Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-149/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, üçüncü şəxs üçüncü şəxs2 iştirakı ilə iddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: AZ1092, ünvan 1 (Köhnə ünvan: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Axundov küçəsi ev 30) ünvanında yerləşən 0,0631 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 141,96 kv.m olan fərdi yaşayış evinə üçüncü şəxs4, üçüncü şəxs1, üçüncü şəxs3, üçüncü şəxs2 və Ərizəçi ümumi paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakda mülkiyyətçilərin payları aşağıdakı kimidir: 1) üçüncü şəxs4 - fərdi yaşayış evindən 28,392 kv.m və torpaq sahəsindən 0,01262 hadan bir hissə, 2) üçüncü şəxs1 - fərdi yaşayış evindən 28,392 kv.m və torpaq sahəsindən 0,01262 ha, 3) üçüncü şəxs3 - fərdi yaşayış evindən 28,392 kv.m və torpaq sahəsindən 0,01262 hadan bir hissə, 4) üçüncü şəxs2 - fərdi yaşayış evindən 35,49 kv.m və torpaq sahəsindən 0,015775 ha, 5) Ərizəçi - fərdi yaşayış evindən 49,686 kv.m və torpaq sahəsindən 0,022085 ha. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Ərizəçi ##.##.2026-cı ildə Bakı Inzibati Məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmədə iddia qaldırılana qədər mübahisə predmetinə aid olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Axundov küçəsi ev 30 (Yeni qaydalarla: AZ1092, ünvan 1) ünvanında yerləşən və paylı mülkiyyətdə olan fərdi yaşayış evinin üzərinə həbs qoyulmaqla üçüncü şəxs4, üçüncü şəxs1, üçüncü şəxs3, üçüncü şəxs2 tərəfindən özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. O, həmin ərizəni belə əsaslandırmışdır ki, mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı yaxın müddətdə Bakı Inzibati Məhkəməsinə üçüncü şəxs4, üçüncü şəxs1, üçüncü şəxs3, üçüncü şəxs2 işə cəlb edilməklə iddia ərizəsi verəcək. Üçüncü şəxslər göstərilən evi satmaq niyyətindədirlər. Bu səbəbdən də evin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinə qadağa qoyulması gələcəkdə iddianın təmin olunmasına zəmin yaradar. Bundan sonra ##.##.2026-cı ildə iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı "Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Axundov küçəsi ev 30-a dair verilmiş çıxarışın ləğv edilməsi və düzgün koordinatların müəyyən olunaraq düzgün koordinatlara uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi Bakı Inzibati Məhkəməsinə daxil olmuş və 2-1(4-6)-7021/2026 nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadına əsasən, üçüncü şəxs4, üçüncü şəxs1, üçüncü şəxs3 və üçüncü şəxs2 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında həmin iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Axundov küçəsində yerləşən ** nömrəli evin (Yeni qaydalarla (AZ1092, ünvan 1) özgəninkiləşdirilməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh və üçüncü şəxslər üçüncü şəxs4, üçüncü şəxs1, üçüncü şəxs3 və üçüncü şəxs2 qadağan edilmişdir. Məhkəmə ərizənin təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsasdır. Hazırkı iş üzrə verilmiş ərizədə də ərizənin təmini üçün məhz adıçəkilən əsas müəyyən edilmişdir. Belə ki, ərizə iddia tələbində qorunması tələb edilən mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır ki, qeyd olunan tələblə bağlı ilkin təcili tənzimləmənin zəruriliyi qismində mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi istisna təşkil etmir. Iddia tələbi mülkiyyət hüququnun qeydiyyata alınması barədə olduğundan, müvəqqəti olaraq mübahisə predmetini təşkil edən əmlak üzərində özgəninkiləşdirmənin qadağan edilməsi qismində müdafiə tədbirinin də seçilməsi məqsədə uyğun hesab edilməlidir. Belə ki, hazırkı vəziyyətdə əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməyəcəyi təqdirdə, bu hal mübahisəli əmlakın başqa şəxs və (və ya) şəxslərin mülkiyyətinə keçməsinə və həmin şəxs və (və ya) şəxslərin mülkiyyət hüququna dair sənədlərin mübahisələndirilməsinə, lüzumsuz məhkəmə çəkişmələrinə səbəb ola bilər ki, özgəninkiləşdirmənin qadağan edilməsi barədə ərizənin təmini ərizəçi, cavabdeh, üçüncü şəxslər və digər şəxslər arasında yarana biləcək başqa məhkəmə mübahisələrinin yol verilməməsinə xidmət edir. Bundan başqa, birinci instansiya məhkəməsi iddianın uğurluluq ehtimalına qiymət verilməsi ilə bağlı qeyd etmişdir ki, hazırkı mərhələdə iddianın uğurluluq ehtimalı aydın deyildir. Ziddiyyətli maraqlar qiymətləndirildikdə isə, hazırkı halda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə qiymət verilərkən təkcə hazırkı iş üzrə tərəf və üçüncü şəxs olan şəxslər yox, həmçinin əmlaka sərəncam verilməsi ilə bağlı məhdudiyyət qoyulmayacağı təqdirdə vicdanlı alıcı kimi mübahisəli torpaq sahəsinin yeni mülkiyyətçilərinin hüquq və mənafelərinə xələl gətirə biləcək hal yaranar ki, təkcə həmin hal iddianın uğurluluq ehtimalı aydın olmasa da, ərizənin adıçəkilən hissədə təmini üçün əsas yaradır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayəti verərək Bakı Inzibati Məhkəməsinin **(*- *)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, sözügedən daşınmaz əmlakla bağlı bütün payçıların, o cümlədən iddiaçı Ərizəçi imzası ilə təsdiq olunmuş rəsmi "Bölgü sxemi" mövcuddur. Həmin sənəddə Maya xanım öz imzası ilə bölgüyə heç bir etirazının olmadığını bəyan etmişdir. Hər kəsin evi, darvazası tam ayrıdır və hər bir payçının özünə məxsus müstəqil giriş yolu mövcuddur. Bu səbəbdən onun evinə və giriş yoluna həbs qoyulması qanunsuzdur. TƏRƏFLƏRIN IZAHATLARI: Iş Bakı Apellyasiya Məhkəməsinə daxil olduqdan sonra məhkəmənin ##.##.2026-cı il tarixli məktubları ilə iddiaçıya, cavabdehə və üçüncü şəxslərə apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılacağı barədə məlumat verilmiş, eyni zamanda, apellyasiya şikayətinə yazılı münasibətlərini və zəruri hesab etdikləri sübutları ##.##.2026-cı ilədək Bakı Apellyasiya Məhkəməsinə təqdim etmələri onlara təklif olunmuşdur. Lakin iddiaçı, cavabdeh və üçüncü şəxslər məhkəmənin məktubuna cavab verməmişlər. Bundan sonra işə şifahi məhkəmə baxışı qaydasında baxılması üçün məhkəmə iclası təyin edilmiş və sadalanan şəxslərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etdi. Iddiaçı Ərizəçi, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh, üçüncü şəxslər üçüncü şəxs4, üçüncü şəxs1 və üçüncü şəxs3 isə məhkəmə iclasına gəlməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə iclası onların iştirakı olmadan keçirildi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.
"Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Birinci instansiya məhkəməsinin qərardadı ilə evin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsi həm cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh, həm də üçüncü şəxslər üçüncü şəxs4, üçüncü şəxs1, üçüncü şəxs3 və üçüncü şəxs2 qadağan edilmişdir. Üçüncü şəxs üçüncü şəxs2 qərardaddan apellyasiya şikayəti versə də, digər üçüncü şəxslər və cavabdeh qərardadı mübahisələndirməmişlər. Ona görə də kollegiya qərardadın qanuniliyini və əsaslılığını yalnız üçüncü şəxs2 aid hissədə yoxladı. Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, apellyasiya şikayəti əsaslı deyil. Hazırkı iş üzrə ərizəçi fərdi yaşayış evinin üzərinə həbs qoyulmaqla üçüncü şəxslər tərəfindən özgəninkiləşdirilməsinin qadağan olunmasını xahiş etmiş, bundan sonra isə həmin evə dair verilmiş çıxarışın ləğv edilməsi və düzgün koordinatların müəyyən olunaraq düzgün koordinatlara uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia vermişdir. "Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarında deyilir: "4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir." Məhkəmə kollegiyası qeyd edir ki, ilkin təcili tənzimləmənin zəruriliyinin mövcudluğu hər bir iş üzrə fərdi qaydada müəyyən edilməli olan faktiki məsələdir. Məhkəmə konkret halda, qadağa qoyulmaması nəticəsində əmlakın həqiqətən təhlükə altına düşüb-düşməməsini, bu təhlükənin real olub-olmamasını, habelə həmin nəticələrin sonradan məhkəmə qərarı ilə aradan qaldırılmasının mümkün olub-olmamasını araşdırmalıdır. Hazırkı işdə bəhs edilən fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi beş nəfərin ümumi paylı mülkiyyətindədir. Həmin mülkiyyətçilərdən biri iddiaçı Ərizəçi, qalan dördü isə üçüncü şəxslər üçüncü şəxs4, üçüncü şəxs1, üçüncü şəxs3 və üçüncü şəxs2dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda sadalanan normalarına əsasən, paylı mülkiyyətin mülkiyyətçisi digər mülkiyyətçilərin razılığı olmadan öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malik olsalar da, bu hüquq satmağa icazəni ehtiva etmir. Başqa sözlə, paylı mülkiyyətin mülkiyyətçisi öz payını istədiyi vaxt özgəninkiləşdirə bilər. Kollegiyanın fikrincə, bu hal ilkin təcili tənzimləmənin zəruriliyini təsdiq edir. Çünki üçüncü şəxs üçüncü şəxs2 evdə olan öz payını satacağı halda, prosesə yeni bir şəxs qoşulmalı olacaq və iddiaçı ilə onun arasında yeni lüzumsuz məhkəmə mübahisələrinin başlama ehtimalı yaranacaq. Hazırkı faktiki vəziyyətə müdaxilə baş verməsi və mövcud vəziyyətin dəyişməsi nəticəsində iddiaçının hüquqlarının qorunması xeyli dərəcədə çətinləşəcək. Iddianın böyük ehtimalla uğurlu olub-olmaması məsələsi ilə bağlı kollegiya qeyd edir ki, hazırda iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün deyil. Bu səbəbdən məsələ ilə bağlı yekun qərar qəbul etməzdən əvvəl ziddiyyətli maraqlar hərtərəfli qiymətləndirilməlidir. Bunun üçün digər hallarla yanaşı, aşağıdakı iki vəziyyət də müqayisə edilməlidir: - müvəqqəti təminat tədbiri barədə ərizənin təmin ediləcəyi, lakin sonradan iddianın rədd ediləcəyi vəziyyət, - hazırkı ərizənin təmin edilməyəcəyi, lakin sonradan iddianın təmin ediləcəyi vəziyyət. Kollegiya hesab edir ki, ikinci halda dəyən zərərin aradan qaldırılması daha mürəkkəb ola bilər. Belə ki, ikinci halda, evdəki payın özgəninkiləşdirilməsi, yəni mövcud vəziyyətin dəyişdirilməsi nəticəsində iddiaçının hüquqlarının qorunmasının xeyli dərəcədə çətinləşəcəyi ilə yanaşı, prosesə yeni qoşulmalı olan alıcı ilə hazırkı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları arasında məhkəmə mübahisələrinin başlanma ehtimalı yaranacaq. Birinci halda isə, bu nəticələrin heç biri baş verməyəcək. Zərər yalnız üçüncü şəxs üçüncü şəxs2 öz payını yekun məhkəmə aktı çıxarılanadək özgəninkiləşdirə bilməməsindən ibarət olacaq. üçüncü şəxs2 apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, bütün payçıların imzası ilə təsdiq olunmuş "Bölgü sxemi" mövcuddur. Hər kəsin evi, darvazası tam ayrıdır və hər bir payçının özünə məxsus müstəqil giriş yolu mövcuddur. Bu səbəbdən onun evinə və giriş yoluna həbs qoyulması qanunsuzdur. Kollegiya bununla razılaşmır və qeyd edir ki, həmin sənəd əsas iş üzrə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı olan məsələlərdən biri ola bilər və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunmasını istisna edən hal kimi nəzərdən keçirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı üçüncü şəxs üçüncü şəxs2 aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı üçüncü şəxs üçüncü şəxs2 aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.