Məhkəmə qərarları › İş №15(3-6)-112/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-112/2026

25.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-112/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ceyhun Bəşir oğlu Məmmədovun sədrliyi və məruzəsi ilə, X1 və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, İddiaçı İsmayıllı Şamxal Zülfüqar oğlunun "hərbi xidmətə cəlb edilmənin qadağan edilməsi" barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1 məhəllə) binasında yazılı məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı İsmayıllı Şamxal Zülfüqar oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin üçüncü şəxs olduğu) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş yekun tibbi müayinə qərarının ləğv edilməsi və əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı müvvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun hərbi xidmətə çağırılması ilə bağlı hərəkətlərin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış yekun tibbi müayinəyə uyğun olaraq ##.##.2026- cı il tarixdə iddiaçı barəsində sıradankənar həqiqi hərbi xidmətə yararlı olması barədə qərar verilmişdir. İddiaçıda bir sıra xəstəliklər var: 3-cü dərəcə yastıpəncəlik, anadangəlmə ağır dərəcəli kəkələmə nevtosteniya, qıcolmalarla, anadangəlmə kriptorxizm. Həmçinin iddiaçı xəstəliyi ilə əlaqədar əməliyyat da keçirtmişdir. Bu səbəbdən iddia tələbinə mahiyyəti üzrə baxılana qədər iddiaçının hərbi xidmətə çağırılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən ərizəyə dair verilmiş etirazda İsmayıllı Şamxal Zülfüqar oğlu barəsində Q66.5 XBT kodu, “Anadangəlmə yastıpəncə (pes planus)” əsas diaqnozu, xəstəliklər cədvəlinin 61-ci maddəsinin “C” bəndinin 1-ci qrafasının “C” kateqoriyası üzrə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün ##.##.2026-cı il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Yekun tibbi müayinə zamanı DTSERA-da aparılan müayinələrə əsasən “Fərqli kateqoriya üzrə təsdiq – B” olaraq, daha yüngül qiymətləndirilməsi barədə qərar verilmişdir. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, İsmayıllı Şamxal Zülfüqar oğlunun müddətli həqiqi hərbi xidmətə çağırılması aprel 2026-cı il hərbi xidmətə çağırış dövrü üçün (növbəti çağırışadək) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iş üzrə 3-cü şəxs “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabeletasiya Agentliyi” apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş və İsmayıllı Şamxal Zülfüqar oğlunun müddətli həqiqi hərbi xidmətə çağırılması aprel 2026-cı il hərbi xidmətə çağırış dövrü üçün (növbəti çağırışadək) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə qadağan edilməsi qərara alınmışdır. Göründüyü kimi mübahisələndirilən qərardadla 3-cü şəxsin üzərinə hər hansı öhdəlik qoyulmamışdır, bu halda birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad cavabdehin qanunla qorunan maraqlarına toxunmur, 3-cü şəxsin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar