Məhkəmə qərarları › İş №15(3-6)-120/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-120/2026

15.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-120/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Ərizəçi inzibati aktın icrasının dayandırılması və pensiya ödənişlərinin aparılmasının üçüncü şəxsə həvalə edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1 məhəllə) inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı Ərizəçi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə, ##.##.2026-cı il tarixli “Tam reabilitasiya olmuşdur” qərar və əlilliyin dayandırılması barədə qərarın ləğv edilməsi və ümumi xəstəlik səbəbindən müddətsiz 2-ci dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə dair qərar qəbul edilməsini xahiş etmişdir (Iş № e-2-1(4-6)-7411/2026). Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1967-ci il tarixində anadan olmuşdur. Iddiaçıya ünvanlanmış ##.##.2026-cı il tarixli *-**-*/*-*-*****/**** nömrəli məktuba əsasən, ##.##.2026-cı il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinə üçün dəvət olunmuşdur. Əyani müayinənin nəticəsində barəsində ##.##.2026-cı il tarixində “Tam reabilitasiya olunmuşdur” qərarı qəbul olunmuşdur. Iddiaçı barəsində II qrup Qarabağ əlilliliyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, ## ###### 1995-ci il tarixli *** nömrəli xəstəlik haqqında arayışa əsasən, ##.##.1994-cü il tarixdə Ağdam rayonunda döyüşlərdə mərmi partlaması nəticəsində sağ çanaq nahiyyəsindən güllə yarası almışdır. ## ##### 1994-cü ildən ## ### 1994-cü il tarixindək müalicə olmuşdur. ## #### 1994-cü ildə xəstəliyə görə 30 sutka məzuniyyətdə olmuşdur. Daha sonra N nömrəli hərbi hissədə fəaliyyətini davam etdirmişdir. Burada bel nahiyyəsindən olan güclü ağrılar səbəbindən qoltuqağacı ilə gəzməyə məcbur olmuşdur. Bel nahiyyəsində əyrilik, bel əzələlərində gərginliyin olması, həmçinin yastı bel lordozundan əziyyət çəkdiyi müəyyən edilmişdir. Periorbital yumşaq toxumalara odlu silah yaralanmasının, sağ bud və oturaq sinirlərinin zədələnməsinin, orta dərəcədə ifadə olunmuş trofık, motor və hiss pozğunluqlarının nəticələri müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, vətəndaş barəsində sülh dövründə yararsız, hərbi əməliyyatlar dövründə döyüşlə əlaqəli olmayan işlər üzrə yararlı olduğu müəyyən edilmişdir. ##.##.2026-cı il tarixli ambulator kitabçadan çıxarışa əsasən, əsas xəstəlik üzrə diaqnoz olaraq soltərəfli mezotelioma görə kombinə olunmuş müalicədən sonrakı vəziyyət müəyyən edilmişdir. Xəstənin təqdim etdiyi ##.##.2006-cı il tarixli ***/**** nömrəli ambulator kartaya əsasən, xəstədə ##.##.2006-cı il tarixdə soltərəfli mezotelioma diaqnozu ilə “soltərəfli plevrentomiya, sol IX-X qabırğaların rezeksiyası” əməliyyatı aparılıb. Xəstəyə 6 kurs KDM aparılıb. Həmçinin ##.##.2026-cı il tarixli diaqnostik müayinə nəticəsinə əsasən, sol ağciyərin həcmi qismən kiçilmişdir. VII,VIII qabırğalar müşahidə olunmadığı müəyyən edilmişdir. Cavabdeh iddiaçıya ##.##.2025-ci il tarixli bildiriş ünvanlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyin müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Buna görə də iddiaçı ##.##.2026-cı il tarixində əyani müayinə üçün Agentliyə dəvət edilmişdir. Iddiaçı sözügedən tarixdə Agentliyə getmiş və əyani müayinə olunmuşdur. Bundan sonra cavabdeh inzibati orqan iddiaçıya ##.##.2026-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, iddiaçı ##.##.2026-cı il tarixində müayinə olunmuş və barəsində “Tam reabilitasiya olunmuşdur” qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş əlillik hüququna müdaxilə cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Lakin hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri eyni zamanda “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olmuşdur. Cavabdeh inzibati orqan ilk növbədə inzibati icraatın öz təşəbbüsü ilə təzələnməsi üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş yeni əlillik təyinatının qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi (məktubda istinad edilən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı istisna olaraq), inzibati icraatın hansı qaydada aparılması, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqan həm də “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər bir tərəfdən dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Həmçinin, ərizəçi hazırki müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli “Tam reabilitasiya olunmuşdur” qərar və əlilliyin dayandırılması barədə qərarın icrasının dayandırılması, pensiya ödənişlərinin aparılmasının üçüncü şəxsə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir (ərizə dəqiqləşdirilmişdir). Ərizədə iddia ərizəsinin dəlillərinə istinad edilmişdir. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh tərəfindən verilmiş ərizəyə qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, Ərizəçi (FIN:OTAAWOR) Bildirişin nömrəsi: 3-17-4/2-C-7327/2026Dəvət tarixi: ##.##.2026 Iştirak tarixi: ##.##.2026 Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: xüsusi Müraciətlərin sayı: ##.##.2000- Müddətsiz Il dərəcə ARƏB (TSEK arayışının nömrəsi:268860); Təqdim edilmiş sənəd sayı: 5Hərbi bilet: Hərbi bilet əvəzi arayış №** Hərbi xidmət illəri: may 1985-may 1987, ##.##.1993- ##.##.1994 Hərbi rütbə: Əsgər XHŞ - MN MHHK ##.##.1995-ci il tarixli *** nömrəli X7 Obyektiv müayinə: Vətəndaş sağ aşağı ətrafında axsama və damarlarında yarananşişkinlikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında çoxsaylı yaralanmalar olduğunu, sol tərəf üstə uzana bilmədiyini, qulağında səs olduğunu, qəfildən diksindiyini bildirmiş, həmçinin onkoloji xəstəlik səbəbindən döş qəfəsində cərrahi əməliyyat keçirdiyini qeyd etmişdir. Medikamentoz preparatlardan bir müddət "Phenazepam" qəbul etdiyini, lakin həmin dərmanın yuxululuq yaratması səbəbilə 3-4 ildir imtina etdiyini vurğulamışdır. Vətəndaş nitqində kəkələməni göstərməyə çalışmışdır. Cərrahi müayinə: (Ibrahimov Zahid)- Sağ qalçada, sağ dizində çapıqlar izlənilmiş, soltərəfli torakotomiya kəsiyinə məxsus çapıq, sağ qasıqda köndələn istiqamətdə əməliyyat çapığı (qəlpənin xaric edilməsi) qeyd edilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Torakotomiyaya bağlı hər hansı sənəd təqdim etməmişdir. Nevroloji müayinə: (Orucova Pərvanə) - Müayinə zamanı hər iki diz refleksi canlı alınmış D=S, axil refleksi orta canlı alınmış, sağ aşağı ətrafda parez, atrofiya, atoniya qeyd edilməmişdir. Yerişi qoruyucu xarakterli olmuş (sağ dabanını ağrıya görə tam yerə qoymamışdır), nevroloji klinikada əlillik təyinatına əsas verə biləcək ağırlaşma aşkarlanmamışdır. DTSERA-da aparılmış laborator və Instrumental müayinələrin adı: aparılmamışdır. Qərarın əsaslandırılması: Əyani müayinə zamanı vətəndaş onkoloji xəstəlikdən əziyyət çəkdiyini, bu xəstəlik ilə əlaqədar cərrahi əməliyyat keçirdiyini bildirsə də, heç bir təsdiqləyici sənəd təqdim etməmişdir. Bu səbəbdən vətəndaşdan onkoloji xəstəliyi ilə bağlı müvafiq sənədlərini və göndəriş əsasında Milli Onkologiya Mərkəzindən Tibbi Rəy təqdim etməsi tələb edilmişdir. Lakin ##.##.2026-##.##.2026-ci il tarixləri arasında vətəndaşla dəfələrlə əlaqə saxlanılsa da, vətəndaş tələb olunan sənədləri təqdim etməmiş, müvafiq qərar verilmişdir. Qərar:Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əlilliyin müəyyənolunması meyarları"na müvafiq olaraq ##.##.2026-cı il tarixindən Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxs tərəfindən verilmiş ərizəyə qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya ## #### 2007-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının əmək pensiyasının ödənişi Mərkəzi Filial tərəfindən ## ##### 2026-cı il tarixində dayandırılmış və aydınlaşdırma statusundadır. Belə ki, "Əlillik" altsistemində Ərizəçi əlilliyinə dair məlumat mövcud olmadığından ona əlilliyə görə əmək pensiyasının ödənişi mümkün olmamışdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Məcəllənin 43.2-ci maddəsinə əsasən ərizəçi məhkəməyə həmin Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Göründüyü kimi, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; • Ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; • Müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" ##.##.2015-ci il tarixli Qərarında göstərmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Halbuki işin faktiki və hüquqi hallarının ilkin araşdırılması məhkəmədə iddianın böyük ehtimalla uğurlu olacağı barədə hər hansı qənaət formalaşdırmamışdır. Həmçinin belə bir nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə aydın olmur, eyni zamanda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruriliyi də iş üzrə müəyyən olunmamışdır. "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarının (bundan sonra - Qərar) 1.2- ci bəndinə əsasən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli qərarının (bundan sonra - Qərar) 1.1-ci bəndinə əsasən qeyd edilir: Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 11.16-11.18-ci bəndlərinə əsasən, məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını Məcəllənin 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. Sözügedən Qərarın 11.20-ci bəndinə əsasən, böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. Həmin Qərarın 11.24-cü bəndinə əsasən, ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Həmin Qərarın 6.11-ci bəndinə əsasən, təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Buna görə, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraat çərçivəsində iddianın mahiyyəti ilə eyni olan, iddia tələbinin mahiyyəti üzrə qəbul ediləcək qərarın məzmununu əvvəlcədən müəyyən edəcək və yekun hüquqi vəziyyətlər yaradan qərarlar qəbul edilə bilməz. Hazırda əsas iddia tələbinin "böyük ehtimalla uğurlu olacağı" ilə bağlı obyektiv qiymətləndirmə aparılması mümkün deyildir və iddiaçı tərəf bunu mümkün edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraat çərçivəsində tələbi əsas iddianın mahiyyəti ilə eyni olmaqla, iddia tələbinin mahiyyəti üzrə qəbul ediləcək qərarın məzmununu əvvəlcədən müəyyən edə biləcək və yekun hüquqi vəziyyətlər yarada biləcək potensialdadır. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı (hakim B.Cəlalov) ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin icraatında olan e-*-*(*-*)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı Ərizəçi barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli “Tam reabilitasiya olunmuşdur” barədə qərarın icrası dayandırılmış, iddiaçı Ərizəçi pensiya ödənişlərinin bərpa edilməsi üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki: “Məhkəmə hazırkı ərizənin təmin edilməsini təcili tənzimləmə baxımından da qiymətləndirərkən ərizənin təmin olunması qənaətinə gəlir. Belə ki, iddia tələbinin əsaslı olub-olmaması ilə bağlı məsələ məhkəmədə baxılıb həll edilənə kimi üçüncü şəxs tərəfindən pensiya ödənişlərinin dayandırılması əmək pensiyaçısının maddi vəziyyətinin xeyli dərəcədə çətinləşməsi ilə nəticələnə biləcəyi nəzərə alındıqda hesab olunur ki, əmək pensiyaçısının hüquqlarına edilmiş müdaxilə qeyri-mütənasibdir və bu baxımdan ilkin təcili tənzimləmə zəruridir. Çünki bu hal iddiaçının xəstəliyinin müayinə və müalicəsi, eləcə də götürdüyü öhdəliklərin icrasını mümkünsüz edir. Göründüyü kimi, iddiaçı onun barəsində qəbul edilmiş əlverişsiz inzibati akt qəbul edilənədək həyat şəraitini əvvəlki aldığı pensiya məbləğinə uyğunlaşdırmış və onun müvafiq öhdəlikləri yaranmışdır. Hazırkı halda sonradan proqnozlaşdırması mümkün olmayan pensiyanın dayandırılması onun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsinə və bununla da maddi-sosial rifahının kəskin surətdə pisləşməsinə səbəb olacaqdır. Göstərilənlər təcili tənzimlənməli olan haldır və qeyd edilən hal hazırkı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin digər əsası kimi məhkəmə tərəfindən qiymətləndirilir. ... Qeyd olunanları və hazırkı halda ərizənin təmin olunması üçün qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında nəzərdə tutulmuş əsasların mövcud olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia böyük ehtimalla uğurlu olduğundan müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizə təmin edilməlidir.” Həmin qərardaddan narazı qalan cavabdeh və üçüncü şəxs tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilərək, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizənin təmin olunmaması xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qərardadı ümumi sözləri qeyd etməklə əsassız nəticəyə gəlmişdir. Bundan əlavə, sözügedən ərizəyə etiraz olaraq bildirmək istəyirik ki, qanunvericiliyin tələblərinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla yanaşı qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır. Sözügedən hal, yəni xəstəliyin reabilitasiya olunması iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Etiraz da məhkəmə tərəfindən nəzərə alınmamış və iş ümumiyyətlə araşdırılmamışdır. Mahiyyət etibarilə vətəndaşların əlillik vəziyyətinin müəyyən olunması ilə bağlı analoji işlər üzrə qəbul olunmuş məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra dərhal icra edilir. Məhkəmə əlillik vəziyyətinin müəyyən olunmasında saxtalıq riskinin yüksək olduğu halını və iddianın uğurluluq payını nəzərə almadan iddiaçının işi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə ərizəni təmin etmişdir. Iddiaçının əlilliyinin ləğv edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq ərizəni təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı Inzibati Məhkəməsinin qərardadı ləğv edilməlidir. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı qanunazidd və əsassız hesab olunmaqla ləğv edilməli, həmçinin, ərizəçinin ərizə tələbinin təmin olunmamasına dair yeni qərardad çıxarılmalıdır. inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. Ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. Müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Halbuki işin faktiki və hüquqi hallarının ilkin araşdırılması məhkəmədə iddianın böyük ehtimalla uğurlu olacağı barədə hər hansı qənaət formalaşdırmamışdır. Həmçinin belə bir nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə aydın olmur, eyni zamanda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruriliyi də iş üzrə müəyyən olunmamışdır. Belə ki, iddiaçının (ərizəçinin) maddi vəziyyətinin pisləşəcəyi onların hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi demək deyil. Məhkəmə qərardadında qeyd olunur ki, ərizəçinin ərizəçinin və onun ailə üzvlərinin sağlamlığı ilə əlaqədar zəruri dərman təminatı və ailənin dolanacaq sabit başqa gəlir mənbəyinin olmaması iş üzrə mühüm faktiki və sosial hallar kimi qiymətləndirilərək sonuncuların yeganə gəlir mənbəyi olan ərizəçinin pensiyasının kəsilməsi onun və ailə üzvlərinin sosial rifahına əhəmiyyətli dərəcədə təsir edərək həyati risk faktoru yaradır. Sözügedən gəlir mənbəyinin kəsilməsi ailənin maddi və sağlamlıq vəziyyəti baxımından bərpası mümkün olmayan və aradan qaldırıla bilməyən mənfi nəticələr doğuracağından iddiaçı Ərizəçi barəsində qəbul edilmiş əlilliyin ləğv edilməsi qərarının icrasının dayandırılması təcililik şərtinə malik olmaqla zəruridir. Buna münasibətdə bildirilmişdir ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli qərarının (bundan sonra –Qərar) 1.1-ci bəndinə əsasən qeyd edilir: Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. Sözügedən Qərarın 1.2-ci bəndinə əsasən əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.” Bildirilmişdir ki, mübahisələndirilən məhkəmə qərardadında ilkin təcili tənzimləmənin mövcudluğu tam əsaslandırılmamış, əksinə əsas iddianın predmeti və mübahisə obyekti olan əlillik dərəcəsinin verilməsinə səbəb olmuş xəstəlikdən bəhs edilmişdir. Qanunvericiliyin müddəalarından görünür ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardad ərizəçinin iddia tələbinin ilkin uğurluluq ehtimalının qiymətləndirilməsi nəticəsində çıxarılmalıdır. Bu zaman məhkəmə ərizəçinin irəli sürdüyü və ya sürəcəyi maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşdırılmalıdır. Belə uğurluluq ehtimalının qiymətləndirilməsi bir qayda olaraq maddi hüquq normalarına istinadla həyata keçirilməlidir. Birinci instansiya məhkəməsi qərardadında iddianın uğurluluq ehtimalına obyektiv qiymət vermək isdəyərkən, səhvən iddiaya əvvəlcədən mahiyyəti üzrə qiymət vermişdir. Bildirilmişdir ki, hazırda Ərizəçi əsas iddia tələbinin "böyük ehtimalla uğurlu olacağı" ilə bağlı obyektiv qiymətləndirmə aparılması hazırkı mərhələdə mümkün olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən səhvə yol verilmişdir. Eyni zamanda, Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı Bakı Inzibati Məhkəməsinin hazırkı qərardadı ilə müəyyən olunmuş hal sözügedən icraat çərçivəsində əsas iddianın mahiyyəti ilə eyni olmaqla, iddia tələbinin mahiyyəti üzrə qəbul ediləcək qərarın məzmununu əvvəlcədən müəyyən edə biləcək və yekun hüquqi vəziyyətlər yarada biləcək potensialdadır. Bununla da hesab edilir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndələri apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, mxmt ərizəsinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraza edərək, şikayətlərin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ərizənin mahiyyətinə qiymət verilməsi ilə bağlı işdə iştirak edən şəxslərin izahatını dinləyərək, ərizəni və işə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır Məhkəmə kollegiyası ilkin olaraq ərizənin mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı halda ərizənin mümkünlüyü əsas iddianın mümkünlüyü ilə əlaqədardır. Iş materiallarından aydındır ki, ərizəçi MXMT ərizə verməklə yanaşı əsas iddia qaldırmış və hazırda icrasının dayandırılmasını xahiş etdiyi qərarı mübahisələndirmişdir. IPM-in 2.2.1ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. IPM-in 32.1ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə ərizəçi inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. IPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. IPM-nin 38.1ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Iddiaçı subyektiv hüquqa malikdir və mübahisələndirdiyi qərarın icrasının dayandırılması tələbi ilə ərizə vermək səlahiyyətindədir. Məhkəmə kollegiyası ərizənin mahiyyəti üzrə aşağıdakıları qeyd edir. Işin araşdırılmış hallarından müəyyən olunur ki, ərizəçinin hüquqi marağı məhz barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın dayandırılması və həmin inzibati aktla bağlı yaranmış hüquqi nəticənin müvəqqəti olaraq əsas iddiaya baxılıb qurtarılanadək aradan qaldırılması ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası IPM-nin 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (ərizəçinın hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər və həmin Məcəllənin 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası IPM-nin 40.3cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması haqqında qərardad bu Məcəllənin 41-cı maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (ərizəçinın) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Həmin Məcəllənin 43.1.1-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcud olubolmaması ilə bağlı qeyd edilməlidir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (ərizəçinın) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Məhkəmə kollegiyası bildirir ki, ## ####### 2023-cü il tarixdə qəbul edilmiş “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli qərarında müvəqqəti xarakterli müdafiə tədbirləri barədə ərizələrin təmin edilmə əsasları qeyd edilmişdir. - 2.2. IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. - 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. - 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. - 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. - 4.2. Iddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir - 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. - 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. - 11.6. Inzibati aktın icrasının dayandırılması mübahisə üzrə məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icrasının (tətbiqinin) təxirə salınmasını nəzərdə tutan müvəqqəti tədbirdir. - 11.14. Inzibati aktın icrasının dayandırılması növündə təminat tədbirinin tətbiqi nəticəsində mübahisələndirilən inzibati aktın icrası dayandırılır, bununla da inzibati aktın çıxarıldığı tarixdən əvvəlki hüquqi vəziyyətin davam etməsi təmin edilmiş olur. Ona görə də, inzibati aktın icrasının dayandırılmasına dair qərardad çıxarıldıqdan sonra inzibati 11 orqan mübahisələndirilən inzibati akt qəbul edilənədək mövcud olan hüquqi və faktiki vəziyyətin tələb etdiyi qaydada davranmaqda davam etməlidir. - 11.15. IPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. - 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. - 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. - 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. - 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. Yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı, 2. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli;

4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır.

Məhkəmə kollegiyası iş üzrə gəldiyi qənaətini aşağıdakı qaydada əsaslandırır:

Iş materiallarından müəyyən olunur ki, iddiaçıya ##.##.2000-ci il tarixdə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik, ## #### 2007-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 18 (on səkkiz) nəfərin ünvanına ##.##.2026-cı il tarixinə əyani müayinəyə çağırılmaları haqqında sifarişli-xəbərnaməli məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəkləri təqdirdə iştirakları olmadan barələrində müvafiq inzibati akt qəbul ediləcəyi məlumatı qeyd edilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası müayinədə iştirak etmiş 18 (on səkkiz) nəfərin əyani müayinəsini həyata keçirmiş, tibbi-ekspert sənədlərini araşdırmış, barələrində qərar qəbul etmiş və müvafiq protokolla rəsmiləşdirmişdir. Aparılmış inzibati icraatın nəticələri və Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2026-cı il tarixli *-**-*/*-*- ****/**** nömrəli qərarını və ##.##.2026-cı il tarixli 3-17-4/3-1-9743/2026 xidməti məruzəsini nəzərə alaraq, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət TibbiSosial Ekspertiza və X11”nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndini rəhbər tutaraq X4 əlilliyin qiymətləndirilməsi nəticələrinə dair vətəndaşlar barədə aşağıdakı qərarlar qəbul edilmişdir. 1.5. Ərizəçi – ##.##.2026-cı il tarixindən Tam reabilitasiya olunması barədə qərar qəbul edilsin. Maraqlı şəxsin hazırkı tələbi ilə əlaqəli məhkəmənin icraatında inzibati iş mövcuddur və maraqlı şəxsin ərizəsi hazırda həmin iş üzrə məhkəmədə müdafiə hüququnun həyata keçirilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə inzibatı aktın icrasının dayandırılması ilə bağlı olduğundan ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması yoxlanılmalıdır. Ilkin şərt ilkin təcili tənzimləmə ilə bağlı qeyd edilməlidir ki, ##.##.2000-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyinatı aparılmış ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş tibbi sənədlərdən müəyyən olunur ki, həqiqətən də ərizəçi xəstədir, gündəlik olaraq dərmanlar qəbul edir, müayinə və müalicələr alır, eyni zamanda kredit öhdəlikləri vardır ki, pensiya ödənişlərinin dayandırılması halı iddiaçının xəstəliyinin müayinə və müalicəsi, eləcə də götürdüyü öhdəliklərin icrasını mümkünsüz edir. Kollegiya hesab edir ki, ilkin təcili tənzimləməyə zərurət olduğu üçün ərizəçi mxmt ərizəsi ilə mübahisələndirilən inzibati aktın icrasının dayandırılmasını tələb etməkdə haqlıdır. Hazırkı iş üzrə iddianın bilavasitə uğurluluq ehtimalı ilkin olaraq inzibati orqanın onun barəsində əlilliyin təyin olunduğu zaman əlillik təyinatının düzgün aparılıbaparılmamasının, qərarın qəbulu zamanı aparılmış icraatın “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparılmasının yoxlanılmasından, aparılan inzibati icraatla bağlı normaların cavabdeh orqan tərəfindən pozulub-pozulmamasının müəyyənləşdirilməsindən asılıdır. Məhkəmə kollegiyası bununla bağlı olaraq qeyd edir ki, qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir. Bu baxımdan, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Iddia tələbindən göründüyü kimi, mübahisələndirilən qərar ərizəçinin ##.##.2000ci ildə müddətsiz təyin edilmiş əlillik dərəcəsinin ləğvi ilə bağlıdır ki, həmin qərarın qəbulu “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun inzibati aktın qəbul edilməsi ilə bağlı müəyyən etdiyi şərtlər çərçivəsində qəbul edilməlidir. Həmin şərtlərə misal olaraq inzibati aktın qəbulu ilə bağlı maraqlı şəxsin və ya onun nümayəndəsinin iştirakının təmin edilməsi, araşdırmanın onun iştirakı ilə aparılması, inzibati aktın qəbuluna əsas olmuş halların konkret olaraq nədən ibarət olmasının göstərilməsi, qərarların qəbuluna əsas olmuş sübutların nədən ibarət olması göstərilə bilər. Ərizəçi isə, məhz həmin şərtlərin yerinə yetirilmədiyinə istinad etmiş, həmin qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının 2.0, 2.0.2 və 2.0.6-cı maddələrinə əsasən inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri, inzibati icraat dedikdə isə fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət başa düşülür. Adıçəkilən Qanunun 67-ci maddəsinə əsasən: 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Işin faktiki halları ilə iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı pensiya təyininə müdaxilə etməsi hazırkı mərhələdə müəyyən edilmir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi hazırkı mərhələdə ağlabatan deyildir. Həmçinin, “X12” 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə kollegiyası bununla da qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Doğrudur, inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Hazırkı iş üzrə materiallardan isə müəyyən edilir ki, əlillik təyinatının əsaslılığının təyinata əsas götürülmüş halların qanunvericiliyə uyğunluğunun araşdırılması kimi əsasa istinad edilərək inzibati icraat başlanılmışdır ki, ümumiyyətlə ümumi xarakterli həmin ifadə altında inzibati icraatın öz təşəbbüsü ilə başlanılmasının zərurəti hazırkı mərhələdə aydın deyil. Qeyd edilməlidir ki, cavabdeh həmin ad altında kütləvi olaraq əlilliyin təyinatının yoxlanılması kimi müstəsna səlahiyyətə malik olacaqdır ki, həmin hal etimad hüququnun qorunduğu hallarda hazırkı mərhələdə əlilliyin təyin edilməsi xüsusiyyətinə uyğun gəlmir. Halbuki, cavabdehin şəxsin etimadının qorunduğunu nəzərə almaq kimi də vəzifə daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, əlilliyin ləğv edilməsi barədə ərizəçinin etimad hüququ qorunmalı olan hal-hazırkı mərhələdə müəyyən edilmişdir. Ərizəçinin hər hansı saxtakarlıq etməsi, təhrif olunmuş məlumatlar təqdim etməsi, cinayət törətməsi və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməsi hazırkı mərhələdə müəyyən edilmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, belə ərizələr (mxmt) üzrə icraat zamanı nəzərə alınmalı vacib məsələ ondan ibarətdir ki, müvəqqəti müdafiə tədbirinin məqsədi “müvəqqəti olaraq” iddianın uğurlu olması ehtimalı yüksək olduğu halda, iddiaçının hüquqlarının qorunmasına yönəlmiş təminat tədbiridir. Bu təminat tədbiri işi qabaqcadan həll etmir və onun sonradan ləğv və ya dəyişdirilməsi mümkündür. Qeyd olunanlardan belə nəticə hasil olur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş şəxs iddiasının uğurlu olduğuna ilk öncə özü əmin olmalı və pozulması ehtimal edilən hüququnun müdafiəsi üçün, ilkin təcili tənzimləmənin həyata keçirilməsi məqsədilə məhkəmədən müvafiq tədbirin tətbiq edilməsini xahiş etməlidir. Işə baxan məhkəmə də ilkin araşdırma zamanı ərizəçi ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə, onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalı, ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Qeyd olunanlara, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticələrinə əsasən məhkəmə kollegiyası, “inzibati aktın icrasının dayandırılmadığı halda inzibati orqana vurulacaq ziyan ərizəçinin maraqlarına vurulacaq ziyana münasibətdə daha az əhəmiyyətli olacağını, həmçinin ərizəçinin hüquqi vəziyətinin (sosial təminat hüququnun) xeyli dəyişəcəyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə ilkin təcili tənzimləməyə ehtiyac duyulur. Məhkəmə kollegiyası həmçinin hər iki tərəfin maraqları baxımından qiymətləndirmə apararaq hesab edib ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi yolverilən və məqsədəmüvafiqdir. Belə ki, iddia tələbinin əsaslı olub-olmaması ilə bağlı məsələ məhkəmədə baxılıb həll edilməyənə kimi cavabdeh orqan tərəfindən əlilliyin təyin edilməsi haqqında qərarın ləğv olunaraq son nəticədə pensiya ödənişlərinin kəsilməsi ərizəçinin maddi vəziyyətinin xeyli dərəcədə çətinləşməsi (sosial təminat hüququnun pozulması) ilə nəticələnə bilər. O nöqteyi-nəzərdən hesab olunur ki, onun hüquqlarına edilmiş müdaxilə qeyri-mütənasibdir və bu baxımdan da ilkin təcili tənzimləmə zəruridir. Həmçinin cavabdehin və üçüncü şəxsin maraqları baxımından dəyərləndirmə aparıldıqda hesab edilir ki, qərarın icrasının dayandırılması işin mahiyyəti üzrə qabaqcadan həll edilməsi demək deyildir. Bu, gələcəkdə iddianın təmin edilmədiyi təqdirdə üçüncü şəxsə artıq ödənilmiş hesab etdiyi məbləğin geri qaytarılması məqsədilə yenidən tutulmaların aparılması ilə bağlı qanunla müəyyən edilmiş hərəkətlərin edilməsinə mane olmur. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının **(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli məhkəmə qərarında da oxşar hüquqi mövqe sərgilənmişdir. Prossessual qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması və iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri institutu qanunvericilikdə tərəflərin istənilən məsələ ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsini deyil, gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədini daşımaqla, müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməməli olmasını təzahür etdirir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Beləliklə, Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirmiş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş və müvəqqəti xarakterli müdafiə tədbirini əsaslı olaraq tətbiq etmişdir. Bu əsasla apellyasiya şikayətləri təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTICƏVI HISSƏ:

Göstərilənlərə əsasən Göstərilənlərə əsasən və IPM-in 40-44, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

QƏRARA ALDI:

Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar