Məhkəmə qərarları › İş №15(3-6)-101/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-101/2026

17.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-101/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinə qarşı “avtomobilin texniki baxışdan keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası ilə iddiaçı tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1 məhəllə) inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ona məxsus “Chevrolet Equinox” markalı, **EH*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuna müvafiq qaydada texniki baxışdan keçirilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir (iş № *- 1(4-6)-4578/2026). Sonradan Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinə (eləcə də cavabdehin hər hansı bir digər struktur bölməsinə) ona məxsus 2020ci il buraxılışlı olan “Chevrolet Equinox” markalı, **EH*** dövlət qeydiyyat nişanlı avtomobilin üzrlü səbəbdən müvəqqəti olaraq texniki baxışdan keçmədiyinə görə AR IXMnin 339.1-1-ci maddəsi ilə inzibati xəta iş üzrə icraatın başlanılmasına, aparılmasına və inzibati tənbehvermə haqqında qərarların çıxarılmasına və bununla bağlı cərimələrin təyin olunmasına, eləcə də avtomobilinin texniki baxışdan keçirilməməsi səbəbindən ondan istifadəsinə yönəldilən maneələrin törədilməsinə (qadağa qoyulması) çəkindirmək vəzifəsinin cavabdeh üzərinə qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, özünə məxsus “Chevrolet Equinox"” markalı, **EH*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuna müvafiq qaydada texniki baxışdan keçirilməsi vəzifəsi (öhdəliyi) cavabdeh Baş Dövlət Yol Polisi Idarəsinin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Artıq bir neçə aydır ki, cavabdehin qərəzli hərəkətlərə (hərəkətsizliyə) görə qanuna müvafiq qaydada avtomobili texniki baxışdan keçirə bilmir və bu səbəbdən də, artıq 3 dəfədir ki, ona AR IXM-nin 339.1-1-ci maddəsinə əsasən cərimə olunur və hər dəfə 50 manat cərimə yazılır. Bu da ona maddi zərər vurur. Çünki işləri və ailə vəziyyəti ilə bağlı avtomobildən istifadə etməyi çox vacibdir. Texniki baxışdan avtomobili keçirməməyi, məhz cavabdeh özüdür. Çünki, o səlahiyyətlərdən sui-istifadə edərək texniki baxışdan keçirilməsinə nəinki şərait yaratmır, hətta ümumiyyətlə texniki baxışdan keçməyinə belə maneə törədərək icazə vermir. Hazırki iddiası məhkəmə icraatına qəbul edilib və yaxın zamanlarda məhkəmə iclası təyin olunacaqdır. Lakin həmin cərimələr təxminən 20 gündən bir yazıldığına görə işə baxılıbqurtarana qədər ona dəfələrlə cərimə yazıla bilir. Belə olduğu halda bu tədbirlərin görülməsi qanunsuzdu və qəbul olunmuş qərarın icrası belə aparıla bilməz. O bu durum ilə razılaşmır və hesab edir ki, onlar qanunsuzdur. Ona görə də yaranmış zərurətlə əlaqədar üzrlü səbəbdən avtomobilinin texniki baxışdan keçirtməyinə görə AR IXM-nin 339.1-1-ci maddəsinə əsasən hər hansı bir inzibati xəta icraatının başlanılması, bununla əlaqədar isə inzibati tənbehvermə haqqında qərarların və daha sonra cərimənin təyin olunmasından Baş Dövlət Yol Polisi Idarəsi çəkinməlidir. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadı (hakim N.Abıyev) ilə müvəqqəti xarakterli müdafiə barədə ərizə mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ərizənin təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, Inzibati Proessual Məcəllənin 44.1-ci maddəsinə əsasən iddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən Məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən Inzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. Beləliklə, iddiası üzrə aparılan məhkəmə icraatı zamanı şərait dəyişəcəyi təqdirdə işə baxan məhkəmə əsaslar olduğu halda təmin olunmuş qərardadını dəyişdirə və ya ləğv də edə bilər. Lakin bütün bunlara baxmayaraq irəli sürdüyü iddianın xarakteri nəzərə alınmamışdır. Hesab edir ki, qərardad işin hallarına uyğun deyil və ona görə də ləğv olunmalı və müvəqqəti xarakterli müdafiə tədbrinin tətbiqinə dair ərizə tam həcmdə təmin olunmalıdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunması, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək müvəqqəti xarakterli müdafiə barədə ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası ərizəni və işə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə mübahisənin həlli əsas iddianın mahiyyəti üzrə həllini ehtiva etməsə də, əsas iddiaya bağlıdır və onun uğurluluq ehtimalından, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən asılıdır. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli ilkin müdafiə institutunu, o cümlədən iddianın təmin edilməsinə yönəlmiş təminat tədbirlərini nəzərdə tutmaqda qanunvericinin məqsədi iddianın təmin ediləcəyi təqdirdə, ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasını əvvəlcədən təminat altına almaqdan və onu gələcəkdə baş verə biləcək neqativ nəticələrdən qorumaqdan ibarətdir. Bu baxımdan müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə məsələnin həll edilməsi zamanı qanunvericinin qeyd olunan mövqeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarını diqqətə çatdırır: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “... qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsini və ya ləğv edilməsini işə mahiyyəti üzrə baxan məhkəmənin xidməti vəzifəsinə aid etmişdir. Habelə, qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir. Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.” Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun # ####### 2023-cü il № ** Qərarında qeyd edilir ki, “4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. ...... 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. ” “Inzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə kollegiyası iş üzrə gəldiyi qənaətini aşağıdakı qaydada əsaslandırır: Yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 2.işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli;

4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Bununla belə məhkəmə kollegiyası əvvəla diqqətə çatdırır ki, müvəqqəti xarakterli müdafiə tədbiri ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə IPM-nin 43.1-ci maddəsindəki, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2015-ci il tarixli Qərarında sadalanan əsasları araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra ərizənin mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı iş üzrə iddia ərizəsindən və müvəqqəti xarakterli ərizədən görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı ona məxsus avtomobili texniki baxışdan keçirtməkdən və bununla əlaqədar ona tətbiq edilən cərimələrin dayandırılmasından ibarətdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq bildirir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı işdə də publiklik baxımından şərtlər ödənilir. Belə ki, cavabdeh tərəf inzibati orqandır və yaranmış mübahisə publik hüquq münasibətlərindən yaranmış mübahisədir. Lakin cavabdehliyi inzibati orqan və orqanlar daşıyan bütün publik hüquq münasibətlərindən törəmiş mübahisələr inzibati icraat və eləcə də inzibati məhkəmə icraatı qaydasında həll edilmir. Beləliklə, inzibati xətalara dair işlər üzrə inzibati orqanların apardığı və ya aparmalı olduğu icraat inzibati icraat haqqında qanunvericiliklə tənzimlənə bilmirsə, bunun davamı kimi həmin icraatda nəticəsində yaranmış məhkəmə mübahisələrinə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Göründüyü kimi, mübahisənin publik hüquq münasibətlərindən yaranması hər bir halda inzibati məhkəməni səlahiyyətli etmir. Publik hüquq sahəsinə aid olan spesifik münasibətlər var ki, məsələn cinayət, cinayət prosessual, inzibati xəta və s həmin hüquqla tənzimlənən münasibətlər üçün spesifik tənzimləmə müəyyən edilmişdir ki, həmin işlərin spesifikliyi də ixtisaslaşmış orqan və ixtisaslaşmış məhkəmələrin yaranmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, inzibati xətalara dair işlərə aidiyyəti üzrə baxılmasında səlahiyyətli məhkəmə qismində ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri çıxış edir. Hazırkı ərizənin faktiki hallarından isə müəyyən olunur ki, iddiaçı ona AR IXM-nin 339.1-1-ci maddəsi ilə inzibati xəta iş üzrə icraatın başlanılmasına, aparılmasına və inzibati tənbehvermə haqqında qərarların çıxarılmasına və bununla bağlı cərimələrin təyin olunmamasına nail olmaq niyyətindədir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi ilə əlaqədar olmuşdur ki, son olaraq cavabdeh tərəfindən iddiaçıya inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bir daha qeyd edir ki, həmin protokol ilə nəticələnmiş inzibati xətalara dair işlərə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən mahiyyəti üzrə qiymət verilməsi və qeyd olunan növ işlərə baxılmasında inzibati məhkəmənin səlahiyyəti olmayan məhkəmə hesab edilməsi nəzərə alınmaqla ərizə mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, yuxarıda sadalananları nəzərə alaraq Məhkəmə Kollegiyası bildirir ki, apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermədiyindən təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTICƏVI HISSƏ:

Göstərilənlərə əsasən və IPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI:

Iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Fərid Ismayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar