Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-171/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi haqqında ərizəsinə dair işi üzrə (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı II qrup əlillik dərəcəsinə uyğun əmək pensiyasının ödənilməsinin müvəqqəti olaraq bərpa edilməsinə dair “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia qaldıraraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin barəsində qəbul etdiyi ##.##.2026-cı il tarixli "III qrup əlillik dərəcəsinin təyin edilməsi və III qrup Əlilliyə görə sosial müavinət təyin edilməsi haqqında" qərarlarının (inzibati aktlarının) ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranan hüquqi nəticələrin aradan qaldırılması, 2011-ci ildə qazanılmış hüququ əsas götürülərək, II (ikinci) qrup əlillik dərəcəsinin müddətsiz (ömürlük) olaraq bərpa edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə öhdəlik olaraq qoyulması, II qrup əlilliyə görə 2025-ci ilin iyun ayınadək aldığı əmək pensiyasının ödənişi dayandırıldığı vaxtdan, yəni 2025-ci ilin iyun ayından etibarən ona ödənilməmiş əmək pensiyasının, o cümlədən əlillik qrupunun qanunsuz olaraq dəyişdirildiyi tarixdən etibarən, II qrup əmək pensiyası ilə III qrup sosial müavinət arasında yaranmış fərq də daxil olmaqla (ötürülmüş maddi ziyan) hesablanaraq ona tam şəkildə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı II qrup əlillik dərəcəsinə uyğun əmək pensiyasının ödənilməsinin müvəqqəti olaraq bərpa edilməsi barədə cavabdehin üzərinə müvəqqəti ödəlik qoyulmasına dair “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini onunla əsaslandırılmışdır ki, Ərizəçi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (cavabdeh) onun barəsində qəbul etdiyi qanunsuz qərarın (əlillik dərəcəsinin qrupdan III qrupa endirilməsi barədə aktın) ləğv edilməsi və II qrup müddətsiz əlillik dərəcəsinin bərpa olunması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsinin məzmunundan görünür ki, ona ilk dəfə 2002-ci ildə rəsmi qaydada II qrup əlillik təyin edilmiş, müvafiq təkrar müayinələrdən keçdikdən sonra 2011-ci ildə TSEK tərəfindən ona II qrup əlillik dərəcəsi müddətsiz (ömürlük) təyin olunmuş, bu barədə ona rəsmi sənəd verilmiş və həmin tarixdən etibarən o qanunauyğun şəkildə II qrup əlilliyə görə əmək pensiyası almışdır. Lakin, cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi heç bir hüquqi əsas olmadan əlilliyinin müddətinin 2007-ci ildə bitdiyini iddia edib, qazanılmış hüquqlarına məhəl qoymayaraq onu hüquqi əsas olmadan yenidən müayinəyə cəlb edərək dəfələrlə psixiatriya xəstəxanasında stasionar şəraitdə müayinəyə məruz qoymaqla psixi xəstəliyini daha da ağırlaşdırmış və əlillik dərəcəsini qanunsuz olaraq III qrupa endirmişdir. Nəticədə əmək pensiyası dayandırılmış və ona daha az məbləğdə sosial müavinət təyin edilmişdir. Uzun illərdir II qrup əlilliyi olan şəxsdir. Onun aldığı II qrup əlilliyə görə əmək pensiyası onun yeganə dolanışıq və ən əsası – səhhəti ilə bağlı gündəlik xəstəlik və müalicə xərclərini (dərman vasitələrinin alınmasını) təmin edən yeganə gəlir mənbəyidir. Cavabdeh orqanın qanunsuz qərarı nəticəsində onun pensiyası dayandırılmış və dolanışıq səviyyəsindən qatqat aşağı olan sosial müavinət təyin edilmişdir. İnzibati məhkəmə icraatının aylarla davam edə biləcəyi nəzərə alınsa, bu müddət ərzində pensiyasının kəsilməsi onu maddi vəsaitdən tamamilə məhrum etməklə, səhhətinin daha da ağırlaşmasına və onun üçün bərpası mümkün olmayan ağır maddi-mənəvi ziyanın vurulmasına rəvac verir. Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında təsbit edilən Hüquqi dövlət prinsipinin doğurduğu Hüquqi müəyyənlik prinsipinin formalaşdırdığı Etmadın müdafiəsi prinsipi vətəndaşın məhkəmə dövründə bu cür rəzil vəziyyətə düşməsini qadağan edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi həmin qərarı tamamilə qanunsuz və əsassız hesab edir və Agentliyin barəsində qəbul etdiyi qərarların ləğv edilməsi və həmin qərarlar qüvvəyə mindikləri andan yaranan hüquqi nəticələrin aradan qaldırılması barədə məhkəməyə müraciət etmişdir. Lakin işə məhkəmədə baxılması uzun müddət çəkəcəyi halda əvvəlki məhkəmə qərarının icrası hazırda mübahisələndirdiyi qərardan asılı qalacaqdır. Bu isə onun hüquqlarının bərpasının xeyli çətinləşəcəyi ilə nəticələnəcəkdir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli "III qrup əlillik dərəcəsinin təyin edilməsi və III qrup Əlilliyə görə sosial müavinət təyin edilməsi haqqında" qərarların ləğv edilməsi və həmin qərarlar qüvvəyə mindiyi andan yaranan hüquqi nəticələrin aradan qaldırılması barədə qərar qəbul edilməsi, həmçinin, onun 2011-ci ildə qazanılmış hüququ əsas götürülərək, II (ikinci) qrup əlillik dərəcəsinin müddətsiz (ömürlük) olaraq bərpa edilməsi ilə bağlı işə baxılıb qəbul edilən qərar qanuni qüvvəsini alanadək ##.##.2025-ci il tarixədək aldığı II qrup Əlilliyə görə əmək pensiyası və dərman təminatının bərpa edilməsi zərurəti yaranmışdır. Buna nail olmaq üçün isə hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh etirazla məhkəməyə müraciət edərək müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən ərizəçinin ərizəsi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 28.1.2-ci maddəsinə görə inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanması üçün əsasdır. Həmin Qanunun 63.2-ci maddəsinə görə inzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. Xidməti araşdırma zamanı ##.##.2025-ci il tarixli Qərarla Ərizəçi Nazirliyin elektron informasiya ehtiyatlarında və pensiya işi qovluğuna daxil olan sənədlərdə müddətsiz əlilliyinin olması barədə Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış aşkar edilmədiyindən inzibati icraat başlanılmışdır. "İnzibati icraat" haqqında Qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. "Əmək pensiyaları" haqqında Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 32.2-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 37.8.3-cü maddəsinə görə bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Həmin Qanunun 41-ci maddəsinə görə əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. ##.##.2006-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya ##.##.1999-cu il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmiş, ##.##.2006-cı il tarixindən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə ödənişi ##.##.2025-ci il tarixinədək davam etdirilmişdir. Xidməti araşdırma zamanı məlum olmuşdur. ki, iddiaçının əlillik müddətinin ##.##.2007-ci il tarixində bitməsinə baxmayaraq, ona təyin edilmiş əmək pensiyasının ödənişi ##.##.2025-ci il tarixinədək davam etdirilmişdir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən iddiaçıya ödənilmiş əlilliyə görə əmək pensiyası üzrə Qanunun 39.1-ci maddəsinə əsasən ##.##.2022-ci il tarixindən ##.##.2025-ci il tarixinədək artıq ödənilmiş məbləğ müəyyən edilib. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir. Bildirilir ki, iddiaçının əlilliyinin müddəti ##.##.2007-ci il tarixində bitmiş və təkrar əlilliyi ##.##.2026-cı il tarixində müəyyən edilmişdir. Sözügedən Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd olunanlara əsasən bildirilir ki, ##.##.2026-cı il tarixinə 62 yaşa uyğun qanunla tələb olunan pensiya kapitalı olmadığından iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin olunur. Bildirilir ki, iddiaçıya ##.##.2026-cı il tarixindən 180 manat məbləğində orqanizmin funksiyalarının 31- 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi sosial müavinət təyin edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları" haqqında Azərbaycan Respublikası Qanununun 1.0.17-ci maddəsinə görə əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi" haqqında Azərbaycan Respublikası Qanununun (##.##.2001-ci il tarixində qüvvədə olan redaksiya) 3-cü maddəsinə görə tibbisosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4-1-ci maddəsinə görə şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 2.2-ci bəndinə görə bu Qaydanın 2.1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin "DOST" mərkəzlərinə (bundan sonra - "DOST" mərkəzi) bu Qaydanın * nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9- cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: 2.2.4. əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün bu Qaydanın 2.2.1-ci 3 yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq şəxsin əlilliyini müəyyən edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış. Həmin Qaydaların 6.6-cı bəndinə görə əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Həmin Qaydaların 8.1ci bəndinə görə əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsi Qanunun 37.8ci maddəsi ilə müəyyən edilmiş hallar aşkar edildikdə dayandırılır. "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli qərarının 6.11. bəndinə əsasən təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Buna görə, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraat çərçivəsində iddianın mahiyyəti ilə eyni olan, iddia tələbinin mahiyyəti üzrə qəbul ediləcək qərarın məzmununu əvvəlcədən müəyyən edəcək və yekun hüquqi vəziyyətlər yaradan qərarlar qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən ərizəçi məhkəməyə həmin Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Göründüyü kimi, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; İlkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; Müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. 4 "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" ##.##.2015-ci il tarixli Qərarında göstərmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Halbuki işin faktiki və hüquqi hallarının ilkin araşdırılması məhkəmədə iddianın böyük ehtimalla uğurlu olacağı barəрe hər hansı qənaət formalaşdırmamışdır. Həmçinin belə bir nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə aydın olmur, eyni zamanda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruriliyi də iş üzrə müəyyən olunmamışdır. Belə ki, iddiaçının (ərizəçinin) maddi vəziyyətinin pisləşəcəyi onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi demək deyil. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin olunsa belə, iddianın rədd ediləcəyi halda, artıq ödənilmiş xeyli miqdarda pul vəsaitinin iddiaçıdan tutulması prosesi kifayət qədər çətindir. Belə ki, bunun üçün inzibati icraat aparılmalı, iddiaçı razılaşmadıqda isə cavabdeh məhkəməyə müraciət etməlidir, ki bu da təxminən bir neçə il davam edə bilər. Digər tərəfdən, iddia uğurlu olmayacağı təqdirdə ödənilmiş artıq məbləğlərin Fondun büdcəsinə geri qaytarılması mümkün olmaya da bilər. Çünki hazırda belə bir məhkəmə təcrübəsi də mövcud deyil. Bundan əlavə, "Sosial sığorta haqqında" Qanunun 9-cu maddəsinə əsasən özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək sığortaçının, yəni Fondun vəzifəsidir. Bu səbəbdən ərizəçinin hüquqlarının bərpası həmişə mümkündür. Lakin ərizəçinin ödəmə qabiliyyətinin olması ilə bağlı cavabdehin qanunvericiliklə heç bir gözləntisi və ya tələbi mövcud ola bilməz. Odur ki, artıq ödənilmiş vəsaitlərin geri alınması xeyli dərəcədə çətindir və bəzən mümkün deyil, bu isə öz növbəsində ictimai maraqlara ziddir. "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli qərarının 9.1-ci bəndinə əsasən İPM-in 41.5, 44.1, 81.2, 83, 90.2 və 99-cu maddələrinin müddəalarına, eləcə də "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatının iştirakçıları müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı bütün qərardadlardan apellyasiya və kassasiya şikayəti vermək hüququna malikdirlər (inzibati məhkəmə icraatı iştirakçılarının hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları ilə bağlı məsələyə dair əlavə olaraq bax - "İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il ## ###### tarixli * nömrəli Qərardadının 69 və 70-ci bəndləri). 5 "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli, ##.##.2025-ci il tarixli qərarının 1.1-ci bəndində aşağıdakılar qeyd edilmişdir: "İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa ve ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin 6 olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir." Yuxarıda qeyd edilmiş Ali Məhkəmənin Qərarının və ona edilmiş dəyişikliyə dair Qərarın qarşılıqlı təhlilindən aydın olur ki, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə baxarkən iki məsələni mərhələli şəkildə aydınlaşdırmalıdır: 1. Müvafiq ərizənin təmininə əsas olan təcili və təxirəsalınmaz halın nədən ibarət olduğu; 2. Həmin ərizənin əlaqəli olduğu iddia tələbinin uğurluluq ehtimalı. İşin faktiki və hüquqi hallarından görünür ki, iddiaçının əlilliyi qüvvədə olmadığı dövrdə ona əsassız olaraq əmək pensiyası ödənilmişdir. Belə ki, xidməti araşdırma zamanı bu hal müəyyən edilmiş və bununla bağlı tərəflərindən qərar qəbul edilmişdir. Həmçinin iddiaçıya ##.##.2026-cı il tarixində yenidən əlillik təyin edilmiş, lakin qanunvericiliklə tələb edilən pensiya kapitalı kifayət qədər olmadığından ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamış, əlilliyə görə sosial müavinət təyin edilmişdir. İddiaçıya münasibətdə yalnız artıq ödənilmiş məbləğ müəyyən edilmiş, ona təyin edilmiş sosial müavinətdən hər hansı tutulma həyata keçirilməmişdir. Göründüyü kimi müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında qərardadın qəbul edilməsi üçün əsaslar mövcud deyil. Həmçinin mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruriliyi də iş üzrə müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli (sədrlik edən hakim Vəfa Şirəliyeva) qərardadı ilə ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsi, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarların ləğv edilməsi tələbinə dair işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2026-cı il tarixli qərarının icrası dayandırılaraq, ona əvvəllər ödənilən pensiya ödənişinin bərpa edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xidməti araşdırma zamanı ##.##.2025-ci il tarixli Qərarla Ərizəçi Nazirliyin elektron informasiya ehtiyatlarında və pensiya işi qovluğuna daxil olan sənədlərdə müddətsiz əlilliyinin olması barədə Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış aşkar edilmədiyindən inzibati icraat başlanılmışdır. “İnzibati icraat” haqqında Qanunun 28.1.2 ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının əlillik müddətinin ##.##.2007-ci il tarixində bitməsinə baxmayaraq, ona təyin edilmiş əmək pensiyasının ödənişi ##.##.2025-ci il tarixinədək davametdirilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya ödənilmiş əlilliyə görə əmək pensiyası üzrə Qanunun 39.1-ci maddəsinə əsasən ##.##.2022-ci il tarixindən ##.##.2025-ci il tarixinədək artıq ödənilmiş məbləğ müəyyən edilib. iddiaçının əlilliyinin müddəti ##.##.2007-ci il tarixində bitmiş və təkrar əlilliyi ##.##.2026cı il tarixində müəyyən edilmişdir. ##.##.2026-cı il tarixinə 62 yaşa uyğun qanunla tələb olunan pensiya kapitalı olmadığından iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. iddiaçıya ##.##.2026-cı il tarixindən 180 manat məbləğində orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi sosial müavinət təyin edilmişdir. Ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Halbuki işin faktiki və hüquqi hallarının ilkin araşdırılması məhkəmədə iddianın böyük ehtimalla uğurlu olacağı barədə hər hansı qənaət formalaşdırmamışdır. Həmçinin belə bir nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə aydın olmur, eyni zamanda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruriliyi də iş üzrə müəyyən olunmamışdır. Belə ki, iddiaçının (ərizəçinin) maddi vəziyyətinin pisləşəcəyi onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi demək deyil. Belə ki, iddiaçının (ərizəçinin) maddi vəziyyətinin pisləşəcəyi onların hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi demək deyil. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin olunsa belə, iddianın rədd ediləcəyi halda, artıq ödənilmiş xeyli miqdarda pul vəsaitinin iddiaçıdan tutulması prosesi kifayət qədər çətindir. Belə ki, bunun üçün inzibati icraat aparılmalı, iddiaçı razılaşmadıqda isə cavabdeh məhkəməyə müraciət etməlidir, ki bu da təxminən bir neçə il davamedə bilər. Digər tərəfdən, iddia uğurlu olmayacağı təqdirdə ödənilmiş artıq məbləğlərin Fondun büdcəsinə geri qaytarılması mümkün olmaya da bilər. Çünki hazırda belə bir məhkəmə təcrübəsi də mövcud deyil. Bundan əlavə, “Sosial sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək sığortaçının, yəni Fondun vəzifəsidir. Bu səbəbdən ərizəçinin hüquqlarının bərpası həmişə mümkündür. Lakin ərizəçinin ödəmə qabiliyyətinin olması ilə bağlı cavabdehin qanunvericiliklə heç bir gözləntisi və ya tələbi mövcud ola bilməz. Odur ki, artıq ödənilmiş vəsaitlərin geri alınması xeyli dərəcədə çətindir və bəzən mümkün deyil, bu isə öz növbəsində ictimai maraqlara ziddir. İşin faktiki və hüquqi hallarından görünür ki, iddiaçının əlilliyi qüvvədə olmadığı dövrdə ona əsassız olaraq əmək pensiyası ödənilmişdir. Belə ki, xidməti araşdırma zamanı bu hal müəyyən edilmiş və bununla bağlı tərəflərindən qərar qəbul edilmişdir. Həmçinin iddiaçıya ##.##.2026-cı il tarixində yenidən əlillik təyin edilmiş, lakin qanunvericiliklə tələb edilən pensiya kapitalı kifayət qədər olmadığından ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamış, əlilliyə görə sosial müavinət təyin edilmişdir. İddiaçıya münasibətdə yalnız artıq ödənilmiş məbləğ müəyyən edilmiş, ona təyin edilmiş sosial müavinətdən hər hansı tutulma həyata keçirilməmişdir. Göründüyü kimi müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında qərardadın qəbul edilməsi üçün əsaslar mövcud deyil. Həmçinin mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruriliyi də iş üzrə müəyyən olunmamışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, ərizəçinin ##.##.2026-cı il tarixinə 62 yaşa uyğun qanunla tələb olunan pensiya kapitalı olmadığından əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Belə ki, Ərizəçi ümumi sığorta stajı 20 il 7 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (15 il 8 ay) çox olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 8 il 8 ay sığorta stajına uyğun 9424.87 manat, ##.##.2006cı il tarixindən ##.##.2026 il tarixinədək 24175.06 manat olmaqla, ümumilikdə 33599.93 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə 62 yaş üçün tələb olunan 43315.2 manat pensiya kapitalından azdır və minimum pensiya təminatına (320 manat) imkan vermir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunun 13-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Hesablanma qaydasının hazırki işə tətbiqi: Əvvəlcə sığorta davamiyyəti əmsalı müəyyən edilməlidir-0,94, 15 il 8 ay=188 ay:200=0,94. Daha sonra Qanunda göstərilən qaydada sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına vurulur. 0,94x144=135,36. Son olaraq PSK-yəni tələb oluna pensiya kapitalının müəyyən edilməsi üçün alman rəqəm minimum əmək pensiyasının məbləğinə vurulur. 135,36x320=43315.2. Göründüyü kimi hazırki iş üzrə ərizəçiyə münasibətdə tələb olunan pensiya kapitalı 43315.2 manat təşkil etsə də, onun malik olduğu pensiya kapitalı 33599,93 manat təşkil edir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 44.4. müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini, ərizəçinin mövqeyini, habelə apellyasiya baxışı zamanı əldə edilmiş əlavə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair qərardadı ləğv edilməli və ərizə təmin olunmamalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, müvəqqəti xarakterli müdafiə tədbirinin məqsədi əsas mübahisəni qabaqcadan həll etmək deyil, əsas iş üzrə məhkəmə müdafiəsinin gələcəkdə səmərəsiz hala düşməsinin qarşısını almaqdır. Bu icraatın müvəqqəti və ilkin xarakteri məhkəməni əsas iddia üzrə yekun hüquqi nəticəyə gəlmək vəzifəsindən azad etsə də, təminat tədbirinin tətbiqi üçün qanunla müəyyən edilmiş şərtlərin mövcudluğunu yoxlamaq vəzifəsindən azad etmir. Ali Məhkəmə Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” # ####### 2023-cü il tarixli ** nömrəli Qərarının # ####### 2025-ci il tarixli ** nömrəli Qərarla əlavə edilmiş 4.1-1-ci bəndinə görə, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması şərtləri məcmu halda mövcud olmalıdır. Təcililik ilkin şərtdir və yalnız bu şərt mövcud olduqda iddianın böyük ehtimalla uğurlu olub-olmaması qiymətləndirilməlidir. Hazırkı işdə birinci instansiya məhkəməsi ərizəçinin uzun müddət II qrup əlilliyə görə əmək pensiyası almasını, həmin pensiyanın onun əsas yaşayış mənbəyini təşkil etməsini, hazırda 180 manat sosial müavinət almasını, habelə əsas iş üzrə məhkəmə araşdırmasının müəyyən müddət davam edə biləcəyini nəzərə alaraq ilkin təcili tənzimləmə zərurətinin mövcud olduğu qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, ərizəçinin sosial və maddi vəziyyəti, aldığı ödənişin xarakteri və mübahisənin davam etdiyi müddətdə yarana biləcək nəticələr təcililik meyarının qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Bununla belə, təcililik şərtinin mövcudluğunun qəbul edilməsi özlüyündə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün kifayət deyildir. Bunun üçün əsas iddianın böyük ehtimalla uğurlu olması barədə də əsaslandırılmış proqnoz mövcud olmalıdır. Ali Məhkəmə Plenumunun həmin Qərarının 11.15–11.18-ci bəndlərindən irəli gəlir ki, söhbət iddianın sadəcə uğurlu olmasının mümkünlüyündən deyil, onun böyük ehtimalla uğurlu olmasından gedir. Belə ehtimal işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində ərizəçinin əsas iddia icraatında qalib gələcəyinə dair obyektiv hallara söykənən əsaslandırılmış güman yarandıqda mövcud hesab edilə bilər. Eyni zamanda, müvəqqəti müdafiə icraatında tam sübutetmə tələb olunmur. Məhkəmə həmin mərhələdə mövcud olan ilkin sübutları qiymətləndirərək iddianın uğurluluğuna dair əsaslandırılmış proqnoz verməlidir. İnzibati aktın hüquqa uyğunluğu da yalnız “ilk baxışda” (prima facie) qiymətləndirilir. Birinci instansiya məhkəməsi iddianın uğurluluğu ilə bağlı qənaətini əsas etibarilə ərizəçiyə # ##### 2011-ci il tarixdə II qrup əlilliyi göstərən vəsiqənin verilməsi, onun uzun illər II qrup əlilliyə görə əmək pensiyası alması və pensiya ödənişinin yalnız 2025-ci ildə dayandırılması ilə əsaslandırmış, həmin halları iddianın “ilk baxışdan əsassız olmadığını” göstərən ciddi ilkin sübutlar kimi qiymətləndirmişdir. Kollegiya bu yanaşmanı Plenum Qərarı ilə müəyyən edilmiş “böyük ehtimalla uğurluluq” standartına uyğun hesab etmir. Belə ki, iddianın “ilk baxışdan əsassız olmaması” ilə onun “böyük ehtimalla uğurlu olması” eyni hüquqi qiymətləndirməni ifadə etmir. Birinci anlayış iddianın açıq-aşkar əsassız olmadığını və onun mahiyyəti üzrə araşdırılmasına əsasların mövcudluğunu göstərə bilər. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün isə daha yüksək ehtimal səviyyəsi tələb olunur, yəni mövcud ilkin sübutlar ərizəçinin əsas icraatda qalib gələcəyinə dair əsaslandırılmış proqnoz yaratmalıdır. İş materiallarında olan sübutlar isə hazırkı mərhələdə belə bir proqnozun formalaşmasına imkan vermir. Belə ki, birinci instansiya məhkəməsinin özünün müəyyən etdiyi hallara görə, cavabdehin informasiya sistemində ərizəçinin əlillik müddətinin ## #### 2007-ci ildə başa çatdığı, əmək pensiyasının isə bundan sonra ## #### 2025-ci ilədək ödənilməyə davam etdiyi göstərilmişdir. Cavabdehin ## #### 2026-cı il tarixli qərarında da ərizəçinin ## ###### 2026-cı il tarixdən təkrar əlilliyinin müəyyən edildiyi, lakin həmin tarixə pensiya hüququnun olmadığı qeyd edilmişdir. Apellyasiya baxışı zamanı əldə edilmiş Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin # ######## 2026-cı il tarixli rəsmi məlumatı bu halın qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin məlumatdan görünür ki, ərizəçiyə 1999-cu ildən 2007-ci ilədək müxtəlif dövrlərdə II dərəcə əlillik bir il müddətinə müəyyən edilmiş və sonuncu belə müddət ## #### 2007-ci ildə başa çatmışdır. Həmin rəsmi məlumatda daha sonra ərizəçinin ## ###### 2026-cı ildə əyani müayinə olunduğu, tibbi sənədlər və müayinənin nəticələri əsasında ## ###### 2026-cı il tarixdən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə beş il müddətinə, yəni ## ###### 2031ci ilədək əlilliyinin müəyyən edildiyi göstərilmişdir. Beləliklə, apellyasiya baxışında mövcud olan rəsmi məlumatlar ərizəçinin əsas iddiasının mühüm faktiki əsaslarından birini təşkil edən 2011-ci ildə II qrup əlilliyin müddətsiz müəyyən edilməsi barədə mövqeyini təsdiq etmir. Doğrudur, iş materiallarında ərizəçiyə məxsus # ##### 2011-ci il tarixli vəsiqədə onun II qrup əlilliyi göstərilmişdir. Lakin həmin vəsiqənin mövcudluğu, digər rəsmi məlumatlarda əlilliyin müddətinin ## #### 2007-ci ildə başa çatdığının göstərilməsi şəraitində, özlüyündə ərizəçiyə müddətsiz II qrup əlillik statusunun hüquqi qaydada müəyyən edildiyini və həmin statusun hazırda da qüvvədə olduğunu böyük ehtimalla təsdiq edən kifayət qədər ilkin sübut sayıla bilməz. Ərizəçiyə uzun müddət əmək pensiyasının faktiki ödənilməsi də fərqli nəticəyə gəlmək üçün yetərli deyildir. Uzunmüddətli ödəniş hüquqi müəyyənlik və şəxsin inzibati orqanın əvvəlki davranışına etimadı baxımından əsas iş üzrə ayrıca hüquqi qiymətləndirmə tələb edə bilər. Lakin ödənişin uzun müddət davam etməsi, özlüyündə, onun maddi-hüquqi əsasını təşkil edən müddətsiz əlillik statusunun mövcudluğunu təsdiq etmir. Əksinə, iş materiallarında olan ## #### 2025-ci il tarixli qərarda pensiyanın ## #### 2007-ci ildən sonra ödənilməsinin davam etdirilməsi nəticəsində 12.314,84 manat artıq ödəniş yarandığı göstərilmişdir. Bu nəticə “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin məzmunu ilə də uzlaşır. Həmin normaya görə, orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası, ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün isə həmin sığorta stajı şərti ilə yanaşı, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də tələb olunur. Beləliklə, Qanunun 12.1-ci maddəsi əlilliyin müəyyən edilməsini əmək pensiyası hüququnun yaranması üçün özlüyündə kifayət edən hal kimi nəzərdə tutmur. Əlillik statusu ilə əmək pensiyası hüququ fərqli hüquqi məsələlərdir. Şəxsin əlilliyinin müəyyən edilməsi zəruri ilkin faktiki əsas olsa da, əmək pensiyasının təyin edilməsi həmin maddədə nəzərdə tutulmuş sığorta stajı və 31–80 faiz funksional pozuntu halında, tələb olunan pensiya kapitalının mövcudluğundan da asılıdır. Hazırkı işdə səlahiyyətli orqanın apellyasiya baxışı zamanı təqdim edilmiş rəsmi məlumatına görə, ərizəçinin əvvəlki II dərəcə əlilliyinin sonuncu müddəti ## #### 2007-ci ildə başa çatmış, ## ###### 2026-cı il tarixdən isə ona orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə beş il müddətinə əlillik müəyyən edilmişdir. Deməli, 2026-cı ildə müəyyən edilmiş əlillik Qanunun 12.1-ci maddəsində nəzərdə tutulan 31–80 faiz funksional pozuntu kateqoriyasına aiddir və bu halda əmək pensiyası hüququnun yaranması üçün sığorta stajı ilə yanaşı, fərdi şəxsi hesabın sığorta hissəsində tələb olunan həcmdə pensiya kapitalının mövcudluğu ayrıca maddi-hüquqi şərtdir. Bu baxımdan, əsas iddianın uğurluluğunun qiymətləndirilməsi yalnız ərizəçinin əlillik statusunun mövcud olub-olmaması ilə məhdudlaşa bilməz. Tələb olunan müvəqqəti müdafiə tədbirinin məzmunu əmək pensiyasının ödənilməsinin bərpasından ibarət olduğuna görə, ilkin araşdırma zamanı ərizəçinin həmin pensiyanı almaq üçün Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş maddi şərtlərə cavab verib-vermədiyi də qiymətləndirilməlidir. Cavabdehin təqdim etdiyi məlumatlara görə, ərizəçinin ## ###### 2026-cı il tarixdən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müəyyən edilmiş əlilliyi nəzərə alındıqda, onun ümumi sığorta stajı tələb olunan müddətdən çox olsa da, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyasından az olmayan pensiya təminatına imkan verən həddə çatmır. Apellyasiya şikayətinə əlavədə aparılmış hesablamaya əsasən ərizəçinin faktiki pensiya kapitalı 33.599,93 manat, Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş şərtin ödənilməsi üçün tələb olunan pensiya kapitalı isə 43.315,20 manat müəyyən edilmişdir. Başqa sözlə, hazırkı mərhələdə təqdim olunmuş hesablamaya görə tələb olunan kapitaldan 9.715,27 manat çatışmır. Bu fərq nəzərə alındıqda, ərizəçinin 2026-cı ildə müəyyən edilmiş 50 faiz funksional pozuntuya əsasən əlilliyə görə əmək pensiyası almaq üçün Qanunun 12.1-ci maddəsində nəzərdə tutulan maddi şərtlərdən birinə cavab vermədiyi görünür. Bu hal əsas iddianın böyük ehtimalla uğurlu olacağı barədə əsaslandırılmış proqnozun formalaşmasına mane olan müstəqil və əhəmiyyətli hüquqi haldır. Kollegiya xüsusilə qeyd edir ki, yuxarıda göstərilənlər əsas iddianın mahiyyəti üzrə rədd edilməli olduğuna dair yekun hüquqi nəticə deyildir. Ərizəçinin 2011-ci il tarixli vəsiqəsinin hüquqi əhəmiyyəti, uzun müddət pensiya ödənilməsinin hüquqi nəticələri, onun etimadının qorunub-qorunmaması, inzibati orqanın əvvəlki davranışının yaratdığı hüquqi vəziyyət, eləcə də pensiya hüququnun digər maddi şərtləri əsas iddia icraatında tam və hərtərəfli araşdırılmalıdır. Lakin müvəqqəti müdafiə icraatında həll edilməli olan məsələ iddianın son nəticədə təmin ediləcəyinin və ya rədd ediləcəyinin müəyyənləşdirilməsi deyil. Hazırkı mərhələdə cavablandırılmalı olan sual mövcud ilkin sübutların iddianın böyük ehtimalla uğurlu olacağı barədə əsaslandırılmış proqnoz yaratmağa kifayət edib-etməməsidir. Kollegiya hesab edir ki, yuxarıda göstərilən ziddiyyətli faktiki məlumatlar və əmək pensiyası hüququna dair əlavə maddi şərtlər nəzərə alındıqda belə bir proqnoz formalaşmır. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddianın “ilk baxışdan əsassız olmadığını” müəyyən etdikdən sonra bunu faktiki olaraq “böyük ehtimalla uğurluluq” şərtinin ödənilməsi kimi qəbul etməsi düzgün olmamışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsinin tərəflərin və ictimai maraqların balanslaşdırılmasına istinad etməsi də bu çatışmazlığı aradan qaldırmır. Məhkəmə həmin balanslaşdırmanı apararaq ərizəçinin sosial vəziyyətinə üstünlük vermiş və pensiyanın müvəqqəti bərpasını zəruri və mütənasib hesab etmişdir. X4 4.1-1-ci bəndinin məzmunundan görünür ki, ziddiyyətli maraqların balanslaşdırılması təcililik mövcud olduğu, lakin iddianın uğurluluq ehtimalının aydınlaşdırılması mümkün olmadığı halda tətbiq edilən subsidiar qiymətləndirmə vasitəsidir. Bu mexanizm iddianın böyük ehtimalla uğurlu olması barədə müstəqil kumulyativ şərti ümumi qaydada əvəz etmir. Hazırkı halda isə apellyasiya baxışında əldə edilmiş əlavə sübutlar da nəzərə alınmaqla söhbət sadəcə uğurluluq ehtimalının aydınlaşdırılmasının mümkün olmamasından getmir. İşin həmin mərhələsində mövcud olan obyektiv faktiki və hüquqi hallar ərizəçinin əsas iddia icraatında qalib gələcəyinə dair Plenum Qərarının tələb etdiyi yüksək ehtimal səviyyəsində əsaslandırılmış gümanın formalaşmasına imkan vermir. Beləliklə, hətta ərizəçinin fərdi sosial vəziyyəti nəzərə alınaraq ilkin təcili tənzimləmənin zəruri olduğu qəbul edilsə belə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün tələb olunan ikinci kumulyativ şərt (iddianın böyük ehtimalla uğurlu olması) mövcud deyildir. İki şərtdən birinin mövcud olmaması isə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini istisna edir. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməli və Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi haqqında ərizəsi təmin edilməsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №15(3-6)-171/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-171/2026
16.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver