Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-170/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X4 (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı (ərizəçi) Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN HALLARI
1. Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2026-cı il tarixli rəyinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
2. DTSERA-nın ##.##.2026-cı il tarixli rəyinə əsasən diaqnozlar heç bir kateqoriya üzrə əksini tapmamışdır.
3. Mərkəzi Hərbi Həkim Komissiyası Sədrinin ##.##.2026-cı il tarixli yekun qərarına əsasən A-müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir.
4. DTSERA-nın ##.##.2026-cı il tarixli X1 qərarına əsasən iddiaçının yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqlənməmişdir.
5. Bunun əsasında SHXÇDX-nin Sabunçu Rayon İdarəsi tərəfindən iddiaçı Ərizəçi ünvanlanan Çağırış Vərəqəsinə əsasən iddiaçı ##.##.2026-cı il tarixdə 09:00-da hərbi xidmətə yola düşmək üçün rayon(şəhər) idarəsinə çağırılmışdır.
6. İddiaçı 2026-cı ilin iyul ayı çağırışı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş “Hərbi xidmətə yararlıdır barədə” yekun tibbi rəyə dair qərarın ləğvini əsas iddia üzrə mübahisələndirir. Eyni zamanda iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək həmin qərarın icrasının dayandırılması, yəni onun müddətli hərbi xidmətə çağırılmağının və hərbi xidmətə aparılmağının qadağan olunmasını şəklində müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsini xahiş edir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (ərizəçi) Ərizəçi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsi tərəfindən Ərizəçi barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli "hərbi xidmətə yararlıdır" qərarının qanunsuz hesab edilərək ləğv edilməsi qəbul barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadı ilə cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilsin. İddiaçı Ərizəçi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi” barədə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
10. Həmçinin, iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək, iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon Çağırış Komissiyası tərəfindən Ərizəçi barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli “Hərbi xidmətə yararlıdır” qərarının və həmin qərara əsasən həyata keçirilən çağırış tədbirlərinin icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmiş, müvəqqəti xarakterli müdafiə tədbiri üzrə ərizəsi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
12. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon çağırış komissiyası tərəfindən barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli "hərbi xidmətə yararlıdır" qərarının qanunsuz hesab edilərək ləğv olunması tələbi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim etmişdir. İddia ərizəsindən göründüyü kimi,onda eşitmə pozuntusu, xroniki qulaq xəstəliyi, III dərəcəli ikitərəfli yastıpəncəlik və onurğanın skoliozu kimi xəstəliklər mövcuddur. İş materiallarında olan tibbi sənədlərdə və həkim rəylərində sağlamlıq vəziyyətim bir sıra hallarda "C - dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" kateqoriyası üzrə qiymətləndirilmişdir. Bununla belə, Sabunçu Rayon Çağırış Komissiyası tərəfindən barəsində "hərbi xidmətə yararlıdır" qərarı qəbul edilmiş və ona ##.##.2026-cı il tarixinə müddətli həqiqi hərbi xidmətə çağırış barədə bildiriş təqdim edilmişdir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın icrası davam etdirildiyi təqdirdə, o məhkəmə araşdırması başa çatmamış hərbi xidmətə göndərilə bilər. Bu halda isə gələcəkdə iddianın təmin olunması belə pozulmuş hüquqlarının tam və səmərəli bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin iddianın təmin edilməsi ilə bağlı müddəalarına əsasən, iddiaçının hüquqlarının müdafiəsinin təmin olunması və gələcək məhkəmə qərarının icrasının çətinləşməsinin qarşısının alınması məqsədilə təminat tədbiri tətbiq edilə bilər.
13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertizası və Reabilitasiyası Agentliyi tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə yazılı münasibət məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən C kateqoriyasına uyğun qiymətləndirilmişdir. AR ƏƏSMN tabeliyində dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların X1sinin qərarı ilə SHXÇDX tərəfindən göndərilən XBT kodu üzrə diaqnoz heç bir kateqoriya üzrə əksini tapmamışdir. Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il # ######## tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ## #### 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların X1si Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) tərəfindən həyata keçirilir. Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası), Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası), Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası), Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların X1si Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə (bundan sonra - Əsasnamə) uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Bu məqsədlə Agentliyin nəzdində ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi (bundan sonra - Mərkəz) yaradılmışdır. Mərkəzdə çağırışçıların X1si ixtisaslaşmış peşəkar həkimmütəxəssislər tərəfindən aparılır. X1yə dair qərarlar isə Tibbi Qiymətləndirmə Komissiyaları tərəfindən qəbul edilir. X1nin aparılması üçün SHXÇDX tərəfindənAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir, hansı vaxtda Mərkəzə yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri barədə məlumat verilir. Çağırışçı təyin edilmiş müayinə günündə SHXÇDX-nin müvafiq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının nümayəndəsinin müşyiəti ilə Mərkəzə yaxınlaşır və avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkim-mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olub-olmadığı aydınlaşdırılır. Çağırışçının laborator və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə, müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün daxili göndəriş verilir. Mərkəzdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron formada tibb müəssislərinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində növbədənkənar müayinəsi aparılır. Tibbi müayinələrin nəticəsində çağırışçıda göndərişdə (forma 44) öz əksini tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə yönləndirilir. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq edərək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edir. Qəbul həkiminin rəyi altsistemə daxil edildikdən sonra çağırışçı barəsində X1nin həyata keçirilməsi üçün Tibbi Qiymətləndirmə Komissiyalarından biri altsistem tərəfindən avtomatlaşdırılmış qaydada seçilir. Seçilmiş müvafiq komissiya çağırışçının X1sini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. Əsasnamənin 2.18- ci bəndinə uyğun olaraq barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların X1si Agentlik tərəfindən həyata keçirilir və müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir: yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir; yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Qəbul edilən müvafiq qərar elektron sənəd formasında formalaşdırılır və Tibbi Qiymətləndirmə Komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla SHXÇDX-nin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərarın qəbul edilməsi üçün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Xidmətə çağırış zamanı X2 təəfindən təqdim edilmiş rəydə anadangəlmə ikitərəfli III dərəcəli yastıayaqlıq qeyd edilsə də, III dərəcəyə əsas verən dərəcə, ölçü qeyd ediməmişdir. Nəzərə alınmalıdır ki, hərbi xidmətə yararsızlıq və ya məhdud yararlılıq üçün zəruri olan xüsusilə ayaqda funksional pozğunluq, ağrı, gəzinti çətinliyi və rentgenlə təsdiqlənmiş dəyişikliklər barədə rəydə hər hansı məlumat göstərilməmişdir.
16. Bundan əlavə eyni mərkəzin tibbi rəyində "onurğanın II dərəcəli skoliozu, funksiyanın mülayim pozulması" göstərilsə də rentgen göstəriciləri, əyriliyin dərəcəsi və funksional pozğunluğun tibbi sənədlərlə təsdiqinə rast gəlinməmişdir. Beləliklə, icraat materiallarının araşdırılması nəticəsində, məhz iddianın hazırkı halda böyük ehtimalla uğurluluğun mövcudluğu müəyyən edilmədiyindən məhkəmə ərizənin təmini əsasının mövcud olmadığı qənaətinə gəlir.
17. Ərizəçi (iddiaçı) həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya baxışı zamanı apellyasiya şikayəti ərizənin dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
İlk olaraq məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 16.3 və 81.3-
20. cü maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası və şifahi dinləmələr keçirilmədən baxılacağı, etiraz və mülahizələri Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərə bilmələri barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir.
21. Belə ki, İnzibati Prosessual Məcəllənin 16.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər.
22. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin ## #### 2026-cı il tarixli Fərmanına əsasən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi “ ilə əvəz olunmuşdur.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: … Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. İnzibati aktın icrasının dayandırılması 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi.
24. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı . 4.1-1-ci bəndində göstərilmişdir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2 və 4.1-3-cü bəndlərində qeyd olunur ki, təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4-cü bəndinə əsasən hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 11.8. İnzibati aktın icrasının dayandırılması ilə bağlı məsələ üzrə qərar qəbul edə bilmək üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmadığı ilə bağlı aparılan araşdırma nəticəsində məhkəmənin gəldiyi qənaət işə mahiyyəti üzrə baxılmasının sonunda gəlinən yekun və qəti qənaət deyildir. 11.9. Bu zaman məhkəmənin qənaəti yalnız icraatın həmin mərhələsinədək mövcud olan işin hallarının araşdırılması nəticəsində yaranır, gəlinən həmin qənaət müvəqqəti olur, proqnoz və ehtimala əsaslanmaqla formalaşır. 11.15. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır.
Apellyasiya baxışının hədləri
25.Apellyasiya şikayətində ərizəçi tərəfindən qərardad tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 26.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə ərizəçi subyektiv hüquqa malikdir və ərizə mümkünlük şərtlərini ödəyir.
28. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda tətbiq olunan Plenum qərarında qeyd edilən hüquqi mövqedən müəyyən edilir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün 2 şərt eyni anda mövcud olmalıdır: ilkin təcili tənzimləmə zəruri olmalı və iddia böyük ehtimalla uğurlu olmalıdır.
29. “Müddətli həqiqi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli **** nömrəli Fərmanından: -1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların X1si (bundan sonra – X1) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 2. Müəyyən edilsin ki: 2.1. X1 Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamədən: 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün X1nin (bundan sonra – X1) aparılması məqsədilə VEİS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEİS) inteqrasiya edilir. 2-1.2. Agentlik çağırışçının X1sini MEİS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq X1nin aparılması üçün altsistemə ötürülür. 2-1.7. Çağırışçının X1si Agentlikdə fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyaları tərəfindən bu Əsasnamənin 2-1.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.
31. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası X1ni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: -həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; -həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); -həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEİSdə elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların X1si Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə X1yə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 8.1. “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar;
32. Baxılan işdə iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ##.##.2001-ci il təvəllüdlü Ərizəçi ilkin olaraq rayon çağırış komissiyasının ##.##.2026-cı il tarixli qərarına əsasən: 38B-Karlıq, lal-karlıq, eşitmənin zəifləməsi:-b) bir qulağın pıçıltı nitqini eşitməməsi, digər qulağın pıçıltı nitqini 3 m-ə qədər məsafədən eşitməsi, yaxud bir qulağın 1 m-ə qədər məsafədən, figər qulağın 2 m-ə qədər məsafədən pıçıltı nitqini eşitməsi ilə eşitmənin davamlı zəifləməsi; 61B-Yastıayaqlılıq və ayağın digər deformasiyaları:-b) funksiyaların mülayim dərəcədə pozulması ilə; 59B-Onurğanın xəstəlikləri və onların nəticələri(anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa):-b) funksiyaların mülayim dərəcədə pozulması ilə 36B-Orta qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri:-b) poliplərlə, təbil boşluğunda qrabulyasiyalarla, sümük kariyesi ilə müşayiət olunmayan və (və ya) burunətrafı ciblərin xroniki xəstəlikləri ilə müştərək olmayan ikitərəfli və ya birtərəfli xroniki irinli orta otit diaqnozları olmaqla, dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
33. Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2026-cı il tarixli rəyinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.DTSERAnın ##.##.2026-cı il tarixli rəyinə əsasən diaqnozlar heç bir kateqoriya üzrə əksini tapmamışdır. Mərkəzi Hərbi Həkim Komissiyası Sədrinin ##.##.2026-cı il tarixli yekun qərarına əsasən A-müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir.DTSERA-nın ##.##.2026-cı il tarixli X1 qərarına əsasən iddiaçının yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqlənməmişdir. Bunun əsasında SHXÇDX-nin Sabunçu Rayon İdarəsi tərəfindən iddiaçı Ərizəçi ünvanlanan Çağırış Vərəqəsinə əsasən iddiaçı ##.##.2026-cı il tarixdə 09:00da hərbi xidmətə yola düşmək üçün rayon(şəhər) idarəsinə çağırılmışdır.
34. İddiaçı 2026-cı ilin iyul ayı çağırışı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş “Hərbi xidmətə yararlıdır barədə” yekun tibbi rəyə dair qərarın ləğvini əsas iddia üzrə mübahisələndirir. Eyni zamanda iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək həmin qərarın icrasının dayandırılması, yəni onun müddətli hərbi xidmətə çağırılmağının və hərbi xidmətə aparılmağının qadağan olunmasını şəklində müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsini xahiş edir.
35. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə verilmiş ərizələrə baxılması ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin *-***/**** nömrəli ## ### 2017-ci il tarixli İcmal məktubunda qeyd edilmişdir ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə verilmiş ərizəyə baxılarkən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması zəruridir. Bu, iddianın uğurluluq ehtimalının qiymətləndirilməsi baxımından vacibdir. Çünki məhkəmənin müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməsi onun işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməsindən asılıdır.
36. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2025-ci il tarixli ** nömrəli Qərarına əsasən: 4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər.”
37. Beləliklə, Plenum Qərarına edilmiş dəyişiklikdən də göründüyü kimi hazırkı növ iddialara baxılarkən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələr üzrə iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1-ilkin təcili tənzimləmənin zəruri olması 2-iddianın böyük ehtimalla uğurlu olması.
38. Göründüyü kimi, yalnız ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsinə kifayət etmir.
39. Məhkəmə Kollegiyası qeyd edir ki, xidmətə çağırış zamanı X2 təəfindən təqdim edilmiş rəydə anadangəlmə ikitərəfli III dərəcəli yastıayaqlıq qeyd edilsə də, III dərəcəyə əsas verən dərəcə, ölçü qeyd ediməmişdir. Nəzərə alınmalıdır ki, hərbi xidmətə yararsızlıq və ya məhdud yararlılıq üçün zəruri olan xüsusilə ayaqda funksional pozğunluq, ağrı, gəzinti çətinliyi və rentgenlə təsdiqlənmiş dəyişikliklər barədə rəydə hər hansı məlumat göstərilməmişdir.
40. Bundan əlavə eyni mərkəzin tibbi rəyində "onurğanın II dərəcəli skoliozu, funksiyanın mülayim pozulması" göstərilsə də rentgen göstəriciləri, əyriliyin dərəcəsi və funksional pozğunluğun tibbi sənədlərlə təsdiqinə rast gəlinməmişdir.
41. Beləliklə, icraat materiallarının araşdırılması nəticəsində, məhz iddianın hazırkı halda böyük ehtimalla uğurluluğunun mövcudluğu müəyyən edilmədiyindən məhkəmə ərizənin təmini əsasının mövcud olmadığı qənaətinə gəlir.
42. Plenum qərarındakı hüquqi mövqedən göründüyü kimi, ərizənin təmin edilməsi üçün təkcə təcili tənzimləmə şərti deyil, iddianın uğurluluğu da müəyyən edilməlidir.
43. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli qərarı: 11.15. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünübgörünməməsi məsələsini həll etməlidir.
44. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı sənədlər əsasında iddianın böyük ehtimalla uğurlu olması müəyyən edilmir.
45. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 80.2. İnzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.