Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-125/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və artıq tutulmuş vəsaitin geri qaytarılması” iddiasına dair inzibati iş üzrə iddiaçı Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inizbati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının pensiyasından hər hansı məbləğin tutulmasının müvəqqəti dayandırılması barədə qərardad qəbul edilməsin xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cari ilin mart ayında pensiyasını alarkən tutulma olmağını bilmişdir. Səbəbini öyrənmək üçün müraciət etmiş, cavabdeh tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli məktubda göstərilmişdir ki, onun əmək pensiyası yenidən hesablanmış və guya artıq ödəniş müəyyən edilmişdir. Lakin pensiyanın hesablanması zamanı istifadə edilən məlumatların düzgünlüyü və əsaslandırılması ona aydın deyil, “Əmək pensiyaları haqqında” Qanunun tələbləri tam və düzgün tətbiq edilməmişdir. Onun hüquqları pozularaq ona qanuni şəkildə ödənilən məbləğ daha doğrusu ödənilməli məbləğ sonradan “artıq ödəniş” kimi təqdim edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərar şəffaf, əsaslandırılmış və hüquqi baxımdan kifayət qədər izahlı deyil. Bundan əlavə ona təqdim olunan hesablamada fərdi hesab, kapital, indeksasiya və s. məsələlər tam izah olunmamışdır. Hazırkı mübahisə üzrə cavabdeh tərəfindən iddiaçının pensiyasından “artıq ödəniş” adı ilə məbləğin tutulması davam edir. Bu isə onun yeganə gəlir mənbəyinin azalmasına səbəb olur. Sosial vəziyyətini ağırlaşdırır. Sonradan hüquqların bərpasını çətinləşdirir. Cavabdeh orqan ərizəyə etiraz edir və bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 12.1-ci maddəsinin ##.##.2015-ci il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya işi qovluğundakı sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.2006-cı il tarixinədək 23 il 3 ay 20 gün sığorta stajı, ##.##.2006-cı il tarixindən pensiya təyin olunan tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 5548,67 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanın məbləği yenidən hesablanaraq ##.##.2023-cü il tarixindən 434,55 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanın məbləği indeksləşdirilərək ##.##.2024-cü il tarixindən 483,21 manat, ##.##.2025-ci il tarixindən 522,36 manat, ##.##.2026-cı il tarixindən 570,93 manat müəyyən edilib. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qanunun 01.01,2021-ci il tarixinədək qüvvədə olan 19.1.2-ci maddəsinə əsasən İ dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat, digər İ dərəcə əlilliyi olan şəxslərə 22 manat məbləğində (2017-ci ilin # #### tarixindən sonra təyin edilən pensiyalara tətbiq olunur) pensiyanın sığorta hissəsinə əlavə hesablanırdı. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, ##.##.2021-ci il tarixindən sözügedən əlavə ləğv olunmasına baxmayaraq, pensiyanın sığorta hissəsinin tərkibinə daxil edilərək illər üzrə indeksləşdirilib, iddiaçıya ödənilmişdir. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyanın məbləğində ##.##.2023-cü il tarixindən ##.##.2026-cı il tarixinədək artıq ödənilmiş məbləğ müəyyən edilmişdir. Hər hansı bir tutulma aparılmır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## #### 2020-ci il tarixli Nizamnaməsinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun faəliyyət istiqamətlərindən biri əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görməkdir. Göründüyü kimi Fond pensiya təyinatı sahəsində dövlət siyasətini həyata keçirən inzibati orqandır və pensiya qanunla müəyyən olunmuş əsaslarla təyin olunur.Təyin olunmuş pensiya məbləğinin dayandırılması və ya azaldılması da qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Fond tərəfindən ərizəçiyə münasibətdə artıq hesablanaraq ödənilmiş pensiya məbləğinin tutulması barədə qərarın qəbul olunması onun fəaliyyət istiqamətlərindən biridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, ərizəçinin vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir. Ərizəçi apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun əsaslandırılmış və bildirilmişdir ki, məhkəmə həmçinin təcililik meyarını düzgün qiymətləndirməmişdir. Qərardadda yalnız pensiyanın məbləğinin göstərilməsi ilə kifayətlənilmiş, lakin iddiaçının yeganə gəlir mənbəyinin məhz pensiya olduğu, həmin pensiyadan hər ay tutulmalar aparıldığı, bunun onun gündəlik yaşayışına, müalicəsinə və sosial təminatına birbaşa təsir etdiyi araşdırılmamışdır. Məhkəmə həmçinin ziddiyyətli maraqların qiymətləndirilməsini də tam aparmamışdır. Müvəqqəti olaraq tutulmaların dayandırılması dövlət büdcəsinə ciddi zərər vurmur. Əksinə, tutulmaların davam etməsi iddiaçının sosial təminat hüququna və normal yaşayış səviyyəsinə əhəmiyyətli təsir göstərir. Buna görə də maraqlar balansı iddiaçının xeyrinə qiymətləndirilməli idi. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinə dair etiraz daxil olmuş və ərizəyə dair etiraza uyğun əsaslandırılmışdır. Müvəqqəti xarakterli müdafiə tədbirləri üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxıldığına görə tərəflər məhkəmə iclasına dəvət edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakı sxem üzrə Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin yoxlanılmasını zəruri hesab edir: Ərizəçinin maddi tələbinin mövcud Hazırda iddiaçı Ərizəçi cavabdeh olması ehtimalının müəyyən edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və artıq tutulmuş vəsaitin geri qaytarılması” tələbinə dair iddia tələbi Bakı İnzibati Məhkəməsinin icraatındadır. Müddətin gözlənilməsi (ötürülüb- müddət ötürülməmişdir ötürülməməsi) Ərizənin əsaslı olmasının müəyyən edilməsi: 1.iddia qaldırmaq səlahiyyətinin olması ərizəçi iddia qaldırmaq səlahiyyətindədir 2.cavabdeh tərəfin düzgün müəyyən Azərbaycan Respublikası Əmək və Əhalinin edilməsi Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı 3.kifayət qədər əsaslandırmanın kifayət qədər əsaslandırma mövcud deyil və olması (mövcud vəziyyətin dəyişəcəyi mövcud vəziyyətin dəyişəcəyi təqdirdə təqdirdə onun hüquqlarının təmin və ya ərizəçinin hüquqlarının bərpa edilməsinin bərpa edilməsinin mümkün olmaması mümkün olmaması və bu səbəbdən ilkin təcili və bu səbəbdən ilkin təcili tənzimləmənin həyata keçirilməsinin zəruriliyi tənzimləmənin həyata keçirilməsinin müəyyən edilmir. zəruriliyi (işin konkret halları ilə) II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2-ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. İş materiallarından görünür ki, iddiaçıya ##.##.2015-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra ##.##.2006-cı il tarixinədək 23 il 3 ay 20 gün sığorta stajı, ##.##.2006-cı il tarixindən pensiya təyin olunan tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 5548,67 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanın məbləği yenidən hesablanaraq ##.##.2023-cü il tarixindən 434,55 manat müəyyən edilmişdir. Qanunun 29.1- ci maddəsinə əsasən əmək pensiyanın məbləği indeksləşdirilərək ##.##.2024-cü il tarixindən 483,21 manat, ##.##.2025-ci il tarixindən 522,36 manat, ##.##.2026-cı il tarixindən 570,93 manat müəyyən edilmişdir. Hazırda iddiaçı əsas iddia tələbi üzrə yekun qərar qəbul edilənədək iddiaçının pensiyasından hər hansı məbləğin tutulmasının müvəqqəti dayandırılmasını xahiş etmişdir. Belə ki, işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Ərizəçi əmək pensiyasından hər hansı tutulma və ya əvəzləşmə aparılmamışdır. Belə ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli qərarında göstərilmişdir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Göründüyü kimi, inzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə qiymət verilərkən əsasən iddiaçının (ərizəçinin) hüquqlarının müdafiəsi istiqamətində araşdırma aparılmalı olmasını təsbit etmişdir. Lakin bu o mənaya gəlmir ki, qeyd edilən ərizələrə baxılarkən “tərəflərin hüquq bərabərliyi” və “mütənasiblik” prinsipləri nəzərə alınmamalıdır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun #.##.2023-cü il tarixli 14 № li qərarında aşağıdakılar qeyd edilmişdir: “Bir sıra hallarda ilkin araşdırmanın gedişində obyektiv səbəblərdən bəzi mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi məsələsi üzrə həmin an tam əminliklə qənaətə gəlmək mümkün olmaya bilər. Məsələn, iddiaçının hüquqi müdafiə marağının mövcud olubolmadığını, iddia müddətinin ötürülüb-ötürülmədiyini və ya subyektiv hüquqa malik olubolmadığını müəyyən etmək həmin mərhələdə qeyri-mümkün ola və qeyd edilən halların aydınlaşdırılması üçün əlavə araşdırmanın aparılması tələb oluna bilər. Belə halların mövcudluğu müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarın şəxslərə yekun hüquqlar vermədiyi, hüquqa edilmiş müdaxilənin həcmi və ağırlığı, eləcə də görüləcək təminat tədbirlərinin prinsip olaraq inzibati orqanların qanunsuz müdaxiləsindən qorunmağa yönəldiyi nəzərə alınmaqla ərizəçinin xeyrinə şərh olunmalıdır. İlkin araşdırmanın aparılmasına baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə dair ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi ilk növbədə müvəqqəti xarakterli müdafiə icraatının tərəflərinin, bəzən isə hətta cəmiyyətin maraqları nəzərə alınmaqla qiymətləndirilmə aparılmasını tələb edir. Bir qayda olaraq, fiziki və hüquqi şəxslərin fərdi halları nəzərə alınmaqla onların hüquqi statuslarına müdaxilə nə qədər böyük olarsa, inzibati aktın icrasının dayandırılmasına olan ehtiyacın da bir o qədər çox olduğu qəbul edilir. Bundan başqa, ziddiyyətli maraqların qiymətləndirilməsi inzibati aktın icra olunmasının (daha sonra iddia icraatında aktın qanunsuz olduğu müəyyən edilərsə) və ya olunmamasının (daha sonra iddia icraatında aktın qanuni olduğu müəyyən edilərsə) tərəflərə, eləcə də ictimai maraqlara vuracağı ziyanın həcmi müqayisə edilməklə də aparıla bilər. İnzibati aktın icrasının dayandırılmasında maraqlı olan tərəfə xas olan fərdi hallar nəzərə alındıqda onun hüquqlarının pozulması ilə müqayisədə digər tərəfə və ya ictimai maraqlara vurulacaq ziyan daha az əhəmiyyətli kimi qəbul edilə bilərsə, məhkəmə müvafiq əsaslandırmaya istinadla ziddiyyətli maraqların qiymətləndirilməsini ərizəçinin (iddiaçının) xeyrinə apara bilər...” Qeyd olunanlardan belə nəticə hasil olur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş şəxs iddiasının uğurlu olduğuna ilk öncə özü əmin olmalı və pozulması ehtimal edilən hüququnun müdafiəsi üçün, ilkin təcili tənzimləmənin həyata keçirilməsi məqsədilə məhkəmədən müvafiq tədbirin tətbiq edilməsini xahiş etməlidir. İşə baxan məhkəmə də ilkin araşdırma zamanı ərizəçi ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə, onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalı, ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli ziyan hesabına nəticələrin qarşısını almaq mümkün ehtimalının olduğu hallarda, məhkəmə müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul etmək səlahiyyətinə malikdir ki, hazırda da belə bir halların mövcudluğu müəyyən olunmur. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsini barədə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegyiası, ərizəçinin apellyasiya şikayətinin – birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Qeyd olunanlara əsasən və İPM-in 40.2, 55.4 və 55.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-6)-125/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-125/2026
23.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver