Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-91/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi ilə, Cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı Ərizəçi cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə qarşı «VÖEN-nin verilməsinin qanunsuz hesab edilməsi və ləğv olunması, qərarın ləğv edilməsi» barədə iddia tələbinə dair iş üzrə iddiaçının “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)- ***/**** nömrəli qərardadından cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən аpellyаsiyа şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Işin halları:
1. Ərizəçi Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən ## ##### 2025-ci il tarixdə 4402655742 VÖEN verilmişdir.
2. Ərizəçi barəsində Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqlarının hesablanması barədə” # ######## 2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı Ərizəçi Şəki Inzibati Məhkəməsində cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə qarşı 4402655742 VÖEN-nin verilməsinin qanunsuz hesab edilməsi və ləğv olunması, ## ######## 2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli qərarın ləğv edilməsi tələbini irəli sürərək iddia qaldırmışdır.
4. Eyni zamanda iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” # ######## 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** saylı qərarın icrasının dayandırılması barədə qərardad qəbul olunması məhkəmədən xahiş etmişdir.
5. “Müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə onunla əsaslandırılmışdır ki, “##.##.2025-ci il tarixdə cavabdeh ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən iddiaçı Ərizəçi ********** saylı VÖEN verilərək fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının şəxsi bank hesabına gələn pul vəsaiti gəliri kimi nəzərə alınaraq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu hesab olunaraq vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına alınmışdır. Iddiaçının bank hesabına daxil olan şəxsi vəsaitin məbləğinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı cavabdeh tərəfindən sübut olunmamışdır. Bu səbəbdən həmin məbləğlə bağlı vergi borcunun hesablanması yolverilməzdir. Bundan sonra cavabdeh ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən Ərizəçi barəsində 2024-cü il Gəlir vergisi üzrə “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** saylı qərar qəbul edilərək 39 811.25 manat əlavə vergi hesablanmışdır. Bundan başqa işin böyük ehtimalla uğurluluğu ilə bağlı bildirirlər ki, ərizəçinin hər hansı kommersiya fəaliyyəti mövcud olmadığından, eyni zamanda sahibkarlıq ilə məşğul olmadığından cavabdeh tərəfindən hesablanmış əlavə vergilər qanunsuz və əsassız olmuşdur. Sözügedən iş üzrə ərizəçi Ərizəçi münasibətdə, şəxs vergi ödəyicisi olmadığı halda onun barəsində əsassız şəkildə hesablanmış vergilər gələcəkdə əmlakının siyahıya alınması və satılması üçün hərraca çıxarılması kimi hüquqi nəticələrə səbəb ola bilər. Bu halların yaranmasının qarşısını almaq məqsədi ilə müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizəsinin təmin edilməsini zəruri hesab edirlər. Nəzərinizə çatdırılır ki, inzibati aktın icrasının dayandırılması hesablanmış vergilər üzrə borcların dövlət büdcəsinə alınması məqsədi ilə Vergi Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin — vergi ödəyicisinin əmlakının siyahıya alınması, banklara və digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncamların göndərilməsi, vəsaitlərin sililməsi, hesabların dondurulması, tələbin icraya yönəldilməsi və ümumilikdə hesablar üzrə məhdudiyyət və qadağaların tətbiqi kimi hərəkətlərin həyata keçirilməsinin qadağan olunmasını ehtiva edir. Bu baxımdan nəzərə alınmalıdır ki, Insan hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hüququn öz mahiyyətini təhrif edən və ya hüquqi müdafiə mexanizmini faktiki olaraq səmərəsiz edən məhdudlaşdırmalar qanunsuz hesab olunmalıdır. Müvəqqəti xarakterli müdafiə institutunun məqsədi isə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçının hüquqlarının qorunmasına yönəlmiş təminat tədbirlərinin görülməsi və bununla da şəxsin ilkin müdafiə hüququnun təmin edilməsidir. Eyni yanaşma Ali Məhkəmənin formalaşmış təcrübəsində də əksini tapmışdır. Belə ki, iddiaçının banklarda olan hesablaşma hesablarına cavabdeh tərəfindən qoyulmuş sərəncamların icrasının dayandırılması və əməliyyatlara qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, yeni sərəncamların qoyulmasının, ƏDV sub-uçot hesabı üzrə pul vəsaitlərinin dondurulmasına dair qərarların qəbul edilməsinin, əmlakın siyahıya alınmasının və siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərraclarda satılmasına yönəlik hərəkətlərin, tələbin icraya yönəldilməsi barədə qərarın qəbul edilməsinin, hazırda mövcud olan, habelə müəssisənin ünvanına idxal olunacaq bütün növ əmlakın, o cümlədən xammalların, dəzgahların, avadanlıqların siyahıya alınmasının və digər məcburiyyət tədbirlərinin tətbiq olunmasının cavabdehə qadağan edilməsi mübahisələndirilən qərarın icrasına yönəlmiş tədbirlər kimi qiymətləndirilməlidir. Bu baxımdan mübahisələndirilən qərarın icrasının dayandırılması qeyd edilənlərlə məhdudlaşmamalı, ümumiyyətlə mübahisə edilən qərarın icrasına yönələn bütün mümkün (digər) hərəkətlərin icrasının dayandırılması anlamında qəbul olunmalıdır. Əks təqdirdə inzibati aktın icrasının dayandırılması institutu ilkin hüquqi müdafiə xarakterini itirmiş olardı. (AR Ali Məhkəməsi, **(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli qərar). Ərizəçi hal-hazırda hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığına baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən məcburi qaydadada vergi orqanında uçota alınmış və barəsində kameral vergi yoxlaması keçirilmiş, gəlir vergisi hesablanmışdır. Belə ki, qanunvericilikdə sahibkarlıq fəaliyyətinin anlayışı verilmiş və qeyd olunmuşdur ki, sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Mehrəliyev Nemət hazırda heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Iş materiallarından göründüyü kimi, X3 faktiki olaraq heç bir sahibkarlıq fəaliyyəti həyata keçirməmiş, hər hansı mal təqdim etməmiş, xidmət göstərməmiş və ya mənfəət əldə etmək məqsədilə müstəqil fəaliyyətlə məşğul olmamışdır. Əksinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki X7 Briqadası tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışla təsdiq edilir ki, o, ##.##.2017-ci il tarixdən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında zabit qismində həqiqi hərbi xidmətdədir. Bundan əlavə, “X6 Xidmətkeçmə Haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının əməkdaşlarının sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olmasına yol verilmir. Qanunverici tərəfindən müəyyən edilmiş bu qadağa X6 xidmət edən şəxslərin sahibkarlıq fəaliyyəti həyata keçirməsini hüquqi baxımdan qeyri-mümkün edir. Belə olan halda, X3 2017-ci ildən etibarən həqiqi hərbi xidmətdə olması və qanunla sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsi onun sahibkar kimi fəaliyyət göstərməsi ehtimalını istisna edir. Cavabdeh vergi orqanı tərəfindən ərizəçinin faktiki olaraq sahibkarlıq fəaliyyəti həyata keçirməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilmədən onun vergi uçotuna alınması, kameral vergi yoxlamasına cəlb edilməsi və gəlir vergisinin hesablanması qanunvericiliyin tələblərinə, hüquqi müəyyənlik prinsipinə və işin faktiki hallarına ziddir. Bu baxımından, cavabdeh tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticələri və həmin nəticələr əsasında qəbul edilmiş qərarlar kifayət qədər hüquqi və faktiki əsaslara söykənmir.”.
6. Cavabdeh orqan ərizəyə etirazında qeyd etmişdir ki, “** saylı Ərazi Vergilər Idarəsi tərəfindən Ərizəçi (VÖEN **********) vergi uçotuna alınması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Vergi Məcəlləsinə əsasən Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin məcəllənin 33.3-cü maddəyə əsasən Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olubolmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Ərizəçi (VÖEN **********) uçota alınması Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən aparılmışdır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Vergi Məcəlləsinin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Vergi ödəyicisi kimi uçota alınması barədə **************** nömrəli bildiriş ##.##.2025-ci il tarixdə vergi ödəyicisinə göndərilmişdir. Iddiaçının bank hesablarına pul vəsaitləri mədaxil olmasına baxmayaraq, Vergi Məcəlləsinin 33-34-cü maddələrinin müddəalarına əsasən Vergi orqanına vergi uçotuna alınma ilə əlaqədar olaraq ərizə təqdim edilməmiş və mədaxil olunmuş pul vəsaitlərinə uyğun olaraq müvafiq hesabat dövrü üzrə Gəlir vergisi bəyannaməsi Vergi orqanına təqdim edilməmişdir. Vergi orqanı vergi ödəyicisindən vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin təqdim edilməsini tələb etmək hüququna malikdir. Aşkar edilmiş məlumatlarla bağlı sənədlərin təqdim edilməsinə, eləcə də vergi orqanına dəvət olunmasına baxmayaraq, iddiaçı tərəfindən aidiyyəti sənədlər təqdim edilməmiş və araşdırmada iştirakını təmin etməmişdir. Iddiaçının (vergi ödəyicisinin) araşdırmadan yayınması və sənədləri təqdim etməməsi vergi qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətdən azad etmir. Mənbəyi məlum olan məlumatlara (Maliyyə monitorinq xidmətindən daxil olmuş məlumatlara) əsasən müvafiq hesabat dövrü üzrə debet kartlarına 597167,23 manat məbləğində pul vəsaitinin daxil olduğu və gəlirlərin bəyan edilməsinə dair vergi orqanına hər hansı vergi bəyannaməsinin (hesabatının) təqdim edilmədiyi müəyyən edilmişdir. ** saylı Ərazi Vergilər Idarəsi bildirir ki, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakşılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri Vergi Məcəlləsi ilə müəyyən edilir. Beləliklə, hər hansı vergi borcu vergi orqanı tərəfindən hesablandığı halda, vergi orqanı kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxsə pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam verir və həmin hesablama ilə bağlı məhkəməyə şikayət verildiyi halda sərəncam yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda həmin qərara uyğun olaraq icra edilir.”
7. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) iddiaçının “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılanadək cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqlarının hesablanması barədə” # ######## 2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli qərarının icrası dayandırılmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “ərizəyə mahiyyəti üzrə baxılmasına gəldikdə isə məhkəmə iddianın böyük ehtimalla uğurlu olması qənaətinə gəlir. Bu qənaətin əsası ondan ibarətdir ki, məhkəmənin mövqeyinə görə kameral vergi yoxlaması müvafiq bəyannamə təqdim edilmədiyi halda, hər hansı məhdudiyyət olmadan Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan 3 il müddət ərzində keçirilməsi mümkünsüzdür, kameral vergi yoxlamasına həmin kriteriyanın aid edilməsi yolverilən deyil... Bundan başqa qeyd olunmalıdır ki, vergi qanunvericiliyi sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan vergi nəzarətinin formalarını müəyyən etmişdir. Bu dairəyə səyyar vergi yoxlaması, kameral vergi yoxlaması və operativ vergi nəzarəti. Vergi orqanı inzibati orqan kimi hər bir halda sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə vergi nəzarətinin formasının seçilməsini bu barədə qərarında əsaslandırmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar – inzibati akt qəbul edildiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Vergi orqanı bu və ya digər yoxlama növünü seçməkdə diskresion səlahiyyətə malik olsa da, həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Məhkəmə həmçinin diqqətə çəkir ki, vergi ödəyicisi vergi bəyannaməsini təqdim etmədiyi halda, qanunvericilik müvafiq maliyyə sanksiyasının tətbiqini nəzərdə tutur və vergi ödəyicisi bundan nəticə çıxararaq təsirli tədbir görmədikdə təkrar maliyyə sanksiyasının tətbiqini qadağan etmir. Bundan başqa, müvafiq dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatların olması Vergi Məcəlləsinin tələblərinə görə səyyar vergi yoxlamasının aparılması üçün əsasdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi hazırkı iddiaçıya münasibətdə vergi nəzarəti formasını düzgün seçməmişdir. Iddianın növünə görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan yuxarıda qeyd olunan xüsusatların təkzibi (tətbiqinin mümkünsüzlüyü) üzrə heç bir tutarlı dəlil bildirmir, hər hansı sübut təqdim etmir. Belə olan halda məhkəmə iddianı böyük ehtimalla uğurlu qiymətləndirir.”.
9. Cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Ərizəçi (VÖEN: **********) uçota alınması Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən aparılmışdır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Vergi Məcəlləsinin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Vergi ödəyicisi kimi uçota alınması barədə **************** nömrəli bildiriş ##.##.2025-ci il tarixdə vergi ödəyicisinə göndərilmişdir. Iddiaçının bank hesablarına pul vəsaitləri mədaxil olmasına baxmayaraq, Vergi Məcəlləsinin 33-34-cü maddələrinin müddəalarına əsasən Vergi orqanına vergi uçotuna alınma ilə əlaqədar olaraq ərizə təqdim edilməmiş və mədaxil olunmuş pul vəsaitlərinə uyğun olaraq müvafiq hesabat dövrü üzrə Gəlir vergisi bəyannaməsi Vergi orqanına təqdim edilməmişdir. Vergi orqanı vergi ödəyicisindən vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin təqdim edilməsini tələb etmək hüququna malikdir. Aşkar edilmiş məlumatlarla bağlı sənədlərin təqdim edilməsinə, eləcə də vergi orqanına dəvət olunmasına baxmayaraq, iddiaçı tərəfindən aidiyyəti sənədlər təqdim edilməmiş və araşdırmada iştirakını təmin etməmişdir. Iddiaçının (vergi ödəyicisinin) araşdırmadan yayınması və sənədləri təqdim etməməsi vergi qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətdən azad etmir. Mənbəyi məlum olan məlumatlara (Maliyyə monitorinq xidmətindən daxil olmuş məlumatlara) əsasən müvafiq hesabat dövrü üzrə debet kartlarına 597167,23 manat məbləğində pul vəsaitinin daxil olduğu və gəlirlərin bəyan edilməsinə dair vergi orqanına hər hansı vergi bəyannaməsinin (hesabatının) təqdim edilmədiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının ərizəsinin təmin edən birinci instansiya məhkəməsi qərardadını əsaslandırarkən iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlmişdir. Məhkəmə bu qənaətini kameral vergi yoxlamasının keçirilməsi müddətlərinin pozulması və vergi nəzarəti formasının düzgün seçilməməsi ilə əlaqələndirmişdir. Lakin məhkəmənin gəldiyi nəticələr Azərbaycan Respublikası Vergi Məcəlləsinin və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin normalarının yanlış yorumlanmasına əsaslanır. Kameral vergi yoxlamasının keçirilməsi müddətləri ilə bağlı məhkəmənin mövqeyinin əsassızlığı barədə: Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, VM-in 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi bəyannaməsi təqdim edildiyi tarixdən 60 iş günü müddətində keçirilməlidir və bu müddət pozulmuşdur. Məhkəmənin bu mövqeyi qanunun mahiyyətinə ziddir. VM-in 37.2ci maddəsi vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edildiyi halda tətbiq olunan prosedur qaydasını müəyyən edir. Lakin hazırkı işdə iddiaçı Ərizəçi 2024-cü il üzrə gəlir vergisi bəyannaməsini ümumiyyətlə təqdim etməmişdir. Bu hal işin mübahisəsiz faktlarındandır. Bəyannamə təqdim edilmədiyi halda, vergi orqanının fəaliyyətsiz qalması və vergi nəzarəti tədbirlərini həyata keçirə bilməməsi məntiqi cəhətdən absurddur və vergidən yayınma üçün şərait yaradır. Vergi ödəyicisi bəyannamə təqdim etmədikdə, vergi orqanının hüquq və vəzifələri VM-in digər normaları ilə tənzimlənir. Belə ki, VM-in 67-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergi hesabatı təqdim edilmədikdə, vergi orqanının vergiləri hesablamaq hüququ vardır. Vergi orqanı məhz bu səlahiyyətindən istifadə edərək, banklardan və digər mənbələrdən əldə etdiyi məlumatlar əsasında iddiaçının vergi öhdəliyini hesablamışdır. Məhkəmənin kameral yoxlamanın yalnız bəyannamə təqdim edildikdən sonra 60 gün ərzində keçirilə biləcəyi barədə gəldiyi nəticə VM-in 85.4-cü maddəsinin tələblərinə ziddir. Həmin maddəyə görə, vergi orqanları vergi ödəyicisində vergiləri onların ödənildiyi tarixdən sonrakı 3 il ərzində hesablaya və ya yenidən hesablaya bilər. Məhkəmənin qənaəti doğru qəbul edilərsə, bəyannamə verməyən şəxsə qarşı 3 illik iddia müddəti ərzində vergi hesablamaq qeyri-mümkün olar ki, bu da qanunun məqsədinə uyğun deyil. Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, vergi ödəyicisinin öz vəzifəsini yerinə yetirməməsi (bəyannamə təqdim etməməsi) vergi orqanını qanunla müəyyən edilmiş səlahiyyətlərindən məhrum etmir. Vergi orqanının hərəkətləri məhz vergi ödəyicisinin qanunsuz hərəkətsizliyinin nəticəsidir. Beləliklə, vergi orqanı bəyannamə təqdim etməyən vergi ödəyicisinə münasibətdə VM-in 67-ci maddəsinə uyğun olaraq və 85.4-cü maddədə nəzərdə tutulmuş 3 illik müddət çərçivəsində vergi hesablaması aparmaqda tamamilə haqlı olmuşdur. Məhkəmənin VMin 37.2-ci maddəsinin pozulması barədə gəldiyi nəticə qanunun yanlış təfsirinə əsaslanır.
2. Vergi nəzarəti formasının seçilməsi ilə bağlı məhkəmənin mövqeyinin əsassızlığı barədə: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi orqanı kameral yoxlama deyil, səyyar vergi yoxlaması keçirməli idi və vergi nəzarəti formasını düzgün seçməmişdir. Bu arqument də əsassızdır. Vergi nəzarəti formasının (kameral, səyyar, operativ) seçilməsi vergi orqanının diskresion səlahiyyətinə aiddir. Qanunvericilik vergi orqanını konkret halda hansı nəzarət formasını seçməyə məcbur etmir. Vergi orqanı mövcud məlumatların həcmindən, risklərin dərəcəsindən və mütənasiblik prinsipindən çıxış edərək ən məqsədəuyğun formanı seçir. Kameral vergi yoxlaması vergi ödəyicisi üçün ən az müdaxilə xarakteri daşıyan nəzarət formasıdır. Vergi orqanının əlində yalnız bank hesablarına daxilolmalar barədə məlumat olduğu halda, dərhal daha ciddi və müdaxiləçi tədbir olan səyyar vergi yoxlamasına başlamaq mütənasiblik prinsipinə zidd olardı. Vergi orqanı ilk növbədə kameral yoxlama çərçivəsində vergi ödəyicisinə uyğunsuzluq barədə məlumat verərək ona izahat və sənəd təqdim etmək imkanı yaratmışdır. Bu, qanunun tələblərinə və “Inzibati icraat haqqında” Qanunun prinsiplərinə tam uyğundur. Məhkəmənin səyyar vergi yoxlamasının keçirilməli olduğu barədə mövqeyi, əslində, vergi orqanının səlahiyyətlərinə qanunsuz müdaxilədir və məhkəmənin inzibati orqanın məqsədəuyğunluq mülahizələrini əvəz etməsi deməkdir ki, bu da yolverilməzdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən sübutların yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri icra etməmişdir. Mübahisənin predmeti üzrə faktiki hallar araşdırılmamışdır. Məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməmiş, işin tam və ətraflı araşdırılması üçün əlavə sübut və sənədlər tələb etməmişdir. Birinci instansiya məhkəməsinin qərardadında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə sübutların qiymətləndirilməsi zamanı cavabdeh tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış və işin hallarına uyğun əsaslı və qanuni qərar qəbul etməmişdir.”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Ərizəçinin vəkili və nümayəndəsi apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, “cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir: Birinci instansiya məhkəməsi ərizəyə baxarkən yalnız iddiaçının əsas iddiasının mövcudluğunu deyil, eyni zamanda müvəqqəti müdafiə tədbirinin tətbiqi üçün IPM-in 43.1-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğunu ayrıca qiymətləndirmiş və nəticədə iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlmişdir. Məhkəmə bu qənaətini, xüsusilə, 2024-cü il üzrə gəlir vergisi ilə bağlı kameral vergi yoxlamasının keçirilmə müddətləri, vergi nəzarətinin formasının düzgün seçilməməsi və cavabdeh tərəfindən bu xüsusatların təkzib edilməməsi ilə əsaslandırmışdır. Cavabdehin apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin məhz bu nəticələrini təkzib edən yeni və inandırıcı sübutlar təqdim edilməmişdir. Cavabdeh əsasən Vergi Məcəlləsinin 37.2, 67 və 85.4-cü maddələrinin tətbiqi ilə bağlı öz hüquqi mövqeyini təkrarlayaraq, bəyannamənin təqdim edilməməsinin vergi orqanına üç il müddətində vergi hesablamaq imkanını verdiyini iddia etmişdir. Bu məsələlər əsas iş üzrə mübahisənin mahiyyətini təşkil edir və onların yekun hüquqi qiymətləndirilməsi əsas iddiaya baxılarkən həyata keçirilməlidir. Müvəqqəti müdafiə tədbiri mərhələsində isə məhkəmənin vəzifəsi inzibati aktın qanuniliyinə dair bütün məsələləri qəti şəkildə həll etmək deyil, ilkin araşdırma əsasında iddianın uğurluluq ehtimalını və mövcud vəziyyətin dəyişməsi nəticəsində iddiaçının hüquqlarının qorunmasının çətinləşib-çətinləşməyəcəyini müəyyən etməkdir. Bu baxımdan cavabdehin apellyasiya şikayətində əsas iş üzrə vergi hesablamasının qanuni olduğu barədə irəli sürdüyü arqumentlər müvəqqəti müdafiə tədbirinin tətbiq edilməsini zəruri edən halları aradan qaldırmır. Əksinə, həmin arqumentlər əsas iş üzrə mübahisənin mövcudluğunu və tərəflər arasında ciddi hüquqi fikir ayrılığının olduğunu bir daha təsdiq edir. Bundan əlavə, cavabdehin “vergi nəzarəti formasının seçilməsinin vergi orqanının diskresion səlahiyyətinə aid olması” barədə dəlili də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aradan qaldırmır. Məhkəmə vergi orqanının diskresion səlahiyyətinin mövcudluğunu inkar etməmiş, həmin səlahiyyətin qanunvericiliklə müəyyən edilmiş hüdudlarda və əsaslandırılmış şəkildə həyata keçirilməli olduğunu qeyd etmişdir. Qərardadda da açıq şəkildə göstərilmişdir ki, vergi orqanı hansı vergi nəzarəti formasını seçməsindən asılı olmayaraq, bu seçimi qanunvericiliyin tələblərinə uyğun əsaslandırmalıdır. Eyni zamanda, cavabdehin apellyasiya şikayətində iddiaçının hüquqlarının gələcəkdə bərpa edilməsinin mümkün olduğunu və vergi öhdəliyinin icrasının yaratdığı maliyyə çətinliklərinin öz-özlüyündə ilkin təcili tənzimləməyə əsas vermədiyini bildirməsi də əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi bu məsələni formal şəkildə deyil, konkret işin halları əsasında qiymətləndirmiş və mübahisələndirilən qərarın icrası istiqamətində iddiaçının hesablarında müvafiq əməliyyatlar üzrə vəsaitlərin dondurulması və digər məcburi tədbirlərin həyata keçirilməsinin istisna olunmadığını, bunun isə iddiaçının fəaliyyətinə ciddi təsir göstərə biləcəyini nəzərə almışdır. Məhz bu səbəbdən məhkəmə ilkin təcili tənzimləmənin zəruri olduğu qənaətinə gəlmişdir. Qeyd olunanlar xüsusilə ona görə əhəmiyyətlidir ki, mübahisələndirilən inzibati akt üzrə 39.811,25 manat məbləğində əlavə vergi hesablanmışdır və həmin aktın icrasının davam etdirilməsi iddiaçının maliyyə vəziyyətinə birbaşa təsir edə biləcək xarakter daşıyır. Belə vəziyyətdə əsas iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdən əvvəl mübahisələndirilən inzibati aktın icrasının davam etdirilməsi sonradan hüquqların bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə biləcək nəticələr doğura bilər. Digər tərəfdən, cavabdehin dövlət büdcəsinin maraqlarının üstün tutulmalı olması barədə arqumenti də müvəqqəti müdafiə tədbirinin avtomatik olaraq ləğv edilməsinə əsas vermir. Müvəqqəti xarakterli müdafiə tədbirinin məqsədi dövlət büdcəsinin mənafeyini aradan qaldırmaq deyil, əsas mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edilənədək tərəflərin hüquqi vəziyyətinin dəyişdirilməsinin və iddiaçının hüquqlarının faktiki olaraq zərər görməsinin qarşısını almaqdır. Bu baxımdan dövlətin fiskal maraqları ilə şəxsin hüquqlarının effektiv məhkəmə müdafiəsi arasında balans təmin edilməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi mübahisələndirilən inzibati aktı ləğv etməmiş və əsas iş üzrə iddianı təmin edən yekun qərar qəbul etməmişdir. Məhkəmə yalnız əsas iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək həmin aktın icrasını dayandırmışdır. Beləliklə, tətbiq edilmiş tədbir müvəqqəti xarakter daşıyır və cavabdehin mübahisələndirilən qərarının hüquqi qüvvəsini aradan qaldırmır. Qərardadın nəticəvi hissəsində də açıq şəkildə göstərilmişdir ki, qərarın icrası işə mahiyyəti üzrə baxılanadək dayandırılır və qərardad dərhal icra edilməlidir. Ərizəçi hazırda hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığına baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən məcburi qaydada vergi orqanında uçota alınmış və barəsində kameral vergi yoxlaması keçirilmiş, gəlir vergisi hesablanmışdır. Belə ki, qanunvericilikdə sahibkarlıq fəaliyyətinin anlayışı verilmiş və qeyd olunmuşdur ki, sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Mehrəliyev Nemət hazırda heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Iş materiallarından göründüyü kimi, X3 faktiki olaraq heç bir sahibkarlıq fəaliyyəti həyata keçirməmiş, hər hansı mal təqdim etməmiş, xidmət göstərməmiş və mənfəət əldə etmək məqsədilə müstəqil fəaliyyətlə məşğul olmamışdır. Əksinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki X7 Briqadası tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışla təsdiq edilir ki, o, ##.##.2017-ci il tarixdən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında zabit qismində həqiqi hərbi xidmətdədir. Bundan əlavə, “X6 Xidmətkeçmə Haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, fövqəladə hallar orqanlarının əməkdaşlarının sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlərlə məşğul olmasına yol verilmir. Qanunverici tərəfindən müəyyən edilmiş bu qadağa X6 xidmət edən şəxslərin sahibkarlıq fəaliyyəti həyata keçirməsini hüquqi baxımdan mümkünsüz edir. Belə olan halda, X3 2017-ci ildən etibarən həqiqi hərbi xidmətdə olması və qanunla sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsi onun sahibkar kimi fəaliyyət göstərməsi ehtimalını istisna edir. Cavabdeh vergi orqanı tərəfindən ərizəçinin faktiki olaraq sahibkarlıq fəaliyyəti həyata keçirməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilmədən onun vergi uçotuna alınması, kameral vergi yoxlamasına cəlb edilməsi və gəlir vergisinin hesablanması qanunvericiliyin tələblərinə, hüquqi müəyyənlik prinsipinə və işin faktiki hallarına ziddir. Hazırkı halda vergi orqanı tərəfindən artıq məcburi icra tədbirlərinə başlanılmış, ərizəçinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmişdir. Vergi borcunun məcburi qaydada tutulmasına yönəlmiş tədbirlərin davam etdirilməsi nəticəsində ərizəçinin əmlakı üzərində sərəncam vermək hüququ məhdudlaşdırıla, əmlak gələcəkdə hərraca çıxarıla və ya digər icra tədbirləri tətbiq edilə bilər. Belə nəticələr sonradan iddianın təmin olunacağı təqdirdə belə, ərizəçinin pozulmuş hüquqlarının tam və effektiv bərpasını çətinləşdirə bilər. Əmlakın siyahıya alınması, bank hesabları üzrə məhdudiyyətlərin tətbiqi, inkasso sərəncamlarının göndərilməsi və digər icra tədbirlərinin həyata keçirilməsi nəticəsində ərizəçinin hüquqlarına əhəmiyyətli zərər dəyə, sonradan həmin hüquqların bərpası isə xeyli çətinləşə bilər. Buna görə də mövcud vəziyyətin qorunması məqsədilə ilkin təcili tənzimləmə tədbirinin tətbiqi zəruridir. Eyni zamanda, iş materialları iddianın uğurlu olacağına dair kifayət qədər əsaslı ehtimalın mövcud olduğunu göstərir. Belə ki, ərizəçinin ##.##.2017-ci il tarixdən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında zabit qismində həqiqi hərbi xidmətdə olması rəsmi arayışla təsdiq edilmişdir. “X6 Xidmətkeçmə Haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən isə fövqəladə hallar orqanlarının əməkdaşlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır. Onu da qeyd edirlər ki, inzibati orqan nəzərə almalıdır ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə olan hüququ mövcud olduğu təqdirdə məhkəmə tərəfindən təmin edilməsi vergi öhdəliklərinin və maliyyə sanksiyalarının ödənilməsi ilə bağlı cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasını istisna edən hal qismində, eləcə də vergi orqanlarının səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilməməlidir. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirinin müddəti ən gec əsas iddia üzrə qərarın qüvvəyə minmə müddəti ilə məhdudlaşır və əsas iddianın uğursuz olduğu hər bir halda iddiaçı tərəfindən vergi öhdəliklərinin və maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş müvafiq səlahiyyətlərindən istifadə edə bilər. Əgər vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısını almaqdan və bunun üzərindən azad və əlverişli sahibkarlıq mühitinin təşəkkül tapmasını təmin etməkdən ibarətdir. Ona görə də, Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şəki Inzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməlidir.”. Tərəflərin izahatları:
12. Məhkəmə kollegiyasını iclasında iştirak edən cavabehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib ərizənin rədd olunması barədə qərardad çıxarılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmişlər.
14. Iddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasına ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirdi. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq; 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.11-2. vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək; Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.7. Vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün ödəniş xidməti təchizatçılarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək; 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, filial və nümayəndəliklər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar və xüsusi icra məmurları isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Maddə 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Maddə 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1. vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; 65.2.1.3. məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; 65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda.
16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər; 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.
82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
17. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1 Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. 2.2. IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 2.3. Inzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. 11.1. Iddiaçı özünün hüquq və mənafelərinə toxunduğunu güman etdiyi inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini mübahisələndirmə haqqında iddia qaldırmaqla tələb edə bilər. 11.2. Məhkəmə mübahisələndirmə haqqında iddiaya baxarkən inzibati aktın səlahiyyət, forma, səbəb, məzmun və məqsəd ünsürləri baxımından hüquqa uyğunluğunu yoxlamalıdır (bax – “Vergi ödəyicilərinin 2017-ci ilin # ###### tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il ## ###### tarixli ***VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2020-ci il ## ###### tarixli * nömrəli Qərarının 26- 31-ci bəndləri). 11.3. Həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindən mübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, IPM-in 41.1-ci maddəsində təsbit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir. 11.4. Mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa zidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır. 11.5. Qanunsuz əlverişsiz inzibati aktlar bu və ya digər formada insan hüquqları və azadlıqları ilə bağlı olur, icra olunması zamanı onlara müəyyən məhdudiyyət gətirir. Bu səbəbdən də inzibati aktın icrasının dayandırılması institutu hüquqların müdafiəsində olduqca əhəmiyyətli təminat vasitəsi və prosessual imkan kimi çıxış edir. Onun tətbiqi nəticəsində qanunsuzluğu güman olunan əlverişsiz inzibati aktların icrası təxirə salınmış olur. Bununla da mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı əsaslı şübhələrin mövcudluğu halında həmin aktın icrası dayandırılmaqla bərpası mümkün ola bilməyəcək və ya xeyli dərəcədə çətin olacaq zərərin vurulmasının qarşısı alınmış olur. 11.6. Inzibati aktın icrasının dayandırılması mübahisə üzrə məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icrasının (tətbiqinin) təxirə salınmasını nəzərdə tutan müvəqqəti tədbirdir. 11.7. IPM-in 41.4-cü maddəsində müəyyən olunmuş ümumi qaydaya görə, inzibati aktın icrası iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Lakin işin xüsusi hallarından çıxış etməklə məhkəmə inzibati aktın icrasını konkret bir müddət üçün də dayandıra bilər. 11.8. Inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələ üzrə qərar qəbul edə bilmək üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmadığı ilə bağlı aparılan araşdırma nəticəsində məhkəmənin gəldiyi qənaət işə mahiyyəti üzrə baxılmasının sonunda gəlinən yekun və qəti qənaət deyildir. 11.9. Bu zaman məhkəmənin qənaəti yalnız icraatın həmin mərhələsinədək mövcud olan işin hallarının araşdırılması nəticəsində yaranır, gəlinən həmin qənaət müvəqqəti olur, proqnoz və ehtimala əsaslanmaqla formalaşır. 11.15. IPM-in 41.2-ci maddəsinə görə məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.19. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda təcili tənzimləməyə ehtiyac məsələsi həll olunur və yalnız müvəqqəti müəyyən edilən qaydadan bəhs edilir. Ona görə də məhkəmə belə tədbirin tətbiqi ilə bağlı ərizə üzrə qərar verərkən, iddia ərizəsinin özünə dair mahiyyəti üzrə yekun qərar çıxarılarkən tələb olunan inam və əminliklə hərəkət etmir. Çünki ərizə ilə prosesin konkret mərhələsində müəyyən məsələnin həlli tələb olunur. Müvafiq olaraq ərizənin taleyi də həmin konkret mərhələdə mövcud olan işin faktiki və hüquqi hallarına görə məhkəmədə yaranmış təsəvvür və proqnoz (onların daha sonra haqlı çıxıb-çıxmamasından asılı olmayaraq) əsasında həll edilməlidir. Iddia ərizəsinə mahiyyəti üzrə baxılarkən işin hallarının hərtərəfli araşdırılması nəticəsində başqa nəticə hasil olarsa, söhbət ehtimalın özünü doğrultmadığından gedəcəkdir. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.21. Bundan başqa, həmin araşdırma yalnız ilkin araşdırmanın qayda və şərtlərinə uyğun aparılmalıdır. Bununla bağlı olaraq məhkəmələrə izah olunur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda iddia icraatı ilə müqayisədə yoxlamanın həcminin azaldılması qaydası qüvvədədir. Ona görə ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraat təcili xarakter daşıyır, eləcə də iddia icraatının sonunda məhkəmə yekun qənaətə gələrkən onda işin faktiki və hüquqi halları ilə bağlı tam qənaət formalaşmış olur, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda isə bu mənada tam qənaət yaranmır, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz mövcud olur. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.26. Işin hüquqi hallarının araşdırılması zamanı isə mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı məsələ üzrə qiymətləndirmə aparılmalıdır. 11.28. Inzibati aktın hüquqa uyğunluğu məsələsi üzrə “ilk baxışda” gəlinən nəticə ilə mübahisəyə baxılması sonunda gəlinən nəticə bir-birindən fərqli ola bilər. Ona görə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair icraat zamanı işin hüquqi hallarına münasibət bildirərkən məhkəmə icraatın həmin anında onda formalaşmış “ilk baxışda” hüquqa uyğunluqla bağlı qənaətdən hərəkət etməlidir. 11.29. Məhkəmələrə həmçinin izah olunur ki, “ilk baxışda” hüquqa uyğunluq məsələsinə verilən qiymət icraatın sonrakı gedişində işin hallarının araşdırılmasından asılı olaraq dəyişə bilər. Başqa sözlə, mübahisəni mahiyyəti üzrə həll edərkən məhkəmə hüquqa uyğunluğun qiymətləndirilməsini fərqli qaydada da apara bilər. 11.30. Ilkin araşdırmanın aparılmasına baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə dair ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. 11.31. Ziddiyyətli maraqların qiymətləndirilməsi ilk növbədə müvəqqəti xarakterli müdafiə icraatının tərəflərinin, bəzən isə hətta cəmiyyətin maraqları nəzərə alınmaqla qiymətləndirilmə aparılmasını tələb edir. 11.32. Bir qayda olaraq fiziki və hüquqi şəxslərin fərdi halları nəzərə alınmaqla onların hüquqi statuslarına müdaxilə nə qədər böyük olarsa, inzibati aktın icrasının dayandırılmasına olan ehtiyacın da bir o qədər çox olduğu qəbul edilir. 11.33. Bundan başqa, ziddiyyətli maraqların qiymətləndirilməsi inzibati aktın icra olunmasının (daha sonra iddia icraatında aktın qanunsuz olduğu müəyyən edilərsə) və ya olunmamasının (daha sonra iddia icraatında aktın qanuni olduğu müəyyən edilərsə) tərəflərə, eləcə də ictimai maraqlara vuracağı ziyanın həcmi müqayisə edilməklə də aparıla bilər. 11.34. Inzibati aktın icrasının dayandırılmasında maraqlı olan tərəfə xas olan fərdi hallar nəzərə alındıqda onun hüquqlarının pozulması ilə müqayisədə digər tərəfə və ya ictimai maraqlara vurulacaq ziyan daha az əhəmiyyətli kimi qəbul edilə bilərsə, məhkəmə müvafiq əsaslandırmaya istinadla ziddiyyətli maraqların qiymətləndirilməsini ərizəçinin (iddiaçının) xeyrinə apara bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır.
21. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə ərizənin təmin edilib-edilməməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və ərizə təmin edilməməlidir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. Iş materiallarından görünür ki, iddiaçı vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etmədiyindən vergi orqanı onu öz təşəbbüsü ilə vergi uçotuna almış və vergi ödəyicisi kimi uçota alınması barədə **************** nömrəli bildiriş ##.##.2025-ci il tarixdə ona göndərilmişdir. Bundan sonra iddiaçının debet kartlarına 597167,23 manat məbləğində pul vəsaiti daxil olsa da, gəlirlərin bəyan edilməsinə dair vergi orqanına hər hansı vergi bəyannaməsi (hesabatı) təqdim edilməmişdir. Sonradan cavabdeh tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində Ərizəçi barəsində 2024-cü ilin Gəlir vergisi üzrə “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-**/*- *****/**** saylı qərar qəbul edilərək, 39 811.25 manat əlavə vergi hesablanmışdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.
26. Yuxarıda qeyd olunan Plenum Qərarına əsasən ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Lakin baxılan iş üzrə iddiaçı tərəfindən iddianın uğurluluğu ilə bağlı məhkəmə tərəfindən əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim edilməmişdir.
27. Müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına görə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətin hasil olduğu, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olduğu, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi-hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edildiyi hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməyə haqlıdır. Qeyd olunmalıdır ki, bu zaman müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizədə həmin tədbirin tətbiqinin aydın şəkildə əsaslandırılması vəzifəsi həm də iddiaçının üzərinə düşür.
28. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir və qanunvericilikdə nəzərdə tutulmuş vacib bir prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir.
29. Müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir.
30. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.
31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunması üçün mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli və ya mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalıdır.
32. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, inzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə qiymət verilərkən əsasən iddiaçının (ərizəçinin) hüquqlarının müdafiəsi istiqamətində araşdırma aparılmalı olmasını təsbit etmişdir. Lakin bu o mənaya gəlmir ki, qeyd edilən ərizələrə baxılarkən “tərəflərin hüquq bərabərliyi” və “mütənasiblik” prinsipləri nəzərə alınmamalıdır.
33. Mütənasiblik prinsipinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Inzibati icraatda ilk növbədə mütənasiblik özündə şəxslərin hüquqlarına müdaxilə edən dövlət tədbirinin yararlı, zəruri və uyğun olmasını ehtiva edir. Bu tələblərə cavab verməyən tədbir qanunaziddir və bu səbəbdən mübahisələndirilə və aradan qaldırıla bilər. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasın. Başqa sözlə, ərizəçinin hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin görülməsi, son nəticədə cavabdehin hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olmamalı, yekun məhkəmə aktı qəbul edildikdən sonra cavabdehin qəbul etdiyi inzibati aktın icrasını mümkünsüz etməməlidir. (tərəflərin məhkəmə və qanun qarşısında bərabərliyi prinsipi).
34. Yuxarıda qeyd olunanların hazırkı işin hallarına tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia icraatı üzrə vergi ödəyicisi (iddiaçı) ona hesablanmış vergi məbləğlərinə dair inzibati aktı mübahisələndirir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni verməkdə onun hüquqi marağı isə mübahisələndirilən inzibati aktın icrasının dayandırılmasında ifadə olunur.
35. Inzibati aktın mübahisələndirilməsi isə onun icrasının dayandırılmasına əsas vermir (IPM-nin 41-ci maddəsi). Başqa sözlə, inzibati aktın mübahisələndirilməsi onun icrasından irəli gələn tədbirləri görməyi inzibati orqana qadağan etməməklə yanaşı, həmin inzibati aktın yönəldiyi şəxsləri də onun icrasını təmin etmək vəzifəsindən azad etmir. Lakin qanunverici nəzərə alır ki, elə hallar ola bilər ki, inzibati aktın icrasına yönələn hərəkətlərin davam etdirilməsi (və ya icrası ilə bağlı konkret hansısa tədbirin görülməsi) tərəfi elə bir əlverişsiz vəziyyətə sala bilər ki, iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra (iddianın təmin olunduğu halda) iddiaçının (ərizəçinin) hüquqlarının müdafiəsi mümkünsüz ola bilər və ya xeyli çətinləşər. Elə bu səbəbdəndir ki, inzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri barədə institutu təsbit etmişdir.
36. Mahiyyət etibarı ilə mübahisələndirilən qərarı qəbul etmiş inzbati orqanın hərəkətləri həmin qərarın icrasına yönəldiyi halda ərizəçinin tələbi həmin hərəkətlərin aparılmasının dayandırılması ilə bağlıdır. Mübahisələndirilən qərarın icrasının dayandırılması həmin qərarın icrasına yönəlmiş Vergi Məcəlləsində nəzərdə tutulan bütün tədbirlərin görülməsini (vergi ödəyicisinin hesablaşma, ƏDV, valyuta və digər hesablarına məhdudiyyət və qadağaların tətbiq edilməsini, əmlakın siyahıya alınmasını, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsini, vergi ödəyicisinin sərəncamların tətbiqini, tələbin icraya yönəldilməsinə yönələn qərarların da qəbul edilməsi və s) nəzərdə tutduğundan həmin hərəkətlərin edilməsi inzibati orqana qadağan edilir. Yuxarıda qeyd olunan hər üç bənddəki hallar isə hazırki iş üzrə aşkar edilməmişdir.
37. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda təcili tənzimləməyə ehtiyac məsələsi həll olunur və yalnız müvəqqəti müəyyən edilən qaydadan söz edilir. Ona görə də, məhkəmə belə tədbirin tətbiqi ilə bağlı ərizə üzrə qərar verərkən, iddia ərizəsinin özünə dair mahiyyəti üzrə yekun qərar çıxarılarkən tələb olunan inam və əminliklə hərəkət etmir. Çünki ərizə ilə prosesin konkret mərhələsində müəyyən məsələnin həlli tələb olunur. Müvafiq olaraq ərizənin taleyi də həmin konkret mərhələdə mövcud olan işin faktiki və hüquqi hallarına görə məhkəmədə yaranmış təsəvvür və proqnoz (onların daha sonra haqlı çıxıb-çıxmamasından asılı olmayaraq) əsasında həll edilməlidir. Iddia ərizəsinə mahiyyəti üzrə baxılarkən işin hallarının hərtərəfli araşdırılması nəticəsində başqa nəticə hasil olarsa, söhbət ehtimalın özünü doğrultmadığından gedəcəkdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-***/**** nömrəli ## ### 2017-ci il tarixli icmal məktubunda qeyd edilmişdir ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə verilmiş ərizəyə baxılarkən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması zəruridir. Bu, iddianın uğurluluq ehtimalının qiymətləndirilməsi baxımından vacibdir. Çünki məhkəmənin müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməsi onun işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməsindən asılıdır.
39. Iş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqlarının hesablanması barədə” # ######## 2025-ci il tarixli *-**-*- **/*-*****/**** saylı Qərarın icrasının davam etməsinin ərizəçinin vəziyyətinə hansı mənfi təsir göstərəcəyini əsaslandırmamışdır. Halbuki, yuxarıda da qeyd olunduğu kimi Inzibati Prosessual Məcəllənin 43.1-ci maddəsində müvəqqəti xarakterli müdafiə tədbiri yalnız 2 halda tətbiq oluna bilər və bu hallardan başqa digər vəziyyətdə tətbiq olunması Məcəllədə nəzərdə tutulmamışdır.
40. Belə ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iddianın uğurluluq ehtimalı aydın olmalı, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli və qeyd edilən əsaslar ərizədə əsaslandırılmalıdır.
41. Qeyd olunmalıdır ki, təcililiyin mövcudluğunun əsaslandırılması və ona dair sübutların təqdim olunması ilk növbədə ərizəçinin üzərinə düşür. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
42. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə uyğun olaraq qeyd olunmuşdur ki, işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Həmçinin, müvəqqəti xarakterli müdafiə tədbiri çıxarılacaq məhkəmə qərarının gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn və məhkəmə qərarının gələcəkdə icrasının təmini məqsədi ilə görülən prosessual hüquqi tədbirdir. Məhkəmələr tərəfindən ərizəyə əsasən əsas tələb üzrə gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələr müəyyən edilməlidir.
43. Göründüyü kimi iş üzrə verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi üçün yuxarıda göstərilən əsaslardan ən azı biri müəyyən edilməlidir.
44. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı halda iddianın uğurluluğuna yalnız kameral vergi yoxlamasının keçirilməsi müddətlərinin pozulması ilə bağlı qiymət vermək kifayət etmir.
45. Mübahisədə diqqət çəkən əsas məqam vergi nəzarəti həyata keçirilən zaman müvafiq hesabat dövrü üzrə ərizəçinin debet kartlarına 597167,23 manat məbləğində pul vəsaitinin daxil olması və buna görə də onun vergi ödəyicisi kimi uçota alınmalı olubolmamasıdır.
46. Hazırkı halda isə işin faktiki və hüquqi hallarının araşdırılması ilə bu halın əksinə dəlalət edən ilkin sübutlar müəyyən edilmir.
47. Yekunda məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsaslar barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, müvəqqəti xarakterli müdafiə tədbiri çıxarılacaq məhkəmə qərarının gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn və məhkəmə qərarının gələcəkdə icrasının təmini məqsədi ilə görülən prosessual hüquqi tədbirdir. Ərizəyə əsasən əsas tələb üzrə gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələr müəyyən edilmir. Eyni zamanda ərizəçi mövcud vəziyyətin dəyişəcəyi təqdirdə hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması ilə əlaqədar sübutları da məhkəməyə təqdim etməmişdir. Hazırkı mərhələdə iddianın uğurluluq ehtimalı mövcud olmadığından təcili tənzimləmə üçün təxirəsalınmaz ehtiyac da müəyyən edilmir.
48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ləğv edilərək ərizə təmin edilməməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ləğv edilir. Ərizəçi Ərizəçi cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə qarşı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” # ######## 2025-ci il tarixli, *-**- *-**/*-*****/**** saylı qərarın icrasının dayandırılması” barədə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi təmin edilmir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.