müvafiq qərarını mübahisələndirir və mübahisəyə baxılıb qurtaranadək onun müddətli həqiqi hərbi xidmətə çağırılmasının qadağan olunması məqsədəuyğundur. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməlidir.

8. Cavabdehlər həmin qərardaddan apellyasiya şikayətləri verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh SHXÇÜDX-nın Ağdaş rayon şöbəsi apellyasiya şikayətinin dəlillərini maddi hüquq normalarını sadalamaqla əsaslandırmış, Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

10. Cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, ərizəçi Ərizəçi (FIN: *******) barəsində: - Əsas xəstəlik B90.9 XBT kodu, “Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin 2-ci maddəsi “C” bəndinin 1-ci qrafasının üzrə “C” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra ərizəçi yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün ##.##.2026-cı il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Onun müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında “Yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir”, Xəstəliklər Cədvəlinin 2-ci maddəsi “Ç” bəndinin 1-ci qrafasının üzrə “A” kateqoriyası barədə qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

12. Məhkəmə kollegiyasının hazırkı iclasında ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizənin dəqiqləşdirərək “SHXÇÜDX-nın Ağdaş rayon şöbəsinin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və onun üzərinə mübahisə yekunlşanadək ərizəçinin hərbi xidmətə çağrılmaması vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə dəqiqləşmə ilə bağlı verilmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ərizəçi izahat verərək apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdeh SHXÇÜDX-nın Ağdaş rayon şöbəsinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş üzrə ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

tətbiq edilən hüquq:

13. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanun: 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 15.2. bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: (15.2.1) müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; (15.2.2) sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; (15.2.3) sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; (15.2.4) dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; (15.2.5) həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 15.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. ... 2.18. barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEIS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEIS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEIS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEIS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEIS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. ... 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEIS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 2-1.20. Şura 7 (yeddi) üzvdən – sədr nümayəndələrindən biri olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 (iki), Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1 (bir), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 (bir), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 (bir), Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1 (bir) və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin 1 (bir) məsul şəxsindən ibarətdir. ... Şuraya verilmiş şikayətlərə 5 (beş) gün müddətində baxılır və qəbul edilən qərarlar 5 (beş) gün ərzində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün Agentliyin Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla altsistemə daxil edilir.

15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

16. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... 7.3. Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər. 7.4. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair çıxarılmış məhkəmə qərardadları IPM-in 80.2-ci maddəsinin tələbinə əsasən mütləq əsaslandırılmalıdır. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.27. Məhkəmələr nəzərə almalıdırlar ki, burada sözügedən yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluqdur. Başqa sözlə, mübahisə predmeti olan inzibati aktın hüquqa uyğunluğuna münasibətdə hələ icraatın əvvəlində məhkəmədə yaranmış ilkin qənaətdən bəhs edilir. ... 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

17. Apellyasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

18. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə ərizənin təmin edilib-edilməməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və ərizə təmin edilməməlidir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

21. Hazırda ərizəçinin hüquqi marağı əsas iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək SHXÇÜDX-nin Ağdaş rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmamasına nail olmaqdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.

23. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.

25. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.

26. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəlikləri ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliklərinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur.

27. Iş materiallarından görünür ki, ərizəçi 2014-cü ildə ağciyər vərəmi keçirmişdir. X8 Institutunun # #### 2026-cı il tarixli rentgenoqrafiya nəticəsində onun sağ ağciyərinin S6 seqmentində fibroz və bərk ocaq, EKQ müayinəsində isə sinus aritmiyası və erkən repolyarizasiya qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddianın uğurluluq ehtimalını yüksək qiymətləndirərkən ağciyərlə bağlı məhz həmin rentgenoloji göstəriciyə əsaslanmışdır.

28. Lakin “sağ S6-da fibroz, bərk ocaq görünür” tibbi göstəricisi Xəstəliklər cədvəlinin meyarları ilə müqayisə edilmədən özlüyündə yararsızlıq əsası kimi qəbul edilə bilməz. Xəstəliklər cədvəlinin 2-ci maddəsi vərəmin aktivlik vəziyyətindən, habelə müalicədən sonra qalan dəyişikliklərin həcmi və yayılma sahəsindən asılı olaraq fərqli yararlılıq kateqoriyaları müəyyən edir.

29. Maddənin “a” bəndi aktiv vərəmin mikobakteriyaların ifrazı və ya ağciyər toxumasının dağılması ilə müşayiət olunan formalarını əhatə edir və İ qrafa üzrə “D” kateqoriyası müəyyən edir. Maddənin “b” bəndi mikobakteriya ifrazı və dağılma olmadan davam edən aktiv vərəmi əhatə etməklə İ qrafa üzrə “C” kateqoriyası yaradır.

30. Ərizəçinin tibbi sənədində aktiv vərəm, mikobakteriya ifrazı, ağciyər toxumasının dağılması və ya aktiv prosesə aid məlumatlar qeyd edilməmişdir. Əksinə, ## ### 2026-cı il tarixli məqsədli rentgenoloji müayinədə hər iki ağciyərdə nəzərəçarpan infiltrativ dəyişikliyin izlənilmədiyi göstərilmişdir. Buna görə ərizəçinin vəziyyəti 2-ci maddənin “a” və “b” bəndinə uyğun gəlmir.

31. Xəstəliklər cədvəlinin 2-ci maddəsinin “c” bəndi kliniki müalicə olunmuş vərəmi İ qrafa üzrə “C” kateqoriyası ilə qiymətləndirir. Bununla belə, həmin bəndin tətbiqi üçün Əsasnamənin izah hissəsində konkret göstəricilər müəyyən edilmişdir. Vətəndaş əsas müalicə kursu başa çatdıqdan sonrakı üç il ərzində qalıq dəyişikliklərlə vərəm keçirməsi təsdiqləndikdə və ya üçillik müddətdən sonra onda böyük qalıq dəyişikliklər mövcud olduqda bu bənd üzrə qiymətləndirilə bilər. Ərizəçinin xəstəliyi 2014-cü ildə keçirdiyindən 2026-cı ildə aparılmış şəhadətləndirməyə münasibətdə əsas müalicədən sonrakı üçillik müddət tətbiq edilmir. Buna görə onun “C” kateqoriyası ilə qiymətləndirilməsi yalnız böyük qalıq dəyişikliklərin mövcudluğu ilə əsaslandırıla bilər.

32. Əsasnamədə böyük qalıq dəyişikliklər dəqiq şəkildə müəyyən edilmişdir. Bunlara beşdən artıq və ölçüsü 1 sm-ə qədər olan xırda ocaqlar, beşə qədər, lakin ölçüsü 1 sm-dən böyük olan iri ocaqlar, bir seqmentdən artıq sahəni əhatə edən fibroz, istənilən ölçülü sirrotik dəyişikliklər və qalınlığı 1 sm-dən artıq iri plevral qatlaşmalar aiddir.

33. Beləliklə, ərizəçinin sağlamlıq vəziyyəti ilə “C” kateqoriyası üçün tələb edilən tibbi göstəricilər üst-üstə düşmür. Ərizəçidə sağ ağciyərin S6 seqmentində fibroz və bir bərk ocaq olduğu halda, yararsızlıq üçün bir seqmentdən artıq fibroz və ya Əsasnamədə sayı və ölçüsü konkret müəyyən edilmiş böyük ocaqlı dəyişikliklər olmalıdır. Ərizəçidə beşdən artıq ocaq, bərk ocağın ölçüsünün 1 sm-dən böyük olması, sirrotik dəyişiklik və ya iri plevral qatlaşma müəyyən edilməmişdir.

34. Xəstəliklər cədvəlinin 2-ci maddəsinin “d” bəndində müalicədən sonra yaranan müvəqqəti funksional pozulmalar nəzərdə tutulmuşdur. Lakin həmin bənd üzrə İ qrafaya, yəni hərbi xidmətə çağırılan şəxslərə münasibətdə hər hansı yararlılıq kateqoriyası müəyyən edilməmişdir. Buna görə də ərizəçinin hərbi xidmətə yararlılığı həmin bənd əsasında qiymətləndirilə bilməz.

35. Xəstəliklər cədvəlinin 2-ci maddəsinin “ç” bəndi isə müalicə olunmuş vərəmdən sonra kiçik qalıq dəyişikliklərini İ qrafa üzrə “A-3” kateqoriyası ilə qiymətləndirir. Əsasnaməyə görə kiçik qalıq dəyişikliklərinə sayı beşdən az və ölçüsü 1 sm-ə qədər olan aydın görünən ocaqlar, habelə bir seqment çərçivəsində məhdud fibroz aiddir.

36. Ərizəçidə sağ ağciyərin S6 seqmentində müəyyən edilmiş fibroz məhz bir seqment çərçivəsində məhdud fibrozdur. Həmin sahədə bərk ocaq göstərilsə də, onun 1 sm-dən böyük olması müəyyən edilməmişdir. Buna görə həmin rəy Xəstəliklər cədvəlində böyük qalıq dəyişiklik kimi nəzərdə tutulan ocaq meyarının mövcudluğunu təsdiq etmir. X8 Institutunun # #### 2026-cı il tarixli rəyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “müalicə olunmuş vərəmdən sonra kiçik qalıq əlamətləri” barədə rəyinə uyğundur. Agentlik də yekun tibbi müayinə zamanı diaqnozu “keçirilmiş ağciyər vərəmi” kimi müəyyən etmiş və ərizəçini 2-ci maddənin “ç” bəndi üzrə “A-3” kateqoriyası ilə qiymətləndirmişdir.

37. Birinci instansiya məhkəməsi isə sağ S6-da fibroz və bərk ocaq göstəricisini Xəstəliklər cədvəlinin böyük və kiçik qalıq dəyişikliklərə dair konkret meyarları ilə müqayisə etməmiş, ümumiyyətlə tibbi sənədlərdə öz əksini tapmayan bir sıra halları ərizəçinin sağlamlıq vəziyyətinə aid göstəricilər kimi sadalamışdır. Belə ki, məhkəmə sağ S6-da fibroz və bərk ocağın müəyyən edilməsinə istinad edərək bunun tənəffüs sistemində geridönməz dəyişikliklərə, fiziki və psixoloji dayanıqlığın ciddi şəkildə pozulmasına səbəb ola biləcəyini, ərizəçinin tam sağalmadığını, hərbi xidmət şəraitində fiziki gərginliyin onun sağlamlığında geridönməz nəticələr doğura biləcəyini, ona lazımi tibbi nəzarət və müalicənin təmin edilməsinin mümkün olmayacağını, habelə vərəmin yoluxucu xarakterinə görə ərizəçinin digər hərbi qulluqçular üçün real təhlükə mənbəyi olduğunu qeyd etmişdir.

38. Qeyd olunan nəticələr xüsusi tibbi bilik tələb edən məsələlərə aid olmaqla tibbi sənədlərlə təsdiqlənmədiyindən ərizəçinin sağlamlıq vəziyyətinə dair müəyyən edilmiş fakt kimi qəbul edilə və bunun əsasında iddianın uğurluluq ehtimalı qiymətləndirilə bilməz.

39. Ərizəçinin EKQ müayinəsində sinus ritmi, ürək yığılmalarının dəqiqədə 63 olması, sinus aritmiyası və erkən repolyarizasiya qeyd edilmişdir. Xəstəliklər cədvəlinin 39-cu maddəsinin “a”, “b” və “c” bəndləri müvafiq olaraq ağır, orta-ağır və yüngül dərəcəli ürək çatışmazlığını, habelə maddədə ayrıca göstərilən ürək qüsurlarını, kardiomiopatiyaları və davamlı ritm və keçiricilik pozuntularını yararsızlıq əsası kimi nəzərdə tutur. “ç” bəndi də ürək əzələsi xəstəliklərinin nəticələri, İ funksional sinif ürək çatışmazlığı, müəyyən qapaq və keçiricilik pozuntuları ilə bağlı halları əhatə edir. 39-cu maddənin “d” bəndinin tətbiqi üçün keçirilmiş kəskin ürək xəstəliyindən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra qan dövranı sisteminin müvəqqəti funksional pozulması mövcud olmalıdır. Ərizəçinin belə xəstəlik keçirməsi, ürək xəstəliyinin kəskinləşməsi, cərrahi müalicəyə məruz qalması və ya bunlardan sonra müvəqqəti funksional pozuntu yaranması barədə tibbi göstərici yoxdur.

40. Göründüyü kimi, ərizəçidə həmin bəndlərdə göstərilən göstəricilərdən hər hansı biri müəyyən edilməmiş, EKQ-də aşkar olunan sinus aritmiyası və erkən repolyarizasiya da 39-cu maddədə hərbi xidmətə yararsızlıq yaradan göstərici kimi nəzərdə tutulmamışdır.

41. Beləliklə, ərizəçidə müəyyən edilmiş tibbi göstəricilər Xəstəliklər cədvəlinin dinc dövrdə hərbi xidmətə yararsızlıq, tam yararsızlıq və ya müvəqqəti yararsızlıq nəzərdə tutan bəndlərinin meyarlarına uyğun gəlmir. Keçirilmiş vərəmlə bağlı müəyyən edilmiş bir seqmentlə məhdud fibroz isə 2-ci maddənin “ç” bəndində nəzərdə tutulan kiçik qalıq dəyişikliklərə uyğundur.

42. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi istinad etdiyi tibbi göstəricinin Xəstəliklər cədvəlindəki meyarlarla müqayisəsini aparmadan iddianın uğurluluq ehtimalını yüksək qiymətləndirmişdir.

43. Kollegiya qeyd edir ki, məhkəmə nəzarətinin predmeti tibbi sənədlərdə əks olunmuş göstəricilərin Xəstəliklər cədvəlində nəzərdə tutulan meyarlarla müqayisə edilməsindən və bunun əsasında ərizəçinin hərbi xidmətə daimi və ya müvəqqəti yararsız hesab edilməsinə hüquqi əsasın olub-olmamasının yoxlanılmasından ibarətdir.

45. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 11.24-11.27-ci bəndlərinin tələbləri baxımından ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız ilkin - iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə - sübutların təqdim olunmasıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluq meyarı əsasında müəyyən etməlidir.

46. Hazırkı iş üzrə ərizəçinin təqdim etməli olduğu ilkin sübutlar - onun hərbi xidmətə daimi və ya müvəqqəti yararsızlığını əsaslandıra biləcək tibbi sənədlərdən ibarət olmalıdır. Məhz belə sübutlar əsas iddianın böyük ehtimalla uğurlu və ya uğursuz olacağına dair ilkin proqnozun formalaşdırılması üçün əsas təşkil edəcəkdir. Faktiki olaraq ərizəçi tərəfindən onun sağlamlıq vəziyyətinin hərbi xidmətə yararsızlığına və ya məhdud yararlılığına səbəb ola biləcək halları təsdiq edən ilkin sübutlar məhkəməyə təqdim edilməmiş, mövcud sübutlar isə Xəstəliklər Cədvəlinin 2 və 39-cu maddələrinin tətbiqinə hüquqi əsas yaratmamışdır.

47. Odur ki, işdə mövcud olan tibbi sənədlər əsas iddianın uğurlu olub-olmayacağı ilə bağlı ilkin proqnozun verilməsi üçün kifayət edən həcmdədir. Lakin, bu proqnoz hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaət yaratmır. Əksinə, bu qənaət daha çox əsas iddianın böyük ehtimalla uğursuz olacağı istiqamətindədir. Iddianın uğurluluq ehtimalı aydın olduğundan ziddiyyətli maraqların qiymətləndirilməsinə lüzum yoxdur.

48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizənin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməli, Şəki Inzibati Məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək ərizə təmin edilməməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilir. Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ləğv edilir. Iş üzrə yeni qərardad qəbul edilməklə ərizəçi Ərizəçi “SHXÇÜDX-nın Ağdaş rayon şöbəsinin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və onun üzərinə mübahisə yekunlaşanadək ərizəçinin hərbi xidmətə çağrılmaması vəzifəsinin qoyulması” tələbi ilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar