Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-193/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin “qanuni istifadəsində olan 134 ha torpaq sahəsində fəaliyyətinə yaradılan maneə və müdaxilənin dayandırılması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin **(*- *)-***/**** nömrəli, ## ######## 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Ərizəçi (iddiaçı) Ərizəçi açıq səhmdar cəmiyyəti müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əsas iddia üzrə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Ərizəçi ASC-nin emissiya prospektində qeyd edilmiş qanuni istifadəsində olan 134 ha torpaq sahəsində fəaliyyətinə yaradılan mane və müdaxilənin dayandırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, AR Dövlət Əmlak Nazirliyinin ## ###### 2000-ci il tarixli *** nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət proqramı” və Azərbaycan Respublikasının 1996-cı il ## ###### tarixli ***-*Q nömrəli Qanunu ilə “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə” yə uyğun olaraq, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin *** nömrəli # ###### 1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Ləğv edilmiş Dövlət Tikinti materiallarının Istehsalı və Satışı Konserninin tabeçiliyində olmuş Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Ərizəçi Tikinti Materialları Kombinatının bazasında Ərizəçi ASC-nin yaradılması barədə qərar vermişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin ## ###### 2000-ci il tarixli *** nömrəli sərəncamı ilə yaradılmış Ərizəçi ASC-nin özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmişdir. Həmin emissiya prospektində səhmdar cəmiyyətin ərazisi 134 hektar olaraq müəyyən edilmişdir. Artıq 34 ildir ki, həmin ərazidə mübahisəsiz və fasiləsiz fəaliyyət göstərirlər. Eyni zamanda ##.##.2026-cı il tarixdə cavabdehin *** nömrəli qərarı ilə səhmdar cəmiyyətin müraciəti əsasında yerin təkindən istifadə ilə bağlı Qaradağ rayonu, “Qaradağ-II” əhəngdaşı yatağında mişar daşı hasilatı məqsədi ilə verilmiş ## ###### 2017-ci il tarixli ***** nömrəli “Dağ-mədən ayırması” aktının müddəti ## ##### 2027-ci il tarixindək uzadılmış və bununla bağlı cavabdeh tərəfindən cəmiyyətə **** nömrəli “Dağ-mədən ayırması” AKT-ı verilmişdir. Həmçinin səhmdar cəmiyyətə ayrılmış sahənin kooprdinatlarına uyğun topoqrafik plan hazırlanıb təqdim edilmişdir. Lakin son vaxtlar cavabdehin adından bəzi şəxslər cəmiyyətin fəaliyyət göstərdiyi ünvanlara gələrək orada normal iş fəaliyyətinə mane olmağa çalışırlar. Belə ki, fəaliyyətləri günün tələbləri çərçivəsində normativ tələblərə uyğun olaraq qurmaqlarına baxmayaraq normal sahibkarlıq fəaliyyətini icra etməkdə ciddi çətinliklər yaranmışdır. Daha sonra iddiaçı Ərizəçi açıq səhmdar cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 X10rşı iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək qanuni istifadəsində olan 134 ha torpaq sahəsindəki fəaliyyətinə qanunsuz müdaxilənin həyata keçirilməsinin cavabdehə qadağan edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir (Iş № e-2-1(4-6)- 11901/2026). Cavabdeh vergi orqanı tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə yazılı etirazı onunla əsaslandırılmışdır ki, Ərizəçi ASC-nin qeyd etdiyi maneə və müdaxilənin nədən ibarət olduğu bildirilməmişdir. Təqdim edilən sənədlərdən və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 2017-ci il ## ###### tarixli ************ nömrəli məktubundan görünür ki, Ərizəçi ASC-nin Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ünvanında yerləşən, 68431.8 kv. metr olan yükləmə meydançası da daxil olmaqla ümumi 134 hektar torpaq sahəsi cəmiyyətin istifadəsinə verilmişdir. Ancaq bununla bağlı sözügedən torpaq sahəsinin hər hansı künc nöqtələrini və sərhəddini müəyyən edən plan təqdim edilməmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin Sənayedə X6 və X2 Edən Dövlət Komitəsinin 1992-ci il ## ###### tarixli ** nömrəli Yataqayırma Aktında göstərilmişdir ki, Bakı şəhərinin 35-40 km cənub-qərbində qaradağ rayonu ərazisində yataq ayırımının sahəsi 311.6 ha olmaqla xxxx Tikinti Materialları Kombinatı tərəfindən işlənmək və sənaye kəşfiyyatı aparmaq üçün “xxxx” Dövlət şirkətinin xxxx TMK-na verilmişdir. Iddiaçı hazırki ərizə ilə “Qaradağ-II” əhəngdaşı yatağında 134 ha sahədə fəaliyyətinə maneə və müdaxilələrin qadağan edilməsini xahiş etsə də, həmin sahənin koordinatlarını təsdiq edən hər hansı sənəd yoxdur. Məhkəmə tərəfindən ərizənin təmin olunacağı təqdirdə icrası mümkün olmayacaqdır. Çünki 134 ha sahənin konkret sərhədləri, yerləşmə planı müəyyən deyildir. Bundan əlavə Ərizəçi ASCyə Qaradağ rayonu “Qaradağ-ll” əhəngdaşı yatağında 15 ha sahədə mişar daşı hasilatı məqsədilə 2017-ci il ## ###### tarixli ***** nömrəli "Dağmədən ayrması" aktı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il # ##### tarixli 639 nömrali Fərmanı ilə təsdiq edilmiş "Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar"ın tələblərinə əsasən Ərizəçi ASC yer təki istifadəçilərinin siyahısına əlavə olunmuş, ona 15 ha sahədən istifadə üçün verilmiş ***** nömrəli "Dağ-mədən ayrması" aktının müddəti ## ##### 2027-ci il tarixinədək uzadılmışdır. Həmin 15 ha sahənin koordinatlarını özündə əks etdirən topoqrafik plan Agentlik tərəfindən tərtib olunaraq ASC-yə təqdim olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının 2026-cı il ## #### tarixli */** nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X3 X10 haqqında Əsasnamə”nin 3.1.6-cı yarımbəndi ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq olaraq icazə vermək, icazənin şərtlərinə riayət olunmasına nəzarət etmək, icazə verən orqanın digər səlahiyyətlərini həyata keçirmək, həmin Əsasnamənin 3.1.52-ci yarımbəndinə əsasən yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə yoxlamaların aparılmasında və bundan irəli gələn digər tədbirlərin görülməsində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Ərizəçi ASC-nin ərizəsinin rədd olunması barədə qərardad qəbul olunması xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ######## 2026-cı il tarixli (hakim N.Abıyev) qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, Məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilərkən iş üzrə hərtərəfli araşdırılma aparılmamışdır. Belə ki, Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin ## ###### 1992-ci il tarixli 27№ li Əmrinə əsasən Qaradağ rayonunun ərazisində 2-ci geoloji sahənin və Ərizəçiəhəng daşı yatağının əsasında Ərizəçi Tikinti Materialları Kombinatı yaradılmış, ## ###### 1992-ci il tarixli 82№-li “Yataqayırma Aktı”na görə sahəsi 311,6 ha olmaqla 2-ci geoloji sahə-yataq əhəng daşı işləmək və sənaye kəşfiyyatı aparmaq üçün Ərizəçi Tikinti Materialları Kombinatına verilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin ## ###### 2000-ci il tarixli 160№-li Sərəncamı ilə Ərizəçi Tikinti Materialları Kombinatının bazasında Ərizəçi ATSC yaradılmışdır. Vergi orqanının vergi qeydiyyat məlumatlarına əsasən Ərizəçi ASC ## ######## 2000-ci ildə dövlət qeydiyyatına alınmış və dövlət müəssisəsinin çevrilməsi nəticəsində yaranmış Ərizəçi ATSC-in hüquqi varisidir. Eyni zamanda özəlləşdirilmə planında (emissiya prospektində) cəmiyyətin ərazisi 134 ha olduğu qeyd edilmişdir. Artıq 34 ildirki həmin ərazidə mübahisəsiz və fasiləsiz fəaliyyət göstərirlər. Eyni zamanda ##.##.2026-cı il tarixdə ETSN X3 X10 *** nömrəli qərarı ilə səhmdar cəmiyyətin müraciəti əsasında yerin təkindən istifadə ilə bağlı Qaradağ rayonu, “Qaradağ-II” əhəngdaşı yatağında mişar daşı hasilatı məqsədi ilə verilmiş ## ###### 2017-ci il tarixli ***** nömrəli “Dağ-mədən ayırması” aktının müddəti ## ##### 2027-ci il tarixindək uzadılmış və bununla bağlı X3 X11 tərəfindən cəmiyyətə **** nömrəli “Dağ-mədən ayırması” AKTI verilmişdir. Həmçinin səhmdar cəmiyyətə ayrılmış sahənin koordinatlarına uyğun topoqrafik plan hazırlanıb təqdim edilmişdir. Lakin son vaxtlar ETSN X3 X10 adından bəzi şəxslər cəmiyyətin fəaliyyət göstərdiyi ünvanlara gələrək orada normal iş fəaliyyətinə mane olmuşlar. Bu barədə keçirilən məhkəmə iclasında (məhkəmə iclaslarının fasiləsiz audio və video yazısında qeydə alınmış) cavabdehin nümayəndələri həqiqətən həmin əraziyə gələrək monitorinq apardıqlarını təsdiq etmişlər. Lakin məhkəmə bu faktın özünə belə münasibət bildirməmişdir. Məlum olduğu kimi Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikası Qanununda Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il ######ın #-dək dayandırılmışdır. Lakin iş materiallarından və cavabdehin verdiyi izahatdan (monitorinq edilməsi barədə) göründüyü kimi obyektdə yoxlama aparılması ilə bağlı qərar olmadan sahibkarlıq subyektinin fəaliyyətinə müdaxilə edərərk onun normal iş fəaliyyətini pozmuşlar. Göründüyü kimi məhkəmə qeyd edilən bu kimi halları araşdırmadan ərizəçinin icazəsi olmayan ərazilərdə (yəni ayrılmış 15 ha-dan kənar qalan 119 ha sahədə) fəaliyyətinə müdaxilənin qadağan edilməsi tələbi üzrə müvəqqəti müdafiə tədbirinin tətbiqinin qanunsuz fəaliyyətin himayə edilməsinə səbəb ola biləcəyi ilə bağlı absurd fikirlər irli sürmüşdür. Belə ki, müvvəqəti xarakterli müdafiə tədbiri barədə ərizə cəmiyyət mübahisəsiz qaydada 34 ildir fasiləsiz fəaliyyət göstərdiyi özünəməxsus ərazi daxilində 15 ha ərazidə hasilat aparılmasını qeyd etmişdir. Ərizədə cəmiyyətin istifadəsində olan digər sahələrdə aparılan hasilatla bağlı fəaliyyətə müdaxilə edilməsi ilə bağl fikir bildirilmədiyi halda məhkəmə ərizəçinin fikrilərini təhrif edərək guya 134 ha sahədə xüsusi lisenziya alınmadan göstərilən fəaliyyətə olan müdaxilə ilə bağlı müraciətə dair qərarın qəbulu qanunsuz fəaliyyətin himayə edilməsinə səbəb olar. Məhkəmə baxışı dövründə ümumiyyətlə məhkəmə qurum əməkdaşlarının qanuni formada hasilat aparılan əraziyə və yaxud icazə verilməmiş sahədə hasilatın aparılıb-aparılmamasını araşdırmamışdır. Belə ki, əslində ərizədə cəmiyyətin istifadəsində olan 134 ha sahədə olan qanuni fəaliyyətinə olunan müdaxilənin dayandırılması xahiş edilmişdir. Beləliklə ümumi məntiqlə əgər cəmiyyət tərəfindən onun qanuni istifadəsində olan 134 ha sahə daxilində xüsusi icazə əsasında 15 ha sahədən kənarda aparılan fəaliyyətə dair fakt aşkar edildiyi və bu fakt təsdiq edildiyi halda həmin qurumun səlahiyyəti daxilində qanuni tədbirlərin görülməsi barədə səlhiyyətinin məhdudlaşdırılmasından söhbət gedə bilməz. Bu fikir məhkəmə heç bir əsas göstərmədən qeyd etmişdir. Eyni zamanda məhkəmədə olan iddia ərizəsinə əlavə edilmiş sənədlərdə mövcud olan Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin ## ###### 1992-ci il tarixli 27№ li Əmrinə əsasən Qaradağ rayonunun ərazisində 2-ci geoloji sahənin və Ərizəçiəhəng daşı yatağının əsasında Ərizəçi Tikinti Materialları Kombinatı yaradılmış, ## ###### 1992-ci il tarixli 82№-li “Yataqayırma Aktı”na görə sahəsi 311,6 ha olmaqla 2-ci geoloji sahə-yataq əhəng daşı işləmək və sənaye kəşfiyyatı aparmaq üçün Ərizəçi Tikinti Materialları Kombinatına verilmişdir. Vergi orqanının vergi qeydiyyat məlumatlarına əsasən Ərizəçi ASC ## ######## 2000-ci ildə dövlət qeydiyyatına alınmış və dövlət müəssisəsinin çevrilməsi nəticəsində yaranmış Ərizəçi ATSC-in hüquqi varisidir. Azərbaycan SSR Nazirlər Sovetinin Sənayedə X6 və X2 edən Dövlət Komitəsi tərəfindən verilmiş ## ###### 1992-ci il tarixli 82№-li “Yataqayırma Akt”ı hüquqi qüvvəsini saxladığından ümumiyyətlə həmin ərazidə hasilat işlərinin aparılmasının qanunsuz olması müzakirə mövzusu olmamışdır. Bundan başqa cavabdeh qurumun əməkdaşları tərəfindən bu günədək obyektdə qanunsuz fəaliyyətgöstərilməsi ilə bağlı bir dəfədə olsun rəsmi qaydada xəbərdarlıq və digər tədbirlər görülməsi tələb edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən həmin qərardad qəbul edilərkən cəmiyyətin istifadəsində olan torpaq sahəsinin Ərizəçi ASC-yə məxsus olması, həmin torpaq sahəsinin və torpaq sahəsində olan fəaliyyətin hər hansı şəkildə pozulması və yaxud qanunsuz olması araşdırılmadan sadəcə “sərhədləri və koordinatları qeyri-müəyyən olan 134 ha sahə barəsində hər hansı qadağanedici qərardadın qəbul edilməsinin gələcəkdə həmin qərardadın icrasını qeyri mümkün edəcək və tərəflər arasında daha böyük hüquqi qeyri-müəyyənliyə səbəb olacaqdır.” Qeyd edilməsi məhkəmənin üzərinə düşən vəzifənin icrasından yayınmaq kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilərkən işin hallarının araşdırılması istiqamətində heç bir tədbir görülməmişdir. Ərizəçi ASC-yə məxsus torpaq sahəsində cəmiyyət tərəfindən hasilat işləri aparılmış və ərazidə yüzlərlə işçinin fəaliyyətinin qanunsuz dayandırılması həm sahibkarlıq subyektinə, həm də bu sahədə çalışan şəxslərin fəaliyyətinə qanunsuz müdaxilə hesab edilməlidir. Lakin məhkəmə işin bu hallarını araşdırmadan cavabdeh qurum tərəfindən formal olaraq verilmiş izahata əsaslanaraq Ərizəçi ASC-nin istifadəsində olan torpaq sahəsində aparılan hasilat işlərinin dayandırılmasına rəvac vermişdir. Məhkəmə qərardadında “Iddiaçının iddia etdiyi 134 ha torpaq sahəsinin emissiya prospektində qeyd olunması və ya onun istifadəsində olması, həmin sahənin bütün hüdudlarında xüsusi icazə (dağ mədən ayırması) olmadan yer təki istismarı fəaliyyəti həyata keçirməyə birbaşa hüquqi əsas vermir. Beləliklə, iddiaçının icazəsi olmayan ərazilərdə (yəni ayrılmış 15 ha-dan kənar qalan 119 ha sahədə) fəaliyyətinə müdaxilənin qadağan edilməsi tələbi üzrə müvəqqəti müdafiə tədbirinin tətbiqi qanunsuz fəaliyyətin himayə edilməsinə səbəb ola bilər ki, bu da yolverilməzdir.” Məhkəmənin qeyd etdiyi bu fikirlərin heç bir hüquqi və faktiki əsası yoxdur. Belə ki, əvvəla ərizəçi 134 ha torpaq sahəsində yer təki istismarının həyata keçirilməsinə müdaxilə edildiyini iddia etməmişdir. Bu qənaətə məhkəmənin necə gəlməsi müəmmalıdır. Bundan başqa iş materiallarında cəmiyyətin istifadəsində olan torpaq sahəsinin topoqrafik xəritəsi əlavə edildiyi halda bunu görməzdən gələrək güya iş materiallarında cəmiyyətin istifadəsində olan torpaq sahəsinin sərhədlərini təsdiq edən sənəd mövcud olmamışdır qeyd etməklə yanlışlıq etmişdir. Dolayısı ilə məhkəmə həmin əraziyə inzibati qurumun əməkdaşlarının gəldiyini etiraf etmiş və həmin ərazinin cəmiyyətə məxsus olmadığını əsaslandırmaqla qurum əməkdaşlarının sahibkarlıq subyektinin fəaliyyətində yoxlama aparmaq səlahiyyətinin olmamasını nəzərdə tutan qanun və fərmanın tələblərinin pozulmasına göz yumaraq qanuni fəaliyyətə müdaxilə edilmədiyini əsaslandırmağa cəhd etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə yazılı etiraza uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, apellyasiya şikayəti əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsini onunla əsaslandırmağa çalışmışdır ki, emissiya prospektində səhmdar cəmiyyətin ərazisi 134 hektar müəyyən edilərək Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin ## ###### 2000-ci il tarixli *** nömrəli sərəncamı ilə yaradılmış "xxxx» açıq tipli səhmdar cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmişdir və onun fəaliyyətinə yaradılan maneənin və müdaxilənin dayandırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Lakin Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin qeyd etdiyi maneə və müdaxilənin nədən ibarət olduğu bildirilməmişdir. Təqdim edilən sənədlərdən və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 2017-ci il ## ###### tarixli ************ nömrəli məktubundan görünür ki, Ərizəçi səhmdar cəmiyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ünvanında yerləşən, 68431.8 kv. metr olan yükləmə meydançası da daxil olmaqla ümumi 134 hektar torpaq sahəsi cəmiyyətin istifadəsinə verilmişdir. Ancaq bununla bağlı sözügedən torpaq sahəsinin hər hansı künc nöqtələrini və sərhəddini müəyyən edən plan təqdim edilməmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin Sənayedə X6 və X2 Edən Dövlət Komitəsinin 1992-ci il ## ###### tarixli ** nömrəli Yataqayırma Aktında göstərilmişdir ki, Bakı şəhərinin 35-40 km cənub-qərbində qaradağ rayonu ərazisində yataq ayırımının sahəsi 311.6 ha olmaqla xxxx Tikinti Materialları Kombinatı tərəfindən işlənmək və sənaye kəşfiyyatı aparmaq üçün “xxxx” Dövlət şirkətinin xxxx TMK-na verilmişdir. Iddiaçı ərizə ilə “Qaradağ-II” əhəngdaşı yatağında 134 ha sahədə fəaliyyətinə maneə və müdaxilələrin qadağan edilməsini xahiş etsə də, həmin sahənin koordinatlarını təsdiq edən hərhansı sənəd təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən ərizənin təmin olunacağı təqdirdə icrası mümkün olmayacaqdır. Çünki 134 ha sahənin konkret sərhədləri, yerləşmə planı müəyyən deyildir. Bundan başqa Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin 2001-ci il ## ### tarixli *** nömrəli məktubu ilə xxxx Tikinti Materialları Kombinatına ünvanladığı Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin X8 üzrə Komissiyanın Iclasının 2001-ci il ## ### tarixli *** nömrəli Protokolundan görünür ki, Ərizəçi TMK-nın balansında 2001-ci il ## ###### tarixinə 63,44 ha sahə saxlanılmışdır. Sözügedən sahə ötən dövr ərzində istismar olunmuşdur. Ərazinin istismar edilməmiş 26 ha sahəsi Ərizəçi ASC-nin Qaradağ rayonu “Qaradağ-ll” əhəngdaşı yatağında geoloji sahədən Yataq ayırımı aktının verilməsi üçün 2008-ci il ## ###### tarixli 01.** nömrəli məktubla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Idarəsinə müraciəti əsasında mişar daşı istehsalı məqsədilə Ərizəçi ASC-yə ***** nömrəli dağ-mədən ayırması Aktı verilmişdir. Bundan əlavə Ərizəçi ASC-yə Qaradağ rayonu “Qaradağ-ll” əhəngdaşı yatağında 15 ha sahədə mişar daşı hasilatı məqsədilə 2017-ci il ## ###### tarixli ***** nömrəli "Dağmədən ayırması" aktı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il # ##### tarixli 639 nömrali Fərmanı ilə təsdiq edilmiş "Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar"ın tələblərinə əsasən Ərizəçi ASC yer təki istifadəçilərinin siyahısına əlavə olunmuş, ona 15 ha sahədən istifadə üçün verilmiş ***** nömrəli "Dağmədən ayırması" aktının müddəti ## ##### 2027-ci il tarixinədək uzadılmışdır. Həmin 15 ha sahənin koordinatlarını özündə əks etdirən topoqrafik plan Agentlik tərəfindən tərtib olunaraq ASC-yə təqdim olunmuşdur. Bununla bağlı apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası ərizəni və işə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Ərizənin mümkünlüyü: Məhkəmə kollegiyası ilkin olaraq ərizənin mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı halda ərizənin mümkünlüyü əsas iddianın mümkünlüyü ilə əlaqədardır. Iş materiallarından aydındır ki, iddiaçı MXMT ərizə verməklə yanaşı əsas iddia qaldırmış və hazırda Ərizəçi ASC-nin qanuni istifadəsində olan 134 ha torpaq sahəsindəki fəaliyyətinə qanunsuz müdaxilənin həyata keçirilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. IPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır. IPM-in 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ərizənin mahiyyəti: Məhkəmə kollegiyası ərizənin mahiyyəti üzrə aşağıdakıları qeyd edir. Ərizəçi işə mahiyyəti üzrə baxılıb qurtaranadək Ərizəçi ASC-nin emissiya prospektində qeyd edilmiş qanuni istifadəsində olan 134 ha torpaq sahəsində fəaliyyətinə yaradılan mane və müdaxilənin dayandırılmasına dair qərardad çıxarılmasını xahiş edir. Ərizəçi bilavasitə onun fəaliyyətinə yönələn hərəkətlərdən müdafiə olunmaq məqsədi güdür. Ərizəçinin “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə” ərizəsi cavabdeh tərəfindən onun fəaliyyətinə yaradılan mane və müdaxilələrin dayandırılmasına yönəlmişdir. Məhkəmə kollegiyası ərizənin mahiyyəti üzrə araşdırmasını həyata keçirərkən aşağıdakı qanunvericilik normalarına diqqəti çəkir: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarı: 2.2. IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. Iddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. .... 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.19. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda təcili tənzimləməyə ehtiyac məsələsi həll olunur və yalnız müvəqqəti müəyyən edilən qaydadan bəhs edilir. Ona görə də məhkəmə belə tədbirin tətbiqi ilə bağlı ərizə üzrə qərar verərkən, iddia ərizəsinin özünə dair mahiyyəti üzrə yekun qərar çıxarılarkən tələb olunan inam və əminliklə hərəkət etmir. Çünki ərizə ilə prosesin konkret mərhələsində müəyyən məsələnin həlli tələb olunur. Müvafiq olaraq ərizənin taleyi də həmin konkret mərhələdə mövcud olan işin faktiki və hüquqi hallarına görə məhkəmədə yaranmış təsəvvür və proqnoz (onların daha sonra haqlı çıxıb-çıxmamasından asılı olmayaraq) əsasında həll edilməlidir. Iddia ərizəsinə mahiyyəti üzrə baxılarkən işin hallarının hərtərəfli araşdırılması nəticəsində başqa nəticə hasil olarsa, söhbət ehtimalın özünü doğrultmadığından gedəcəkdir. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.21. Bundan başqa, həmin araşdırma yalnız ilkin araşdırmanın qayda və şərtlərinə uyğun aparılmalıdır. Bununla bağlı olaraq məhkəmələrə izah olunur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda iddia icraatı ilə müqayisədə yoxlamanın həcminin azaldılması qaydası qüvvədədir. Ona görə ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraat təcili xarakter daşıyır, eləcə də iddia icraatının sonunda məhkəmə yekun qənaətə gələrkən onda işin faktiki və hüquqi halları ilə bağlı tam qənaət formalaşmış olur, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda isə bu mənada tam qənaət yaranmır, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz mövcud olur. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. ... 12.1. IPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır – 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. Yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 2. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli;
4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır.
Məhkəmə kollegiyası iş üzrə gəldiyi qənaətini aşağıdakı qaydada əsaslandırır:
Məhkəmə kollegiyası əvvəla onu diqqətə çatdırır ki, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib bir prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırır ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına, eləcə də onların tətbiqi ilə bağlı Plenum qərarında verilmiş izahlara görə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır – ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. X5 qeyd edilmişdir ki, təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Göründüyü kimi ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır. Bu zaman, həmçinin nəzərə almaq lazımdır ki, təcililiyin mövcudluğunun əsaslandırılması və ona dair sübutların təqdim olunması ilk növbədə ərizəçinin üzərinə düşür. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.Məhkəmə kollegiyası diqqətə çatdırır ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olubolmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb görünməməsi məsələsini həll etməlidir. Iş materiallarında olan cavabdehin ##.##.2026-cı il tarixli, *** №-li “Ərizəçi ASC-yə verilmiş “Dağ-mədən ayırması” aktının müddətinin uzadılması haqqında” idarə heyətinin qərarından müəyyən olunur ki, Ərizəçi ASC-yə Qaradağ rayonu, "Qaradağ-lI" əhəngdaşı yatağında 15.0 ha sahədə mişar daşı hasilatı məqsədilə verilmiş ## ###### 2017-ci il tarixli, ***** nömrəli "Dağmədən ayırması" aktının müddəti ## ##### 2027-ci il tarixinədək Ərizəçi ASC-nin adına yenidən rəsmiləşdirilməsi yolu ilə uzadılmışdır. Cavabdehin “Dağ-Mədən ayırması” barədə **** №-li aktından müəyyən olunur ki, “Qaradağ-2” əhəng daşı yatağından mişar daşı hasilata üçün Ərizəçi ASC-yə verilən dağmədən ayırması Azərbaycan Respublikası Qaradağ rayonunda yerləşir. Dağ-mədən ayırması sahəsinin proyeksiyası yer səthinin planında 15 ha sahə ayrılmışdır. Dağmədən ayırmasının müddəti ##.##.2027-ci il tarixinə qədərdir. Bu barədə Agentliyin Reyestr kitabında ##.##.2026-cı il tarixdə 0775 nömrəsi ilə qeyd olunmuşdur. Cavabdehin ##.##.2026-cı il tarixli, 3-14-19/2-***/**** №-li Ərizəçi ASC-yə ünvanlanmış məktubunda (surəti) bildirilmişdir ki, “...Azərbaycan Respublikası Prezidentinin 2026-cı il # ##### tarixli *** nömrəli Fərmanı ilə "Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar" (bundan sonra Qaydalar) təsdiq edilmişdir. Həmin Qaydaların 1.3.1-ci yarımbəndinə əsasən dövlət nəzarəti orqanı funksiyalarını (qeyrifiliz faydalı qazıntı yataqlarından istifadə, onların mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılmasını, habelə keçid dövründə qeyri-filiz faydalı qazıntı yataqlarından istifadənin tənzimlənməsini və ona nəzarəti) yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən və digər aidiyyəti normativ hüquqi aktların tələbləri çərçivəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X3 X10 (bundan sonra Agentlik) həyata keçirir. Bununla sizə ayrılmış koordinatların hüdudları daxilində dağ-mədən fəaliyyətinin təşkili üçün Qərardakı öhdəliklər yer təki istifadəçilərinin vəzifələri və məsuliyyətinə tam əməl edilməklə icra olunması sizə tapşırılır”. Hazırkı iş materiallarından görünür ki, iddiaçı Ərizəçi ASC 134 ha torpaq sahəsində fəaliyyətinə maneə və müdaxilənin dayandırılmasını tələb edir. Lakin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yer təkindən istifadə (faydalı qazıntıların hasilatı) xüsusi icazə rejiminin tətbiq edildiyi fəaliyyət növüdür. Iş materiallarından müəyyən olunur ki, cavabdehin ##.##.2026-cı il tarixli *** nömrəli qərarına və **** nömrəli “Dağ-mədən ayırması” aktına əsasən, Ərizəçi ASC-yə “QaradağII” əhəngdaşı yatağında mişar daşı hasilatı üçün yalnız 15.0 ha sahə ayrılmış və bu icazənin müddəti ## ##### 2027-ci il tarixinədək müəyyən edilmişdir. Iddiaçının iddia etdiyi 134 ha torpaq sahəsinin emissiya prospektində qeyd olunması və ya onun istifadəsində olması, həmin sahənin bütün hüdudlarında xüsusi icazə (dağmədən ayırması) olmadan yer təki istismarı fəaliyyəti həyata keçirməyə birbaşa hüquqi əsas vermir. Beləliklə, iddiaçının icazəsi olmayan ərazilərdə (yəni ayrılmış 15 ha-dan kənar qalan 119 ha sahədə) fəaliyyətinə müdaxilənin qadağan edilməsi tələbi üzrə müvəqqəti müdafiə tədbirinin tətbiqi qanunsuz fəaliyyətin himayə edilməsinə səbəb ola bilər ki, bu da yolverilməzdir. Iddiaçının tələb etdiyi 134 ha sahənin konkret koordinatları, künc nöqtələri və sərhədlərini təsdiq edən topoqrafik plan iş materiallarında mövcud deyildir. Yalnız Agentlik tərəfindən tərtib olunmuş 15 ha sahənin dəqiq koordinatları mövcuddur. Sərhədləri və koordinatları qeyrimüəyyən olan 134 ha sahə barəsində hər hansı qadağanedici qərardadın qəbul edilməsi gələcəkdə həmin qərardadın icrasını qeyrimümkün edəcək və tərəflər arasında daha böyük hüquqi qeyri-müəyyənliyə səbəb olacaqdır. Məhkəmə aktları isə icra olunan və konkret olmalıdır. Iş materiallarından aydın görünür ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsas yoxdur. Belə ki, baxılan ərizədə ərizəçi əvvəla qanunsuz müdaxilələrin nədən ibarət olması və dayandırılmasını tələb etdiyi cavabdeh inzibati orqanın hərəkətlərinin onun fəaliyyətində hansı məhdudiyyətlərin və məhrumiyyətlərin yaratdığını əsaslandırmamış və mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləməni zəruri edən hər hansı sübut təqdim etməmişdir. Apellyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi və vəkili izahatında karxanada işləyən şəxslərin hüquqi savadının az olan şəxslər olduğundan, hasilatın aparıldığı sahə ilə inzibati bina arasında da müəyyən qədər məsafə olduğundan şəxslərin inzibati binaya getməsi, mühəndisə xəbər etməsi və onun hasilat yerinə gəlməsi müəyyən vaxt apardığını bildirmiş, bununla əlaqədar yoxlamanı aparan şəxslərdən hər hansı sənəd tələb edə bilməmişdirlər. Göründüyü kimi, ərizəçi tərəf hazırda cavabdeh inzibati orqanın əməkdaşlarının ərazidə yoxlamada, yaxud monitorinqdə olmaqla qanunsuz müdaxilə etdiklərini sübut edə bilməmiş, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağını və ya xeyli dərəcədə çətinləşəcəyini əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, konkret halda ərizəçinin hər hansı sübuta istinad etmədən ilkin təcili tənzimləmənin zəruri olmasını sadəcə ümumi ifadələrlə əsaslandırması ərizədə göstərilən tədbirin tətbiqi üçün yetərli hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından irəli gələn mühüm bir tələb ondan ibarətdir ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardad ərizəçinin iddia tələbinin (iddia icraatı qaydasında qaldırdığı və ya qaldıracağı) ilkin uğurluluq ehtimalının qiymətləndirilməsi nəticəsində çıxarılmalıdır. Bu zaman məhkəmə ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Belə uğurluluq ehtimalının qiymətləndirilməsi bir qayda olaraq maddi hüquq normalarına istinadla həyata keçirilməlidir. Bununla bağlı qeyd edilir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş iddiaçı iddiasının uğurlu olduğuna ilk öncə özü əmin olmalı və pozulması ehtimal edilən hüququnun müdafiəsi üçün, ilkin təcili tənzimləmənin həyata keçirilməsi məqsədilə məhkəmədən, müvafiq tədbirin tətbiq edilməsini xahiş etməlidir. Işə baxan məhkəmə də ilkin araşdırma zamanı iddiaçı ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə, onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq qeyd edir ki, iddianın uğurluluq ehtimalı aydın olmadığından, məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirərək hazırkı halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsas görmür. Beləliklə, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, hazırkı mərhələdə iddia tələbinin böyük ehtimalla uğurluluğu müəyyən olunmadığından, həmçinin, iddiaçı tərəfindən ilkin təcili tənzimləmənin zəruri olması əsaslandırılmadığından birinci instansiya məhkəməsinin ərizə üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin bir daha diqqətə çatdırır ki, ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. Beləliklə, Məhkəmə Kollegiyası yekunda belə qənaətə gələrək qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTICƏVI HISSƏ:
Göstərilənlərə əsasən və IPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI:
Ərizəçi Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ######## 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli