Məhkəmə qərarları › İş №15(3-6)-123/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-123/2026

29.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̈Respublikası̈adından Qərardad Bakı̈şəhəri İş̈№̈15(3-6)-123/2026 29.07.2026 BAKÏAPELLYASIYÄMƏHKƏMƏSI iddiaçı Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsinə dair iş üzrə GIRIŞ HISSƏ Bakı̈ApellyasiyäMəhkəməsinin̈Inzibatïkollegiyası Hakimlər̈Ağalarov̈Həmid̈Azər̈oğlunun̈sədrliyïvə̈məruzəsïilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, cavabdehin̈nümayəndəsïX1̈iştirakı̈ilə, iddiaçı Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-ci il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı̈qəbul̈etdi. TƏSVIRI HISSƏ Işin halları: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs2 adına daşınmaz əmlakın reyestr nömrəsi 010013004020-06301, qeydiyyat nömrəsi ********** olan, ##.##.2023-cü il tarixdə qeydiyyata alınmış 0,10522 ha torpaq sahəsinə dair çıxarışın üçüncü şəxs1 adına daşınmaz əmlakın reyestr nömrəsi 010013004062-06301, qeydiyyat nömrəsi ********** olan ##.##.2023-cü il tarixdə qeydiyyata alınmış 0,1360 ha torpaq sahəsinə dair çıxarışların verilməsinə əsas olan Cavabdeh tətəfindən torpaq sahələrinin icarəyə verilməsi barədə ## ### 2023-cü il tarixli *** nömrəli sərəncamın, həmin sərəncam əsasında bağlanmış **** nömrəli ## ### 2023cü il tarixli və **** nömrəli ## ### 2023-cü il tarixli icarə müqavilələrinin, eyni zamanda torpaq sahələrinin və qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi haqqında ## #### 2023cü il tarixli *** nömrəli sərəncamın və həmin sərəncam əsasında satılması barədə Əmlak Məsələləri Dövlət Xidməti tətəfindən imzalanmış *** nömrəli ## ##.2023-cü il tarixli və *** nömrəli ##.##.2023-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqavilələri'nin məhkəmə qaydasındäetibarsız̈hesab̈olunması̈barədə̈qərar̈qəbul̈edilməsinïxahiş̈etmişdir. Eyni zamanda iddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Inzibati Məhkəməsinin icraatında olan *-*(***)- *****/**** saylı inzibati işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehə həmin ərazidə özgəninkiləşdirmə işinin aparılması, eyni zamanda həmin ərazidə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Abdulkərim oğluna və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 0,95 ha torpaq sahəsində hər hansı tikinti-quraşdırma və söküntü işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.̈̈ Birinci instansiya məhkəməsinin iclas protokollarında üçüncü şəxs1 və üçüncü şəxs2 əsas iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş kimi göstərilsə də, həmin şəxslərin üçüncü şəxs qismində cəlb edilməsinə dair qərardad hazırkı iş materiallarına əlavə̈edilməmişdir. Ərizənin əsaslandırması: Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 152,7 kv.metr olan 010011005072-***** reyestr nömrəli ##.##.2021-ci il tarixli Çıxarışa əsasən əmlak kompleksi onun və digərlərinin paylı mülkiyyətindədir. Həmin əmlak kompleksinin yerləşdiyi 0,95 ha torpaq sahəsinə keçmiş Dövlət Əmlakının Idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən № ****** saylı texniki pasport verilmişdir. Əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi texniki pasportda göstərilən ölçüdə faktiki istifadəsindədir. Mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi 0,95 ha torpaq sahəsinin icarəyə verilməsi və sonradan mülkiyətinə satılması (özəlləşdirilməsi) ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə ## ###### 2023-cü il tarixdə ərizə ilə müraciət olunmuşdur. Müraciətinə ## ###### 2024-cü il tarixli № *-21-3/2-A-1404-8/2023 məktubla cavab olaraq bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsində texniki inventarlaşdırma işləri aparıldıqdan sonra, qaldırdığı məsələnin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərlə birlikdə, müəssisənin payçıları və etibarnamə üzrə vəkil olunmuş şəxs tərəfindən şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq ərizə formasını imzalamaq üçün Xidmətin inzibati binasına müraciət edilməsi zəruridir. Bundan sonra Xidmətin inzibati binasına gedilərək cavab məktubunda qeyd olunan ərizə forması səlahiyyətli şəxs tərəfindən doldurularaq imzalanmış və Xidmətə təqdim edilmişdir. Elə həmin ərəfələrdə tanımadığı şəxslər qanuni istifadəsində olan torpaq sahəsinə gələrək, torpaq sahəsinin 0,35 ha hissəsinin müvafiq çıxarışlar əsasında onlara məxsus olduğunu və qalan hissələrin də özəlləşdirilməsi ilə bağlı aidiyyəti üzrə müraciət edərək torpaq sahəsini həmin ölçülərdə başqa şəxslərin adlarına özgəninkiləşdirmək istədiklərini bildirmişlər. Hətta ayrı-ayrı şəxslər alıcı qismində özbaşına torpaq sahəsinə də daxil olmuşdurlar. Bundan sonra, yəni ## ###### 2023-cü il tarixdə tərəfimizdən vətəndaşlar üçüncü şəxs2 adına daşınmaz əmlakın reyestr nömrəsi 010013004020-06301, qeydiyyat nömrəsi ********** olan, ##.##.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışın, üçüncü şəxs1 adına daşınmaz əmlakın reyestr nömrəsi 010013004062-06301, qeydiyyat nömrəsi ********** olan ##.##.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə ərizə müraciət etdi. Eyni zamanda ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə yuxarıda qeyd olunan şəxslərin adlarına qeydiyyata alınmış çıxarışların verilməsi üçün əsas olan sənədlərin (qərarların, sərəncamın hərracın keçirilməsi barədə protokolun, alqı-satqı müqaviləsinin və digər sənədlərin) ləğv olunması ilə bağlı da müraciət etmişdir. Həmçinin * saylı vəkil bürosunun vəkili tərəfindən ## ###### 2024-cü il tarixli ** saylı məktubla həmin şəxslərin adlarına qeydiyyata alınmış çıxarışların verilməsi üçün əsas olan sənədlərin (qərarların, sərəncamın hərracın keçirilməsi barədə protokolun, alqı- satqı müqaviləsinin və digər sənədlərin) təsdiq olunmuş surətlərinin verilməsi üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət də olunmuşdur. Lakin həmin müraciətlərlə bağlı cavabdeh orqanlar tərəfindən heç bir tədbir görülməmiş, sadəcə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli 3- 21-3-30/2-KOL068-35/2023 ************ saylı və ## ###### 2024-cü il tarixli 3-21-3- 30/2-AOOL14-8/2024 ************ saylı eyni məzmunlu məktublarla cavab verilərək bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunduğu kimi üçüncü şəxs2 və üçüncü şəxs1 adına daşınmaz əmlakın reyestrində qeydə alınmış çıxarışların ləğvi ilə bağlı müraciətinin müsbət həllindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən ## ###### 2024-cü il tarixli 3-21-3-30/2- KÖL068-35/2023 ************ saylı məktubla imtina etmişdir. Bundan sonra tərəfindən Bakı şəhər Xətai rayon Məhkəməsində Cavabdeh qarşı, Əmlak Məsələləri Dövlət Xidməti ilə vətəndaşlar üçüncü şəxs2 arasında bağlanılmış *** nömrəli ##.##.2023-cü il tarixli və üçüncü şəxs1 arasında bağlanılmış *** nömrəli ##.##.2023-cü il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı müqavilələri”nin etibarsız hesab olunması ilə bağlı iddia qaldırılmışdır. Məhkəmə̈araşdırması̈zamanı̈cavabdeḧƏmlak̈MəsələlərïDövləẗXidmətinin̈səlahiyyətli nümayəndəsi tərəfindən vətəndaşlar üçüncü şəxs2 adına hazırlanmış ********** qeydiyyat nömrəli, 01,08.2023-cü il tarixli və üçüncü şəxs1 adına hazırlanmış ********** qeydiyyat nömrəli, 01,08.2023-cü il tarixli çıxarışların verilməsi üçün əsas olan icarə müqavilələri, sərəncamlar, alqı-satqı müqavilələri və digər sənədlər məhkəməyə təqdim olunmuşdur. Sənədlər araşdırılarkən məlum olmuşdur ki, onların istifadəsində olan torpaq sahəsində yerləşən bəzi tikililərə ayrıca ünvan verilməklə həmin şəxslərlə icarə müqavilələri bağlanılmış və sonradan isə həmin tikililərə məxsus olan torpaq sahələri ilə birlikdə alqısatqı qaydasında həmin vətəndaşlara satılmışdır. Sənədlərdən elə görünür ki, guya həmin əmlaklar ayrı-ayrı ünvanlarda yerləşir. Hansı ki, həmin tikililər onun icraatında olan torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh “xxxx” publik hüquqi şəxsin (qeydiyyat №*****) balansında olan daşınmaz dövlət əmlakı haqqında reyetrindən çıxarışda əmlak haqqında məlumatdan məlum olur ki, güya 6,3 kv.m sahəsi olan gözətçi otağı ünvan 1 ünvanında yerləşməklə ərazinin ümumi torpaq sahəsi 1359,7 kv. metr təşkil edir və ərazi hasar daxilindədir. Həmçinin Cavabdeh “xxxx” publik hüquqi şəxsin (qeydiyyat №*****) balansında olan daşınmaz dövlət əmlakı haqqında reyetrindən çıxarışda əmlak haqqında məlumatdan məlum olur ki, əmlak kompleksinin keçid binası adı altında ünvan 2 ünvanında yerləşməklə ərazinin ümumi torpaq sahəsi 1052,2 kv. metr təşkil edir və ərazi hasar daxilindədir. Qeyd edir ki, hüquqi sənədlərdə torpaq sahələrinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi yazılmışdır. Hansı ki, həmin torpaq sahələri dövlət əmlakının yerləşdiyi torpaq olduğu üçün bu dövlət torpağıdır və həmin torpaq sahəsi istifadədə olan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi Kazımağa Kərimov küçəsi, 34/75; Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0,95 ha torpaq sahəsinin bir hissəsidir. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış özəlləşdirmə prosesi mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli * nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2024-cü il tarixli * nömrəli Qərarı ilə həmin qərara 6.2-ci bənd əlavə edimişdir. Həmin qərara əlavə edilmiş bəndin tələbinə əsasən “Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həmin inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bu səbəbdən də tərəfindən həmin iddia Xətai rayon məhkəməsindən geri götürülmüş və hüquqlarının müdafiə oluması ilə bağlı Bakı Inzibati Məhkəməsində iddia qaldırmışdır. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən vətəndaşlar üçüncü şəxs2 adına daşınmaz əmlakın reyestr nömrəsi 010013004020- 06301, qeydiyyat nömrəsi ********** olan, ##.##.2023-cü il tarixdə qeydiyyata alınmış 0,10522 ha torpaq sahəsinə dair çıxarışın, üçüncü şəxs1 adına daşınmaz əmlakın reyestr nömrəsi 010013004062-06301, qeydiyyat nömrəsi ********** olan ##.##.2023-cü il tarixdə qeydiyyata alınmış 0,1360 ha torpaq sahəsinə dair çıxarışların verilməsinə əsas olan Cavabdeh tətəfindən torpaq sahəslərinin icarəyə veilməsi barədə ## ### 2023-cü il tarixli *** nömrəli sərəncam, həmin sərəncam əsasında bağlanmış **** nömrəli ## ### 2023-cü il tarixli və **** nömrəli ## ### 2023-cü il tarixli icarə müqavilələri, eyni zamanda torpaq sahələrinin və qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi haqqında ## #### 2023-cü il tarixli *** nömrəli sərəncam və həmin sərəncam əsasında satılması barədə Əmlak Məsələləri Dövlət Xidməti tətəfindən imzalanmış *** nömrəli ##.##.2023-cü il tarixli və *** nömrəli ##.##.2023-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqavilələri” məhkəmə qaydasında etibarsız hesab olunsun. Hal-hazırda həmin inzibati işin baxılması icraatdadır. Lakin buna baxmayaraq həmin ərazidə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Abdulkərim oğlu və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adlı şəxslər tərəfindən tikinti-quraşdırma və söküntü işləri aparırlar. Hesab edir̈ki,̈cavabdehə̈həmin̈ərazidə̈özkəninkiləşdirmə̈işinin̈aparılması,̈eynïzamanda həmin ərazidə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Abdulkərim oğluna və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 0,95 ha torpaq sahəsində hər hansı tikinti-quraşdırma və söküntü işlərinin aparılması inzibati işə məhkəmədə baxılıb qurtaranadək̈qadağan̈edilməlidir. Cavabdehin etirazları: Cavabdeh ərizəyə dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli qərarının 8.4-cü bəndinə əsasən mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Bildirilir ki, hazırkı məsələ digər iddiaçı X3 ərizəsi əsasında bundan əvvəl məhkəmə araşdırması predmeti olmuş və qanuni qüvvəyə minmiş̈məhkəmə̈qərarı̈ilə̈təmin̈edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə̈müvəqqətïxarakterlïmüdafiə̈tədbirïbarədə̈ərizə̈təmin̈edilməmişdir.̈ Iddiaçı tərəf birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul̈edilməsinïxahiş̈etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ali Məhkəmə Plenumunun ##.##.2024-cü il tarixli * nömrəli Qərarı (Bənd 6.2) tələb edir ki, inzibati akt və müqavilə birgə mübahisələndirilirsə, buna inzibati məhkəmədə baxılmalıdır. Aktların qanunsuzluğu ehtimalı (iddianın uğurluluğu) varkən tədbirin rədd edilməsi iddiaçını müdafiəsiz qoyur. "Təcililik" və "Bərpaedilməz zərər" riskinin düzgün qiymətləndirilməməsi Ali Məhkəmə Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli Qərarına əsasən, tədbir üçün "təcili tənzimləmənin zəruriliyi" və "iddianın uğurluluq ehtimalı" məcmu halda mövcud olmalıdır. Mübahisəli ərazidə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 tərəfindən intensiv söküntü və tikinti işləri aparılır. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarına uyğun olaraq, müvəqqəti müdafiə tədbiri gələcəkdə çıxarıla biləcək müsbət qərarın icrasını çətinləşdirəcək zərərin qarşısını almalıdır. Əgər tikinti başa çatarsa, inzibati aktların ləğvi iddiaçının mülkiyyət hüququnu real olaraq bərpa etməyəcək, məhkəmə qərarı "kağız üzərində" qalacaqdır. Maraqların mütənasibliyi balansının pozulması IPM-in 40.1-ci maddəsinə əsasən, tədbir iddiaçının hüquqlarının qorunmasına yönəlməlidir. Üçüncü şəxslərin bir neçə aylıq tikinti dayanmasından görəcəyi cüzi maddi ziyan, iddiaçının babasından qalan və paylı mülkiyyətində olan vahid ərazinin və tikililərin məhv edilməsi ilə müqayisədə əhəmiyyətsizdir. Məhkəmə iddiaçının mülkiyyət hüququna olan bu ağır müdaxilənïgörməzdən̈gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 üçüncü şəxs qismində (zəruri cəlbetmə) hazırkı̈ərizə̈üzrə̈icraatäcəlb̈edilmişdir.̈ Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası IPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin̈qərardadının̈dəyişdirilmədən̈saxlanılmasını̈xahiş̈etmişdir. ƏSASLANDIRMA HISSƏSI Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə̈baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir,̈şikayətin̈mümkün̈sayılmaması̈üçün̈əsaslar̈yoxdur Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin iclas protokollarında üçüncü şəxs1 və üçüncü şəxs2 əsas iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş kimi göstərilsə də, həmin şəxslərin üçüncü şəxs qismində cəlb edilməsinə dair qərardad hazırkı iş materiallarına əlavə edilməmiş, yekun məhkəmə aktında bu barədə qeyd edilməmiş və həmin şəxslərə məhkəmə bildirişləri göndərilməmişdir.̈ Digər tərəfdən hazırkı müvəqqəti xarakterli müdafiə barədə ərizənin birbaşa aid olduğu (üzərinə vəzifə qoyulması tələb olunan) inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 da ərizə üzrə icraatäcəlb̈edilməmişdir.̈ Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 üçüncü şəxs qismində (zəruri cəlbetmə) hazırkı̈ərizə̈üzrə̈icraatäcəlb̈edilmişdir.̈ Hazırkı instansiyada həmin üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə qanunlämüəyyən̈edilmiş̈qaydadäxəbərdar̈edilmişdirlər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlər kobud prosessual pozuntu kimi qiymətləndirilməməklə yanaşı, nəticə etibarilə düzgün olan məhkəmə qərarının ləğvi üçün də̈əsas̈yaratmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması̈ilə̈razılaşaraq̈aşağıdakıların̈qeyd̈edilməsinïzərurïhesab̈edir. Azərbaycan̈Respublikası̈Inzibati-Prosessual̈Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterlïmüdafiə)̈barədə̈məhkəməyə̈ərizə̈ilə̈müraciəẗedə̈bilər; 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eynïvaxtda,̈yaxud̈məhkəmə̈icraatının̈gedişində̈verilə̈bilər; 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoyäbilər; 41.1 maddəsinə əsasən, inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması̈həmin̈aktın̈icrasını̈dayandırmır; 41.2 maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə̈də̈qərardad̈qəbul̈edə̈bilər; 41.3 maddəsinə əsasən, məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətlərïetməkdən̈çəkinməyə̈dair̈öhdəlik̈qoyäbilər; 41.4 maddəsinə əsasən, inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək̈dayandırılır; 41.5 maddəsinə əsasən, inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin̈edilməməsïhaqqındäməhkəmə̈qərardadından̈şikayəẗverilə̈bilər. 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə̈qərardadın̈qəbul̈edilməsïüçün̈aşağıdakılar̈əsas̈sayılır:̈ 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeylïdərəcədə̈çətinləşəcəyïsəbəbindən̈ilkin̈təcilïtənzimləmənin̈zərurïolması;̈ 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması̈ehtimalının̈müəyyən̈edilməsi.̈ Göründüyü kimi, IPM-in 40-cı maddəsi müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi barədə məhkəməyə müraciət etmə qaydasına, məhkəmənin görə biləcəyi müvəqqəti xarakterli müdafiə tədbirlərinin növlərinə ümumi məlumatverici xarakter daşısa da, həmin Məcəllənin 41.1-ci maddəsində inzibati aktın mübahisələndirilməsinin onun icrasını dayandırmamasını təsbit etməklə, 41.2-ci maddəsində məhkəmənin iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktın icrasının dayandırılması üçün konkret meyar müəyyən edir ki, bu da işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın̈böyük̈ehtimalläuğurlüolacağı̈qənaətinə̈gəlməsïilə̈əlaqədardır.̈ Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin əsaslılığını qeyd edilən şərtlər baxımından yoxlamalı və məsələnin həlli zamanı qiymətləndirməni işin faktiki və hüquqi hallarının ilkin araşdırılmasına əsasən aparmalıdır. Araşdırmanın həcmi yalnız iddianın uğurlu olacağına dair böyük ehtimalın və ilkin təcili tənzimləmənin müəyyən edilməsi ilə məhdudlaşmalıdır. Araşdırma həcminin məhdud olması icraatın təcili xarakterindən irəli gəlir. Iddianın uğurluluğu barədə böyük ehtimal o zaman mövcud olur ki, obyektiv əlamətlər əsasında ərizəçinin iddia icraatında qalib gələcəyi barədə məhkəmənin gümanları daha çox olsun. Böyük ehtimal və ya güman proqnoz səviyyəsində olsa belə, məhkəmə tərəfindən ilkin araşdırma nəticəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini zəruri edən səviyyədə müəyyən edilməlidir. Yəni məhkəmədə ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalının mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Belə uğurluluq ehtimalının qiymətləndirilməsi bir qayda olaraq maddi hüquq̈normalarınäistinadlähəyatäkeçirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı̈şəxsə̈təsirïvə̈s.̈qiymətləndirilir.̈ Təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır. Bu zaman, həmçinin nəzərə almaq lazımdır ki, təcililiyin mövcudluğunun əsaslandırılması və ona dair sübutların təqdim olunması ilk növbədə ərizəçinin üzərinə düşür. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin̈görülməsinə̈ehtiyac̈vardır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyinə uyğun araşdırma apararaq müəyyən edir ki, hazırkı̈ərizə̈üzrə̈ilkin̈təcilïtənzimləmənin̈zərurïolması̈halı̈mövcud̈deyildir. Işin hallarından müəyyən olunur ki, hazırkı iddia üzrə iddiaçı üçüncü şəxslərin onun qanuni istifadəsində olan torpaq sahəsində tikinti, söküntü, quraşdırma işlərinin aparıldığı, torpaq sahəsini özgəninkiləşdirmək ehtimallarının olduğunu əsas gətirərək iddia olunan torpaq sahəsi ilə bağlı üçüncü şəxslərə müvafiq hərəkətlərin edilməsinin qadağan edilməsini xahiş etsə də lakin qadağan edilməsi tələb edilən üçüncü şəxslər cavabdehin müvafiq sərəncamları əsasında adlarına daşınmaz əmlakın dövlət reyetsrində hüquqları qeydiyyata alınmış şəxslərdir. Bu halda mülkiyyətçilərin mülkiyyətilərində olan əmlaklarla bağlı̈müvafiq̈hərəkətlərin̈edilməsinin̈qadağan̈edilməsïhaqlı̈sayıläbilməz.̈ Bununla əlaqədar xüsusilə qeyd edilməlidir ki, iddiaçılar inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 Ərizəçi qarşı maneələrin aradan qaldırılması tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin *(***)-**-**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçılar inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 iddiası təmin edilmiş, tikinti işlərinə cavabdeh Ərizəçi tərəfindən maneələrin yaradılması qadağan edilməsi, iddiaçı Ərizəçi cavabdehlərə qarşı əmlak tələbinə dair iddiasının̈rədd̈edilməsïqəraräalınmışdır.̈ Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli 2(102)- ****/**** nömrəli qərarı ilə kassasiya şıkayəti təmin edilməmişdir.̈ Sözügedən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsində qeyd edilmişdir ki: “Ərizəçi məxsus ünvan 1 ünvan 3) ünvanında yerləşən ümumi sahəsi 152,7 kv.m olan əmlak kompleksinin Texniki pasportunda qeyd olunan ölçülər, konfiqurasiya, tikililərin yerləşmə vəziyyətinin faktiki vəziyyətdə 152 kv.mlik əmlak kompleksinin yerləşdiyi ərazi kimi təqdim olunan torpaq sahəsinin ölçülər, konfiqurasiya, tikililərin yerləşmə vəziyyəti ilə fərqli olduğundan Ərizəçi məxsus Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 34/75 ümumi sahəsi 152.7 kv.m olan əmlak̈kompleksinïnaturadämüəyyən̈etmək̈mümkün̈olmamışdır”.̈ Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə Ərizəçi məxsus qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin naturada yerləşdiyi yer müəyyən edilməmiş, bu əsasla üçüncü şəxslərin həmin torpaq sahəsi ilə bağlı iddiaçıya qarşı iddiaları-torpaq̈sahəsïilə̈bağlı̈maneələrin̈edilməsïqadağan̈edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTICƏVI HISSƏ Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü̈maddələrinïrəhbər̈tutaraq,̈məhkəmə̈kollegiyası qərara aldı: Iddiaçı̈Ərizəçïtərəfindən̈verilmiş̈apellyasiyäşikayətïtəmin̈edilməsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən̈saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiyäşikayətïverilə̈bilər.̈̈̈̈̈̈̈ Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar