Məhkəmə qərarları › İş №15(3-6)-150/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-150/2026

12.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̈Respublikası̈adından Qərardad Bakı̈şəhəri İş̈№̈15(3-6)-150/2026 12.08.2026 BAKÏAPELLYASIYÄMƏHKƏMƏSI iddiaçı Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsinə dair iş üzrə GIRIŞ HISSƏ Bakı̈ApellyasiyäMəhkəməsinin̈Inzibatïkollegiyası Hakimlər̈X4̈məruzəsïilə, X1̈və̈Məmmədov̈Ceyhun̈Bəşir̈oğlundan̈ibarəẗtərkibdə, iddiaçı Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 15(4-6)- ***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə),̈yazılı̈icraaẗqaydasındäbaxaraq̈aşağıdakı̈qərardadı̈qəbul̈etdi. TƏSVIRI HISSƏ Işin halları: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2026-cı il tarixli, **************** nömrəlïqərarının̈ləğv̈edilməsïbarədə̈qərar̈qəbul̈olunmasını̈xahiş̈etmişdir. Iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Ərizəçi cavabdeh AR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2026-cı il tarixli **************** saylı qərarının ləğv edilməsi barədə” iddia tələbinə dair inzibati mübahisəyə məhkəmədə baxılıb qurtaranadək, Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2026-cı il tarixli **************** saylı qərarının icrasının dayandırılması̈barədə̈qərardad̈qəbul̈edilməsinïməhkəmədən̈xahiş̈etmişdir. Ərizənin əsaslandırması: Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2026-cı il tarixli **************** saylı qərarına əsasən, Ərizəçi 2021-ci ilin mənfəət vergisi üzrə 19259,64 manat əlavə hesablama aparılmış və 9629,82 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2022-ci ilin mənfəət vergisi üzrə 153853,77 manat əlavə hesablama aparılmış və 76926,89 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2023-cü ilin mənfəət vergisi üzrə 139483,08 manat əlavə hesablama aparılmış və 69741,54 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2021-ci ilin əlavə dəyər vergisi üzrə 83452,37 manat əlavə hesablama aparılmış və 41726,19 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2022-ci ilin əlavə dəyər vergisi üzrə 273268,68 manat əlavə hesablama aparılmış və 136634,34 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2023-cü ilin əlavə dəyər vergisi üzrə 201028,19 manat əlavə hesablama aparılmış və 100514,10 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2024-cü ilin əlavə dəyər vergisi üzrə 478347,47 manat əlavə hesablama aparılmış və 239173,74 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2026-cı il tarixli **************** saylı qərarının ləğv edilməsi barədə” iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edəcəkdir. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsi, iddiaçı Ərizəçi tələbnamə göndərərək, vergilərin və maliyyə sanksiyasının 5 gün ərzində ödənilməsini tələb etmişdir. Həmin məbləğlərin vergi ödəyicilərinə qanunsuz hesablanması barədə məhkəmədə iddia qaldırıldığından, işə mahiyyəti üzrə baxılıb qurtaranadək və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, cavabdeh inzibati orqanın ##.##.2026-cı il tarixli **************** saylı qərarının icrasının dayandırılmalıdır. Bildirir ki, hazırda “xxxx” MMC-nin 60 işçisi var, iddiaçının bank hesablarına sərəncam qoyulacağı halda, əmək haqqının ödənilməsi mümkün olmayacaq. Bundan başqa, iddiaçının digər kontragentlərlə müqavilələr üzrə öhdəlikləri vardır. Iddiaçının bank hesablarına sərəncam qoyulacağı təqdirdə, həmin müqavilələr üzrə öhdəliklər yerinə yetirilə bilməyəcək və iddiaçı iflas halına düşəcəkdir. Müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə qiymət verərkən, nəzərə alınmalı əhəmiyyətli hallardan biri də, iddianın uğurlululq ehtimalıdır. Iddiaya yekun məhkəmə qərarı ilə qiymət verilməsi zərurətinə xələl gətirməmək şərti ilə, hazırkı iddianın uğurluluq ehtimalı yüksək olduğundan, yalnız əsassız mülahizələrə əsaslanan inzibati akta əsasən iddiaçının müflis hala gətirilməsi, heç bir hüquqi mövqeyə söykənmir. AR Inzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Mübahisələndirilmiş inzibati akt icra ediləcəyi və “xxxx” MMC-dən həmin qərara əsasən hesablanmış vergi və tətbiq edilmiş maliyyə sanksiyasının tələb ediləcəyi təqdirdə, bu, iddiaçının maliyyə-təsərrüfat iflic vəziyyətinə düşəcəkdir. Nəticədə, heç bir əməliyyatın aparılması ilə bağlı köçürmə mümkün̈olmayacaq̈və̈iddiaçı̈faktikïolaraq̈iflic̈(müflis)̈olacaq. Cavabdeḧərizəyə̈münasibəẗbildirməmiş̈və̈yazılı̈etirazını̈təqdim̈etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 15(4-6)- ***/**** nömrəli qərardadı ilə̈ərizə̈təmin̈edilməmişdir. Iddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını̈xahiş̈etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mövqeyini əsaslandırarkən, AR Ali Məhkəməsinin Plenumunun «Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında» # ####### 2023-cü il tarixli ** nömrəli Qərarına istinad edərək, müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə qiymət verərkən, iddianın uğurluluq ehtimalına istinad etmiş, qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Məhkəmə gəldiyi nəticəni ümumiləşdirərək qeyd etmişdir ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın hazırkı mərhələsində təcililik şərti ödənilsə də (qoyulmuş sərəncamla əlaqədar iddiaçının başqa şəxslər qarşısında müqavilə öhdəliklərini icra etməsinin mümkünsüzlüyü), təminat tədbirinin tətbiqi üçün zəruri olan digər şərt - iddianın böyük ehtimalla uğurlu olması şərti ödənilmir. Belə ki, hazırda təqdim olunan sənədlər əsasında iddianın böyük ehtimalla uğurlu olacağına dair məhkəmədə güman yaranmır. Müvəqqəti xarakterli müdafiə tədbirinə dair inzibati işin materiallarında iddia ərizəsi, mübahisələndirilmiş inzibati akt və həmin inzibati aktın (qərarın) çıxarılmasına əsas olmuş səyyar vergi yoxlamasının nəticələrinə dair aktdan görünür, işin ilkin məlumatları əsasında, iddianın böyük ehtimalla uğurlu olacağına dair kifayət qədər əsaslar vardır. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd edirik ki, AR Ali Məhkəməsinin Plenumunun «Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında» # ####### 2023-cü il tarixli ** nömrəli Qərarına əsasən, hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. Hazırda, iddiaçının əsas fəaliyyət növü üzrə fəaliyyətinin təmin edilməsi ilə əlaqədar, “xxxx” MMC ilə ##.##.2020-ci il tarixli, X2 ilə ##.##.2022-ci il tarixli, “xxxx” MMC ilə ##.##.2019-cu il tarixli və “xxxx” MMC ilə ##.##.2024-cü il tarixli alqı-satqı müqavilələri mövcuddur. Həmin müqavilənin icrası ilə əlaqədar, “xxxx” MMC tərəfindən malların təqdim edilməsi barədə ##.##.2025, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixli qaimə fakturalar; X2 tərəfindən malların təqdim edilməsi barədə ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixli qaimə-fakturalar; “xxxx” MMC tərəfindən malların təqdim edilməsi barədə ##.##.2026, 07.03.,2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixli qaimə-fakturalar; “xxxx” MMC tərəfindən ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixli qaimə-faturalar təqdim edilmişdir. həmin qaimə-fakturalar üzrə yuxarıdakı 4 kontragent tərəfindən iddiaçıya təqdim edilmiş mallar iddiaçı tərəfindən qəbul edilmiş, lakin malların dəyəri kontragentlərə ödənilməmişdir. Mübahisələndirilmiş qərara əsasən hesablanmış vergilər iddiaçıdan tutulacağı halda, iddiaçı, kontragentlər qarşısında öhdəliklıərini icra edə bilməyəcək və nəticədə iflas halına düşəcəkdir. Həmçinin, iddiaçının hazırda əmək müqaviləsi ilə işləyən 60 işçisi vardır. Iddiaçı müflis vəziyyətə düşsə, həmin işçilərə əmək haqqı ödəmək imkanından da məhrum olacaqdır. Göstərilənlərdən başqa, iddianın böyük ehtiamlla uğurlu olacağınının daha bir dəlili iş materiallarında mövcuddur. Belə ki, iş materiallarından göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi müddəti, cavabdehin ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 15 gün müddətinə, ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 15 gün müddətinə və ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 15 gün müddətinə uzadılmışdır. Səyyar vergi yoxlamasının icraatı, cavabdehin ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 18 gün müddətinə, ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 18 gün müddətinə, ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 15 gün müddətinə, ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 16 gün müddətinə, ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 18 gün müddətinə, ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 22 gün müddətinə, ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 25 gün müddətinə, ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 19 gün müddətinə, ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 20 gün müddətinə, ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 17 gün müddətinə, ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 15 gün müddətinə, ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 15 gün müddətinə, ##.##.2025-ci il tarixli **************** saylı qərarı ilə 22 gün müddətinə, ##.##.2026-cı il tarixli **************** saylı qərarı ilə 15 gün müddətinə və ##.##.2026-cı̈il̈tarixlï****************̈saylı̈qərarı̈ilə̈18̈gün̈müddətinə̈dayandırılmışdır.̈ Həmçinin, yoxlamanın nəticələrinə dair aktın tərtib edilməsi müddəti, cavabdehin ##.##.2026-cı il tarixli **************** saylı qərarı ilə 30 gün müddətinə uzadılmışdır. Beləliklə yoxlamanın müddəti cəmi 45 gün artırılmış, cəmi 273 gün müddətinə dayandırılmış, bundan əlavə aktın tərtibi müddəti 30 gün artırılmış, bununla inzibati icraatın müddəti ümumilikdə 348 gün artırılmışdır. Yoxlamanın icraatının uzadılması və dayandırılması, həmçinin aktın tərtibi müddətinin uzadılması qanunvericiliyə uyğun olaraq əsaslandırılmamış, inzibati icraatın aparılması əsassız yerə uzadılmış və süründürməçiliyə yol verilmişdir. Göstərilənlər işdə olan, tərəflərin mübahisələndirmədikıəri hallardır və işdə ziddiyyətli maraqların mövcudluğunu təsdiq edir. Qeyd etməyi zəruri hesab edirik ki, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. VM-nin 38.7-ci maddəsi yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti səyyar vergi yoxlamasının dayandırılması imkanlarını müəyyən etmişdir. Bu zaman qəbul ediləcək qərarın əsaslandırılmış olması tələbi normanın məzmununda birbaşa nəzərdə tutulmuşdur. Yəni, vergi orqanı sadəcə dayandırma ilə bağlı müraciətin olması halından çıxış etməməli, dayandırılmaya əsas olan sübutun mövcudluğuna istinad etməklə məhz həmin əsasla yoxlamanın dayandırılmasının mümkün olubolmamasına hüquqi qiymət verməlidir. Hər hansı sübut olmadan əmək qabiliyyətinin itirilməsi ilə bağlı edilmiş müraciət yoxlama müddətinin dayandırılmasının obyektiv səbəbi kimi qəbul edilə və bu əsasla qəbul edilmiş dayandırma qərarı VM-nin 38.7-ci maddəsi anlamında əsaslandırılmış qərar hesab edilə bilməz. Odur ki, yoxlamanın dayandırılması ilə bağlı formal qərarlar yoxlamanın süni şəkildə uzadılması məqsədilə qəbul edildiyindən həmin müddətlər də, ümumi müddətin üzərinə əlavə edilməklə hesablama aparılmalıdır. Iş materiallarından görünür ki, yoxlamanın başa çatdığı tarix vergi orqanının bildirdiyi ##.##.2026-cı il olaraq qəbul edildiyi halda belə, yoxlamanın qanunla müəyyən edilmiş müddəti pozulmuş olacaqdır. Bu qaydada hesablama aparıldıqda, il ərzində olan 52 həftədə 104 şənbə-bazar günləri və 20 qeyri-iş günü (Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri və 20 yanvar ümumxalq hüzn günü) olduğunu nəzərə alsaq, yoxlamanın müddəti ərzində (##.##.2025-##.##.2026, 399 təqvim günü) 275 iş günü (399 – 104 – 20 = 275) olmaqla qanunvericiliklə müəyyən edilmiş müddətdən dəfələrlə artıq olacaqdır. Vergi orqanı yoxlamanın başa çatdığı tarixi səyyar vergi yoxlamasının nəticələri haqqında akt tərtib edildiyi ##.##.2026-cı il hesab etsə də, yekun qərar ##.##.2026-cı ildə qəbul edildiyindən faktiki yoxlama ilə bağlı aparılmış inzibati icraatın müddəti ##.##.2025-##.##.2026-cı illəri əhatə etmişdir. Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlaması aktı yoxlamanın nəticələrini təsdiq edən sənəddir və aktın tərtibi özü-özlüyündə yoxlamanın yekunlaşdırılması hesab edilə bilməz. VM-nin 39.4–39.7-ci maddələrinin əlaqəli təhlili göstərir ki, aktın verilməsi, vergi ödəyicisinin 30 gün müddətində izahat və ya etiraz verməsi, təqdim edilən sənədlərin baxılması və vergi orqanının rəhbəri tərəfindən yekun qərarın qəbul edilməsi mərhələləri hələ yoxlama ilə bağlı icraatın davam etdiyini göstərir. Nəticə etibarilə, səyyar vergi yoxlaması yalnız vergi orqanı tərəfindən yekun qərar qəbul edildikdə başa çatmış hesab olunur. Odur ki, aktın tərtib edildiyi tarix yoxlamanın başa çatma tarixi kimi qəbul edilə bilməz. Hazırkı iş üzrə yoxlamanın başa çatdığı tarix yekun inzibati aktın qəbul edildiyi ##.##.2026-cı il nəzərə alınmaqla və formal dayandırılmış müddətlər çıxılmaqla hesablama aparıldıqda yenə də, ümumi inzibati icraatın müddəti 235 gün (508 - 273 =235)̈olmaqläqanunvericilikdə̈nəzərdə̈tutulmuş̈müddəẗpozulmuş̈olacaqdır.̈Şərh olunanlardan göründüyü kimi, iddianın uğurluluğa dəlalət edən mötəbər sübutlar mövcuddur. Gələcəkdə iddia təmin olunacağı və bu barədə məhkəmə aktı qüvvəyə minəcəyi halda, iddiaçının qanunsuz inzibati akt nəticəsində pozulmuş hüquqlarının pozulması və onun normal maliyyə-təsərrüfat fəaliyyətinin bərpa olunması mümkün olmayacaqdır. Oxşar inzibati mübahisədən irəli gələn müvəqqəti xarakterli müdafiə tədbirinə dair inzibati iş üzrə AR Ali Məhkəməsinin mövqeyini əks etdirən qərar mövcuddur. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025ci il tarixli qərardadı ilə, “xxxx” QSC-nin AR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə qarşı müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi təmin edilmiş, həmin qərardaddan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti, AR Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, **(***)-***/**** saylı qərardadı ilə təmin edilməmişdir. Işin faktiki halları, yəni iddianın mahiyyəti üzrə cavabdeh tərəfindən yol verilmiş aşağıdakı pozuntuları göstərmək zəruridir. Cavabdehin ##.##.2025-ci il tarixli **************** saylı qərarına əsasən, iddiaçının əmlakının inventarizasiyası aparılmış, 1733702,23 manat məbləğində malların əskik gəldiyinə dair akt tərtib edilmişdir. Inventyarizasiya, qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilmişdir. Apellyasiya şikayətinə əlavədə göstərilmişdir ki, əlavə olunmuş internet banking görüntüsündən göründüyü kimi, cavabdeh hazırda müəssisənin bank hesabına alınmalı sərəncam göndərmişdir. Halbuki, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə görə bu sərəncam yalnız dondurulmalı ola bilərdi. Bu sərəncam səbəbindən hazırda müəssisənin daxil olan bütün vəsaiti silinir və fəaliyyəti iflic halına gətirilir. Tədbir həyata keçirilməsə qısa müddətə müəssisənin fəaliyyəti dayanma təhlükəsi ilə üzləşəcəkdir. Müəssisə ADY QSC ilə bağlanmış icarə müqaviləsinə uyğun olaraq hər ay icarə öhdəliyi daşıyır. Bu ödənişlər həyata keçirilmədiyi təqdirdə obyekt təhvil verilməklə fəaliyyət faktiki dayandırılacaqdır. Əlavə olunan xəbərdarlıq bildirişindən göründüyü kimi, hazırda 18599,87 manat məbləğində borc yaranmışdır. Bu borc öhdəliyinin yerinə yetirilməsi üçün aktiv bank hesabına ehtiyac vardır. Təqdim olunan ƏMAS (Əmək və Məşğulluq Altsistemi) portalından çıxarışdan göründüyü kimi, müəssisənin hazırda 53 işçisi vardır və həmin şəxslərin əsas dolanışıq mənbəyi bu müəssisədir. Aylıq əmək haqqı fondu 30 min manatdan artıqdır. Müəssisə fəaliyyətini dayandıracağı halda həmin şəxslərlə əmək müqaviləsinə xitam veriləcəyindən xeyli sayda ailənin gəlir mənbəyindən məhrum olması riski yaranacaqdır. Əlavə olunan bank hesablarının hazırkı vəziyyətə olan icmalından göründüyü kimi, hazırda müəssisənin bütün bank hesablarında ümumilkdə 7886,43 manat vəsait vardır ki, bu da mübahisələndirilən məbləğə münasibətdə olduqca cüzidir. Yəni, hazırda müəssisənin hesablanmış borcu qarşılayacaq maliyyə dayanıqlığı mövcud deyil. Qanunsuz olaraq müəssisənin bank hesablarına qoyulmuş alınmalı sərəncamlar hesabına 100 min manatdan artıq vəsait silinmişdir. Belə gedişatla qərarın icrası dayandırılmayacağı halda müəssisənin iflası qaçılmazdır. Əlavə olunan cədvəldən göründüyü kimi, müəssisənin hər ay 60 min manatdan artıq müntəzəm xərcləri mövcuddur. Bu xərclərin hər biri rəsmi köçürmə yolu ilə həyata keçirilir. Bank və ƏDV depozit hesabında məhdudiyyət qalacağı halda bu öhdəliklərin yerinə yetirilməsi mümkünsüz olacağından müəssisə fəaliyyətini dayandıracaqdır. Belə ki, aktiv fəaliyyət üçün aylıq icarə, kommunal, əmək haqqı, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta ödənişləri mütəmadi olaraq yerinə yetirilməlidir. Müəssisənin fəaliyyəti telefon və digər elektronika məhsullarının satışından ibarətdir. Hər kəsə məlumdur ki, bu biznes növündə tez-tez bazara yeni məhsullar buraxılır. Əgər satıcılar isə qeyri-rezident şirkətlərdir. Onlar isə avans və ya tam köçürmə olmadan malı göndərmir. Bank və ƏDV depozit hesabında olan məhdudiyyətə görə xarici şirkətlərə köçürmələrin edilməsi mümkünsüz olduğundan yeni məhsulların alınması imkansızdır. Belə vəziyyətdə müəssisənin bazarda qalmaq şansı̈däyoxdur. Iddianın uğurluluq ehtimalına dair isə bildirilir ki, cavabdeh yoxlamaya qiymətləndirici cəlb etmədən, başqa sözlə real bazar qiymətini araşdırmadan internet saytında olan ilkin satış qiyməti təkliflərini müəssisənin bütün satış əməliyyatlarına tətbiq etmişdir. Həmçinin, vergi orqanı həmin qiymətlər əsasında öz subyektiv yanaşması ilə orta qiymət çıxarmış və bütün məhsulları həmin qiymətlə vergiyə cəlb etmişdir. Heç bir bazar araşdırması, tələb-təklif, ödəniş forması - məhsulun nağd yaxud nağdsız, kredit (taksit) kartı vasitəsilə alınması kimi qiymətə təsir edən amillər araşdırılmamışdır. Cavabdeh tərəfindən qanunvericiliyin müddəaları nəzərə alınmadan heç bir norma ilə tənzimlənməyən “orta qiymət” tətbiq edilərək real bazar qiymətlərindən tamamilə kənar qiymətlər əsasında dövriyyə məbləğləri şişirdilmişdir. Adətən yoxlama zamanı ekspertqiymətləndirici dəvət edən vergi orqanı nədənsə bu dəfə həmin qaydada addım atmamış, öz subyektiv metodu ilə satış qiyməti müəyyən etmişdir. Cavabdeh iddiaçının fəaliyyət ünvanlarını gördüyü, onların qiymətlərilə müqayisə olunacaq əsas bazar iştirakçılarının Azadlıq prospekti, 28 may metrosunun aşağı tərəfində yerləşən mağazalar olduğunu bildiyi halda onları “Kontakt Home”, “Irşad Telekom” kimi iri şəbəkələrlə müqayisə etmiş, onların qiymət strategiyasını tətbiq etməyə çalışmışdır. Qeyd olunan faktlar cavabdeh tərəfindən qərar qəbul olunarkən real bazar qiymətlərinə istinad olunmadığını və dövriyyələrin əsassız olaraq şişirdildiyini təsdiq edir. Ali Məhkəmənin Plenum Qərarlarına uyğun olaraq, məhkəmə ilkin araşdırma zamanı iddianın uğurluluq ehtimalını müəyyən edə bilməzsə, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi baxımından ərizəyə münasibət bildirməlidir. Inzibati orqanın (cavabdehin) hüquqi marağı qərarın icrasına yönələn tədbirləri həyata keçirməklə hesablanmış vergilərin büdcəyə ödənilməsinə nail olmaq, vergi ödəyicisinin marağı isə mübahisəyə baxılanadək vergi borcunun ondan tutulmasının qarşısının alınması üçün tədbirin tətbiq olunmasından ibarətdir. Vergi hesablamaları üzrə qərarların icrası avtomatlaşdırılmış rejimdə həyata keçirildiyindən qərarın icrası tədbirləri dərhal başlayır. Belə ki, müvafiq inzibati akt qəbul edildikdən sonra ilk olaraq ƏDV sub-uçot hesabı məhdudlaşdırılır. Qərar qəbul olunduqdan sonra növbəti gün borcun 5 gün ərzində ödənilməsi barədə bildiriş göndərilir, 5 gündən sonra növbəti gün isə bank hesablarına sərəncam qoyulması üçün müvafiq banklara sorğu verilir (hazırkı işdə vergi orqanı dondurulmalı sərəncam əvəzinə qanunsuz olaraq müəssisəyə alınmalı sərəncam göndərmişdir). Həmçinin, vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq hərrac qaydasında satılması və vergi borcuna yönəldilməsi həyata keçirilir. Hüquqi şəxsin rəhbərinin və ya fərdi sahibkarın ölkədən çıxışına məhdudiyyətin qoyulması üçün məhkəmədə iddia qaldırılır, həmçinin icra sənədi hesab olunan tələbin icraya yönəldilməsi barədə qərar qəbul olunaraq birbaşa icra məmuruna göndərilir. Sadalanan inzibati tədbirlər vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən olunan hüquqlarıdır və mübahisə üzrə yekun məhkəmə aktı qəbul olunduqdan sonra da həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Bununla yanaşı, vergi münasibətlərinə xas olan spesifik hal ondan ibarətdir ki, qəbul olunmuş qərar üzrə vergi məbləği 50 000,0 manatdan artıq borc yaratdıqda, həmin qərarın mübahisələndirilibmübahisələndirilməməsindən asılı olmayaraq fakt üzrə cinayət işi başlayır və mübahisənin yekununadək həmin icraat da paralel şəkildə aparılır. Əgər yekun məhkəmə aktı vergi ödəyicisinin lehinə yekunlaşarsa, cinayət təqibinə xitam verilir, mübahisələndirilən qərar qanuni hesab olunarsa faydalanan şəxsə qarşı ittiham irəli sürülməklə iş baxılması üçün müvafiq məhkəməyə göndərilir. Göründüyü kimi, məhkəmənin yekununda qanuni hesab olunan vergi məbləğinə görə şəxs azadlıqdan məhrumetmə cəzasına da məruz qala bilər. Belə olan halda, mübahisələndirilən qərarın icrası dayandırılmadığı halda müəssisənin bütün bank hesabları və ƏDV sub-uçot hesabı bağlı olduğundan pul vəsaitlərinin mədaxili-məxarici dayanır və sahibkarlıq fəaliyyəti iflic olur, dövlət büdcəsinə dövri vergi ödənişi həyata keçirilməyəcəkdir. Həmçinin, sahibkarlıq fəaliyyəti dayandığı halda, 50-dən artıq işçi ilə əmək müqaviləsinin xitam veriləcəkdir ki, bu da xeyli ailənin dolanışıq mənbəyindən məhrum olmasıdır. Yəni, qərar tək mübahisə tərəflərinə deyil, üçüncü şəxslərə də birbaşa təsir edəcəkdir. Digər tərəfdən, yekun məhkəmə aktı ilə mübahisələndirilən qərar qanunsuz hesab olunsa da, şəxs artıq sahibkarlıq fəaliyyətini dayandırdığından sonradan bazarda mövqeyini itirəcək və fəaliyyətin əvvəlki vəziyyətə bərpası mümkün olmayacaqdır. Qərarın icrası olaraq müəssisənin əmlakı hərracla satılıb borca yönəldildiyi halda, sonradan qərar qanunsuz hesab olunarsa həmin əmlakın geri qaytarılması mümkünsüz olduğundan müəssisə bərpaolunmaz nəticə ilə üzləşəcəkdir. Qərarın icrası dayandırıldığı halda isə, müəssisə sahibkarlıq fəaliyyətini davam etdirdiyindən mübahisəyə baxılan müddətdə dövri olaraq dövlət büdcəsinə vergi ödənişləri daxil olacaqdır. Mübahisənin mahiyyəti üzrə yekun qərar vergi orqanının lehinə olarsa, qanunla nəzərdə tutulan inzibati tədbirlərin həyata keçirilməsi hüquqları ilə borcun tutulması həyata keçirilir. Müəssisənin sərəncamında kifayət qədər məhsullar olduğundan mübahisələndirilən qərar yekunda qanuni hesab olunarsa, borcun həmin əmlaklara yönəldilməsi imkanı qalacaqdır. Xüsusilə qeyd olunmalıdır ki, 50 000,0 manatdan yuxarı vergi borcu cinayət məsuliyyəti yaradır və mübahisələndirilən qərar yekunda qanuni hesab olunarsa, faydalanan şəxs(lər) tək müəssisənin əmlakı və vəsaiti ilə deyil, həm də fiziki şəxs olaraq cinayət məsuliyyəti daşıyır. Göründüyü kimi, mübahisəyə baxılan müddətdə inzibati aktın icrasının dayandırılması vergi orqanları üçün hər hansı bərpası mümkün olmayan vəziyyət yaratmır. Yekun qərar vergi orqanının lehinə olduqda, qanunla müəyyən olunan bütün səlahiyyətlərdən istifadə imkanı mövcud olur. Xüsusilə də, qanuni vergi borcuna görə faydalanan şəxsin cinayət məsuliyyəti daşıması mübahisələndirilən inzibati aktın icrası istiqamətində əsas rol oynayır. Lakin hazırkı vəziyyət göstərir ki, müəssisə barəsində müvəqqəti xarakterli təminat tədbiri həyata keçirilməzsə fəaliyyətin dayanması qaçılmaz olacaqdır və məhkəmə mübahisəsi müəssisənin lehinə yekunlaşsa belə, bir daha həmin fəaliyyətin̈bərpäolunması̈mümkünsüzdür. ƏSASLANDIRMA HISSƏSI Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə̈baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir,̈şikayətin̈mümkün̈sayılmaması̈üçün̈əsaslar̈yoxdur. Faktiki hallar və sübutlar: Iş̈materiallarındäolan̈və̈məhkəmə̈baxışındätədqiq̈edilmiş: Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2026-cı il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə, Ərizəçi 2021-2023-cü illər üzrə mənfəət vergisi, 2021- 2024-cü illər üzrə əlavə deyər vergisi olmaqla ümumilikdə 1.297.100,47 manat əlavə vergi məbləğïhesablanmış,̈674.346,62̈manaẗmaliyyə̈sanksiyası̈tətbiq̈edilmişdir.̈ Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın hazırkı mərhələsində təcililik şərti ödənilsə də (qoyulmuş sərəncamla əlaqədar iddiaçının başqa şəxslər qarşısında müqavilə öhdəliklərini icra etməsinin mümkünsüzlüyü), təminat tədbirinin tətbiqi üçün zəruri olan digər şərt - iddianın böyük ehtimalla uğurlu olması şərti ödənilmir. Belə ki, hazırda təqdim olunan sənədlər əsasında iddianın böyük ehtimalla uğurlu olacağına dair məhkəmədə̈güman̈yaranmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların̈qeyd̈edilməsinïzərurïhesab̈edir. Azərbaycan̈Respublikası̈Inzibati-Prosessual̈Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterlïmüdafiə)̈barədə̈məhkəməyə̈ərizə̈ilə̈müraciəẗedə̈bilər; 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eynïvaxtda,̈yaxud̈məhkəmə̈icraatının̈gedişində̈verilə̈bilər; 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoyäbilər; 41.1 maddəsinə əsasən, inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması̈həmin̈aktın̈icrasını̈dayandırmır; 41.2 maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə̈də̈qərardad̈qəbul̈edə̈bilər; 41.3 maddəsinə əsasən, məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətlərïetməkdən̈çəkinməyə̈dair̈öhdəlik̈qoyäbilər; 41.4 maddəsinə əsasən, inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək̈dayandırılır; 41.5 maddəsinə əsasən, inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin̈edilməməsïhaqqındäməhkəmə̈qərardadından̈şikayəẗverilə̈bilər. 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə̈qərardadın̈qəbul̈edilməsïüçün̈aşağıdakılar̈əsas̈sayılır:̈ 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeylïdərəcədə̈çətinləşəcəyïsəbəbindən̈ilkin̈təcilïtənzimləmənin̈zərurïolması;̈ 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması̈ehtimalının̈müəyyən̈edilməsi.̈ Göründüyü kimi, IPM-in 40-cı maddəsi müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi barədə məhkəməyə müraciət etmə qaydasına, məhkəmənin görə biləcəyi müvəqqəti xarakterli müdafiə tədbirlərinin növlərinə ümumi məlumatverici xarakter daşısa da, həmin Məcəllənin 41.1-ci maddəsində inzibati aktın mübahisələndirilməsinin onun icrasını dayandırmamasını təsbit etməklə, 41.2-ci maddəsində məhkəmənin iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktın icrasının dayandırılması üçün konkret meyar müəyyən edir ki, bu da işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın̈böyük̈ehtimalläuğurlüolacağı̈qənaətinə̈gəlməsïilə̈əlaqədardır.̈ Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin əsaslılığını qeyd edilən şərtlər baxımından yoxlamalı və məsələnin həlli zamanı qiymətləndirməni işin faktiki və hüquqi hallarının ilkin araşdırılmasına əsasən aparmalıdır. Araşdırmanın həcmi yalnız iddianın uğurlu olacağına dair böyük ehtimalın və ilkin təcili tənzimləmənin müəyyən edilməsi ilə məhdudlaşmalıdır. Araşdırma həcminin məhdud olması icraatın təcili xarakterindən irəli gəlir. Iddianın uğurluluğu barədə böyük ehtimal o zaman mövcud olur ki, obyektiv əlamətlər əsasında ərizəçinin iddia icraatında qalib gələcəyi barədə məhkəmənin gümanları daha çox olsun. Böyük ehtimal və ya güman proqnoz səviyyəsində olsa belə, məhkəmə tərəfindən ilkin araşdırma nəticəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini zəruri edən səviyyədə müəyyən edilməlidir. Yəni məhkəmədə ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalının mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Belə uğurluluq ehtimalının qiymətləndirilməsi bir qayda olaraq maddi hüquq̈normalarınäistinadlähəyatäkeçirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının 4.1-1-ci bəndinə əsasən, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı̈şəxsə̈təsirïvə̈s.̈qiymətləndirilir.̈ Təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır. Bu zaman, həmçinin nəzərə almaq lazımdır ki, təcililiyin mövcudluğunun əsaslandırılması və ona dair sübutların təqdim olunması ilk növbədə ərizəçinin üzərinə düşür. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin̈görülməsinə̈ehtiyac̈vardır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyinə uyğun araşdırma apararaq müəyyən edir ki, hazırkı̈ərizə̈üzrə̈ilkin̈təcilïtənzimləmənin̈zərurïolması̈halı̈mövcud̈deyildir. Belə ki, iddiaçının təcililiyin mövcudluğuna dair təqdim etdiyi sübutlar əsasında bildirdiklərinin əsaslı olduğu qənaətinə gəlmək mümkün deyildir. Çünki təqdim edilən sənədlər əvvəlki dövrə aid sənədlərdir ki, onlar müəssisənin gələcək fəaliyyətinə dair birmənalı̈nəticəyə̈gəlməyə̈əsas̈vermir.̈ Işçilərin əmək haqqına münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 965-ci maddəsi ilə müəyyən edilmiş hesabdan pul vəsaitinin silinməsinin növbəliyinə əsasən işçilərə əmək haqlarının ödənilməsi dövlət büdcəsinə ödəmələrdən əvvəl icra edilir, yəni hesaba sərəncam qoyulması əmək haqqının ödənilməsinə maneə deyildir. Belə olan halda,̈təcililik̈şərtïödənilmiş̈sayıläbilməz. Bundan əlavə, ərizəçi tərəfindən müəssisənin sahibkarlıq fəaliyyətində çətinliklərin yaranacağına dair irəli sürülmüş dəlillər ümumi xarakter daşıyır və həmin çətinliklərin konkret nədən ibarət olacağı, hansı real hüquqi və ya faktiki nəticələrə gətirib çıxaracağı ilkin sübutlarla təsdiq edilməmişdir. Belə olan halda, təcililik şərtinin ödənildiyi qənaətinə gəlmək̈mümkün̈deyildir. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair qiymətləndirmə aparılarkən iddia icraatına xas olan formada işin mahiyyəti üzrə tam və hərtərəfli araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan faktiki və hüquqi vəziyyət ilkin araşdırmanın nəticələri əsasında qiymətləndirilməlidir. Bu zaman işin faktiki halları tərəflərin bildirdiyi hallar, onların təqdim etdiyi ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarında olan digər sənədlər əsasında formalaşır. Bu mərhələdə ərizəçidən gözlənilən yalnız iddianın böyük ehtimalla uğurlu olacağını göstərən ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda iş üzrə yekun nəticəyə gəlmək üçün tələb olunan həcmdə sübutların deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə kifayət edən sübutların təqdim olunması zəruridir. Məhkəmə də məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın̈böyük̈ehtimalläuğurlügörünüb-görünməməsïməsələsinïhəll̈edir. Hazırkı iş üzrə isə iddianın böyük ehtimalla uğurlu olub-olmaması cavabdeh inzibati orqanın qəbul etdiyi qərarın “Inzibati icraat haqqında” Qanunun və Vergi Məcəlləsinin tələblərinə uyğunluğunun, habelə inzibati icraat zamanı müvafiq prosessual və maddi hüquq normalarının pozulub-pozulmamasının araşdırılmasından asılıdır. Işin hazırkı mərhələsində təqdim edilmiş materiallar əsasında iddianın aqibəti barədə əvvəlcədən əsaslandırılmış̈proqnoz̈vermək̈mümkün̈deyildir. Həmçinin, təcililik şərtinin ödənilməməsi səbəbindən ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsinə də keçmək lazım deyildir. Çünki, yuxarıda da qeyd edildiyi kimi, ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Həmin hüquqi dəyərləndirmə təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq̈ehtimalını̈aydınlaşdırmaq̈mümkün̈olmadıqdähəyatäkeçirilir.̈ Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTICƏVI HISSƏ Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü̈maddələrinïrəhbər̈tutaraq,̈məhkəmə̈kollegiyası qərara aldı: Iddiaçı̈Ərizəçïtərəfindən̈verilmiş̈apellyasiyäşikayətïtəmin̈edilməsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən̈saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiyäşikayətïverilə̈bilər.̈̈̈̈̈̈̈ Sədrlik edən Həmid Ağalarov Hakimlər Rəşid Səmədov Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar