Məhkəmə qərarları › İş №15(3-6)-169/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-169/2026

03.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-169/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, X2ın cavabdeh Cavabdeh Yasamal Rayon İcra Şöbəsinə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)- ***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi *** saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkan qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyriyaşayış sahəsi iddiaçı X5 istifadəsinə verilməli, cavabdeh Məcidli Əli Akif oğlu Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi *** saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkan qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsi cavabdehin hesabına həyata keçirilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat pulun 100 manatı iddiaçı X6, 100 manatı isə cavabdeh Məcidli Əli Akif oğlundan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarından görünür ki, ##.##.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Məcidli Əli Akif oğlu ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 72 kv.m. olan qeyri yaşayış sahəsinin tam mülkiyyət hüququ ilə ona məxsus olan hissəsini icarəçi Bilen Hasana 5 il, yəni ##.##.2027-ci il tarixinədək icarəyə vermişdir. Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin ərizəçiyə ünvanladığı ##.##.2026-cı il tarixli, **/**-*****/** nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi *** saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsində sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsi tələbkar X5 istifadəsinə verilməlidir. X1 Akif oğlu Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi *** saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsi borclunun hesabına həyata keçirilməlidir.Sözügedən icra sənədi üzrə ##.##.2025-ci il tarixdə başlanılmış icraat zamanı könüllü icra üçün müəyyən edilmiş müddətdə yuxarıda qeyd olunan çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsində sağdakı zirzəmi tələbkar X5 istifadəsinə verilməmişdir. Bununla bağlı zirzəmidən məcburi çıxarılma təyin edilmişdir. Məlum olmuşdur ki, zirzəmidə Hasan Bilen icarə müqaviləsi əsasında restoran işlədir. İcra sənədinin icrasını təmin etmək məqsədilə zirzəminin tələbkar tərəfə təhvil verilməsi tələb olunmuşdur. Bununla bağlı icra məmurunun hərəkətlərindən narazı qalan Hasan Bilen məhkəməyə şikayət vermiş, lakin müvafiq məhkəmə qərarları ilə şikayət təmin edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi *** saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəminin təhvil verilməsi tələb olunur. İddiaçı Bilen Hasan cavabdeh Cavabdeh Yasamal Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yasamal Rayon İcra Şöbəsinin iddiaçı Bilen Hasana qarşı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi *** saylı ünvanda yerləşən yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəminin təhvil verilməsi tələbinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və ##.##.2022-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının istifadəsində olan ərazi ilə bağlı hər hansı icra hərəkətlərinin həyata keçirilməsinin cavabdeh Cavabdeh Yasamal Rayon İcra Şöbəsinə qadağan olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı iddiçı müvəqqəti xarakteri müdafiə tədbiri barədə ərizə ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, yekun məhkəmə qərarı qəbul edilənədək Cavabdeh Yasamal Rayon İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi üzrə Bilen Hasana qarşı məcburi icra tədbirlərinin həyata keçirilməsinin dayandırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-****/**** nömrəli qərardadı ilə əsas iş üzrə iddiaçı Bilen Hasanın cavabdeh Cavabdeh Yasamal Rayon İcra Şöbəsinə qarşı “icra hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsində icraat X2 müvəqqəti xarakteri müdafiə tədbiri barədə ərizəsini onunla əsaslandırılmışdır ki, Bilen Hasan ##.##.2022-ci il tarixində mülkiyyətçi Məcidli Əli Akif oğlu ilə icarə müqaviləsi bağlamışdır. Həmin icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən 72 kv.m olan qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verir. Həmin müqaviləyə əsasən icarə müddəti 5 il müəyyən olunmuşdur. Hal-hazırda da müqavilə üzrə müəyyən olunmuş qanuni əsaslarla həmin sahədə biznes fəaliyyəti ilə məşğuldur. Bilen Hasan qeyd olunan qeyri-yaşayış sahəsinin təmiri, həmçinin obyektin restoran kimi fəaliyyət göstərməsi üçün lazım olan bütün predmetlər üzrə ümumilikdə 200.000 (iki yüz min) manatdan çox vəsait xərcləmişdir. Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılov icra sənədi üzrə icraat zamanı Bilen Hasanın hüquqularını kobud surətdə pozaraq icra sənədində onun borclu kimi çıxarılmasına dair hər hansı bir tələb olmadığı halda ondan müqavilə hüququ əsasında istifadəsində olan ərazinin boşaldılmasını tələb edir. Bu isə onun hüquqlarını əsassız məhdudlaşdırılmasına səbəb olur. İcra şöbəsi bununla öz səlahiyyətlərindən kənar hərəkət etməklə qanunsuzluq edir. Tərəfindən Cavabdeh Yasamal Rayon İcra Şöbəsinə qanunsuz hərəkətlərin dayandırılması ilə bağlı müraciət edilsə də, inzibati orqan müraciətin müsbət icrasından imtina etmişdir. Yasamal Rayon İcra Şöbəsi müraciətinə cavab olaraq bildirmişdir ki, qeyd olunan hərəkətlərin edilməsi qanunidir və Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi *** saylı ünvanda yerləşən yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəminin təhvil verilməsi tələb olunur. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaqla bərabər mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi *** saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkan qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsi mülki iş üzrə məhkəmə qətnaməsi əsasında verilən icra sənədi üzrə icra icaatının predmetidir. İcra icraatının predmeti olan əmlakla bağlı tələb hüququ isə icra icraatının tərəfləri olan subyektlərə aid olmaqla icra icaatında icra məmurunun hərəkət, hərəkətsizlik və ya qərarından verilən şikayətlər üzrə mübahisələndirilə bilər. Başqa sözlə, hazırkı halda Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri müstəqil iddia qaydasında müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə üzrə deyil, sözügedən icra sənədinin icrası çərçivəsində şikayət qaydasında baxılmalıdır. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, icra sənədində borclu kimi adının qeyd olunmayan şəxsin həmin ərazinin boşaldılmasının tələb olunması icra qanunvericiliyindən kənar hərəkət kimi qiymətləndirilməli və məcburi icra tədbirinin həyata keçirilməsi icra sənədinin icrasının düzgün olmayan formada icra edilməklə başqa şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Belə ki, “İcra haqqında” Azərbaycan Respunblikası qanununun 72-ci maddəsinin 2.4-cü bəndində qeyd olunmuşdur ki, icra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. İcra hərəkətləri həyata keçirilərkən müvafiq sahədə yaşamağa (olmağa) hüquqi əsasları olmayan digər şəxslər də tələbkarın tələbi ilə oradan çıxarılırlar. Yuxarıda qeyd olunan normanın tələbindən də göründüyü kimi icra məmuru borclu kimi adı icra sənədində olmayan digər şəxslərin çıxarılmasını yalnız o halda tələb edə bilər ki, həmin şəxsin orada yaşamağa və ya olmağa qanuni əsası olmasın. Bilen Hasan ##.##.2022-ci il tarixində mülkiyyətçi Məcidli Əli Akif oğlu ilə icarə müqaviləsi bağlamış və həmin müqavilənin predmetini boşaldılması tələb olunan hissələr də təşkil edir. Qeyd olunan icarə müqaviləsi ilə bağlı bu günədək hər hansı tərəf mübahisə qaldırılmamış və həmin müqavilə hələ də qüvvədədir. Bilen Hasanın ##.##.2022-ci il tarixli icarə müqaviləsi üzrə həmin əraziyə istifadə hüququ vardır. Qeyd olunanlara əsasən icra məmurunun əraziyə qanuni əsası olan şəxsə qarşı hər hansı icra hərəkətinin həyata keçirməsi qanunsuzdur və mülkiyyət hüququnun pozulmasıdır. Bilen Hasan bu günədək icarə müqaviləsi üzrə bütün öhdəliklərini yerinə yetirmiş və müqavilə tələblərini pozmamışdır. Yuxarıda qeyd olunan icra sənədi üzrə Bilen Hasanın qanunsuz olaraq həmin ərazidən məcburi icra tədbiri görülərək çıxarılması halında ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalı ilkin təcili tənzimləmənin zəruri edir. Belə ki, Bilen Hasan tərəfindən kifayət qədər yüksək məbləğdə təmir və tikinti xərcləri çəkilmiş, ərazi tam təmir olunmuş, həmçinin yüksək ağırlıqda avadanlıqlar həmin əraziyə yerləşdirilmişdir. İcra sənədinin icra olunacağı halda qeyd olunan maddi zərərlə yanaşı ərizəçinin hal-hazırda biznes fəaliyyəti nəticəsində gələcəkdə əldə edəcəyi mənfəət də əldən çıxmış olacaqdır. Bakı İnzibati Məhkəməsi öz qərarında iddianın mümkün olmadığı qənaətinə gələrək müvəqqəti xarakteri müdafiə tədbirinə dair ərizəni mümkün saymamışdır. Məhkəmənin yanaşması düzgün deyildir. Belə ki, icra sənədində borclu kimi qeyd olunmayan şəxs barəsində hər hansı qanunsuz hərəkətlərin edilməsi icra sənədinin icrasına nəzarət qaydasında deyil, bilavasitə inzibati orqanIn vətəndaşa münasibətdə qanunsuz hərəkətlər etməsi kimi qiymətləndirilməlidir Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli, ** nömrəli qərarı: 1.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. İddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 12.3. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur... Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 40.4. Maraqlı şəxs inzibati aktdan şikayət instansiyasına inzibati şikayət etdiyi hallarda müvəqqəti xarakterli müdafiə barədə vəsatətlə həmin orqana müraciət etməlidir. Şikayət instansiyası 15 gün müddətində maraqlı şəxsin vəsatətini təmin etmədikdə, o, bu barədə ərizə ilə bu Məcəllənin 40.1-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası ...58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir... Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər... Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir... “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 87. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” ## ######## 2015-ci il tarixli Qərarı: ...2. Qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2017-ci il tarixli Qərarı:

1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər...

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilkin olaraq onu qeyd etməyi zəruri hesab edir ki, müvəqqəti xarakteri müdafiə tədbiri barədə ərizə X2 tərəfindən əsl imzasız məhkəməyə təqdim edilmiş və birinci instansiya məhkəməsi bu məsələyə hüquqi qiymət verməmişdir. Kollegiya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə istinadən ərizəçiyə hüquqi yardım göstərmiş, lakin ərizəçi yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq kollegiya apellyasiya şikayətinin ərizəçi tərəfindən verilməsinə, şikayətin vaxtında və formal baxımdan düzgün tərtib olunmasına əsaslanaraq, şikayətə mahiyyəti üzrə qiymət verilməsini zəruri hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” ## ######## 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2017ci il tarixli Qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Kollegiya qeyd edir ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. “İcra haqqında” Qanuna əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərar, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə bilər. Bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Təşəkkül tapmış məhkəmə təcrübəsində də icra məmurunun icra icraatında qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılır. İcra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarına əsasən: “Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır (4.6) ... ...Digər vəziyyətlərdə isə ilkin araşdırmanın gedişində əsas iddianın mümkünsüzlüyünə aşkar dəlalət edən hallar müəyyən olunduqda, məhkəmə iddianın özünün qeyri-mümkünlüyünə açıqca dəlalət edən həmin halların mövcudluğuna istinadla və buna dair mövqeyini əsaslandırmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni mümkün saymaya bilər (məsələn, mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmadıqda, məhkəmədə iddia qaldırmadan əvvəl inzibati orqana ilkin müraciətin tələb olunduğu iddialar üzrə belə müraciətin edilmədiyi müəyyən olunduqda, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda və s.).” (4.9) Ərizəyə baxılması çərçivəsində əsas iş üzrə iddia tələbinin mümkünlüyü ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Hazırkı işdən görünür ki, ərizəçinin tələbi Cavabdeh Yasamal Rayon İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi üzrə Bilen Hasana qarşı məcburi icra tədbirlərinin həyata keçirilməsinin dayandırılmasıdır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi *** saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkan qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsi iddiaçı X5 istifadəsinə verilməli, cavabdeh Məcidli Əli Akif oğlu Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi *** saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkan qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsi cavabdehin hesabına həyata keçirilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat pulun 100 manatı iddiaçı X6, 100 manatı isə cavabdeh Məcidli Əli Akif oğlundan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Kollegiya həmçinin qeyd edir ki, ərizəçi ilə icarəyə verən Məcidli Əli Akif oğlu arasında ##.##.2022-ci il tarixli icarə müqaviləsi bağlansa da, ərizəçinin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi *** saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkan qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsi mülki iş üzrə məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra icaatının predmetidir və icra icraatının predmeti olan əmlakla bağlı tələb hüququ bu icraatının tərəfləri olan subyektlərə aid olmaqla, icra icaatında icra məmurunun hərəkət, hərəkətsizlik və ya qərarından verilən şikayətlər üzrə mübahisələndirilə bilər. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri müstəqil iddia qaydasında müvəqqəti xarakterli müdafiə tədbiriə dair ərizə üzrə deyil, sözügedən icra sənədinin icrası çərçivəsində şikayət qaydasında baxılmalıdır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(*-*)-****/**** nömrəli qərardadı ilə iddiaçı Bilen Hasan cavabdeh Cavabdeh Yasamal Rayon İcra Şöbəsinə qarşı “icra hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ərizəçi mülki mübahisə üzrə icra sənədinin icrası çərçivəsində həll ediləcək məsələni müstəqil qaydada inzibati məhkəmə icratında qaldırmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizədə ərizəçinin imzası olmasa da, ərizəçi və vəkili tərəfindən apellyasiya şikayətinin imzalanması ərizəçinin hazırkı iş üzrə iradə ifadəsini və hüquqi marağının mövcud olmasını şərtləndirdiyindən, prosessual qənaət prinsipinə əməl olunması baxımından həmin məsələyə ərizənin mümkünlüyü baxımından əlavə münasibət bildirilməsi zərurəti mövcud deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəni mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Ərizəçinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi (AZ1073, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar