Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-173/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Səmədov Rəşid Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ərizəçi Yusubov İbrahim Mahmud oğlunun cavabdehlər cavabdeh3 X1 və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə qarşı “qərarının icrasının dayandırılması və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin üzərinə hərbi xidmətə çağırılmaması öhdəliyinin qoyulması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026cı il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati isə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Yusubov İbrahim Mahmud oğlu cavabdehlər cavabdeh3 X1nə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərbi xidmətə yararlı hesab edilməyi barədə cavabdeh cavabdeh3 X1nin ##.##.2026-cı il tarixli qərarının və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin ##.##.2026-cı il tarixli qərarlarının ləğv edilməsi, cavabdeh DTSERA-nın üzərinə sağlamlıq vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi barədə, digər cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin üzərinə onun dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, ərizəçi (iddiaçı) “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və həmin İdarənin üzərinə mübahisə yekunlaşanadək hərbi xidmətə çağırılmaması öhdəliyinin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 18 yaşı tamam olduğu vaxtdan etibarən hərbi qeydiyyatda olmaqla mütəmadi şəkildə tibbi müayinələrdən keçmişdir. Keçirilmiş bütün müayinələr nəticəsində sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız hesab olunmuş və ona möhlət hüququ verilmişdir. Bel nahiyəsində disk yırtığı (qrija), yastıayaqlılıq, Boy: 190 sm, çəki: 130 kq olmaqla III dərəcə piylənmə, bir gözününün görməməsi kimi xəstəlkləri mövcuddur. İndiyədək keçirilmiş müayinələrdə “Bel nahiyəsində disk yırtığı (qrija)” gətirilməklə, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız hesab olunmuşdur. Digər xəstəlikləri möhlət hüququnun yaranması ilə bağlı ciddi müayinə edilməmişdir. Sonuncu tibbi müayinə zamanı Səfərbərlik tərəfindən yararsız hesab edilsə də, cavabdeh tərəfindən tibbi vəziyyəti obyektiv qiymətləndirilməmiş, mövcud xəstəliklər nəzərə alınmadan əsassız olaraq hərbi xidmətə yararlı hesab edilmişdir. Bu əsassız qərar nəticəsində cavabdeh qurum - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ona çağırış vərəqəsi təqdim edilmişdir. Çağırış vərəqəsində ## ##### 2026-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon şöbəsində olmağı tapşırılmışdır. Yuxarıda qeyd etdiyi kimi, əvvəllər “sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız hesab olunmağına” əsas kimi Bel nahiyəsində disk yırtığı qeyd edilsə də, digər xəstəlikləri də mövcuddur. Həmin xəstəlikləri də cavabdeh tərəfindən nəzərə alınmamışdır. Piylənmə elə xəstəlikdir ki, onun gizlədilməsi və ya yalançı diaqnoz qoyulması mümkünsüzdür. Qanunvericiliyə əsasən II dərəcə piylənmə xəstəliyi olan şəxs ya xidmətə yararsız hesab edilməli, ya da 6 aylıq möhlət hüququ almaqla nəzarətə götürülməlidir. Hər iki halda şəxsin hərbi xidmətə cəlb edilməsi yolverilməz hesab edilir. Bundan başqa o, ailə başçısıdır, həyat yoldaşı 4 aylıq hamilədir. Azyaşlı övladı var. Ailənin yeganə gəlir mənbəyi odur və yoldaşı heç yerdə işləmir. Dövlətin bu vəziyyətə düşən ailələrə maddi yardım etməyi qanunvericiliklə nəzərdə tutulmayıb. Bu hallar da hərbi xidmətə cəlb edilməyinin qeyri-mütənasib və əsassız olduğunu göstərir. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim B.Cəlalov) ərizənin təmin edilməsi, cavabdeh3 X1 və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə qarşı hərbi xidmətə yararlı hesab edilmə barədə qərarların ləğv edilməsi və s. tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul olunana kimi Yusubov İbrahim Mahmud oğlunun hərbi xidmətə çağırılmaması öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı əsassız və qanunsuzdur, heç bir sübuta əsaslanmır və apellyasiya qaydasında ləğv edilməlidir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddiaçı hərbi xidmətə çağırış ilə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən şəhadətləndirilmiş və ##.##.2025-ci il tarixli qərarla dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. DTSERA-nın ##.##.2025-ci il tarixli yekun rəyinə əsasən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiq edilərək 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. MHHK-nın ##.##.2025-ci il tarixli yekun rəyinə əsasən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. İddiaçı növbəti dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən şəhadətləndirilmiş və ##.##.2026-ci il tarixli qərarla sağlamlıq vəziyyətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. MHHK-nın ##.##.2026-cı il tarixli qərarı ilə, Yerli Çağırış Komissiyasının Qərarı ilə eyni diaqnozlar qoyulmuş və eyni kateqoriya üzrə təsdiq edilmişdir. DSTERA-nın ##.##.2026-cı il tarixli qərarı ilə, üçüncü dərəcəli piylənmə E66, 13-cü maddənin, d bəndinə əsasən A-3 kateqoriyaya uyğun qiymətləndririlərək müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmiş, digər xəstəlik üzrə isə (Periferik sinir sistemi xəstəlikləri) heç bir kateqoriya üzrə heç bir maddə tədbiq edilməməsi qeyd edilmişdir. DSTERA-nn qiymətləndirməsindən sonra MHHK sədrinin ##.##.2026-cı il tarixli yekun qərarına əsasən A kateqoriyası üzrə qiymətləndirilərək müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. İddiaçıya ##.##.2026-cı il tarixdə hərbi xidmətə çağırış vərəqəsi verilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, DSTERA-nın ##.##.2026-cı il tarixli qərarı mübahisələndirilmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun hərbi xidmətə çağırılması ilə bağlı hər hansı hərəkətlərin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in: 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1-ci maddəsinə əsasən, inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır; 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər; 41.3-cü maddəsinə görə, məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər; 41.4-cü maddəsinə əsasən, inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır; 41.5-ci maddəsinə müvafiq olaraq, inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Prosessual qanunvericiliyin tələbinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması, müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır”. Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il # ######## tarixli, **** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ## #### 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1. Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası) 2. Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası) 3. Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası), 4. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə (bundan sonra – Əsasnamə) uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Bu məqsədlə Agentliyin nəzdində ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş X4 (bundan sonra – Mərkəz) yaradılmışdır. Mərkəzdə çağırışçıların yekun tibbi müayinəsi ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən aparılır. Yekun tibbi müayinəyə dair qərarlar isə X5 tərəfindən qəbul edilir. Qanunvericiliyin tələbinə əsasən SHXÇDX-nin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərarın qəbul edilməsi çağırışçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx tərəfindən aparılmış tibbi müayinəsinin nəticələrinə əsasən qəbul edilmiş qərara uyğun olaraq həyata keçirilir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli, ## ####### 2023-cü il Qərarının: 11.15. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünübgörünməməsi məsələsini həll etməlidir. 11.28. İnzibati aktın hüquqa uyğunluğu məsələsi üzrə “ilk baxışda” gəlinən nəticə ilə mübahisəyə baxılması sonunda gəlinən nəticə bir-birindən fərqli ola bilər. Ona görə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair icraat zamanı işin hüquqi hallarına münasibət bildirərkən məhkəmə icraatın həmin anında onda formalaşmış “ilk baxışda” hüquqa uyğunluqla bağlı qənaətdən hərəkət etməlidir. 11.29. Məhkəmələrə həmçinin izah olunur ki, “ilk baxışda” hüquqa uyğunluq məsələsinə verilən qiymət icraatın sonrakı gedişində işin hallarının araşdırılmasından asılı olaraq dəyişə bilər. Başqa sözlə, mübahisəni mahiyyəti üzrə həll edərkən məhkəmə hüquqa uyğunluğun qiymətləndirilməsini fərqli qaydada da apara bilər. 11.30. İlkin araşdırmanın aparılmasına baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələyə dair ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. 11.31. Ziddiyyətli maraqların qiymətləndirilməsi ilk növbədə müvəqqəti xarakterli müdafiə icraatının tərəflərinin, bəzən isə hətta cəmiyyətin maraqları nəzərə alınmaqla qiymətləndirilmə aparılmasını tələb edir. 11.32. Bir qayda olaraq, fiziki və hüquqi şəxslərin fərdi halları nəzərə alınmaqla onların hüquqi statuslarına müdaxilə nə qədər böyük olarsa, inzibati aktın icrasının dayandırılmasına olan ehtiyacın da bir o qədər çox olduğu qəbul edilir. 11.33. Bundan başqa, ziddiyyətli maraqların qiymətləndirilməsi inzibati aktın icra olunmasının (daha sonra iddia icraatında aktın qanunsuz olduğu müəyyən edilərsə) və ya olunmamasının (daha sonra iddia icraatında aktın qanuni olduğu müəyyən edilərsə) tərəflərə, eləcə də ictimai maraqlara vuracağı ziyanın həcmi müqayisə edilməklə də aparıla bilər. 11.34. İnzibati aktın icrasının dayandırılmasında maraqlı olan tərəfə xas olan fərdi hallar nəzərə alındıqda onun hüquqlarının pozulması ilə müqayisədə digər tərəfə və ya ictimai maraqlara vurulacaq ziyan daha az əhəmiyyətli kimi qəbul edilə bilərsə, məhkəmə müvafiq əsaslandırmaya istinadla ziddiyyətli maraqların qiymətləndirilməsini ərizəçinin (iddiaçının) xeyrinə apara bilər. Tətbiq edilən qanunvericilik normalarından göründüyü kimi inzibati aktın icrasının dayandırılması ilə əlaqədar işə baxılarkən mübahisələndirilən inzibati aktın mübahisələndirilməsinə dair iddianın böyük ehtimalla uğurlu olub-olmamasının müəyyən edilməsinə istiqamətlənmiş qiymətləndirmənin aparılması zərurəti mövcuddur. İddiaçı təcili tənzimləmə kimi o hala istinad edir ki, əlavə edilmiş tibbi sənədlərə əsasən iddiaçının sağlamlıq vəziyyəti onun hərbi xidmət keçməsinə imkan vermir və iddiaçının sağlamlıq vəziyyətində bərpaedilməz zərərlə nəticələnə bilər. İddiaçının hərbi xidmətə çağırış ilə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən şəhadətləndirilmiş və ##.##.2025-ci il tarixli qərarla dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Yerli Çağırış Komissiyasının Qərarına əsasən onda olan xəstəliklər aşağıdakı kimi qiymətləndirilmişdir: Periferik sinir sistemi xəstəlikləri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 ci il 29 fevral tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin (bundan sonra Əsasnamə) 26-cu maddəsinin 1 Qrafasının, c bəndinin (funskiyaların cuzi dərəcədə pozulması ilə) c kateqoriyası üzrə (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı) kimi qiymətləndirilmişdir. Mərkəzi Hərbi Həkim Komsiyyasının ##.##.2025-ci il tarixli rəyinə əsasən onda olan xəstəliklər aşağıdakı kimi qiymətləndirilmişdir: Onurğanın xəstəlikləri və onların nəticələri – (anadangəlmə deformasiyalar və inkiaf qüsurlarından başqa) – Əsasnamənin 59-cu maddəsinin c bəndi (funksiyaların cuzi dərəcədə pozulması ilə. c kateqoriyası üzrə (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı) kimi qiymətləndirilmişdir. DTSERA-nın ##.##.2025-ci il tarixli yekun rəyinə əsasən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiq edilərək 6 ay müddətində hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. MHHK-nın ##.##.2025-ci il tarixli yekun rəyinə əsasən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. İddiaçı növbəti dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən şəhadətləndirilmiş və ##.##.2026-ci il tarixli qərarla sağlamlıq vəziyyətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. Yerli Çağırış Komissiyasının Qərarına əsasən onda olan xəstəliklər aşağıdakı kimi qiymətləndirilmişdir: Periferik sinir sistemi xəstəlikləri – d) periferik sinir sistemini kəskin xəstəlikllərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, habelə onların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar. Əsasnamənin 26-cı maddəsinin D bəndi, Ç – sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız. Digər xəstəliyi Piylənmə - Endokrin sistemin digər xəstəlikləri – Əsasnamənin 13-cü maddəsinin Ç bəndi, qidalanma və maddələr mübadiəsi pozulmaları. Ç) kəskin xəstəlikdən və ya xroniki xəstəliklərin kəskinləşməsindən, yaxud cərrahi müalicədən sonrakı hal, müvafiq funksional pozulmalar, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız. MHHK-nın ##.##.2026-cı il tarixli qərarı ilə, Yerli Çağırış Komissiyasının Qərarı ilə eyni diaqnozlar qoyulmuş və eyni kateqoriya üzrə təsdiq edilmişdir. DTSERA-nın ##.##.2026-cı il tarixli qərarı ilə, üçüncü dərəcəli piylənmə E66, 13-cü maddənin, d bəndinə əsasən A-3 kateqoriyaya uyğun qiymətləndirilərək müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmiş, digər xəstəlik üzrə isə (Periferik sinir sistemi xəstəlikləri) heç bir kateqoriya üzrə heç bir maddə tədbiq edilməməsi qeyd edilmişdir. DTSERA-nın qiymətləndirməsindən sonra MHHK sədrinin ##.##.2026-cı il tarixli yekun qərarına əsasən A kateqoriyası üzrə qiymətləndirilərək müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmiş və iddiaçıya ##.##.2026-cı il tarixdə hərbi xidmətə çağırış vərəqəsi verilmişdir. İddiaçı ##.##.1996-cı il təvəllüdlüdür və o, 18 yaşı tamam olduğu vaxtdan etibarən hərbi qeydiyyatda olmaqla mütəmadi şəkildə tibbi müayinələrdən keçərək hərbi xidmətə yararsız hesab edilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunması üçün ilkin şərtin, yəni təcili tənzimləmə halının mövcud olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarı: “4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. (“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli, ** nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2025-ci il tarixli, ** nömrəli Qərarı ilə əlavə edilmişdir). Hazırkı halda iddianın böyük ehtimalla uğurlu olması müəyyən edilməsə də, ziddiyyətli maraqların qiymətləndirilməsi baxımından ərizənin təmin edilməsinə zərurət vardır. Belə ki, iş materiallarına əlavə edilmiş tibbi sənədlərin təhlilindən belə müəyyən etmək olur ki, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə akı qəbul edilənə kimi ərizəçinin hərbi xidmətə göndərilməsi onun sağlamlıq vəziyyətinin daha da pisləşməsinə, ağır fəsadların yaranmasına səbəb ola bilər ki, bu hal da sonradan iddia uğurlu olduğu halda belə qarşısıalınmaz nəticələrin baş verməsi ilə nəticələnər və aradan qaldırılması mümkün olmaz. Həmçinin qeyd edilməlidir ki, iddiaçının son illərdə şəhadətləndirilməsi zamanı “Periferik sinir sistemi xəstəlikləri” diaqnozu öz təsdiqini tapmış, lakin 2025-ci ildən fərqli olaraq 2026-ci ildə iddiaçının vəziyyətinin həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Həmçinin, iddiaçının sonuncu müayinəsi zamanı onda III dərəcə alimentar piylənmə olması müşahidə edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə görə hərbi xidmətdən möhlət verilməsi üçün əsasdır. Hazırkı halda işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənə kimi iddiaçının hərbi xidmətə yararlı olub-olmaması tibbi biliyə malik şəxslərin iştirakı ilə verilmiş tibbi rəy əsasında mümkün ola bilər. Bu səbəbdən qeyd edilən müddət ərzində hərbi xidmətə göndərilməsi məhkəmə araşdırılmasının həyata keçirilməsinə maneə ola bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər, birinci instansiya məhkəməsi tərəfindən göstərilənlərə və hazırki qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd olunanlara görə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Vidadi Qasımov Xumar Mərdanova
Məhkəmə qərarları › İş №15(3-6)-173/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-173/2026
08.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver