Məhkəmə qərarları › İş №15(3-6)-104/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-104/2026

30.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-104/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Ərizəçi cavabdehlər cavabdeh1 publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinə qarşı “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi” barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Fərid İlham oğlu Mədətlinin sədrliyi və məruzəsi ilə, X9 və X6 ibarət tərkibdə, Gülhanə Coşqun qızı Cəfərovanın katibliyi ilə, Cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARILAN İCRAAT:

1. İddiaçı Ərizəçi cavabdehlər xxxx” publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun hərbi xidmətə yararlı hesab edilməyi barədə cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli qərarının və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin ##.##.2026-cı il tarixli qərarlarının ləğv edilməsi, cavabdeh DTSERA-nın üzərinə sağlamlıq vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi barədə, digər cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin üzərinə onun dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməyi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir, *-*(*-*)-****/**** saylı iş).

2. Ərizəçi (iddiaçı) “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və həmin İdarənin üzərinə mübahisə yekunlaşanadək ərizəçinin hərbi xidmətə çağırılmamağı öhdəliyinin qoyulması barədə qərarad qəbul edilməsini xahiş etmişdir (ərizə dəqiləşdirilmişdir).

3. Ərizə onunla əsaslandırılmışdır ki, hərbi xidmətə yararlılığı barədə verilmiş qərarın sağlamlıq vəziyyətini tam əks etdirmədiyini bildirir. Onda qastroezofageal reflüks xəstəliyi (GERD) mövcuddur. 2025-ci ilin oktyabr ayında aparılmış müayinə zamanı Los Angeles təsnifatına görə Grade Dezofagit və qida borusunda çoxsaylı xoralar diaqnozu qoyulmuşdur. Qeyd olunanlar xəstəliyin xroniki və residivləşən xarakter daşıdığını göstərir. Yuxarıda qeyd edilənlərlə bağlı cavabdeh orqana müraciət edərək “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, səhhətində əvvəl qəbul edilmiş rəyə yenidən baxılması üçün əsas yarandığından, təkrar hərbi-həkim ekspertizasından keçirilməsini xahiş etmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən aparılmış qiymətləndirilmə nəticəsində onda mövcud olan patoloji pozuntular daha yüngül qiymətləndirilərək müddətli həqiqi hərbi xidmətə yararlı olması barədə qərar qəbul edilmişdir. Adı çəkilən yekun rəy əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən onaə çağırış vərəqəsi göndərilmiş və 2026-ci ilin aprel ayında hərbi xidmətə yollanması üçün idarədə olmağı barədə məlumatlandırılmışdır. Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin iddiaçı barəsində hərbi xidmətə yararlılığa dair qəbul etdiyi qərar əsassız olduğundan ləğv olunmalıdır.

4. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə Ərizəçi tərəfindən verilmiş “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizənin qismən təmin edilməsi, Ərizəçi Azərbaycan Respublikası vətəndaşlarının növbəti müddətli həqiqi hərbi xidmətə çağırış müddətinədək (aprel 2026-cı il tarixdən sonrakı ilk çağırış müddətinədək) hərbi xidmətə çağırılmaması öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin üzərinə qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır.

5. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.

6. Cavabdeh cavabdeh1 publik hüquqi şəxsi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad qəbul eilməsi xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

7. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Heç bir sübuta əsaslanmır və apellyasiya qaydasında ləğv olunmalıdır.

8. Cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd edilənləri qəbul etməyərək bildirik ki: MHHK bildirmişdir ki, göndərişdə qeyd edilən əsas diaqnoz - Mitral qapağın revmatik mənşəli çatmamazlığı (XBT - kodu 105.1) və Ürək ritminin digər dəqiqləşdirilmiş pozğunluqları- (XBT kodu - I49.8) xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 39-cu maddəsinin 1 Qrafasının, Ç bəndinin tələblərinə cavab verir. Halbuki, ** saylı Əsasnamənin 39-cu maddəsinin “ç” bəndinə aşağıdakılar aiddir: İ FS ürək çatışmazlığı ilə müşayiət olunan ürək əzələsi xəstəliklərinin nəticələri, miokarditik kardioskleroz, ürəyin mitral və digər qapaqlarının ilkin prolapsı və s. İ dərəcəli A V-blokada. His dəstəsinin sağ ayaqcığının natamam blokadası, paroksizmal ritm pozulmaları ilə müşayiət olunmayan CLC sindromu, İ dərəcəli funksional (vaqus) AV-blokada (AV-keçiriciliyin normallaşması fiziki yüklənmədən və ya venadaxilinə 0,5-1,0 mq atropin-sulfat yeridildikdən sonra baş verir) bu bəndin tətbiqi üçün əsas deyildir və hərbi xidmət keçməyə, hərbi liseylərə, hərbi təhsil müəssisələrinə daxil olmağa mane olmur. Ürək çatışmazlığı ilə müşayiət olunmayan, ürək ritmi və keçiriciliyinin davamlı pozulmaları olmayan, ürək əzələsi xəstəliklərinin davamlı kompensasiya olunmuş nəticələri, miokardioskleroz, ürəyin mitral və digər qapaqlarının ilkin prolapsı və s. Açıqlama: Miokardiosklerozla nəticələnməyən və ürək ritmi və keçiriciliyinin pozulmaları olmayan keçirilmiş qeyri-revmatik miokarditlər bu maddənin tətbiqi üçün əsas vermir və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur. Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular, II və III qrafaları ilə şəhadətləndirilənlər “Xəstəliklər cədvəli”nin 39-cu maddəsinin “d” bəndi ilə o hallarda hərbi xidmətə müvəqqəti yararsız sayılırlar ki, onlarda qeyri-revmatik miokarditlərə görə stasionar müalicənin başa çatmasından sonra ürəyin zədələnməsinin davamlı və obyektiv əlamətləri (qan dövranı çatışmazlığı, ürək ritmi və keçiriciliyi pozulmalarının müxtəlif formaları) aşkar olunmasın. Qeyd olunan hallar isə iddiaçıda ətraflı tibbi müayinələr zamanı, həmçinin intrumental müayinələrin nəticəsində öz təsdiqini tapmamışdır.

9. Apellyasiya şikayətlərnə qarşı yazılı etiraz təqdim olunaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi məhz bu ardıcıllıqla hüquqi qiymətləndirmə aparmış, təcililiyin mövcud olduğunu müəyyən etmiş, iddianın uğurluluğunun hazırkı mərhələdə tam müəyyən edilmədiyini göstərmiş, lakin Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə uyğun olaraq maraqlar balansını qiymətləndirərək qismən müdafiə tədbiri tətbiq etmişdir. Bu səbəbdən qərardad qanunun tələblərinə tam uyğundur.T əcili müdafiə tədbirinin tətbiqi tam əsaslı olmuşdur Məhkəmə düzgün olaraq müəyyən etmişdir ki, Ərizəçi hərbi xidmətə göndərilməsi:1)sağlamlıq vəziyyətinin ağırlaşmasına, 2)sonradan aradan qaldırılması mümkün olmayan nəticələrə, 3)məhkəmə araşdırmasının effektivliyinin itirilməsinə səbəb ola bilər. Şəxs hərbi hissəyə göndərildikdən sonra ekspertiza keçirilməsi, mütəxəssis müayinələrinin aparılması və məhkəmə araşdırmasının təmin edilməsi faktiki olaraq xeyli çətinləşəcəkdir. Bu isə İPM-in 43.1.1-ci maddəsində nəzərdə tutulan təhlükənin mövcudluğunu göstərir. Məhkəmə dövlət maraqları ilə fərdi maraqlar arasında düzgün balans yaratmışdır

Tərəflərin izahatları

10. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 ##.##.2026-cı il tarixdə ərizə verərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə iddiaçı Ərizəçi iştirakı olmadan baxılmasını mümkün saymışdır.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

14. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarı. 2.1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 2.3. İnzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.” 6.9. Apellyasiya instansiyası məhkəməsi İPM-in 16.3 və 81.3-cü maddələrinin müddəalarına əsasən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı qərardadlardan verilən şikayətlərə işin hallarını nəzərə almaqla öz mülahizəsinə əsasən yazılı icraat qaydasında və ya şifahi məhkəmə baxışı keçirməklə baxa bilər. Hər iki halda da tərəflər proses barədə lazımi qaydada məlumatlandırılmalı və dinlənilmə hüququ təmin edilməlidir. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 12.1. İPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur:

1. İnzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri)

2. İddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi)

17. Hazırda iddiaçının tələbi “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və həmin İdarənin üzərinə mübahisə yekunlaşanadək ərizəçinin hərbi xidmətə çağırılmamağı öhdəliyinin qoyulması barədə qərarad qəbul edilməsi” barədədir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ## ##### 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır”. Qeyd olunduğu kimi, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqində məqsəd iddianın təmin ediləcəyi təqdirdə çıxarılacaq qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır.

20. Göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərti ilkin təcili tənzimləmənin zəruriliyidir. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı ərizələrə baxarkən məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalı, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Beləliklə, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı ərizə qiymətləndirilərkən ərizədə öz əksini tapmış dəlillərdə iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: ilkin təcili tənzimləmənin zəruri olması - yəni adi deyil, ciddi zərərin vurulması və təcili şəkildə qarşısı alınmalı olması, iddianın böyük ehtimalla uğurlu olması - yəni qanuniliyə dair ciddi şübhə olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir.

21. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalı, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir.

22. Göstərilənləri hazırkı mübahisəyə tətbiq etməklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda ərizənin təmin qismən edilməsi üçün əsaslar mövcuddur.

23. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 2.0.13-cü maddəsinə əsasən tibbi şəhadətləndirilmə – çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların, hərbi vəzifəlilərin, bu Qanunda nəzərdə tutulan hallarda hərbi vəzifəli olmayanların və hərbi qulluqçuların hərbi xidmətə, o cümlədən ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə xüsusi təyinatlı təhsil müəssisələrində təhsilə (xidmətə) yararlılığının təyin edilməsi məqsədilə sağlamlıq vəziyyətinin, fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsidir.

24. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür.

25. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

26. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2-15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

27. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2012-ci il, *** nömrəli Fərmanının 5.13-cü bəndinə əsasən, həmin Qanunun 6.2- 1-ci maddəsinin birinci cümləsində, 8.6-cı maddəsində, 15.2-1-ci və 15.3-cü maddələrinin birinci cümlələrində, 17.1.4-cü maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə xxxx qismində, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Müddətli həqiqi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli **** nömrəli Fərmanından:

1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır.

28. İşin faktiki hallarına görə iddiaçının hərbi xidmətə çağırış ilə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsi tərəfindən şəhadətləndirilmiş və ##.##.2026-ci il tarixdə Yerli çağırış komissiyasının qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Yerli Çağırış Komissiyasının Qərarına əsasən onda olan xəstəliklər aşağıdakı kimi qiymətləndirilmişdir: Ürəyin revmatik və qeyri-revmatik xəstəlikləri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin (bundan sonra Əsasnamə) 39-cu maddəsinin 1 Qrafasının, c bəndinin (yüngül dərəcəli ürək çatışmamazlığı ilə) c kateqoriyası üzrə (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı) kimi qiymətləndirilmişdir. Digər xəstəlik – yastıayaqlılıq və ayağın digər deformasiyaları – Əsasnamənin 61-ci maddəsinin Ç bəndi – (funksiyaların pozulması olmayan obyektiv əlmətlər olduqda.

29. Mərkəzi Hərbi Həkim Komsiyyasının ##.##.2025-ci il tarixli rəyinə əsasən onda olan xəstəliklər aşağıdakı kimi qiymətləndirilmişdir: Həkim cərrah tərəfindən yastıayaqlılıq və ayağın digər deformasiyaları xəstəliyi üzrə A kateqoriyası üzrə, yəni müddəlti həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Həkim terapevt tərəfindən - Ürəyin revmatik və qeyri-revmatik xəstəlikləri – d) keçirilmiş kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra qan dövranı sisteminin müvəqqətio pozulmaları. Əsasnamənin 39-cu madəsinin d bəndi üzrə. Ürəyin revmatik və qeyri-revmatik xəstəlikləri - Ç) sol mədəciyin simptomsuz dinsfunksiyası ilə. XBT kodları – 149.8 – ürək ritminin digər pozğiunluqları, 134.0 – mitral (qapağın) çatmamazlığı. MHHK komissiyasının sədrinin rəyinə əsasən B kateqoriyası üzrə, yəni sıradankənar həqiqi hərbi xidmətə yararsız hesab edilmişdir.

30. DSTERA-nın ##.##.2026-cı il tarixli qərarı ilə, hər iki xəstəlik üzrə qeyd eidlən diaqnozların təsdiqlənməməsi və maddə tədbiq edilməməsi qeyd edilmişdir. DTSERA- da müayinə zamanı əlavə diqanoz kimi Əsasnamənin 13-cü maddəsinə əsasən (XBT kodu E66), İ dərəcəli alimentar piylənmə qeyd edilmiş və həmin xəstəlik üzrə A-2 kateqriyası verilərək müddəlti həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir.

31. DSTERA-nn qiymətləndirməsindən sonra MHHK sədrinin ##.##.2026-cı il tarixli yekun qərarına əsasən A kateqoriyası üzrə qiymətləndirilərək müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmiş və iddiaçıya ##.##.2026-cı il tarixdə hərbi xidmətə çağırış vərəqəsi verilmişdir.

32. Məhkəmə kollegiyası işin faktiki hallarını və iddiaçının tibbi vəziyyəti nəzərə alaraq hesab edir ki, iddiaçının hazırkı vəziyyətdə hərbi xidmətə göndərilməsi sağlamlıq vəziyyətinin ağırlaşmasına, ağır fəsadların yaranmasına səbəb ola bilər. Bundan başqa iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi xüsusi bilik tələb etdiyindən əsas iş üzrə iş üçün əhəmiyyətli olan halların araşdırılması baxımından ekpertiza təyin edilməsinin zəruriliyi nəzərə alındıqda iddiaçının müvəqqəti müddət üzrə hərbi xidmətə aparılmasının qadağan edilməlidir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ölçüdə uğurlu olacağı aydın deyildir. Belə ki, işin hazırkı mərhələsində tərəflərin təqdim etdikləri ilkin sənədlər əsasında iddianın uğurluluğu barədə müəyyən təsəvvür yaransa da, böyük ehtimalla uğurlu olacağı qənaəti yaranmamışdır. Məhkəmə iddianın böyük ehtimalla uğurlu olub-olmamasını yalnız zəruri araşdırma apardıqdan və tərəflərin əsaslandıqları arqumentləri və qanunvericilik normalarını ətraflı təftiş etdikdən, eləcə də işin araşdırılması ilə toplanacaq sübutlardan, habelə inzibati icraat zamanı cavabdeh inzibati orqan tərəfindən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinin yoxlanılmasından sonra müəyyən edə bilər. Belə olan halda, məhkəmə işin faktiki hallarını ziddiyyətli maraqlar baxımından qiymətləndirmə aparılmasını zəruri sayır. Belə olan halda məhkəmə bir tərəfdən dövlətin hərbi xidmətə çağırışın təmin olunması və Silahlı Qüvvələrin komplektləşdirilməsi üzrə vəzifəsi, digər tərəfdən isə ərizəçinin müdafiə olunmalı hüquqlarının mövcudluğunu diqqətdə saxlamaqla, bu məhdud araşdırma çərçivəsində ərizəçi tərəfin təqdim etdiyi dəlillərin ağlabatan və ilkin baxışda əsaslı görünməsi, cavabdeh tərəfindən isə həmin qənaəti təkzib edən tutarlı sübutların təqdim edilməməsi hallarını, habelə müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırkı halda ilkin təcili tənzimləmə üçün əsas mövcuddur.

34. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar