Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-131/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), Məmmədova Şərafət Asif qızından və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “qərarın icrasının dayandırılması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, 11 iyun 2026-cı il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Ərizəçi cavabdeh DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona fəlsəfə doktoru elmi dərəcəsinə görə təyin olunmuş “Prezident təqaüdü” ödənişinin, ## ####### 2024-cü il tarixindən cavabdeh tərəfindən dayandırılması və ##.##.2024-##.##.2025-ci il tarixinə olan müddətlərdə ödənilmiş (ümumilikdə 3290,32 (üç min iki yüz doxsan manat 32 qəpik)) Prezident təqaüdünün pensiyasından tutulmasının qanunsuz və əsassız hesab edilməsi, fəlsəfə doktoru elmi dərəcəsinə görə, iddiaçıya təyin olunmuş Prezident təqaüdü ödənişinin verilməsinin dayandırıldığı ## ####### 2024-cü il tarixindən bərpa edilməsi və ##.##.2024- ##.##.2025-ci il tarixinə olan müddətlərdə ödənilmiş (ümumilikdə 3290,32 manat) Prezident təqaüdünün pensiyasından tutulmuş hissəsinin hesablanaraq birdəfəyə ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əsas iş üzrə yekun məhkəmə qərarı qəbul edilənə kimi, fəlsəfə doktoru elmi dərəcəsinə görə ona təyin olunmuş Prezident təqaüdü ödənişinin verilməsinin dayandırılması və ödənilmiş təqaüddən hissəvi tutulmalara dair qərarın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdün verilməsinin bərpasının və əmək pensiyasından tutulmuş təqaüdün birdəfəyə ödənilməsinin təmin olunması tələbinə dair iddia ərizəsinə 2-1(4-6)-****/**** №-li inzibati iş olaraq hazırda məhkəmənin icraatında baxılır. Ərizəçi bildirir ki, cavabdeh öz qanunsuz hərəkətini ona ünvanlandığı ## ###### 2026-cı il tarixli, “müvafiq məlumatların təqdim edilməsi haqqında” məktubla “əsaslandırmağa” çalışıb və bu gün həmin qanusuz hərəkətlər davam etdirilir, onun etiraz və tələbləri icrasız qalır. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2026-cı il tarixli 3-17- */*-M- ****/**** nömrəli məktuba əsasən, iddiaçıya ##.##.2023-cü il tarixindən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanına əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunmuşdur. Fərmanın 2.1-ci bəndinə əsasən, bu təqaüd 2021-ci ilin ######ın #-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. İş materiallarına əsasən, Ərizəçi ##.##.2024-cü il tarixindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarına əsasən, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra- Qanun) 20.17- maddəsinin tələblərinə əsasən, ##.##.2024-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2026-cı il tarixli *-**-*/*-*-*****/**** nömrəli xidməti məktuba əsasən aparılmış araşdırma nəticəsində Ərizəçi Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilmiş əmək pensiyaçısı olduğu halda ona ##.##.2024- ##.##.2025-ci illər arasındakı dövr ərzində elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə (fəlsəfə doktoru) Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə 3290,32 manat pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən Prezident təqaüdünün ödənişi ##.##.2025-cı il tarixindən dayandırılmışdır. Bununla bağlı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ##.##.2025-ci il tarixli 3- 17-1/3- 1- *****/**** nömrəli qərar qəbul edilmişdir. Ərizəçi Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən ## ######## 2025-ci il tarixli 3-17-1/2-M******/2025 nömrəli məktub göndərilərək, ona artıq ödəmə barədə məlumat verilmiş və Fondun hesabına bərpa etməsi xahiş edilmişdir. Artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilmədiyi halda inzibati orqan tərəfindən qanunamüvafiq tədbirlərin görüləcəyi barədə məlumat verilmişdir. Lakin Ərizəçi artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi barədə tədbir görməmişdir. Həmin pul vəsaiti artıq ödənilmiş vəsait olduğundan Fondun büdcəsinə dəymiş zərər kimi qiymətləndirilərək Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 2025-ci ilin sentyabr ayından etibarən adıçəkilən şəxsin əmək pensiyasından hissə-hissə (hər ay 187,93 manat olmaqla) tutularaq büdcəyə bərpa edilir. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bildirilir ki, Ərizəçi tərəfindən təqdim edilən ##.##.2026-cı il tarixli müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizədə ərizəçi təcililiyə dair heç bir əsaslandırma etməmiş, eyni zamanda sübut təqdim etməmişdir. Həmçinin bildirilir ki, hazırda Ərizəçi əsas iddia tələbinin "böyük ehtimalla uğurlu olacağı" ilə bağlı obyektiv qiymətləndirmə aparılması mümkün deyildir və iddiaçı tərəf bunu mümkün edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, 11 iyun 2026-cı il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə qismən təmin edilmiş, ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əsas iddiasına baxılıb qurtaranadək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarın icrası ərizəçinin aylıq pensiyasından tutulmaların aparılması hissəsində dayandırılması, ərizənin qalan hissədə təmin edilməməsi barədə qərar qəul edilmişdir. Üçüncü şəxs Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin tam təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. Lakin, təqdim edilmiş ərizədə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini ifadə etməmişdir. Məhkəmə isə əksinə, ərizəçi öz mövqeyini ifadə edəcək sübutlar təqdim etmədiyi halda, həmin faktı təkzib edən sübutları cavabdehdən və maraqlı şəxsdən tələb etmişdir. Sözügedən Qərarın 1.2-ci bəndinə əsasən əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.” Bildiririk ki, mübahisələndirilən məhkəmə qərardadında da ilkin təcili tənzimləmənin mövcudluğu tam əsaslandırılmamış, əksinə əsas iddianın predmetinə münasibət bildirilmişdir. Müvəqqəti xarakterli müdafiə tədbirləri üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxıldığına görə tərəflər məhkəmə iclasına dəvət edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakı sxem üzrə Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin yoxlanılmasını zəruri hesab edir: Ərizəçinin maddi tələbinin mövcud Hazırda iddiaçı Ərizəçi cavabdeh DSMF-in olması ehtimalının müəyyən edilməsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin olunmuş Prezident təqaüdü ödənişinin verilməsinin dayandırıldığı ## ####### 2024-cü il tarixindən bərpa edilməsi və ##.##.2024- ##.##.2025-ci il tarixinə olan müddətlərdə ödənilmiş (ümumilikdə 3290,32 manat) Prezident təqaüdünün pensiyasından tutulmuş hissəsinin hesablanaraq birdəfəyə ona ödənilməsi” tələbinə dair iş Bakı İnzibati Məhkəməsinin icraatında baxılmaqdadır. Müddətin gözlənilməsi (ötürülüb- müddət ötürülməmişdir ötürülməməsi) Ərizənin əsaslı olmasının müəyyən edilməsi: 1.iddia qaldırmaq səlahiyyətinin olması ərizəçi iddia qaldırmaq səlahiyyətindədir 2.cavabdeh tərəfin düzgün müəyyən Ərizəçi cavabdeh DSMF-in Sosial edilməsi Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kifayət qədər əsaslandırma mövcuddur və 3.kifayət qədər əsaslandırmanın mövcud vəziyyətin dəyişəcəyi təqdirdə olması (mövcud vəziyyətin dəyişəcəyi ərizəçinin hüquqlarının bərpa edilməsinin təqdirdə onun hüquqlarının təmin və ya mümkün olmaması və bu səbəbdən ilkin təcili bərpa edilməsinin mümkün olmaması tənzimləmənin həyata keçirilməsinin qismən və bu səbəbdən ilkin təcili zəruriliyi müəyyən edilir. tənzimləmənin həyata keçirilməsinin zəruriliyi (işin konkret halları ilə) II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2-ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. İş materiallarından görünür ki, ərizəçi Ərizəçi ##.##.2023-cü ildə fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Sonradan iddiaçının (ərizəçinin) müraciətinə əsasən, ona Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli qərarı ilə ailə başçısının itirməyə görə (hərbi qulluqçu kimi) əmə pensiyası təyin edilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən aparılan xidməti araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçı (ərizəçi) ƏPQ-nin 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilmiş əmək pensiyaçısı olduğu halda ona ##.##.2024-##.##.2025-ci illərdə Prezident təqaüdü ödənilib. Buna görə də Prezident təqaüdünün ödənilməsi ##.##.2025-ci il tarixdən dayandırılmışdır. Bununla bağlı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ##.##.2025-ci il tarixli 3-17-1/3-1- *****/**** nömrəli qərar qəbul edilmiş, iddiaçıya 3290,32 manat artıq ödəmə hesablanmış və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 2025-ci ilin sentyabr ayından etibarən ərizəçinin əmək pensiyasından hissə-hissə (hər ay 187,93 manat olmaqla) tutulma aparılır. Prezident təqaüdünün dayandırılması və tutmaların aparılmasının qanunsuz olması ilə bağlı hazırkı iş üzrə ərizəçi tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İşdə olan “Əmək pensiyasının təyin edilməsi haqqında” ##.##.2024-cü il tarixli, 3-17- 1/3-3- *****/**** nömrəli qərara əsasən, Ərizəçi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.17-maddəsinə əsasən, ##.##.2024-cü il tarixindən ailə başçısını itirməyə görə 1738.50 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Qərarın 10-cu bəndində elmi dərəcəyə görə ödənilən 3290,32 manat məbləğində vəsaitin tutulması qeyd edilmişdir. İşdə olan Pensiya təyinatı Alt Sistemindən çıxarışdan görünür ki, ##.##.1948-ci il təvəllüdlü Ərizəçia təyin edilmiş ailə başçısını itirməyə görə (hərbi qulluqçu kimi) əmək pensiyasından ##.##.2025-ci il tarixdən başlayaraq hazıradək hər ay 187,93 manat tutulur. Kollegiya qeyd edir ki, hazırkı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə üzrə iddiaçının xahişi əsas işə mahiyyəti üzrə baxılıb qurtarana qədər fəlsəfə doktoru elmi dərəcəsinə görə ona təyin edilmiş Prezident təqaüdü ödənişinin verilməsinin dayandırılması barədə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarının və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, 3-17- */*-*-*****/**** nömrəli qərarının ödənilmiş təqaüddən hissəvi tutulmalara dair hissəsində icrasının dayandırılmasından ibarətdir. Belə ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli qərarında göstərilmişdir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruri olması ilə bağlı kollegiya qeyd edir ki, ərizəçi cavabdehin təqaüdün dayandırılması qərarının onun üçün hansı məhdudiyyətlərin və məhrumiyyətlərin yaratdığını əsaslandırmadığından mövcud vəziyyətin dəyişəcəyi təqdirdə hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləməni zəruri edən hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, iddia tələbinin bu hissədə böyük ehtimalla uğurlu olub-olmaması yalnız zəruri araşdırma aparıldıqdan və tərəflərin əsaslandıqları arqumentlər müvafiq qanunvericilik normaları əsasında ətraflı tədqiq edildikdən sonra müəyyən oluna bilər. Məhkəmə kollegiyası Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, 3-17- */*-*-*****/**** nömrəli qərarının ödənilmiş təqaüddən hissəvi tutulmalara dair hissəsində icrasının dayandırılmasına münasibətdə qeyd edir ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən, tutula bilər. Lakin bunun üçün əmək pensiyaçısının razılığı olmalı, belə razılıq olmadıqda isə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Hazırkı halda həm cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı, həm də Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ərizəçinin pensiyasından tutulmaların aparılması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə əməl edilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir. Bu isə iddia tələbinin həmin hissədə uğurlu olacağını deməyə əsas verir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı ahıl şəxs olduğundan və bu tutulmaların əmək pensiyaçısının maddi vəziyyətinin xeyli dərəcədə çətinləşdirəcəyindən bu hissədə ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun #.##.2023-cü il tarixli 14 № li qərarında aşağıdakılar qeyd edilmişdir: 4.7 Bir sıra hallarda ilkin araşdırmanın gedişində obyektiv səbəblərdən bəzi mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi məsələsi üzrə həmin an tam əminliklə qənaətə gəlmək mümkün olmaya bilər. Məsələn, iddiaçının hüquqi müdafiə marağının mövcud olubolmadığını, iddia müddətinin ötürülüb-ötürülmədiyini və ya subyektiv hüquqa malik olubolmadığını müəyyən etmək həmin mərhələdə qeyri-mümkün ola və qeyd edilən halların aydınlaşdırılması üçün əlavə araşdırmanın aparılması tələb oluna bilər. 4.8. Belə halların mövcudluğu müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarın şəxslərə yekun hüquqlar vermədiyi, hüquqa edilmiş müdaxilənin həcmi və ağırlığı, eləcə də görüləcək təminat tədbirlərinin prinsip olaraq inzibati orqanların qanunsuz müdaxiləsindən qorunmağa yönəldiyi nəzərə alınmaqla ərizəçinin xeyrinə şərh olunmalıdır. 11.30. İlkin araşdırmanın aparılmasına baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə dair ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. 11.31. Ziddiyyətli maraqların qiymətləndirilməsi ilk növbədə müvəqqəti xarakterli müdafiə icraatının tərəflərinin, bəzən isə hətta cəmiyyətin maraqları nəzərə alınmaqla qiymətləndirilmə aparılmasını tələb edir. 11.32. Bir qayda olaraq, fiziki və hüquqi şəxslərin fərdi halları nəzərə alınmaqla onların hüquqi statuslarına müdaxilə nə qədər böyük olarsa, inzibati aktın icrasının dayandırılmasına olan ehtiyacın da bir o qədər çox olduğu qəbul edilir. 11.33. Bundan başqa, ziddiyyətli maraqların qiymətləndirilməsi inzibati aktın icra olunmasının (daha sonra iddia icraatında aktın qanunsuz olduğu müəyyən edilərsə) və ya olunmamasının (daha sonra iddia icraatında aktın qanuni olduğu müəyyən edilərsə) tərəflərə, eləcə də ictimai maraqlara vuracağı ziyanın həcmi müqayisə edilməklə də aparıla bilər. 11.34. İnzibati aktın icrasının dayandırılmasında maraqlı olan tərəfə xas olan fərdi hallar nəzərə alındıqda onun hüquqlarının pozulması ilə müqayisədə digər tərəfə və ya ictimai maraqlara vurulacaq ziyan daha az əhəmiyyətli kimi qəbul edilə bilərsə, məhkəmə müvafiq əsaslandırmaya istinadla ziddiyyətli maraqların qiymətləndirilməsini ərizəçinin (iddiaçının) xeyrinə apara bilər...” Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin əvvəlcədən almaqdır. Bu baxımdan, məhkəmə kollegyiası, üçüncü şəxsin apellyasiya şikayətinin – birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, 11 iyun 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 40.2, 55.4 və 55.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, 11 iyun 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-6)-131/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-131/2026
23.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver