Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-87/2026 27.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (sədrlik edən, məruzəçi), Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi ilə, Cavabdeh Üçüncü şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı Ərizəçi cavabdeh xxxxnə qarşı “iddiaçının hərbi xidmətə yararlı sayılması barədə qərarın ləğv edilməsi və dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə yeni qərarın qəbul edilməsi” tələbinə dair iş üzrə iddiaçının “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından xxxx və üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Işin halları:
1. Iş materiallarında olan: Ərizəçi barəsində tərtib olunmuş göndərişdə (Forma 44-də) “əsas diaqnoz: XBT kodu – K80.1 Digər xolesistitlə birgə öd kisəsi daşları” olmaqla «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin Xəstəliklər cədvəlinin 53-cü maddəsinin “ç” bəndi üzrə “Ç” kateqoriyası, “yanaşı xəstəlik: XBT kodu – M23 Dizin oynaqdaxili zədələnməsi” olmaqla 58-ci maddənin “d” bəndi üzrə “Ç” kateqoriyası ilə qiymətləndirilmə aparılmış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – SHXÇDX) Mərkəzi Hərbi-Həkim Komissiyasının (bundan sonra – MHHK) ## ##### 2024-cü il tarixli qərarı ilə “Ç” kateqoriyası ilə şəhadətləndirilərək hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. xxxxnin ## ##### 2026-cı il tarixli qərarından (rəyindən) görünür ki, MHHK tərəfindən verilmiş əsas diaqnoz XBT kod K80.1 (mədənin və onikibarmaq bağırsağın digər xəstəlikləri, qaraçıyərin, öd kisəsinin, öd yollarının və mədəaltı vəzinin xəstəlikləri – “ç” bəndi kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra həzm orqanlarının müvəqqəti funksional pozulmaları) xəstəliyi funksiya pozulması olmayan öd daşı xəstəliyi kimi qiymətləndirilmiş və maddə tətbiqinə əsas olmadığı qeyd edilmişdir. xxxxnin qərarında həmçinin MHHK tərəfindən verilmiş yanaşı diaqnoz XBT kod M23 (iri oynaqların, sümüklərin və qığırdaqların cərrahi xəstəlikləri və zədələnmələri, osteopatiya və xondropatiyalar – “d” bəndi xəstəliklərin, yaralanmaların, travmaların, zəhərlənmələrin, xarici amillərin digər təsirlərinin nəticələrinin müalicəsindən sonra sümük-əzələ sisteminin, birləşdirici toxumanın, dərinin, dərialtı toxumanın müvəqqəti funksional pozulmaları) xəstəliyi “ç” bəndi (funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda) ilə qiymətləndirilərək funksiya pozulması olmayan sol diz oynağının ön çarpaz bağının gərilməsi olmaqla “A-3” kateqoriyası ilə şəhadətləndirilmişdir. Bundan sonra Ərizəçi MHHK-nın qərarı ilə “A” kateqoriyası ilə həqiqi hərbi xidmətə yararlı hesab edilmiş və ona SHXÇDX Ağdaş rayon şöbəsi tərəfindən ## #### 2026-cı il tarixə çağırış vərəqəsi verilmişdir. SHXÇÜDX-nin Ağdaş rayon şöbəsinin ## ####### 2025-ci il tarixli qərarı (çağırış komissiyasının protokol kitabından çıxarışı) ilə 1997-ci il təvəllüdlü hərbi vəzifəli Ərizəçi sağlamlıq vəziyyətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir.
2. “X7”nın ## ##### 2025-ci il tarixli diz MRT müayinəsindən görünür ki, diz oynağını təşkil edən sümüklərdə sümük tamlığın pozulması, patoloji proses izlənilmir, patellanın lateral doğru minimal yerdəyişməsi qeyd olunur (patello-femoral uyğunsuzluq). Diz qapağı forması, strukturu və patellofemoral oynaq səthi normaldır. Tibiyanın medial və lateral kondilusların arxa səthində fokal subkortikal ödem, medial meniskdə “dolça qulpu” yırtığı, diskoid lateral menisk müşahidə olunur, arxa buynuzunda Grade 2 zədələnmə qeyd olunur. Hər iki kollateral və çarpaz bağların tamlığı pozulmamışdır. Diz oynağında retropatelyar nahiyədə az miqdarda maye yığıntısı aşkar olunur. “X2”nin ## #### 2026-cı il tarixli sol diz MRT müayinəsindən görünür ki, retro və suprapatellar bursalarda sinoviyal maye yığıntısı, ön çarpaz bağın həcmində artım və ödem qeyd olunur, həmçinin oynaqdaxili sinoviyal mayedə artma təyin olunur. “X3”in ## ### 2026-cı il tarixli sol diz MRT müayinəsindən görünür ki, fermurotibial və patello-femoral oynaq əlaqəsi normaldır. Patellar qığırdaq intaktdır. Insall-Salvati nisbəti 0.77 olaraq hesablanmışdır. Diz oynaq ara məsafəsi və diz ətrafı bursalarda maye yığıntısı müşahidə edilmir. Medial meniskus posterior horn ölçüləri normaya nəzərən kiçikdir, “itən” fragment interkondilar fossaya doğru yer dəyişdirmiş olub anterior hornun posteriordan üzərinə “oturmuşdur”. Lateral meniskus gövdəsi üç ardıcıl sagital sekansda müşahidə edilir, lateral meniskusda yırtıq lehinə dəyərləndirilə biləcək patolojik siqnal aşkarlanmır. Ön və çarpaz bağın tamlığı və siqnal intensivliyi normaldır. Medial və lateral ligamentlər normaldır. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı Ərizəçi cavabdeh xxxxnə qarşı «iddiaçının hərbi xidmətə yararlı sayılması barədə qərarın ləğv edilməsi və dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə yeni qərarın qəbul edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir.
4. Eyni zamanda iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılanadək SHXÇDX-nin Ağdaş rayon şöbəsi tərəfindən onun müddətli həqiqi hərbi xidmətə cəlb edilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. “Müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə onunla əsaslandırılmışdır ki, o, ## ##### 2026-cı il tarixdə xxxxndə hərbi çağırışla əlaqədar tibbi yoxlanışdan keçmişdir. Müddətli həqiqi hərbi xidmətə yararsız olduğu halda, ## ##### 2026-cı il tarixdə həqiqi hərbi xidmətə yararlı olması barədə qərar verilmişdir. Bu qərara etiraz edərək Şəki Inzibati Məhkəməsinə iddia ərizəsi yazaraq müraciət etmişdir. Hal-hazırda *-*(*-**)-**** nömrəli iş hakim X4 icraatındadır. SHXÇDX-nin Ağdaş rayon şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə hərbi xidmətə yola düşmək üçün çağırış vərəqəsi verilmişdir. Yuxarıda qeyd olunan işin hələ də icraatda olduğunu və mübahisələndirilmədiyini nəzərə alaraq hərbi xidmətə getməyi hazırkı vəziyyətdə doğru olmayıb sağlamlığınla əlaqədar ciddi problemlər yarada bilər.
6. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə SHXÇDX Ağdaş rayon şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.
7. xxxx ərizəyə etirazında qeyd etmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il # ######## tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ## #### 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx (bundan sonra - Agentlik) tərəfindən həyata keçirilir. · Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası) · Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası) · Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası), Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə (bundan sonra - Əsasnamə) uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Bu məqsədlə Agentliyin nəzdində ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi (bundan sonra - Mərkəz) yaradılmışdır. Mərkəzdə çağırışçıların yekun tibbi müayinəsi ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən aparılır. Yekun tibbi müayinəyə dair qərarlar isə Tibbi Qiymətləndirmə Komissiyaları tərəfindən qəbul edilir. Yekun tibbi müayinənin aparılması üçün SHXÇDX tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir, hansı vaxtda Mərkəzə yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri barədə məlumat verilir. Çağırışçı təyin edilmiş müayinə günündə SHXÇDX-nin müvafiq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının nümayəndəsinin müşayiəti ilə Mərkəzə yaxınlaşır və avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkim-mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olub-olmadığı aydınlaşdırılır. Çağırışçının laborator və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə, müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün daxili göndəriş verilir. Mərkəzdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron formada tibb müəssislərinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində növbədənkənar müayinəsi aparılır. Tibbi müayinələrin nəticəsində çağırışçıda göndərişdə (forma 44) öz əksini tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə yönləndirilir. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq edərək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edir. Qəbul həkiminin rəyi altsistemə daxil edildikdən sonra çağırışçı barəsində yekun tibbi müayinənin həyata keçirilməsi üçün Tibbi Qiymətləndirmə Komissiyalarından biri altsistem tərəfindən avtomatlaşdırılmış qaydada seçilir. Seçilmiş müvafiq komissiya çağırışçının yekun tibbi müayinəsini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən həyata keçirilir və müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir: • yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; • yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir; • yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Qəbul edilən müvafiq qərar elektron sənəd formasında formalaşdırılır və Tibbi Qiymətləndirmə Komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla SHXÇDX-nin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərarın qəbul edilməsi üçün “Hərbihəkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilir. Bildirilir ki, ərizəçi Ərizəçi (FIN: *******) barəsində K80.1 XBT kodu,“Digər xolesistitlə birgə öd kisəsi daşları” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin “ç” bəndinin 1-ci qrafasının 53-cü maddəsi üzrə “Ç” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra ərizəçi yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün ##.##.2026-cı il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Onun müraciəti ilə əlaqədar aparılmış analizlər əsasında fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Çağırışçının statusu Üçüncü şəxs MHHK rəyində qeyd edilmiş diaqnozdan Agentliyin rəyində “Fərqli kateqoriya üzrə təsdiqlənir” barədə qərar qəbul edilmişdir. DTSERA tərəfindən çağırışçının səhhətinə barəsində A-3 kateqoriyası uyğun olduğu barədə rəy verilərək, fərqli kateqoriya üzrə təsdiq barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməməsi barədə müvafiq qərardadın qəbul edilməsi xahiş edilmişdir.
8. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 15(4-10)-105/2026 nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) iddiaçı Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılanadək iddiaçı Ərizəçi hərbi xidmətə aparılması Üçüncü şəxs qadağan edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Hazırkı işin halları ilə bağlı məhkəmə iddiaçının arzuladığı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini məqbul qiymətləndirir. Bu qənaət ondan irəli gəlir ki: 1) Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 2.15-ci bəndinə görə ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A – hərbi xidmətə yararlıdır; B – sıradankənar hərbi xidmətə yararlıdır; C – dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç – hərbi xidmətə müvəqqəti yararsızdır; D – həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Əsasnamənin “Xəstəliklər cədvəli”nin “Həzm orqanlarının xəstəlikləri” bölməsinin 53-cü maddəsinin “ç” bəndində nəzərdə tutulmuşdur ki, (mədənin və onikibarmaq bağırsağın digər xəstəlikləri, qaraçıyərin, öd kisəsinin, öd yollarının və mədəaltı vəzinin xəstəlikləri) bu xəstəliklər kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra həzm orqanlarının müvəqqəti funksional pozulmaları ilə “Ç” hərbi xidmətə yararlılıq kateqoriyası ilə qiymətləndirilir. Həmçinin Əsasnamənin “Xəstəliklər cədvəli”nin “Dərinin və dərialtı toxumaların xəstəlikləri” bölməsinin 58-ci maddəsinin “d” bəndində nəzərdə tutulmuşdur ki, (iri oynaqların, sümüklərin və qığırdaqların cərrahi xəstəlikləri və zədələnmələri, osteopatiya və xondropatiyalar) bu xəstəliklər xəstəliklərin, yaralanmaların, travmaların, zəhərlənmələrin, xarici amillərin digər təsirlərinin nəticələrinin müalicəsindən sonra sümük-əzələ sisteminin, birləşdirici toxumanın, dərinin, dərialtı toxumanın müvəqqəti funksional pozulmaları ilə “Ç” hərbi xidmətə yararlılıqkateqoriyası ilə qiymətləndirilir. Göründüyü kimi, Əsasnamənin tələblərinə görə İ qrafada nəzərdə tutulan şəxslər, yəni ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar “Xəstəliklər cədvəli”nin 53-cü maddəsinin “ç” bəndi, eləcə də 58-ci maddəsinin “d” bəndi üzrə şəhadətləndirildiyi halda, hərbi xidmətə müvəqqəti yararsız sayılır. Agentliyin əyani müayinə olunduqdan sonra iddiaçı barədə verdiyi qərarında (rəyində) isə MHHK-nın rəyindən fərqli diaqnozlar müəyyən edilməklə iddiaçı “A-3” kateqoriyası ilə həqiqi hərbi xidmətə yararlı sayılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş həkim müayinələrində xolesistit olmadan öd daşı xəstəliyinin olması əsas gətirilməklə XBT kod K80.1 üzrə maddə tətbiqinə əsas olmadığı qeyd edilmişdir. Eləcə də XBT kod M23 üzrə aparılmış müayinələrdə sol diz oynağında hərəkətlərin tam olması, qeyri-stabilliyin qeyd edilməməsi göstərilmiş, həmçinin ön çarpaz bağın həcmində artım və ödem olması qeyd edilmişdir. Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi “X7”nın ## ##### 2025-ci il tarixli diz MRT müayinəsində aşağıdakılar qeyd olunmuşdur: - Diz oynağını təşkil edən sümüklərdə sümük tamlığın pozulması, patoloji proses izlənilmir, patellanın lateral doğru minimal yerdəyişməsi qeyd olunur (patellofemoral uyğunsuzluq). Diz qapağı forması, strukturu və patellofemoral oynaq səthi normaldır. Tibiyanın medial və lateral kondilusların arxa səthində fokal subkortikal ödem, medial meniskdə “dolça qulpu” yırtığı, diskoid lateral menisk müşahidə olunur, arxa buynuzunda Grade 2 zədələnmə qeyd olunur. Hər iki kollateral və çarpaz bağların tamlığı pozulmamışdır. Diz oynağında retropatelyar nahiyədə az miqdarda maye yığıntısı aşkar olunur. Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi “X2”nin ## #### 2026-cı il tarixli sol diz MRT müayinəsində retro və suprapatellar bursalarda sinoviyal maye yığıntısı, ön çarpaz bağın həcmində artım və ödem qeyd olunur, həmçinin oynaqdaxili sinoviyal mayedə artma təyin olunur. Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi “X3”in ## ### 2026-cı il tarixli sol diz MRT müayinəsində aşağıdakılar qeyd olunmuşdur: - Fermurotibial və patellofemoral oynaq əlaqəsi normaldır. Patellar qığırdaq intaktdır. Insall-Salvati nisbəti 0.77 olaraq hesablanmışdır. Diz oynaq ara məsafəsi və diz ətrafı bursalarda maye yığıntısı müşahidə edilmir. Medial meniskus posterior horn ölçüləri normaya nəzərən kiçikdir, “itən” fragment interkondilar fossaya doğru yer dəyişdirmiş olub anterior hornun posteriordan üzərinə “oturmuşdur”. Lateral meniskus gövdəsi üç ardıcıl sagital sekansda müşahidə edilir, lateral meniskusda yırtıq lehinə dəyərləndirilə biləcək patolojik siqnal aşkarlanmır. Ön və çarpaz bağın tamlığı və siqnal intensivliyi normaldır. Medial və lateral ligamentlər normaldır. Göründüyü kimi iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı verilmiş rəylər arasında ziddiyyətli məqamlar vardır. Hazırkı iş üzrə iddiaçı Ərizəçi Əsasnamənin Xəstəliklər cədvəlinin 53-cü maddəsinin “ç” bəndinin, yoxsa 58-ci maddəsinin “d” bəndinin təsiri altına düşməsinin və yaxud müddətli həqiqi hərbi xidmətə yararlı sayılmasının müəyyən edilməsi imkanı məhkəmə icraatında gələcəkdə alınacaq müvafiq ekspertiza rəyi ilə daha adekvatdır. Belə olan halda, məhkəmə işin hazırkı mərhələsində iddiaçının dəlilləri üzrə iddianın uğurluluq ehtimalını yuxarı həddə qiymətləndirir. 2) Hazırkı işin halları üzrə ziddiyyətli məqamlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, iddiaçı ## ###### 1997-ci il tarixdə doğulmuşdur, yəni onun 28 yaşı tamam olmuşdur. Məhkəmə icraatının gedişində onun sülh dövründə hərbi xidmətə yararlı sayılması ilə bağlı sübutlar mövcud olduğu və iddianın bu əsasla rədd olunduğu halda, tətbiq olunacaq müvəqqəti xarakterli tədbirin, yəni hərbi xidmətə aparılmasına qoyulmuş qadağanın məhkəmə icraatında götürülməsi mümkündür (iddianın rədd edilməsi barədə qərar qanuni qüvvəyə mindikdə müvəqqəti xarakterli müdafiə barədə qərardad qüvvəsini itirir, eləcə də müvafiq əsaslar yarandıqda məhkəmə icraatında tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv edilə bilər) və 30 yaşı tamam olanadək iddiaçı hərbi xidmətə çağırıla bilər. Lakin hazırkı durumda sağlamlıq vəziyyətində aşkarlanmış qüsurlar və çatışmazlıqlar gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər. 3) Bundan başqa, iddiaçı SHXÇDX Ağdaş rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırıldığından, bu çağırış isə qanunvericiliyə görə hər ilin yanvar, aprel, iyul və oktyabr ayları üçün nəzərdə tutulduğundan, iddiaçının cari ilin iyul ayı ərzində hərbi xidmətə göndərilib-göndərilməməsi məsələsi öz həllini təcili tapmalıdır. Odur ki, iddiaçının ərizəsi üzrə ilkin təcili tənzimləmə zəruridir.”.
10. xxxx və üçüncü şəxs Üçüncü şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinin dəlilləri
11. Cavabdeh publik hüquqi şəxsi apellyasiya şikayətində “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il # ######## tarixli **** nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 53-cü maddəsinin “ç” bəndinin 1-ci qrafasının Ç kateqoriyasına istinad edilərək Şəki Inzibati Məhkəməsinin **(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi xahiş olunmuşdur.
12. Üçüncü şəxs apellyasiya şikayətində Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40.1, 40.2, 41.2-ci maddələri, “Müddətli həqiqi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli **** nömrəli Fərmanının, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarının, “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin müvafiq tələbləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, “göstərilənlə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Bu səbəbdən Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı əsassız və qanunsuzdur, heç bir sübuta əsaslanmır və apellyasiya qaydasında ləğv edilməlidir.”. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri:
13. Ərizəçi apellyasiya şikayətlərinə qarşı etirazında iddia ərizəsi və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi ilə eyni məzmunlu dəlillərə istinad etmişdir. Odur ki, sağlamlığı müddətli həqiqi hərbi xidmət keçməyə imkan vermədiyi üçün apellyasiya şikayətlərinin təmin edilməməsini və Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması xahiş etmişdir.”. Tərəflərin izahatları:
14. Iş materiallarından göründüyü kimi, “Elektron məhkəmə” informasiya sistemində iddiaçıya məxsus elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş iddianın dəyişdirilməsi və müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə dəqiqləşdirmə barədə ərizələrdə iddiaçı tərəfindən Üçüncü şəxs üzərinə öhdəlik qoyulması tələb edilmişdir. Bu səbəbdən, məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə qeyd olunan orqanın iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilərək cavabdeh qismində prosesə cəlb olunması qərara alınmışdır."
15. Məhkəmə iclasında iştirak edən cavabdeh Üçüncü şəxs nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasına gəlməmiş və xxxx nümayəndəsinin iştirakını təmin etməmişdir. Ərizəçi məhkəmə kollegiyasına ərizə göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq:
18. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə) gəlməlidirlər. 14.1.2. Çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifəsi olaraq müəyyən edilmişdir.
19. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə: 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.9. hərbi vəzifəlilərin səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada çağırış komissiyaları yaratmaq;
20. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli, 2317№ -li Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:
1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. 2.18. barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. II-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEIS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEIS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEIS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra –altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEIS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEIS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEIS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər.
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Maddə 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Maddə 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Maddə 41.5. Inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
23. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
24. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “4” oktyabr 2023-cü il tarixli, ** №-li qərarı: 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
25. Apellyasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
26. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə baxılarkən əsas iş üzrə iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
30. Məhkəmə kollegiyası edir ki, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəyə mahiyyəti üzrə baxılması üçün ərizəyə baxılan anda müvafiq şərtlər – o cümlədən, ərizəçinin hüquqi müdafiə ehtiyacı mövcud olmalıdır.
31. Nəzərə alınmalıdır ki, “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə icraat prosessual hüququn həyata keçirilməsi üçün bir vasitədir və əsas iddianın baxılmasından əvvəl və ya onun gedişində tərəfin subyektiv hüquqlarının qorunmasını təmin etmək məqsədini güdür. Lakin bu vasitə yalnız müvafiq əsaslar mövcud olduqda tətbiq edilə bilər.
32. Prosessual hüquqların həyata keçirilməsi hüquqi müdafiə marağı ilə birbaşa bağlıdır.
33. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Insan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır.
34. ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizəçi Şəki Inzibati Məhkəməsinə ünvanlanmış iddianın dəyişdirilməsi barədə ərizəni məhkəmə kollegiyasına təqdim etmişdir. Həmin ərizədən görünür ki, Ərizəçi IPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinə aşağıdakı məzmunda dəqiqləşdirmə etmişdir: “cavabdeh Cavabdeh publik hüquqi şəxsinə üçüncü şəxs qismində Üçüncü şəxs cəlb olunmaqla Agentliyin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və yekun tibbi şəhadətləndirməyə dair Ç kateqoriyasına uyğun qərarın qəbul edilməsi öhdəliyi xxxxnə həvalə olunsun”.
35. Bundan başqa, həmin tarixdə Ərizəçi elektron kabinet vasitəsilə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsinə dəqiqləşmə təqdim edərək əvvəlki ərizəsinə aşağıdakı məzmunda dəqiqləşmə etmişdir: “Üçüncü şəxs üzərinə əsas tələb üzrə yekun məhkəmə aktı qəbul edilənədək mənim hərbi xidmətə çağırılmaması vəzifəsi qoyulsun.”
36. Qeyd edilməlidir ki, iddia ərizəsində cavabdeh “xxxxnin mübahisələndirilən qərarının tarixi ##.##.2026-cı il kimi deyil, ##.##.2026-cı il kimi göstərilsə də, kollegiya bu halı Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən formal xəta kimi qəbul edir.
37. Məhkəmə kollegiyası hesab edir ki, hazırda əsas iddia tələbinin özü, o cümlədən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə mümkünlük şərtlərini ödədiyini üçün əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxmır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş sayılmır.
38. Apellyasiya şikayətlərinin formal dəlillərinə gəlincə isə məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün əsaslar mövcuddur.
39. Belə ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına, eləcə də onların tətbiqi ilə bağlı Plenum qərarında verilmiş izahlara görə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.
40. Təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır. Bu zaman, həmçinin nəzərə almaq lazımdır ki, təcililiyin mövcudluğunun əsaslandırılması və ona dair sübutların təqdim olunması ilk növbədə ərizəçinin üzərinə düşür. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
41. Iş materiallarından müəyyən olunur ki, ərizəçi sonuncu dəfə MHHK-nın sədrinin ##.##.2026-cı il tarixli rəyi ilə əsas və yanaşı xəstəliklər üzrə Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab olunmuş, lakin xxxxnin ##.##.2026-cı il tarixli yekun rəyi ilə əsas xəstəlik üzrə maddə tətbiqinə əsas olmadığı göstərilərək “heç bir kateqoriya üzrə təsdiqlənmir” qeydləri icra olunmuş, yanaşı xəstəlik isə “ç” bəndi (funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda) ilə qiymətləndirilərək funksiya pozulması olmayan sol diz oynağının ön çarpaz bağının gərilməsi olmaqla “A-3” kateqoriyası ilə şəhadətləndirilmişdir. Bundan sonra MHHK-nın müvafiq qərarı ilə ərizəçi hərbi xidmətə yararlı hesab edilmişdir.
42. Işdə mövcud olan tibbi sənədlər əsas iddianın uğurlu olub-olmayacağı ilə bağlı ilkin proqnozun verilməsi üçün kifayət edən həcmdədir.
43. Bu sənədlərdə qeyd edilmiş diaqnozlar “Xəstəliklər cədvəli”nin istinad olunan bəndi baxımından ərizəçinin hərbi xidmətə yararlı hesab edilməsinə əsas yaratmır. Bu isə o deməkdir ki, hazırkı mərhələdə əsas iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaət formalaşır.
44. Kollegiya aşağıdakılara əsasən birnci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
45. Işin müəyyən edilmiş hallarından belə görünür ki, ərizəçi barədə hərbi və mərkəzi hərbi komissiyalar tərəfindən “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin “53-cü maddəsinin “ç” bəndi, eləcə də 58-ci maddəsinin “d” bəndi üzrə şəhadətləndirildiyi halda, Agentlik tərəfindən fərqli diaqnoz üzrə “A-3” kateqoriyası ilə həqiqi hərbi xidmətə yararlı sayılmışdır.
46. “Xəstəliklər cədvəli”nin 53-cü maddəsinin “ç” bəndi kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra həzm orqanlarının müvəqqəti funksional pozulmalarına aiddir və İ qrafanın “Ç” bəndi üzrə çağırışçı hərbi xidmətə müvəqqəti yararsız hesab olunur.
47. Ərizəçiyə dair tərtib olunmuş “Forma 44-Ilkin təsvir”in radioloji nəticələrin siyahısında “USM” müayinəsinin nəticəsində (kod 95) qeyd edilmişdir ki, “Qaraciyərin KKkranio- kaudal uzunluğu-146mm (N -90-150mm dək) Parenxim akustik sıxlığı steatoz lehinə azalmışdır, exostrukturu diffuz dəyişilmişdir- HepatosteatozGrade-1 Intrahepatik Ekstrahepatik öd yolları genişlənməyib. XoledoxD=5.5mm –(N-3.0-7.0mm) Öd kisəsinin -həcmi -43sm3-(-40- 45sm3) Konfiqurasiyasında və boynunda fizioloji deformasiya və Septum izlənir. Möhtəviyyat durğundur. Mənfəzində 16mm Konkrementlər təyin olunur. Mədəaltı vəzi – həcmi norma daxilindədir, konturları nahamardır, qeyri dəqiqdir. Parenxim exostrukturu Hiperexogendir - Lipomatoz tip Xroniki Pankreatit. (Homa parenxim sıxlığı steatoz lehinə azalmışdır-Xroniki Pankreatit. (Homa-IR indeksi) yoxlanılmasını tövsiyə edirəm. Dalaq ölçüləri – 96mm (N – 70-120 mm) Böyrəklər – Parenxim, toplayıcı sistem dəyişilməyib. Ölçüləri- yaş morfotipinə uyğunlaşır. Urodinamik çatışmamazlıq izlənmir”.
48. Həmin təsvirin “Diz MRT (bir tərəf) müayinəsinin nəticəsində (kod 3300348) qeyd edilmişdir ki, “Müayinə olunan nahiyyə: Sol diz oynağı MRT Bud, qamış və incik sümüklərinin kortiko-medulyar qatlarının intensivliyi dəyişməyib. Oynaq səthləri hamardır. Bud və qamış sümüklərinin qığırdaq toxumalarının qalınlığı və intensivliyi normaldır. Subxondral sahələrdə dəyişiklik qeyd olunmur. Lateral və medial meniskin konfiqurasiyası təbiidir. Arxa çarpaz və hər iki yan bağlarının tamlığı pozulmamışdır, qalınlığı və intensivliyi normaldır. Diz qapağı sümüyünün intensivliyi və strukturu dəyişməyib. Qığırdaq səthi qalınlığı normaldır. Patelyar bağlarda zədələnmə təyin edilmir. Retro və suprapatellar bursalarda sinoviyal maye yığıntısı qeyd edilir. Oynaqdaxili sinoviyal mayedə artma təyin olunur. Ön çarpaz bağın həcmində artım və ödem qeyd edilir.”.
49. Işdə olan “X7”nın ## ##### 2025-ci il tarixli diz MRT müayinəsində aşağıdakılar qeyd olunmuşdur: - Diz oynağını təşkil edən sümüklərdə sümük tamlığın pozulması, patoloji proses izlənilmir, patellanın lateral doğru minimal yerdəyişməsi qeyd olunur (patello-femoral uyğunsuzluq). Diz qapağı forması, strukturu və patellofemoral oynaq səthi normaldır. Tibiyanın medial və lateral kondilusların arxa səthində fokal subkortikal ödem, medial meniskdə “dolça qulpu” yırtığı, diskoid lateral menisk müşahidə olunur, arxa buynuzunda Grade 2 zədələnmə qeyd olunur. Hər iki kollateral və çarpaz bağların tamlığı pozulmamışdır. Diz oynağında retropatelyar nahiyədə az miqdarda maye yığıntısı aşkar olunur. Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi “X2”nin ## #### 2026-cı il tarixli sol diz MRT müayinəsində retro və suprapatellar bursalarda sinoviyal maye yığıntısı, ön çarpaz bağın həcmində artım və ödem qeyd olunur, həmçinin oynaqdaxili sinoviyal mayedə artma təyin olunur. Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi “X3”in ## ### 2026-cı il tarixli sol diz MRT müayinəsində aşağıdakılar qeyd olunmuşdur: - Fermurotibial və patellofemoral oynaq əlaqəsi normaldır. Patellar qığırdaq intaktdır. Insall-Salvati nisbəti 0.77 olaraq hesablanmışdır. Diz oynaq ara məsafəsi və diz ətrafı bursalarda maye yığıntısı müşahidə edilmir. Medial meniskus posterior horn ölçüləri normaya nəzərən kiçikdir, “itən” fragment interkondilar fossaya doğru yer dəyişdirmiş olub anterior hornun posteriordan üzərinə “oturmuşdur”. Lateral meniskus gövdəsi üç ardıcıl sagital sekansda müşahidə edilir, lateral meniskusda yırtıq lehinə dəyərləndirilə biləcək patolojik siqnal aşkarlanmır. Ön və çarpaz bağın tamlığı və siqnal intensivliyi normaldır.
50. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 58-ci maddəsinin c) bəndində (funksiyaların cüzi dərəcədə pozulması ilə) İ qrafa üzrə çağırışçı dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı “C” kateqoriyasına aid olunmuşdur.
51. Həmin maddənin açıqlamasında qeyd edilmişdir ki, “c” bəndinə aşağıdakılar aiddir: 1. bazu oynağının nadir hallarda (ildə 3 dəfədən az) baş verən çıxıqları, orta dərəcəli fiziki yük nəticəsində yaranan oynaqların qeyri-sabitliyi və sinoviti; 2. sekvestral boşluqları və sekvestrləri olmayan, nadir (2-3 ildə 1 dəfə) kəskinləşmələrlə keçən osteomielit; 3. hərəkətlərin həcminin cüzi pozulması ilə iri oynaqlardan birinin davamlı kontrakturası; 4. pertes xəstəliyi, son mərhələdə, Hill sachs zədələnməsi və Bankart yırtığı ilə müşayət olunan oynağın qeyri-stabilliyi.
52. Hazırkı halda işdə olan tibbi sənədlərdən ilkin olaraq belə görünür ki, təyin edilmiş diyaqnozlar arasında olan uyğunsuzluqlar ərizəçinin hərbi xidmətə yararlı sayılması üçün kifayət deyil.
53. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Ərizəçi Əsasnamənin Xəstəliklər cədvəlinin 53-cü maddəsinin “ç” bəndinin, yoxsa 58-ci maddəsinin “d” bəndinin təsiri altına düşməsinin və yaxud müddətli həqiqi hərbi xidmətə yararlı sayılmasının müəyyən edilməsi imkanı məhkəmə icraatında gələcəkdə alınacaq müvafiq ekspertiza rəyi ilə daha adekvatdır.”.
54. Hazırkı mərhələdə ərizəçinin hərbi xidmətə aparılması onun əsas tələbi üzrə hüquqi marağının məcburi itirilməsi ilə yanaşı, iddianın predmeti üzrə obyektiv məhkəmə araşdırılmasını da mümkünsüz edəcək.
55. Məhkəmə kollegiyası qeyd edilən mövqeyi rəhbər tutaraq hazırkı iş üzrə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması nəticəsinə gəlir.
56. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, yuxarıda qeyd edilmiş əsaslanma məhkəmənin tibbi qiymətləndirmə aparması kimi başa düşülə bilməz. Kollegiya yalnız mövcud tibbi sənədlərdə artıq əks olunmuş göstəriciləri “Xəstəliklər cədvəli”nin müvafiq maddələri ilə müqayisəli təhlil edərək uyğunluğun (hərbi xidmətə yararsızlıq əsasının) olub-olmamasını yoxlayır və bununla da, mübahisəyə hüquqi qiymət verir. Təhlil edilən tibbi sənədlər əsasında ərizəçinin hazırkı tibbi vəziyyəti “Xəstəliklər cədvəli”nin sadalanan maddələri üzrə hərbi xidmətə yararlı hesab edilməsi üçün yetərli sayıla bilməz.
57. O da qeyd edilməlidir ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 11.24-11.27-ci bəndlərinin tələbləri baxımından ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız ilkin - iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə - sübutların təqdim olunmasıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini yalnız “ilk baxışda” (prima facie) hüquqa uyğunluq meyarı əsasında müəyyən etməlidir.
58. Məhkəmə kollegiyası hazırkı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni həm təcililik, həm də iddianın uğurluluğu baxımından nəzərdən keçirərək bildirir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Buna görə də, apellyasiya şikayətləri təmin edilməməli, Şəki Inzibati Məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Üçüncü şəxs və “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.