Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-127/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X7 ibarət tərkibdə, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN HALLARI
1. İş materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, *-**-****/***Q nömrəli qərarının icrasının, iddia üzrə işə mahiyyəti üzrə baxılıb qurtaranadək, dayandırılmasını xahiş edir.
2. İddiaçı ##.##.2025-ci il tarixində Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əsas iddia tələbinə baxılıb yekun məhkəmə aktı qəbul edilənə qədər, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ##.##.2025-ci il tarixli *-**- ****/***Q saylı qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-cı il tarixli, **(***)-***/**** saylı qərardadı ilə müvəqqəti xarakterli müdafiə barədə ərizənin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ##.##.2025-ci il tarixli *-**-****/***Q saylı “Gömrük borcunun yaranması haqqında” qərarının icrasının dayandırılması qərara alınmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının **(***)-***/**** nömrəli, ## ######## 2025-ci tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-cı il tarixli, **(***)-***/**** saylı qərardadı ləğv edilmiş, Ərizəçi QSC tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının **(***)-***/**** saylı ##.##.2025-ci il tarixli Qərarı ilə ərizəçi Ərizəçi QSC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, **(***)-***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının **(***)-***/**** nömrəli, ## ######## 2025-ci tarixli qərardadında qeyd edilmişdir ki - hazırkı halda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcud olmalıdığından ilkin təcili tənzimləməyə ehtiyac yaranmamışdır.
7. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli auditor rəyində göstərilmişdir ki, müəssisənin 99 nəfər işçisi olduğu, aylıq əmək haqqı fondu 4 ay müddətdə ortalama 457982.52 manat, əmək haqqı ödənişləri gecikdirildiyi təqdirdə 50 % maliyyə sanksiyası (228 991.26 manat) tətbiq edilir, DSMF hesablamaların 84241.84 manat, Gömrük rəsmiləşdirilməsində hazırda gözləmədə olan ##.##.2023 tarixli AZ-BG- **-**** saylı müqaqviləyə əsasən 1 ədəd Canon nişanlı Vantage Orlan (X6 cihazı) 2618194.77 manat məbləğdə olan mal material avandanlığın həmin malın gömrük nəzarətindən gecikməsinə görə 471275.1 manat ƏDVni əvəzləşdirilməsi aparılmadığı təqdirdə 471275.1 manat müvafiq dövr üzrə vergi borcu, həmçinin hər 30 gündən bir 14138.25 manat faiz hesablanması nəzərdə tutulur. Qeyd edilən öhdəlikləri icrası gecikdiyi müddətdə Gömrük nəzarətində olan gecikməsinə görə gündəlik 500 manat olmaqla 68 gün müddətdir ki gecikmədədir, buna əsasən ümumlikdə 34 000.0 manat əlavə hesablanmışdır, MDSS ödənişlərini bank vasitəsiləri ödəmək mümkün olmadığı təqdirdə həmin MDSS borcu (84241.84 manat) və əlavə olaraq günlük 0.1% olmaqla 130 gün gecikməyə görə ümumilikdə ortalama 13% penya (10951.44 manat) hesablaması nəzərdə tutulmuşdur. Yekun olaraq qeyd edilən məlumatlara uyğun olaraq düzgün və ədalətli təsəvvür yaradır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq əgər “X2” QSCdə bank hesabına qoyulan ##.##.2025 tarixli №*-**-****/*-******/**** saylı 15,16,** nömrəli sərəncamın davam etdiyi müddətdə 843.597,89 manat məbləğdə zərər ödəməli olacaqdır.
8. Yeni faktiki hala, yəni “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli auditor rəyinə və Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2025-ci il tarixli Qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Ərizəçi QSC barəsində qəbul edilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-****/***Q nömrəli qərarı ləğv edilməsi, əsassız yazılmış 251265,48 manat gömrük borcunun silinməsi vəzifəsi cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin üzərinə qoyulmasına istinad edərək ərizəçi tərəfindən yenidən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) Birinci instansiya məhkəməsində icraat
9. Ərizəçi (İddiaçı) Ərizəçi QSC cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “cavabdehin ##.##.2025-ci il tarixli, *-**- ****/***Q nömrəli qərarının ləğv edilməsi, əsassız yazılmış 251265,48 manat gömrük borcunun silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Həmçinin, ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-****/***Q nömrəli qərarının ləğv edilməsi, əsassız yazılmış 251265,48 manat gömrük borcunun silinməsi barədə yekun məhkəmə aktı qəbul edilənə qədər, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-****/***Q nömrəli qərarının icrasının müvəqqəti dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-****/***Q nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Sözügedən qərarın icrası ilə bağlı, bank hesablarının üzərinə sərəncam qoyulmuşdur. Sərəncam nəticəsində maliyyə vəziyyəti kəskin şəkildə dəyişmiş, bunu təsdiq edən audit rəyi məhkəməyə təqdim ediləcəkdir. Ərizəçi əlavə ərizə təqdim edərək bildirmişdir ki, ##.##.2026-cı il tarixdə maliyyə vəziyətinin pisləşməsini təsdiq etmək üçün auditə müraciət olunmuş və verilmiş audit rəyində də Gömrük tərəfindən qoyulmuş sərəncamla hansı maliyyə çətinliklərinə düşdüyü bir daha öz təsdiqini tapmışdır. Əgər bu 1-2 aydan artıq davam edərsə ( belə ki işin mahiyyəti üzrə baxılması Bakı Apellyasiya Məhkəməsində iyul ayına təyin olunmuşdur, həmin iclasda yekun məhkəmə aktının qəbul olunub-olunmuyacağı məlum deyil, həmçinin, praktikadan bilindiyi kimi, əgər mizə qərar qəbul olunarsa inzibati orqan , məhkəmə aktından şikayət verəcəkdir) maliyyə duru çox çətin vəziyyə, şirkəti iflasına gətirib çıxaracaqdır. Qoyulmuş sərəncamla şirkət demək olarki iflic vəziyyətindədir.
12. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməsi qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən borc məbləğinin icrasının dayandırılması ilə bağlı məhkəmə qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə mübahisənin həlli əsas iddianın mahiyyəti üzrə həllini ehtiva etməsə də, əsas iddiaya bağlıdır və onun uğurluluq ehtimalından, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən asılıdır.
14. Beləliklə, İPM-in 41-ci maddəsinə əsasən, ərizə verilən zaman hakim inzibati aktın maddi və formal hüquq normaları baxımından qanuni olub-olmadığını ehtimal əsasında yoxlayır. Bu zaman hüquqi mübahisəyə iddia icraatı çərçivəsində qiymət veriləcəyi təqdirdə gözlənilən nəticə yalnız təsəvvür edilir. Başqa sözlə, icraatın konkret mərhələsindən asılı olaraq qeyri-müəyyən və ya daha dəqiq ola bilən proqnoz verilə bilər. Bu, həmçinin o deməkdir ki, qərarın qəbul edilməsi vaxtını uzadan sübutların xxxxdırılması prosesi həyata keçirilmir.
15. Məhkəmə iddiaçının ərizəsinin əsaslarını xxxxdıraraq, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- *****/**** saylı məhkəmə işi üzrə iddiaya baxılıb, qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ##.##.2025-ci il tarixli, *-**- ****/***Q nömrəli qərarın icrası dayandırılmalıdır.
16. Cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsi apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
c) Apellyasiya şikayətinin dəlilləri
Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-
17. cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı aşağıdakı səbəblərdən ləğv olunmalıdır: Belə ki, yuxarıda qeyd olunan audit rəyi sonradan Bakı İnzibati Məhkəməsinə təqdim edilərək iş materiallarına əlavə edilmişdir. Xüsusilə qeyd edirlər ki, həmin audit rəyinə əsasən audit prosesi ##.##.2026-cı il tarixində başa çatdırılmış, sənəd elə həmin tarixdə qeydiyyata alınaraq "X3 Konsulluq" tərəfindən tərtib edilmişdir. Buna baxmayaraq, Bakı İnzibati Məhkəməsi icraatında olan 15(4- *)-***/**** nömrəli iş üzrə audit rəyinin təqdim edilməsindən dərhal bir gün sonra, həmin rəyin əsaslılığı və etibarlılığı tam xxxxdırılmadan, audit rəyinin hazırlanması zamanı hansı sənədlərin istifadə edilməsinin müəyyənləşdirilməsi istiqamətində əlavə xxxxdırma aparılmadan və audit nəticələrinin obyektivliyinə hüquqi qiymət verilmədən, eləcə də məhkəmə iclası təyin edilmədən iddiaçının ərizəsi təmin edilmişdir. Təqdim edilmiş audit rəyinin məzmunundan görünür ki, həmin rəy iddiaçı Ərizəçi QSC ilə auditor arasında bağlanmış ödənişli müqavilə əsasında hazırlanmışdır. Rəydə audit yoxlamasının cəmiyyət tərəfindən təqdim olunmuş sənədlər əsasında aparıldığı qeyd edilmiş, eyni zamanda həmin sənədlərin düzgünlüyü və həqiqiliyinə görə məsuliyyətin audit təşkilatına deyil, birbaşa olaraq Ərizəçi QSC-yə aid olduğu göstərilmişdir. Auditor öz növbəsində yalnız təqdim edilmiş məlumatlar əsasında rəy verdiyini bəyan etmişdir. Xüsusilə diqqətə çatdırılmalıdır ki, audit rəyində cəmiyyətin maliyyə vəziyyətinin ağırlaşması əsasən ##.##.2023-cü il tarixli, AZ-BG-**-**** nömrəli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqələndirilmişdir. Lakin iş materiallarına əlavə edilmiş məlumatlardan görünür ki, auditor rəyinin verildiyi tarixdən sonrakı ##.##.2026-cı il tarixində ərizəçi tərəfindən ##.##.2023-cü il tarixli, AZ-BG-**-**** nömrəli müqavilə çərçivəsində xarici kontragent olan “xxxx” şirkətinə münasibətdə 2.284.692,24 rusiya rublu, təqribən 2,28 milyon rubl və ya 53484.65 manat məbləğində beynəlxalq bank köçürməsi həyata keçirmişdir. Bu hal cəmiyyətin bank əməliyyatlarını aparmaq, xarici iqtisadi fəaliyyət üzrə öhdəliklərini icra etmək və maliyyə dövriyyəsini davam etdirmək imkanlarının mövcud olduğunu göstərir. Ərizəçinin təkrar müraciətində göstərilən halların Ali Məhkəmənin ##.##.2025- ci il tarixli qərarında qiymətləndirilmiş hallardan mahiyyət etibarilə fərqlənmir.Bununla yanaşı, iş materiallarına əlavə edilən məlumatlardan görünür ki, iddiaçı bir tərəfdən maliyyə vəziyyətinin ağırlaşdığını, müqavilə öhdəliklərini yerinə yetirmək imkanının məhdudlaşdığını və müflisləşmə təhlükəsinin yarandığını iddia etsə də, digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından sonrakı dövrdə xarici kontragentlərə mütəmadi və iri həcmli ödənişlər həyata keçirməkdə davam etmişdir. Aşağıda qeyd edilən tarixlərdəm müvafiq müqavilə üzrə ümumilikdə 17.249.631,44 (on yeddi milyon iki yüz qırx doqquz min altı yüz otuz bir rubl 44 qəpik) məbləğində vəsait köçürülmüşdür: AZ-BG-**-**** nömrəli müqavilə üzrə ödənişlər: ##.##.2026-cı il – 2.524.834,10 Rusiya rublu ##.##.2026-cı il – 2.482.918,67 Rusiya rublu ##.##.2026-cı il – 2.496.792,40 Rusiya rublu ##.##.2026-cı il – 2.528.285,34 Rusiya rublu ##.##.2026-cı il – 2.502.589,39 Rusiya rublu ##.##.2026-cı il – 2.429.519,30 Rusiya rublu ##.##.2026-cı il – 2.284.692,24 Rusiya rublu Bu ödənişlərin ümumi məbləği milli valyutada 40.381.387,20 (qırx milyon üç yüz səksən bir min üç yüz səksən yeddi manat 20 qəpik) təşkil edir. Həmin məbləğ gömrük borcunun təminatı məqsədilə bank hesabları üzrə dondurulmuş 251.265,48 manat məbləğində vəsaitdən təxminən 161 dəfə çoxdur. Belə olan halda, iddiaçının bank hesablarına tətbiq edilmiş məhdudiyyətlərin onun müqavilə öhdəliklərini yerinə yetirməsini mümkünsüz etdiyi, maliyyə vəziyyətini kritik həddə çatdırdığı və müflisləşmə təhlükəsi yaratdığı barədə iddiaları iş materiallarında mövcud olan faktiki maliyyə əməliyyatları ilə təsdiq olunmur, əksinə təkzib edilir. Audit rəyində yoxlama zamanı auditora təqdim edilmiş konkret sənədlərin siyahısı, həmin sənədlərin məzmunu, auditin hansı ilkin maliyyə sənədləri əsasında aparıldığı, habelə cəmiyyətin müflisləşmə və ya maliyyə çətinliyi ilə üzləşməsi nəticəsinə hansı iqtisadi və hüquqi əsaslarla gəlindiyi göstərilməmişdir. Ərizəçinin maliyyə vəziyyətinə dair nəticələrə əsaslanan bu sənəd-audit rəyi mübahisə predmeti üzrə mühüm sübut kimi qəbul edildiyi halda, audit rəyinin əsaslandığı sənədlər məhkəmə tərəfindən tələb edilməmiş, həmin sənədlərin həqiqiliyi və etibarlılığı yoxlanılmamış, cavabdehin bu istiqamətdə hər hansı etiraz və mülahizələr irəli sürməsinə şərait yaradılmamışdır. Ərizəçi adından ##.##.2026-cı il tarixindən sonra 30 yeni xarici iqtisadi müqavilə bağlanılmış və həmin müqavilələr üzrə həmin dövr üzrə ödənişlər həyata keçirilmişdir. Bu hal onu göstərir ki, şirkət audit rəyinin əsaslandırılması üçün istinad etdiyi ##.##.2023-cü il tarixli, AZ-BG- **-**** nömrəli müqavilə üzrə öhdəliklərini yerinə yetirmək imkanından tam məhrum olmamışdır.Təcili tənzimləmə zərurətinin sübut olunmamış və məhkəmənin sübut olunmamış təcililiyə bərpası sonradan mümkünsüz hal kimi yanlış hüquqi qiymət vermişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025ci il tarixli, **(***)-***/**** nömrəli işi üzrə qəbul etdiyi Qərarın hüquqi əsaslılığı həmin qərarın qəbulundan sonrakı dövrdə iddiaçının maliyyə vəziyyətinin ağırlaşması və ya müflisləşmə təhlükəsinin yaranması barədə irəli sürülən iddiaların mövcud faktiki göstəricilərlə təsdiq olunmaması ilə bir daha öz təsdiqini tapır. Belə ki, Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə X9 Platformasından əldə edilmiş fərdi hesabat məlumatlarına əsasən, Ərizəçi QSC tərəfindən ##.##.2025-ci il tarixindən ##.##.2026-cı il tarixinədək olan dövr ərzində yəni “6 ay” ərzində gömrük dəyəri təqribən 6.936.707,97 manat, başqa sözlə təqribən 6,94 milyon manat təşkil edən idxal əməliyyatları həyata keçirilmişdir. Baş İdarə tərəfindən tətbiq edilmiş sərəncam tədbirinin məbləği 251.265,48 manat təşkil edir ki, bu da iddiaçının qeyd olunan dövr ərzində həyata keçirdiyi təxminən 6,94 milyon manat məbləğində idxal dövriyyəsinin cəmi 3,62 faizinə bərabərdir. Belə bir nisbət tətbiq edilmiş təminat tədbirinin iddiaçının sahibkarlıq fəaliyyətini iflic etməsi və ya onun maliyyə sabitliyini ciddi şəkildə pozması barədə iddiaların iqtisadi göstəricilərlə təsdiq olunmadığını göstərir.Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadını ləğv edilərək, ərizəçi Ərizəçi QSC-nin müvəqqəti xarakterli ərizəsinin rədd edilməsi haqqında qərardad qəbul edilməsi xahiş olunmuşdur.
18. Apellyasiya baxışı zamanı cavabdeh şikayətə qoşma sənədləri yenidən təqdim etmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya baxışı zamanı iddiaçı tərəf yazılı münasibət təqdim etməmişdir.
e) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 16.3 və 81.3cü maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası və şifahi dinləmələr keçirilmədən baxılacağı, etiraz və mülahizələri Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərə bilmələri barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir.
21. Belə ki, İnzibati Prosessual Məcəllənin 16.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: … Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. İnzibati aktın icrasının dayandırılması 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin xxxxdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə xxxxdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi.
23. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı . 4.1-1-ci bəndində göstərilmişdir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2 və 4.1-3-cü bəndlərində qeyd olunur ki, təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı xxxxdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4-cü bəndinə əsasən hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. İddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. 4.3. Məhkəmələr nəzərə almalıdırlar ki, bu qaydada ərizə verən şəxslər ağlabatan müddət ərzində əsas iddianın özünün qaldırılmasına yönəlmiş konkret hərəkətlər etməlidirlər. Belə ki, iddia vermək istəməyən şəxsin müvəqqəti xarakterli müdafiə tədbirindən istifadə etməsinə hüquqi marağı yaranmır. 4.4. İddia qaldırılanadək verilmiş ərizələr üzrə çıxarılmış təminat tədbirlərinin tətbiqi haqqında qərardadlardan verilmiş şikayətlər əsasında iş yuxarı instansiya məhkəməsinin icraatında olduqda, iddianın özünün qaldırılmadığı halından çıxış etməklə təminat tədbirinə dair qərardad ləğv edilməklə ərizə mümkün sayılmamalıdır. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 11.8. İnzibati aktın icrasının dayandırılması ilə bağlı məsələ üzrə qərar qəbul edə bilmək üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmadığı ilə bağlı aparılan xxxxdırma nəticəsində məhkəmənin gəldiyi qənaət işə mahiyyəti üzrə baxılmasının sonunda gəlinən yekun və qəti qənaət deyildir. 11.9. Bu zaman məhkəmənin qənaəti yalnız icraatın həmin mərhələsinədək mövcud olan işin hallarının xxxxdırılması nəticəsində yaranır, gəlinən həmin qənaət müvəqqəti olur, proqnoz və ehtimala əsaslanmaqla formalaşır. 11.15. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin xxxxdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin xxxxdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır.
Apellyasiya baxışının hədləri
24.Apellyasiya şikayətində ərizəçi tərəfindən qərardad tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 25.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə ərizəçi subyektiv hüquqa malikdir.
27. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına əsasən baxılan işdə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin rədd edilməsi üçün əsaslar mövcuddur.
28. Belə ki, Ərizəçi QSC tərəfindən 2022-ci il ərzində müxtəlif gömrük bəyannamələri (ümumilikdə 6 gömrük bəyannaməsi) əsasında ölkəyə idxal edilmiş “GentleLase Pro-U” markalı lazer avadanlıqları «9018 90 840 0» təsnifat kodunda bəyan edilmişdir.
29. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.2-ci maddəsinə uyğun olaraq ##.##.2025-ci il tarixində başlanılmış inzibati icraat zamanı malların düzgün təsnifat kodunda bəyan edilmədiyi müəyyən edilmiş, nəticədə ##.##.2025-ci il tarixli, *-**-****/***Q nömrəli Qərarla ümumilikdə 251.265,48 manat məbləğində gömrük borcu yaranmışdır.
30. İddiaçı sözügedən Qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, eyni zamanda Qərarın icrasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsini xahiş etmişdir.
31. Bundan öncə də iddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir.
32. Belə ki, iddiaçı ##.##.2025-ci il tarixində Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əsas iddia tələbinə baxılıb yekun məhkəmə aktı qəbul edilənə qədər, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ##.##.2025-ci il tarixli *-**-****/***Q saylı qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
33. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-cı il tarixli, **(***)-***/**** saylı qərardadı ilə müvəqqəti xarakterli müdafiə barədə ərizənin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ##.##.2025-ci il tarixli *-**-****/***Q saylı “Gömrük borcunun yaranması haqqında” qərarının icrasının dayandırılması qərara alınmışdır.
34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının **(***)-***/**** nömrəli, ## ######## 2025-ci tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-cı il tarixli, **(***)-***/**** saylı qərardadı ləğv edilmiş, Ərizəçi QSC tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının **(***)-***/**** saylı ##.##.2025-ci il tarixli Qərarı ilə ərizəçi Ərizəçi QSC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, **(***)-***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
36. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının **(***)-***/**** nömrəli, ## ######## 2025-ci tarixli qərardadında qeyd edilmişdir ki - hazırkı halda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcud olmalıdığından ilkin təcili tənzimləməyə ehtiyac yaranmamışdır.
37. Yeni faktiki hala, yəni “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli auditor rəyinə və Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2025-ci il tarixli Qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Ərizəçi QSC barəsində qəbul edilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-****/***Q nömrəli qərarı ləğv edilməsi, əsassız yazılmış 251265,48 manat gömrük borcunun silinməsi vəzifəsi cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin üzərinə qoyulmasına istinad edərək ərizəçi tərəfindən yenidən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verilmişdir.
38. Cavabdeh tərəfindən aşağıdakı əsas sübutlar təqdim edilmişdir: - İddiaçının 1 il ərzində təxminən 14 milyon manat faktura dəyərində idxal əməliyyatları həyata keçirməsi; - Şirkətin mülkiyyətində 34 müxtəlif təyinatlı nəqliyyat vasitəsinin olması; -Mübahisəli məbləğin şirkətin ümumi maliyyə dövriyyəsi ilə müqayisədə fəaliyyətini iflic edəcək həcmdə olmaması; -Təcililik barədə arqumentlərin digər işlərdə də (“xxxx” Firmasının məhkəmə işi) eyni formada təkrarlanması.
39. Daha öncə baxılan iş üzrə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının **(***)- ***/**** nömrəli, ## ######## 2025-ci tarixli qərardadı) apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilkin təcili tənzimləmənin zəruriliyini sübuta yetirməmişdir. Şirkətin 251265,48 manat məbləğində mübahisəli borcun 105%-i həcmində dondurulması halında belə, ərizəçi 51 nəfər işçisinin əmək haqqını qarşılıya bilmə qabiliyyətinə malik olduğu, 251.265,48 manat məbləğində borcun təmin edilməsinin onun fəaliyyətini dayandıracaq və ya hüquqlarının sonradan bərpasını mümkünsüz edəcək nəticələr yaratmadığı qənaətinə gəlinmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, 15(102)- ***/**** nömrəli qərarında Kassasiya şikayətinin əsas arqumentləri ondan ibarət olmuşdur ki, Şirkətdə 98 nəfərin çalışır və icrası dayandırılması tələb olunan sərəncam işçilərin əmək haqqının verilməsi zamanı şirkəti iflic vəziyyətinə salacaq; Həmçinin, 14milyon manat faktura dəyərli mallar idxaldan sonra satılmışdır.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, 15(102)- ***/**** nömrəli qərarında məhkəmənin mövqeyi belə olmuşdur ki, “ ....28. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizədən, eyni zamanda işdə olan sənədlərdən ilkin təcili tənzimlənmənin zəruri olması müəyyən edilmir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan ərizəçinin mülkiyyətində müxtəlif təyinatlı 34 avtomobil mövcud olduğu, apelyasiya şikayətinə əlavə edilmiş çıxarışda Ərizəçi QSC-in ##.##.2024-##.##.2025-ci il tarix intervalı aralığında, başqa sözlə, 1 (bir) illik dövr ərzində faktura dəyəri təqribən 14 milyon manat olan malları ölkəyə idxal edildiyi görünür 29. Yuxarıda qeyd olunan hallarla ərizəçinin yüksək maliyyə dövriyyəsinə malik olduğu, yəni, öz fəaliyyətini davam etdirəcək qədər dövriyyə və aktiv resursa sahib olduğu müəyyən edilir. 30. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, 251265,48 manat məbləğində mübahisəli borcun 105%-i həcmində dondurulması halında belə, ərizəçi 51 nəfər işçisinin əmək haqqını qarşılıya bilmə qabiliyyətinə, yəni maliyyə imkanına sahibdir. 31. Bundan əlavə iddiaçı tərəfindən elektron məhkəmə sisteminə daxil edilmiş məlumatdan görünür ki, iddiaçı Ərizəçi QSC-nin cavabdeh Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi Bakı İnzibati Məhkəməsi tərəfindən əsaslı hesab edilmiş və iddia təmin edilmişdir. 32. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, əsas iddianın təmin edilməsi faktı müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməsi üçün hazırkı iş üzrə yetərli əsas sayıla bilməz. Belə ki, yuxarıda qeyd edilən iddiaçı barəsində olan məlumatlar onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ##.##.2025-ci il tarixli *-**-****/***Q saylı “Gömrük borcunun yaranması haqqında” qərarı icra olunacağı, mövcud vəziyyətin dəyişəçəyi təqdirdə ərizəçinin hüquqlarının xeyli dərəcədə çətinləşəcəyi baş verməyəcəkdir. 33. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, ilkin təcili tənzimlənmənin zəruri olması iş materialları ilə müəyyən edilmədiyindən apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas olaraq qəbul edilə bilməz....”
42. Hazırkı iş üzrə Ərizəçi QSC maliyyə vəziyyətinin ağırlaşdığı, müflisləşmə təhlükəsinin yarandığı və hüquqlarının əhəmiyyətli dərəcədə çətinləşdiyi barədə ##.##.2026-cı il tarixli ərizə ilə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin ##.##.2026-cı il tarixli ərizədə iddiaçının iflas və ya fəaliyyətinin iflic vəziyyətinə düşməsi ilə bağlı hər hansı sübutedici sənəd təqdim edilməmişdir.
43. Ərizəçinin sonradan təqdim etdiyi ##.##.2026-cı il tarixli auditor rəyində bildirilmişdir ki, müəssisədə 99 nəfər işçi çalışır, aylıq əməkhaqqı fondu yüksəkdir və sərəncamların qüvvədə qalması nəticəsində əməkhaqqı ödənişlərinin gecikməsi, sosial sığorta öhdəliklərinin yerinə yetirilməməsi, vergi öhdəliklərinin yaranması və digər maliyyə sanksiyalarının tətbiqi riski mövcuddur. Auditor rəyində həmçinin sərəncamın davam etdiyi müddətdə müəssisəyə ümumilikdə 843.597,89 manat məbləğində zərər dəyə biləcəyi göstərilmişdir.
44. Təqdim edilmiş audit rəyinin məzmunundan görünür ki, Rəydə audit yoxlamasının cəmiyyət tərəfindən təqdim olunmuş sənədlər əsasında aparıldığı qeyd edilmiş, eyni zamanda həmin sənədlərin düzgünlüyü və həqiqiliyinə görə məsuliyyətin audit təşkilatına deyil, birbaşa olaraq Ərizəçi QSC-yə aid olduğu göstərilmişdir. Auditor öz növbəsində yalnız təqdim edilmiş məlumatlar əsasında rəy verdiyini bəyan etmişdir.
45. Xüsusilə məhkəmə Kollegiyası qeyd edir ki, audit rəyində cəmiyyətin maliyyə vəziyyətinin ağırlaşması əsasən ##.##.2023-cü il tarixli, AZ-BG-**-**** nömrəli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqələndirilmişdir. Lakin iş materiallarına əlavə edilmiş məlumatlardan görünür ki, auditor rəyinin verildiyi tarixdən sonrakı ##.##.2026-cı il tarixində ərizəçi tərəfindən ##.##.2023-cü il tarixli, AZ-BG-**-**** nömrəli müqavilə çərçivəsində xarici kontragent olan “xxxx” şirkətinə münasibətdə 2.284.692,24 rusiya rublu, təqribən 2,28 milyon rubl və ya 53484.65 manat məbləğində beynəlxalq bank köçürməsi həyata keçirmişdir. Bu hal cəmiyyətin bank əməliyyatlarını aparmaq, xarici iqtisadi fəaliyyət üzrə öhdəliklərini icra etmək və maliyyə dövriyyəsini davam etdirmək imkanlarının mövcud olduğunu göstərir.
46. Məhkəmə Kollegiyası qeyd edir ki, ərizəçinin təkrar müraciətində göstərilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, 15(102)- ***/**** nömrəli qərarında qiymətləndirilmiş hallardan mahiyyət etibarilə fərqlənmir.
47. Bununla yanaşı, iş materiallarına əlavə edilən məlumatlardan görünür ki, iddiaçı bir tərəfdən maliyyə vəziyyətinin ağırlaşdığını, müqavilə öhdəliklərini yerinə yetirmək imkanının məhdudlaşdığını və müflisləşmə təhlükəsinin yarandığını iddia etsə də, digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından sonrakı dövrdə xarici kontragentlərə mütəmadi və iri həcmli ödənişlər həyata keçirməkdə davam etmişdir. Aşağıda qeyd edilən tarixlərdəm müvafiq müqavilə üzrə ümumilikdə 17.249.631,44 (on yeddi milyon iki yüz qırx doqquz min altı yüz otuz bir rubl 44 qəpik) məbləğində vəsait köçürülmüşdür:
48. AZ-BG-**-**** nömrəli müqavilə üzrə ödənişlər: ##.##.2026-cı il – 2.524.834,10 Rusiya rublu ##.##.2026-cı il – 2.482.918,67 Rusiya rublu ##.##.2026-cı il – 2.496.792,40 Rusiya rublu ##.##.2026-cı il – 2.528.285,34 Rusiya rublu ##.##.2026-cı il – 2.502.589,39 Rusiya rublu ##.##.2026-cı il – 2.429.519,30 Rusiya rublu ##.##.2026-cı il – 2.284.692,24 Rusiya rublu
49. Bu ödənişlərin ümumi məbləği milli valyutada 40.381.387,20 (qırx milyon üç yüz səksən bir min üç yüz səksən yeddi manat 20 qəpik) təşkil edir. Həmin məbləğ gömrük borcunun təminatı məqsədilə bank hesabları üzrə dondurulmuş 251.265,48 manat məbləğində vəsaitdən təxminən 161 dəfə çoxdur. Belə olan halda, iddiaçının bank hesablarına tətbiq edilmiş məhdudiyyətlərin onun müqavilə öhdəliklərini yerinə yetirməsini mümkünsüz etdiyi, maliyyə vəziyyətini kritik həddə çatdırdığı və müflisləşmə təhlükəsi yaratdığı barədə iddiaları iş materiallarında mövcud olan faktiki maliyyə əməliyyatları ilə təsdiq olunmur, əksinə təkzib edilir.
50. Audit rəyində yoxlama zamanı auditora təqdim edilmiş konkret sənədlərin siyahısı, həmin sənədlərin məzmunu, auditin hansı ilkin maliyyə sənədləri əsasında aparıldığı, habelə cəmiyyətin müflisləşmə və ya maliyyə çətinliyi ilə üzləşməsi nəticəsinə hansı iqtisadi və hüquqi əsaslarla gəlindiyi göstərilməmişdir.
51. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən həmin rəyi mötəbər sübut kimi qəbul etmir. Belə ki, İPM-in 1.2-ci maddısinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
52. MPM-in 88-ci maddəsinə əsasən ekspertin rəyi digər sübutlarla yanaşı qiymətləndirilir.
53. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmağa əsaslar görmür.
54. Beləliklə, məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı halda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcud olmalıdığından ilkin təcili tənzimləməyə ehtiyac yaranmamışdır.
55. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. .
56. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 80.2. İnzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur.
57. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizə rədd edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.