Məhkəmə qərarları › İş №15(3-10)-84/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-10)-84/2026

16.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-84/2026 16.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “iddiaçının adına tərtib edilmiş ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** saylı qərarın ləğv olunmasına dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvə alanadək ##.##.2026-cı il tarixli *-**-*-*/*- ******/**** saylı qərarın icrasının dayandırılması vəzifəsinin qoyulması” tələbinə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli, 15(4-10)-93/2026 nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş аpellyаsiyа şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi:

1. Işin halları: Azərbaycan Respublikasının Maraqlı şəxs tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, *-**-*-*/*-******/**** saylı Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə qərardan görünür ki, Ərizəçi barəsində 2026-cı ilin fevral ayı üzrə 41923,67 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublardan görünür ki, ödəyicidən zəruri sənədlər tələb olunmuşdur. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

2. Iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçı barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** saylı qərarın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Eyni zamanda ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı məhkəməyə ərizə ilə müraciət edərək “iddiaçının adına tərtib edilmiş ##.##.2026-cı il tarixli 3-21-2-3/2- ******/**** saylı qərarın ləğv olunmasına dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvə alanadək ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** saylı qərarın icrasının dayandırılması vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. “Müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Balakən şəhərində ərzaq mağazası işlədir. Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən əsassız olaraq vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə barəsində ## ##### 2026-cı il tarixdə qərar qəbul edilmişdir. Barəsində qəbul edilmiş qərarı əsassız hesab edir. Vergi orqanı tərəfindən göndərilmiş ##.##.2026-cı il tarixli uyğunsuzluq məktubunda müəyyən edilmiş dövr, yəni ##.##.2023-##.##.2026-cı il tarixləri aralığında aparılmış təhlil nəticəsində müəyyən edilmiş 34563.68 AZN ƏDV məbləğinin vergi tutma bazası göstərilməmişdir.

5. Cavabdeh orqan ərizəyə etirazında qeyd etmişdir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ilə bağlı inzibati iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək müvəqqəti xarakterli müdafiə tədbiri kimi cavabdehin ##.##.2026-cı il tarixli, *- **-*-*/*-******/**** saylı qərarının icrasının dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Uçot baza məlumatlarına əsasən, ərizəçi Ərizəçi ##.##.2009cu il tarixində dövlət qeydiyyatına alınmış və əsas fəaliyyəti pərəkəndə satışdan ibarət olmuşdur. Aparılmış araşdırma zamanı ##.##.2026- ##.##.2026-cı il tarixi aralığında ƏDV tutulan əməliyyatlar üzrə onlayn kassa məlumatına əsasən iddiaçının 41128,17 (ƏDVsiz) manat satış dövriyyəsi olmasına baxmayaraq, təqdim edilmiş bəyannamələr üzrə dövriyyə məbləğinin azaldılmaqla təqdim olunması müəyyən edilmişdir. Həmçinin, qarşılıqlı əlaqələrin təhlili nəticəsində ##.##.2023-##.##.2026-cı il tarixi aralığında ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləği ilə təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə ümumilikdə 34563,68 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalarla əlaqədar olaraq, vergi ödəyicisinə ##.##.2026-cı il tarixli **************** saylı və ##.##.2026-cı il tarixli **************** saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və araşdırma üçün tələb olunan sənədlərin təqdim edilməsi istənilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37ci maddəsinə əsasən, 2026-cı ilin fevral ayı üzrə 41923,67 manat əlavə vergi məbləği hesablanmış və bununla bağlı ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi əsasları və qaydası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40-44-cü maddələri ilə tənzimlənir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması (43.1.1) və ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün (43.1.2) əsas sayılır.

6. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə (hakim Kamran Musayev) ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “iddiaçının adına tərtib edilmiş ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** saylı qərarın ləğv olunmasına dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvə alanadək ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** saylı qərarın icrasının dayandırılması vəzifəsinin qoyulması” tələbinə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın uğurluluq ehtimalını təsdiq edən kifayət qədər ilkin sübutlar mövcud deyildir. Belə olan təqdirdə vergi orqanının ##.##.2026-cı il tarixli 3-21- *-*/*-******/**** saylı qərarının icrasının dayandırılması cavabdehin hüquqlarını pozur. Hazırda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməməsi, gələcəkdə iş üzrə qəbul ediləcək məhkəmə qərarının icrasını çətinləşdirmə ehtimalı yoxdur və iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin bərpasına maneə yaratmır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi tərəfindən iddianın uğurluluq ehtimalının olması və vergi orqanının mübahisələndirilən qərarının icrasının dayandırılmadığı təqdirdə ona hər-hansı zərər dəyəcəyi ilə bağlı ilkin sübutlar məhkəməyə təqdim edilmədiyindən ərizə təmin edilməməlidir

8. X2 həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

9. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi yalnız ərizəçinin hüquqlarının real təhlükə altında olması və iddianın böyük ehtimalla uğurlu olacağı halda mümkündür. Əgər belə bir ehtimal aşkar edilmirsə, o zaman tərəflərin maraqları hərtərəfli qiymətləndirilməli, müdafiə tədbirinin tətbiq edilib-edilməməsi bu qiymətləndirmənin nəticəsinə əsasən həll edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyi tam əsassız olmaqla, ərizəçinin hüquqlarının pozulmasına zəmin yaratmışdır. Hazırkı vəziyyətdə yuxarıda qeyd olunan qərar icra olunacağı təqdirdə bu hal vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini normal düzəninin və əmtəə dövriyyəsinin pozulmasına, əmək haqqı və digər məcburi ödənişlərin dayandırılması ilə nəticələnəcəyinə, eləcə də digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi halda maddi ziyan dəyəcəyinə səbəb olacaqdır. Iddianın böyük ehtimalla uğurlu olması ilə bağlı qeyd olunmalıdır ki, tərəflər arasında mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçı tərəfindən bəyan olunmuş illik gəlir vergisi bəyannaməsi və digər sənədlər üzrə cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın qanuniliyi müəyyən edilməlidir. Mövcud olan işin faktiki və hüquqi hallarına görə eyni zamanda mübahisəli vergi borcu məbləği ilə cavabdehin hər hansı sərəncam verməsi, qərar qəbul etməsi və ya hərəkətlər etməsi nəticəsində iddiaçının hüquq və azadlıqlarını bərpa oluna bilməyəcək şəkildə pozula bilməsi ehtimalını nəzərə alaraq hesab edir ki, cavabdehin ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** saylı qərarının icrası dayandırılmalıdır. Lakin məhkəmə tərəfindən iş materiallarına əlavə olunmuş sənədlərə düzgün hüquqi qiymət verilməmiş, iddia ərizəsində qeyd olunan əsaslar nəzərə alınmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları:

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil/Nümayəndə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq; 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.11-2. vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək; Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.7. Vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün ödəniş xidməti təchizatçılarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək; 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Maddə 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Maddə 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1. vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; 65.2.1.3. məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; 65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda.

14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər; 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.

82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1 Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. 2.2. IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 2.3. Inzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. 11.1. Iddiaçı özünün hüquq və mənafelərinə toxunduğunu güman etdiyi inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini mübahisələndirmə haqqında iddia qaldırmaqla tələb edə bilər. 11.2. Məhkəmə mübahisələndirmə haqqında iddiaya baxarkən inzibati aktın səlahiyyət, forma, səbəb, məzmun və məqsəd ünsürləri baxımından hüquqa uyğunluğunu yoxlamalıdır (bax – “Vergi ödəyicilərinin 2017-ci ilin # ###### tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il ## ###### tarixli ***VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2020-ci il ## ###### tarixli * nömrəli Qərarının 26- 31-ci bəndləri). 11.3. Həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindən mübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, IPM-in 41.1-ci maddəsində təsbit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir. 11.4. Mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa zidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır. 11.7. IPM-in 41.4-cü maddəsində müəyyən olunmuş ümumi qaydaya görə, inzibati aktın icrası iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Lakin işin xüsusi hallarından çıxış etməklə məhkəmə inzibati aktın icrasını konkret bir müddət üçün də dayandıra bilər. 11.8. Inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələ üzrə qərar qəbul edə bilmək üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmadığı ilə bağlı aparılan araşdırma nəticəsində məhkəmənin gəldiyi qənaət işə mahiyyəti üzrə baxılmasının sonunda gəlinən yekun və qəti qənaət deyildir. 11.9. Bu zaman məhkəmənin qənaəti yalnız icraatın həmin mərhələsinədək mövcud olan işin hallarının araşdırılması nəticəsində yaranır, gəlinən həmin qənaət müvəqqəti olur, proqnoz və ehtimala əsaslanmaqla formalaşır. 11.15. IPM-in 41.2-ci maddəsinə görə məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.19. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda təcili tənzimləməyə ehtiyac məsələsi həll olunur və yalnız müvəqqəti müəyyən edilən qaydadan bəhs edilir. Ona görə də məhkəmə belə tədbirin tətbiqi ilə bağlı ərizə üzrə qərar verərkən, iddia ərizəsinin özünə dair mahiyyəti üzrə yekun qərar çıxarılarkən tələb olunan inam və əminliklə hərəkət etmir. Çünki ərizə ilə prosesin konkret mərhələsində müəyyən məsələnin həlli tələb olunur. Müvafiq olaraq ərizənin taleyi də həmin konkret mərhələdə mövcud olan işin faktiki və hüquqi hallarına görə məhkəmədə yaranmış təsəvvür və proqnoz (onların daha sonra haqlı çıxıb-çıxmamasından asılı olmayaraq) əsasında həll edilməlidir. Iddia ərizəsinə mahiyyəti üzrə baxılarkən işin hallarının hərtərəfli araşdırılması nəticəsində başqa nəticə hasil olarsa, söhbət ehtimalın özünü doğrultmadığından gedəcəkdir. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.21. Bundan başqa, həmin araşdırma yalnız ilkin araşdırmanın qayda və şərtlərinə uyğun aparılmalıdır. Bununla bağlı olaraq məhkəmələrə izah olunur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda iddia icraatı ilə müqayisədə yoxlamanın həcminin azaldılması qaydası qüvvədədir. Ona görə ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraat təcili xarakter daşıyır, eləcə də iddia icraatının sonunda məhkəmə yekun qənaətə gələrkən onda işin faktiki və hüquqi halları ilə bağlı tam qənaət formalaşmış olur, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda isə bu mənada tam qənaət yaranmır, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz mövcud olur. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.26. Işin hüquqi hallarının araşdırılması zamanı isə mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı məsələ üzrə qiymətləndirmə aparılmalıdır. 11.28. Inzibati aktın hüquqa uyğunluğu məsələsi üzrə “ilk baxışda” gəlinən nəticə ilə mübahisəyə baxılması sonunda gəlinən nəticə bir-birindən fərqli ola bilər. Ona görə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair icraat zamanı işin hüquqi hallarına münasibət bildirərkən məhkəmə icraatın həmin anında onda formalaşmış “ilk baxışda” hüquqa uyğunluqla bağlı qənaətdən hərəkət etməlidir. 11.29. Məhkəmələrə həmçinin izah olunur ki, “ilk baxışda” hüquqa uyğunluq məsələsinə verilən qiymət icraatın sonrakı gedişində işin hallarının araşdırılmasından asılı olaraq dəyişə bilər. Başqa sözlə, mübahisəni mahiyyəti üzrə həll edərkən məhkəmə hüquqa uyğunluğun qiymətləndirilməsini fərqli qaydada da apara bilər. 11.30. Ilkin araşdırmanın aparılmasına baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə dair ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. 11.31. Ziddiyyətli maraqların qiymətləndirilməsi ilk növbədə müvəqqəti xarakterli müdafiə icraatının tərəflərinin, bəzən isə hətta cəmiyyətin maraqları nəzərə alınmaqla qiymətləndirilmə aparılmasını tələb edir. 11.32. Bir qayda olaraq fiziki və hüquqi şəxslərin fərdi halları nəzərə alınmaqla onların hüquqi statuslarına müdaxilə nə qədər böyük olarsa, inzibati aktın icrasının dayandırılmasına olan ehtiyacın da bir o qədər çox olduğu qəbul edilir. 11.33. Bundan başqa, ziddiyyətli maraqların qiymətləndirilməsi inzibati aktın icra olunmasının (daha sonra iddia icraatında aktın qanunsuz olduğu müəyyən edilərsə) və ya olunmamasının (daha sonra iddia icraatında aktın qanuni olduğu müəyyən edilərsə) tərəflərə, eləcə də ictimai maraqlara vuracağı ziyanın həcmi müqayisə edilməklə də aparıla bilər. 11.34. Inzibati aktın icrasının dayandırılmasında maraqlı olan tərəfə xas olan fərdi hallar nəzərə alındıqda onun hüquqlarının pozulması ilə müqayisədə digər tərəfə və ya ictimai maraqlara vurulacaq ziyan daha az əhəmiyyətli kimi qəbul edilə bilərsə, məhkəmə müvafiq əsaslandırmaya istinadla ziddiyyətli maraqların qiymətləndirilməsini ərizəçinin (iddiaçının) xeyrinə apara bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

18. Məhkəmə ərizəni, apellyasiya şikayətinin dəlillərini və işə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

19. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, hazırkı mübahisəyə münasibətdə ərizənin təmin edilib-edilməməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir:

21. Işin hallarından belə müəyyən olunur ki, ərizəçi Ərizəçi Maraqlı şəxs tərəfindən barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** saylı qərarın ləğv olunmasına dai inztibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvə alanadək ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** saylı qərarın icrasının dayandırılmasını məhkəmədən xahiş etmişdir.

22. Vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı ##.##.2026-##.##.2026cı il tarixi aralığında ƏDV tutulan əməliyyatlar üzrə onlayn kassa məlumatına əsasən iddiaçının 41128,17 (ƏDV-siz) manat satış dövriyyəsi olmasına baxmayaraq, təqdim edilmiş bəyannamələr üzrə dövriyyə məbləğinin azaldılmaqla təqdim olunması müəyyən edilmiş, qarşılıqlı əlaqələrin təhlili nəticəsində ##.##.2023-##.##.2026-cı il tarixi aralığında ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləği ilə təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə ümumilikdə 34563,68 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.

23. Bununla əlaqədar vergi ödəyicisinə ##.##.2026-cı il tarixli **************** saylı və ##.##.2026-cı il tarixli **************** saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və araşdırma üçün tələb olunan sənədlərin təqdim edilməsi istənilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən, 2026-cı ilin fevral ayı üzrə 41923,67 manat əlavə vergi məbləği hesablanmış və bununla bağlı ##.##.2026-cı il tarixli *-**-*-*/*- ******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir.

24. Hazırkı halda mübahisə üzrə əsas iddianın böyük ehtimalla uğurluluğu qənaətinə gəlmək üçün ##.##.2026-cı il tarixli qərarın qanunsuzluğuna dəlalət edən ilkin sübutların mövcud olması şərtdir.

25. Bunun üçün isə iddiaçı tərəfindən kameral vergi yoxlama zamanı aşkar olunmuş kənarlaşma ilə bağlı cavabdehin qənaətinin səhf olması və ya bu kənarlaşmanın aradan qaldırılmasına dair müvafiq sənədlərin (dəqiqləşdirilmiş vergi bəyannamələri və s.) təqdim edilməsi zəruridir. Lakin baxılan iş üzrə belə sənədlərin mövcudluğu aşkar edilmir.

26. Bununla yanaşı ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini sahibkarlıq fəaliyyətinin normal düzəninin və əmtəə dövriyyəsinin pozulması, əmək haqqı və digər məcburi ödənişlərin dayandırılması ilə nəticələnməsi, eləcə də digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi halda maddi ziyan dəyəcəyi ilə əsaslandırsa da Kollegiya hesab edir ki, Hesablanan vergi borcu məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulan məbləğ vergi ödəyicisinin öz bank hesabında saxlanılmaqla istifadəsi dondurulur və bu zaman həmin məbləğdən əlavə digər məbləğlər üzrə məxaric əməliyyatlarına heç bir məhdudiyyət tədbiq edilmir.

27. O da qeyd olunmalıdır ki, mübahisələndirilən qərarlarla hesablanmış əlavə vergi məbləğinin 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması barədə sərəncamların qoyulması gələcəkdə işin nəticəsindən asılı olmayaraq, hər iki tərəfin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almış olur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iş üzrə aidiyyəti sübutlar mövcud olmadan, müvafiq əlavə araşdırma aparılmadan iddianın böyük ehtimalla uğurluluğunun aydın olmasından söhbət gedə bilməz. Eləcə də, ziddiyyətli maraqlar baxımından da ərizənin təmini üçün əsaslar kifayət etmir.

29. Ərizəçi tərəfindən irəli sürülmüş tələbin əsaslılığı və iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar məhkəməyə təqdim edilməmişdir. Ərizəçi apellyasiya şikayətində mübahisələndirilən inzibati aktın əsassız olduğunu qeyd etsə də, ərizədə göstərilən mülahizələr ümumi xarakter daşımış, konkret faktiki və hüquqi əsaslarla müşayiət olunmamışdır.

30. Təcili tənzimləmə hüquq münasibətlərin aydın şəkildə həll olunmasına və tərəflər arasında hüquqi münasibətlərin tənzimlənməsinə kömək etməklə, hüquqi pozuntuların dərhal aradan qaldırılmasına və zərərli nəticələrin qarşısının alınmasına imkan tanıyır. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə icraat tərəflərin hüquqlarını müvəqqəti olaraq qorumaq məqsədilə tətbiq edilən tədbirlərdir ki, bu icraatın əsas məqsədi əsas icraat üzrə yekun məhkəmə aktı qəbul edilənədək vəziyyətin dəyişilməsini əngəlləmək və subyektiv hüquqların qorunmasına təminat verilməsindən ibarətdir.

31. Inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.

33. Yuxarıda qeyd olunan Plenum Qərarına əsasən ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır.

34. Müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına görə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətin hasil olduğu, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olduğu, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi-hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edildiyi hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməyə haqlıdır. Qeyd olunmalıdır ki, bu zaman müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizədə həmin tədbirin tətbiqinin aydın şəkildə əsaslandırılması vəzifəsi həm də iddiaçının üzərinə düşür.

35. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir və qanunvericilikdə nəzərdə tutulmuş vacib bir prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir.

36. Müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.

37. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.

38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunması üçün mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli və ya mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalıdır.

39. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, inzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə qiymət verilərkən əsasən iddiaçının (ərizəçinin) hüquqlarının müdafiəsi istiqamətində araşdırma aparılmalı olmasını təsbit etmişdir. Lakin bu o mənaya gəlmir ki, qeyd edilən ərizələrə baxılarkən “tərəflərin hüquq bərabərliyi” və “mütənasiblik” prinsipləri nəzərə alınmamalıdır.

40. Mütənasiblik prinsipinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Inzibati icraatda ilk növbədə mütənasiblik özündə şəxslərin hüquqlarına müdaxilə edən dövlət tədbirinin yararlı, zəruri və uyğun olmasını ehtiva edir. Bu tələblərə cavab verməyən tədbir qanunaziddir və bu səbəbdən mübahisələndirilə və aradan qaldırıla bilər. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasın. Başqa sözlə, ərizəçinin hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin görülməsi, son nəticədə cavabdehin hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olmamalı, yekun məhkəmə aktı qəbul edildikdən sonra cavabdehin qəbul etdiyi inzibati aktın icrasını mümkünsüz etməməlidir. (tərəflərin məhkəmə və qanun qarşısında bərabərliyi prinsipi).

41. Yuxarıda qeyd olunanların hazırkı işin hallarına tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia icraatı üzrə vergi ödəyicisi (iddiaçı) ona hesablanmış vergi məbləğlərinə dair inzibati aktı mübahisələndirir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni verməkdə onun hüquqi marağı isə mübahisələndirilən inzibati aktın icrasının dayandırılmasında ifadə olunur.

42. Inzibati aktın mübahisələndirilməsi isə onun icrasının dayandırılmasına əsas vermir (IPM-nin 41-ci maddəsi). Başqa sözlə, inzibati aktın mübahisələndirilməsi onun icrasından irəli gələn tədbirləri görməyi inzibati orqana qadağan etməməklə yanaşı, həmin inzibati aktın yönəldiyi şəxsləri də onun icrasını təmin etmək vəzifəsindən azad etmir. Lakin qanunverici nəzərə alır ki, elə hallar ola bilər ki, inzibati aktın icrasına yönələn hərəkətlərin davam etdirilməsi (və ya icrası ilə bağlı konkret hansısa tədbirin görülməsi) tərəfi elə bir əlverişsiz vəziyyətə sala bilər ki, iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra (iddianın təmin olunduğu halda) iddiaçının (ərizəçinin) hüquqlarının müdafiəsi mümkünsüz ola bilər və ya xeyli çətinləşər. Elə bu səbəbdəndir ki, inzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri barədə institutu təsbit etmişdir.

43. Mahiyyət etibarı ilə mübahisələndirilən qərarı qəbul etmiş inzbati orqanın hərəkətləri həmin qərarın icrasına yönəldiyi halda ərizəçinin tələbi həmin hərəkətlərin aparılmasının dayandırılması ilə bağlıdır. Mübahisələndirilən qərarın icrasının dayandırılması həmin qərarın icrasına yönəlmiş Vergi Məcəlləsində nəzərdə tutulan bütün tədbirlərin görülməsini (vergi ödəyicisinin hesablaşma, ƏDV, valyuta və digər hesablarına məhdudiyyət və qadağaların tətbiq edilməsini, əmlakın siyahıya alınmasını, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsini, vergi ödəyicisinin sərəncamların tətbiqini, tələbin icraya yönəldilməsinə yönələn qərarların da qəbul edilməsi və s) nəzərdə tutduğundan həmin hərəkətlərin edilməsi inzibati orqana qadağan edilir.

44. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda təcili tənzimləməyə ehtiyac məsələsi həll olunur və yalnız müvəqqəti müəyyən edilən qaydadan söz edilir. Ona görə də, məhkəmə belə tədbirin tətbiqi ilə bağlı ərizə üzrə qərar verərkən, iddia ərizəsinin özünə dair mahiyyəti üzrə yekun qərar çıxarılarkən tələb olunan inam və əminliklə hərəkət etmir. Çünki ərizə ilə prosesin konkret mərhələsində müəyyən məsələnin həlli tələb olunur. Müvafiq olaraq ərizənin taleyi də həmin konkret mərhələdə mövcud olan işin faktiki və hüquqi hallarına görə məhkəmədə yaranmış təsəvvür və proqnoz (onların daha sonra haqlı çıxıb-çıxmamasından asılı olmayaraq) əsasında həll edilməlidir. Iddia ərizəsinə mahiyyəti üzrə baxılarkən işin hallarının hərtərəfli araşdırılması nəticəsində başqa nəticə hasil olarsa, söhbət ehtimalın özünü doğrultmadığından gedəcəkdir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-***/**** nömrəli ## ### 2017-ci il tarixli icmal məktubunda qeyd edilmişdir ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə verilmiş ərizəyə baxılarkən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması zəruridir. Bu, iddianın uğurluluq ehtimalının qiymətləndirilməsi baxımından vacibdir. Çünki məhkəmənin müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməsi onun işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməsindən asılıdır.

46. Cavabdeh orqan tərəfindən qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqlarının hesablanması barədə” ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** saylı qərarın icrasının davam etməsinin ərizəçinin vəziyyətinə hansı mənfi təsir göstərəcəyini əsaslandırmamışdır. Halbuki, yuxarıda da qeyd olunduğu kimi Inzibati Prosessual Məcəllənin 43.1-ci maddəsində müvəqqəti xarakterli müdafiə tədbiri yalnız 2 halda tətbiq oluna bilər və bu hallardan başqa digər vəziyyətdə tətbiq olunması Məcəllədə nəzərdə tutulmamışdır.

47. Belə ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iddianın uğurluluq ehtimalı aydın olmalı, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli və qeyd edilən əsaslar ərizədə əsaslandırılmalıdır.

48. Qeyd olunmalıdır ki, təcililiyin mövcudluğunun əsaslandırılması və ona dair sübutların təqdim olunması ilk növbədə ərizəçinin üzərinə düşür. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

49. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə uyğun olaraq qeyd olunmuşdur ki, işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Həmçinin, müvəqqəti xarakterli müdafiə tədbiri çıxarılacaq məhkəmə qərarının gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn və məhkəmə qərarının gələcəkdə icrasının təmini məqsədi ilə görülən prosessual hüquqi tədbirdir. Məhkəmələr tərəfindən ərizəyə əsasən əsas tələb üzrə gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələr müəyyən edilməlidir.

50. Göstərilən normaların tələblərinə əsasən ərizəçi ilkin təcili tənzimlənmənin zəruri olması və maddi tələbinin mövcud olması ehtimalını məhkəməyə aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcud olmalıdır. Hazırki iş üzrə isə ərizəçi müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsasları ərizədə aydın və əsaslandırılmış şəkildə göstərməmiş və bu barədə sübutları məhkəməyə təqdim etməmişdir.

51. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar