Məhkəmə qərarları › İş №15(3-10)-92/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-10)-92/2026

09.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 15(3-10)-92/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qəriv oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi və Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “qərarların ləğv edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırışı cavabdehə qadağan edilməsi” tələbinə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi ilə bağlı Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı Ərizəçi cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon Şöbəsi və Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi və yenidən şəhadətləndirilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə müraciət edərək, cavabdeh maraqlı şəxs1 qərarının ləğvi və onun üzərinə iddiaçının yekun tibbi şəhadətləndirilməyinə dair C kateqoriya ilə qiymətləndirilərək “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq” qərarının qəbul edilməsi və həmçinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmağı barədə qərarının ləğv edilməsi və “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq” qərarının qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Eyni zamanda iddiaçı, inzibati işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçının barəsində hərbi xidmətə çağırışla bağlı hərəkətlərin icrasının cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinə qadağan olunması” barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən AR SHXÇDX-nin Balakən rayon şöbəsinə qarşı “qərarın ləğvi və yenidən şəhadətləndirilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki Inzibati Məhkəməsinə müraciət edilmişdir. Iddia onunla əsaslandırılmışdır ki, Balakən rayon çağırış komissiyası tərəfindən sağlamlıq vəziyyətinə görə ilkin olaraq ##.##.2020-ci il tarixədək, sonradan eyni əsasla ##.##.2023-cü il tarixədək, sonradan eyni əsasla ##.##.2026-cı il tarixdə növbəti tibbi müayinənin vaxtına qədər müddətli həqiqi hərbi xidmət üzrə çağırışa möhlət verilmiş, ##.##.2026-cı il tarixdə AR SHXÇDX-nin Balakən rayon şöbəsində təşkil edilmiş şəhadətləndirilmə zamanı çağırış komissiyasının hərbi xidmətə yararlılıqla bağlı barəsində vermiş olduğu rəy Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təsdiqlənmişdir. Hazırda cavabdehin mövqeyi mübahisələndirildiyindən həqiqi hərbi xidmətə çağırışla bağlı hərəkətlərin icrası mövcud vəziyyətdə publik hüquqi maraqlara xidmət etməməklə şəxsi konstitusion hüquqlarından əsassız olaraq məhrum etməyə yönəlmişdir. Belə ki, daha əvvəl hərbi xidmətə yararsız hesab edilməyə əsas olan xəstəliyin əsas diaqnozu dəyişmədiyi halda sonradan cavabdehin iddiaçının barəsində hərbi xidmətə yararlı hesab edilməklə bağlı gəldiyi yekun nəticə qanun əsaslı olmamışdır. Göründüyü kimi, mövcud hüquq tətbiqetmə təcrübəsinə əsasən, maddi tələbin yuxarıda göstərilən əsası iddianın böyük ölçüdə uğurlu olacağını şərtləndirir. Bu baxımdan, yaranmış neqativ situasiyanın qarşısının alınması və hüquqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə ilkin təcili tənzimlənmənin həyata keçirilməsi zərurəti yaranmışdır. Hazırda cavabdehin mövqeyi mübahisələndirildiyindən həqiqi hərbi xidmətə çağırışla bağlı hərəkətlərin icrası mövcud vəziyyətdə publik hüquqi maraqlara xidmət etməməklə şəxsi konstitusion hüquqlarından əsassız olaraq məhrum etməyə yönəlmişdir. Belə ki, daha əvvəl hərbi xidmətə yararsız hesab edilməyə əsas olan xəstəliyin əsas diaqnozu dəyişmədiyi halda sonradan cavabdehin barəsində hərbi xidmətə yararlı hesab edilməklə bağlı gəldiyi yekun nəticə qanun əsaslı olmamışdır. Göründüyü kimi, mövcud hüquqtətbiqetmə təcrübəsinə əsasən, maddi tələbin yuxarıda göstərilən əsası iddianın böyük ölçüdə uğurlu olacağını şərtləndirir. Bu baxımdan, yaranmış neqativ situasiyanın qarşısının alınması və hüquqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə ilkin təcili tənzimlənmənin həyata keçirilməsi zərurəti yaranmışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon bölməsinin nümayəndəsi ərizənin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki Inzibati Məhkəməsinin (hakim Kamran Musayev) ## #### 2026-cı il tarixli **(*-**)- ***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

8. Ərizəçi Ərizəçi tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk növbədə iddianın uğurluluq ehtimalını qiymətləndirərkən iş materiallarında olan ilkin sübutları düzgün təhlil etməmişdir. Belə ki, iş materiallarından görünür ki, daha əvvəl hərbi xidmətə yararsız hesab edilməyə əsas olan xəstəliyin əsas diaqnozu dəyişmədiyi halda sonradan cavabdeh tərəfindən barəsində hərbi xidmətə yararlı hesab edilməklə bağlı qərar qəbul olunmuşdur. Göründüyü kimi, mövcud situasiyada toplanan ilkin sübutlarla inzibati aktın qanuniliyi şübhə altındadır. Bununla belə, məhkəmə göstərilən halları iddianın uğurluluq ehtimalının qiymətləndirilməsi baxımından lazımi qaydada nəzərə almamışdır. Halbuki, inzibati aktın qəbul edilməsinin əsasını təşkil edən tibbi göstəricilərin əvvəlki qərarla müqayisədə dəyişməməsi, buna baxmayaraq fərqli hüquqi nəticəyə gəlinməsi həmin inzibati aktın qəbul edilmə əsaslarının və qanuniliyinin məhkəmə tərəfindən ilkin mərhələdə xüsusi diqqətlə yoxlanılmasını zəruri edirdi. Eyni zamanda, məhkəmə mübahisələndirilən inzibati aktın icrasının davam etməsi nəticəsində proqnoz edilən hüquqi nəticələrin xarakterini və onların sonradan aradan qaldırılmasının mümkünlüyünü də lazımi qaydada qiymətləndirməmişdir. Belə ki, sözügedən inzibati aktın doğurduğu hüquqi nəticələr davamedən xarakter daşımaqla, onun icrasının sonrakı mərhələyə keçməsi halında güdülən hüquqi marağın realizəsi əhəmiyyətli dərəcədə çətinləşə və ya mümkün olmaya bilər. Beləliklə, məhkəmə həm iş materiallarında olan ilkin sübutların iddianın uğurluluq ehtimalına təsirini, həm də mübahisələndirilən inzibati aktın doğurduğu hüquqi nəticələrin davamedən xarakterini və ilkin təcili tənzimlənmə zərurətinin təmin edilməməsi halında yarana biləcək nəticələri lazımi qaydada qiymətləndirməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRIN IZAHATLARI

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi apellyasiya şikayətinin təmin edilməsi, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)- ***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliy nümayəndəsinin iştirakını təmin etməmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBIQ EDILƏN HÜQUQ

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 41. Sağlamlığın qorunması hüququ İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Maddə 76.1. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər; 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər; 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.

82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2015-ci il tarixli qərarı.

17. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1 Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 2.2. IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 2.3. Inzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara 2 əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 11.19. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda təcili tənzimləməyə ehtiyac məsələsi həll olunur və yalnız müvəqqəti müəyyən edilən qaydadan bəhs edilir. Ona görə də məhkəmə belə tədbirin tətbiqi ilə bağlı ərizə üzrə qərar verərkən, iddia ərizəsinin özünə dair mahiyyəti üzrə yekun qərar çıxarılarkən tələb olunan inam və əminliklə hərəkət etmir. Çünki ərizə ilə prosesin konkret mərhələsində müəyyən məsələnin həlli tələb olunur. Müvafiq olaraq ərizənin taleyi də həmin konkret mərhələdə mövcud olan işin faktiki və hüquqi hallarına görə məhkəmədə yaranmış təsəvvür və proqnoz (onların daha sonra haqlı çıxıb-çıxmamasından asılı olmayaraq) əsasında həll edilməlidir. Iddia ərizəsinə mahiyyəti üzrə baxılarkən işin hallarının hərtərəfli araşdırılması nəticəsində başqa nəticə hasil olarsa, söhbət ehtimalın özünü doğrultmadığından gedəcəkdir. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.21. Bundan başqa, həmin araşdırma yalnız ilkin araşdırmanın qayda və şərtlərinə uyğun aparılmalıdır. Bununla bağlı olaraq məhkəmələrə izah olunur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda iddia icraatı ilə müqayisədə yoxlamanın həcminin azaldılması qaydası qüvvədədir. Ona görə ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraat təcili xarakter daşıyır, eləcə də iddia icraatının sonunda məhkəmə yekun qənaətə gələrkən onda işin faktiki və hüquqi halları ilə bağlı tam qənaət formalaşmış olur, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda isə bu mənada tam qənaət yaranmır, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz mövcud olur. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 11.26. Işin hüquqi hallarının araşdırılması zamanı isə mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı məsələ üzrə qiymətləndirmə aparılmalıdır. 11.44. Bununla yanaşı, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsini təmin edə bilmək üçün inzibati aktın ünvanladığı və əlverişli mövqe qazanan şəxslə aktın qəbul edilməsi nəticəsində əlverişsiz vəziyyətə düşən şəxsin toqquşan maraqları da dəyərləndirilməlidir. 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır – 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.

18. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.8-ci maddəsinə əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. 3.2-ci maddəsinə görə Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; Maddə 14. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar 3 gün ərzində onun elektron kabinetinə yerləşdirilir, bu mümkün olmadıqda isə digər vasitələrlə göndərilir. ... 15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir. 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 15.3-cü maddəsinə görə rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir Maddə 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.2. sağlamlıq vəziyyətinə görə; Maddə 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Maddə 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Maddə 23. Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə 23.1. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər: 23.1.1. fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar; 23.1.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar; 23.1.3. 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar; 23.1.4. alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar; 23.1.5. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər. 23.2. Aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılırlar: 23.2.1. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar; 23.2.2. ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş çağırışçılar; 23.2.3. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslər. Qeyd: Bu Qanunun 23.1.1-ci və 23.1.5-ci maddələrində nəzərdə tutulan vətəndaşlar həqiqi hərbi xidməti istisna edən əsaslar olmadıqda öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər.

19. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli, 2317№ -li Fərmanı.

20. Azərbaycan Respublikası Prezidentinin **** nömrəli ## #### 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X6”nin 3.1-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakılar DTSER Agentliyinin vəzifələrinə daxildir: - (3.1.14-1) “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 15.3-cü maddəsinə uyğun olaraq, yekun tibbi müayinəni aparmaq.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - 2.15-ci bəndinə görə ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A – hərbi xidmətə yararlıdır; B – sıradankənar hərbi xidmətə yararlıdır; C – dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç – hərbi xidmətə müvəqqəti yararsızdır; D – həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. - 8.1-ci bəndinə görə “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa – ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar; II qrafa – çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların Rların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, Rlar. III qrafa – zabitlər, Rlər, Rlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, Rlərin, Rların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, Rlər, Rlar. 8.2-ci bəndinə görə hərbi toplanışa çağırılan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi xidmətə könüllü daxil olan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı “Xəstəliklər cədvəli”nin qrafalarının tətbiqi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

22. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı məhkəmə icraatında, istər iddia ərizəsində və iddia qaldırılarkən təqdim olunmuş sənədlərdə, istərsə də məhkəmə iclasında iddiaçı tərəf tələbinə dair tutarlı əsaslar və dəlillər bildirməmiş, yalnız əvvəlki müayinələrə istinad etmişdir ki, onların da düzgün olub-olmaması əsas iddia tələbi üzrə araşdırma predmetini təşkil edir. Yəni hazırkı ərizədə ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması şərtlərinin məcmu halda birgə mövcudluğu müəyyən olunmur.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir.

25. Iş materiallarından görünür ki, hazırki ərizə ilə müraciət etməkdə ərizəçinin hüquqi marağı yekun məhkəmə aktı qəbul edilənə kimi qərarların ləğv edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırışın cavabdehə qadağan edilməsi ilə bağlıdır.

26. Iş üzrə təqdim edilmiş sənədlərdən belə müəyyən edilir ki, iddiaçı cavabdeh maraqlı şəxs1 qərarının ləğvi və onun üzərinə iddiaçının yekun tibbi şəhadətləndirilməyinə dair C kateqoriya ilə qiymətləndirilərək “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq” qərarının qəbul edilməsi və həmçinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmağı barədə qərarının ləğv edilməsi və “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq” qərarının qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması xahiş etmişdir. Ləğv olunması tələb edilən mübahisələndirilən inzibati akta əsasən iddiaçı müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunmuşdur.

27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçının hərbi xidmətə yararlı olub-olmamasının müəyyən edilməsi üzrə inzibati mübahisə davam edir. Iddiaçının həqiqi hərbi xidmətə cəlb edilməsinin qanunauyğunluğunun yoxlanılması, yəni Hərbi-həkim ekspertizası haqqında əsasnamənin 61-ci maddəsinin Hərbi xidmətə yararlılıq kateqoriyasının c) bəndində ( funksiyaların cüzi dərəcədə pozulması ilə) qeyd edilən xəstəliklərin onda olması, yəni sıradankənar həqiqi hərbi xidmətə yararlı olması hər hansı şübhə və ehtimal olmadan əsas iddia çərçivəsində aydınlaşdırılmalıdır.

28. Məhkəmə kollegiyasına təqdim edilmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu tərəfindən verilmiş radiologiya nəticəsindən görünür ki, sağ ayağın T.S.A vəziyyətində lateral proyeksiya rentgenoqrammasında yastıpəncəliyin təyini: sağ ayaq tağının bucağı- 165, hündürlüyü- 11 mm. Nəticə sağ ayağın III dərəcəli yastıpəncəliyi (pes planus). Sol ayağın T.S.A vəziyyətində lateral proyeksiya rentgenoqrammasında yastıpəncəliyin təyini: sol ayaq tağının bucağı – 158,5, hündürlüyü- 16 mm. Nəticə: sol ayağın III dərəcəli yastıpəncəliyi (pes planus). Elmi-Tədqiqat Travmatologiya və X5 xəstənin tibbi kartasından çıxarışdan görünür ki, iddiaçıya sağ və sol ayağın III dərəcəli yastıpəncəliyi diaqnozu qoyulmuşdur.

29. “Hərbi-həkim ekspertizası” haqqında Əsasnamənin 61-ci maddəsinin “c” bəndinə aşağıdakılar aid edilmişdir:

1. pəncə barmaqlarının dayanıqlı vəziyyəti (hər hansı bir barmağının digərinin üstünə keçməsi);

2. cüzi ağrı sindromu və statikanın pozulması ilə müşayiət olunan, təyin edilmiş hərbi nümunəli ayaqqabı gəzdirilməsinin uyğunlaşdırılması mümkün olan ayağın mülayim dərəcədə ifadə olunmuş deformasiyaları;

3. daban sümüyünün valqus əyriliyi olmadan və (və ya) ayağın orta hissəsi oynaqlarının deformasiyaedici osteoartrozu olmadan III dərəcəli boylama yastıayaqlılıq;

4. ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu ilə II dərəcəli köndələn və ya boylama yastıayaqlılıq;

5. ayaqaltı bükmə hərəkətinin 10 dərəcədən az və ayaqarxası bükmə hərəkətinin 20 dərəcədən az həddə məhdudlaşması ilə müşayiət olunan birinci ayaqdarağı falanqa darağı oynağının III mərhələ deformasiyaedici osteoartrozu;

6. Beler bucağının 0-dan mənfi 10 dərəcəyədək azalması və aşıqaltı oynaqda artrozun olması ilə müşayiət olunan daban sümüyünün posttravmatik deformasiyası. Açıqlama: Üçbucaq aşağıdakı nöqtələrin birləşdirilməsi ilə qurulur: - ayaqdarağının birinci sümüyü başçığının aşağı nöqtəsi (dabanaltı səthi); - daban sümüyü qabarının aşağı nöqtəsi (dabanaltı səthi); - qayığabənzər-pazşəkilli sümüklərin birləşdirilməsinin aşağı nöqtəsi. Normada tağın bucağı 125–130 dərəcəyə, tağın hündürlüyü 39 mm-ə bərabərdir. İ dərəcəli yastıayaqlılıqda: boylama içəri ayaqaltı tağın bucağı 131–140 dərəcə, tağın hündürlüyü 35–25 mm-dir; II dərəcə yastıayaqlılıqda: boylama içəri tağın bucağı 141–155 dərəcə, tağın hündürlüyü 24–17 mm-dir; III dərəcə yastıayaqlılıqda: boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır. Daban sümüyünün posttravmatik deformasiyasının dərəcəsini təyin etmək üçün biri aşıqaltı sümüyün ön bucağının ən hündür nöqtəsini və arxa oynaq fasetinin zirvəsini birləşdirən, digəri daban sümüyü qabarının yuxarı səthi boyunca keçən iki xəttin kəsişməsindən yaranan Beler bucağını (daban sümüyü qabarının oynaq hissəsinin bucağını) hesablayırlar. Bu bucaq normada 20–40 dərəcə təşkil edir. Onun kiçilməsi, adətən posttravmatik yastıayaqlılıqda müşahidə olunur.

30. “Hərbi-həkim ekspertizası” haqqında Əsasnamənin VIII bölməsində göstərilmişdir ki, ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə (hərbi toplanışa) çağırılan, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olan, hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil (təhsil) müəssisələrinə daxil olan vətəndaşların, hərbi qulluqçuların, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və orqanların ehtiyatında olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər: - 8.1. “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar; II qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların Rların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, Rlar. III qrafa — zabitlər, Rlər, Rlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, Rlərin, Rların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, Rlər, Rlar.

31. Hazırda iş üzrə ərizəçi Əsasnamənin İ qrafasında olan şəxslərə aid olmaqla “ayaqaltı bükmə hərəkətinin 10 dərəcədən az və ayaqarxası bükmə hərəkətinin 20 dərəcədən az həddə məhdudlaşması ilə müşayiət olunan birinci ayaqdarağı falanqa darağı oynağının III mərhələ deformasiyaedici osteoartrozu” xəstəliyindən əziyyət çəkir, qrafalarda həmin xəstəliklər ağırlaşma və kliniki yaxşılaşma vəziyyətinə görə sıralanmışdır. “c” bəndi həmçinin hərbi qulluqçalara aid edilmişdir ki, iddiaçı hərbi qulluqçu olmamaqla ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə əsas iddia çərçivəsində iddianın uğurluluğunu araşdırması hazırkı qərardadda tənzimlənən məsələyə ərizəçinin 30 yaşının tamam olduğu tarixədək müddətli həqiqi xidmətə cəlb edilmək imkanın mövcudluğu nəzərə alınmaqla yenidən qiymətləndirməni məhdudlaşdırmır.

33. Kollegiya onu da qeyd edir ki, məhkəmə icraatının gedişində iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi ilə bağlı müvafiq məhkəmə-tibbi ekspertizasının keçirilməsi məsələsi də diqqətdən yayınmamalıdır. Hansı ki, iş üçün bu xüsusi əhəmiyyət kəsb edir.

34. Məhkəmə kollegiyası iddiaçının ərizəsinin “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qəbul etdiyi ## ####### 2025-ci il tarixli qərarın qəbul edildiyi tarixdən sonra verildiyini nəzərə alır və qeyd edir ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına görə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətin hasil olduğu, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olduğu, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi-hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edildiyi hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməyə haqlıdır. Qeyd olunmalıdır ki, bu zaman müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizədə həmin tədbirin tətbiqinin aydın şəkildə əsaslandırılması vəzifəsi həm də iddiaçının üzərinə düşür.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" ##.##.2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Inzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibatı icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır."

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** №-li Qərarının 11.25-ci bəndində qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir.

37. Məhkəmə araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilmişdir. Belə ki, iddiaçı Ərizəçi hərbi xidmət keçəcəyi halda, sağlamlıq vəziyyətinə təhlükə yaranması ehtimalı vardır. Ərizəçinin həqiqi hərbi xidmətə cəlb edilməsi ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalı mövcuddur.

38. Nəzərə almaq lazımdır ki, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə çağırılması və aparılması, həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı marağın, onların hərbi xidmətə cəlb olunması ilə bağlı maraqdan daha üstün olduğu qəbul edilməlidir.

39. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qəbul etdiyi ## ####### 2025-ci il tarixli qərarın tələblərini də nəzərə alaraq qeyd edir ki, hazırki iş üzrə təcililik şərti mövcuddur, iddianın böyük ehtimalla uğurlu olmasını isə hazırda təkzib edən sübutlar aşkar edilmir.

40. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya şikayəti təmin edilməli, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadı ləğv edilməli və “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizə təmin edilməli, Şəki Inzibati Məhkəməsinin icraatında olan iddiaçı Ərizəçi cavabdeh maraqlı şəxs1 qərarının ləğvi və onun üzərinə iddiaçının yekun tibbi şəhadətləndirilməyinə dair C kateqoriya ilə qiymətləndirilərək “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq” qərarının qəbul edilməsi və həmçinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmağı barədə qərarının ləğv edilməsi və “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq” qərarının qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə iddiasına dair inzibati işə baxılıb qurtaranadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin qərarının icrası dayandırılmalı və ərizəçinin həqiqi hərbi xidmətə cəlb edilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinə qadağan edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizəçi Ərizəçi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Inzibati iş üzrə yeni qərardad qəbul edilərək müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilsin. Şəki Inzibati Məhkəməsinin icraatında olan iddiaçı Ərizəçi cavabdeh maraqlı şəxs1 qərarının ləğvi və onun üzərinə iddiaçının yekun tibbi şəhadətləndirilməyinə dair C kateqoriya ilə qiymətləndirilərək “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq” qərarının qəbul edilməsi və həmçinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmağı barədə qərarının ləğv edilməsi və “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq” qərarının qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə iddiasına dair inzibati işə baxılıb qurtaranadək ərizəçi Ərizəçi müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilməyi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin qərarının icrasının dayandırılması və onun üzərinə hərbi xidmətə çağrılmanın qadağan olunması öhdəliyi qoyulsun. Qərardad dərhal icra edilsin. Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar