Məhkəmə qərarları › İş №15(3-6)-117/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-117/2026

09.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-117/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, X2 Əli Baxış oğlu və ərizəçi2 işə mahiyyəti üzrə baxılıb müvafiq yekun məhkəmə qərarı qəbul edilənədək, hərbi çağırışa müvəqqəti dayandırmaq (çağırışa möhlət verilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə ərizələri üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçılar ərizəçi2 və ərizəçi1 cavabdeh Azərbaycan Respublikası Maraqlı şəxs qarşı çağırışdan möhlətin verilməsi barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişlər. Eyni zamanda ərizəçilər müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb müvafiq yekun məhkəmə qərarı qəbul edilənədək, hərbi çağırışa müvəqqəti dayandırmaq (çağırışa möhlət verilməsi) öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi1 və ərizəçi2 Ukrayna Respublikasının Ukrayna Daxili Işlər Nazirliyi Xarkov Milli Daxili Işlər Universitetinin əyani olaraq 125 Kibertəhlükəsizlik və Informasiyanın Mühafizəsi ixtisası üzrə 2-ci kursda əyani təhsil formasında bakalavr kimi təhsillərini davam etdirirlər. Bununla bağlı ərizəçi1 və ərizəçi2 təhsil aldıqları Ukrayna Respublikasının Ukrayna Daxili Işlər Nazirliyi Xarkov Milli Daxili Işlər Universiteti tərəfindən təqdim edilmiş və apostil olunmuş arayışı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə və həmin xidmətin Bakı şəhər Nəsimi rayon Idarəsinə ## #### 2026-cı il tarixdə təqdim edilmişdir. Lakin ## ##### 2026-cı il tarixdə, 3- ****/*-**/****/C-**** saylı sənəd nömrəsi ilə cavabdeh orqan imtina vermişdir. Inzibati orqan cavabını onunla əsaslandırmışdır ki, çağırışçı ərizəçi2 Xidmətin Nəsimi rayon idarəsi Rayon çağırış komissiyası tərəfindən Ukrayna Respublikası Xarkov Milli Daxili Işlər Universitetində təhsil almağı ilə əlaqədar ##.##.2028-ci il tarixədək müddətli həqiqi, hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Lakin, ərizəçi2 Ukrayna Respublikası Xarkov Milli Daxili Işlər Universitetində əyani formada deyil, onlayn formada təhsil aldığı müəyyən edilmişdir ki, bu təhsil forması da onun hərbi xidmətə çağırışdan möhlət hüququnun olmasına heç bir əsas vermir. Inzibati orqanın bu cür əsaslandırması qanunvericiliyin tələbinə ziddir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim O.X.Həsənov) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ərizəçi1 və ərizəçi2 hərbi çağırışa müvəqqəti dayandırmaq (çağırışa möhlət verilməsi) öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmış, birinci instansiya məhkəməsinin qərardadı cavabdeh tərəfindən mübahisələndirilmişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri tədqiq edib belə qənaətə gəlir ki, şikayət əsaslıdır, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman düzgün nəticəyə gəlinməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, ərizəçi2 və ərizəçi1 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinə qarşı müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi tələbi ilə iddia qaldırmış, əsas iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək onların hərbi xidmətə çağırılmasının müvəqqəti dayandırılması barədə müdafiə tədbirinin tətbiqini xahiş etmişlər. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ərizəçi1 və ərizəçi2 hərbi çağırışa müvəqqəti dayandırmaq (çağırışa möhlət verilməsi) öhdəliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xidmətin Nəsimi Rayon Idarəsinin üzərinə qoyulmuşdur. Cavabdehin apellyasiya şikayətinin mahiyyəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi ərizəçilərin təhsil müəssisəsi tərəfindən verilmiş arayışlarda əyani təhsilalma formasında tələbə kimi göstərilmələrini kifayət hesab etmiş, onların faktiki olaraq Ukraynada olub-olmadıqlarını, tədris prosesində hansı formada iştirak etdiklərini, Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmalarını və iş üzrə digər obyektiv məlumatları araşdırmadan iddianın böyük ehtimalla uğurlu olacağı nəticəsinə gəlmişdir. Apellyasiya şikayətində, həmçinin müvəqqəti müdafiənin tətbiqi üçün qanunla müəyyən edilmiş şərtlərin mövcud olmadığı və qərardadın kifayət qədər sübutlara əsaslanmadığı göstərilmişdir. Apellyasiya instansiyasının hazırkı icraat çərçivəsində həll etməli olduğu məsələ ərizəçilərin əsas iddia üzrə çağırışdan möhlət hüququna qəti şəkildə malik olubolmamaları deyil, birinci instansiya məhkəməsinin qərardadı qəbul etdiyi mərhələdə müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün tələb olunan prosessual şərtlərin mövcud olub-olmaması, həmin şərtlərin lazımi sübutetmə standartına uyğun müəyyən edilibedilməməsi və seçilmiş müdafiə üsulunun müvəqqəti müdafiənin hüquqi təbiətinə uyğun olub-olmamasıdır. Belə ki, müvəqqəti xarakterli müdafiə icraatında əsas iddianın mahiyyəti üzrə nəticəyə gəlinmir, məhkəmə yalnız həmin mərhələdə mövcud faktiki və hüquqi vəziyyət əsasında təcililiyin və iddianın böyük ehtimalla uğurlu olmasının müəyyən edilib-edilmədiyini yoxlayır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarına ## ####### 2025-ci il tarixli ** nömrəli Qərarla əlavə edilmiş 4.1-1-ci bəndə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması şərtlərinin məcmu halda mövcudluğu müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi isə qərardadında Inzibati Prosessual Məcəllənin 43.1.1 və 43.1.2-ci maddələrində nəzərdə tutulan əsaslardan “ən azı birinin” müəyyən edilməsini kifayət hesab etmişdir. Bu yanaşma müvəqqəti müdafiənin tətbiqi üçün tələb olunan şərtlərin hüquqi təbiətinə uyğun deyildir. Təcililiklə maddi tələbin mövcudluğu ehtimalı bir-birini əvəz edən deyil, müxtəlif hüquqi məqsədlərə xidmət edən şərtlərdir. Təcililik, məhkəmənin niyə əsas iddia üzrə yekun qərarı gözləmədən dərhal müdaxilə etməli olduğunu, iddianın böyük ehtimalla uğurlu olması isə belə müdaxilənin ilkin mərhələdə maddi hüquqi baxımdan nə üçün əsaslı göründüyünü müəyyən edir. Bu şərtlərdən yalnız birinin mövcudluğu, bir qayda olaraq, müvəqqəti müdafiənin tətbiqinə kifayət etmir. Qərardadın sonrakı hissəsində hər iki şərtin mövcudluğunun ümumi ifadələrlə qeyd olunması başlanğıcda yol verilmiş hüquqi səhvi aradan qaldırmır. Məhkəmə təcililiyi yalnız mübahisənin hərbi xidmətə çağırışla bağlı olması ilə əlaqələndirmiş, hər iki ərizəçinin fərqli faktiki və hüquqi vəziyyətinə ayrıca qiymət verməmişdir. Halbuki iş materiallarından görünür ki, ərizəçi2 münasibətdə hərbi xidmətə göndərilmə tədbirləri həyata keçirildiyi halda, ərizəçi1 sağlamlıq vəziyyəti ilə əlaqədar əlavə tibbi müayinəyə göndərilmiş və onun barəsində yekun çağırış qərarının tibbi müayinələrin nəticələrindən sonra qəbul ediləcəyi bildirilmişdir. Belə olan halda, ərizəçi1 münasibətdə müvəqqəti müdafiə tədbiri görülmədikdə dərhal və qaçılmaz olaraq hansı hüquqi nəticənin meydana çıxacağı, həmin nəticənin sonradan bərpasının nə üçün mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin olacağı müəyyən edilməli idi. Onun əlavə tibbi müayinə mərhələsində olması, barəsində yekun inzibati qərarın qəbul edilməməsi və hərbi xidmətə göndərilmə tarixinin müəyyən edilməməsi təcililiyin avtomatik mövcudluğu nəticəsinə gəlməyə imkan vermirdi. Əksinə, bu vəziyyət təcililik şərtinin ayrıca və daha diqqətlə araşdırılmasını tələb edirdi. ərizəçi2 münasibətdə çağırışın reallaşması təhlükəsi daha konkret olsa da, təcililik şərtinin mövcudluğu iddianın böyük ehtimalla uğurlu olması şərtinin araşdırılmasını aradan qaldırmırdı. Bundan başqa, apellyasiya icraatında müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı cavabdeh orqana yalnız ## #### 2026-cı ildə daxil olmuş, ərizəçi2 isə ## ##### 2026-cı ildə müddətli həqiqi hərbi xidmətə göndərilərək müvafiq hərbi hissəyə təhvil verilmişdir. Halbuki, müvəqqəti müdafiə barədə qərardad dərhal icra edilməli olduğundan, onu qəbul edən məhkəmə qərardadı icranı həyata keçirməli aidiyyəti şəxsə və ya orqana yubanmadan göndərməlidir. Hazırkı işdə qərardadın qəbulundan bir aydan artıq müddət sonra cavabdehə çatdırılması müvəqqəti müdafiənin preventiv təyinatının həyata keçirilməsinə imkan verməmişdir. Apellyasiya baxışı zamanı ərizəçi2 artıq hərbi xidmətə göndərilmiş olması nəzərə alınmalıdır. Çağırışın müvəqqəti dayandırılması gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirin qarşısının alınmasına yönəlmiş preventiv müdafiə vasitəsidir. Şəxs artıq hərbi xidmətə göndərildikdən və hərbi hissəyə təhvil verildikdən sonra həmin tədbirin əvvəlki məzmunda saxlanılması mövcud vəziyyəti qorumaq deyil, yaranmış yeni hüquqi vəziyyəti geri dəyişdirmək nəticəsi doğurur. Şəxsin hərbi xidmətdən geri qaytarılması isə nə ərizədə tələb edilmiş, nə də qərardadda hüquqi nəticələri və icra mexanizmi müəyyən olunmuşdur. Buna görə də bu ərizəçiyə münasibətdə qərardadın apellyasiya mərhələsində əvvəlki məzmunda qüvvədə saxlanılması hüquqi müəyyənlik və mütənasiblik prinsipləri ilə uzlaşmır. Əsas mübahisənin maddi hüquqi tərəfinə gəldikdə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.4-cü maddəsi əyani təhsilalma formasında bakalavriatda təhsil alan çağırışçılara müvafiq təhsillərini bitirənədək, lakin iyirmi dörd yaşdan çox olmamaqla çağırışdan möhlət verilməsini nəzərdə tutur. Deməli, möhlət hüququnun yaranması üçün təhsil müəssisəsinə qəbul olunmaq və ya formal tələbə statusuna malik olmaq kifayət deyildir, qanunun bilavasitə tələb etdiyi maddi hüquqi şərt şəxsin məhz əyani təhsilalma formasında bakalavriatda təhsil almasıdır. Formal təhsilin təşkili ilə bağlı milli qanunvericilik də əyani, qiyabi və distant təhsilalma formalarını müstəqil təhsil formaları kimi fərqləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2010-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”na əsasən, əyani təhsil tədrisə tam və ya qismən cəlb olunmanı, distant təhsil isə ayrıca məsafədən təhsilalma formasını ifadə edir. Bakalavriat səviyyəsində əyani, qiyabi və distant təhsilalma formalarının hər birinin ayrıca nəzərdə tutulması onların hüquqi baxımdan eyniləşdirilə bilmədiyini göstərir. Ərizəçilər Xarkov Milli Daxili Işlər Universiteti tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli arayışlara istinad etmişlər. Həmin arayışlarda onların *** nömrəli “Kibertəhlükəsizlik və informasiyanın mühafizəsi” ixtisası üzrə bakalavriat səviyyəsində ikinci kursda əyani təhsilalma formasında təhsil aldıqları və normativ təhsil müddətinin üç il on ay olduğu göstərilmişdir. Arayışlar ## ###### 2025-ci ildə apostillə təsdiq edilmiş, daha sonra Azərbaycan dilinə tərcümə edilərək notariat qaydasında rəsmiləşdirilmişdir. Bu arayışlar ərizəçilərin formal tələbə statusuna və sənəddə göstərilən tarixdə universitetin onları əyani təhsilalan kimi uçota almasına dəlalət edən mühüm ilkin sübutlardır. Lakin onların əvvəlcədən müəyyən edilmiş mütləq və təkzibolunmaz sübut qüvvəsi yoxdur. Arayışların ## ######## 2025-ci ildə verilməsi, müvəqqəti müdafiə barədə qərardadın isə təxminən yeddi ay sonra - ## ##### 2026-cı ildə qəbul olunması nəzərə alındıqda, həmin sənədlər ərizəçilərin qərardad qəbul edilən tarixdə universitetdə faktiki təhsil vəziyyətinin dəyişmədən davam etdiyini öz-özlüyündə təsdiq etmir. Iş materiallarında 2025-2026-cı tədris ili üzrə cari tələbə statusunu, dərslərdə iştirakı, aralıq və yekun qiymətləndirmələrin nəticələrini, akademik borcların olub-olmamasını və təhsil münasibətlərinin davam etdiyini göstərən daha yeni akademik sənədlər mövcud deyildir. Qeyd olunan məsələlərin araşdırılması üçün apellyasiya instansiyası məhkəməsində işə baxılarkən şifahi məhkəmə iclası təyin edilmiş, lakin tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Birinci instansiya məhkəməsi şəxslərin hansı formada təhsil almasının müəyyən edilməsində əsas və həlledici sübutun məhz təhsil müəssisəsi tərəfindən verilən sənəd olduğunu qəbul etmiş, ərizəçilərin Ukrayna ərazisində faktiki olmamalarının onların əyani təhsilalma statusunu dəyişdirmədiyini bildirmişdir. Bu yanaşma yalnız sənəddə göstərilən formal statusu əsas götürür, lakin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.4-cü maddəsinin məqsədini və iş üzrə mövcud ziddiyyətli sübutları tam əhatə etmir. Şübhəsiz ki, müharibə, fövqəladə vəziyyət və ya təhsil müəssisəsinin yerləşdiyi ərazidə təhlükəsizlik şəraiti ilə əlaqədar əyani proqram üzrə tədrisin müəyyən müddət ərzində elektron vasitələrlə həyata keçirilməsi tələbənin formal təhsilalma formasının avtomatik olaraq distant formaya dəyişməsi nəticəsini doğurmaya bilər. Lakin bu halın mövcudluğuna ümumi ehtimal əsasında deyil, universitetin səlahiyyətli orqanlarının qərarları, tədris prosesinin təşkili barədə rəsmi sənədlər və konkret tələbənin həmin prosesdə iştirakını təsdiq edən məlumatlar əsasında qiymət verilməlidir. Iş materiallarında Xarkov Milli Daxili Işlər Universitetinin mübahisəli dövrdə əyani proqramları hansı hüquqi rejim və qaydada təşkil etdiyi, ərizəçilərin dərslərdə necə iştirak etdikləri, hansı imtahan və qiymətləndirmələrdən keçdikləri barədə sənədlər yoxdur. Apellyasiya icraatında əldə olunmuş sərhədkeçmə məlumatları universitet arayışlarında göstərilən formal statusla ərizəçilərin faktiki vəziyyəti arasında ciddi ziddiyyətin olduğunu göstərir. ərizəçi1 dair məlumatlarda yalnız ## ######## 2024-cü il tarixdə Azərbaycan Respublikasından çıxış (Istanbul istiqamətində) və ## ######## 2024-cü il tarixdə ölkəyə giriş qeydə alınmışdır. Beləliklə, onun dövlət sərhədindən kənarda qalması cəmi dörd günlük müddəti əhatə etmiş, həmin tarixdən sonra xarici ölkəyə səfər etməsini göstərən başqa məlumat müəyyən olunmamışdır. ərizəçi2 dair informasiya sistemində isə ümumiyyətlə hər hansı sərhədkeçmə məlumatının olmadığı göstərilmişdir. Bu məlumatlar onların təhsil müəssisəsinin yerləşdiyi Ukrayna ərazisində davamlı olaraq əyani tədris prosesində iştirak etdiklərini təsdiq etmir. Sərhədkeçmə məlumatları özlüyündə tələbə statusunu ləğv edən və ya universitet arayışını saxta edən sübut deyildir. Bununla belə, uzun müddət ərzində Azərbaycandan çıxmayan şəxsin xarici dövlətdə əyani proqram üzrə faktiki tədris prosesində iştirak etməsi barədə əlavə izah və sübut tələb edən əsaslı şübhə yaradır. Ərizəçilərin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaları da həmin ziddiyyətin qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır. ərizəçi1 dair informasiya sistemindən əldə edilmiş məlumatda onun barista vəzifəsi üzrə əmək müqaviləsinin olduğu və aylıq əməkhaqqının 500 manat təşkil etdiyi göstərilir. ərizəçi2 münasibətdə isə cavabdehin ## ##### 2026-cı il tarixli cavabında onun ## ### 2025-ci ildən Azərbaycan Respublikasında yerləşən müəssisədə daimi əsaslarla ofisiant vəzifəsində işlədiyi bildirilmişdir. Əmək münasibətinin mövcudluğu şəxsin eyni zamanda təhsil almasını prinsip etibarilə istisna etmir. Bununla belə, xarici dövlətdə əyani təhsil aldığını bildirən şəxsin həmin dövrdə Azərbaycanda daimi əmək fəaliyyəti ilə məşğul olması, ölkədən çıxış etməməsi və tədris prosesində faktiki iştirakını göstərən sənədlərin olmaması məcmu halda qiymətləndirilməli idi. Birinci instansiya məhkəməsi isə bu halları araşdırmadan və universitet arayışları ilə ziddiyyətin necə aradan qalxdığını izah etmədən arayışları həlledici sübut kimi qəbul etmişdir. Müvəqqəti müdafiə mərhələsində ərizəçidən əsas iddia üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə tam sübutlar deyil, iddianın uğurluluğu barədə əsaslandırılmış proqnoz yaratmağa imkan verən ilkin sübutlar tələb olunur. Lakin bu yüngülləşdirilmiş sübutetmə standartı ziddiyyətli sübutların nəzərə alınmamasına imkan vermir. “Böyük ehtimalla uğurluluq” adi və nəzəri ehtimaldan daha yüksək inandırıcılıq dərəcəsini ifadə edir və iş üzrə obyektiv hallara əsaslanmış əsaslandırılmış gümanın mövcudluğunu tələb edir. Hazırkı işdə universitet arayışları bir tərəfdən formal əyani tələbə statusuna dəlalət etsə də, digər tərəfdən sərhədkeçmə məlumatları, Azərbaycanda əmək fəaliyyəti və faktiki tədris iştirakını təsdiq edən sənədlərin olmaması həmin statusun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.4-cü maddəsi baxımından hüquqi nəticə doğurubdoğurmaması məsələsini mübahisəli edir. Bu ziddiyyətin mövcud olduğu şəraitdə iddianın böyük ehtimalla uğurlu olacağı deyil, onun nəticəsinin əlavə faktiki və hüquqi araşdırmadan asılı olduğu qənaətinə gəlmək daha əsaslıdır. Belə araşdırma çərçivəsində universitetdən ərizəçilərin cari tələbə statusuna dair yeni arayışların, fərdi tədris planlarının, dərs cədvəllərinin, davamiyyət və elektron giriş məlumatlarının, imtahan protokollarının, transkriptlərin, təhsil haqqının ödənilməsinə dair sənədlərin, əyani proqramın elektron texnologiyalarla həyata keçirilməsi barədə universitetin səlahiyyətli orqanının qərarlarının və Ukrayna təhsil qanunvericiliyinə əsasən belə tədrisin formal statusa təsirini göstərən sənədlərin tələb olunması zəruridir. Həmin məsələlərin tam araşdırılması əsas iddia üzrə icraatın predmetidir. Bu sənədlərin olmaması ərizəçilərin iddiasının artıq rədd edilməli olduğunu qəti şəkildə göstərməsə də, müvəqqəti müdafiə mərhələsində onun böyük ehtimalla uğurlu olduğu nəticəsinə gəlməyə mane olur. Həmçinin ərizəçilərin fərdi hüquqi vəziyyətləri də eyniləşdirilə bilməz. ərizəçi1 ## #### 2003-cü ildə, ərizəçi2 isə ## ### 2007-ci ildə anadan olmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.4-cü maddəsində bakalavriat üzrə möhlətin iyirmi dörd yaşdan çox olmamaqla verilməsi nəzərdə tutulduğundan, ərizəçi1 təhsilə görə mümkün möhlət müddəti bütün hallarda ## #### 2027-ci il tarixdən sonrakı dövrü əhatə edə bilməz. Birinci instansiya məhkəməsi ərizəçilərin yaşlarını, möhlətin mümkün son həddini və onların fərqli hüquqi vəziyyətlərini ayrıca qiymətləndirməmiş, hər iki şəxsə münasibətdə eyni əsaslandırmadan istifadə etmişdir. Məsələyə konstitusion hüquqların və vəzifələrin qarşılıqlı əlaqəsi baxımından yanaşıldıqda da eyni nəticə hasil olur. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi hər bir vətəndaşın təhsil almaq hüququnu təsbit edir. Eyni zamanda Konstitusiyanın 76-cı maddəsinə əsasən, Vətəni müdafiə hər bir vətəndaşın borcudur və vətəndaşlar qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçirlər. Konstitusiyanın 25ci maddəsi hamının qanun qarşısında bərabərliyini, 71-ci maddəsi isə hüquq və azadlıqların həyata keçirilməsində mütənasiblik tələbini müəyyən edir. Buna görə təhsil hüququ ilə hərbi xidmət vəzifəsi bir-birini avtomatik istisna edən konstitusion dəyərlər kimi deyil, qanunvericinin müəyyən etdiyi dəqiq şərtlər əsasında uzlaşdırılmalı hüquq və vəzifələr kimi qəbul edilməlidir. Təhsili davam etdirmək üçün çağırışa möhlət ümumi çağırış qaydasından qanunla müəyyən edilmiş xüsusi istisna olmaqla, müvafiq Qanunun 21-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olduqda çağırışçı üçün yaranan subyektiv hüquqdur. Belə istisnanın tətbiqi qanunda nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə məhdudlaşır və həmin şərtlər bütün çağırışçılara bərabər qaydada tətbiq edilməlidir. Əks halda, faktiki olaraq əyani təhsil prosesində iştirak etməyən, lakin xarici təhsil müəssisəsində formal əyani qeydiyyata malik şəxslə ölkədə və ya xaricdə həqiqətən əyani təhsil alan çağırışçı arasında əsassız fərq yaranar. Bu isə yalnız hərbi çağırışın təşkili sahəsində ictimai maraqlara deyil, eyni hüquqi vəziyyətdə olan şəxslərin bərabər rəftar hüququna da təsir göstərər. Birinci instansiya məhkəməsinin seçdiyi müdafiə üsulu da müvəqqəti müdafiənin hüquqi təbiətinə uyğun olmamışdır. Əsas iddianın predmeti ərizəçilərə çağırışdan möhlət verilməsi olduğu halda, müvəqqəti müdafiə ərizəsində də cavabdehin üzərinə hərbi çağırışı müvəqqəti dayandırmaqla yanaşı, “çağırışa möhlət verilməsi” öhdəliyinin qoyulması tələb edilmiş, qərardadla həmin tələb faktiki olaraq təmin olunmuşdur. Hərbi xidmətə çağırış üzrə konkret tədbirlərin müvəqqəti saxlanılması ilə çağırışdan möhlət hüququnun tanınması eyni hüquqi nəticələr deyildir. Birinci halda mövcud vəziyyət əsas iddia üzrə qərar qəbul edilənədək qorunur. Ikinci halda isə qanunda nəzərdə tutulmuş maddi hüquqi şərtin mövcudluğu barədə inzibati qərarın qəbul edilməsi və ərizəçiyə hüquqi status verilməsi tələb olunur. Halbuki, müvəqqəti müdafiə icraatında əsas iddia tələbi ilə eyni olan, gələcək yekun qərarın məzmununu əvvəlcədən müəyyən edən və yekun hüquqi vəziyyət yaradan qərar qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi “çağırışın müvəqqəti dayandırılması” ilə “çağırışdan möhlət verilməsi” anlayışlarını eyniləşdirmiş və bununla əsas iddia üzrə tələb edilən maddi hüquqi nəticəni müvəqqəti müdafiə mərhələsində yaratmışdır. Məhkəmə daha məhdud və mövcud vəziyyətin qorunmasına yönəlmiş tədbirin seçilməsinin mümkün olubolmadığını, seçilmiş üsulun zəruriliyini və onun əsas iddianın mahiyyətini qabaqcadan həll edib-etmədiyini qiymətləndirməmişdir. Qərardadın nəticə hissəsində başqa bir prosessual uyğunsuzluğa da yol verilmişdir. Iş üzrə cavabdeh kimi Maraqlı şəxs göstərildiyi halda, öhdəlik həm həmin idarənin, həm də ayrıca Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. Dövlət Xidmətinin ayrıca proses iştirakçısı statusunda olub-olmadığı, onun üçüncü şəxs kimi icraata cəlb edilib-edilmədiyi və məhkəmə aktı ilə üzərinə öhdəlik qoyulması üçün prosessual əsasların mövcudluğu qərardadda açıqlanmamışdır. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli, ** nömrəli qərarının 5.1 və 7.3-cü bəndlərinə əsasən, müvəqqəti müdafiə tədbiri ilə üzərinə vəzifə qoyulan şəxslər cavabdeh və ya üçüncü şəxs statusunda olmalı, üçüncü şəxsin üzərinə öhdəlik qoyulduqda isə o, artıq icraat iştirakçısı olmalı və ya məhkəmə aktının onun qanunla qorunan maraqlarına təsir edəcəyi nəzərə alınmaqla icraata cəlb edilməlidir. Bu tələblərə riayət olunmadan proses iştirakçısı kimi statusu müəyyən edilməmiş qurumun üzərinə öhdəlik qoyulması qərardadın icra oluna bilməsi və hüquqi müəyyənliyi baxımından əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qərardad mütənasiblik baxımından da kifayət qədər əsaslandırılmamışdır. Müvəqqəti müdafiə tədbirinin özü və seçilən üsul qanuni məqsədə çatmaq üçün yararlı və zəruri olmalı, tədbirin məzmunu, müddəti, yeri və aid olduğu şəxslərin dairəsi nəzərə alınmalı, fərdi hüquqlarla ictimai maraqlar arasında ədalətli balans təmin edilməlidir. Hazırkı işdə ərizəçilərin təhsillərini davam etdirmək marağı ilə yanaşı, hərbi vəzifənin qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilməsi, çağırışçılar arasında bərabərliyin qorunması və qanunda müəyyən edilməmiş faktiki güzəştlərin yaranmasının qarşısının alınması ilə bağlı ictimai maraq da mövcuddur. Birinci instansiya məhkəməsi bu maraqları qarşılaşdırmamış, universitet arayışlarını həlledici hesab etməklə ərizəçilərin maraqlarına üstünlük vermiş, cavabdehin və ictimai marağın niyə daha az çəkili sayıldığını əsaslandırmamışdır. Ərizəçilərin analarının müddətsiz ikinci dərəcəli əlilliyinin olması, çoxsaylı xəstəliklərdən əziyyət çəkməsi və kənar şəxsin yardımına ehtiyac duyması iş materialları ilə təsdiq olunur. Bu hallar sosial və humanitar baxımdan əhəmiyyətli olmaqla maraqların ümumi balansında nəzərə alına bilər. Lakin hazırkı əsas iddia təhsilə görə möhlət hüququ ilə əsaslandırılmışdır. Ailə vəziyyətinə görə möhlət hüququnun yaranması ayrıca maddi hüquqi şərtlərdən asılıdır və müvafiq tələb, inzibati müraciət və araşdırma olmadan ailənin ağır sosial vəziyyəti təhsilə görə möhlət hüququnun mövcud olmadığını aradan qaldıra bilməz. Beləliklə, birinci instansiya məhkəməsi müvəqqəti müdafiənin tətbiqi üçün nəzərdə tutulmuş təcililik və iddianın böyük ehtimalla uğurlu olması şərtlərini düzgün hüquqi meyar əsasında yoxlamamış, həmin şərtlərin ərizəçilərin hər birinə münasibətdə ayrıca mövcudluğunu əsaslandırmamışdır. Universitet arayışları ilə sərhədkeçmə, əmək fəaliyyəti və faktiki təhsil üsulu barədə məlumatlar arasındakı ziddiyyət aradan qaldırılmadan iddianın böyük ehtimalla uğurlu olduğu nəticəsinə gəlinmiş, seçilmiş müdafiə tədbiri əsas iddianın predmeti ilə faktiki olaraq eyniləşdirilmiş və ziddiyyətli fərdi və ictimai maraqlar arasında mütənasiblik qiymətləndirilməsi aparılmamışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmadığından apellyasiya şikayəti təmin olunmalı, Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 15(4-6)-229/2026 saylı qərardadı ləğv edilsin. Ərizə rədd edilsin. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar