Məhkəmə qərarları › İş №15(3-6)-141/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-141/2026

30.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-141/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil və digər şəxs Bakı şəhər İcra hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Ərizəçi “əmlakın sökülməsinə yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair” müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə icraatı qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. Ərizəçi Ərizəçi ##.##.2026-cı il tarixdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək müvəqqəti xarakterli müdafiə tədbiri kimi “Yasamal MKTB-nin ** saylı mənzil-kommunal istismar sahəsində fəaliyyət göstərən Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiyanın üzərinə ünvan 3 ünvanda qeydə alınmış daşınmaz əmlakların sökülməsinə yönəlmiş hərəkətləri etməkdən çəkinməyə (sökülməsini qadağan etməyə) dair vəzifə qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində doğulub böyümüş, həmin evdə qeydiyyatda olmaqla yaşayır, onun digər yaşayış sahəsi yoxdur və həmin evdə mülkiyyət hüququ vardır. Eyni zamanda həmin ərazi söküntü ərazisidir və hazırda söküntü prossesi gedir. Belə ki, Bakı şəhərində, o cümlədən Bakı şəhəri. Yasamal rayonu, Abdulla Şaiq küçəsində istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar komissiya yaradılmış və həmin Komissiya Yasamal rayonu, X3 küçəsi, * saylı ünvanda (Yasamal MKTB-nin ** saylı mənzil-kommunal istismar sahəsində) fəaliyyət göstərir, ümumi prosesə, şəffaflığın təmin olunmasına nəzarəti isə Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiya həyata keçirir. Aidiyyəti qurumların təmsil olunduğu Komissiya Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq paytaxtda və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Baki şəhəri Yasamal rayonu ərazisindəki küçələri əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınaraq köçürülməsi sahəsində səlahiyyətlidir. Bir faktı da qeyd edək ki, məhz ərazidə söküntü işləri aparılacağı ilə bağlı xəbərdarlıq edildikdən sonra Komissiya hazırkı iş üzrə yekun məhkəmə aktını gözləmədən evi sökməyə cəhd etmişdir. Beləliklə, hazırda Yasamal MKTB-nin ** saylı mənzil-kommunal istismar sahəsində fəaliyyət göstərən Nazirlər Kabirneti yanında yaradılmış xüsusi Komissiya tərəfindən, ərizəçi-iddiaçıya ödənilməli olan kompensasiya ödənilmədən evin sökülməsi ehtimalı vardır. Bu səbəbdən hesab edirik ki, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianın təmin edilməsinə yönəlmiş təminat tədbirlərinin görülməsi haqqında qərardad qəbul edilməlidir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizədə yazılanlara uyğun izahat verərək, təmsil etdiyi şəxsin mülkiyyətində olan mənzilin ətrafında olan evlərin sökülməsini və təmsil etdiyi şəxsin də mənzilin sökülməsinin istisna olmamasını bildirərək, söküntü işlərinin ərizəçiyə aid olan hissədə dayandırılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa ərizəçinin nümayəndəsi ərizədə texniki səhv olaraq söküntü işlərinin Nazirlər Kabineti yanında söküntü komissiyası tərəfindən aparılmasını göstərmiş və söküntü işlərinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan komissiya tərəfindən dayandırılmasını tələb etmişdir. Məhkəmədə Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 verilmiş ərizəyə etiraz edərək, bildirmişdir ki, qeyd olunan komissiya Bakı şəhər İcra Hakimiyyətinin əmri əsasında yaradılmış və dövlət ehtiyacları üçün alınan ərazilərdə söküntü işlərinin aparılmasına nəzarət funksiyasını həyata keçirir. Nəzərə alınmalıdır ki, ərizəçinin əsas iddia tələbi onlara qarşı qaldırılmayıb. Bundan başqa o da nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyəti qeydə alınmış daşınmaz əmlakların söküntüsü yalnız mülkiyyətçi ilə razılıq əldə edildikdən sonra həyata keçirilir. Hal-hazırda qeyd olunan əmlakın alınması ilə bağlı danışıqlar gedir və hər hansı bir söküntü işlərinin aparılması nəzərədə tutulmayıb. Məhkəmə kollegiyası aşağıdakı sxem üzrə Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin yoxlanılmasını zəruri hesab edir: Ərizəçinin maddi tələbinin mövcud Hazırda ərizəçi Ərizəçi cavabdeh olması ehtimalının müəyyən edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti Daşınmaz Əmlakın Dövlə. Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı "çıxarışın verilməsi” tələbinə dair iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Müddətin gözlənilməsi (ötürülüb- müddət ötürülməmişdir ötürülməməsi) Ərizənin əsaslı olmasının müəyyən edilməsi: 1.iddia qaldırmaq səlahiyyətinin olması ərizəçi iddia qaldırmaq səlahiyyətindədir 2.cavabdeh tərəfin düzgün müəyyən Əsas iddia tələbi üzrə cavabdeh Azərbaycan edilməsi Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3.kifayət qədər əsaslandırmanın olması (mövcud vəziyyətin dəyişəcəyi kifayət qədər əsaslandırma mövcuddur və təqdirdə onun hüquqlarının təmin və ya mövcud vəziyyətin dəyişəcəyi təqdirdə bərpa edilməsinin mümkün olmaması ərizəçinin hüquqlarının bərpa edilməsinin və bu səbəbdən ilkin təcili mümkün olmaması və bu səbəbdən ilkin təcili tənzimləmənin həyata keçirilməsinin tənzimləmənin həyata keçirilməsinin zəruriliyi zəruriliyi (işin konkret halları ilə) müəyyən edilir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2-ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. İş materiallarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı məhkəməyə müraciət edərək ünvan 4 ünvanda qeydə alınmış daşınmaz əmlakın altındakı 100 kv.m torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi kimi iddiaçı Ərizəçi adına qeydiyyata alınaraq mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı inzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən şikayət verilmiş, *-*(*-*)-****/**** saylı iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün ilkin təcili tənzimləmənin zəruri olmasının araşdırılması zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil Ərizəçi adına ##.##.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırda isə iddiaçı Ərizəçi xüsusi mülkiyyətində olan mənzili fərdi yaşayış evi kimi və altındakı 100 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın (fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən vahid çıxarışın) verilməsini tələb edir. Lakin, hazırda həmin ərazidə söküntü prosesi gedir. Bununla bağlı məhkəmə kollegiyasının iclasında iştirak edən Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi izahatında bildirdi ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mənzilə dair çıxarış olduğundan Bakı şəhər İcra Hakimiyyətinin həmin mənzilə dair söküntü işlərinin aparılması səlahiyyəti yoxdur. Belə ki, söküntü işlərinin aparılması üçün ilk öncə iddiaçı ilə müvafiq danışıqlar aparılmalı və buna görə müəyyən məbləğdə kompensasiya ödənilməlidir. Hazırda isə həmin mənzilin sökülməsi ehtimal xarakteri daşıyır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun #.##.2023-cü il tarixli 14 № li qərarında aşağıdakılar qeyd edilmişdir: 4.7 Bir sıra hallarda ilkin araşdırmanın gedişində obyektiv səbəblərdən bəzi mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi məsələsi üzrə həmin an tam əminliklə qənaətə gəlmək mümkün olmaya bilər. Məsələn, iddiaçının hüquqi müdafiə marağının mövcud olubolmadığını, iddia müddətinin ötürülüb-ötürülmədiyini və ya subyektiv hüquqa malik olubolmadığını müəyyən etmək həmin mərhələdə qeyri-mümkün ola və qeyd edilən halların aydınlaşdırılması üçün əlavə araşdırmanın aparılması tələb oluna bilər. 4.8. Belə halların mövcudluğu müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarın şəxslərə yekun hüquqlar vermədiyi, hüquqa edilmiş müdaxilənin həcmi və ağırlığı, eləcə də görüləcək təminat tədbirlərinin prinsip olaraq inzibati orqanların qanunsuz müdaxiləsindən qorunmağa yönəldiyi nəzərə alınmaqla ərizəçinin xeyrinə şərh olunmalıdır. 11.30. İlkin araşdırmanın aparılmasına baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə dair ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. 11.31. Ziddiyyətli maraqların qiymətləndirilməsi ilk növbədə müvəqqəti xarakterli müdafiə icraatının tərəflərinin, bəzən isə hətta cəmiyyətin maraqları nəzərə alınmaqla qiymətləndirilmə aparılmasını tələb edir. 11.32. Bir qayda olaraq, fiziki və hüquqi şəxslərin fərdi halları nəzərə alınmaqla onların hüquqi statuslarına müdaxilə nə qədər böyük olarsa, inzibati aktın icrasının dayandırılmasına olan ehtiyacın da bir o qədər çox olduğu qəbul edilir. 11.33. Bundan başqa, ziddiyyətli maraqların qiymətləndirilməsi inzibati aktın icra olunmasının (daha sonra iddia icraatında aktın qanunsuz olduğu müəyyən edilərsə) və ya olunmamasının (daha sonra iddia icraatında aktın qanuni olduğu müəyyən edilərsə) tərəflərə, eləcə də ictimai maraqlara vuracağı ziyanın həcmi müqayisə edilməklə də aparıla bilər. 11.34. İnzibati aktın icrasının dayandırılmasında maraqlı olan tərəfə xas olan fərdi hallar nəzərə alındıqda onun hüquqlarının pozulması ilə müqayisədə digər tərəfə və ya ictimai maraqlara vurulacaq ziyan daha az əhəmiyyətli kimi qəbul edilə bilərsə, məhkəmə müvafiq əsaslandırmaya istinadla ziddiyyətli maraqların qiymətləndirilməsini ərizəçinin (iddiaçının) xeyrinə apara bilər...” Belə olan halda kollegiya hesab edir ki, işin hazırkı mərhələsində ilkin təcili tənzimləmənin zəruri olması müəyyən edilmədiyindən ərizəçinin verdiyi müvəqqəti xarakterli müdafiə barədə ərizə təmin olunmamalıdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ilkin təcili tənzimləmə mövcud olmadığına görə iddianın uğurluluğunun araşdırılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və İPM-in 40.2, 55.4 və 55.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi “əmlakın sökülməsinə yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair” müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar