Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-144/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Iddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Şöbəsinə qarşı icra məmurunun hərəkətinin qanunsuz sayılması tələbinə dair iş üzrə Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, icra məmurunun hərəkətlərini qanunsuz hesab edilməsi və yol verilmiş qanunsuzluqların aradan qaldırılması barədə müvafiq tədbirlər görülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, icra məmuru Ruslan Məmmədov tərəfindən ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı və ##.##.2025-ci il tarixli, 2-2(102)- ***/**** saylı Ali Məhkəmənin qərarlarının icra sənədi üzrə icra işi başlanılmışdır. Həmin qərarların icra olunması zaman icra məmuru Ruslan Məmmədov tərəfindən "Icra haqqında" Qanunun 8.2, 18.1.4, 32, 33, 38, 40, 42, 44, 54, 70, 72, 78.1, 82.1-ci maddələrinin tələblərinə əməl edilməməsi nəticəsində iddiaçının hüquq və mənafeləri pozulmuşdur. ##.##.2026-ci il tarixdə icra məmuru Ruslan Məmmədov tərəfindən 055/*** ******* nömrəli mobil telefon vastəsilə iddiaçıya zəng olunmuş, ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarın icrası ilə əlaqədar ##.##.2026-cı il tarixdə Bakı Beynəlxalq Avtovağzal Kompleksi T/M Sumqayıt şossesi 3 ünvanına könüllü gəlmişdir. Həmin vaxta qədər mövcüd qərarın iddiaçı tərəfindən icra olunmamasına səbəb şirkətinə aid malların saxlandığı anbarın qapısına qarşı tərəfin qanunsuz hərəkətləri ilə xüsusi kilidlərin vurulması olmuşdur və iddiaçının ora girişi qadağan edilmişdir. Icra tədbiri üzrə icra məmuru tərəfindən həmin kilidlər açılmış və müvafiq anbara daxil olmuşlar. Daxil olduqdan sonra müəyyən edilmişdir ki, anbarın tavan hissəsinin qopması nəticəsində tavan hissədən axan sular daxilə nüfuz etmiş və mallara ciddi ziyan vurulmuşdur, həmçinin müvafiq havalandırma tədbirlərinin həyata keçirilməməsi nəticəsində mallar üzərində ciddi kimyəvi aşınmalar baş vermişdir. Iddiaçı bu hallar barədə icra məmuruna məlumat versə də, o özü bu halları görməsinə baxmayaraq heç bir tədbir görməmişdir. Mövcud işlə əlaqədar gələcək məhkəmə perspektivinin təmin olunması üçün həmin mallara mütəxəssis baxışının həyata keçirilməsinə şərait yaradılması və icra tədbirlərinin ağlabatan müddətə təxirə salınması ondan xahiş edilmişdir. Qanunvericiliyə əsasən, iddiaçı tərəfindən icra məmuru Ruslan Məmmədova müvafiq ərizə təqdim olunmasına baxmayaraq o iddiaçının ərizəsini qəbul etməkdən imtina etmiş və qarşı tərəfin təkidi ilə malları anbarın çölünə çıxartmağa başlamışdır. Iddiaçı icra məmuru Ruslan Məmmədovun hərəkətlərindən şikayət vermək niyyətini bildirdikdən sonra R.Məmmədov Binəqədi rayon Icra şöbəsinin rəisi ilə telefon əlaqəsi saxlamış və rəisin yanına getməyin vacibliyini bildirmişdir. R.Məmmədov bu qərarından sonra onun tapşırığı ilə mallar yenidən anbara yığmış anbarın qapıları bağlanaraq, icraçının gözü qabağında qarşı tərəfin məsul işçiləri anbarın qapısına yenə də qanunsuz olaraq xüsusi kilidlər vurmuşdur. Bundan sonra onlar Binəqədi rayon Icra şöbəsinə gəlmiş (saat 12:55-də) və 2 saat ərzində rəisin iddiaçını qəbul etməməsi nəticəsində onunla görüş baş tutmamışdır. Həmin gün iddiaçı tərəfindən Binəqədi rayon Icra şöbəsinin rəisinə rəsmi ərizə və izahatla müraciət edilmişdir. Yuxarıda göstərilənlərlə yanaşı tərəf olduğu digər bir məhkəmə işi ilə əlaqədar ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı Ali Məhkəmənin qərarının icrasına dair “xxxx” MMC-yə münasibətdə heç bir icra hərəkətləri həyata keçirilmədiyi təqdirdə həmin icra məmuru tərəfindən iddiaçının həmin qətnamənin icrası ilə əlaqədar da icra tədbirinə maneəçilik törətməyi barədə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Halbuki, bu icra tədbiri ilə bağlı icra məmuru tərəfindən nə ona, nə ünvanına heç bir yazılı ya da şifahi bildiriş təqdim edilməmiş, hətta telefon vasitəsilə heç bir məlumat verilməmiş, ümumiyətlə bu işlə əlaqədar heç bir icra tədbirləri həyəta keçirilməmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, e-*-*(*-*)- ****/**** saylı qərardadı ilə Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*- *)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ərizəçi hazırkı ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin e-*-*(*-*)-****/**** saylı işi üzrə veriləcək kassasiya şikayətinə baxılıb yekun qərar qəbul edilənədək Binəqədi Rayon Icra Şöbəsi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan ##.##.2026-cı il tarixli bütün məcburi icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəçinin təqdim etdiyi vəsatətin məzmununu, iş materiallarını, hazırkı mübahisənin predmetini və tətbiq edilməli hüquq normalarını qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud deyildir. Yuxarıda qeyd olunduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, e-2-1(3-6)-1576/2026 saylı qərardadı ilə iddiaçı Ərizəçi apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı iddianın mümkün sayılmaması barədə qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mübahisələndirdiyi hərəkətlər müstəqil inzibati idarəçilik fəaliyyəti çərçivəsində deyil, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası prosesində həyata keçirilmiş və iddiaçı tərəfindən seçilmiş hüquqi müdafiə vasitəsi mübahisənin hüquqi təbiətinə uyğun olmamışdır. Bundan sonra iddiaçı ## #### 2026-cı il tarixli vəsatətlə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam mətninin ona təqdim edilmədiyini, bu səbəbdən əsaslandırılmış kassasiya şikayəti verməsinin mümkün olmadığını, eyni zamanda Binəqədi Rayon Icra Şöbəsi tərəfindən ## #### 2026-cı il tarixdə məcburi icra tədbirlərinin həyata keçirilməsinin nəzərdə tutulduğunu göstərmiş və kassasiya şikayətinin verilməsi təmin edilənədək icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir. Ərizəçi icra tədbirləri davam etdirilərsə, qeyri-yaşayış sahələrinin boşaldılacağını və əmlakın faktiki vəziyyətinin geri dönməz şəkildə dəyişəcəyini bildirmişdir. Ərizəçinin tələbinin hüquqi mahiyyəti nəzərə alındıqda, onun hər hansı inzibati aktın icrasının dayandırılmasını deyil, cavabdeh icra orqanının müəyyən müddət ərzində konkret icra hərəkətlərini həyata keçirməkdən çəkindirilməsini tələb etdiyi görünür. Buna görə də həmin tələb Inzibati Prosessual Məcəllənin 41-ci maddəsində nəzərdə tutulan inzibati aktın icrasının dayandırılması deyil, Məcəllənin 40.1 və 43-cü maddələri mənasında iddiaçının hüquqlarının qorunmasına yönəlmiş digər müvəqqəti xarakterli müdafiə tədbiri kimi qiymətləndirilməlidir. Inzibati Prosessual Məcəllənin 40.3-cü maddəsi belə hallarda məhkəməyə cavabdehin üzərinə müəyyən hərəkətləri etməkdən çəkinmək vəzifəsi qoymaq imkanı verir. Vəsatətin əsas mübahisə üzrə apellyasiya baxışı yekunlaşdıqdan sonra təqdim edilməsi özlüyündə ona baxılmasını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarının 3.4-cü bəndinə əsasən, işə mahiyyəti üzrə baxılması yekunlaşsa belə, apellyasiya və ya kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddət bitmədiyi halda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verilə bilər və belə ərizəyə həmin anda iş hansı məhkəmənin icraatındadırsa, həmin məhkəmə tərəfindən baxılmalıdır. Deməli, ərizənin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə müraciət kimi qiymətləndirilərək apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması prosessual baxımdan mümkündür. Lakin ərizənin baxılmasının mümkün olması onun avtomatik olaraq əsaslı hesab edilməsini şərtləndirmir. Inzibati Prosessual Məcəllənin 43.1-ci maddəsi digər müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün iki müstəqil şərtin deyil, məhz məcmu halda mövcud olmalı olan iki şərtin müəyyən edilməsini tələb edir. Bir tərəfdən, mövcud vəziyyət dəyişərsə, ərizəçinin hüquqlarının sonradan qorunmasının, təmin və ya bərpa edilməsinin mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləməyə ehtiyac olmalı, digər tərəfdən isə ilkin məhkəmə araşdırması ərizəçinin maddi-hüquqi tələbinin mövcud olması ehtimalını göstərməlidir. Məcəllənin 43.2-ci maddəsinə görə bu əsasların hər ikisinin mövcudluğunu aydın və əsaslandırılmış şəkildə göstərmək vəzifəsi ərizəçinin üzərinə düşür. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan Qərarının 12.1-12.6-cı bəndlərində də bu yanaşma konkretləşdirilərək göstərilmişdir ki, sadəcə mümkün təhlükəyə istinad edilməsi müvəqqəti müdafiə tədbirinin tətbiqi üçün yetərli deyildir. Ərizəçi mövcud vəziyyətin dəyişməsi nəticəsində hüquqlarının nə üçün bərpa edilə bilməyəcəyini və ya bunun nə üçün xeyli dərəcədə çətinləşəcəyini konkret faktlarla əsaslandırmalı, eyni zamanda əsas iddianın uğurlu olması ehtimalı ilkin araşdırma nəticəsində müəyyən edilməlidir. Əsas iddianın uğurluluq ehtimalının qiymətləndirilməsinə isə ilk növbədə həmin iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsinin yoxlanılması daxildir. Hazırkı işdə məhz ikinci şərtin mövcud olmadığı xüsusilə nəzərə alınmalıdır. Belə ki, əsas iddia üzrə artıq həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlük şərtlərinə cavab vermədiyi nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi hərəkətlər konkret icra sənədlərinin icrası prosesində həyata keçirilmiş hərəkətlər olmuş, onların müstəqil inzibati idarəçilik fəaliyyəti kimi qiymətləndirilməsi mümkün olmamışdır. Məhkəmə həmçinin iddiaçının Konstitusiyanın 60-cı maddəsinə istinadının seçilmiş prosessual müdafiə vasitəsini mümkün hala gətirmədiyini, məhkəmə müdafiəsi hüququnun şəxsin tələb etdiyi məsələyə mütləq şəkildə məhz onun seçdiyi prosessual formada baxılması hüququnu ehtiva etmədiyini müəyyən etmişdir. Ali Məhkəmə Plenumunun ** nömrəli Qərarının 4.6-cı bəndində də göstərilmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilk növbədə əsas iddianın mümkünlük şərtlərinin ödənilməsindən asılıdır; mümkünlük şərtləri ödənilmədikdə əsas iddia üzrə uğur qazanmaq imkanı aradan qalxır və bununla da təminat tədbiri vasitəsilə qorunmalı hüquqi maraq da itirilmiş olur. Hazırkı halda apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə hüquqi nəticəsi kassasiya qaydasında hələ yoxlanılmamış olsa da, ərizəçi müvəqqəti müdafiə barədə müraciətində həmin nəticənin yanlış olmasını ilkin baxışdan inandırıcı edən hər hansı yeni faktiki və ya hüquqi hal göstərməmişdir. Kassasiya şikayəti vermək niyyətinin mövcudluğu isə özlüyündə əsas iddianın uğurluluğu və ya ərizəçinin maddi-hüquqi tələbinin mövcudluğu ehtimalının müəyyən edilməsi kimi qəbul oluna bilməz. Ərizəçinin apellyasiya instansiyası məhkəməsinin qərardadının tam mətninin təqdim edilməməsi səbəbindən kassasiya hüququndan faktiki istifadə edə bilməməsi barədə dəlili də icra hərəkətlərinin məhkəmə qaydasında dayandırılması üçün müstəqil hüquqi əsas yaratmır. Həmçinin Elektron Məhkəmə informasiya sistemindən görünür ki, e-*-*(*- *)-****/**** saylı qərardad ##.##.2026-cı il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmiş, qərardaddan kassasiya şikayəti verilmiş və şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, icra hərəkətləri artıq qanuni qüvvəsini almış digər məhkəmə aktlarının icrası ilə əlaqədar həyata keçirilir. Bu baxımdan hazırkı iş üzrə verilmiş kassasiya şikayətinin mövcudluğu və ya gələcəkdə verilməsi icra sənədlərinin hüquqi əsasını təşkil edən həmin məhkəmə aktlarının özlərinin mübahisələndirilməsi ilə eyniləşdirilə bilməz. “Icra haqqında” Qanunun ərizəçinin istinad etdiyi normaları da onun tələb etdiyi nəticəyə gətirib çıxarmır. Qanunun 16.1-ci maddəsi icra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda tələbkarın və ya borclunun əsaslandırılmış müraciəti əsasında icra məmurunun icra hərəkətlərini on gündən çox olmayan müddətə təxirə salmasını nəzərdə tutur. Bu norma icra məmurunun icra icraatı çərçivəsində həyata keçirdiyi ayrıca prosessual səlahiyyəti tənzimləyir və apellyasiya instansiyası inzibati məhkəməsində müvəqqəti xarakterli müdafiənin tətbiqinin maddi-prosessual şərtlərini əvəz etmir. Buna görə 16.1-ci maddəyə istinad Inzibati Prosessual Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulan şərtlər sübuta yetirilmədən məhkəmənin icra hərəkətlərini dayandırması üçün hüquqi əsas hesab edilə bilməz. Eyni nəticə “Icra haqqında” Qanunun 18.1.4, 19.1.3 və 21.8-ci maddələrinin sistemli təhlilindən də irəli gəlir. Qanunun 18.1-ci maddəsində sadalanan hallar icraatın məcburi deyil, mümkün dayandırılması hallarıdır və 18.1.4-cü maddə icra məmurunun hərəkətlərindən şikayət verilməsini həmin hallardan biri kimi göstərir. Lakin Qanunun 21.2ci maddəsi belə halda icra məmurunun icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiqlənmiş təqdimat verməsini, 21.3-cü maddə isə məhkəmənin məhz həmin təqdimat əsasında icraatın dayandırılması məsələsinə baxmasını nəzərdə tutur. Deməli, icra məmurunun hərəkətlərindən şikayətin verilməsi icraatın qanunun qüvvəsi ilə avtomatik dayanmasına səbəb olmur. Qanunun 19.1.3-cü maddəsi də müstəqil dayandırma əsası müəyyən etmir. Həmin norma 17 və 18-ci maddələr üzrə icraatın dayandırılması üçün hüquqi əsas artıq yarandığı halda onun hansı müddətədək davam etməsini tənzimləyir. Eyni qaydada, Qanunun 21.8-ci maddəsinin “dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir” müddəası yalnız əvvəlcədən qanunla müəyyən edilmiş qaydada dayandırılmış icraatın hüquqi nəticəsini təsbit edir. Həmin müddəadan hələ dayandırılmamış icraatın avtomatik olaraq dayandırılması üçün ayrıca əsas çıxarmaq mümkün deyildir. Bu baxımdan Qanunun 17.1.7-ci maddəsi də əhəmiyyətlidir. Həmin norma icraatda olan iş üzrə qəbul edilmiş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmənin icraatına qəbul olunduqda icraatın məcburi dayandırılmasını nəzərdə tutur. Hazırkı halda isə ərizəçinin kassasiya şikayəti icra edilən məhkəmə aktlarına deyil, icra məmurunun hərəkətlərindən verilmiş inzibati iddianın mümkün sayılmamasına dair sonrakı prosessual məhkəmə aktına yönələcəkdir. Buna görə də həmin kassasiya şikayətinin verilməsi niyyətindən icra sənədlərinin əsasını təşkil edən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının avtomatik dayandırılması nəticəsi çıxarıla bilməz. Ərizəçinin “Icra haqqında” Qanunun 44.2-ci maddəsinə istinadı da fərqli nəticəyə gəlməyə əsas vermir. Qanunun 44.1-ci maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqi üçün qanuna uyğun tərtib edilmiş icra sənədinin icra məmuruna təqdim edilməsi, icraata başlama haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün verilmiş müddətin keçməsi tələb olunur; 44.2-ci maddə isə yalnız həmin əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqini qadağan edir. Ərizədə isə 44.1-ci maddədə müəyyən edilmiş şərtlərdən hansının hazırda mövcud olmadığını ilkin baxışdan təsdiq edən kifayət qədər konkret məlumat və sübut təqdim edilməmişdir. Əsas iddia üzrə könüllü icra üçün bildirişin verilməməsi və müddət ayrılmaması barədə dəlillər irəli sürülsə də, həmin dəlillər üzrə məhkəmə mahiyyəti araşdırmaya keçməmiş, iddianın mümkün olmadığı nəticəsinə gəlmiş və bu nəticə apellyasiya instansiyası tərəfindən də qüvvədə saxlanılmışdır. “Icra haqqında” Qanunun 87.1-ci maddəsi tələbkarın və ya borclunun icra məmurunun hərəkətlərindən və hərəkətsizliyindən şikayət vermək hüququnu müəyyən edir. Lakin həmin normada belə şikayətin verilməsinin öz-özlüyündə icra sənədi üzrə icraatı dayandırması barədə qayda nəzərdə tutulmamışdır. Şikayət vermək hüququ ilə icraatın dayandırılmasının hüquqi şərtləri eyni anlayışlar deyildir və qanunverici sonuncu məsələni ayrıca olaraq Qanunun 17-21-ci maddələri ilə tənzimləmişdir. Bu səbəbdən yalnız 87.1-ci maddədə nəzərdə tutulmuş hüquqi müdafiə vasitəsindən istifadə edilməsi faktına əsaslanmaqla icraatın dayandırılmasını tələb etmək mümkün deyildir. Ərizəçinin icra tədbirləri nəticəsində qeyri-yaşayış sahələrinin boşaldılacağı və əmlakın faktiki vəziyyətinin dəyişəcəyi barədə dəlili Inzibati Prosessual Məcəllənin 43.1.1ci maddəsi baxımından nəzərə alınmalı olsa da, bu dəlilin özü müvəqqəti müdafiə tədbirinin tətbiqi üçün kifayət deyildir. Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə, ərizəçi təhlükənin nədə ifadə olunduğunu konkret işin faktiki halları ilə əlaqələndirməli və həmin təhlükənin reallaşmasının onun hüquqlarının sonradan qorunmasını obyektiv olaraq mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin edəcəyini kifayət qədər inandırıcı şəkildə göstərməlidir. Hazırkı ərizədə isə əmlakın faktiki vəziyyətinin dəyişəcəyinin bildirilməsi ilə kifayətlənilmiş, bunun gələcəkdə hüququn bərpasını nə üçün hüquqi və ya faktiki baxımdan qeyri-mümkün edəcəyi konkretləşdirilməmişdir. Bundan əlavə, bu halın mövcudluğu qəbul edilsə belə, Inzibati Prosessual Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulan şərtlər kumulyativ olduğundan, maddi-hüquqi tələbin mövcudluğu və əsas iddianın uğurluluğu ehtimalı müəyyən edilmədiyi təqdirdə yalnız təcili tənzimləmə ehtiyacı təminat tədbirinin tətbiqi üçün kifayət edə bilməz. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi məsələsi həll edilərkən mütənasiblik prinsipi və toqquşan hüquqlar arasında ədalətli balans da nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun ** nömrəli Qərarının 6.10-cu bəndinə əsasən, seçilən tədbir güdülən qanuni məqsədə çatmaq üçün yararlı və zəruri olmaqla yanaşı, aidiyyəti şəxslərin üzərinə həddindən artıq yük qoymamalıdır. Hazırkı halda tələb edilən tədbirin tətbiqi faktiki olaraq qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının qarşısını müəyyən müddətə almaqla həmin məhkəmə aktları üzrə tələbkarların hüquqi vəziyyətinə birbaşa təsir göstərərdi. Halbuki həmin məhkəmə aktları hazırkı inzibati işin predmeti deyil və bu iş üzrə onların qanuniliyi və ya qüvvəsi mübahisələndirilmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsi məhkəmə qərarlarının icrasının məcburiliyini təsbit edir. Konstitusiya Məhkəməsi də məhkəmə müdafiəsi hüququnun yalnız məhkəməyə müraciət etmək və qərar əldə etmək imkanından ibarət olmadığını, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icrasının həmin hüququn ayrılmaz tərkib hissəsi olduğunu, qərarın icra edilməməsinin məhkəmə müdafiəsini səmərəsiz hala gətirə biləcəyini qərarlarında dəfələrlə vurğulamışdır. Buna görə müvəqqəti müdafiə institutu bir tərəfin gələcək prosessual hüquqlarını qorumaq adı altında digər tərəfin artıq qanuni qüvvəyə minmiş məhkəmə aktından irəli gələn icra hüququnun avtomatik və qanunda nəzərdə tutulmayan qaydada məhdudlaşdırılması vasitəsinə çevrilə bilməz. Göründüyü kimi, kassasiya şikayətinin predmeti icra olunan məhkəmə aktlarının özü deyil, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü barədə qəbul edilmiş qərardaddır. Ərizəçinin istinad etdiyi “Icra haqqında” Qanunun 16.1, 18.1.4, 19.1.3, 21.8, 44.2 və 87.1ci maddələrinin heç biri onun təsvir etdiyi şəraitdə icra hərəkətlərinin qanunun qüvvəsi ilə avtomatik dayandırılmasını nəzərdə tutmur. Əsas iddianın mümkün sayılmaması barədə məhkəmə nəticəsini ilkin baxışdan şübhə altına alan yeni hüquqi və ya faktiki əsas təqdim edilmədiyindən, Inzibati Prosessual Məcəllənin 43.1.2-ci maddəsində tələb olunan maddihüquqi tələbin mövcudluğu ehtimalı da müəyyən edilmir. Icra tədbirlərinin görülməsi nəticəsində hüquqların sonradan qorunmasının obyektiv olaraq qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətin olacağı isə ərizədə kifayət qədər konkret və inandırıcı şəkildə əsaslandırılmamışdır. Qeyd olunan hallar məcmu şəkildə qiymətləndirildikdə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün Inzibati Prosessual Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş şərtlərin birgə mövcud olmadığı, ərizəçinin istinad etdiyi dəlillərin icra hərəkətlərinin dayandırılması kimi müstəsna xarakterli prosessual tədbirin tətbiqini əsaslandırmadığı, belə tədbirin tətbiqinin isə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyi və tərəflərin hüquqları arasında ədalətli balans prinsipləri ilə uzlaşmayacağı nəticəsinə gəlinir. Odur ki, məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq belə qənaətə gəlir ki, ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə təmin edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 40-44, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizə təmin edilməsin. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №15(3-6)-144/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-144/2026
29.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver