Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-109/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı Ərizəçi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon Idarəsinə qarşı “hərbi xidmətə çağırılmanın qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçının “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı Ərizəçi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon Idarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə çağırış vərəqəsi göndərilməsi, iddiaçı Ərizəçi hərbi xidmətə çağırılması ilə bağlı müvafiq hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iş № *-1(4-6)-5868/2026). Iddiaçı eyni zamanda “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi xidmətə çağırılması ilə bağlı qərarının icrasının dayandırılması və cavabdeh və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətə çağırış vərəqəsi göndərilməsinin qadağan edilməsinə dair müvəqqət xarakterli müdafiə tədbirinin tətbiqi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi - 28 yaşlı Azərbaycan Respublikası vətəndaşı, 2016-cı ildən etibarən 2 dəfə hərbi xidmətə çağırışdan möhlət almışdır. Belə ki, o, 2016-cı ildə Azərbaycan Memarlıq və Inşaat Universitetinin Inşaat mühəndisliyi ixtisasına qəbul olmuşdur. 2020-ci ildə isə bakalavr təhsilini tamamlamışdır. 2025-ci ildə isə X2 Məktəbindən Beynəlxalq Marketinq ixtisası üzrə məzun olmuşdur. Hazırda isə X7 əyani təhsil formasında doktorantura təhsili alır. Bu, Rusiya Federasiyasının Təhsil və Elm sahəsində Federal Xidmətinin ****-** nömrəli, ##.##.2026-cı il tarixli arayışı ilə öz təsdiqini tapıb. Lakin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya##.##.2026-cı il tarixdə, saat 11:30-da müddətli həqiqi hərbi xidmət keçməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsi tərəfindən müəyyən edilən tarixdə çağırışa gəlməli olması ilə bağlı sms göndərilmişdir. Iddiaçı hesab edir ki, inzibati orqanın onu hərbi xidmətə aparmağa ixtiyarı və əsası yoxdur, inzibati orqanın bu hərəkətləri tamamilə qanun pozuntusudur və onun təhsil hüququna birbaşa müdaxilədir. Inzibati orqan iddiaçının müddətli həqiqi hərbi xidmətə çağırışına möhlət verilməsi ilə bağlı qərar qəbul etmədiyinə görə, onun hərbi xidmətə aparılması an məsələsidir. Iddiaçı hesab edir ki, bu qanunsuz halların baş verməməsi üçün inzibati orqanın hərəkətləri qadağan edilməlidir, iddiaçının müddətli həqiqi hərbi xidmətə aparılması ilə bağlı hərəkətlər dayandırılmalıdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili ##.##.2026-cı il tarixdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbil edilənədək iddiaçı Ərizəçi hərbi xidmətə çağırılmasının cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon Idarəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim R.Quliyev) ərizə təmin edilmişdir. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 1.4-cü bəndinə əsasən, doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Qaydaların 3.35-ci bəndinə əsasən, əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatda 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmipedaqoji işlərə cəlb oluna bilərlər. Hazırki iş üzrə Ərizəçi Rusiya Federasiyası Dünya Iqtisadiyyatı Universiteti doktorantura pilləsi üzrə təhsil almağı barədə sənəd təqdim etsə də, Azərbaycan Respublikasında tam iş günü işləməyi müəyyən edilir və bu səbəbdən ona təhsilini davam etdirmək üçün möhlət verilməsinə imtina edilir. Göstərilənlərə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Bu səbəbdən hesab edirlər ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 15(4-6)- ***/**** nömrəli qərardadı əsassız və qanunsuzdur, heç bir sübuta əsaslanmır və apellyasiya qaydasında ləğv edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, ərizəçinin Rusiya Federasiyası Dünya Iqtisadiyyatı Universiteti doktorantura pilləsi üzrə təhsil alması Idarə tərəfindən mübahisələndirilmir, mübahisəli hal onun Azərbaycan Respublikasında işləməsi ilə bağlıdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. ƏSASLANDIRICI HISSƏ: Məhkəmə kollegiyası ərizəni və işə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilkin olaraq ərizənin mümkünlüyü ilə bağlı qeyd edir ki, ərizəçinin (iddiaçının) əsas iddia tələbi üzrə hüquqi marağı Rusiya Federasiyasında yerləşən X8 doktorantura pilləsində əyani formada təhsil alması səbəbindən ona ##.##.2028-ci il tarixədək hərbi xidmətə çağırışdan möhlət hüququ verilməsindən ibarətdir. Bununla yanaşı ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin qərarının icrasının dayandırılması və əsas tələb üzrə yekun məhkəmə aktı qəbul edilənədək hərbi xidmətə çağırılmanın dayandırılması xahiş edilir. Ərizəçi subyektiv hüquqa malik olmaqla yanaşı, düzgün cavabdehə qarşı iddia qaldırmış və eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə əsaslandırılmışdır. Məhkəmə kollegiyası ərizənin mahiyyəti üzrə aşağıdakıları qeyd edir. Hazırkı işin faktiki hallarına əsasən iddiaçı Ərizəçi 2016-cı ildən etibarən 2 dəfə hərbi xidmətə çağırışdan möhlət almışdır. Belə ki, o, 2016-cı ildə Azərbaycan Memarlıq və Inşaat Universitetinin Inşaat mühəndisliyi ixtisasına qəbul olmuşdur. 2020-ci ildə isə bakalavr təhsilini tamamlamışdır. 2025-ci ildə isə X2 Məktəbindən Beynəlxalq Marketinq ixtisası üzrə məzun olmuşdur. Hazırda isə X7 əyani təhsil formasında doktorantura təhsili alır. Bu, Rusiya Federasiyasının Təhsil və Elm sahəsində Federal Xidmətinin ****-** nömrəli, ##.##.2026-cı il tarixli arayışı ilə öz təsdiqini tapmış və təhsili başa vurma tarixi ##.##.2028-ci il qeyd edilmişdir. Lakin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ##.##.2026-cı il tarixdə, saat 11:30-da müddətli həqiqi hərbi xidmət keçməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsi tərəfindən müəyyən edilən tarixdə çağırışa gəlməli olması ilə bağlı sms bildiriş göndərilmişdir. Iş materiallarında olan: - “Dünya Iqtisadiyyatı” Instititunun ##.##.2026-cı il tarixli, ****-** nömrəli arayışından görünür ki, iddiaçı, ##.##.2025-ci il tarixdən Dünya Iqtisadiyyatı” Instititunda aspiranturada elmi və elmi-pedaqoji kadrların hazırlığı proqramı üzrə əyani təhsil alır və təhsili başa vurma tarixi ##.##.2028-ci ildir (arayışın əsli cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraat materiallarına əlavə edilmişdir). - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ##.##.2026-cı il tarixdə ünvanlanan sms-bildirişdən görünür ki, o, hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarına təyin edilmişdir. Məhkəmə kollegiyası müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı aşağıdakı qanunvericilik normalarına diqqət yetirir: Azərbaycan Respublikası IPM-nin 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və həmin Məcəllənin 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması haqqında qərardad bu Məcəllənin 41-cı maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Həmin Məcəllənin 43.1.1-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcud olubolmaması ilə bağlı qeyd edilməlidir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “... qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsini və ya ləğv edilməsini işə mahiyyəti üzrə baxan məhkəmənin xidməti vəzifəsinə aid etmişdir. Habelə, qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir. Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.” “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarına əsasən: 2.2. IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.”; 11.15. IPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olubolmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan da aydın olur ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: - mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; - işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; - ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; - müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Göründüyü kimi, inzibati aktın icrasının dayandırılmasına yönələn müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılması ilə əlaqədar ilk növbədə ilkin təcili tənzimləmənin zəruriliyi və paralelində uğurluluq ehtimalı araşdırmalı, uğurluluq ehtimalı aydın olmadığı hallarda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra, hər iki tərəfin maraqları baxımından dəyərləndirmə aparmalı, tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaratmalıdır. Araşdırmanın həcmi yalnız iddianın uğurlu olacağına dair böyük ehtimalın və ilkin təcili tənzimləmənin müəyyən edilməsi ilə məhdudlaşmalıdır. Iddianın uğurluluğu barədə böyük ehtimal o zaman mövcud olur ki, obyektiv əlamətlər əsasında ərizəçinin iddia icraatında qalib gələcəyi barədə məhkəmənin gümanları daha çox olsun. Böyük ehtimal və ya güman proqnoz səviyyəsində olsa belə, məhkəmə tərəfindən ilkin araşdırma nəticəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini zəruri edən səviyyədə müəyyən edilməlidir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakı sahəvi qanunvericilik normalarını diqqətə çatdırır: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: ... 18.1.3. təhsili davam etdirmək üçün; ... 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir: 21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək; 21.1.2. peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 20 yaşınadək; 21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 21 yaşınadək; 21.1.4. əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.1.5. əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla); 21.1.6. əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili səviyyəsində və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək; 21.1.7. əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək; 21.1.8. doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”: 1.4. Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. 1.7. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək ilk növbədə ərizə üzrə ilkin təcili tənzimlənmə ilə bağlı diqqətə çatdırır ki, iddiaçı tərərəfindən məhkəməyə təqdim edilən sənəddən görünür ki, cari ilin aprel çağırışına cəlb olunmağı ilə əlaqədar Xidmətin Bakı şəhəri Qaradağ rayon Idarəsinə gəlməyi tələb olunmuşdur. Iddiaçının doktorantura səviyyəsi üzrə əyani formada təhsil alması işdə olan sübutlarla təsdiq olunur (mübahisəsiz haldır). Hazırkı vəziyyətdə ərizəçinin hərbi xidmətə cəlb edilməsi, təhsil proqramı hazırda davam etdiyindən, vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalı baxımından məqsədəuyğun hesab edilmir. Kollegiya iddianın böyük ehtimalla uğurlu olmasına ilə bağlı qeyd edir ki, iddiaçının hazırda doktorantura pilləsində təhsil alması işin mübahisəsiz halıdır. Iddiaçı bununla bağlı universitet tərəfindən verilmiş rəsmi arayışı təqdim etsə də, təhsilin müddətinin ##.##.2028-ci ilə qədər davam etməsi göstərilsə də, cavabdeh orqan tərəfindən onun tam ştatda işləməsi əsas gətirilərək ona möhlət hüququnun verilməsindən imtina edilmişdir. Iddiaçının təhsil aldığı universitetdən rəsmi arayış təqdim edilməsinə baxmayaraq cavabdeh orqan tərəfindən iddiaçıya hərbi xidmətdən möhlət hüququnun tanınmaması qanunvericiliyin pozulması kimi qiymətləndirilir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Ərizəçi Rusiya Federasiyası Dünya Iqtisadiyyatı Universiteti doktorantura pilləsi üzrə təhsil almağı barədə sənəd təqdim etsə də, Azərbaycan Respublikasında tam iş günü işləməyi müəyyən edilir və bu səbəbdən ona təhsilini davam etdirmək üçün möhlət verilməsinə imtina edilir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, "Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları"nın 1.4-cü bəndinə əsasən doktoranturada təhsilalmanın əyani olduğu halda istehsalatdan ayrılmaqla aparılması forması tələbi hərbi xidmətə çağırışı həyata keçirən inzibati orqan üçün normativ əsas olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun çağırışa möhlət verilməsi ilə bağlı normasında məhdudlaşdırıcı hal kimi nəzərdə tutulmamışdır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.1-ci maddəsinə əsasən normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2ci maddəsinin tələbləri nəzərə alınır. Qanunun 11.0-ci maddəsinə əsasən normativ hüquqi aktların kolliziyası aşağıdakı ardıcıllıqla aradan qaldırılır: ........ 11.0.1. birinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 2.3-2.8-ci maddələrinin normaları tətbiq edilir. Həmin Qanunun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Göründüyü kimi, hərbi xidmətdən möhlət hüququ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununa əsasən əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək göstərildiyi halda, yəni istehsalatdan ayrılmaqla və ya ayrılmamaqla formaları göstərilmədiyi halda, "Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları"nda doktoranturada təhsilalmanı əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formaları göstərilmişdir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 11.0.1-ci maddəsinə əsasən normativ hüquqi aktlar arasında ziddiyyət yarandıqda, həmin ziddiyyət hüquqi qüvvə iyerarxiyası nəzərə alınmaqla həll edilməlidir. Qanunun 2.6-cı maddəsi müəyyən edir ki, fərman, qərar və ya digər normativ hüquqi akt qanuna zidd olduqda, üstün hüquqi qüvvəyə malik olan qanun tətbiq edilir. Bu baxımdan, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar qanunla müəyyən edilmiş hüquqları məhdudlaşdıra və ya onun tətbiq dairəsini məhdudlaşdıra bilməz. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda əyani doktorantura təhsili alan şəxslərə təhsil müddəti başa çatanadək hərbi xidmətə çağırışdan möhlət hüququ verilmiş, həmin hüququn yalnız istehsalatdan ayrılmaqla təhsil alan şəxslərə aid olması nəzərdə tutulmamışdır. Qanunverici möhlət hüququnu təhsilin formasına bağlamış, əlavə məhdudlaşdırıcı şərt müəyyən etməmişdir. Nazirlər Kabinetinin təsdiq etdiyi “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda isə doktorantura təhsilinin əyani və qiyabi formaları göstərilmişdir. Həmin qaydaların müddəaları qanunda nəzərdə tutulmayan əlavə məhdudiyyət kimi şərh edilə bilməz. Inzibati orqanın aşağı hüquqi qüvvəyə malik normativ aktı əsas götürərək iddiaçıya çağırışdan möhlət verilməsindən imtina etməsi hüquqi müəyyənlik, qanunçuluq və normativ hüquqi aktların iyerarxiyası prinsiplərinin pozulmasına səbəb olmuşdur. Buna görə də, cavabdehin mövqeyi hüquqi əsaslı hesab edilə bilməz. Beləliklə də, cavabdeh inzibati orqanın daha aşağı qüvvəli normativ hüquqi akta istinad edərək iddiaçının təhsilini davam etdirmək üçün çağırışa möhlət verməsindən imtina etməsi Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun yuxarıda qeyd edilən müddəalarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” 1.4. Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. 1.7. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. 1.9. Doktoranturada və dissertantlıq yolu ilə təhsilini müvəffəqiyyətlə bitirən və elmi dərəcəyə layiq görülən müvafiq elm sahəsi üzrə fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid formalı dövlət sənədi – diplom verilir. 3.25. Doktoranturada təhsil müddətində doktorant ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın elmi şurası tərəfindən təsdiq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir. 3.27. Doktorant təhsil müddətində: peşə biliklərinə dərindən yiyələnməli; müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli; elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli; fərdi iş planını tam yerinə yetirməli; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq imtahanlar verməli; elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli; elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli; elmi tədqiqat işini bitirməlidir. 3.34. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir. Fərdi iş planını müvəffəqiyyətlə yerinə yetirən doktorantlara müxtəlif adlı təqaüdlər və ya ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların daxili imkanları hesabına əlavə ödənişlər təyin oluna bilər. Iş materiallarından görünür ki, iddiaçı doktorantura təhsili alması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla hərbi xidmətə çağırışdan möhlət hüququna malik olduğu halda, cavabdeh orqan iddiaçının istehsalatdan ayrılmadan əmək fəaliyyəti göstərdiyini əsas gətirərək həmin möhlətin verilməməli olduğunu bildirmişdir. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehin istinad etdiyi hal, yəni iddiaçının istehsalatdan ayrılmaması möhlətin verilməməsi üçün hüquqi əsas hesab edilə bilməz. Çünki, yuxarıda qeyd edildiyi kimi, qanunvericilikdə doktorantura təhsili alan şəxsin əmək fəaliyyəti ilə məşğul olmasının möhlət hüququnun verilməməsinə və ya sonradan itirilməsinə səbəb olması barədə imperativ norma nəzərdə tutulmamışdır. Əks yanaşma hüquqi müəyyənlik prinsipinin pozulmasına və inzibati orqanın qanunda nəzərdə tutulmayan əsaslarla şəxsin hüquqi vəziyyətinə müdaxilə etməsinə gətirib çıxarardı. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iddiaçı məhkəmə baxışı başa çatmadan hərbi xidmətə çağırıldığı halda sonradan onun əvvəlki vəziyyətinin bərpası əhəmiyyətli dərəcədə çətinləşəcək, hətta mümkünsüz olacaqdır. Bu isə Inzibati Prosessual Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti müdafiə tədbirinin tətbiqi şərtlərinin mövcud olduğunu təsdiq edir. Prossessual qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması və iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri institutu qanunvericilikdə tərəflərin istənilən məsələ ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsini deyil, gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədini daşımaqla, müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməməli olmasını təzahür etdirir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Beləliklə, Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirmiş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş və müvəqqəti xarakterli müdafiə tədbirini əsaslı olaraq tətbiq etmişdir. Bu əsasla apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTICƏVI HISSƏ: Göstərilənlərə əsasən və IPM-in 40-44, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Fərid Ismayılzadə
Məhkəmə qərarları › İş №15(3-6)-109/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-109/2026
17.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver