Məhkəmə qərarları › İş №15(3-6)-154/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-154/2026

27.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-154/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI əti Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı işi üzrə (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X1 ibarət tərkibdə Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı əlilliyin bərpası tələbinə dair iş üzrə verdiyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Forma №TSEK-2 arayışından görünür ki, *** nömrəli, ##.##.2015-ci il tarixli müayinə aktı əsasında ərizəçiyə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının ## #### 2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarından görünür ki, ərizəçi ##.##.2025-ci il tarixdə əyani müayinə olunmuş və ##.##.2025-ci il tarixindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onun barəsində qəbul edilmiş ## #### 2025-ci il tarixli, 3-17- */*-*-*****/**** nömrəli qərarın icrasının dayandırılmasını xahiş etmişdir. Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi ##.##.1985- ci il tarixində anadan olmuşdur. Onun barəsində verilmiş Forma №TSEK-2 arayışına əsasən, *** nömrəli, ##.##.2015-ci il tarixli müayinə aktı əsasında ərizəçiyə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci qrup əlillik müəyyən edilmişdir. Sonuncu müayinəyə dair verilmiş məlumata əsasən isə, “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillikdən imtina edilmiş və bu barədə qərar qəbul edilmişdir. Sözügedən qiymətləndirmə ##.##.2025-ci il tarixdə aparılmışdır. Beləliklə, ərizəçiyə təyin edilmiş əlillik hüququna müdaxilə cavabdeh inzibati orqanın öz təşəbbüsü ilə həyata keçirilmişdir. Ərizəçi hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmuşdur. Belə ki, inzibati icraatın öz təşəbbüsü ilə təzələnməsi üçün əsasların nə ilə bağlı olduğu, yəni ərizəçiyə təyin edilmiş əlilliyin qanuniliyinin araşdırılmasına dair qərarın qəbul edildiyi, icraatın hansı qaydada aparıldığı, sübutların obyektiv araşdırılıb-araşdırılmadığı, etimad hüququnun gözlənilib-gözlənilmədiyi, başqa sözlə, aparılan icraatın "İnzibati icraat haqqında" Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Ərizəçinin mövqeyinə görə, təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqan həm də "İnzibati icraat haqqında" Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu nəzərə almalıdır. Bu prosedur qaydalar bir tərəfdən dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən şəxsin hüquqi təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Cavabdeh tərəfindən ərizəyə dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, ərizəçi barəsində ##.##.2015- ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik ("təkrar") mövcud olmuş, əlilliyə səbəb olan diaqnoz "MSS üzvi xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi ilə" göstərilmişdir. Ərizəçi əmək zəmanətinin dəyişdirilməsi ilə əlaqədar etdiyi müraciət əsasında ##.##.2025-ci il tarixində əyani komissiyaya dəvət olunaraq müayinə edilmişdir. Həkim mütəxəssisin müayinəsi zamanı qeyd olunmuşdur ki, ünsiyyət zamanı ərizəçinin bələdliyi və məntiqi saxlanılıb, təfəkkürü ardıcıldır; təqdim olunan tibbi sənədlərdə "MSS üzvi xəstəliyi nəticəsində ifadə olunmuş şəxsiyyət dəyişikliyi və qıcolma tutmaları" diaqnozu qeyd olunsa da, ərizəçi psixiatrik olaraq heç bir müalicə almamış, anamnestik və obyektiv müayinə nəticəsində davranış pozuntuları təsdiqlənməmişdir. Nəticədə psixiatrik olaraq əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmadığından, ##.##.2025-ci il tarixindən "diaqnozun əlillik əlaməti təyin etməməsi" barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir və müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən cavabdeh ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim Roman İsmayılov) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin olunmuş, ərizəçi Ərizəçi barəsində qəbul edilmiş “##.##.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi haqqında” ## #### 2025-ci il tarixli, 3-17- */*-*-*****/**** nömrəli qərarının icrasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən dayandırılması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək, şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qəbul etdiyi qərardadı ümumi sözləri qeyd etməklə əsassız nəticəyə gəlmişdir. Qanunvericiliyin tələblərinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla yanaşı qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır. Sözügedən hal, yəni xəstəliyin reabilitasiya olunması iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. İddiaçının əlilliyinin ləğv edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq ərizəni təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərardadı ləğv edilməlidir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, ərizəçi Ərizəçi hüquqi marağı Tibbi-Sosial Ekspert Komissiyasının ## #### 2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarının icrasının dayandırılmasına yönəlib. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək öz mövqeyini əsaslandırmaq üçün inzibati mübahisələrə baxılması zamanı məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı məhkəmə təcrübəsində qarşıya çıxan problemləri aradan qaldırmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə ## ####### 2023-cü il tarixdə qəbul edilmiş “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir. Qeyd edilən qərara əsasən iddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. İPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır.( 1.3,1.4 və 2.2-ci bəndlər) Həmin qərarın 11-ci bəndi inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələləri tənzimləyir. Plenumun sözügedən qərarının 11-ci bəndində qeyd edilmişdir: “Həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindən mübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir. Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, İPM-in 41.1-ci maddəsində təsbit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir. Mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa zidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır. Qanunsuz əlverişsiz inzibati aktlar bu və ya digər formada insan hüquqları və azadlıqları ilə bağlı olur, icra olunması zamanı onlara müəyyən məhdudiyyət gətirir. Bu səbəbdən də inzibati aktın icrasının dayandırılması institutu hüquqların müdafiəsində olduqca əhəmiyyətli təminat vasitəsi və prosessual imkan kimi çıxış edir. Onun tətbiqi nəticəsində qanunsuzluğu güman olunan əlverişsiz inzibati aktların icrası təxirə salınmış olur. Bununla da mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı əsaslı şübhələrin mövcudluğu halında həmin aktın icrası dayandırılmaqla bərpası mümkün ola bilməyəcək və ya xeyli dərəcədə çətin olacaq zərərin vurulmasının qarşısı alınmış olur. Mahiyyəti üzrə çıxarılmış qərarda mübahisələndirilən inzibati aktın hüquqa uyğun olmadığı ilə bağlı məhkəmə qəti qənaətə gəlməklə onun ləğvi və ya dəyişdirilməsinə dair qərar verir. İnzibati aktın icrasının dayandırılmasına dair qərardadda isə vəziyyət fərqlidir. Belə ki, qərardad çıxarılarkən məhkəmə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətə əsaslanır və sonradan məhkəmənin bu mövqeyi işin müəyyən edilmiş hallarından asılı olaraq dəyişə bilər və nəticədə məhkəmə inzibati aktı hüquqa uyğun hesab etməklə iddianı, ümumiyyətlə, rədd edə bilər. Bundan başqa, mahiyyəti üzrə verilmiş qərar mübahisəni həll etməklə inzibati aktı ortadan qaldırdığı və ya dəyişdirdiyi halda, inzibati aktın icrasının dayandırılmasına dair qərardadlar isə inzibati aktın özünü deyil, onun icra edilmə qabiliyyətini ortadan qaldırır. İnzibati aktın icrasının dayandırılması növündə təminat tədbirinin tətbiqi nəticəsində mübahisələndirilən inzibati aktın icrası dayandırılır, bununla da inzibati aktın çıxarıldığı tarixdən əvvəlki hüquqi vəziyyətin davam etməsi təmin edilmiş olur. Ona görə də, inzibati aktın icrasının dayandırılmasına dair qərardad çıxarıldıqdan sonra inzibati orqan mübahisələndirilən inzibati akt qəbul edilənədək mövcud olan hüquqi və faktiki vəziyyətin tələb etdiyi qaydada davranmaqda davam etməlidir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. Hazırkı halda iddianın uğurluluq ehtimalı istisna olunmur. İlk növbədə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə nəzər salaq: 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə tərkibi qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndindəki “əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda” müddəası bir neçə qeyrimüəyyən hüquqi anlayışın birlikdə işlədilməsi ilə formalaşan qiymətləndirmə formuludur. Burada hüquqi dəyərləndirilməli olan vacib məsələ ondan ibarətdir ki, “düzgünlük”, “şübhə” və “əsaslı sübutlar” dedikdə nə başa düşülür? Başqa sözlə, “qərarın düzgünlüyü” inzibati aktın faktiki, yoxsa hüquqi hallarının səhv olmasıdır? “Şübhə” dedikdə bu zaman sadə ehtimal kifayətdir, yoxsa yüksək ehtimal tələb olunur? Hansı tələblərə cavab verən sübutlar cavabdeh orqan üçün “əsaslı” hesab edilməlidir? Məhkəmə tərkibi qeyd edir ki, inzibati hüquqda “qeyri-müəyyən hüquqi anlayışlar” dedikdə konkret şəkildə müəyyən olunmamış, lakin vəziyyətdən asılı olaraq hüquq tətbiq edən inzibati orqan tərəfindən şərh edilən (məzmunu doldurulan) və inzibati aktın səbəb ünsürünü müəyyənləşdirən ifadələr başa düşülür. Nəzərə almaq lazımdır ki, qeyri-müəyyən hüquqi anlayışların tətbiqi inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyənləşdirilməsində mülahizə sərbəstliyi ilə əlaqədardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin hüquqi baxımdan qiymətləndirilməsini həyata keçirir. İnzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti üzərində məhkəmə nəzarətinin olması hüquqi dövlətin əsas əlamətlərindən biridir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, inzibati qanunverciliyin ümumi prinsip və tələbləri baxımından, eləcə də inzibati hüquq elmində formalaşmış yanaşmaya görə, qeyri-müəyyən hüquqi anlayışların inzibati orqan tərəfindən tətbiqi, yəni qeyd olunan səlahiyyətin necə realizə edilməsi inzibati məhkəmə icraatı qaydasında tam həcmdə yoxlanıla bilər. Mübahisələndirilən qərarlarda müvafiq Qaydaların 3.7-ci bəndindəki hipoteza şərtləri aşağıdakı kimi əsaslandırılmışdır: “...Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş 15 (on beş) vətəndaş Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə edilərək qiymətləndirilmişdir. Vətəndaş əmək zəmanətinin dəyişdirilməsi ilə əlaqədar etdiyi müraciəti əsasında ##.##.2025-ci il tarixində DTSERA-da əyani komissiyaya dəvət olunaraq müayinə olunmuşdur. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, aparılmış müayinələr nəticəsində psixiatrik olaraq əlillik təyinatına əsas verən ağırlıqlaşmalar aşkarlanmamışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq cavabdehin 20.08..2026-cı il tarixli cavab məktubundan görünür ki, əmək zəmanətinin dəqiqləşdirilməsi barədə vətəndaşın ##.##.2025-ci il tarixində Agentliyə *-**-*/*-X-*****/**** nömrəli müraciət ərizəsi daxil olmuş və tərəflərindən ##.##.2025-ci il tarixli, *-**-*/*-X-*****/**** nömrəli məktubla cavablandırılmışdır. Başqa sözlə, müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Eyni zamanda, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, cavabdeh inzibati orqan mavafiq Qaydaların 3.7-ci bəndindəki qeyri-müəyyən hüquqi anlayışları obyektiv, məntiqi və hüquqi meyarlarla şərh edə bilməmişdir. Başqa sözlə, inzibati orqan həmin anlayışların məzmununu məhz qeyd olunan meyarlar əsasında müəyyən etməli olduğu halda qüsurlu qiymətləndirmə fəaliyyətinə yol verərək heç bir ciddi və aydın əsaslandırma aparmadan ərizəçi barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanlar tərəfindən qeyrimüəyyən hüquqi anlayışların təfsiri və həmin anlayışın təfsiri əsasında qəbul ediləcək qərar hüququn aliliyi prinsipi ilə ziddiyyət təşkil etməməli, eləcə də fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2015-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır... Qanunverici müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsini və ya ləğv edilməsini işə mahiyyəti üzrə baxan məhkəmənin xidməti vəzifəsinə aid etmişdir. Habelə, qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir. Məhkəmə kollegiyası qeyd edir ki, əsas iddia üzrə icraatın başa çatmaması həmin tələbin uğurluluq ehtimalını azaltmır. Digər tərəfdən, hətta iddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu halda belə, yuxarıda qeyd olunduğu kimi, müvəqqəti xarakterli müdafiə tədbiri ərizəçini ilk növbədə əsas iddia üzrə məhkəmə aktının qəbul edilməsinədək gözlənilən mümkün zərərlərdən qorunmasına xidmət edir. Bununla bağlı Kollegiya qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri inzibati aktın icrasının dayandırılması ilə bağlı olduğundan iddianın uğurluluq ehtimalına qiymət verilməsi zərurəti yaradır ki, məhkəmə bununla bağlı olaraq qeyd edir ki, qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir. Bu baxımdan, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Qeyd olunanlardan belə nəticə hasil olur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş iddiaçı iddiasının uğurlu olduğuna ilk öncə özü əmin olmalı və pozulması ehtimal edilən hüququnun müdafiəsi üçün, ilkin təcili tənzimləmənin həyata keçirilməsi məqsədilə məhkəmədən, müvafiq tədbirin tətbiq edilməsini xahiş etməlidir. İşə baxan məhkəmə də ilkin araşdırma zamanı iddiaçı ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Təsvir edilənlərlə yanaşı, məhkəmə kollegiyası, qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi yolverilən və məqsədəmüvafiqdir. Belə ki, iddia tələbinin əsaslı olub-olmaması ilə bağlı məsələ məhkəmədə baxılıb həll edilməyənə kimi ərizəçinin əmək pensiyasının dayandırlması onun maddi vəziyyətinin xeyli dərəcədə çətinləşməsi (sosial təminat hüququnun pozulması) ilə nəticələnə bilər. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı mübahisənin məzmunu ilə eynilik təşkil edən və vahid məhkəmə təcrübəsi formalaşdıran **(***)-***/**** saylı qərardadı mövcuddur. Qeyd olunanlara əsasən ilkin təcili tənzimlənmənin zəruri olduğu qənaətinə gələn məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbirinin tədbiqi barədə ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar