Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-129/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi, üçüncü şəxs Üçüncü şəxs vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Ərizəçi cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair inzibati iş üzrə “tikinti işlərinin aparılmasının qadağan edilməsi” barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: 1.
2. Eyni zamanda ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ərazisində yerləşən (36-cı dalan) 4441 və 4441 b saylı torpaqların yerləşdiyi və hazırda iddia olunan ərazidə iddialara mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilən tarixədək tikinti işlərinin aparılmasının, hansısa qurğu və ya texnikaların o cümlədən gələcəkdə qətnamənin icrasına maneə ola biləcək bütün növ tikinti işlərinin və hərəkətlərin aparılmasının Üçüncü şəxs və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən **** saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X5 məxsus olması barədə arayışın verilməsi ilə bağlı ********** nömrəli ##.##.2025-ci il tarixli ərizə ilə DƏDRX * saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. Ərizəyə ##.##.2025-ci tarixli *-**-*-**/*-*****/*************** saylı məktubla cavab verilmiş və müvafiq torpaq sahəsinə dair digər şəxsin (Üçüncü şəxs) müraciəti ilə bağlı Bakı Inzibati Məhkəməsinin icraatında *-*(***)-*****/**** saylı məhkəmə işinin mövcud olması və qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının idarəyə daxil olmaması göstərilmiş və müraciətin icrasından imtina edilmişdir. Müvafiq imtina məktubu əldə edildikdən sonra iddiaçı tərəfindən aidiyyəti üzrə Bakı Inzibati Məhkəməsinə müraciət edilmişdir. Hazırda *-*(***)-*****/**** saylı iş Məhkəmənin icraatındadır. Qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinə dair sahibliyini bəyan edən şəxs tərəfindən 2025-ci il tarixində həmin ərazi qanunsuz olaraq hasarlanmışdır. Sonradan tikinti inşa edilməyə başlanıldığı zaman iddiaçının şikayəti əsasında Icra Hakimiyyəti tərəfindən qanunsuz tikintinin olduğu müəyyən edilərək sökülmüşdür. Son zamanlar həmin ərazidə yenidən hərəkətlilik müşahidə olunur ki, müxtəlif tikinti materiallarının daşınması, aparılması və gətirilməsi, o cümlədən sökülmüş hasarın bərpasına hazırlıq işləri görülür. Bakı Inzibati Məhkəməsinin icraatında olan ***** saylı iş üzrə iddiaçı Üçüncü şəxs qanuni sahibliyi iddia etsə də, torpaq sahəsinə faktiki sahibliyini irəli sürən X3 adlı bir şəxsdir. (Həmin şəxs DƏDRX-in həmin iş üzrə verdiyi imtina məktubunda iddiaçının nümayəndəsi olmuşdur). DƏDRX * saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya verilmiş imtina məktubundan, məhkəməyə təqdim etdiyi etirazdan və vəsatətdən göründüyü kimi, həmin torpaq sahəsinə hazırkı iş üzrə iddiaçı da iddia irəli sürərək sənədlərlə ona ayrılmış torpaq sahəsinin həmin yer olduğunu əsaslandırır. Yəni ki, eyni torpaq sahəsinə dair 2 şəxs iddia irəli sürür. Bağların müəyyən edilmiş sxematik xəritələrinə əsasən heç bir fərqləndirici nömrəsi, yəni rəqəmdən sonra hərf və ya işarə olmayan bağlar 0,25 ha, fərqləndirici nömrəsi yəni b, v, d, e və sair olanlar isə 0,12 ha torpaq sahələridir. Həmin şəxsin iddia etdiyi torpaq sahəsi 4441 b saylıdır. Onun digər tayı olan 4441 v saylı torpaq sahəsi də qonşulardan əldə edilmiş məlumata əsasən 0,12 ha olmaqla Vasif adlı şəxsin adına özəlləşdirilmişdir. Belə olan halda onlar yanbayan deyil, arxa və qabağ formada yerləşməlidir. Göründüyü kimi mövcud iddia tələbi üzrə ziddiyətli məqamlar var, həm iddiaçının iddiasına, həm də Üçüncü şəxs iddiasına baxılıb yekun qərar qəbul edildikdən sonra torpağın əsl sahibi müəyyən edilə bilər. 2025-ci ildə çəkilmiş google earth platformasından əldə edilən çıxarışlardan da görünür ki, torpaq sahəsinin yarısında hasarlanma və hərəkətlilik mövcuddur. Ərizəçi hesab edir ki, məhkəmə qərarı təmin edildikdən sonra gələcəkdə icra olunduğu zaman orada hazırda aparılan inşaat işləri və onların yekunu məhkəmə qərarının icrasını çətinləşdirəcəkdir.
4. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə ərizə mümkün sayılmamışdır.
5. Qərardadın əsaslarına görə, “müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə mümkün sayılmamalıdır. Belə ki, tikinti işlərinin aparılmasının qadağan edilməsi tələbi mahiyyət etibarilə mülki xarakterlidir və inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) ilə hər hansı şəkildə əlaqəli deyil. Odur ki, maraqlı şəxs həmin tələb (ərizə) ilə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etməlidir”.
6. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin mümkün sayılaraq, təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
7. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin yanaşması düzgün deyildir. Ona görə ki, onun mülki məhkəmədə qaldırılmasına əsas olan iddiası yoxdur. Hazırda torpaq sahəsinə münasibətdə iddia irəli sürən iki şəxs vardır. Məhkəmənin icraatında çıxarışın verilməsinə dair işə baxılıb yekun mahiyyəti üzrə qərar verildikdən sonra artıq hər birinin hüquqi statusu müəyyən ediləcək. Mövcud vəziyyətdə isə digər şəxs orada tikinti işləri başladaraq yeni məhkəmə mübahisəsinə əsas yaradır.
8. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ərizəçi ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və şikayətinin təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra - “IPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə ərizəçi və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər.
10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili (nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək, işlərə birinci instansiya məhkəməsində bir icraat çərçivəsində baxılması üçün vəsatət verdiklərini, ərazidə heç bir tikinti işləri aparmadıqlarını bildirdi və ərizənin rədd olunmasını xahiş etdi.
11. Işin hallarından göründüyü kimi, ərizəçi Ərizəçi iddia tələbinin mahiyyətini ünvan 1 ünvanında yerləşən, 0,25 ha torpaq sahəsinə malik “4441” saylı bağ sahəsinin mərhum H.Balaəliyevə məxsus olması barədə arayışın verilməsi təşkil edir. Eyni zamanda həmin iş üzrə üçüncü şəxs Üçüncü şəxs iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmiş və ünvan 1ndə yerləşən “4441 b” saylı, 1200 kv.metr ərazisi olan bağ sahəsinə dair mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
12. Hər iki iş hazırda Bakı Inzibati Məhkəməsinin icraatında olmaqla ayrı-ayrılıqda baxılmaqdadır.
13. Ərizəçi hazırda mübahisəli ərazidə iddialara mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilən tarixədək tikinti işlərinin aparılmasının və hər hansı hərəkətlərin edilməsinin Üçüncü şəxs və digər şəxslərə qadağan edilməsini tələb edir.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətini IPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
15. IPM-in 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər.
16. Ilk olaraq göstərilməlidir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 3. müvəqqəti xarakterli müdafiənin tətbiqi barədə əvvəlki bəndlərdə qeyd olunan əsaslar ərizədə aydın şəkildə əsaslandırılmalıdır (IPM - 43).
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.”
18. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli qərarına əsasən: 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər... 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.2. Iddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir... 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 4.7. Bir sıra hallarda ilkin araşdırmanın gedişində obyektiv səbəblərdən bəzi mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi məsələsi üzrə həmin an tam əminliklə qənaətə gəlmək mümkün olmaya bilər. Məsələn, iddiaçının hüquqi müdafiə marağının mövcud olub-olmadığını, iddia müddətinin ötürülüb-ötürülmədiyini və ya subyektiv hüquqa malik olub-olmadığını müəyyən etmək həmin mərhələdə qeyri-mümkün ola və qeyd edilən halların aydınlaşdırılması üçün əlavə araşdırmanın aparılması tələb oluna bilər. 4.8. Belə halların mövcudluğu müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarın şəxslərə yekun hüquqlar vermədiyi, hüquqa edilmiş müdaxilənin həcmi və ağırlığı, eləcə də görüləcək təminat tədbirlərinin prinsip olaraq inzibati orqanların qanunsuz müdaxiləsindən qorunmağa yönəldiyi nəzərə alınmaqla ərizəçinin xeyrinə şərh olunmalıdır... 4.10. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir. 4.11. Buna görə, məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün sayılmaya bilər... 6.1. IPM-də müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı ərizələrə məhkəməyə daxil olduqdan sonra dərhal baxılmalı olduğuna dair aşkar bir tələb təsbit edilməmişdir. Ona görə də, məhkəmələr belə ərizələrə təxirə salınmadan baxmalıdırlar... 6.9. Apellyasiya instansiyası məhkəməsi IPM-in 16.3 və 81.3-cü maddələrinin müddəalarına əsasən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı qərardadlardan verilən şikayətlərə işin hallarını nəzərə almaqla öz mülahizəsinə əsasən yazılı icraat qaydasında və ya şifahi məhkəmə baxışı keçirməklə baxa bilər. Hər iki halda da tərəflər proses barədə lazımi qaydada məlumatlandırılmalı və dinlənilmə hüququ təmin edilməlidir... 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 7.2. Müəyyən hərəkətləri etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması zamanı o, ərizəçinin lehinə konkret aktiv hərəkətlər etməyə məcbur edilir. Konkret hərəkətlər etməkdən çəkinmək vəzifəsi müəyyən edilərkən cavabdehin mövcud vəziyyətə hər hansı qərar qəbul etmək və ya faktiki xarakterli hərəkətlər etmək vasitəsilə müdaxilə etməmək öhdəliyi təsbit olunur. Müəyyən hərəkətlərə dözmək dedikdə isə cavabdehin hətta qanunsuz hesab etdiyi halda belə, mövcud faktiki və ya hüquqi vəziyyətə dözməli olduğu başa düşülür. 7.3. Üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər... 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir...
19. Işin faktiki və hüquqi hallarına yuxarıda qeyd edilən normaların və mövqelərin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “tikinti işlərinin aparılmasının qadağan edilməsi tələbi mahiyyət etibarilə mülki xarakterlidir və inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) ilə hər hansı şəkildə əlaqəli deyil. Odur ki, maraqlı şəxs həmin tələb (ərizə) ilə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etməlidir” kimi yanaşması ilə razılaşmır.
20. Belə ki, qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün əsasdır.
21. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə qərarın qəbulu zamanı yuxarıda istinad olunan normalara görə ilkin müdafiə tədbiri institutunun iddiaçının maraqlarının qorunması məqsədlərinə xidmət etdiyi və müvəqqəti xarakterli müdafiə tədbiri qismində, bir qayda olaraq, məhz cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmasının mümkünlüyü məhkəmə tərəfindən nəzərə alınmalıdır. Qanuni əsaslar olduğu hallarda məhkəmə tərəfindən üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoyula bilər. Vəzifə konkret ünvana münasibətdə müəyyən olunmalıdır. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir.
22. Qanunverici və Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübə bu və ya digər şəkildə üçüncü şəxslərin üzərinə inzibati işlər üzrə hər hansı vəzifənin icrasından və ya hərəkətlərin edilməsindən çəkinməkdən ibarət müvəqqəti xarakterli müdafiə tədbirinin qoyulması imkanını məhdudlaşdırmamış, bunun əksinə olaraq öz mövqeyini mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi, prinsip etibarilə istənilən – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilməsi imkanını tanımışdır.
23. Birinci instansiya məhkəməsi tikinti işlərinin aparılmasının qadağan edilməsinin inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) ilə hər hansı şəkildə əlaqəli olmadığını qeyd edərək, əsassız olaraq müvəqqəti xarakterli müdafiə tədbirinin yalnız hazırkı iş üzrə cavabdehə münasibətdə tətbiq edilə biləcəyi qənaətinə gəlmiş, bununla kifayətlənməyərək ərizədə qeyd edilən tədbiri mülki hüquqi xarakterli tədbir kimi qiymətləndirərək ərizəni mümkün saymamışdır.
24. Konkret hərəkətlər etməkdən çəkinmək vəzifəsi müəyyən edilərkən şəxsin mövcud vəziyyətə hər hansı qərarın qəbulu və ya faktiki xarakterli hərəkətlərin edilməsi yolu ilə müdaxilə etməməsi öhdəliyi nəzərdə tutulur. Hazırkı ərizə üzrə “üçüncü şəxsə tikinti işlərinin aparılmasının qadağan edilməsi” tələbi faktiki olaraq müəyyən hərəkətləri etməkdən çəkinmək barədə vəzifədir və əsas iddia tələbi ilə birbaşa əlaqəli olmaqla, inzibati xarakterli tələb qismində irəli sürülməsində məhdudiyyət yoxdur.
25. Məhkəmə kollegiyası onu da qeyd edir ki, üçüncü şəxslərin üzərinə təminat tədbirinin tətbiqi qaydasında müəyyən vəzifələri qoyarkən nəzərə alınmalıdır ki, bu zaman həmin şəxslər ya artıq icraatın iştirakçısı statusunda olmalı, ya da məhkəmə tərəfindən qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı nəzərə alınmaqla icraata cəlb edilməlidirlər.
26. Iş materiallarından müəyyən edilir ki, Üçüncü şəxs hazırkı işin əsas iddia tələbi üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, qəbul ediləcək qərarın onun qanunla qorunan maraqlarına toxunma ehtimalı vardır. Digər tərəfdən Bakı Inzibati Məhkəməsinin icraatında olan eyni mübahisə predmeti ilə bağlı Üçüncü şəxs iddia tələbinə dair iş üzrə isə ərizəçi üçüncü şəxs qismində çıxış etməkdədir və hər iki iş məhkəmə tərəfindən mümkün hesab edilməklə baxılmaqdadır.
27. Azərbaycan Respublikası IPM-nin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır.
28. Göründüyü kimi inzibati prosessual qanunvericilik mübahisə predmeti eyni olan müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsinin mümkünlüyünü və zəruriliyini nəzərdə tutur. Bir neçə iddia tələbinin bir icraatda birləşdirilməsinin əsas məqsədi qarşılıqlı əlaqəsi olan iddia tələblərinin tez və düzgün həll edilməsindən ibarətdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin icraatında olan müvafiq inzibati işlərə vahid icraat çrçivəsində baxılmaqla ərizəyə hüquqi qiymət verilməsi işin obyektiv həlli baxımından daha məqsədəuyğun olardır.
30. IPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
31. Məcəllənin 87.9-cu maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
32. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə qərardadın ləğvi hissədə qismən razılaşır.
33. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməli, şikayət qismən təmin edilməlidir.
34. Göstərilənlərə əsasən və IPM-in 68, 80, 82, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi “tikinti işlərinin aparılmasının qadağan edilməsi”nə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Inzibati Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.