Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-134/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Ərizəçi (iddiaçı) Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “qərarın icrasının dayandırılması” barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)- ***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməklə, ##.##.2025-ci il tarixindən “Hissəvi reablitasiya olunması”, ümumi xəstəlik səbəbindən müddətsiz 3-cü dərəcə əlillik təyinatı haqqında ## ####### 2025-ci il tarixli qərarın ləğv edilməsi və iddiaçının ümumi xəstəlik səbəbindən müddətsiz 1-ci dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi eyni zamanda məhkəmə gedişində müvəqqəti xarakterli müdafiəyə dair ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılanadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Exspert Komissiyası tərəfindən iddiaçı Ərizəçi barəsində qəbul edilmiş “##.##.2025-ci il tarixindən “Hissəvi reablitasiya olunması”, ümumi xəstəlik səbəbindən müddətsiz 3-cü dərəcə əlillik təyinatı haqqında ## ####### 2025-ci il tarixli” qərarın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi ##.##.1977-ci il tarixində anadan olmuşdur. İddiaçıda məlum olmayan səbəblərdən bütün döş qəfəsinin, qarın əzələlərinin və sağ çiyinin atrofıyası mövcuddur. Bundan əlavə iddiaçının ağırlaşmış formada “S”-vari skoliozu olduğundan ##.##.2004-cü il tarixində Türkiyə Respublikasında onurğa sütunundan cərrahi əməliyyat olmuşdur. Daha sonra iddiaçının vəziyyəti kəskin pisləşdiyindən ##.##.2005-ci ildə Türkiyə Respublikasının “29 Mayıs” Xəstəxanasında yenidən cərrahi əməliyyat olunmuşdur. İddiaçıya ##.##.2005-ci il tarixindən onurğa sütünundakı problemlərlə bağlı 1-ci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2005-ci il tarixində iddiaçı təkrar müayinəyə cəlb edilmiş və onun əlilliyi ##.##.2007-ci il tarixinədək uzadılmışdır. (##.##.2005-ci il tarixli, **** nömrəli müayinə aktı) ##.##.2007- ci il tarixində iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təkrar müayinəyə cəlb olunmuş və onun 1-ci dərəcəli əlilliyi ##.##.2009-cu ilədək uzadılmışdır. (##.##.2007-ci il tarixli **** nömrəli müayinə aktı) ##.##.2009-cu il tarixində iddiaçı sonuncu dəfə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təkrar müayinəyə cəlb edilmiş və ona müddətsiz dövrə 1-ci dərəcəli əlillik təyin edilmişdir (##.##.2009-cu il tarixli, **** nömrəli müayinə aktı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidmətinin Xətai rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin ##.##.2014-cü /7 tarixli, *** nömrəli arayışında qeyd olunmuşdur ki, “Ərizəçi həqiqətən də l-ci qrup əlilliyinə görə sosial müavinət alır”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçıya ##.##.2025-ci il tarixli bildiriş ünvanlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyin müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Buna görə də iddiaçı ##.##.2025-ci il tarixində əyani müayinə üçün Agentliyə dəvət edilmişdir. İddiaçı sözügedən tarixdə Agentliyə getmiş və əyani müayinə olunmuşdur. Bundan sonra cavabdeh inzibati orqan iddiaçıya ##.##.2025-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, iddiaçı ##.##.2025-ci il tarixində nəzarət qaydasında müayinə olunmuş və barəsində “Hissəvi reabilitasiya olunma” və ümumi xəstəlik səbəbindən 1-ci qrup əlillik təyinatının 3-cü qrup əlillik təyinatına dəyişdirilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş əlillik hüququna müdaxilə cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Lakin aşağıda göstərilənlərə əsasən hesab edirik ki, cavabdeh inzibati orqanın hərəkətləri eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olmuşdur. Cavabdeh inzibati orqan ilk növbədə inzibati icraatın öz təşəbbüsü ilə təzələnməsi üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş yeni əlillik təyinatının qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi (məktubda istinad edilən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı istisna olaraq), inzibati icraatın hansı qaydada aparılması, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “nzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər bir tərəfdən dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Bundan əlavə qeyd etmək lazımdır ki, iddiaçının psixoloji sağlamlığında ciddi problemlər vardır. Belə ki, iddiaçı 2 dəfə fərqli vaxtlarda intahar etməyə çalışmış, külli miqdarda dərman qəbul etmişdir. Lakin ailə üzvləri təcili tibbi yardım çağırmış və həyatını xilas etmişdirlər. Həmçinin ailə üzvlərininə kəsici alətlə zərər yetirməyə çalışmış, evdəki əşyaları qırmışdır. Hal-hazırda da iddiaçının ruh halında tez-tez dəyişkənliklər baş verir. Evdə və bütün getdiyi yerlərdə anasının və bacısının nəzarəti altında hərəkət edir. ##.##.2005-ci il Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Baş Səhiyyə İdarəsi Ruhi-X2 2084(627/05) ərizəyə cavab məktubunda qeyd edilmişdir ki, Ərizəçi 2005-ci ildən Bakı şəhər RƏXD-nin müalicəvi konsultativ qeydiyyatındadır (Diaqnoz: Samatogen mənşəli (onurğa sütünunun əyilməsi) depressiv nevroz). Psixoloji vəziyyəti ilə əlaqədar dəfələrlə müalicə almış, lakin vəziyyətini müəyyən müddətlik stabil saxlamaq mümkün olmuşdur. Hal-hazırda da psixoloji vəziyyəti ilə əlaqədar müalicə alır. Vəziyyət o yerə çatmışdır ki, iddiaçı 4 yaşlı qızına anlaqsız vəziyyətdə zərər verməyə çalışmış, lakin anası və bacısı bunun qarşısını almışdır. Buna görə də hal-hazırda 4 yaşlı qızı iddiaçıdan ayrı yaşayır. ##.##.2025-ci il tarixli Ambulator Kitabçadan çıxarışda qeyd edilmişdir ki, pasiyentin obyektiv müayinəsinin nəticəsi belə olmuşdur: “nevroz, onurğada paraveribal nöqtələr ağrılı, xəstə ##.##.2005-ci ildə cərrahi əməliyyat olunub, 4-cü bel-oma fəqərəsində hər iki yan çıxıntılara vint möhləmlənməsi sayəsində təzə vintlər yerləşdirildi. Psixaferada çox gərgin, emosional, depresiv. suallara ləng cavab verir, dəfələrlə özünü kəsmələr qeyd olunur. Affektiv hallar keçirir. Medikamentoz.psixotrop”. Bundan əlavə xəstəliyin xroniki olduğu və ağırlaşdığı qeyd edilmişdir. ##.##.2025-ci il tarixli Ambulator Kitabçadan çıxarışda diaqnoz kəskin üzvi şəxsiyyət dəyişkənliyi, davranış pozuntuları, nəzərə çarpacaq psixotik epizodlarla, intihar cəhdləri qeyd edilmişdir( Kod F070, F078, F062, F063) Yuxarıda göstərilənlərə əsasən məlum olur ki, iddiaçının həm fiziki, həm də psixoloji vəziyyəti kifayət qədər ağırdır. İddiaçı onurğa sütunu ilə bağlı keçirdiyi əməliyyat nəticəsində fəaliyyət qabiliyyətini demək olarki itirmişdir. Gün boyu ayaqda qala bilmir, yeriməkdə və oturmaqda çətinlik çəkir, günün böyük hissəsini yataq şəraitində keçirir. Azərbaycan Respublikası Nəfəs MMC-nin ##.##.2025-ci il tarixli tibbi müayinə aktında vətəndaşın vəziyyəti haqqında “qayıdan depressiv pozuntu, psixotik əlamətlərdə gedən ağır dərəcəli növbəti epizod F33.3” kimi qeyd edilmişdir. Həmçinin “Nömrə 1” X3 ##.##.2025-ci il tarixli psixoloji rəyində qeyd edilmişdir ki, vətəndaş Ərizəçi bir neçə psixoterapevtik seanslar keçmiş və seansların davam etdirilməsi məsləhət görülmüşdür. Cavabdeh orqan ərizəyə dair hər hansı bir münasibət bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, ərizəçi Ərizəçi barəsində cavabdeh tərəfindən qəbul edilmiş “##.##.2025-ci il tarixindən “Hissəvi reablitasiya olunması, ümumi xəstəlik səbəbindən müddətsiz 3-cü dərəcə əlillik təyinatı haqqında” ## ####### 2025-ci il tarixli qərarın icrası dayandırılması barədə qərardad qəbul edlmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla yanaşı qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır. Sözügedən hal, yəni xəstəliyin reabilitasiya olunması iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Ərizəçi Ərizəçi tərəfindən apellyasiya şikayətinə dair mülahizə daxil olmuşdur. Mülahizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxsin hər hansı qanuni əsas və dəlil olmadan təyin edilmiş müddətsiz əlilliyinin davam etdirilməsinə maneələrin törədilməsi etimadın qorunması prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə icraat tərəflərin hüquqlarını müvəqqəti olaraq qorumaq məqsədilə tətbiq edilən tədbirlərdir ki, bu icraatın əsas məqsədi əsas icraat üzrə yekun məhkəmə aktı qəbul edilənədək vəziyyətin dəyişilməsini əngəlləmək və subyektiv hüquqların qorunmasına təminat verilməsindən ibarətdir. Müvəqqəti xarakterli müdafiə tədbirləri üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardaddan verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxıldığına görə tərəflər məhkəmə iclasına dəvət edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. İş materiallarında olan ##.##.2005-ci il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2005-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “Diaqnoz: Döş və bel fəqərələrinin "S" vari skoliozu. Döş və bel fəqərələrində metal hissələrinin olması. Döş və bel fəqərələrinin kəskin hərəkət məhdudluğu; Meyar: 2.1. Birinci dərəcə əlillik => Digər” birinci dərəcəli 2 il müddətinə əlillik təyin edilmişdir. ##.##.2009-cu il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2009- cu il tarixdə ümumi xəstəlik ilə əlaqədar “Diaqnoz: Döş və bel fəqərələrinin "S" vari skoliozu. Döş və bel fəqərələrində metal hissələrinin olması. Döş və bel fəqərələrinin kəskin hərəkət məhdudluğu; Meyar: 2.1. Birinci dərəcə əlillik => Digər” birinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. #.##.2025-ci il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2025-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “Diaqnoz: Döş və bel fəqərələrinin "S" vari skoliozu. Döş və bel fəqərələrində metal hissələrinin olması; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.12. üçüncü–dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40- M41.9)” üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyasının *-**-*/*-*-****/**** saylı ## ####### 2025-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 1 (bir) nəfərə dair ##.##.2025-ci il tarixinə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli xəbərnaməli məktub göndərilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası evdə müayinə olunmuş, əlillik səviyyəsi akt əsasında qiymətləndirilmiş bu vətəndaş barəsində aşağıdakıları müəyyən etmişdir: Dəvət tarixi: ##.##.2025 Bildirişin nömrəsi: 3-17-4/2-M-28234/2025 İştirak tarixi: İştirak etməmişdir, ##.##.2025-ci il tarixində *-**-*/*-*-*****/**** nömrəli akt əsasında qiymətləndirilmişdir. Müayinə tarixi (Təyinat tarixi): ##.##.2009 Qərarın əsaslandırılması: Evdə müayinə edilmiş vətəndaşın video görüntüsünün təhlili zamanı psixiatrik olaraq ixtisaslaşmış tibb müəssisəndə müayinə və müalicəyə ehtiyacın olduğu müəyyən edilmişdir. Təqdim edilmiş tibbi sənədlərin, video görüntünün təhlili nəticəsində vətəndaşın vəziyyəti orqanizm funksiyalarının 50% pozulması kimi qiymətləndirilmiş, bu da üçüncü dərəcə əlillik səviyyəsinə uyğundur. Qərar: ##.##.2025-ci il tarixindən “Hissəvi reabilitasiya olunması”, ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilsin. İş materiallarından görünür ki, ərizəçi Ərizəçi ##.##.2025-ci il tarixindən “Döş və bel fəqərələrinin "S" vari skoliozu. Döş və bel fəqərələrində metal hissələrinin olması.” diaqnozu ilə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyası tərəfindən Ərizəçi ##.##.2025-ci il tarixindən “Hissəvi reabilitasiya olunması”, ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə 3-17- */*-*-****/**** saylı ## ####### 2025-ci il tarixli qərar qəbul edilmişdir. Belə ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun #.##.2023-cü il tarixli, 14 № li qərarında qeyd edilən hüquqi mövqedən müəyyən edilir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün 2 şərt eyni anda mövcud olmalıdır: ilkin təcili tənzimləmə zəruri olmalı və iddia böyük ehtimalla uğurlu olmalıdır. Qeyd olunanlardan belə nəticə hasil olur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş şəxs iddiasının uğurlu olduğuna ilk öncə özü əmin olmalı və pozulması ehtimal edilən hüququnun müdafiəsi üçün, ilkin təcili tənzimləmənin həyata keçirilməsi məqsədilə məhkəmədən müvafiq tədbirin tətbiq edilməsini xahiş etməlidir. İşə baxan məhkəmə də ilkin araşdırma zamanı ərizəçi ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə, onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalı, ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Bundan başqa, ziddiyyətli maraqların qiymətləndirilməsi inzibati aktın icra olunmasının (daha sonra iddia icraatında aktın qanunsuz olduğu müəyyən edilərsə) və ya olunmamasının (daha sonra iddia icraatında aktın qanuni olduğu müəyyən edilərsə) tərəflərə, eləcə də ictimai maraqlara vuracağı ziyanın həcmi müqayisə edilməklə də aparıla bilər. İnzibati aktın icrasının dayandırılmasında maraqlı olan tərəfə xas olan fərdi hallar nəzərə alındıqda onun hüquqlarının pozulması ilə müqayisədə digər tərəfə və ya ictimai maraqlara vurulacaq ziyan daha az əhəmiyyətli kimi qəbul edilə bilərsə, məhkəmə müvafiq əsaslandırmaya istinadla ziddiyyətli maraqların qiymətləndirilməsini ərizəçinin (iddiaçının) xeyrinə apara bilər...” Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli ziyan hesabına nəticələrin qarşısını almaq mümkün ehtimalının olduğu hallarda, məhkəmə müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul etmək səlahiyyətinə malikdir ki, hazırda da belə bir halların mövcudluğu müəyyən olunmur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə cavabdehin ##.##.2025-ci il tarixindən “Hissəvi reablitasiya olunması”, ümumi xəstəlik səbəbindən müddətsiz 3-cü dərəcə əlillik təyinatı haqqında ## ####### 2025-ci il tarixli qərarının icrasının dayandırılması barədə düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İPM-in 40.2, 55.4 və 55.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadı ləğv edilsin. ##.##.2025-ci il tarixindən “Hissəvi reablitasiya olunması”, ümumi xəstəlik səbəbindən müddətsiz 3-cü dərəcə əlillik təyinatı haqqında ## ####### 2025-ci il tarixli qərarın icrasının dayandırılması haqqında ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-6)-134/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-134/2026
30.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver