Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-138/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X1 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN HALLARI
1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin * saylı Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əlillik səbəbi: ümumı xəstəlik => Gözdən əlil, Müayinə tarixi (Təyinat tarixi): ##.##.2004 Əlillik dərəcəsi (OFP faizi) və müddəti: Birinci dərəcə əlillik müddətsiz. Göndərişdə qeyd edilən diaqnoz: Revmatizim, aktiv faza. Revmokardit II dərəcə, Revmatik poliartirt. Hipertoniya xəstəliyi ikinci dərəcə. Şəkərli diabet. Hər iki gözün retınopatıyası OD - 0 04 OS - 0 04. Qərarın əsaslandırılması: Mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmə nəticəsində xəstəlik əlilliyin təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Qərar: ##.##.2025-ci il tarixdən “Diaqnozun əlillik əlaməti təyin etməməsi ” qərarı qəbul edilsin.
2. Dövlət Tibbi-sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******0002 nömrəli qərarına əsasən diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (ərizəçi) Ərizəçi İbrahim qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli qərarını ləğv edərək “Əlillik” alt sistemində müddətsiz təyin edilmiş əlilliyin ləğv edilməsinə dair hərəkətlər qanunsuz hesab edilməklə əlilliyin bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Maraqlı şəxs Ərizəçi İbrahim qızı eyni zamanda hazırkı müvəqqəti xarakterli müdafiəyə dair ərizə ilə müraciət edərək yekun məhkəmə aktı çıxarılana qədər müddətsiz təyin edilmiş pensiyanın dayanıldırıldığı tarixdən bərpa edilməsi və dayandırılmış pensiya məbləğinin tam şəkildə iddiaçıya ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməsini xahiş etmişdir.
5. Ərizəçinin nümayəndəsi daha sonra məhkəməyə ərizə təqdim edərək əsas iddia tələbi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər ##.##.2025-ci il tarixli qərarın icrasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Ərizəçi İbrahim qızının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "Əlillik" alt sistemində müddətsiz təyin edilmiş əlilliyin ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməklə əlilliyin bərpa edilməsi tələbinə dair iş №e-2-l(4-6)-3150/2026) inzibati iş vardır. İlkin iddia ərizəsində işin halları və sübutlar ətraflı göstərilmişdir. İddiaçıya ilk dəfə Bakı şəhəri, Xətai rayonu ** saylı birləşmiş şəhər xəstəxanası (indiki adı ** saylı şəhər poliklinikası) 13.11. 2004-cü ildən müddətsiz əlillik təyin edilmişdir. Axırıncı dəfə müayinə ** saylı şəhər Poliklinikası tərəfindən ##.##.2020-ci il tarixində keçirilmiş və müddətsiz əlillik təsdiq olunmuşdur. İddiaçı ##.##.1953-cü il tarixində anadan olmuşdur. Halhazırda 73 yaşı vardır. O, pensiya yaşma 2008-ci ildə çatmışdır. İddiaçıya “revmatizm aktiv faza, Remokardit II dərəcə, revmatik poliartrit, Hipertoniya xəsətəliyi ikinci dərəcə, Şəkərli diabet. Hər iki gözün retinapatiyası, D-0.4 OS-0.04” diaqnozları ilə müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. İnzibati orqan tərəfindən heç bir qərar qəbul olunmamış, pensiyanın kəsilməsi təkcə onunla əsaslandırılmışdır ki, müddətsiz təyin edilən əlilliyin təkrar yoxlanılması səbəbindən iddiaçı məktubla müayinəyə dəvət edilmiş və iddiaçı tərəfdən məktubla cavab verilmişdir ki, hazırda səhhəti ilə bağlı gələ bilmir və bu müayinənin başqa vaxta təyin edlməsi xahiş edilir. Lakin cavabdeh bu məktuba əhəmiyyət verməmiş, müddətsiz təyin edilən pensiyanın verilməsini tam dayandırmış və bununla da yaşlı, köməyə ehtiyacı olan, heç bir yerdən digər qazanc mənbəyi olmayan şəxsi köməksiz və maddi təminatsız qoymuşdur. 2026-cı ilin yanvar ayından iddiaçı tam təminatsız qalmış və xəstəliyinin ağırlaşması da onun dərman və həkim müayinəsindən keçməsini çətinləşdirmiş və maddi durumu hal-hazırda ağır vəziyyətdədir. Ona fasiləsiz maddi yardım göstərmək qohumları tərəfindən mümkün deyildir. 73 yaşma çatmış və hal-hazırda sağlamlığı ağır vəziyyətdə olan qadın maddi köməksiz qaldığı halda onun həyatı riski artmış olur.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, Ərizəçi İbrahim qızı İştirak etməyib. Bildirişin nömrəsi: 3-17-4/2-H30293/2025Əlillik səbəbi: Ümumi xəstəlik => Gözdən əlilMüayinə tarixi (Təyinat tarixi): ##.##.2004Əlillik dərəcəsi (OFP faizi) və müddəti: Birinci dərəcə əlillik müddətsizGöndərişdə qeyd edilən diaqnoz: Revmatizim, aktiv faza. Revmokardit II dərəcə.Revmatik poliartirt. Hipertoniya xəstəliyi ikinci dərəcə. Şəkərli diabet. Hər iki gözünretinopatiyası.OD - 0.04 OS -0.04.- Şikayətləri: -Sənəd sayı:- Həkim mütəxəssisin müayinəsi:-DTSERA-da aparılmış laborator və instrumental müayinələrin adları: -Əlavə müayinə üçün göndəriş: -Əlavə müayinə nəticələrinin təqdim edilmə tarixi: -Əlavə müayinə diaqnozu: -Qərarın əsaslandırılması: Mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digərməlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmə nəticəsində xəstəlik əlilliyintəyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir.Qərar: ##.##.2025-ci il tarixdən "Diaqnozun əlillik əlaməti təyin etməməsi "qərarı qəbul edilsin. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
8. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, iddiaçı etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin tutulması qanunsuzdur. Odur ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Cavabdeh etimad hüququna istinadı istisna edən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının hazrki mərhələsində sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti yazılı etirazla oxşar əsaslandırılmışdır .
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya baxışı zamanı iddiaçı (ərizəçi) tərəf yazılı münasibət təqdim etməmişdir.
e) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 16.3 və 81.3cü maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası və şifahi dinləmələr keçirilmədən baxılacağı, etiraz və mülahizələri Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərə bilmələri barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir.
14. Belə ki, İnzibati Prosessual Məcəllənin 16.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər.
15. Həmçinin, məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-in 58-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə əvəz olunmasını qərara almışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: … Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. İnzibati aktın icrasının dayandırılması 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi.
17. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı . 4.1-1-ci bəndində göstərilmişdir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2 və 4.1-3-cü bəndlərində qeyd olunur ki, təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4-cü bəndinə əsasən hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. İddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. 4.3. Məhkəmələr nəzərə almalıdırlar ki, bu qaydada ərizə verən şəxslər ağlabatan müddət ərzində əsas iddianın özünün qaldırılmasına yönəlmiş konkret hərəkətlər etməlidirlər. Belə ki, iddia vermək istəməyən şəxsin müvəqqəti xarakterli müdafiə tədbirindən istifadə etməsinə hüquqi marağı yaranmır. 4.4. İddia qaldırılanadək verilmiş ərizələr üzrə çıxarılmış təminat tədbirlərinin tətbiqi haqqında qərardadlardan verilmiş şikayətlər əsasında iş yuxarı instansiya məhkəməsinin icraatında olduqda, iddianın özünün qaldırılmadığı halından çıxış etməklə təminat tədbirinə dair qərardad ləğv edilməklə ərizə mümkün sayılmamalıdır. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 11.8. İnzibati aktın icrasının dayandırılması ilə bağlı məsələ üzrə qərar qəbul edə bilmək üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmadığı ilə bağlı aparılan araşdırma nəticəsində məhkəmənin gəldiyi qənaət işə mahiyyəti üzrə baxılmasının sonunda gəlinən yekun və qəti qənaət deyildir. 11.9. Bu zaman məhkəmənin qənaəti yalnız icraatın həmin mərhələsinədək mövcud olan işin hallarının araşdırılması nəticəsində yaranır, gəlinən həmin qənaət müvəqqəti olur, proqnoz və ehtimala əsaslanmaqla formalaşır. 11.15. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır.
Apellyasiya baxışının hədləri
18.Apellyasiya şikayətində ərizəçi tərəfindən qərardad tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 19.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə ərizəçi subyektiv hüquqa malikdir.
21. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına əsasən iddiaçı Ərizəçi İbrahim qızı 73 yaşma çatmışdır və ona “Revmatizim, aktiv faza. Revmokardit II dərəcə, Revmatik poliartirt. Hipertoniya xəstəliyi ikinci dərəcə. Şəkərli diabet. Hər iki gözün retınopatıyası OD - 0 04 OS - 0 04” diaqnozun mətni ilə ##.##.2004-cü il tarixdən ümumi xəstəlik səbəbilə birinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. Dövlət Tibbi-sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******0002 nömrəli qərarına əsasən diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
22. Tətbiq edilən normaların tələblərindən göründüyü kimi müvəqqəti xarakterli müdafiə tədbiri inzibati aktın mübahisələndirilməsinə dair iddia olduqda bilavasitə onun icrasının dayandırılmasına, digər iddia növlərinə münasibətdə isə irəli sürülmüş iddia tələbinin mahiyyətindən asılı olaraq iddiaçının hüquqularının qorunması məqsədilə iddianın təmininə yönəlmiş tədbir kimi qəbul edilir.
23. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarının 4.1-1-ci bəndində göstərilmişdir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır.
24. Beləliklə, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır.
25. Məhkəmə Kollegiyası iddiaçı Ərizəçi İbrahim qızının 73 yaşma çatmasını, və ona “Revmatizim, aktiv faza. Revmokardit II dərəcə, Revmatik poliartirt. Hipertoniya xəstəliyi ikinci dərəcə. Şəkərli diabet. Hər iki gözün retınopatıyası OD - 0 04 OS - 0 04” diaqnozun mətni ilə ##.##.2004-cü il tarixdən ümumi xəstəlik səbəbilə birinci dərəcə müddətsiz əlillik təyin edilməsini, əlilliyinin ləğv edilməsi ilə bağlı pensiyanın verilməsinin tam dayandırılmasını, dolanışıq mənbəyi olan pensiyasının dayandırılması yaşlı iddiaçının maddi durumunu ağırlaşdırmasını nəzərə alara hesab edir ki, təcili tənzimləməyə zərurət vardır.
26. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadın qəbuluna dair ərizə İnzibati Prosessual Məcəllənin 43.1.1 və 43.1.2-ci maddələrinə əsasən o zaman əsaslı sayılır ki, ərizənin səthi yoxlanılmasından sonra ərizəçinin maddi hüquq baxımından inzibati orqanın arzu edilən hərəkətini tələb etmək hüququnun olması (iddianın uğurluluq ehtimalı) ehtimal edilə bilsin.
27. Məhkəmə iddianın uğurluluğuna qiymət verərkən qeyd edir ki, inzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə zidd olmuşdur.
28. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
29. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, iddiaçı etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz.
30. Cavabdeh etimad hüququna istinadı istisna edən “İnzibati icraat haqqında” Qanunun 67.6cı maddəsinə istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının hazrki mərhələsində sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.
31. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə qiymət verərkən qeyd edir ki, qərarın icrasının dayandırılması işin mahiyyəti üzrə qabaqcadan həll edilməsi demək deyildir. Bu gələcəkdə iddianın təmin edilmədiyi təqdirdə cavabdehə artıq ödənilmiş hesab etdiyi məbləğin geri qaytarılması məqsədilə tutulmaların aparılması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun hərəkətlərin edilməsinə mane olmur.
32. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçının (ərizəçinin) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (hazırda hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi) qarşı qərarın ləğvinə dair iddia tələbinə mahiyyət üzrə Bakı İnzibati Məhkəmədə baxılması davam edir.
33. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan digər qərarında (**(***)-**/**** nömrəli) qeyd edilmişdir ki, “... hətta iddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu halda belə, yuxarıda qeyd olunduğu kimi, müvəqqəti xarakterli müdafiə tədbiri ərizəçini ilk növbədə əsas iddia üzrə məhkəmə aktının qəbul edilməsinədək gözlənilən mümkün zərərlərdən qorunmasına xidmət edir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2015-ci il tarixli qərarına əsasən, məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Müvəqqəti xarakterli müdafiə barədə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər...
35. İPM-in 44.4-cü maddəsinə əsasən, müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır
36. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq və apellyasiya şikayətinin yazılı etirazla oxşar əsaslandırıldığını nəzərə alaraq məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 80.2. İnzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.