Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-122/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Qaraşarlı Layla Çingiz qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı "müvəqqəti xarakterli müdafiə tədbiri barədə" ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarın və ##.##.2023-cü ildən məcburi qaydada qoyulmuş ƏDV qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddiaçı məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə də verərək, "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarın icrasının dayandırılmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli **(***)-***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2026-cı il tarixli 15(3- *)- **/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli **(***)-***/**** nömrəli qərardadı ləğv edilmiş, ərizə təmin edilmiş, iddia ərizəsinə inzibati məhkəmə icraatı çərçivəsində baxılıb, yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" ##.##.2025-ci il tarixli *-**-*-*/*- ******/**** nömrəli qərarın icrası dayandırılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının **(*-*)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardadı ləğv edilmiş və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Eyni zamanda, cavabdeh iddiaçının barəsində ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" başqa bir qərar da qəbul etmiş və həmin qərarla iddiaçıya 120334,72 manat məbləğində əlavə dəyər vergisi hesablamışdır. Iddiaçı Bakı Inzibati Məhkəməsinə verdiyi iddia tələbinin həcmini artıraraq cavabdehin ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" qərarının da ləğvini tələb etmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı "xxxx" MMC Bakı Inzibati Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək, iddia ərizəsinə inzibati məhkəmə icraatı çərçivəsində baxılaraq yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı barəsində qəbul edilmiş "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarın icrasının dayandırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının 2026-cı ilin yanvar ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirmiş və ##.##.2026-cı il tarixli qərarla iddiaçıya əlavə olaraq 120334,72 manat ƏDV hesablamışdır. Həmin qərardan da göründüyü kimi, cavabdeh ƏDV qeydiyyatı bildirişini rəsmi olaraq ##.##.2025-ci ildən versə də, ƏDV qeydiyyatını yenə də daha əvvəlki dövrlərə aid etmişdir. Inzibatı aktın icrasının dayandırılması ücün ilkin təcili tənzimlənmə və iddianın böyük ehtimalla uğurlu olması halları mövcuddur. Belə ki, iddiaçı tibb müəssisəsi olaraq ##.##.2018-ci il tarixli lisenziya əsasında əhaliyə müxtəlif növ tibb xidmətlərinin göstərilməsi ilə məşğuldur. Klinika gündəlik olaraq kifayət qədər sayda vətəndaşlar qəbul edir və bir çox insanlar klinikada öz sağlamlığına qovuşur. Hazırda klinikada 39 nəfərdən ibarət olan tibb personalı fəaliyyət göstərir və həmin personal (işçi heyəti) həmin klinikadan aylıq əmək haqqları alır. Həmçinin, klinikada gündəlik cari fəaliyyətdən başqa, müxtəlif növ tibbi əməliyyatlar həyata keçirilir. Klinikanın gündəlik cari fəaliyyəti və həyata keçirilən əməliyyatlar ilə bağlı mütəmadi olaraq zəruri olan dərman vasitələri və digər zəruri tibbi ləvazimatlar alınır. Məlum məsələdir ki, bir çox "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC kimi nəhəng müəssisələr klinika fəaliyyəti ücün zəruri olan tibbi vasitələri və dərman vasitələrini yalnız nağdsız qaydada bank hesabı vasitəsi ilə bütün əməliyyatları aparırlar. Həmin müəssisələr klinikaya mütəmadi olaraq zərurət yarandığı kimi e-qaimə təqdim edərək malları təqdim edirlər, klinika isə həmin malların qiymətini yalnız naqdsız qaydada bank hesab vasitəsi və ƏDV depozit hesabı vasitəsi ilə ödəyir. Klinikanın bank hesablarına sərəncamlar qoyulmazdan əvvəlki dövrlərə aid olan alış sənədlərindən (e-qaimələr, bank hesabından ödəniş sənədləri, müqavilələr və sairə) görünür ki. klinika cari fəaliyyətinin, yəni əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinin təmin edilməsi üçün ay ərzində mütəmadi olaraq dərman vasitələrinin və tibbi ləvazimatların alınması ilə bağlı müxtəlif ödənişlər və əməliyyatlar həyata keçirilmişdir. Hazırda isə cavabdeh tərəfindən hesablanmış və hazırda mübahisələndirilən vergi məbləğinə görə iddiaçının bank hesablarına cavabdeh vergi orqanı tərəfindən sərəncamlar qoyulmuşdur ki, bu hal klinikanın cari fəaliyyətinin həyata keçirilməsi üçün böyük əngəl yaradır və demək olar ki, klinikanın fəaliyyəti hazırda iflic vəziyyətə düşmüşdür. Iddiaçı klinikanın bank hesablarının həbsdə olması (sərəncamların qoyulması səbəbindən) gələcəkdə nəinki əhaliyə tibbi xidmətlərin göstərilməsinin keyfiyyətinin aşağı düşməsinə, həyata keçirilən əməliyyat zamanı zəruri tibbi vasitələrin alınmasında problemlər (ödənişləri həyata keçirə bilməməsi səbəbindən) yarandığı üçün insanların sağlamlığına (misal olan işıq, qaz pulunun ödənilməməsi zamanı işıq və qazın kəsilməsi, əməliyyat zamanı zəruri olan vasitələrin alınmaması səbəbindən) ağır zərərlərin vurulmasına (hətta insanın əməliyyat zamanı vəfat etməsinə) səbəb ola bilər ki, bunun nəticəsində isə həmin zərərin qarşısının alınması mümkün olmayacaqdır. Ona görə də ilkin təcili tənzimləmənin aparılmasına xüsusi ehtiyac vardır. O ki qaldı, ikinci şərt olan iddianın böyük ehtimalla uğurlu olmasına, iddia tələbi də uğurlu iddiadır. Belə ki, vahid məhkəmə təcrübəsinin formalaşması ilə əlaqədar olaraq "məcburi qaydada ƏDV qeydiyyatına qoyulmasına" və "ƏDV üzrə bir neçə hesabat dövrünün vergilərini bir hesabat dövrünə hesablanmasına" aid olan yekunlaşmış bir sıra məhkəmə isində Ali Məhkəmə məcburi qaydada ƏDV qeydiyyatına qoyulmasını, ƏDV üzrə bir neçə hesabat dövrünə aid olan vergilərin bir hesabat dövrünə hesablanmasını və nəticə etibarı ilə əlavə vergilərin hesablanmasını qanunsuz hesab etmişdir. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin icraatında olan *-*(***)-*****/**** nömrəli məhkəmə işi üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı barəsində qəbul edilmiş "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarın icrası dayandırılmışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və ərizənin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati aktların icrası üzrə vergi ödəyicilərinin bank hesablarına sərəncamlar Vergi Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq iki formada göndərilir (alınmalı və dondurulmalı sərəncamlar). Vergi ödəyicisi vergi orqanının aktından məhkəməyə və yuxarı vergi orqanına şikayət verdikdə, onun bank hesabına borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam göndərilir, yəni həmin məbləğ dövlət büdcəsində deyil, vergi ödəyicisinin öz bank hesabında saxlanılmaqla istifadəsi dondurulur. Həmin məbləğdən əlavə digər məbləğlər üzrə məxaric əməliyyatlarına heç bir məhdudiyyət tədbiq edilmir. Inzibati Prosessual Məcəllənin 43.1.1-ci maddəsinə əsasən, müvəqqəti xarakterli müdafiə tədbirləri barədə qərardad ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən qəbul edilir. Vergi ödəyicisinin borcu üzrə onun öz bank hesabında olan vəsaitin 105 faizi həcmində dondurulmasının onun gələcəkdə hüquqlarının təmin və bərpa edilməsinin necə mümkün olmayacağına və ya necə xeyli dərəcədə çətinləşdirəcəyinə iddiaçı aydınlıq gətirməmişdir. Vergi orqanının vergi ödəyicisinin bank hesablarına göndərdiyi vəsaitlərin 105 faizi həcmində dondurulması həmin vəsaitlərin tam olaraq istifadəsini istisna etmir. Belə ki, dondurulan həmin vəsaitlər vergi orqanının sərəncamından asılı olmayaraq Mülki Məcəllənin 965-ci maddəsinin tələbləri üzrə vergi ödəyicisi tərəfindən aşağıdakı sadalanan zəruri hallar üzrə istifadə edilir: - həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblər; - alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan ödəniş sərəncamları və yaxud bu tələblərlə bağlı icra sənədləri əsasında verilən ödəniş sərəncamları üzrə hesabdan silmə; - əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi; - müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan ödəniş sərəncamları və yaxud bu tələblərlə bağlı icra sənədləri əsasında verilən ödəniş sərəncamları üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinmə. Göründüyü kimi, vergi ödəyicisinin bank hesabında olan vəsaitin 105 faizi həcmində dondurulması belə həmin vəsaitlərin vergi ödəyicisinin mümkün zəruri ehtiyacları üçün istifadəsini məhdudlaşdırmır. Belə olan halda, növbəliyin 3-cü bəndinə əsasən əmək haqqı ödənişləri vergi ödənişlərindən öncə olduğu üçün vergi ödəyicisi müvafiq xərclərini ödəyə bilər. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Ərizəçi "xxxx" MMC-yə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən (##.##.2026-cı ildə) məhkəmə bildirişi göndərilmiş və həmin bildirişdə ərizəçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Ərizəçinin nümayəndəsi vəkil Vəkil məhkəməyə ##.##.2026-cı il tarixli vəsatət göndərərək, ##.##.2026-cı ildən ##.##.2026-cı ilədək ölkə xaricində olacağına görə ##.##.2026-cı ilə təyin olunmuş iclasda iştirak etməsinin mümkün olmayacağını bildirmiş və məhkəmə iclasının vaxtını onunla razılaşdırmaqla başqa tarixə təyin olunmasını xahiş etmişdir. Vəsatətə Vəkil adına olan elektron təyyarə biletinin qəbzi əlavə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi "xxxx" MMC hüquqi şəxsdir və vəkalətli nümayəndəsinin ölkə xaricində olduğu müddətdə o, məhkəmədə başqa nümayəndə (öz işçiləri, yaxud vəkil) vasitəsilə təmsil oluna bilərdi. Lakin ərizəçi bunu etməmiş və bilavasitə özü məhkəmə iclasının hər hansı səbəbdən təxirə salınmasını məhkəmədən xahiş etməmişdir. Kollegiya bunu da nəzərə almışdır ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair işlərə təxirə salınmadan, yəni mümkün olan ən qısa müddətlərdə baxılmalıdır, nümayəndənin vəsatəti isə hazırkı məhkəmə iclasının ən azı 12 gün müddətə təxirə salınmasını hədəfləyir. Bundan başqa, bütün iş materialları "Elektron məhkəmə" informasiya sisteminə yerləşdirilmişdir və proses iştirakçıları, o cümlədən ərizəçinin nümayəndəsi öz fikirlərini yazılı şəkildə də məhkəməyə çatdırmaq imkanına malikdirlər. Beləliklə, kollegiya göstərilən halları nəzərə alaraq vəsatətin təmin olunmasını mümkün hesab etmədi və məhkəmə iclası ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirildi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə ... 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. ... Maddə 41. Inzibati aktın icrasının dayandırılması ... 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Hazırkı iş üzrə ərizəçi iddia tələbində mübahisələndirdiyi (cavabdehin onun barəsində qəbul etdiyi) inzibati aktın icrasının dayandırılmasını xahiş edir. "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarında qeyd edilmişdir ki, "...istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olubolmamasına dair dəyərləndirmə aparmalıdır...Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir." Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri inzibati aktın qanuniliyinə dair ilkin mövqenin ifadə edilməsi deyil, yekun məhkəmə müdafiəsi təmin olunanadək hüquqların faktiki müdafiəsinin təmin edilməsinə yönəlmiş müstəsna prosessual vasitədir. Bu baxımdan, "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarında da göstərildiyi kimi, belə tədbirin tətbiqi yalnız iki şərtin eyni vaxtda mövcud olduğu hallarda mümkündür: ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması (bu olmadıqda ziddiyyəti maraqların qiymətləndirilməsi). Bu şərtlərdən birincisi - təcililik - ilkin qiymətləndirilməli, yalnız onun mövcudluğu müəyyən edildikdən sonra iddianın uğurluluq ehtimalı araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin təcili tənzimləmənin mövcudluğu hər bir iş üzrə fərdi qaydada müəyyən edilməli olan faktiki məsələdir. Bu səbəbdən, yalnız vergi borcunun hesablanması, inzibati aktın icrasına başlanılması və ya vergi ödəyicisinin bank hesabları üzərində Vergi Məcəlləsində nəzərdə tutulmuş təminedici tədbirlərin tətbiq edilməsi özlüyündə təcililik meyarının mövcudluğu barədə nəticəyə gəlmək üçün yetərli əsas sayıla bilməz. Əks yanaşma, məhkəmənin hər bir vergi mübahisəsində inzibati aktın icrasını avtomatik dayandırmasına gətirib çıxarar ki, bu da, müvəqqəti xarakterli müdafiə tədbirinin müstəsna hüquqi təbiəti ilə uzlaşmır. Bu baxımdan, vergi ödəyicisinin fəaliyyət göstərdiyi sahənin əhəmiyyətli olması da ayrıca götürüldükdə, ilkin təcili tənzimləmə üçün kifayət etmir. Məsələn, tibb müəssisəsinin, bankın, təhsil müəssisəsinin və ya digər ictimai əhəmiyyətli fəaliyyət həyata keçirən sahibkarlıq subyekti olmaq hələ o demək deyildir ki, onun iştirak etdiyi bütün vergi mübahisələrində müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməlidir. Məhkəmə konkret halda həmin fəaliyyətin davam etdirilməsinin həqiqətən təhlükə altına düşüb-düşmədiyini, bu təhlükənin real olub-olmadığını, habelə həmin nəticələrin sonradan məhkəmə qərarı ilə aradan qaldırılmasının mümkün olub-olmadığını araşdırmalıdır. Yalnız ümumi ehtimallara və abstrakt mülahizələrə istinad olunması, ilkin təcili tənzimləmə üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, vergi borcu ilə bağlı bank hesablarına sərəncam qoyulması da, hər bir halda bərpası mümkün olmayan vəziyyət yaratmır. Vergi qanunvericiliyi dövlətin fiskal maraqlarının təmin edilməsinə yönəlmiş mexanizmlər müəyyən etmişdir və həmin mexanizmlərin tətbiqi hər bir halda vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin tam dayanması kimi qiymətləndirilə bilməz. Buna görə də, məhkəmə yalnız sərəncamın mövcudluğunu deyil, onun konkret vergi ödəyicisinin fəaliyyətinə faktiki təsirini araşdırmalıdır. Bu zaman vergi ödəyicisinin sərbəst istifadə edə bildiyi digər pul vəsaitlərinin olub-olmaması, alternativ maliyyələşmə imkanları, dövriyyəsinin həcmi, sərəncamın bütün hesablara, yoxsa yalnız müəyyən məbləğə aid olması, gündəlik fəaliyyətin hansı konkret hissəsinin həmin tədbir nəticəsində iflic vəziyyətinə düşməsi kimi hallar qiymətləndirilməlidir. Xüsusilə, bank hesablarına qoyulmuş sərəncam yalnız o halda ilkin təcili tənzimləməni zəruri edən vəziyyət yarada bilər ki, həmin tədbir nəticəsində vergi ödəyicisinin cari fəaliyyətini davam etdirməsi obyektiv olaraq mümkünsüz olsun və ya əhəmiyyətli dərəcədə çətinləşsin. Belə hallara, məsələn, əməkhaqqının ödənilməsinin tam mümkünsüz olması, əsas təchizatçılar qarşısında öhdəliklərin icra edilə bilməməsi nəticəsində fəaliyyətin dayanması, lisenziyalaşdırılmış fəaliyyətin faktiki olaraq həyata keçirilə bilməməsi, geri qaytarılması mümkün olmayan müqavilə münasibətlərinin pozulması, hüquqi şəxsin bazardan çıxması təhlükəsi və ya sonradan kompensasiya edilməsinin mümkün olmadığı digər nəticələr aid edilə bilər. Məhkəmə bu nəticələrin ehtimal xarakterli deyil, konkret sübutlarla təsdiq edilən real təhlükə təşkil edib-etmədiyini müəyyən etməlidir. Bu baxımdan, tibb müəssisələri ilə bağlı işlərdə də qiymətləndirmə ümumi qaydadan fərqlənmir. Klinikanın tibbi xidmət göstərməsi, xəstə qəbul etməsi, əməliyyatlar aparması və ya tibbi ləvazimatlardan istifadə etməsi ilkin təcili tənzimləmənin zəruriliyi barədə avtomatik nəticə yaratmır. Hazırkı iş üzrə ərizəçiyə mübahisələndirilən qərarla cəmi 120334,72 manat vergi hesablanmışdır. Işə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi borcu üzrə bank hesablarına sərəncamların qoyulması, hesabların dondurulması, vəsaitin silinməsi və əmlakın siyahıya alınması kimi icra tədbirləri ərizəçinin klinika kimi fəaliyyətini faktiki iflic edə, tibbi xidmətlərin göstərilməsində, dərman və tibbi ləvazimatların alınmasında, habelə işçilərin əməkhaqlarının ödənilməsində ciddi çətinliklər yarada bilər. Bu qənaətə gələrkən məhkəmə əsasən ərizəçinin ay ərzində qəbul etdiyi xəstələrin statistik göstəricilərinə və kreditor öhdəliklərinin məbləğinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin təcili tənzimləmənin zəruriliyinə dair belə qiymətləndirmə işin bütün əhəmiyyətli hallarının araşdırılmasına əsaslanmır. Belə ki, vergi ödəyicisinin çoxsaylı işçilərinin, geniş müştəri çevrəsinin və ya ictimai əhəmiyyət kəsb edən fəaliyyət növünün mövcudluğu özlüyündə bank hesablarına tətbiq edilmiş təminedici tədbirlərin, onun fəaliyyətini faktiki mümkünsüz etməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Bu hallar yalnız vergi ödəyicisinin fəaliyyətinin xarakterini göstərir, lakin həmin fəaliyyətin konkret tətbiq olunmuş təminedici tədbirlər nəticəsində hansı həddə məhdudlaşdığını sübut etmir. Ilkin təcili tənzimləmənin zəruriliyinin müəyyən edilməsi üçün, ilk növbədə, tətbiq olunmuş tədbirin vergi ödəyicisinin maliyyə vəziyyətinə real təsiri araşdırılmalıdır. Bu baxımdan, hesablanmış vergi məbləğinin, vergi ödəyicisinin ümumi illik və aylıq dövriyyəsində tutduğu xüsusi çəki, bank hesablarında mövcud pul vəsaitinin həcmi, sərbəst istifadə edilə bilən digər maliyyə resurslarının olub-olmaması, vergi məbləğinin ödənilməsi və ya dondurulması nəticəsində cari ödənişlərin hansı hissəsinin faktiki olaraq icra edilə bilməyəcəyi, habelə bu vəziyyətin fəaliyyətin davam etdirilməsinə nə dərəcədə təsir göstərəcəyi konkret maliyyə göstəriciləri əsasında müəyyən edilməlidir. Yalnız bu cür araşdırma nəticəsində bank hesablarına qoyulmuş sərəncamların vergi ödəyicisi üçün həqiqətən bərpası çətin və ya qeyrimümkün nəticələr doğurub-doğurmadığı barədə əsaslandırılmış nəticəyə gəlmək mümkündür. Bundan əlavə, birinci instansiya məhkəməsi vergi orqanının qərarının icrasının MMCnin işçilərinə əmək haqqının ödənilməsinin dayandırılması ilə nəticələnəcəyi barədə qənaətə gəlsə də, bu qənaətini əsaslandırmamışdır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 965-ci maddəsində bank hesabından pul vəsaitinin silinməsi zamanı tələblərin növbəliliyi müəyyən edilmişdir. Həmin norma bank hesabında olan vəsaitlərin bütün hallarda vergi orqanının tələblərinə yönəldilməsini nəzərdə tutmur, əksinə, qanunla müəyyən edilmiş hallarda əməkhaqqı, aliment, sağlamlığa vurulmuş zərərin ödənilməsi və digər üstün hüquqi əhəmiyyətə malik öhdəliklər üzrə tələblərin əvvəlcə icrasını təmin edir. Eyni zamanda, birinci instansiya məhkəməsi iddiaçının 566732,47 manat məbləğində kreditor öhdəliklərinin olmasına istinad etsə də, həmin hal ayrıca götürüldükdə ilkin təcili tənzimləmənin zəruriliyini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, kreditor borclarının mövcudluğu onların hamısının eyni hüquqi rejimə malik olması və ya tətbiq olunmuş təminedici tədbirlər nəticəsində icrasının avtomatik olaraq mümkünsüz olması anlamına gəlmir. Nəzərə alınmalıdır ki, qanunvericilik pul vəsaitlərinin bank hesablarından silinməsi zamanı tələblərin növbəliliyini müəyyən etməklə müxtəlif öhdəliklər arasında hüquqi prioritet fərqi yaratmışdır. Mülki Məcəllənin 965-ci maddəsindən irəli gələn hüquqi tənzimləmə bank hesabında olan vəsait hesabına bütün kreditor tələblərinin eyni ardıcıllıqla təmin edilməsini deyil, qanunla müəyyən edilmiş növbəliliyə riayət olunmasını nəzərdə tutur. Bu baxımdan, vergi öhdəlikləri də dövlətin fiskal maraqlarının təmin edilməsinə xidmət edən konstitusion xarakterli öhdəliklərdən olmaqla, qanunvericilikdə müəyyən edilmiş qaydada icra edilməlidir. Deməli, vergi ödəyicisinin digər şəxslər qarşısında mülki-hüquqi öhdəliklərinin mövcudluğu özlüyündə onun vergi öhdəliklərinin icrasının təxirə salınmasına və ya aradan qalxmasına əsas vermir. Beləliklə, məhkəmə, ilkin təcili tənzimləmənin qiymətləndirilməsi zamanı bir tərəfdən, dövlətin vergi borcunun təmin olunması ilə bağlı legitim fiskal maraqlarını, digər tərəfdən isə vergi ödəyicisinin yekun məhkəmə qərarı qəbul edilənədək hüquqlarının faktiki müdafiəsinə olan ehtiyacını qarşılıqlı şəkildə nəzərə almalı, bu maraqlar arasında proporsional tarazlığı təmin etməlidir. Bu qiymətləndirmə abstrakt ehtimallara deyil, konkret iş üzrə müəyyən edilmiş faktiki hallara, həmin halların doğurduğu real nəticələrə və bu nəticələrin sonradan aradan qaldırılmasının mümkün olub-olmamasına əsaslanmalıdır. Məhz belə yanaşma, müvəqqəti xarakterli müdafiə tədbiri institutunun məqsədinə, Plenum Qərarında ifadə olunmuş hüquqi mövqeyə və Inzibati Prosessual Məcəllənin tələblərinə uyğun hesab edilə bilər. Lakin kollegiya bu nəticəyə gəldi ki, ərizəçi "xxxx" MMC-nin irəli sürdüyü dəlillər və məhkəmə tərəfindən müəyyən olunmuş hallar ilkin təcili tənzimləmənin zəruriliyini təsdiq etmir. Işə baxan birinci instansiya məhkəməsi bu istiqamətdə qiymətləndirməni düzgün aparmamışdır. Digər tərəfdən, məhkəmə kollegiyası iddianın uğurluluq ehtimalı ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın uğurluluq ehtimalını müəyyən edə bilmədiyinə görə ziddiyyətli maraqları qiymətləndirərək ərizənin təmin edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə bu qənaətini yuxarıda göstərilən eyni hallarla, yəni ərizəçinin bank hesablarının məxaric əməliyyatlarının dondurulması nəticəsində ərizəçi üçün çətinliklərin yaranacağı ehtimalı ilə əsaslandırmışdır. Kollegiya bununla razılaşmır və qeyd edir ki, əvvəla, ilkin təcili tənzimləmənin zəruriliyinin müəyyən olunmadığı halda, iddianın uğurluluğunun qiymətləndirilməsinə zərurət qalmır, digər tərəfdən isə, eyni hallar həm təcili tənzimləmənin zəruriliyinin, həm də ziddiyyətli maraqların qiymətləndirilməsi üçün istifadə oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayəti təmin edilərək birinci isntansiya məhkəməsinin qərardadı ləğv olunmalı və müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi "xxxx" MMC-nin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi rədd edilsin. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-6)-122/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-122/2026
31.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver