Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-157/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə ərizəçi Ərizəçi MMC müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, (1) Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı məhkəmə qərarı üzrə cavabdeh tərəfindən onun üzərində qoyulmuş öhdəliklər icra olunmadığı üçün cavabdehin 50.000 manat məbləğində cərimə edilməsi barədə iş yekunlaşanadək, iddiaçının hesablarına qoyulmuş məhdudiyyətin aradan qaldırılması, (2) İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırlması Baş İdarəsinə qarşı əsas işə mahiyyəti üzrə baxılıb qurtaranadək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbarti tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** saylı qərarın icrasının dayandırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflərindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin ##.##.2020-ci il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunmasına dair qərar qəbul edilməsi” xahişi ilə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, ##.##.2020-ci il tarixli, **************** nömrəli qərar 57.840,75 manat məbləğində hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdeh inzibati orqan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərarların qanuni qüvvəsini almasına və uzun müddət ötməsinə baxmayaraq vergi orqanı tərəfindən hər hansı tədbir görülmədiyindən və qərarların icrası həyata keçirilmədiyindən tərəflərindən ərizə ilə məhkəməyə müraciət edilmiş, cavabdehin qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərar üzrə “cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün cavabdehin 50.000 manat məbləğində cərimə edilməsi barədə qərardad qəbul edilməsi” xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə qərarın icra edilməsi ilə bağlı məcburi icra tədbirlərinin görülməsinə dair ərizə rədd edilmişdir. Tərəfindən sözügedən qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi tələbi ilə apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı Ərizəçi MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilərək inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Hazırda həmin iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Digər iş üzrə isə bildirilmişdir ki, tərəflərindən məhkəməyə müraciət edilərək cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı ##.##.2023-cü il tarixli **************** saylı qərarın vergi hesabatının və arayışının vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla digər hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Hazırda müvafiq iş üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatında (iş nömrəsi: 2-1(102)-4589/2025) davam edir. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən iddia və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı olmasını aşağıda qeyd edilənlərlə əsaslandırır. İlkin olaraq müvəqqəti xarakterli təminat tədbirlərinin tətbiqinin zəruriliyi ilə bağlı qeyd edilmişdir ki, müəssisənin hesablarına əsassız məhdudiyyətlər tətbiq edilmişdir. Mövcud məhdudiyyətlərin davam etməsi ərizəçinin fəaliyyətini və ödənişlərin həyata keçirilməsini faktiki olaraq mümkünsüz edir. Bu səbəbdən əsas iş üzrə məhkəmə mübahisəsi yekun həllini tapana qədər ərizəçinin azad sahibkarlıq hüquqlarını və qanunvericiliklə təmin edilmiş maraqlarının qorunması məqsədilə müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi zəruri hesab edilir. Qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən inzibati aktın icrasının dayandırılması Vergi Məcəlləsində nəzərdə tutulmuş icra xarakterli bütün tədbirlərin tətbiqinin dayandırılmasını ehtiva edir. Bu tədbirlərə vergi ödəyicisinin əmlakının siyahıya alınması, banklara və digər kredit təşkilatlarına icra sənədlərinin göndərilməsi, pul vəsaitlərinin silinməsi, bank hesablarının dondurulması, hesablara məhdudiyyətlərin qoyulması və digər analoji tədbirləri də ehtiva edir. Bu zaman mübahisələndirilən inzibati aktın (aktların) icrasının dayandırılması zamanı iddiaçının bank hesablarına qoyulmuş sərəncamların icrasının dayandırılmalı olması da vergi orqanı və aidiyyəti digər qurum və şəxslər tərəfindən, eləcə də ərizəçinin hesabı olan banklar tərəfindən nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, inzibati orqan nəzərə almalıdır ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə olan hüquq mövcud olduğu təqdirdə məhkəmə tərəfindən təmin edilməsi vergi öhdəliklərinin və maliyyə sanksiyalarının ödənilməsi ilə bağlı cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasını istisna edən hal qismində, eləcə də vergi orqanlarının səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilməməlidir. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirinin müddəti ən gec əsas iddia üzrə qərarın qüvvəyə minmə müddəti ilə məhdudlaşır və əsas iddianın uğursuz olduğu hər bir halda iddiaçı tərəfindən vergi öhdəliklərinin və maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş müvafiq səlahiyyətlərindən istifadə edə bilər. Əgər vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısını almaqdan və bunun üzərindən azad və əlverişli sahibkarlıq mühitinin təşəkkül tapmasını təmin, etməkdən ibarətdir. Birinci işin halları ilə bağlı bildirilmişdir ki, cavabdeh tərəfindən ##.##.2020-ci il tarixli, **************** saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral vergi yoxlaması nəticəsində 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə müəssisəyə əlavə vergi (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi) hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış vergi məbləği əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edirlər ki, aşağıda qeyd edilənlərə əsasən qərar ləğv olunmalıdır. Belə ki, tərəflərindən ##.##.2020-ci il tarixində dəqiqləşdirilmiş 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Tərəflərindən cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin ##.##.2020-ci il tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv olunmasına dair qərar qəbul edilməsi” xahişi ilə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və kassasıya şikayəti təmin edilməmişdir. Qeyd edilmişdir ki, Ali Məhkəmənin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi üzrə yekunlaşmış məhkəmənin yekun qərarının mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən bu günədək məhəl qoymayaraq icra edilməmiş, əksinə iddiaçının hüquqlarının pozulmasına davam etmişdir. Digər işin halları ilə bağlı bildirilmişdir ki, 2017-ci il 4-cü rüb üzrə həm səyyar, həm də kameral vergi yoxlaması keçirilmiş və müvafiq olaraq cavabdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ##.##.2023cü il tarixli, **************** saylı və Lokal Gəlirlər Baş İdarəsi tərəfindən isə ##.##.2020-ci il tarixli, **************** saylı qərarlar çıxarılmışdır. Müəssinənin başqa fəaliyyəti, o cümlədən, 2017-ci ilin 4-cü rüb üzrə başqa vergi növü və başqa tikinti sahəsi olmamış, sahibkarın yalnız bina tikintisinə vergilər hesablanmışdır. Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə bu dövrdə verginin məbləği nə qədər olmalıdırsa buna münasibət bildirmiş və hüquqi qiymət verilmişdir. Yəni vergi orqanı ##.##.2023-cü il tarixli, **************** saylı qərarı ilə artıq mübahisələndirilmiş vergi dövrü üçün başqa bir qərarla yenidən vergi məsuliyyətinə cəlb etməsi qanunsuz və əssasızdır. Ərizəçi MMC tərəfindən təqdim edilmiş BTFSV hesabatında vergiyə cəlb edilməli sahə və vergi məbləği bir dəfə bəyan edilmiş və həmin məbləğ qanunvericiliyə uyğun olaraq 30 ay müddətində ödənilmişdir. Bu hal cavabdeh tərəfindən də inkar olunmur. Sonradan aparılmış səyyar vergi yoxlaması isə eyni tikinti sahəsi üzrə əlavə vergi öhdəliyi müəyyən etmişdir. Halbuki kameral vergi hesablamasına artıq hüquqi qiymət verildiyindən, həmin mövqe səyyar vergi yoxlaması nəticəsində çıxarılmış qərara da şamil edilməli idi. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının nə başqa tikinti fəaliyyəti, nə də əlavə tikilisi mövcuddur. Bundan əlavə, cavabdeh vergi orqanı məhkəmələrin dəstəyi ilə iddiaçının sahibkarlıq fəaliyyətini faktiki olaraq bir neçə ildir ki, dayandırmışdır. Yoxlamanın əhatə etdiyi 2017-2021-ci illər dövrü üzrə bildirilir ki, həm kameral, həm də səyyar vergi hesablamaları eyni tikinti sahəsinə və eyni hesabat dövrünə 2017-ci ilin 4-cü rübünə aid edilmişdir. Hazırda eyni dövr üzrə iki ayrı vergi qərarının qüvvədə saxlanılması hüquqi müəyyənlik, eyni hal üzrə təkrar məsuliyyətin yolverilməzliyi və ədalətli məhkəmə araşdırması prinsiplərinə ziddir. Halbuki məhz həmin dövr üzrə tikinti sahəsini və vergi məbləğini müəyyən edən Ali Məhkəmənin ##.##.2024-cü il tarixli qərarı mövcuddur və bu qərar bütün dövlət orqanları üçün icbari xarakter daşıyır. Cavabdeh isə bu qərarı icra etmədən məhkəməni yanlış məlumatlandırmaqla işi bir dəfə artıq apellyasiya instansiyasına qaytarmağa nail olmuşdur. Ərizəçi ərizəsində işin digər faktiki halları barədə də ətraflı məlumat qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi tərəf məhkəmə iclasına gəlməmişdir. Ərizəçinin vəkili Vəkil ##.##.2026cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə mümkün saymamalıdır. İnzibati Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. İlk olaraq göstərilməlidir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 3. müvəqqəti xarakterli müdafiənin tətbiqi barədə əvvəlki bəndlərdə qeyd olunan əsaslar ərizədə aydın şəkildə əsaslandırılmalıdır (İPM - 43). Hazırkı iş üzrə ərizənin icraatda olan əsas iş materialları ilə birlikdə ilkin qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbarti tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** saylı qərar hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan tərəflər arasında əsas iş üzrə mübahisənin predmeti olmamışdır. Belə ki, əsas iş üzrə iddia predmeti cavabdehin ##.##.2020-ci il tarixli **************** nömrəli qərarı olmuşdur. ##.##.2023-cü il tarixli qərarın mübahisələndirilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında iddia tələbi olmuş, məhkəmənin ##.##.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin iş hazırda 2-1(102)-4589/2025 nömrəsi ilə Ali Məhkəmənin icraatındadır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 3.4-cü bəndinə görə məhkəmə icraatının gedişində (mübahisəyə mahiyyəti üzrə baxılması davam etdikdə, yaxud mübahisəyə mahiyyəti üzrə baxılması yekunlaşsa da, apellyasiya və ya kassasiya şikayətləri vermə müddətləri bitmədikdə) verilmiş ərizələrə münasibətdə isə nəzərə alınmalıdır ki, belə ərizə verilən an iş hansı məhkəmənin icraatındadırsa, həmin ərizəyə də məhz sözügedən məhkəmə instansiyası tərəfindən baxılmalıdır. Bu zaman məhkəmələr icraat gedişində verilmiş ərizələrə yenə də ayrıca icraatda baxmalıdırlar. Həmin qərarın 3.5-ci bəndinə əsasən isə əgər ərizə iş apellyasiya və ya kassasiya şikayətləri əsasında yuxarı instansiya məhkəmələrinin icraatına qəbul edildikdən sonra verilmişdirsə, bu halda, həmin ərizəyə ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsini təmin etmək, eləcə də məhkəmə icraatının tezləşdirilməsinə və prosessual qənaətə nail olmaq üçün müvafiq yuxarı instansiya məhkəməsi tərəfindən ayrıca icraatda baxılmalıdır. Müvafiq olaraq iş apellyasiya və ya kassasiya şikayəti əsasında yuxarı instansiya məhkəməsinin icraatına qəbul edildikdən sonra aşağı instansiya məhkəmələrinə verilmiş ərizələr baxılması üçün təxirə salınmadan işin icraatda olduğu məhkəməyə göndərilməlidir. Kollegiya qeyd edir ki, hazırkı ərizənin məzmunundan aydın olur ki, ərizəçinin hüquqi marağı hazırda Ali Məhkəmənin icraatında olan iş üzrə deyil, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iş çərçivəsində müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə yönəlmişdir. Belə olan halda ərizənin həmin hissədə məhkəmə tərəfindən digər məhkəməyə göndərilməsi deyil, mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Kollegiya İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə istinadən ərizəçiyə hüquqi yardım göstərərək, ərizənin dəqiqləşdirilməsi və qeyd edilən məzmunlu ərizə ilə Ali Məhkəmənin icraatında olan iş çərçivəsində baxılması üçün Ali Məhkəməyə müraciət hüququnun olması izah olunmuşdur. Məktubda ərizənin digər hissədə də mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri iddiaçıya izah edilməklə məhkəmənin yardımetmə vəzifəsi icra edilmişdir. Kollegiya qeyd edir ki, məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri üzrə icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 2.2. İPM-in 41 və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 2.3. İnzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. 3.1. İPM-in 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Vaxt baxımından nəzərdə tutulmuş bu müstəqillik hüquqların daha səmərəli təmin edilməsi məqsədinə yönəlmişdir. Qanunverici iş yekunlaşdıqdan və qərar artıq qanuni qüvvəyə mindikdən sonra müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi institutun mövcudluğunu qəbul etmir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə Ərizəçi MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi qismən təmin edilmiş, ##.##.2020-ci il tarixli, **************** nömrəli qərar 57.840,75 manat məbləğində hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin əsas iş üzrə halların araşdırılması zamanı müəyyən edilmişdir ki, iş üzrə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi məsələsinə baxılmış, Bakı İnzibati Məhkəməsinin ##.##.2020-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, yenidən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunması barədə ərizə qismən təmin olunmuşdur. İş üzrə yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəyə minənədək: iddiaçının Yelo Bank ASCnin bank hesablarına AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2020-ci il tarixli, **************** saylı qərarına əsasən hesablanmış vergilərin və maliyyə sanksiyasının dövlət mədaxilinə alınması üçün yeni sərəncamların qoyulması cavabdehə qadağan edilmiş, cavabdehin ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarına əsasən hesablanmış vergilər və maliyyə sanksiyası üzrə ümumi məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatlarının aparılması iddiaçıya qadağan edilmişdir. Ali Məhkəmənin iş üzrə ##.##.2021ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. Beləliklə, kollegiya qeyd edir ki, hazırkı vəziyyətdə artıq iş yekunlaşmış, iddia tələbi qismən təmin edilmiş, mübahisəli qərar hissəvi ləğv edilmiş və məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Bu kimi hallarda isə artıq yekunlaşmış iş üzrə müvəqqəti xarakterli müdafiə institutunun tətbiqindən bəhs oluna bilməz. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli ** nömrəli qərarının 5-ci hissəsinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıbyaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilibedilməməsindən asılı olaraq qiymət verilməlidir. Bununla yanaşı, İPM-in 2.2.1 və 2.2.5-ci maddələrində təsbit edilmiş mübahisələndirmə haqqında, müəyyən etmə və ya tanınma haqqında iddialar üzrə, eləcə də İPM-in XVIII-İ fəslində təsbit edilmiş icraat üzrə qəbul edilmiş iddianın tam və ya qismən təmin edilməsinə dair məhkəmə qərarları mübahisəni mahiyyəti üzrə həll etsələr də, həmin qərarlar qanuni qüvvəyə mindikdən sonra onların əsasında əlavə icra hərəkətlərinin həyata keçirilməsinə ehtiyac qalmır (İPM-in 70.3 və 71-ci maddəsində təsbit olunmuş hallar istisna olmaqla). Çünki sözügedən növ iddialar üzrə mübahisə predmetləri ilə bağlı hüquqi vəziyyətlərdə dəyişiklik yaratmaq və ya hüquqi vəziyyəti müəyyən etmək üçün həmin məhkəmə qərarlarının özlərinin çıxarılması kifayət edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə mümkün saymamalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi MMC-nin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi (AZ1073, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-6)-157/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-157/2026
10.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver