Məhkəmə qərarları › İş №15(3-6)-167/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-167/2026

01.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-167/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN HALLARI

1. İddiaçı Maraqlı şəxs cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi və Nizami rayon İcra Hakimiyyətinə qarşı anası X7 adına ## #### 1977-ci il tarixli orderlə verilmiş Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, bina 7, ** saylı mənzildə qeydiyyatda olduğu və anasından sonra əsas kirayəçi olub onu özəlləşdirmək hüququ olduğu halda, razılığı və məlumatı olmadan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti rüblük hüquqi şəxsi tərəfindən "Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmaqla hüquq müəyyənedici olmayan sənədlər əsasında arvadı (hazırda sabiq arvadı) X1 adına özəlləşdirilib ona mülkiyyət hüququ verilməsi barədə ##.##.1995 tarixli qeydiyyat sənədin etibarsız hesab edilib ləğv edilməsi barədə qərar qəbul edilməsi, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, bina 7, ** saylı mənzilin kirayəçi olduğunu, arvadı X.R.Namazovanın onunla yaşadığını göstərildiyi halda, məlumatım və razılığım olmadan arvadı X.R.Namazovanın kirayə müqaviləsinin dəyişdiriliməsi barədə ərizəsinə əsasən mənzilin onun adına kirayəçi kimi müqavilə bağlanması barədə Bakı şəhəri, Nizami rayon icra hakimiyyəti başçısı E.Əzimovun ##.##.1995 il tarixli **** saylı sərəncamı, həmin mənzilin X.R.Namazovanın adına əvəzssiz özlləşdirilib onun mülkiyyətinə keçirilməsi barədə ##.##.1995 il tarixli **** saylı sərəncamları və həmin mənzilin əvəzsiz özlləşdirilməsi X.R.Namazovanın mülkiyyətinə keçirilməsi barədə onunla Nizami rayon icra hakimiyyəti ilə arasında bağlanmış ##.##.1995 il tarixli **** saylı müqavilə qanunsuz olduğuna görə həmin sərəncam və müqavilələrin etibarsız hesab edilib ləğv edilməsi barədə qərar qəbul edilməsini, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, bina 7, ** saylı mənzilin adına özəlləşdirib həmin mənzilin mülkiyyəti olması barədə ona sənəd verilməsi barədə qərar qəbul edilməsini barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli,*-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı Maraqlı şəxs Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli,*-*(***)-*****/**** nömrəli qərardadından apellyasiya şikayəti vermişdir.

4. Apellyasiya şikayətinə baxılması ##.##.2026-cı il tarixə, saat 12:35-a təyin edilmişdir.

5. İddiaçı (ərizəçi) Maraqlı şəxs həmçinin, müvəqqəti xarakterli müdafiə tədbirinin tədbiqinə dair ərizə ilə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, bina 7,** saylı mənzil üzərinə həbs qoyulmasını, hər hansı rəsmiləşdirmə aparılmasının qadağan edilməsini xahiş etmişdir

6. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, bina 7,** saylı mənzil keçmiş həyat yoldaşı, yuxarıda qeyd olunan Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli,*-*(***)-*****/**** nömrəli qərardadı ilə mümkün sayılmayan əsas iddia tələbi üzrə 3-cü şəxs Xədicə Namazova tərəfindən sənədlərin saxtalaşdırılması yolu ilə sənədləşdirilmişdir. Hazırda prokurorluq orqanlarına müraciəti əsasında sənədləşmə ləğv edilməsini anlayan X.Namazova mənzili özgəninkiləşdirmək imkanına malikdir.

7. Yuxarıda qeyd olunan Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli,*-*(***)-*****/**** nömrəli qərardadı ilə mümkün sayılmayan əsas iddia tələbi üzrə 3-cü şəxs Xədicə Namazova tərəfindən mənzilin sənədlərinin qanunauyğun olması ilə bağlı yazılı münasibət təqdim edilmişdir.

Prosses iştirakçılarının izahatları

8. Məhkəmə məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 16.3 və 81.3cü maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası və şifahi dinləmələr keçirilmədən baxılacağı, etiraz və mülahizələri Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərə bilmələri barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir.

9. Belə ki, İnzibati Prosessual Məcəllənin 16.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: … Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. İnzibati aktın icrasının dayandırılması 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi.

11. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı . 4.1-1-ci bəndində göstərilmişdir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2 və 4.1-3-cü bəndlərində qeyd olunur ki, təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4-cü bəndinə əsasən hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. İddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. 4.3. Məhkəmələr nəzərə almalıdırlar ki, bu qaydada ərizə verən şəxslər ağlabatan müddət ərzində əsas iddianın özünün qaldırılmasına yönəlmiş konkret hərəkətlər etməlidirlər. Belə ki, iddia vermək istəməyən şəxsin müvəqqəti xarakterli müdafiə tədbirindən istifadə etməsinə hüquqi marağı yaranmır. 4.4. İddia qaldırılanadək verilmiş ərizələr üzrə çıxarılmış təminat tədbirlərinin tətbiqi haqqında qərardadlardan verilmiş şikayətlər əsasında iş yuxarı instansiya məhkəməsinin icraatında olduqda, iddianın özünün qaldırılmadığı halından çıxış etməklə təminat tədbirinə dair qərardad ləğv edilməklə ərizə mümkün sayılmamalıdır. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 11.8. İnzibati aktın icrasının dayandırılması ilə bağlı məsələ üzrə qərar qəbul edə bilmək üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmadığı ilə bağlı aparılan araşdırma nəticəsində məhkəmənin gəldiyi qənaət işə mahiyyəti üzrə baxılmasının sonunda gəlinən yekun və qəti qənaət deyildir. 11.9. Bu zaman məhkəmənin qənaəti yalnız icraatın həmin mərhələsinədək mövcud olan işin hallarının araşdırılması nəticəsində yaranır, gəlinən həmin qənaət müvəqqəti olur, proqnoz və ehtimala əsaslanmaqla formalaşır. 11.15. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə ərizəçi subyektiv hüquqa malikdir.

13. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına əsasən baxılan işdə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin mümkün sayılmaması üçün əsaslar mövcuddur.

14. Belə ki, iş materiallarına əsasən ərizəçi (iddiaçı) İddiaçı Maraqlı şəxs cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi və Nizami rayon İcra Hakimiyyətinə qarşı anası X7 adına ## #### 1977-ci il tarixli orderlə verilmiş Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, bina 7, ** saylı mənzildə qeydiyyatda olduğu və anasından sonra əsas kirayəçi olub onu özəlləşdirmək hüququ olduğu halda, razılığı və məlumatı olmadan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti rüblük hüquqi şəxsi tərəfindən "Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmaqla hüquq müəyyənedici olmayan sənədlər əsasında arvadı (hazırda sabiq arvadı) X1 adına özəlləşdirilib ona mülkiyyət hüququ verilməsi barədə ##.##.1995 tarixli qeydiyyat sənədin etibarsız hesab edilib ləğv edilməsi barədə qərar qəbul edilməsi, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, bina 7, ** saylı mənzilin kirayəçi olduğunu, arvadı X.R.Namazovanın onunla yaşadığını göstərildiyi halda, məlumatım və razılığım olmadan arvadı X.R.Namazovanın kirayə müqaviləsinin dəyişdiriliməsi barədə ərizəsinə əsasən mənzilin onun adına kirayəçi kimi müqavilə bağlanması barədə Bakı şəhəri, Nizami rayon icra hakimiyyəti başçısı E.Əzimovun ##.##.1995 il tarixli **** saylı sərəncamı, həmin mənzilin X.R.Namazovanın adına əvəzssiz özlləşdirilib onun mülkiyyətinə keçirilməsi barədə ##.##.1995 il tarixli **** saylı sərəncamları və həmin mənzilin əvəzsiz özlləşdirilməsi X.R.Namazovanın mülkiyyətinə keçirilməsi barədə onunla Nizami rayon icra hakimiyyəti ilə arasında bağlanmış ##.##.1995 il tarixli **** saylı müqavilə qanunsuz olduğuna görə həmin sərəncam və müqavilələrin etibarsız hesab edilib ləğv edilməsi barədə qərar qəbul edilməsini, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, bina 7, ** saylı mənzilin adına özəlləşdirib həmin mənzilin mülkiyyəti olması barədə ona sənəd verilməsi barədə qərar qəbul edilməsini barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

15. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli,*-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

16. İddiaçı Maraqlı şəxs Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli,*-*(***)-*****/**** nömrəli qərardadından apellyasiya şikayəti vermişdir.

17. Apellyasiya şikayətinə baxılması ##.##.2026-cı il tarixə, saat 12:35-a təyin edilmişdir.

18. İddiaçı (ərizəçi) Maraqlı şəxs həmçinin, müvəqqəti xarakterli müdafiə tədbirinin tədbiqinə dair ərizə ilə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, bina 7,** saylı mənzil üzərinə həbs qoyulmasını, hər hansı rəsmiləşdirmə aparılmasının qadağan edilməsini xahiş etmişdir

19. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, bina 7,** saylı mənzil keçmiş həyat yoldaşı, yuxarıda qeyd olunan Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli,*-*(***)-*****/**** nömrəli qərardadı ilə mümkün sayılmayan əsas iddia tələbi üzrə 3-cü şəxs Xədicə Namazova tərəfindən sənədlərin saxtalaşdırılması yolu ilə sənədləşdirilmişdir. Hazırda prokurorluq orqanlarına müraciəti əsasında sənədləşmə ləğv edilməsini anlayan X.Namazova mənzili özgəninkiləşdirmək imkanına malikdir.

20. Yuxarıda qeyd olunan Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli,*-*(***)-*****/**** nömrəli qərardadı ilə mümkün sayılmayan əsas iddia tələbi üzrə 3-cü şəxs Xədicə Namazova tərəfindən mənzilin sənədlərinin qanunauyğun olması ilə bağlı yazılı münasibət təqdim edilmişdir.

21. Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli,*- *(***)-*****/**** nömrəli qərardadına əsasən məhkəmə əsas iddia tələbini mümkün saymamış və mövqeyini belə əsaslandırmışdır ki, “....İddiaçı Bakı İnzibati Məhkəməsinə ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçıya buraxılmış müddətin üzürlü səbəbləri barədə məlumat verməklə bu barədə əsaslandırılmış ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmiş, mübahisələndirilən sərəncam barəsində məlumatı və xəbəri olmamasını əsas gətirmişdir. Lakin, iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli 3-21-3-30/2- 34798/2025 ************ nömrəli məktubu ilə Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 7, ** nömrəli mənzilin İbrahimova Xədicə Ramazanovnanın adına ##.##.1995-ci il tarixdə qeydiyyata alınması barədə iddiaçıya məlumat verimiş və arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti iddiaçıya təqdim edilmişdir. Bundan başqa, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2026-cı il tarixli *-**-*F/*-***/**** nömrəli məktubu ilə Nizami Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə ##.##.1995-ci il tarixli, **** saylı və ##.##.1995-ci il tarixli, **** saylı sərəncamları və əlavə edilmiş sənədlər, o cümlədən, mənzilin Maraqlı şəxs tərəfindən arvadı X1 adına keçirilməsinə, mənzilə dair kirayə müqaviləsinin arvadı X1 adına dəyişdirilməsinə razılıq verməsi barədə ##.##.1995-ci il və ##.##.1995-ci il tarixli ərizələr məhkəməyə təqdim edilmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı mübahisələndirilən sərəncamın mövcudluğu barədə ən geci 2023-cü ildən məlumatlı olmasını məhkəməyə təqdim edilmiş iddia ərizəsində ətraflı və təfsilatı ilə qeyd etmişdir və bu hal iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Beləliklə də, məhkəmə hesab edir ki, inzibati aktdan həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz....”

22. Həmçinin, müəyyən edilir ki, hazırkı məzmunda müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin sonradan ərizəçi Maraqlı şəxs ərizəsini geri götürdüyü üçün Bakı İnzibati Məhkəməsinin **(***)-***/**** saylı, ## ##### 2024-cü il tarixli qərardadı ilə ərizə üzrə icraata xitam verilmişdir.

23. Bundan başqa hazırkı mübahisəli mənzilin sənədlərinin saxtalaşdırılması ilə bağlı prokurorluq orqanları tərəfindən hər hansı qərar qəbul olunması barədə məhkəməyə sübut təqdim edilməmişdir.

24. Göstərilənlərə əsasən, xüsusilə ilkin araşdırmanın gedişində əsas iddianın mümkünsüzlüyünə aşkar dəlalət edən hallar müəyyən olunduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı (ərizəçi) Maraqlı şəxs tərəfindən verilmiş ərizə mümkün sayılmamalıdır.

25. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarının 4.9.-cu bəndində deyilir ki, “ Daha sonra araşdırmanın nəticəsindən asılı olaraq məhkəmə İPM-in 44.1-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməklə müvəqqəti xarakterli müdafiə barədə qərardadı dəyişdirə və ya ləğv edə bilər. Digər vəziyyətlərdə isə ilkin araşdırmanın gedişində əsas iddianın mümkünsüzlüyünə aşkar dəlalət edən hallar müəyyən olunduqda, məhkəmə iddianın özünün qeyri-mümkünlüyünə açıqca dəlalət edən həmin halların mövcudluğuna istinadla və buna dair mövqeyini əsaslandırmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni mümkün saymaya bilər (məsələn, mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmadıqda, məhkəmədə iddia qaldırmadan əvvəl inzibati orqana ilkin müraciətin tələb olunduğu iddialar üzrə belə müraciətin edilmədiyi müəyyən olunduqda, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda və s.).”

26. Məhkəmə Kollegiyası nəzərə alır ki, iddiaçı əsas iddia üzrə mübahisələndirilən sərəncamın mövcudluğu barədə ən geci 2023-cü ildən məlumatlı olmasını məhkəməyə təqdim edilmiş iddia ərizəsində ətraflı və təfsilatı ilə qeyd etmişdir və bu hal iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Beləliklə də, məhkəmə hesab edir ki, inzibati aktdan həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür.Belə ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə ##.##.2025-ci il tarixdə əsas iddia ərizəsi ilə müraciət etmişdir.

27. Məhkəmə Kollegiyası vurğulayır ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli,*- *(***)-*****/**** nömrəli qərardadına əsasən məhkəmə əsas iddia tələbini yuxarıda qeyd edildiyi kimi, qanunvericilikdə həmin iddia növü üçün müəyyən edilmiş mübahisələndirmə müddətini və hüquqi imkanını iddiaçının ötürməsi səbəbindən mümkün saymamışdır.

28. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Kollegiyası hesab edir ki, müvəqqəti xarakterli müdafiə barədə ərizə mümkün sayılmamalıdır .

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 80.2. İnzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Müvəqqəti xarakterli müdafiə barədə ərizə mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar