Məhkəmə qərarları › İş №15(3-6)-151/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-151/2026

13.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-151/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), Hüseynov Pərviz Aktiv oğlundan və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə qarşı “hərbi xidmətə çağırılması ilə bağlı hərəkətlərin dayandırılması” barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inizbati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “cavabdeh tərəfindən yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarın ləğv edilməsi və düzgün diaqnozun qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ilə eyni vaxtda müvəqqəti xarakterli müdafiəyə dair ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddiaya mahiyyəti üzrə baxılıb qəbul ediləcək məhkəmə qərarı qanuni qüvvəyə minənədək Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinin üzərinə öhdəlik olaraq iddiaçının hərbi xidmətə çağırılmağının dayandırılması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında Reabilitasiya Agentliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsi tərəfindən Hərbi xidmətə yararlı olub-olmamağı barədə müayinədən keçdikdə iddiaçıya xidmətə yarasız olduğu qeyd edildi. Buna görə də Əmək və Əhalinin Sosial Müdafiə Naziliriyinin nəzdində olan Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə göndərildi. Orada müayinə edilərək yoxlanıldığından sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsi tərəfindən hərbi xidmətə yaralı olduğunu bildirdilər, buna görə də Vətənə xidmə çağırılmışdır. Səhhətində yaranan problem sağlamlığı üçün daha da təhlikəli olmağa və pisləşməyə doğru gedir çox təssüf ki, yaranan problemə heç bir məhəl qoyulmur. Onun həm ürəyində aortal qapaq tayları mülayim qalınlaşıb. Diastolik funksiyanın relaksativ tip pozulması diaqnozu qoyulmuşdur. Həmçinin ürəkdöyünmə diaqnozu, Ağciyər arteryası qapağının çatışmazlığı diaqnozu qoyulmuşdur. Belə ki, X2 və Sabunçu Xəstəxanasının müayinə sənədlərində bunlar öz əksini tapmışdır. Həmçinin ayağında düzpəncəlik, özü də 100 faiz düzpəncəlik vardır. Bu qədər səhhətində problemlə hərbiyə getsə səhhəti daha da pisləşər. Həmçinin ona dəqiqləşdirilməmiş ürək-damar xəstəliyi də qeyd etmişdirlər. Müəyyən olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişi əsasında həqiqi hərbi xidmətə yararlılıq vəziyyəti qiymətləndirilmiş və nəticədə göndərişdə göstərilən yararsızlıq səbəbinin heç bir kateqoriya üzrə təsdiqlənməməsinə dair qərar qəbul edilmişdir. Yekun tibbi müayinə nəticəsində qəbul edilmiş qərar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Hal-hazırda yuxarda qeyd etdiklərinin aydınlaşdırılması və qanunsuz qəbul edilmiş qərarın ləğv edilməsi üçün İnzibati Məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyyində Dövlət Tibbi-Sosial Ekspertiziya və Reabilitasiya Agentliyini cavabdeh olaraq iştirak edəcək. Buna görə də işin tam aydınlaşdırılması üçün məhkəmə ədalətli qərar çıxarılması və hazırki iş üzrə iddiaya mahiyyəti üzrə baxılıb qəbul ediləcək məhkəmə qərarı qanuni qüvvəyə minənədək Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon İdarəsinin üzərinə öhdəlik olaraq onun hərbi xidmətə çağırılmağı dayandırılmalıdır. Cavabeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Ç kateqoriyasına uyğun qiymətləndirilmişdir. AR ƏƏSMN tabeliyində dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin qərarı ilə SHXÇDX tərəfindən göndərilən XBT kodu üzrə diaqnoz heç bir kateqoriya üzrə əksini tapmamışdir. Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il # ######## tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ## #### 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1. Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası) 2. Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası) 3. Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası), 4. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə (bundan sonra – Əsasnamə) uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətitərəfindən elektron qaydada formalaşdırılan və “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Bu məqsədlə Agentliyin nəzdində ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi (bundan sonra – Mərkəz) yaradılmışdır. Mərkəzdə çağırışçıların yekun tibbi müayinəsi ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən aparılır. Yekun tibbi müayinəyə dair qərarlar isə Tibbi Qiymətləndirmə Komissiyaları tərəfindən qəbul edilir. Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən həyata keçirilir və müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir: · yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; · yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir; · yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Qəbul edilən müvafiq qərar elektron sənəd formasında formalaşdırılır və Tibbi Qiymətləndirmə Komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla SHXÇDX-nin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərarın qəbul edilməsi üçün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilir. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə qismən təmin edilmiş, Ərizəçi Azərbaycan Respublikası vətəndaşlarının növbəti müddətli həqiqi hərbi xidmətə çağırış müddətinədək (iyul 2026-cı il tarixdən sonrakı ilk çağırış müddətinədək) hərbi xidmətə çağırılmaması öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin üzərinə qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Eyni zamanda, bu kimi əsassız və qanunsuz məhkəmə aktlarını qəbul etməklə məhkəmələr tərəfindən vətəndaşların müddətli həqiqi hərbi xidmətdən yayınmalarına zəmin yaradır və dövlət başçısının bu sahədə müvafiq tapşırıqlarının vaxtında icrasına maneə törədir. Müvəqqəti xarakterli müdafiə tədbirləri üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxıldığına görə tərəflər məhkəmə iclasına dəvət edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakı sxem üzrə Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin yoxlanılmasını zəruri hesab edir: Ərizəçinin maddi tələbinin mövcud Hazırda iddiaçı Ərizəçi cavabdeh Dövlət olması ehtimalının müəyyən edilməsi Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı "cavabdeh tərəfindən yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarın ləğv edilməsi və düzgün diaqnozun qoyulması” tələbinə dair iş Bakı İnzibati Məhkəməsinin icraatında baxılmaqdadır. Müddətin gözlənilməsi (ötürülüb- müddət ötürülməmişdir ötürülməməsi) Ərizənin əsaslı olmasının müəyyən edilməsi: 1.iddia qaldırmaq səlahiyyətinin olması ərizəçi iddia qaldırmaq səlahiyyətindədir 2.cavabdeh tərəfin düzgün müəyyən Azərbaycan Respublikası Səfərbərlik və edilməsi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsi və Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi 3.kifayət qədər əsaslandırmanın olması kifayət qədər əsaslandırma mövcuddur və (mövcud vəziyyətin dəyişəcəyi təqdirdə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının təmin və ya bərpa ərizəçinin hüquqlarının bərpa edilməsinin edilməsinin mümkün olmaması və bu mümkün olmaması və bu səbəbdən ilkin təcili səbəbdən ilkin təcili tənzimləmənin tənzimləmənin həyata keçirilməsinin qismən həyata keçirilməsinin zəruriliyi (işin zəruriliyi müəyyən edilir. konkret halları ilə) II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2-ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. İş materiallarından görünür ki, iddiaçı “XBT 10 kodu İ49. Ürək ritminin digər dəqiqləşdirilmiş pozğunluqları” diaqnozu ilə “Xəstəliklər Cədvəli”nin 39-cu maddəsinin d bəndinə əsasən “Ç” Kateqoriyasına uyğun qiymətləndirilmişdir. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan iddiaçının yekun tibbi müayinəsinin qərarı ilə SHXÇDX tərəfindən göndərilən XBT kodu üzrə diaqnoz “İ49. Ürək ritminin digər dəqiqləşdirilmiş pozğunluqları” heç bir kateqoriya üzrə təsdiqlənməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqlənmir. Hermodinamik əhəmiyyətsiz sinus taxikardiyası. Maddə tətbiq edilmir. Hazırda iddiaçı əsas iddia tələbində cavabdehin yekun tibbi müayinəyə dair ##.##.2026-cı il tarixli qərarını mübahisələdirir və hazırkı ərizəsində iddiaçı barəsində hərbi xidmətə göndərişin həyata keçirilməsinin qad ağan olunması barədə tədbir görülməsini xahiş edir. İşin apellyasiya baxışı zamanı Bakı İnzibati Məhkəməsi tərəfindən daxil olmuş sorğuya cavab məktubundan görünür ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair *-*(*-*)-****/**** saylı əsas iddiası Bakı İnzibati Məhkəməsinin icraatındadır. Həmin iş üzrə ##.##.2026-cı il tarixində məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərardad qəbul edilmişdir. Belə ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun #.##.2023-cü il tarixli, 14 № li qərarında qeyd edilən hüquqi mövqedən müəyyən edilir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün 2 şərt eyni anda mövcud olmalıdır: ilkin təcili tənzimləmə zəruri olmalı və iddia böyük ehtimalla uğurlu olmalıdır. İlkin təcili tənzimləmənin zəruri olması ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının hazırkı vəziyyətdə hərbi xidmətə göndərilməsi sağlamlıq vəziyyətinin ağırlaşmasına, ağır fəsadların yaranmasına səbəb ola bilər ki, göstərilən səbəbdən ərizənin tam təmini əsası müəyyən edilməsə də, müvəqqəti müddət üzrə hərbi xidmətə aparılmasının qadağan edilməsi zəruridir. Bununla yanaşı, iddia tələbinin böyük ehtimalla uğurlu olub-olmaması ilə bağlı kollegiya onu qeyd edir ki, şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi ixtisaslaşmış tibbi biliyə malik şəxslərin iştirakı ilə qiymətləndirilməli olan məsələ olduğundan işə mahiyyəti üzrə baxıldığı müddət ərzində buna dair tibbi biliyə malik şəxslərdən şəxsin yararlılıq kateqoriyasına dair tibbi-sağlamlıq vəziyyəti barədə məlumatlar əldə edilməsi üçün ekspertiza və mütəxəssis rəyləri alınmalı, gərək olacağı təqdirdə tibbi biliyə malik şəxslərin iştirakı icraata cəlb edilməlidir. Kollegiya qeyd edir ki, hazırki, vəziyyətdə iddianın uğurluq ehtimalının qeyri-müəyyən olunduğuna görə məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslılığını ziddiyyətli maraqlar baxımdan qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının mənafeyini və mövcud olan ictimai maraqları nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçıda mövcud xəstəlik ən azından müvəqqəti xidmətə çağrılmama üçün əsas yaratdığından müvəqqəti xarakterli müdafiə tədbirinin qismən əsaslı sayılması və iddiaçının müddətli həqiqi hərbi xidmətə çağırılmasının iyul 2026-cı il tarixdən sonrakı ilk çağırış müddətinədək qadağan edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 40.2, 55.4 və 55.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar