Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-142/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlun və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin qərarın icrasının dayandırılmasını barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, *-**-*-*/*-*******/**** saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” kameral yoxlama qərarının ləğv edilməsini xahiş etmişdir. Iş materiallarından görünür ki, vergi orqanı ilkin olaraq ##.##.2026-cı il tarixli, *-**- *-*/*-******/**** saylı uyğunsuzluq məktubu ünvanlayaraq iddiaçının 2025-ci il üzrə mənfəət vergisi bəyannaməsində əks etdirilmiş göstəricilər arasındakı uyğunsuzluğa diqqət çəkmiş, sonradan qəbul edilmiş mübahisələndirilən qərarla iddiaçıya 2025-ci il üçün 78 688,83 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Mübahisələndirilən qərarın məzmununa görə, iddiaçının bəyannaməsində gəlirdən çıxılan xərclərin cəmi məbləği (1 171 183,00 manat) aşağıdakı göstəricilərin cəmi ilə müqayisə edilmişdir: əvvəlki il üzrə təqdim edilmiş bəyannamənin * nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığı (82 920,64 manat); cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə-fakturaların 370 150,00 manat məbləği istisna olmaqla) və alış aktlarının məbləği (777 738,85 manat); ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin müvafiq sətirləri üzrə göstəricilər (0,00 manat). Alınmış cəmdən (860 659,49 manat) hesabat dövrünün sonuna mal-material qalığı (82 920,64 manat) çıxılmış, yaranan məbləğ (777 738,85 manat) bəyan edilmiş xərclə müqayisə edilərək 393 444,15 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərc müəyyən edilmişdir. Iddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək, mübahisələndirilən qərarın icrasının işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərar əsassızdır və vergi ödəyicisinə aydın formada tərtib edilməmiş, qərardan hansı xərclərin qəbul edilmədiyi anlaşılmır; uyğunsuzluq məktubuna cavab olaraq bütün təsdiqedici sənədlər vergi orqanına təqdim edilsə də, onlar nəzərə alınmadan kameral qərar qəbul edilmişdir; Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi öz təqsirsizliyini sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların sübut edilməsi vergi orqanının üzərinə düşür və aradan qaldırılmaz şübhələr vergi ödəyicisinin xeyrinə şərh olunur; «Inzibati icraat haqqında» Qanunun 24.1, 47.1 və 47.2-ci maddələrinə əsasən inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; qərarın icrası nəticəsində şirkətin fəaliyyəti iflic olacaq, bu isə işçilərə, sahibkara və dövlət büdcəsinə zərər vuracaqdır. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim R.İ.Ismayılov) ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ərizəçi tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC tərəfindən qanunvericiliyin tələblərinə daim riayət edilmiş, heç bir qüsura yol verilməmişdir. Inzibati orqan tərəfindən qəbul edilmiş bu qərarla razılaşmırlar. Iddianın uğurluluq ehtimalı aydın olmasa idi, belə (IPM-in 41.2-ci maddəsinin 2-ci cümləsi), ərizəçinin ən azından inzibati aktın icrasının dayandırılmasına olan marağının üstün qüvvəyə malik olduğunu qanunverici Vergi Məcəlləsinin 63.2-ci maddəsində təsbit etmişdir. Həmin normanın tələbinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Eyni zamanda Məhkəmə ərizəçinin dəlillərini yalnız maliyyə çətinliyinin yarana biləcəyi ehtimalı barədə olmaqla qərarın icrasının bərpaolunmaz nəticələr doğuracağına dair sübuta əsaslanmadığını qeyd etmişdir. Iddiaçı kommersiya hüquqi şəxsdir və mübahisələndirilən qərarla vergi ödəyicisinin vergi öhdəliyi yaradılmışdır. Belə olan halda həmin qərarın icraya yönəldilməsi iddiaçının bank hesablarına sərəncam qoyulması və digər tədbirlərin görülməsinə səbəb olacaqdır ki, bu iddiaçının kommersiya fəaliyyətinin həyata keçirilməsinə mühüm maneələr yaranmasına, onun əhəmiyyətli zərərə məruz qalmasına səbəb ola bilər. Şirkətin fəaliyyətindən görünür ki, bütün əməliyyatları əsasən dövlət qurumları ilədir. Qərarın icrası ilə əlaqədar ödənişlər edə bilmir, fəaliyyəti üçün zəruri olan materialları ala bilmir. Alışların edilə bilməməsi, debitorlarin artması şirkətin fəaliyyətini dayanmaq dərəcəsinə çatdırır. Lakin bu ödənilməyən əməkhaqqı və digər borclar ərizəçinin konkret vəziyyətinə və onun qorumaq istədiyi maraqlara əhəmiyyətli dərəcədə zərər vurulması təhlükəsinə malikdir. Ərizəçinin fərdi halları nəzərə alınaraq iş üzrə təcililik müəyyən olunmalıdır. Şirkətin fəaliyyəti bu qərarla iflic olarsa, bu qərardan işçilər, sahibkar və dövlət büdcəsi zərər görəcəkdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr və müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqini tənzimləyən hüquq normaları ilə qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Ərizəçi MMC Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ## #### 2026-cı il tarixli, *-**-*-*/*-*******/**** saylı kameral yoxlama qərarının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, eyni zamanda həmin qərarın icrasının işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini xahiş etmişdir. Mübahisələndirilən inzibati aktla iddiaçıya 2025-ci il üzrə 78.688,83 manat əlavə mənfəət vergisi hesablanmış, hesablamanın əsasında isə bəyannamədə göstərilmiş 1.171.183 manat gəlirdən çıxılan xərclərlə vergi orqanında olan məlumatlar əsasında müəyyən edilmiş göstəricilər arasındakı fərq, o cümlədən 370.150 manat məbləğində riskli e-qaimə-fakturaların hesablamadan istisna olunması və nəticədə 393.444,15 manat məbləğində sənədlərlə təsdiq edilməyən xərcin müəyyən edilməsi dayanmışdır. Birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə barədə ərizəni mümkün hesab etsə də, onun təmin edilməsi üçün maddi-prosessual şərtlərin mövcud olmadığı qənaətinə gəlmişdir. Məhkəmə ilk növbədə təcililik şərtini qiymətləndirmiş, iddiaçının şirkətin fəaliyyətinin “iflic olacağı”, işçilərin, sahibkarın və dövlət büdcəsinin zərər çəkəcəyi barədə ümumi xarakterli bəyanatlarını həmin nəticələrin real və yüksək ehtimallı olduğunu təsdiqləyən konkret faktlarla müşayiət olunmayan mülahizələr kimi qiymətləndirmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, müəssisənin maliyyətəsərrüfat vəziyyətini, dövriyyə vəsaitlərini, 78.688,83 manat məbləğində öhdəliyin onun ödəmə qabiliyyətinə real təsirini, işçilərin sayını, əməkhaqqı fondunu və fəaliyyətin fasiləsizliyi üçün zəruri maliyyə göstəricilərini əks etdirən sənədlər təqdim edilməmişdir. Bu yanaşma müvəqqəti xarakterli müdafiə institutunun hüquqi təyinatına və Ali Məhkəmə Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Inzibati Prosessual Məcəllənin 41.1ci maddəsinə görə, inzibati aktın mübahisələndirilməsi haqqında iddianın qaldırılması həmin aktın icrasını özlüyündə dayandırmır. Məcəllənin 41.2-ci maddəsi yalnız işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı müəyyən edildikdə, yaxud uğurluluq ehtimalı aydın olmadıqda ziddiyyətli maraqlar qiymətləndirildikdən sonra məhkəməyə icranı dayandırmaq imkanı verir. Başqa sözlə, inzibati aktın məhkəmədə mübahisələndirilməsi ilə onun icrasının dayandırılması arasında avtomatik hüquqi əlaqə mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarının ## ####### 2025-ci il tarixli ** nömrəli Qərarla əlavə edilmiş 4.1-1-ci bəndində bu mexanizmin tətbiq şərtləri daha konkret müəyyənləşdirilmişdir. Həmin hüquqi mövqeyə əsasən, inzibati aktın icrasının dayandırılması üçün iki şərt məcmu şəkildə mövcud olmalıdır: ilkin təcili tənzimləmənin zəruriliyi və iddianın böyük ehtimalla uğurlu olması. Təcililik ilkin şərtdir və məhkəmə yalnız bu şərtin mövcudluğu müəyyən edildikdən sonra iddianın uğurluluq ehtimalını qiymətləndirməlidir. Təcililik mövcud olduğu halda iddianın uğurluluq ehtimalını müəyyən etmək mümkün olmadıqda isə tərəflərin və ictimaiyyətin ziddiyyətli maraqları mütənasiblik əsasında müqayisə edilməlidir. Plenum Qərarının 4.1-2-4.1-4-cü bəndləri təcililik meyarının abstrakt deyil, konkret xarakter daşıdığını xüsusilə vurğulayır. Təcililik ərizəçinin fərdi vəziyyətinə istinad edilməklə əsaslandırılmalı, müdaxilənin ağırlığı, onun real nəticələri və bu nəticələrin məhz ərizəçiyə təsiri müəyyən edilməlidir. Ərizəçi mövcud vəziyyətin dəyişməsi nəticəsində hüquqlarının sonradan qorunmasının nə üçün mümkünsüz və ya xeyli dərəcədə çətinləşəcəyini aydın şəkildə göstərməli, ehtimal edilən təhlükəni konkret işin faktiki halları ilə əlaqələndirməli və belə təhlükənin yüksək ehtimalını əsaslandırmalıdır. Həlledici meyar müvəqqəti tədbir görülmədikdə əvvəlki vəziyyətin bərpasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin olub-olmayacağıdır. Hazırkı işdə isə apellyasiya şikayətində birinci instansiya məhkəməsində irəli sürülmüş eyni mülahizələr mahiyyətcə təkrarlanmışdır. Şikayətçi qərarın icrası nəticəsində ödənişlər edə bilmədiyini, fəaliyyət üçün zəruri materialları ala bilmədiyini, debitor borclarının artdığını və bunun şirkətin fəaliyyətini dayanma həddinə çatdırdığını bildirir. Bununla belə, həmin nəticələrin artıq baş verdiyini və ya yüksək ehtimalla baş verəcəyini təsdiqləyən konkret iqtisadi göstəricilər, maliyyə hesabatları, bank hesablarından çıxarışlar, hesabların faktiki bloklanmasına dair sənədlər, likvidlik göstəriciləri, əməkhaqqı borcları barədə məlumatlar, icra edilməmiş müqavilələr, kontragentlərin tələbləri, bank zəmanəti verilməsindən imtina, tenderdən kənarlaşdırılma və ya müqavilənin pozulması təhlükəsini təsdiqləyən sənədlər təqdim edilməmişdir. Apellyasiya şikayətinin özündə də birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutların olmadığı açıq şəkildə göstərilmişdir. Işə əlavə edilmiş sənədlər də bu nəticəni dəyişmir. Belə ki, Ərizəçi MMC-nin ## ### 2026-cı il tarixli “xxxx” ASC-yə müraciətindən şirkətin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin regional qurumunun keçirdiyi açıq tenderdə iştirak etdiyi, tender şərtlərinə görə bank təminatının tələb olunduğu və tender müraciəti üzrə təminatın qüvvədə olma müddətinin ## ####### 2026-cı ilədək uzadılmasının xahiş edildiyi görünür. Lakin həmin sənəd mübahisələndirilən vergi qərarının qəbulundan əvvəl tərtib edilmiş və bankın vergi borcu səbəbindən təminat verməkdən imtina etdiyini, mövcud təminatı ləğv etdiyini və ya şirkətin tenderdən kənarlaşdırıldığını təsdiqləmir. Başqa sözlə, bu sənəd şirkətin təsərrüfat fəaliyyətinin müəyyən istiqamətini göstərə bilsə də, mübahisələndirilən qərarın icrası ilə həmin fəaliyyətin dayanması arasında səbəbli əlaqəni sübut etmir. Eyni nəticə ## ### 2026-cı il tarixli “xxxx” ASC-yə müraciətə də aiddir. Həmin sənədlə ərizəçi bankdan ## ###### 2025-## ###### 2026-cı il dövrü üzrə hesab dövriyyəsi və ## ###### 2026-cı il tarixinə cari qalıq barədə məlumat verilməsini xahiş etmişdir. Lakin iş materiallarında bu müraciətə bankın cavabı, hesab üzrə faktiki dövriyyə və qalıq, yaxud şirkətin likvidliyini xarakterizə edən məlumat əks olunmur. Bankdan maliyyə məlumatının tələb edilməsi faktı həmin maliyyə məlumatının özünü əvəz edə bilməz. Üstəlik, bu sənəd də mübahisələndirilən ## #### 2026-cı il tarixli qərardan əvvəl tərtib edilmişdir. ## ### 2025-ci il tarixli təhvil-təslim aktı Ərizəçi MMC-nin “xxxx” QSC ilə təsərrüfat münasibətlərinin mövcudluğunu təsdiq edir. Lakin həmin sənəd də mübahisəli vergi qərarından əvvəlki dövrə aiddir və vergi qərarının icrasından sonra müqavilə münasibətlərinin pozulduğunu, öhdəliyin icrasının mümkünsüzləşdiyini və ya şirkətin dövlət qurumları ilə müqavilələrinin itirilməsi təhlükəsi ilə üzləşdiyini göstərmir. Buna görə də belə sənəd təcililiyin hüquqi meyarına deyil, ən çoxu ərizəçinin əvvəlki təsərrüfat fəaliyyətinin xarakterinə aid sübut kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alınmalıdır ki, iş materiallarında olan ## #### 2026-cı il tarixli ödəniş tapşırığından Ərizəçi MMC-nin xxxx ASC-dəki hesabından Dövlət Vergi Xidmətinin Milli Gəlirlər hesabına 3.000 manat vəsait köçürüldüyü görünür. Sənəddə ödənişin “##.##.2026 tarixli ***********A nömrəli sərəncamın ödənişi” olduğu göstərilmişdir. Bu sənədin məhz hazırkı mübahisənin predmeti olan ## #### 2026-cı il tarixli kameral yoxlama qərarının icrası ilə əlaqədar olduğunu müəyyən etmək mümkün olmasa da, o, ən azı ərizəçinin “qərarın qəbulundan sonra ümumiyyətlə ödənişlər edə bilməməsi” barədə iddiasını təsdiq edən sübut sayıla bilməz. Digər tərəfdən, 3.000 manatlıq ödəniş faktının özündən şirkətin bütövlükdə ödəmə qabiliyyətli olduğu nəticəsinə gəlmək də düzgün olmazdı. Faktiki olaraq, bu sənəd nə fəaliyyətin iflic olduğunu, nə hesabların faktiki vəziyyətini, nə də 78.688,83 manatlıq öhdəliyin şirkətin mövcudluğuna real təhlükə yaratdığını sübut edir. Apellyasiya şikayətində Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə istinad edilməklə birinci instansiya məhkəməsinin iş üçün əhəmiyyətli olan bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmadığı iddia olunur. Bu dəlil də əsaslı hesab edilə bilməz. Doğrudur, Inzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələri məhkəmənin işin düzgün həlli üçün əhəmiyyətli halları xidməti vəzifəsinə görə araşdırmasını və zəruri sübutları toplamasını tələb edir. Lakin həmin Məcəllənin 12.3-cü maddəsi proses iştirakçılarının da faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etmək vəzifəsini təsbit edir. Inzibati məhkəmə icraatında tətbiq olunan xidməti araşdırma prinsipi tərəfin özünə məxsus və yalnız onun təsərrüfat-maliyyə fəaliyyətində formalaşan məlumatları təqdim etmək vəzifəsini aradan qaldırmır. Əks yanaşma məhkəmənin ərizəçinin əvəzinə onun maliyyə vəziyyətini müəyyən etməsini, özəl bank hesabları, əməkhaqqı öhdəlikləri, likvidlik, müqavilə riskləri və kommersiya əlaqələri barədə sübut bazasını özü formalaşdırmasını tələb edərdi. Bu isə, xüsusilə müvəqqəti müdafiə icraatında, Ali Məhkəmə Plenumunun təcililiyin məhz ərizəçi tərəfindən konkret fərdi hallara istinadla əsaslandırılmasını tələb edən 4.1-2 və 4.1-3-cü bəndlərinin məzmunu ilə ziddiyyət yaradardı. Hazırkı halda birinci instansiya məhkəməsi ərizəçinin fəaliyyətin iflic olması barədə dəlilini diqqətdən kənarda qoymamış, əksinə, həmin dəlilə ayrıca qiymət vermiş və məhz onun təsdiqi üçün hansı faktiki göstəricilərin işdə olmadığını qərardadda konkret göstərmişdir. Buna görə apellyasiya şikayətində “hallar araşdırılmamışdır” şəklində ifadə olunan etiraz faktiki olaraq araşdırmanın aparılmamasına deyil, məhkəmənin təqdim edilmiş məlumatlardan ərizəçinin gözlədiyi nəticəni çıxarmamasına yönəlmişdir. Məhkəmənin sübuta yetirilməmiş fakt barədə tərəfin xeyrinə ehtimal yürütməməsi isə Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinin pozuntusu sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın uğurluluq ehtimalına verdiyi ilkin qiymət də əsaslıdır. Mübahisələndirilən kameral yoxlama qərarının müvafiq hissəsində verginin hesablanmasına gətirib çıxaran rəqəmsal göstəricilər, bəyan edilmiş xərclərin hansı məlumatlarla tutuşdurulduğu, 370.150 manat məbləğində riskli e-qaimələrin istisna olunduğu və 393.444,15 manat fərqin hansı üsulla yarandığı göstərilmişdir. Buna görə inzibati aktın ümumiyyətlə əsaslandırılmadığı barədə mövqe ilkin baxışda açıq və birmənalı şəkildə təsdiqlənmir. Riskli e-qaimə-fakturalar üzrə əməliyyatların həqiqiliyi və onların gəlirdən çıxılan xərc kimi qəbul edilməsinin mümkünlüyü, iddiaçının təqdim etdiyini bildirdiyi ilkin uçot sənədlərinin vergi orqanı tərəfindən qiymətləndirilib-qiymətləndirilmədiyi, eləcə də Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələblərinə əməl olunması isə tərəflərin sübutlarının bilavasitə və hərtərəfli tədqiqini tələb edən məsələlərdir. Müvəqqəti müdafiə icraatında bu məsələlərə qəti hüquqi qiymət verilməsi əsas mübahisənin nəticəsinin əvvəlcədən həll edilməsi mənasına gələrdi. Birinci instansiya məhkəməsi də məhz bu səbəbdən iddianın nə böyük ehtimalla uğurlu, nə də açıq-aşkar perspektivsiz olması barədə nəticəyə gəlmiş, uğurluluq ehtimalını hazırkı mərhələdə qeyri-müəyyən hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №15(3-6)-142/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-142/2026
29.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver