Məhkəmə qərarları › İş №15(3-6)-106/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-106/2026

25.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-106/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X2 və Nuriyev Elnur Aləm oğlunundan ibarət tərkibdə, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair inzibati iş üzrə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)- ***/**** nömrəli, 21 aprel 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiya məbləğinin 457 manat tutulmasına dair qərarının ləğv edilməsi, ona təyin edilmiş əmək pensiyasından tutulmanın dayandırılması, fevral və mart ayları üzrə tutulmuş 914 manat məbləğində pulun ödənilməsi, təyin edilmiş pensiya məbləğinə 9.3 faiz indeksləşmənin yanvar ayından başlayaraq tətbiq edilməsi və pensiya kapitalının nəzərə alınmaqla təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı ##.##.2026-cı il tarixdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə məhkəmədə baxılıb yekun qərar çıxarılanadək onun pensiya məbləğinin tutulmasının dayandırılması barədə qərardad çıxarılmasını xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı inzibati orqanın hərəkət və hərəkətsizliyindən şikayətə dair iddia əriəzsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasından tutulmanın dayandırılması, fevral və mart ayları üzrə tutulmuş 914 manat məbləğində pulun ödənilməsi, təyin edilmiş pensiya məbləğinə 9,3 faiz indeksləşmənin yanvar ayından başlayaraq tətbiq edilməsi və pensiya kapitalının nəzərə alınmaqla təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması qanunsuz hesab edilməsi və əvvəlki (2015-ci ildə təyin edilmiş) pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə" qərar qəbul edilməsini xahiş etmişdir. O, 1990-cı ilin may ayından 2001-ci ilin sentyabr ayı da daxil olmaqla prokurorluq orqanlarında işləmişdir. Həmin orqanda işləyərkən 1994-cü ildən ağır şəkər xəstəliyinə tutulmuşdur. 2006-cı ildən sabiq prokurorluq işçisi kimi ona əlilliyə görə pensiya təyin edilmişdir. 2025-ci ilin yanvar ayından ona 4419,56 manat pensiya ödənilmişdir. 2026-cı ilin fevral ayı üzrə pensiyası ödənilərkən 457 manat tutqu aparıldığını və 2026-cı il üçün indeksləşmənin aparılmadığını müəyyən etdi. Bu barədə ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək tutulmanın dayandırılması barədə qərarın ləğv edilməsini, tutulmuş məbləğin geri qaytarılmasını, 2026-cı il üçün indeksləşmənin yanvar ayı da daxil olmaqla tətbiq edilməsini və 2006-cı ildən yığılan 166943,64 manat pensiya kapitalının qanunvericiliyə uyğun ödənilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Xalid Abbaslı tərəfindən şəxsi kabinetinə ünvanlanmış tarixsiz və nömrəsiz məktubla müraciəti təmin olunmamışdır. Həmin qurum tərəfindən müraciətinə səthi yanaşılmış, pensiya məbləğindən tutma dayandırılmamış, 2026-cı il üçün indeksləşmə aparılmamış, pensiya kapitalının ödənilməsi düzgün hesablanmamış, yalnız pensiyanın yenidən hesablanaraq 5388,58 manat məbləğində müəyyən edildiyi barədə məlumat verilmişdir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Əmək pensiyasının məbləği iddiaçının razılığı və ya məhkəmə qərarı olmadan əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutulmuşdur. İnzibati Prosessual Məcəllənin maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Gələcəkdə qərarın icrasının qeyri-mümkün edə biləcək halların qarşısını almaq məqsədi ilə müvəqqəti xarakterli müdafiə tədbirləri görülməsi zəruridir. Müvəqqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Göründüyü kimi hazırki mərhələdə iddianın uğurluluq ehtimalı istisna olunmur. Ziddiyyətli maraqlar qiymətləndirildikdə isə, deyə bilərik ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə müəssisənin maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzinləmə zəruridir. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçıya ## ###### 2006-cı il tarixindən sabiq prokurorluq orqanının işçisi kimi əlilliyə görə əmək pensiyası təyin edilib. Tərəfindən pensiya işinə dair sənədlərin araşdırılması zamanı, iddiaçının # ######## 2016cı il tarixindən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsində, 2018-ci il ## ######## tarixindən Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsində işlədiyi müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçası və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Sözügedən Qanunun 37.3.4-cü maddəsinə əsasən 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Lakin iddiaçıya hal-hazırda əmək pensiyası tam məbləğdə ödənilir. Eyni zamanda bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş sabiq prokurorluq orqanının işçisi kimi yaşa görə əmək pensiyanın məbləğinin qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün ## ###### 2026-cı il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyi xahiş olunmuşdur. Bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## #### 2020-ci il tarixli Nizamnaməsinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun faəliyyət istiqamətlərindən biri əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görməkdir. Göründüyü kimi Fond pensiya təyinatı sahəsində dövlət siyasətini həyata keçirən inzibati orqandır və pensiya qanunla müəyyən olunmuş əsaslarla təyin olunur.Təyin olunmuş pensiya məbləğinin dayandırılması və ya azaldılması da qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Fond tərəfindən ərizəçiyə münasibətdə artıq hesablanaraq ödənilmiş pensiya məbləğinin tutulması barədə qərarın qəbul olunması onun fəaliyyət istiqamətlərindən biridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, ərizəçinin vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən Ərizəçi münasibətdə də 5307.27 manat pensiya aldığından: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruriliyi faktı hazırki iş üzrə müşahidə olmadığından hazırki ərizəsinin təmin olunması üçün hüquqi əsasların olmaması tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, 21 aprel 2026-cı il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilmiş, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair işə mahiyyəti üzrə baxılıb qurtaranadək Ərizəçi aylıq pensiyasından tutulmaların aparılması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Halbuki işin faktiki və hüquqi hallarının ilkin araşdırılması məhkəmədə iddianın böyük ehtimalla uğurlu olacağı barədə hər hansı qənaət formalaşdırmamışdır Həmçinin belə bir nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə aydın olmur, eyni zamanda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruriliyi də iş üzrə müəyyən olunmamışdır. Belə ki, iddiaçının (ərizəçinin) maddi vəziyyətinin pisləşəcəyi onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi demək deyil. Məhkəmə kollegiyası aşağıdakı sxem üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin yoxlanılmasını zəruri hesab edir: Ərizəçinin maddi tələbinin mövcud Hazırda Ərizəçi cavabdeh Dövlət Sosial olması ehtimalının müəyyən edilməsi Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş Bakı İnzibati Məhkəməsinin icraatında baxılmaqdadır. Müddətin gözlənilməsi (ötürülüb- müddət ötürülməmişdir ötürülməməsi) Ərizənin əsaslı olmasının müəyyən edilməsi: 1.iddia qaldırmaq səlahiyyətinin olması ərizəçi iddia qaldırmaq səlahiyyətindədir 2.cavabdeh tərəfin düzgün müəyyən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi edilməsi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 3.kifayət qədər əsaslandırmanın kifayət qədər əsaslandırma mövcuddur və olması (mövcud vəziyyətin dəyişəcəyi mövcud vəziyyətin dəyişəcəyi təqdirdə təqdirdə onun hüquqlarının təmin və ya ərizəçinin hüquqlarının bərpa edilməsinin bərpa edilməsinin mümkün olmaması mümkün olmaması və bu səbəbdən ilkin təcili və bu səbəbdən ilkin təcili tənzimləmənin həyata keçirilməsinin zəruriliyi tənzimləmənin həyata keçirilməsinin müəyyən edilir. zəruriliyi (işin konkret halları ilə) II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2-ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. İş materiallarından görünür ki, iddiaçı prokurorluq orqanı əməkdaşı olmaqla, ## ###### 2006-cı il tarixindən sabiq prokurorluq orqanının işçisi kimi əlilliyə görə əmək pensiyası təyin edilmiş, # ######## 2016-cı il tarixindən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətindı böyük məsləhətçi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsində, 2018-ci il ## ######## tarixindən Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir. Cavabdeh inventarizasiyaya əsasən pesiyanı yenidən hesablamış, eyni zamanda yenidən hesablama zamanı artıqödəmə müəyyən edilmişdir. Pensiya təyinatı alt sisteminə əsasən iddiaçının cari əmək pensiyasından fevral, mart, aprel ayları üçün tutulmalar aparılmışdır. Hazırda iddiaçı pensiyanın yenidən hesablanmasını mübahisələdirir, eyni zamanda pesiyasından tutulmaların aparılmasının dayandırılmasını müvəqqəti xarakterli müdafiə tədbiri kimi xahiş edir. Eyni zamanda işin apellyasiya baxışı zamanı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubuna vətəndaş Ərizəçi əmək pensiyasının hesablanmasına dair # #### 2026-cı il tarixli qərarı və X1 tutulmaya dair çıxarışların təsdiq olunmuş surətləri təqdim edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən qərarın qəbul edildiyi andan ilkin təcili tənzimləmə zərurəti yaranmış olur. Belə ki, iddiaçı hazırki vaxtadək əldə etdiyi aylıq pensiya gəlirinə etibar edərək öz yaşayaşını və gündəlik tələbatlarını həmin gəlir səviyyəsinə uyğun şəkildə təmin etmişdir. Lakin pensiya məbləğinin azalması iddiaçının mövcud sosial-məişət şəraitinin qorunub saxlanmasına birbaşa mənfi təsir göstərəcək, onun layiqli yaşayış səviyyəsinin təmin olunması ilə bağlı haqlı gösləntilərinin zəiflənməsinə səbəb olacaqdır. İşin hazırkı mərhələsində iddianın böyük ehtimalla uğurluluğu ilə bağlı kifayət qədər sübutlar mövcuddur və cavabdeh tərəfindən inzibati aktların qəbulunu əsaslı edən faktiki şərtlərin mövcudluğu sübut edilmir. İşin sonrakı mərhələsində həmin şərtlərin mövcudluğunun sübut edilməsi istisna edilməsə də, məhkəmə hesab edir ki, hazırkı mərhələdə iddianın böyük ehtimalla uğurluluğu müvəqqəti xarakterli müdafiə tədbirinin təmini üçün əsas yaradır. Nəzərə alınmalıdır ki, artıq ödənilmiş vəsaitin şəxsin razılığı olmadan tutlması və ya əvəzləşdirilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Ziddiyyətli maraqlar qiymətləndirildikdə də, kollegiya hesab edir ki, ərizədə göstərilən məhdudiyyətlərin iddiaçıya maddi baxımından təsiri nəzərə alınmaqla ərizənin təmini üçün əsas yaranmaqdadır. Belə ki, pensiya ödənişlərinin davam etdirilməməsinə münasibətdə vətəndaşın uğrayacağı zərər şəxsin sosial həyatına ciddi təsir etmək imkanındadır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun #.##.2023-cü il tarixli 14 № li qərarında aşağıdakılar qeyd edilmişdir: 4.7 Bir sıra hallarda ilkin araşdırmanın gedişində obyektiv səbəblərdən bəzi mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi məsələsi üzrə həmin an tam əminliklə qənaətə gəlmək mümkün olmaya bilər. Məsələn, iddiaçının hüquqi müdafiə marağının mövcud olubolmadığını, iddia müddətinin ötürülüb-ötürülmədiyini və ya subyektiv hüquqa malik olubolmadığını müəyyən etmək həmin mərhələdə qeyri-mümkün ola və qeyd edilən halların aydınlaşdırılması üçün əlavə araşdırmanın aparılması tələb oluna bilər. 4.8. Belə halların mövcudluğu müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarın şəxslərə yekun hüquqlar vermədiyi, hüquqa edilmiş müdaxilənin həcmi və ağırlığı, eləcə də görüləcək təminat tədbirlərinin prinsip olaraq inzibati orqanların qanunsuz müdaxiləsindən qorunmağa yönəldiyi nəzərə alınmaqla ərizəçinin xeyrinə şərh olunmalıdır. 11.30. İlkin araşdırmanın aparılmasına baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə dair ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. 11.31. Ziddiyyətli maraqların qiymətləndirilməsi ilk növbədə müvəqqəti xarakterli müdafiə icraatının tərəflərinin, bəzən isə hətta cəmiyyətin maraqları nəzərə alınmaqla qiymətləndirilmə aparılmasını tələb edir. 11.32. Bir qayda olaraq, fiziki və hüquqi şəxslərin fərdi halları nəzərə alınmaqla onların hüquqi statuslarına müdaxilə nə qədər böyük olarsa, inzibati aktın icrasının dayandırılmasına olan ehtiyacın da bir o qədər çox olduğu qəbul edilir. 11.33. Bundan başqa, ziddiyyətli maraqların qiymətləndirilməsi inzibati aktın icra olunmasının (daha sonra iddia icraatında aktın qanunsuz olduğu müəyyən edilərsə) və ya olunmamasının (daha sonra iddia icraatında aktın qanuni olduğu müəyyən edilərsə) tərəflərə, eləcə də ictimai maraqlara vuracağı ziyanın həcmi müqayisə edilməklə də aparıla bilər. 11.34. İnzibati aktın icrasının dayandırılmasında maraqlı olan tərəfə xas olan fərdi hallar nəzərə alındıqda onun hüquqlarının pozulması ilə müqayisədə digər tərəfə və ya ictimai maraqlara vurulacaq ziyan daha az əhəmiyyətli kimi qəbul edilə bilərsə, məhkəmə müvafiq əsaslandırmaya istinadla ziddiyyətli maraqların qiymətləndirilməsini ərizəçinin (iddiaçının) xeyrinə apara bilər...” Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin əvvəlcədən almaqdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə onun aylıq pensiyasından tutulmaların aparılmasının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, 21 aprel 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 40.2, 55.4 və 55.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, 21 aprel 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar