Məhkəmə qərarları › İş №15(3-6)-139/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-139/2026

30.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-139/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsinə qarşı "hərbi xidmətə göndərilməyin qadağan edilməsi” barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inizbati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibatii Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə onun hərbi xidmətə yararlı olubolmamağını müəyyən etmək üçün yenidən müayinə keçməyi ilə bağlı öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı ##.##.2026-cı il tarixdə müvvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, səhhətinin vəziyyətini və məhkəmə icraatının davam etməsini nəzərə alaraq, məhkəmə tərəfindən iş üzrə yekun qərar çıxarılıb qanuni qüvvəyə minənədək hərbi xidmətə göndərilməyinin müvəqqəti dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə qismən təmin edilmiş, Ərizəçi müddətli həqiqi hərbi xidmətə çağırılması aprel 2026-cı il hərbi xidmətə çağırış dövrü üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsinə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin **(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədın saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Resspublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin mütəxəssisi qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. ##.##.1996-cı il təvəllüdlü Ərizəçi canlı müayinə olunmaqla onda hansı xəstəlik və qüsurlar aşkar olunur?

2. ##.##.1996-cı il təvəllüdlü Ərizəçi sağlamlıq vəziyyəti nəzərə alındıqda hərbi xidmətə yararlı hesab olunurmu (hərbi xidmətə yararlılığın kateqoriyası göstərilməklə)?

3. ##.##.1996-cı il təvəllüdlü Ərizəçi canlı müayinə olunmaqla onun hazırkı diaqnozu hərbi xidmətə yararsız hesab olunmasına təsir edirmi? Təsir edirsə, bu hərbi xidmətə yararsız hesab olunmanın hansı kateqoriyasına aiddir? Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə (sərəncamına) buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin K/*** nömrəli Rəyə əsasən 1996-cı il təvəllüdlü Ərizəçi komission məhkəmə-tibbi ekspertizasına və MN Baş Klinik Hospitalın qastroenteroloq, rentgenoloq və cərrah həkimlərinin mütəxəssis rəylərinə əsaslanaraq, ekspert komissiyası qarşıya qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlir: Ərizəçi hazırda "12 barmaq bağırsağın perforativ xorası, kəskin fleqmanoz appendisit. Yayılmış irinli diffuz peritonitə görə aparılmış laparotomiya (##.##.2013) perforativ xoranın közənməsi, appendektomiya, qarın boşluğunun drenajı əməliyyatından sonrakı qarının ön divarının bərkimiş dəri çapıqları"; "Xroniki eroziv qastroduodenitin kəskinləşməsi. 12 barmaq bağırsağın soğanağının cüzi deformasiyası" diaqnozlu xəstəliklərdən əziyyət çəkir və bu xəstəliklərlə o, hazırda "Xəstəliklər cədvəli"nin 53ç maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "## ### 2024-cü il tarixli *** nömrəli dəyişikliyə "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, hazırki ekspertizanın gedişatında diaqnozun təyin edildiyi ##.##.2026-cı il tarixdən etibarən 3 (üç) ay müddətinə "Hərbi xidmətə müvəqqəti yararsızdır" İddiaçı Ərizəçi ##.##.2026-cı il tarixdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinədən keçənədək hərbi xidmətə göndərilməyinin müvəqqəti dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2013-cü ildən 12 barmaq bağırsağında yaranmış və hələ də sağalmayan ağır xəstəliyiylə bağlı təkrar tibbi müayinə vaxtları (##.##.2022 və ##.##.2025) müəyyən edilməklə ##.##.2019-cıı ildə və ##.##.2022-ci ildə SHXÇDX-nin Nəsimi rayon HHK tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 57B maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlı hesab edilərək möhlət almışdır. Hal-hazırda həkim nəzarətində mütəmadi dərman qəbul edib pəhriz saxlayır. Əks halda səhhətində qəfil ağırlaşmalar yaranır. Onu da bildirir ki, ##.##.2025-ci il tarixdə onu təkrar həkim müayinəsinə dəvət edərək formal baxış keçirdib heç bir müayicə aparmadan və xəstəliyin vəziyyətini öyrənmədən hərbi xidmətə yararlı olduğunu bildirdilər. O, nəticə ilə razılaşmadı və yenidən müayinə etmələrini tələb etsə də nəticə dəyişmədi. Sanki insan həyatı bu həkimlər üçün heç bir məna ifadə etmir. Yenidən müayinə oldunduğıı halda hələdə hərbi xidmətə yararsız olduğu müəyyən ediləcəkdir. Lakin qeyd etdiyi kimi həkimlər ona qarşı qərəzli mövqe nümayiş etdirərək heç bir əsas göstərmədən onu aldadıb yenidən müayinə etmədilər. Bu səbəbdən də ali qanunvericiliyin tələbini rəhbər tutaraq “yenidən müayinə olunmağında bağlı öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İş icraatındadır. İş üzrə bir neçə məhkəmə prosesi keçirilmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e*- *(*-*)-****/**** nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Resspublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin mütəxəssisi qarşısında aşağıdakı suallar qoyulmuşdur. ##.##.1996cı il təvəllüdlü Ərizəçi canlı müayinə olunmaqla onda hansı xəstəlik və qüsurlar aşkar olunur? ##.##.1996-cı il təvəllüdlü Ərizəçi sağlamlıq vəziyyəti nəzərə alındıqda hərbi xidmətə yararlı hesab olunurmu (hərbi xidmətə yararlılığın kateqoriyası göstərilməklə)? ##.##.1996-cı il təvəllüdlü Ərizəçi canlı müayinə olunmaqla onun hazırkı diaqnozu hərbi xidmətə yararsız hesab olunmasına təsir edirmi? Təsir edirsə, bu hərbi xidmətə yararsız hesab olunmanın hansı kateqoriyasına aiddir? Eyni zamanda Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəm qismən təmin edilərək, müddətli həqiqi hərbi xidmətə çağırılmam aprel 2026-cı il hərbi xidmətə çağırış dövrü üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsinə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verən cavabdeh şikayətində məhkəmənin səhv nəticəyə gələrək iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə göndərmək əvəzinə Azərbaycan Resspublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə göndərdiyini qeyd etmişdir. Onu da qeyd edirəm ki, barəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin hərbi həkim komisiyasının rəyi yoxdur. Çünki o bu Agentlik tərəfindən müayinə edilməmişdir. İnzibati prossesual qanunvericilik müvəqqəti müdafiə tədbiri barədə ərizəyə qiymət verilərkən əsasən iddiaçının (ərizəçinin) hüquqlarının müdafiəsi istiqamətində araşdırma aparılmalı olması təsbit etmişdir. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsi məhkəməyə müraciət etməyinə baxmayaraq onu məcburi şəkildə hərbi xidmətə göndərmək istəyir. Odur ki, yenidən müayinə edilənək kimi hərbi xidmətə göndərilməyinin müvəqqəti dayandırılmasına ehtiyac vardır. Cavabdeh orqan qeyd olunan ərizəyə dair hər hansı bir münasibət bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə qismən təmin edilmiş, Ərizəçi müddətli həqiqi hərbi xidmətə çağırılması ##.##.2026-cı il tarixdən etibarən 3 (üç) ay müddətinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Eyni zamanda, bu kimi əsassız və qanunsuz məhkəmə aktlarını qəbul etməklə məhkəmələr tərəfindən vətəndaşların müddətli həqiqi hərbi xidmətdən yayaınmalarına zəmin yaradır və dövlət başçısının bu sahədə müvafiq tapşırıqlarının vaxtında icrasına maneə törədir. Müvəqqəti xarakterli müdafiə tədbirləri üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardaddan verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxıldığına görə tərəflər məhkəmə iclasına dəvət edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakı sxem üzrə Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin yoxlanılmasını zəruri hesab edir:

Ərizəçinin maddi tələbinin mövcud Hazırda iddiaçı Ərizəçi cavabdeh olması ehtimalının müəyyən edilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsinə qarşı "hərbi xidmətə göndərilməyin qadağan edilməsi” tələbinə dair iş Bakı İnzibati Məhkəməsinin icraatında baxılmaqdadır.

Müddətin gözlənilməsi (ötürülüb- müddət ötürülməmişdir ötürülməməsi) Ərizənin əsaslı olmasının müəyyən edilməsi: 1.iddia qaldırmaq səlahiyyətinin olması ərizəçi iddia qaldırmaq səlahiyyətindədir

2.cavabdeh tərəfin düzgün müəyyən edilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsi

3.kifayət qədər əsaslandırmanın olması (mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının təmin və ya bərpa kifayət qədər əsaslandırma mövcuddur və edilməsinin mümkün olmaması və bu mövcud vəziyyətin dəyişəcəyi təqdirdə səbəbdən ilkin təcili tənzimləmənin ərizəçinin hüquqlarının bərpa edilməsinin həyata keçirilməsinin zəruriliyi (işin mümkün olmaması və bu səbəbdən ilkin təcili konkret halları ilə) tənzimləmənin həyata keçirilməsinin qismən zəruriliyi müəyyən edilir.

II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2-ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. İş materiallarından görünür ki, ##.##.1996-cı təvəllüdlü Ərizəçi məxsus SX seriyalı ******* nömrəli Hərbi Biletin tibbi müayinələr haqqında məlumatlara əsasən: ##.##.2019cu ildə SHXÇDX-nin Nəsimi Rayon HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 57b maddəsinə əsasən (Azərbaycan Respublikası NK-nin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı) dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilib. Təkrar tibbi müayinənin vaxtı ##.##.2022-ci il müəyyən edilmişdir. ##.##.2022-ci il tarixdə SHXÇDX Nəsimi rayon HHK tərəfindən xəstəliklər cədvəlinin V qrafasının 57B maddəsinə əsasən (Azərbaycan Respublikası NK-nin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı) ilə dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Təkrar müayinə nəticəsində iddiaçı 2026-cı ilin yanvar ayı çağırış dövrü üçün rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı hesab edilmişdir. İddiaçı iddia üzrə cavabdeh orqanın onun xidmətə yararlı hesab edilməsini əsassız hesab edərək, xidmətə yararsız hesab edilməsini mübahisələndirmiş, həmçinin iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək, iş üzrə yekun qərar qərar çıxarılıb qanuni qüvvəyə minənədək hərbi xidmətə göndərilməyinin müvəqqəti dayandırılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*- *)-***/**** nömrəli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə qismən təmin edilmiş, Ərizəçi müddətli həqiqi hərbi xidmətə çağırılması aprel 2026-cı il hərbi xidmətə çağırış dövrü üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsinə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. İnzibati işə baxıldığı vaxt Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Resspublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə göndərilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar Ərizəçi əyani müayinə olunaraq, K/*** nömrəli Rəyə əsasən ##.##.2026-cı il tarixdən etibarən 3 (üç) ay müddətinə "Hərbi xidmətə müvəqqəti yararsızdır" diaqnozu qoyulmuşdur. İşin apellyasiya baxışı zamanı Bakı İnzibati Məhkəməsi tərəfindən daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərarı ilə iddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinə qarşı “qərarın ləğvi və dinc dövrdə xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi” tələbi üzrə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin MHHK-nın ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, Ərizəçi hərbi xidmətə müvəqqəti yarasız hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Eyni zamanda bildirilir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin mütəxəssis rəyi alınmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi”nin ##.##.2026-cı il tarixli K/*** nömrəli Rəyi məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, əsas iddia üzrə iddiaçı əyani müayinə olunaraq onun xidmətə yararlılığı ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin mütəxəssis rəyi alınmış və mütəxəssis rəyində iddiaçının sağlamlıq vəziyyəti müddətli həqiqi hərbi xidmət üçün müvəqqəti yararsız hesab edilmişdir. Hazırda isə iddiaçıya növbəti iyul çağırışı üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilməsi ilə bağlı bildiriş göndərilmişdir. Belə ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun #.##.2023-cü il tarixli, 14 № li qərarında qeyd edilən hüquqi mövqedən müəyyən edilir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün 2 şərt eyni anda mövcud olmalıdır: ilkin təcili tənzimləmə zəruri olmalı və iddia böyük ehtimalla uğurlu olmalıdır. İlkin təcili tənzimləmənin zəruri olması ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının hazırkı vəziyyətdə hərbi xidmətə göndərilməsi sağlamlıq vəziyyətinin ağırlaşmasına, ağır fəsadların yaranmasına səbəb ola bilər ki, göstərilən səbəbdən ərizənin tam təmini əsası müəyyən edilməsə də, müvəqqəti müddət üzrə hərbi xidmətə aparılmasının qadağan edilməsi zəruridir. Eyni zamanda iddiaçıya əyani müayinə olunaraq, K/*** nömrəli Rəyə əsasən ##.##.2026-cı il tarixdən etibarən 3 (üç) ay müddətinə "Hərbi xidmətə müvəqqəti yararsızdır" diaqnozu qoyulmuşdur. Bununla yanaşı, iddia tələbinin böyük ehtimalla uğurlu olub-olmaması ilə bağlı kollegiya onu qeyd edir ki, şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi ixtisaslaşmış tibbi biliyə malik şəxslərin iştirakı ilə qiymətləndirilməli olan məsələ olduğundan işə mahiyyəti üzrə baxıldığı müddət ərzində buna dair tibbi biliyə malik şəxslərdən şəxsin yararlılıq kateqoriyasına dair tibbi-sağlamlıq vəziyyəti barədə məlumatlar əldə edilməsi üçün ekspertiza və mütəxəssis rəyləri alınmalı, gərək olacağı təqdirdə tibbi biliyə malik şəxslərin iştirakı icraata cəlb edilməlidir. Kollegiya qeyd edir ki, hazırki, vəziyyətdə iddianın uğurluq ehtimalının qeyri-müəyyən olunduğuna görə məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslılığını ziddiyyətli maraqlar baxımdan qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının mənafeyini və mövcud olan ictimai maraqları nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçıda mövcud xəstəlik ən azından müvəqqəti xidmətə çağrılmama üçün əsas yaratdığından müvəqqəti xarakterli müdafiə tədbirinin qismən əsaslı sayılması və iddiaçının müddətli həqiqi hərbi xidmətə çağırılmasının ##.##.2026-cı il tarixdən etibarən 3 (üç) ay müddətinə qadağan edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-ıi il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 40.2, 55.4 və 55.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar